İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
DƏMİR VƏ BAYKARA TÜRKİYƏYƏ QARŞI
(DEMİR AND BAYKARA v. TURKEY)
(34503/97 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
12 noyabr 2008-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Dəmir və Baykara Türkiyəyə qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Kristos Rozakis (Christos Rozakis),
Hakimlər
Nikolas Bratza (Nicolas Bratza),
Fransuaz Tulkens (Françoise Tulkens),
Xosep Kasadeval (Josep Casadevall),
Covanni Bonello (Giovanni Bonello)
Riza Türmen (Riza Türmen),
Kristak Traya (Kristaq Traja)
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Vladimiro Zaqrebelski (Vladimiro Zagrebelsky),
Stanislav Pavlovski (Stanislav Pavlovschi),
Lex Qarlitskiy (Lech Garlicki),
Alvina Qyulumyan (Alvina Gyulumyan),
Lilyana Miyoviç (Ljiljana Mijović),
Din Şpilmann (Dean Spielmann),
Yan Şıkuta (Ján Šikuta),
Mark Villiger (Mark Villiger),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle ibarət tərkibdə
2008-ci il yanvarın 16-da və oktyabrın 15-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Hazırkı iş Türkiyənin iki vətəndaşı cənab Kamal Dəmir və xanım Vicdan Baykara (bundan sonra - “ərizəçilər”) (ikinci şikayətçi Komissiyaya bələdiyyə qulluqçularının həmkarlar ittifaqının sədri qismində müraciət etmişdir) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) əvvəlki redaksiyasında 25-ci maddəsinə uyğun olaraq Türkiyəyə qarşı 1996-cı il oktyabrın 8-də İnsan Hüquqları üzrə Avropa Komissiyasına təqdim edilmiş ərizə (34503/97 nömrəli) əsasında başlanmışdır. Avropa Məhkəməsində ərizəçilərin maraqlarını Ankarada fəaliyyət göstərən hüquqşünas cənab S.Karaduman təmsil etmişdir. Məhkəmə qarşısında Türkiyə Hökumətinin maraqlarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Türkiyə Hökumətinin səlahiyyətli nümayəndəsi xanım Dəniz Akçay təmsil etmişdir. Ərizəçilər Konvensiyanın 11-ci maddəsinin ayrıca və Konvensiyanın 14-cü maddəsi ilə birlikdə pozulmasını iddia edərək bildirmişdirlər ki, Türkiyə məhkəmələri, birincisi, onların həmkarlar ittifaqları yaratmaq hüququnu, ikincisi, kollektiv danışıqlar aparmaq və kollektiv müqavilələr bağlamaq hüquqlarını pozmuşdurlar. Ərizə Konvensiyanın 11 saylı Protokolunun qüvvəyə mindikdən sonra Məhkəmənin baxışına verilmişdir (Konvensiyanın 11 saylı Protokolunun 5-ci maddəsinin 2-ci bəndi). Ərizə Məhkəmənin Üçüncü Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə əsasən hazırkı işə baxılması üçün həmin Bölmənin çərçivəsində Palata yaradılmışdır (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi). Məhkəmənin Palatası 2004-cü il 23 sentyabr tarixli qərardadı ilə ərizəni baxılmaq üçün qismən qəbuledilən qismən isə qəbuledilməz hesab etmişdir. 2004-cü il noyabrın 1-də Məhkəmə öz bölmələrin tərkibini dəyişdirmişdir (25-ci Qaydanın 1-ci bəndi). Həmin iş yeni yaradılmış İkinci Bölməsinin baxışına təqdim edilmişdir (52-ci Qaydanın 1-ci bəndi). Məhkəmənin Palatası sədr, Jan-Pol Kosta, hakimlər, İ.Kabral Barreto, R.Türmen, M.Uqrexelidze, A.Mularoni, E.Fura-Sandstrem, D.Popoviç və bölmənin katibi S.Dolledən ibarət tərkibdə həmin iş üzrə qərar qəbul etmişdir. Məhkəmə yekdilliklə hesab etmişdir ki, yerli məhkəmələrin Tüm Bel Sen adlı həmkarlar ittifaqının hüququn subyekti kimi tanımasından imtinası və həmin ittifaqla Qaziantəpə bələdiyyəsi arasında bağlanılmış kollektiv müqavilənin məhkəmələr tərəfindən ləğvi nəticəsində Konvensiyanın 11-ci maddəsi pozulmuşdur. Palata Konvensiyanın 14-cü maddəsinin pozulması iddiası üzrə ayrıca araşdırmanın aparılmasını məqsədəuyğun hesab etməmişdir. Palatanın qərarına hakimlər R.Türmen, E.Fura-Sandstrem və D.Popoviçin xüsusi rəyləri əlavə edilmişdir. 2007-ci il fevralın 21-də cavabdeh Hökumət Konvensiyanın 43-cü maddəsinə və 73-cü Qaydaya əsasən işin baxılması üçün Böyük Palataya təqdim edilməsinə dair vəsatət təqdim etmişdir.2007-ci il mayın 23-də Böyük Palata həmin vəsatəti təmin etmişdir.Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndləri və 24-cü Qaydaya əsasən formalaşdırılmışdır.Həm ərizəçilər, həm də Hökumət şikayətin mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər. Həmin şikayətə 2008-ci il yanvarın 16-da Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
Xanım D.Akçay – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Türkiyə Hökumətinin səlahiyyətli nümayəndəsi,
xanım E.Dəmir,
xanım Z.Q.Əjdər,
xanım İ.Altıntaş,
xanım Y.Qazialəm,
cənab K.Afşın,
cənab L.Savran – məsləhətçilər,
(b) Ərizəçilərin nümayəndələri
xanım V.Baykara, ərizəçi, bələdiyyə qulluqçularının Tüm Bel Sen adlı həmkarlar ittifaqının sədri,
xanım S.Karaduman, Ankara şəhəri Vəkillər Kollegiyasının üzvü.
Məhkəmə xanım S.Karaduman, xanım V.Baykara və xanım D.Akçayın çıxışlarını və onların məhkəmənin suallarına verilmiş cavablarını dinləmişdir.
FAKTLAR
Birinci ərizəçi 1951-ci il təvəllüdlü Kamal Dəmir Qaziantəpə şəhərində yaşayır. İkinci ərizəçi 1958-ci il təvəllüdlü Vicdan Baykara İstanbul şəhərində yaşayır. Birinci ərizəçi ikinci ərizəçinin rəhbərlik etdiyi bələdiyyə qulluqçularının həmkarlar ittifaqının üzvüdür.
I. İŞİN HALLARI
Tüm Bel Sen həmkarlar ittifaqı işə qəbulları “Dövlət qulluğu haqqında” 657 nömrəli Qanunla tənzimlənən bələdiyyə qulluqçuları tərəfindən 1990-cı ildə yaradılmışdır. İttifaqın Əsasnaməsinin 2-ci maddəsinə əsasən onun məqsədləri təşkilatın fəaliyyətində demokratiya prinsipini dəstəkləmək və bununla üzvlərin tələblərinin və səylərin yerinə yetirilməsinə köməklik etməkdir. İttifaqın qərargahı İstanbul şəhərində yerləşir. 1993-cü il fevralın 27-də ittifaq Qaziantəpə şəhər bələdiyyəsi ilə iki il müddətinə kollektiv müqavilə bağlamışdır. Həmin müqavilə 1993-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Sazişdə Qaziantəpə şəhər bələdiyyəsinin qulluqçularının əmək şəraiti, xüsusən əmək haqqının və əlavələrin ödənilməsi qaydası və sosial təminat məsələləri müəyyən olunur.Qaziantəpə şəhər bələdiyyəsinin saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar ikinci ərizəçi ittifaqın sədri kimi Qaziantəpə şəhər məhkəməsində bələdiyyəyə qarşı mülki iddia qaldırmışdır.1994-cü il iyunun 22-də məhkəmə ittifaqın xeyrinə qərar çıxartmışdır. Qaziantəpə şəhər bələdiyyəsi həmin qərarın hüquqi məsələlərini mübahisələndirmək üçün yuxarı instansiya məhkəməsinə şikayət vermişdir.1994-cü il dekabrın 13-də Türkiyənin Ali Kasassiya Məhkəməsi (mülki işlər üzrə Dördüncü Bölmə) şəhər məhkəməsinin qərarını ləğv etmişdir. Ali Məhkəmə hesab etmişdir ki, baxmayaraq ki, qanun dövlət qulluqçularına həmkarlar ittifaqları yaratmağa qadağan etmir, qüvvədə olmuş qanunvericiliyə əsasən bunu kimi ittifaqların kollektiv müqavilələri bağlamağa hüquqları yoxdur.Həmin nəticəyə gələrək Ali Məhkəmə dövlət qulluğuna qəbulu ilə əlaqədar dövlət qulluqçuları ilə dövlət qurumları arasında mövcud xüsusi münasibətlərini, dövlət qulluğunda işin həcmini və xüsusiyyətlərini, həmçinin dövlət qulluqçularının imtiyazlarını və təminatlarını nəzərə almışdır. Ali Məhkəmə hesab etmişdir ki, həmin münasibətlər adi əmək müqaviləsi əsasında (özəl sektorun işçiləri və dövlət qurumlarında çalışan fiziki əməklə məşğul olan işçilər) işçi və işəgötürən arasında yaranmış münasibətlərdən fərqlənir. Bununla əlaqədar kollektiv müqavilələrin bağlanılması məsələlərini, tətillərdə iştirak və əmək münasibətlərinə xitam verilməsi barədə qərara qarşı məhkəməyə müraciət etmək hüquqlarını tənzimləyən 2322 nömrəli Qanun dövlət qulluqçuları ilə dövlət orqanları arasında olan münasibətləri ilə əlaqədar tətbiq olunmur. Dövlət qulluqçularının həmkarlar ittifaqları ilə dövlət qurumları arasında bağlanılmış istənilə kollektiv müqavilə qanunvericiliyin konkret müddəalarına əsaslanmalıdır.Qaziantəpə şəhər məhkəməsi 1995-ci il 28 mart tarixli qərarı ilə ilkin qərarındakı kimi eyni nəticəyə gəlmişdir. Şəhər məhkəməsinin mövqeyinə əsasən baxmayaraq ki, qanunvericilik dövlət qulluqçuları tərəfində yaradılmış həmkarlar ittifaqlarının kollektiv müqavilələri bağlamaq hüquqlarını tanımır həmin qanun boşluğu beynəlxalq müqavilələrə, xüsusən Türkiyənin qoşulduğu və ölkə Konstitusiyasına əsasən hüquq sistemdə qanun qüvvəsinə malik olan Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına istinadən aradan qaldırılmalıdır.Eyni zamanda şəhər məhkəməsi qeyd etmişdir ki, ilk növbədə bələdiyyə qulluqçularının həmkarlar ittifaqı qanuni əsaslarla yaradılmış və öz əsasnaməsini vilayət qubernatorunun ofisinin depozitariyə təqdim etmişdir və bundan sonra öz fəaliyyətini dövlət qurumları tərəfindən hər hansı müdaxilə olunmadan fəaliyyət göstərmişdir. Şəhər məhkəməsi qeyd etmişdir ki, həmin məsələ üzrə onun tərəfindən gəldiyi nəticə Ali Kasassiya Məhkəməsinin Dördüncü Bölməsinin nəticəsinə uyğundur.Dövlət qulluqçularının kollektiv müqavilələri bağlamaq hüququ ilə əlaqədar məhkəmə hesab etmişdir ki, Türkiyənin qanunvericiliyində bu məsələnin tənzim olunmadığına baxmayaraq Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən məhkəmə bu boşluğu müstəqil olaraq aradan qaldırmalı və iş üzrə qərar qəbul etməlidir. Şəhər məhkəməsinin gəldiyi nəticəyə əsasən həmin vəzifə məhkəməyə müraciət etmək hüququnu tənzimləyən Konstitusiyanın 36-cı maddəsində də təsbit olunmuşdur. Bununla əlaqədar Türkiyənin qanunverici orqanının həmin məsələni tənzimləyən müvafiq qanunlarını qəbul etmədiyinə baxmayaraq işin hallarının araşdırılması üçün Türkiyə tərəfindən qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını tətbiq etmək məqsədəmüvafiqdir. Həmin konvensiyaların müddəalarını bir başa tətbiq edərək şəhər məhkəməsi hesab etmişdir ki, iddianı qaldırmış həmkarlar ittifaqı kollektiv müqavilələri bağlamaq hüququna malik olmuşdur.Müqavilənin etibarlığına onun imzalandığı an hər-hansı tənzimedici qanunun olmaması faktının təsiri məsələsinə qiymət verərək məhkəmə hesab etmişdir ki, həmin müqavilə işəgötürənlə işçi arasında münasibətləri ilə bağlı olmuş və bununla müqavilə mülki hüquq xarakteri daşıyırdı. Türkiyənin Öhdəliklər Məcəlləsinin 19-cu və 20-ci maddələrini, xüsusən qanunvericiliyin, adət hüququnun, əxlaqın və ictimai qaydanın riayət etmək öhdəliklərini nəzərə alaraq tərəflər kollektiv müqavilənin mahiyyətinin müəyyən edilməsində sərbəst olmuşdurlar. Kollektiv müqavilənin təhlili göstərir ki, tərəflər bu tələblərə tam riayət ediblər. Bununla Qaziantəpə şəhər məhkəməsi hesab etmişdir ki, Qaziantəpə şəhər bələdiyyəsi ilə iddianı qaldırmış həmkarlar ittifaqı arasında bağlanılmış kollektiv müqavilə etibarlıdır və onu bağlamış tərəflər üçün müəyyən öhdəliklər yaradır.Məhkəmə cənab Kamal Dəmirə kollektiv müqavilədə müəyyən edildiyi kimi artırılmış əmək haqqına və əlavələrə ekvivalent olan məbləğin ödənilməsini qət etmişdir.Ali Kasassiya Məhkəməsi mülki işlər üzrə bütün bölmələrin birgə iclasında 1995-ci il 6 dekabr tarixli qərarı ilə Qaziantəpə şəhər məhkəməsinin 1995-ci il 28 mart tarixli qərarı ləğv etmişdir. Ali Məhkəmə hesab etmişdir ki, Konstitusiyada təsbit edilmiş bəzi hüquq və azadlıqlar proses iştirakçılarına birbaşa şamil olunur, lakin, bəziləri şamil olunmur. Faktiki olaraq Konstitusiyada təsbit olunmuşdur ki, “həmin hüququn istifadəsi qanunla tənzimlənir”, bununla istifadəsi yalnız qanun əsasında mümkün olan hüquq və azadlıqlar ayrılır. Müvafiq qanun mövcud olmadıqda həmin hüquq və azadlıqların istifadəsi, xüsusən həmkarlar ittifaqa daxil olmaq azadlığı və kollektiv danışıqlar aparmaq hüququ mümkün hesab olunmur.Eyni zamanda Ali Məhkəmə hesab etmişdir ki, fərdin iradə azadlığı prinsipi hüquqi şəxsin yaradılması kontekstində mütləq deyil. Hüquqi şəxslərin hüquq subyektliyi qanunvericiliyə və formal tələblərə əsasən əldə edilir. Qanuna əsasən hüquqi şəxsin yaradılması onu təsis etmiş şəxslərin iradəsinin nəticəsidir.Ali Məhkəmə hesab etmişdir ki, assosiasiyalar, təşkilatlar və siyasi partiyalar yaratmaq azadlığının Konstitusiyada təsbit olunduğuna baxmayaraq həmin azadlıq fərdin yalnız öz iradəsi əsasında həyata keçirilmir. Ali Məhkəmə qeyd edir ki, hər bir demokratik ölkədə hüquqi şəxslərin cəmiyyətə fayda gətirilməsi üçün onların üzərində nəzarət həyata keçirilməlidir bununla Məhkəmənin gəldiyi nəticə Türkiyə Konstitusiyasında təsbit olunmuş “qanunun aliliyi” və “demokratiya ” prinsiplərinə zidd deyil. Eyni zamanda Ali Məhkəmə vurğuladı ki, həmkarlar ittifaqı yaradıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluqçularına həmkarlar ittifaqları yaratmaq icazəsi verilməmişdir. Ali Məhkəmə əlavə etmişdir ki, dövlət qulluqçularının həmkarlar ittifaqlarını yaratmaq və kollektiv danışıqları aparmaq hüquqlarının tənzimlənməsi üzrə müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər bələdiyyə qulluqçuları tərəfindən yaradılmış həmkarlar ittifaqlarının müstəqil hüquq subyektinin olmadığı və onların məhkəmə baxışları zamanı iddiaçı və ya cavabdeh qismində iştirak edə bilmədiyi barədə nəticələri ləğv etməmişdirlər.Həmkarlar ittifaqının nümayəndələrinin həmin qərara dəyişikliklərin edilməsi barədə vəsatəti Türkiyə Ali Kasassiya Məhkəməsinin 1996-cı il 10 aprel tarixli qərarı ilə təmin edilməmişdir.Türkiyənin Hesablama Məhkəməsi tərəfindən Qaziantəpə şəhər bələdiyyəsinin hesablarının yoxlanılmasından sonra həmkarlar ittifaqının üzvlərindən etibarsız hesab olunmuş kollektiv müqavilə əsasında əldə olunmuş gəlirlərin geri qaytarılması tələb edilmişdir. Həmkarlar ittifaqları tərəfindən bağlanılmış kollektiv müqavilələr üzrə bütün qərarlarında sonuncu instansiya məhkəməsi qismində Hesablama Məhkəməsi qeyd etmişdir ki, dövlət qulluqçuları ilə əlaqədar tətbiq olunan müddəalar, o cümlədən onların maaşlarının və əlavə ödəmələrinin verilməsini tənzimləyən müvafiq qaydalar qanun əsasında müəyyən edilir. Eyni zamanda Hesablama Məhkəməsi qeyd etmişdir ki, Türkiyə Konstitusiyasının 53-cü maddəsinə 1995-ci il 23 iyul tarixdə edilmiş dəyişikliklərə və 2001-ci il 26 iyun tarixdə qəbul edilmiş “Dövlət qulluqçularının həmkarlar ittifaqları haqqında” 4688 nömrəli Qanuna əsasən həmin həmkarlar ittifaqları bəzi təmsilçilik tələblərinə riayət etməklə kollektiv danışıqları apara bilərlər, lakin, onlar adi əmək müqaviləsinə əsasən işləyən işçilər tərəfindən yaradılmış həmkarlar ittifaqından (həmin ittifaqlar işə götürənlə kollektiv müqavilələr bağlamaq hüququna malikdirlər) fərqli olaraq bir başa hakimiyyət orqanları ilə hüquqi etibarlı kollektiv müqaviləni bağlaya bilməzlər. İşəgötürən qismində çıxış edən hakimiyyət orqanı ilə müvafiq həmkarlar ittifaqı arasında bağlanılmış müqavilə yalnız Türkiyənin Nazirlər Şurası tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Müəyyən edərək ki, iddia qaldırmış həmkarlar ittifaqı tərəfindən bağlanılmış kollektiv müqavilə göstərilən tələblərə cavab vermir Hesablama Məhkəməsi qət etmişdir ki, qanunla müəyyən edilmiş ödəmələrdən artıq ödənişlərə icazə vermiş mühasiblər artıq məbləğləri dövlət büdcəsinə qaytarmalıdırlar.Türkiyənin Hesablama Məhkəməsi göstərilən ödənişlərin edilməsinə icazə vermiş mühasiblər barəsində başlanılmış hər-hansı inzibati, maliyyə və ya məhkəmə araşdırılmasına xitam verilməsini tələb edən 4688 nömrəli Qanunun 4-cü maddəsini tətbiq etməkdən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin maddə kollektiv müqavilələrə hüquqi qüvvə vermir və mühasibləri həmin saziş əsasında həyata keçirilmiş ödənişlər nəticəsində dövlətə dəymiş maddi ziyanın qaytarılması vəzifəsindən azad etmir.Öz növbəsində mühasiblər həmkarlar ittifaqına daxil olan və etibarsız hesab olunmuş kollektiv müqavilələr əsasında əlavə ödənişləri alan dövlət qulluqçularına qarşı məhkəmədə iddia qaldırmışdırlar.
II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Milli qanunvericiliyin müddəaları
İşə aid olan Türkiyə Konstitusiyanın müvafiq müddəaları:
51-ci maddə (iddia qaldırılan zaman qüvvədə olan redaksiyada)
“Öz iqtisadi və sosial hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi məqsədilə əmək münasibətləri çərçivəsində əmək müqaviləsi əsasında işləyən işçilər (adi işçilər) və işəgötürənlər icazə almadan həmkarlar ittifaqlarını və həmkarlar ittifaqlarının konfederasiyalarını yarada bilərlər.
Həmkarlar ittifaqının və ya həmkarlar ittifaqlarının konfederasiyasının yaradılması üçün qanunla müəyyən edilmiş sənədlər və məlumatlar müvafiq səlahiyyətli orqanlara təqdim olunmalıdır. Səlahiyyətli orqanlar hesab etsə ki, həmin sənədlər və məlumatlar qanunla müəyyən edilmiş tələblərə cavab vermirlər, orqanlar tərəfindən həmkarlar ittifaqının və ya həmkarlar ittifaqlarının konfederasiyasının fəaliyyətinin dayandırılması və ya onların ləğv olunması barədə müvafiq məhkəməyə müraciət edirlər.
Hər kəs həmkarlar ittifaqına daxil ola və ya ittifaqdan çıxa bilər.
Heç kəs həmkarlar ittifaqının üzvlüyünə daxil olmağa, üzvü olmağa və ya ittifaqın üzvlüyündən çıxmağa məcbur edilə bilməz.
Adi işçilər və işəgötürən eyni zamanda bir həmkarlar ittifaqının üzvündən artıq ola bilməz.
Müəssisədə işləmək üçün adi işçidən hər-hansı həmkarlar ittifaqının üzvü olmaq tələb oluna bilməz.
Həmkarlar ittifaqında və ya həmkarlar ittifaqlarının konfederasiyasında hər-hansı rəhbər vəzifədə tutmaq üçün həmin işçi kimi azı on il ərzində işləmək tələbi qoyulur.
Həmkarlar ittifaqının və ya həmkarlar ittifaqlarının konfederasiyasının nizamnaməsi, idarəçiliyi və fəaliyyəti Respublikanın xüsusiyyətlərinə və Konstitusiyada təsbit olunmuş demokratik prinsiplərinə zidd olmamalıdır.”
51-ci maddə (2001-ci il 3 oktyabr tarixli 4709 nömrəli Qanunla edilmiş düzəlişlərə əsasən)
“Üzvlərin iqtisadi və sosial hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi məqsədilə əmək münasibətləri çərçivəsində işçilər və işəgötürənlər icazə almadan həmkarlar ittifaqlarını və həmkarlar ittifaqlarının konfederasiyalarını yarada bilərlər, habelə öz iradəsinə əsasən həmin təşkilatların üzvlüyünə daxil ola və üzvlükdən çıxa bilərlər.
Heç kəs həmkarlar ittifaqının üzvlüyünə daxil olmağa və ya ittifaqın üzvlüyündən çıxmağa məcbur edilə bilməz.
Həmkarlar ittifaqının yaradılması hüququnun həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş qaydada məhdudiyyətlər qoyula bilər.
Həmkarlar ittifaqının yaradılması hüququna dair tətbiq olunan formallıqlar, şərtlər və proseduralar qanunla müəyyən olunurlar.
Hər kəs eyni zamanda eyni sahədə fəaliyyət göstərən bir həmkarlar ittifaqının üzvündən artıq ola bilməz.
Əmək müqaviləsi əsasında fəaliyyət göstərən adi işçi statusu olmayan dövlət qulluqçularının hüquqlarının həcmi, habelə həmin hüquqlara dair tətbiq olunan istisnalar və məhdudiyyətlər dövlət qulluqçuları tərəfindən göstərilən xidmətlərin xüsusiyyətlərinə uyğunluğunun təmin olunması üçün qanunla müəyyən olunur.
Həmkarlar ittifaqlarının və ya həmkarlar ittifaqlarının konfederasiyalarının nizamnaməsi, idarəçiliyi və fəaliyyəti Respublikanın xüsusiyyətlərinə və demokratik prinsiplərinə zidd olmamalıdır.”
53-cü maddə (iddia qaldırılan zaman qüvvədə olan redaksiyada)
“Əmək müqaviləsi əsasında fəaliyyət göstərən adi işçilər və işəgötürənlər öz iqtisadi və sosial statuslarını və əmək şəraitlərini müəyyən edən kollektiv əmək müqavilələrini bağlamaq hüquqa malikdirlər.
Kollektiv əmək müqavilələrinin bağlama qaydası qanunla müəyyən edilir.
Eyni müəssisədə eyni zamanda bir kollektiv əmək müqavilədən artıq müqavilə bağlamaq qadağandır.”
53-cü maddə (1995-ci il 23 iyul tarixli 4121 nömrəli Qanunla edilmiş düzəlişlərə əsasən)
“Əmək müqaviləsi əsasında fəaliyyət göstərən adi işçilər və işəgötürənlər öz iqtisadi və sosial statuslarını və əmək şəraitlərini müəyyən edən kollektiv əmək müqavilələrini bağlamaq hüquqa malikdirlər.
Kollektiv əmək müqavilələrinin bağlama qaydası qanunla müəyyən edilir.
128-ci maddəsinin 1-ci bəndində göstərilən və üzərilərinə həmin maddənin 1-ci və 2-ci bəndlərinin, habelə 54-cü maddəsinin tələbləri şamil olunmayan dövlət qulluqçuları tərəfindən yaradılmış həmkarlar ittifaqları və həmkarlar ittifaqlarının konfederasiyaları üzvləri adından nizamnamə məqsədlərinə uyğun olaraq məhkəmə prosesi zamanı iddiaçı və ya cavabdeh qismində iştirak edə və dövlət qurumları ilə kollektiv danışıqlar apara bilərlər. Kollektiv danışıqların nəticəsində hər-hansı razılaşma əldə olunubsa onun mətni tərəflərin imzası ilə təsdiqlənir. Həmin müqavilənin mətni onun həyata keçirilməsi üçün müvafiq inzibati və hüquqi tədbirlərin görülməsi məqsədilə Nazirlər Şurasına göndərilir. Kollektiv danışıqlar nəticəsində tərəflər arasında razılaşma əldə olunmayıbsa razılaşmanın əldə olunmaması barədə protokol tərtib edilir. Həmin protokol tərəflər arasında imzalanaraq baxılması üçün Nazirlər Şurasına göndərilir. Həmin bəndinin həyata keçirilməsi qaydası qanunla müəyyən edilir.
Eyni müəssisədə eyni zamanda bir kollektiv əmək müqavilədən artıq müqavilə bağlamaq və ya həyata keçirmək qadağandır.”
90-cı maddə
“Müəyyən edilmiş qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr qanun qüvvəsinə malikdirlər. Onların Konstitusiyaya uyğunluğu Konstitusiya Məhkəməsində mübahisələndirilə bilməz.”
Müəyyən edilmiş qaydada qüvvəyə minmiş beynəlxalq müqavilə ilə qanun arasında hüquq və azadlıqlarının həcmi ilə əlaqədar hər-hansı ziddiyyət yarandıqda beynəlxalq müqavilədə müəyyən edilmiş qaydalara üstünlük verilir.” (2-ci bənd 2004-cü il 7 may tarixli 5170 nömrəli Qanunla əlavə edilib.)
128-ci maddə
“Dövlətin idarəetmə prinsiplərinə uyğun olaraq dövlət qurumları, iqtisadi yönümlü dövlət müəssisələr və digər dövlət təşkilatları tərəfindən həyata keçirilən əsas və daimi funksiyalar dövlət qurumlarının vəzifəli şəxsləri və digər dövlət qulluqçuları tərəfindən həyata keçirilir.
Dövlət qurumlarının vəzifəli şəxslərinə və digər dövlət qulluqçularına irəli sürülən tələblər, onların təyin olunması qaydaları, onların funksiyaları, səlahiyyətləri, habelə hüquqları və vəzifələri, onlara ödənilən əmək haqlarının və əlavə ödəmələrin məbləğləri, həmçinin digər məsələlər qanunla müəyyən edilirlər.
Ali dövlət qulluqçularının hazırlığı prinsipləri və qaydaları qanunla müəyyən edilirlər.”
“Dövlət qulluğu haqqında” Qanunun (1965-ci il 14 iyul tarixli 657 nömrəli Qanun) 22-ci maddəsinə əsasən, müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət qulluqçularına həmkarlar ittifaqları və təşkilatları yaratmaq və onların üzvlüyünə daxil olmaq hüququ verilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqlarına səlahiyyətli hakimiyyət orqanlarının qarşısında üzvlərinin maraqlarını qorumağa icazə verilir.
22-ci maddə 1972-ci il 23 dekabr tarixli 2 nömrəli Dekretin 5-ci maddəsi əsasında ləğv edilmiş və sonradan 1997-ci il 12 iyun tarixli 4275 nömrəli Qanunun 1-ci maddəsi əsasında yenidən qüvvəyə minmişdir. Həmin maddənin qüvvədə olan redaksiyada aşağıdakılar qeyd edilir:
“Müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət qulluqçularına həmkarlar ittifaqları və həmkarlar ittifaqlarının konfederasiyaları yaratmaq və onların üzvlüyünə daxil olmaq hüququ verilir.”
“Dövlət qulluqçularının həmkarlar ittifaqları haqqında” Qanun (4688 nömrəli Qanun; 2001-ci il iyunun 25-də qəbul edilmiş və 2001-ci il 12 iyul tarixdə qüvvəyə minmişdir) 2-ci maddəni nəzərə alaraq əmək müqaviləsi əsasında dövlət xidmətləri göstərən dövlət qurumlarda, büdcədən dotasiyalar alan dövlət orqanlarda və bələdiyyələrdə, həmçinin dövlətə məxsus kommersiya təşkilatlarında və banklarda, habelə digər dövlət təşkilatlarında işləyən adi işçilər istisna olmaqla dövlət qulluqçulara şamil olunur. Qanunun 30-cu maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Dövlət idarəçiliyinin hər bir sahəsində mövcud və üzvü az olan həmkarlar ittifaqları, həmçinin onların daxil olduğu konfederasiyalar kollektiv danışıqlar apara bilərlər. Ən nüfuzlu həmkarlar ittifaqının nümayəndəsi danışıqlarda iştirak edən heyətə başçılıq edir.”
Kollektiv danışıqlar aparmağa hüquqları olan dövlət qulluqçularının həmkarlar ittifaqları və onların konfederasiyaları dövlət idarəetmə orqanları və həmkarlar ittifaqları tərəfindən imzalanmış və təqdim edilmiş siyahılar əsasında Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilir (4688 nömrəli Qanunun 30-cu maddəsi).
Kollektiv danışıqlar zamanı işəgötürənin maraqlarını Dövlət qurumları üzrə Komitə təmsil edir. Vəzifəli şəxslərin və digər dövlət qulluqçularının maraqlarını müvafiq səlahiyyəti olan həmkarlar ittifaqı və onun daxil olduğu konfederasiya təmsil edir. Dövlət qurumları üzrə Komitə, həmkarlar ittifaqları və konfederasiyalar ildə bir dəfə (avqustun 15-də) birgə iclaslar keçirməlidirlər. Bundan sonra tərəflər danışıqların başlanılması üçün öz təkliflərini təqdim edirlər və kollektiv danışıqlar üzrə müzakirə olunmalı məsələləri qaldırırlar. Danışıqların keçirilməsi prinsiplərini tərəflər müəyyən edirlər (4688 nömrəli Qanunun 32-ci maddəsi).
Kollektiv danışıqlar on beş gün müddətində başa çatmalıdırlar. Həmin müddət ərzində müəyyən razılaşma əldə olunsa danışıqlarda iştirak edən tərəflər arasında kollektiv müqavilə imzalanaraq onun həyata keçirilməsi məqsədilə müvafiq hüquqi və inzibati tədbirlərin görülməsi üçün Nazirlər Şurasına göndərilir. Nazirlər Şurası üç ay müddətində müvafiq tədbirləri həyata keçirərək öz qanun layihəsini Türkiyənin Böyük Millət Məclisinə təqdim edir (4688 nömrəli Qanunun 34-cü maddəsi).
Tərəflər arasında müəyyən razılaşma əldə olunmasa hər bir tərəf həmin məsələni siyasi partiyaların üzvü olmayan alimlərdən ibarət tərkibdə formalaşmış münsiflər məhkəməsinin baxışına təqdim edə bilər. Tərəflər münsiflər məhkəməsinin qərarı ilə razıdırlarsa onlar müqaviləni imzalayaraq onu Türkiyənin Nazirlər Şurasına göndərirlər. Bundan sonra da tərəflər arasında razılaşma əldə olunmasa onlar razılaşmanın əldə olunmaması barədə protokol tərtib edərək Türkiyənin Nazirlər Şurasına göndərirlər (4688 nömrəli Qanunun 35-ci maddəsi).
B. Beynəlxalq hüquq normaları
1. Universal beynəlxalq müqavilələr
(a) Təşkilatlanmaq hüququ və dövlət qulluqçuları
Beynəlxalq Əmək Təşkilatının (bundan sonra – “BƏT”) “Birləşmək azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında” 87 nömrəli Konvensiyasının (1948-ci ildə qəbul edilmiş və Türkiyə tərəfindən 1993-cü il iyulun 12-də ratifikasiya edilmişdir) 2-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
“İşçilər və işəgötürənlər heç bir fərq olmadan öz seçimlərinə uyğun olaraq və əvvəlcədən razılaşdırılmadan təşkilatlar yarada bilərlər, o cümlədən nizamnamələrinə riayət etmək şərti ilə həmin təşkilata daxil olmaq hüquqa malikdirlər.”
2005-ci ildə Türkiyənin Hökumətinə Ekspertlər Komitəsi tərəfindən təqdim edilmiş 87 nömrəli Konvensiyaya dair fərdi izahedici memorandumunda təsbit edilmiş tövsiyələrdə aşağıdakılar qeyd edilir:
“Komitə vurğulayır: Konvensiyanın 2-ci maddəsinə əsasən polis əməkdaşları və hərbi qulluqçular istisna olmaqla istənilən işçilər öz seçiminə uyğun olaraq təşkilatlar təsis etmək və həmin təşkilatlara daxil olmaq hüquqa malikdirlər... .”
Bələdiyyə qulluqçuları ilə əlaqədar BƏT-in Birləşmək Azadlığı Komitəsi aşağıdakıları qeyd edir (bax: Digest of Decisions 1996, paragraph 217):
“Yerlərdə işləyən dövlət qulluqçuları öz seçiminə uyğun və səmərəli şəkildə təşkilatlar təsis etmək hüququna malik olmalıdırlar, eyni zamanda həmin təşkilatlar təmsil etdikləri işçilərin maraqlarını təmin edərək müdafiə etməlidirlər.”
“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 22-ci maddəsində aşağıdakılar təsbit edilir:
“1. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə təşkilatları yaratmaq hüququ da daxil olmaqla, başqaları ilə birlikdə assosiasiyalar qurmaq azadlığına malikdir.
2. Bu hüquqdan istifadəyə, qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ya ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz. Hazırkı maddə silahlı qüvvələrin və polisin tərkibinə daxil olan şəxslərin bu hüquqdan istifadə etmələrinə qanuni məhdudiyyətlər qoyulmasına əngəl törətmir.”
“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsində aşağıdakılar təsbit edilir:
“1. Bu Paktda iştirak edən dövlətlər aşağıdakıları təmin etməyi öhdələrinə götürürlər:
a) hər bir şəxsin öz iqtisadi və sosial maraqlarını həyata keçirmək və müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və müvafiq təşkilatın qaydalarını gözləmək şərti ilə onlara daxil olmaq hüququna, həmin hüquqdan istifadə olunmasına qanunda nəzərdə tutulandan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin və yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmamalıdır;
...
c) həmkarlar ittifaqlarının qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması məqsədilə olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət olmadan fəaliyyət göstərmək hüququnu;
...
2. Bu maddə silahlı qüvvələrə, polisə və dövlət idarəetmə orqanlarına daxil olan şəxslərin bu hüquqlardan istifadə etmələrinə qanuni məhdudiyyətlərin qoyulmasına maneə törətmir.”
b) Kollektiv danışıqlar aparmaq hüququ və dövlət qulluqçuları
Hazırkı işə aid olan BƏT-in “Təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüququ prinsiplərinin tətbiqi haqqında” 98 nömrəli Konvensiyasının (1949-cu ildə qəbul edilmiş və Türkiyə tərəfindən 1952-ci il yanvarın 3-də ratifikasiya edilmişdir) müvafiq maddələrində aşağıdakılar təsbit olunmuşdur:
4-cü maddə
“Ehtiyac yarandıqda ölkənin şəraitinə uyğun olaraq könüllü şəkildə işəgötürənlər və işəgötürənlərin təşkilatları ilə işçilərin təşkilatları arasında aparılan danışıqların təşviqi və dəstəyi üçün əmək şəraitinin kollektiv danışıqlar vasitəsilə yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.”
5-ci maddə
“1. Hazırkı Konvensiyada təsbit edilmiş təminatların polis əməkdaşlarına və hərbi qulluqçularına şamil olunması məsələsi ölkə qanunvericiliyi ilə müəyyən edilir.
2. BƏT-in Əsasnaməsinin 19-cu maddəsinin 8-ci bəndində təsbit edilmiş prinsiplərə əsasən Təşkilatın istənilən üzvü tərəfindən hazırkı Konvensiyanın ratifikasiyası polis əməkdaşlarının və hərbi qulluqçularının Konvensiya ilə nəzərdə tutulmuş hüquqları müəyyən edən ölkə daxili qanunvericiliyə məhkəmələrin presedent hüququna, adət normalarına və ya istənilən sazişə zidd hesab edilmir.”
6-cı maddə
“Hazırkı Konvensiyanın müddəaları dövlət qulluqçularına şamil edilmir, eyni zamanda Konvensiya dövlət qulluqçularının hüquq və mənafelərinə xələl yetirən kimi hesab edilməməlidir.”
BƏT-in Ekspertlər Komitəsi hazırkı maddəni təfsir edərək müəyyən etmişdir ki, onun əhatə dairəsi yalnız dövlət qurumlarının aparatlarında çalışan işçilərə şamil edilmir. Həmin istisna ilə dövlət orqanlara, dövlət təşkilatlara və ya müstəqil dövlət qurumlara işə götürülmüş digər işçilər başqa sahələrdə fəaliyyət göstərən işçilər kimi 98 nömrəli Konvensiyada təsbit edilmiş təminatlardan istifadə edə bilərlər, o cümlədən əmək haqlarının və əmək şəraitinin müəyyən edilməsi məqsədilə kollektiv danışıqlar aparmaq hüququna malikdirlər (bax: General Survey 1994, freedom of association and collective bargaining, on Conventions No. 87 and No. 98 [ILO, 1994a], § 200).Hazırkı işə aid olan BƏT-in “Dövlət xidmətində məşğulluğun təşkili hüququnun müdafiəsi və məşğulluq şərtlərinin müəyyənləşdirilməsi üsulu haqqında” 151 nömrəli Konvensiyasının (1978-ci ildə qəbul edilmiş və Türkiyə tərəfindən 1993-cü il iyulun 12-də ratifikasiya edilmişdir) müvafiq maddələrində aşağıdakılar təsbit olunmuşdur:
1-ci maddə
“1. Hazırkı Konvensiya dövlət qulluğuna qəbul edilmiş bütün şəxslər münasibətdə şamil edilir, əgər onlara dair əmək münasibətləri üzrə digər beynəlxalq konvensiyalarının daha əlverişli müddəaları şamil edilmir.
2. Hazırkı Konvensiyada təsbit olunan təminatların siyasi və idarəetmə funksiyalarını yerinə yetirən yüksək vəzifə şəxsləri və ya məxfi vəzifələri olan qulluqçulara münasibətdə ölkə daxilində tətbiqi dərəcəsi milli qanunvericiliklə müəyyən edilir.
3. Hazırkı Konvensiyada təsbit olunan təminatların polis əməkdaşları və hərbi qulluqçulara münasibətdə ölkə daxilində tətbiqi dərəcəsi milli qanunvericiliklə müəyyən edilir.”
7-ci maddə
“Ehtiyac yarandıqda ölkənin şəraitinə uyğun olaraq məsələdə marağı olan dövlət qurumları ilə dövlət qulluqçularının təşkilatları arasında əmək şəraitinə dair danışıqların aparılması prosedurasının tam inkişaf etdirilməsinin və tətbiqinin təşviqi və dəstəyi məqsədilə müvafiq tədbirlər görülür və ya həmin şəraitlərin müəyyənləşdirilməsi üçün dövlət qulluqçularının nümayəndələrinə müvafiq imkanlar yaradan digər işlər aparılır.”
BƏT-in Baş Konfransı 151 nömrəli Konvensiyasının preambulasında birləşmək azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında 1948-ci il tarixli və təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüquqları haqqında 1949-cu il tarixli Konvensiyalarını qeyd edərək aşağıdakıları müəyyən etmişdir:
“Əksər ölkələrdə özəl və dövlət sektorlarında çalışan işçilərin məşğulluğunda fərqlərin mövcud olması ilə əlaqədar beynəlxalq aktların tətbiqində və müəyyən edilməsində baş verən xüsusi problemləri, habelə dövlət qulluqçularına münasibətdə tətbiq olunan təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüquqları haqqında 1949-cu il tarixli Konvensiyasının müvafiq normalarının təfsir edilməsində yaranan çətinlikləri nəzərə alaraq, və bəzi hökumətlər tərəfindən həmin müddəaların tətbiqi zamanı dövlət qulluqçularının böyük qruplarının Konvensiyanın əhatə dairəsindən kənarda qalması məsələsi barədə BƏT-in nəzarət qurumlarının qeydlərini nəzərə almaq”.
2. Avropanın beynəlxalq müqavilələri
a) Təşkilatlanmaq hüququ və dövlət qulluqçuları
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının (həmin Xartiyanı Türkiyə ratifikasiya etməmişdir) 5-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
5-ci maddə - Təşkilatlanmaq hüququ
“İşçilərin və işəgötürənlərin öz iqtisadi və sosial maraqlarının müdafiəsi üçün yerli, milli və ya beynəlxalq təşkilatlar yaratmaq və bu təşkilatlara daxil olmaq azadlığının təmin edilməsi və ya dəstəklənməsi məqsədilə Tərəflər öhdələrinə götürürlər ki, milli qanunvericilik və onun tətbiq edilməsi bu azadlıqları məhdudlaşdırmayacaqdır. Bu maddədə nəzərdə tutulmuş təminatların polisə tətbiq edilməsi dərəcəsi milli qanunvericilik və ya qaydalarda müəyyən edilir. Bu təminatların silahlı qüvvələrin üzvlərinə tətbiqini tənzimləyən prinsip və bu kateqoriyalı şəxslərə tətbiq edilməsi dərəcəsi həmçinin milli qanunvericilikdə və ya qaydalarda müəyyən olunur.”
“Avropada dövlət qulluqçularının statusu haqqında” Avropa Şurasının R(2000)6 nömrəli Tövsiyəsinin 8-ci Prinsipində aşağıdakılar təsbit edilmişdir:
“Bütövlükdə dövlət qulluqçuları adi vətəndaşlar kimi eyni hüquqlardan istifadə etməlidirlər. Lakin, dövlət qulluqçularının xüsusi-hüquq vəzifələrinə zidd olmamaq üçün həmin hüquqlardan istifadə müvafiq qanunla və ya kollektiv sazişlə nizamlana bilər. Xüsusi-hüquq funksiyaların həyata keçirilməsi üçün dövlət qulluqçularının, xüsusən siyasi, həmçinin həmkarlar ittifaqları yaratmaq və onlara üzv olmaq hüquqları qanunla məhdudlaşdırıla bilərlər.”
“Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyasının 12-ci maddəsinin 1-ci bəndində aşağıdakılar təsbit edilmişdir:
“1. Hər kəs dinc toplantıda iştirak etmək və öz maraqları naminə həmkarlar ittifaqları yaratmaq və onlara üzv olmaq hüququ daxil olmaqla siyasi, mülki və həmkarlar ittifaqı məsələləri üzrə istənilən səviyyədə təşkilatları sərbəst yaratmaq hüquqa malikdir.”
Avropa təcrübəsi ilə əlaqədar qeyd edilməlidir ki, dövlət qulluqçularının həmkarlar ittifaqlarına üzv olmaq hüququ hal-hazırda bütün Üzv dövlətlərdə tanınır. Həmin qayda bütün dövlət qulluqçularına, o cümlədən ştata daxil olan və ya əmək müqaviləsi əsasında çalışan, habelə dövlətə məxsus bütün milli, bələdiyyə və özəl təşkilatlarda işləyən işçilərə münasibətdə tətbiq edilir. Mərkəzi icra aparatlarında və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları öz seçimlərinə uyğun olaraq həmkarlar ittifaqlarına üzv olmaq hüququna malikdirlər. Dövlət sektorunda özəl sektora nisbətən daha çox həmkarlar ittifaqları mövcuddur. Bu öz növbəsində Avropa Şurasının üzv ölkələrində yaradılmış əlverişli inzibati və hüquqi şəraitinin göstəricisidir. Avropa Şurasının əksər üzv ölkələrində məhkəmə sistemində, polisdə və yanğınla mübarizə üzrə qurumda çalışan işçilərə münasibətdə müəyyən məhdudiyyətlər tətbiq edilir, eyni zamanda hərbi qulluqçulara münasibətdə daha ciddi, o cümlədən həmkarlar ittifaqlarına üzv olmağa qadağa qoyulması kimi məhdudiyyətlər tətbiq edilir.
b) Kollektiv danışıqlar aparmaq hüququ və dövlət qulluqçuları
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının (həmin Xartiyanı Türkiyə ratifikasiya etməmişdir) 6-cı maddəsində kollektiv danışıqların aparılması ilə əlaqədar aşağıdakılar təsbit edilmişdir:
“Kollektiv sazişlər bağlamaq hüququnun effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları üzərinə götürür:
1. işçilər və işəgötürənlər arasında birgə məsləhətləşmələri təşviq etmək;
2. zəruri və müvafiq olduğu hallarda məşğulluğun şərtlərinin kollektiv sazişlər vasitəsilə tənzimlənməsi məqsədilə işəgötürənlər və ya işəgötürənlərin təşkilatları və işçilərin təşkilatları arasında könüllü danışıqlar üçün mexanizmlərə imkan yaratmaq;
3. əmək mübahisələrinin həll edilməsi üçün müvafiq barışdırma və könüllü arbitraj mexanizmlərinin yaradılmasını və istifadəsini təşviq etmək;
və aşağıdakını tanıyır:
4 işçilərin və işəgötürənlərin mənafelərin münaqişəsi hallında kollektiv hərəkətlər, o cümlədən lakin əvvəllər bağlanılmış kollektiv müqavilələrdən irəli gələ bilən öhdəliklər nəzərə alınmaqla tətil etmək hüququnu.”
Xartiyanın müstəqil ekspertlər Komitəsi (hal-hazırda Sosial Hüquqlar üzrə Avropa Komitəsi kimi adlandırılır) həmin Xartiyanın 6-cı maddəsinin 2-ci bəndini təfsirində bildirmişdir ki, hazırkı Xartiyanın bütövlükdə dövlət qulluqçularına şamil olunmasını nəzərə alaraq dövlətlər dövlət qulluğu sahəsində kollektiv danışıqlarının rolunun məhdudlaşdırılması məqsədilə, eyni zamanda Xartiyanın tələblərinin yerinə yetirilməsi üçün ştat vahidləri üzrə çalışan işçilərin nümayəndələrinin əmək şəraitinin müəyyən olunmasında iştirakını təmin etməlidirlər (misal üçün bax: Almaniya ilə bağlı 3-cü Rəyə, 34-35-ci səhifələr).“Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyasının 28-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
Kollektiv danışıqlar aparmaq və fəaliyyətlər hüququ
“İttifaqın qanunvericiliyinə, habelə daxili qanunlara və təcrübəyə əsasən işçilər və işəgötürənlər və ya onları təmsil edən təşkilatlar danışıqlar aparmaq və müvafiq səviyyədə kollektiv müqavilələr bağlamaq hüquqa malikdirlər, eyni zamanda, maraqların toqquşduğu təqdirdə digər kollektiv tədbirlər, o cümlədən tətillər keçirmək.”
Avropa ölkələrinin təcrübəsinə əsasən onların əksəriyyəti dövlət qulluqçularının müvafiq məsələlər üzrə (inzibati proseduralar, tibbi sığorta, yüksək vəzifəli dövlət qulluqçularının əmək haqları) və ya dövlət qulluqçularının müvafiq kateqoriyalar üzrə (hərbi qulluqçular, polis əməkdaşları, hakimlər, diplomatlar, hakimiyyətin federal qurumlarının işçiləri) müəyyən istisnalarla hakimiyyət orqanları ilə kollektiv danışıqlar aparmaq hüquqlarını tanıyıblar. Regionlarda çalışan və hakimiyyət funksiyalarını həyata keçirməyən dövlət qulluqçularının əmək haqlarının və əmək şəraitinin müəyyən edilməsi üçün kollektiv danışıqlar aparılması hüququ Razılığa gəlmiş dövlətlərin əksər çoxluğu tərəfindən tanınmışdır. Digər istisnalara konkret hallar əsasında haqq qazandırmaq olar.
HÜQUQİ MƏSƏLƏLƏR
I. CAVABDEH DÖVLƏTİN İLKİN ETİRAZLARI
İşin Böyük Palatada baxılması zamanı cavabdeh dövlət ərizənin qəbuledilənliyi ilə əlaqədar iki etiraz irəli sürmüşdür. Birincisi, Türkiyə Hökumətinin mövqeyinin mübahisələndirilməsi üçün Konvensiyadan başqa digər beynəlxalq müqavilələrə, xüsusən Türkiyə tərəfindən ratifikasiya edilməmiş müqavilələrə istinad etmək yolverilməzdir. İkincisi, nəzərə alsaq ki, ərizəçilər əmək müqaviləsi əsasında çalışan adi işçilər deyil və dövlət qulluqçularıdırlar, bununla əlaqədar Konvensiyanın 11-ci maddəsi ərizəçilərə münasibətdə şamil edilmir.Birinci etirazla əlaqədar cavabdeh Hökumət qeyd edir ki, Məhkəmə Konvensiyanın müddəalarını təfsir edərək Razılığa gəlmiş dövlətlər üçün Konvensiyada nəzərdə tutulmamış yeni öhdəliklər yarada bilməz. Xüsusilə qeyd edilmişdir ki, Məhkəmə Palatası Avropa Sosial Xartiyasına (Xartiyanın 5-ci və 6-cı maddələri Türkiyə tərəfindən ratifikasiya edilməmişdir) və onun icrasına nəzarəti həyata keçirən qurumun təcrübəsinə böyük diqqət ayırmışdır, lakin, Türkiyə tərəfindən ratifikasiya edilməmiş müqavilələrə istinad edilməsinin yolverilməzliyini nəzərə alaraq ərizə Konvensiyanln raione materiae tələblərinə uyğun deyil.İkinci etirazla əlaqədar cavabdeh Hökumət Konvensiyanın 11-ci maddəsinin sonuncu cümləsində göstərilən məhdudiyyətlərə (həmin maddə, o cümlədən dövlətin inzibati orqanlarında çalışan işçilərə münasibətdə tətbiq edilmir) istinad edərək qeyd etmişdir ki, dövlət qulluqçularının, o cümlədən bələdiyyə qulluqçularının statusu “Dövlət qulluğu haqqında” 657 nömrəli Qanun əsasında ətraflı müəyyən edilmişdir, bununla da onlar digər işçilərdən fərqlənirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh Hökumət ərizənin Konvensiyanın 11-ci maddəsinin ratione materiae tələblərinə cavab vermədiyinə görə onu rədd etmək xahiş etmişdir.Ərizəçilər cavabdeh dövlətin irəli sürdüyü etirazlarla razılaşmamışdırlar. Məhkəmə qeyd edir ki, Məhkəmənin Avropa Sosial Xartiyasının nəzərə alınması barədə cavabdeh Hökumətin etirazı ilkin etiraz kimi hesab oluna bilməz. Güman etsək ki, cavabdeh Hökumətin etirazı əsaslı olmuşdursa da yalnız müqavilələrlə əlaqədar Məhkəmənin Bölməsi tərəfindən işin mahiyyəti üzrə baxılması üçün ərizə qəbuledilməz hesab edilə bilməz. Cavabdeh Hökumətin həmin etirazı işin mahiyyətinə aiddir və bu məsələ işin məhz mahiyyəti üzrə baxılması zaman araşdırılacaqdır.Konvensiyanın ratione materiae tələbləri ilə əlaqədar irəli sürülmüş etirazlara gəldikdə Məhkəmə ilk növbədə qeyd edir ki, ərizənin qəbuledilənliyi məsələsinə baxıldıqdan əvvəl cavabdeh Hökumətin Məhkəməyə oxşar dəlillərin təqdim edilməsini nəzərə alaraq, o, həmin etirazları irəli sürmək hüququna malikdir. Məhkəmə vurğulayır ki, cavabdeh Hökumətin həmin etirazı irəli sürmək hüququna malik olmasaydı Məhkəmə bu məsələni konkret iş üzrə tərəflərin dəlillərinə əsasən deyil, Konvensiyanın 32-ci maddəsinə əsasən onun üzərinə qoyulmuş səlahiyyətə uyğun olaraq araşdırmağa məcbur olardı (bax: mutatis mutandis, “Bleçiç Xorvatiyaya qarşı” (Blečić v. Croatia [GC], no. 59532/00, §§ 63-69, ECHR 2006‑....).
Buna baxmayaraq cavabdeh Hökumətin həmin etirazı Məhkəmənin “dövlətin inzibati orqanlarında çalışan işçilər” anlayışının araşdırılmasını tələb edir. Bununla Məhkəmə hesab etmişdir ki, həmin məsələ işin mahiyyəti üzrə baxılması zamanı araşdırılmalıdır.
II. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
Ərizəçilər Məhkəməyə verdikləri şikayətlərində iddia etmişdirlər ki, Türkiyənin məhkəmələri onların həmkarlar ittifaqları yaratmaq və kollektiv müqavilələr bağlamaq hüquqlarını pozmuşdurlar. Bununla onlar Konvensiyanın 11-ci maddəsinə istinad edirlər. Həmin maddədə aşağıdakılar təsbit olunmuşdur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. ”
A. Digər beynəlxalq müqavilələri nəzərə alaraq Konvensiyanın təfsiri
Bundan əvvəl Avropa Məhkəməsi qərara almışdır ki, Türkiyənin dəlillərini mübahisələndirilməsi zamanı hər-hansı digər müqavilələrə, xüsusən də Türkiyə tərəfindən ratifikasiya edilməmiş müqavilələrə istinad edilməsinin yolverilməzliyi barədə cavabdeh Hökumətin dəlilləri işin mahiyyəti üzrə baxılması mərhələsində araşdırılacaqdır. Həmin dəlilin Konvensiyanın 11-ci maddəsinin pozulmasına dair verilən şikayətlərin mahiyyəti ilə əlaqədar olan məsələlərin baxılması metodikasına aid olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu dəlil digər sualların cavablandırılmasından əvvəl araşdırılmalıdır.
1. Tərəflərin izahatları
a) Cavabdeh Hökumətin dəlilləri
Cavabdeh Hökumət bildirir ki, Məhkəmə Konvensiyanın müddəalarını təfsir edərək Konvensiyada nəzərdə tutulmamış yeni öhdəliklər yarada bilməz. Xüsusilə Hökumət qeyd edilmişdir ki, onun mövqeyinin mübahisələndirilməsi zamanı Türkiyə tərəfindən ratifikasiya edilməmiş müqavilələrə istinad edilməsi yolverilməzdir. Cavabdeh Hökumət təsdiq edir ki, Məhkəmə hər zaman zərurət olduqda tərəflər arasında mövcud münasibətlər üzrə tətbiq olunan “istənilən müvafiq beynəlxalq hüquq normaları” nəzərə almışdır (bax: “Əl-Ədsani Birləşmiş Krallığa qarşı” işi (Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001-XI). Lakin, cavabdeh Hökumət həmin yanaşmanın ancaq “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının 31-ci maddəsinin 3-cü bəndində təsbit edilmiş, o cümlədən yalnız müvafiq dövlət üçün mütləq olan müqavilələrin nəzərə alınması kimi meyarlara riayət edilməsini qanuni hesab edir.Türkiyə onun tərəfindən 1989-cu ildə ratifikasiya edilmiş Avropa Sosial Xartiyasının 5-ci (təşkilatlanmaq hüququ) və 6-cı maddələrinin (kollektiv danışıqlar aparmaq hüququ) iştirakçısı deyil. Həmin müddəalara dolayı əsaslarla qanuni qüvvənin verilməsi şübhələr doğurur. Lakin, hazırkı işdə kollektiv müqavilələr bağlamaq hüququnu təmin edən müvafiq müddəaların Konvensiyada təsbit edilməməsi dövlətin iştirakçısı olmadığı digər beynəlxalq müqavilələrin araşdırılması ilə nəticələnir.
b) Ərizəçilərin dəlilləri
Ərizəçilər cavabdeh Hökumətin Konvensiya müddəalarının təfsir etmək məsələsinin qaldırılması üsulunu tənqid edir. Onlar qeyd edirlər ki, Məhkəmənin Palatası hazırkı işdə Sosial Xartiyasının müvafiq müddəalarını tətbiq etməmişdir. Məhkəmə Konvensiyanın 11-ci maddəsini təfsir edərək yalnız müstəqil ekspertlər Komitəsinin təşkilatlanmaq hüququ ilə kollektiv danışıqlar aparmaq hüququ arasında əlaqənin mövcudluğu barədə mövqeyini nəzərə almışdır.
2. Məhkəmə Palatasının gəldiyi nəticəsi
İrəli sürülmüş etirazla əlaqədar Məhkəmə Palatasının mövqeyinin bildirilməsi üçün əsası olmamışdır. Əlavə dəlil kimi Məhkəmə Palatası təşkilatlanmaq hüququ ilə kollektiv danışıqlar aparmaq hüququ arasında təbii əlaqənin mövcudluğunu qeyd edərək Avropa Sosial Xartiyası üzrə müstəqil ekspertlər Komitəsinin mövqeyinə istinad etmişdir (bax: yuxarıda göstərilən 35-ci bənd). Mübahisələndirilən tədbirlərin demokratik cəmiyyətdə zəruriliyi, xüsusən bələdiyyə qulluqçularının həmkarlar ittifaqının öz üzvlərinin maraqlarının müdafiəsi məqsədilə hüquqi vasitə qismində kollektiv danışıqlar aparılması seçiminin vicdanlı olub olmaması barədə qərar qəbul edərkən Məhkəmə BƏT-in Konvensiyalarına istinad etmişdir (bax: yuxarıda göstərilən 46-cı bəndə).
3. Digər beynəlxalq müqavilələri və sənədləri nəzərə alaraq Konvensiyanın müddəalarının təfsir edilməsi təcrübəsi
a) Əsaslar
Konvensiyada istifadə edilən anlayışların müəyyən edilməsi zamanı Məhkəmə “Beynəlxalq müqavilələr haqqında” Vyana Konvensiyasının 31-33-cü bəndlərində təsbit edilmiş təfsir etmə qaydaları rəhbər tutur (misal üçün bax: “Qolder Birləşmiş Krallığa qarşı” (Golder v. the United Kingdom, 21 February 1975, § 29, Series A no. 18); “Conston və digərləri İrlandiyaya qarşı” (Johnston and Others v. Ireland, 18 December 1986, §§ 51 et seq., Series A no. 112); “Lifqou və digərləri Birləşmiş Krallığa qarşı” (Lithgow and Others v. the United Kingdom, 8 July 1986, §§ 114 and 117, Series A no. 102); və “Vitolda Litva Polşaya qarşı” (Witold Litwa v. Poland, no. 26629/95, §§ 57-59, ECHR 2000‑III). Vyana Konvensiyasına əsasən Məhkəmə anlayışlara kontekstlərinə, habelə qeyd olunan maddələr üzrə obyektlərə və məqsədlərə uyğun olaraq verilən mənanı müəyyən etməlidir (bax yuxarıda qeyd edilən “Qolder Birləşmiş Krallığa qarşı”, 29-cu bənd; “Conston və digərləri İrlandiyaya qarşı”, 51-ci bənd; və Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndi ). Eyni zamanda, anlayışın mənası aydın olmadıqda, iki məna daşıdıqda ya da anlaşılmaz olduqda qeyd edilən metodikaya uyğun olaraq anlayışların mənasını təfsir etmək məqsədilə digər əlavə vasitələrdən istifadə edilə bilər (bax: Vyana Konvensiyasının 32-ci maddəsi; “Saadi Birləşmiş Krallığa qarşı” (Saadi v. the United Kingdom [GC], no. 13229/03, § 62, ECHR 2008‑....).Konvensiyanın ilk növbədə insan hüquqlarının qorunması üzrə mexanizm olduğunu nəzərə alaraq Məhkəmə onun müddəalarını təfsir və tətbiq edərək Konvensiyada təsbit edilmiş hüquqlarının nəzəri və xəyali deyil əksinə təcrübədə həyata keçirilən və səmərəli olduğunu təmin etməlidir. Eyni zamanda, Konvensiya vahid bir alət kimi tanınmalıdır, bununla onun müddəalarının təfsir edilməsi zamanı onların bir birinə uyğunluğu daha da möhkəmləndirilməlidir. (digər qərarlarla yanaşı bax: “Stek və digərləri Birləşmiş Krallığa qarşı” (Stec and Others v. the United Kingdom(dec.) [GC], nos. 65731/01 and 65900/01, §§ 47-48, ECHR 2005‑X).Məhkəmə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının təfsir edilməsi zamanı onun müddəalarını yeganə normativ əsas kimi hesab etmirdi. Əksinə Məhkəmə Razılığa gəlmiş tərəflər münasibətdə tətbiq edilən müvafiq beynəlxalq hüquq norma və prinsiplərini də nəzərə almalıdır (bax: yuxarıda qeyd edilən “Saadi” işi, 62-ci bənd; yuxarıda qeyd edilən “Əl-Ədsani” işi, 55-ci; və “Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı” [Böyük Palata] (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi v. Ireland [GC], no. 45036/98, § 150, ECHR 2005‑VI; həmçinin bax: Vyana Konvensiyasının 31-ci maddəsinin 3-cü bəndinin (c) yarımbəndinə).Bundan sonra Məhkəmə qeyd edir ki, Konvensiya “canlı orqanizm” kimi hesab olunmalıdır. Onu müddəalarını təfsir edərkən indiki zamanın tələbləri, həmçinin milli qanunvericilik və beynəlxalq hüquq normalarının dəyişməsi nəzərə alınmalıdır (bax: “Sörinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, § 102, Series A no. 161); “Vo Fransaya qarşı” [Böyük Palata] (Vo v. France [GC], no. 53924/00, § 82, ECHR 2004‑VIII); və “Mammadkulov və Askarov Türkiyəyə qarşı” [Böyük Palata] (Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, § 121, ECHR 2005‑I).
b) Konvensiyanın təfsiri zamanı istifadə olunan beynəlxalq hüquq normaların və sənədlərin müxtəlifliyi
(i) Ümumi beynəlxalq hüquq
Razılığa gəlmiş dövlətlərin üzərinə konkret öhdəlik qoyan Konvensiyanın material hüquq normalar ilk növbədə müəyyən sahədə tətbiq edilən beynəlxalq müqavilənin müddəalarını nəzərə alaraq təfsir oluna bilər (misal üçün, Məhkəmə Konvensiyanın 8-ci maddəsini təfsir edərkən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 1989-cu il 20 noyabr tarixli Konvensiyasını və “Uşaqları övladlığa götürülməsi haqqında” 1967-ci il 24 aprel tarixli Avropa Konvensiyasını nəzər almışdır; bax: “Pini və digərləri Rumıniyaya qarşı” (Pini and Others v. Romania, nos. 78028/01 and 78030/01, §§ 139 and 144, ECHR 2004‑V); və “Emonet və digərləri İsveçrəyə qarşı” (Emonet and Others v. Switzerland, no. 39051/03, §§ 65-66, ECHR 2007‑...).Digər iş üzrə Məhkəmə “ev köləliyini” qadağan edilməsi üzrə dövlətin pozitiv öhdəliyini müəyyən edilməsi üçün Avropa Konvensiyasının müddəaları ilə kifayətlənməyərək universal beynəlxalq konvensiyaların müddəalarını nəzər almışdır (BƏT-in “Məcburi əmək haqqında” Konvensiyası, “Köləliyin, kölə ticarətinin və köləliyə uyğun institutların və adətlərin ləğv edilməsi haqqında” Əlavə Konvensiyası, həmçinin “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiya (bax: “Siliadin Fransaya qarşı” (Siliadin v. France, no. 73316/01, §§ 85-87, ECHR 2005‑VII). Həmin beynəlxalq müqavilələrin müvafiq müddəalarına istinad edərək Məhkəmə nəticəyə gəlmişdir ki, Konvensiyanın 4-cü maddəsinin riayət edilməsi məsələsini yalnız dövlət hakimiyyəti orqanlarının birbaşa hərəkətləri ilə bağlaması bu məsələyə dair beynəlxalq müqavilələrin tələblərini pozulması kimi hesab olunmalıdır və onları səmərəsiz edərdi.Eyni zamanda, “Qolder Birləşmiş Krallığa qarşı” işində (bax: hazırkı qərarın 35-ci bəndinə) Məhkəmə qeyd etmişdir ki, tərəflərin öz münasibətlərində tətbiq etdiyi müvafiq beynəlxalq hüquq normalarına “mədəni millətlərin tanıdıqları hüququn ümumi prinsipləri” də daxildirlər (bax: Birləşmiş Millətlər Təşkilatını Beynəlxalq Məhkəməsinin Nizamnaməsinə 38-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə). 1950-ci ilin avqust ayında Avropa Şurası Məşvərətçi Assambleyasının hüquqi məsələlər üzrə Komitəsi qabaqcadan bildirdi ki, Komissiya və Məhkəmə öz öhdəliklərini yerinə yetirilməsi üçün gələcəkdə həmin prinsipləri tətbiq etməlidirlər, bununla əlaqədar həmin məsələnin Konvensiyada ayrıca qeyd etdirilməsini məqsədəuyğun hesab etdi (Documents of the Consultative Assembly, working papers of the 1950 session, Vol. III, no. 93, p. 982, para. 5).Yuxarıda qeyd edilən “Sörinq Birləşmiş Krallığa qarşı” işi üzrə qərarında Məhkəmə şəxsin üçüncü ölkəyə deportasiya edilməsi məsələsinə dair Konvensiyanın 3-cü maddəsinin təcrübəsinin inkişaf etdirilməsi üçün universal xarakterli sənədlərdə təsbit edilmiş prinsipləri nəzərə almışdır. Birincisi, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Pakta və “İnsan hüquqları haqqında” Amerika Konvensiyasına istinad edərək Məhkəmə nəticəyə gəlmişdir ki, Konvensiyanın 3-cü maddəsinin tələblərini pozan qeyri-insani rəftarın qadağan edilməsi beynəlxalq səviyyədə tanınmış standarta çevrilmişdir. İkincisi, Məhkəmə hesab etmişdir ki, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” BMT-nin Konvensiyasının məzmununa əsasən heç bir şəxsi ona işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu halda başqa bir dövlətə sürgün etməsi, qaytarması və ya ekstradisiya etməsinin qadağan edilməsi o demək deyir ki, analoji öhdəlik Konvensiyanın 3-cü maddəsində təsbit edilməmişdir. Bundan sonra “Əl-Ədsani Birləşmiş Krallığa qarşı” işdə Məhkəmə universal beynəlxalq hüquq normalarına (“İnsan hüquqları haqqında” Ümumi Bəyannaməsinin 5-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsi, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” BMT-nin Konvensiyasının 2-ci və 4-cü maddələri) və onların beynəlxalq cinayət tribunalları (Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq cinayət tribunalının “Furundjiyi” işi üzrə 1998-ci il 10 dekabr tarixli qərar) və milli məhkəmələr (“Pinoçet” işi üzrə Lordlar Palatasının 3 nömrəli qərarı) tərəfindən təfsirlərinə istinad edərək nəticəyə gəlmişdir ki, işgəncələrin qadağan edilməsi beynəlxalq hüququn imperativ normasına çevrilmiş (jus cogens) və həmin qadağanı öz təcrübəsinə inkorporasiya etmişdir (bax: yuxarıda qeyd edilən “Əl-Ədsani Birləşmiş Krallığa qarşı” iş, 60-cı bənd).
(ii) Avropa Şurası çərçivəsində bağlanılmış müqavilələr
Məhkəmə bir-sıra qərarlarında məsələlərin təfsir edilməsi üçün Avropa Şurası qurumlarının (misal üçün Nazirlər Komitəsinin və Parlament Assambleyasının tövsiyələri və qətnamələri) mütləq hüquqi qüvvəyə malik olmayan normativ aktları tətbiq etmişdir (bax: “Öneryıldız Türkiyə qarşı” (Öneryıldız v. Turkey [GC], no. 48939/99, §§ 59, 71, 90 and 93, ECHR 2004‑XII).Həmin təfsir metodlarının tətbiqi nəticəsində Məhkəmə öz mövqeyini Avropa Şurasının nəzarətedici və ya ekspert orqanlarının normalarına istinad edərək möhkəmləndirirdi. Hüquq və azadlıqlarının dəqiq həcminin təfsir edilməsi üçün Məhkəmə Venesiya Komissiyası (bax: “Rusiya sahibkarlarının konservativ partiyası və digərləri Rusiyaya qarşı” (Russian Conservative Party of Entrepreneurs and Others v. Russia, nos. 55066/00 and 55638/00, §§ 70-73, ECHR 2007‑...); “Baskların sosialist partiyası – “İparralde” regional təşkilatı Fransaya qarşı” (Basque Nationalist Party – Iparralde Regional Organisation v. France, no. 71251/01, §§ 45-52, ECHR 2007‑...) və “Çiloğlu və digərləri Türkiyəyə qarşı” (Çiloğlu and Others v. Turkey, no. 73333/01, § 17, 6 March 2007), “İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası” (bax: Bekos və Koutropoulos Yunanıstana qarşı (Bekos and Koutropoulos v. Greece, no. 15250/02, §§ 33‑36, ECHR 2005‑... ); “İvanov Bolqarıstana qarşı” (Ivanova v. Bulgaria, no. 52435/99, §§ 65-66, ECHR 2007‑...); “Kobzaru Rumıniyaya qarşı” (Cobzaru v. Romania, no. 48254/99, §§ 49-50, 26 July 2007); və “D.H. və digərləri Çexiyaya qarşı” (D.H. and Others v. the Czech Republic [GC], no. 57325/00, §§ 59-65, 184, 192, 200 and 205, ECHR 2007‑...), həmçinin İşgəncələrin və qeyri – insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəri (CPT) (bax: “Aerts Belçikaya qarşı” (Aerts v. Belgium, 30 July 1998, § 42, Reports of Judgments and Decisions 1998‑V); “Slimani Fransaya qarşı” (Slimani v. France, no. 57671/00, §§ 22 et seq., ECHR 2004‑IX); “Nazarenko Ukraynaya qarşı” (Nazarenko v. Ukraine, no. 39483/98, §§ 94-102, 29 April 2003); “Kalaşnikov Rusiyaya qarşı” (Kalashnikov v. Russia, no. 47095/99, § 97, ECHR 2002‑VI); və “Kadikis Latviyaya qarşı” (Kadiķis v. Latvia (no. 2), no. 62393/00, § 52, 4 May 2006) tərəfindən hazırlanmış sənədləri istifadə etmişdir.
(iii) Avropa Məhkəməsi tərəfindən aparılmış təhlil
“Saadi Birləşmiş Krallığa qarşı” (bax: yuxarıda qeyd edilən həmin qərar 63-cü bəndə) işdə təsdiq edilmişdir ki, Konvensiya müddəalarının obyektini və məqsədlərini araşdırarkən Məhkəmə tərəfindən həll edilən hüquqi məsələlərə aid beynəlxalq hüquq normaları nəzərə alır. Ümumi beynəlxalq və Avropa ölkələrin daxili hüquqi standartlar əksər dövlətlər tərəfindən tanınmış norma və prinsiplərdən ibarətdir. Onlar reallığı əks etdirirlər. Məhkəmə Konvensiyanın müddəalarını əhatə dairəsini ənənəvi təfsir vasitələri ilə müəyyən edə bilmədikdə həmin norma və prinsiplərin istifadə edilməsindən imtina edilə bilməz.Misal üçün, müəyyən edərək ki, təşkilatlanmaq hüququ neqativ aspekti daşıyır və yalnız müəyyən həmkarlar ittifaqının üzvləri ilə işə qəbulla bağlı əmək müqavilələrinin bağlanılmasını nəzərdə tutmur Məhkəmə Avropa Sosial Xartiyasının, ona nəzarət edən qurumlarının təcrübəsinə, həmçinin digər Avropa və ya universal beynəlxalq hüquq normalarına əsaslanaraq nəticəyə gəlmişdir ki, bu məsələyə dair beynəlxalq səviyyədə daha yekdil mövqe müəyyən edilir (bax: “Sigürdür A. Cigüryonson İslandiyaya qarşı” (Sigurður A. Sigurjónsson v. Iceland, 30 June 1993, § 35, Series A no. 264); və “Sörensen və Rasmuse Danimarkaya qarşı” (Sørensen and Rasmussen v. Denmark [GC], nos. 52562/99 and 52620/99, §§ 72-75, ECHR 2006‑...).Bununla əlaqədar qeyd edilir ki, beynəlxalq hüquq normalarının ümumi əsaslarının müəyyən edilməsi zamanı Məhkəmə heç vaxt hüquqi mənbələr arasında fərq qoymamışdır baxmayaraq ki, onlar ratifikasiya edilib və ya edilməyib.Belə ki, nikahdan kənar övladın hüquqi statusu barədə “Marks Belçikaya qarşı” işdə Məhkəmə öz təfsirini 1962-ci il və 1975-ci il tarixli iki beynəlxalq Konvensiyaları ilə əsaslandırmışdır. Həmin vaxt Belçika və digər ölkələr qeyd edilən Konvensiyaları ratifikasiya etməmişdir (bax: “Marks Belçikaya qarşı” (Marckx v. Belgium, 13 June 1979, §§ 20 and 41, Series A no. 31). Məhkəmə nəticəyə gəlmişdir ki, həmin Konvensiyaların az sayda ölkələr tərəfindən ratifikasiya etməsi faktı “mater semper certa est” kimi hüquqi prinsipini tam olaraq tanınması üzrə müvafiq beynəlxalq normaları ilə birlikdə Avropa Şurası Üzv dövlətlərin milli qanunvericiliklərinin təkamülünün əhəmiyyətini azaltmır.Eyni zamanda, “Kristin Qudvin Birləşmiş Krallığa qarşı” (Christine Goodwin v. the United Kingdom ([GC], no. 28957/95, ECHR 2002‑VI), “Vilxo Eskelinen Finlandiyaya qarşı” (Vilho Eskelinen and Others v. Finland ([GC], no. 63235/00, ECHR 2007‑...) və yuxarıda qeyd edilən “Sörensen və Rasmuse Danimarkaya qarşı” işlərdə Məhkəmə “Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyasını rəhbər tutmuşdur, baxmayaraq ki həmin sənəd mütləq hüquqi qüvvəyə malik deyil. “Makelxinni İrlandiyaya qarşı” (McElhinney v. Ireland ([GC], no. 31253/96, ECHR 2001‑XI), yuxarıda qeyd edilən “Əl-Ədsani Birləşmiş Krallığa qarşı” və “Fogerti Birləşmiş Krallığa qarşı” işlərdə Məhkəmə “Dövlətlərin immunitetləri haqqında” Avropa Konvensiyasının müddəalarını nəzərə almışdır. Həmin an qeyd edilən Konvensiya Avropa Şurasının səkkiz Üzv dövlətləri tərəfindən ratifikasiya edilmişdir.“Qless Birləşmiş Krallığa qarşı” işdə Məhkəmə Konvensiyanın 8-ci maddəsini təfsir edərkən “İnsan hüquqları və biotəbabət haqqında” Ovyedo Konvensiyasında təsbit edilmiş standartları tətbiq etmişdir, baxmayaraq ki, həmin beynəlxalq sənəd Konvensiyanın bütün iştirakçı dövlətlər tərəfindən ratifikasiya edilməmişdir (bax: Glass v. the United Kingdom, no. 61827/00, § 75, ECHR 2004‑II).Konvensiyanın 2-ci maddəsinə əsasən təhlükəli fəaliyyətlə əlaqədar dövlətlərin məsuliyyəti üzrə meyarların müəyyən edilməsi məqsədilə Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işdə digər beynəlxalq sənədlərlə yanaşı “Ətraf mühitə təhlükə yaradan fəaliyyət nəticəsində dəymiş ziyana görə mülki məsuliyyət haqqında” (ETS no. 150 – Lugano, 21 June 1993) və “Ətraf mühitim cinayət qanunvericiliyi vasitəsilə mühafizəsi haqqında” (ETS no. 172 – Strasbourg, 4 November 1998) Konvensiyalara istinad etmişdir. Türkiyə ilə yanaşı Avropa Şurasının əksər dövlətləri bu Konvensiyaları imzalamamış və ratifikasiya etməmişdirlər (bax yuxarıda qeyd edilən: Öneryıldız v. Turkey, § 59).“Taşkın və digərləri Türkiyəyə qarşı” işdə Məhkəmə ətraf mühitin mühafizəsi sahəsində Konvensiyanın 8-ci maddəsinə (ətraf mühit fərdin şəxsi həyatının ayrılmaz hissəsidir) dair təcrübəsini “Ətraf mühitə aid olan məsələlər üzrə informasiyanın əldə edilməsi, ictimaiyyətin qərar qəbul etmə prosesində iştirakı və məhkəməyə müraciət edilməsi haqqında” Orxus Konvensiyasında (ECE/CEP/43) təsbit edilmiş prinsiplər əsasında müəyyən etmişdir (bax: Taşkınand Others v. Turkey, no. 49517/99, §§ 99 and 119, 4 December 2003). Türkiyə Orxus konvensiyasını imzalamamışdır.Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdeh Hökumətin izahatlarına əsasən Konvensiyaya bəzi iqtisadi və sosial hüquqları (İnsan hüquqları Rəhbər Komitəsinin işi kontekstində) üzrə əlavə Protokolların qəbul edilməsi üçün Avropa Şurası Üzv dövlətləri tərəfindən siyasi dəstək verilmir. Lakin, Məhkəmə qeyd edir ki, cavabdeh Hökumətin qəbul etdiyi kimi Avropa Şurası Üzv dövlətlərin bu mövqeyi Avropa Sosial Xartiyasında təsbit edilmiş hüquq müdafiə vasitələrin mexanizmlərinin möhkəmləndirilməsinə yönəldilmiş ölkələrin iradı ilə müşayiət olunur. Məhkəmənin mövqeyinə əsasən həmin dəlil göstərir ki, Razılığa gəlmiş tərəflər arasında iqtisadi və sosial hüquqlarının müdafiəsi sahəsində müvafiq konsensus mövcuddur. Razılığa gəlmiş tərəflərin həmin ümumi iradının Məhkəmə tərəfindən Konvensiya müddəalarının təfsir edilməsində nəzərə alınması üçün heç bir maneə yoxdur.
4. Nəticə
Konvensiyanın mətnində göstərilən anlayışların və terminlərin müəyyən edilməsi zamanı Məhkəmə Konvensiya ilə yanaşı beynəlxalq hüququn digər elementlərini, həmin terminlərin səlahiyyətli qurumları tərəfindən təfsirini, həmçinin Avropa ölkələrin onların ümumi dəyərlərini əks etdirən təcrübəsini nəzərə ala bilər və nəzərə almalıdır. İxtisaslaşdırılmış beynəlxalq müqavilələri və Razılığa gəlmiş dövlətlərin təcrübələri üzrə əldə edilmiş konsensus Konvensiyanın müddəalarını təfsir edərkən hər bir işin araşdırılması zamanı Məhkəmə üçün vacib ola bilər.Belə olan halda cavabdeh Hökumət üçün işdə qaldırılan müəyyən məsələlərə dair bütün beynəlxalq müqavilələri ratifikasiya etmək mütləq hesab olunmur. Məhkəmə üçün kifayətdir ki, beynəlxalq hüquqda və ya əksər Avropa Şurası Üzv dövlətlərinin qanunvericiliyində tətbiq edilən norma və prinsiplərinin daimi inkişafı müvafiq beynəlxalq müqavilələrdə əks olunsun və müasir ictimaiyyətin bu məsələdə vahid mövqeyi göstərilsin (bax: mutatis mutandis yuxarıda qeyd edilən “Marks Belçikaya qarşı” işi, 41-ci bənd).
B. Bələdiyyə qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququ
1. Məhkəmə Palatasının qərarı
Məhkəmə Palatası hesab etmişdir ki, iş yerli məhkəmələr tərəfindən araşdırılarkən mübahisə yarandığı zaman Türkiyə qanunvericiliyinə əsasən dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququna tam qadağa qoyulmasının “mühüm ictimai tələbata” uyğun olması məsələsinə aydınlıq gətirilməmişdir. Palata hesab etmişdir ki, “qanunvericiliyə əsasən bu məsələnin mümkün hesab edilməməsi” dəlili həmkarlar ittifaqının ləğv edilməsi kimi radikal tədbiri əsaslandırmır.“Tüm Xəbər Sen və Çinar Türkiyəyə qarşı” işə (Tüm Haber Sen and Çınar v. Turkey (no. 28602/95, §§ 36-39, ECHR 2006‑...) istinad edərək Məhkəmə Palatası nəticəyə gəlmişdir ki, bələdiyyə qulluqçularının həmkarlar ittifaqının fəaliyyətinin ictimaiyyət və ya dövlət üçün təhlükə yaratdığını sübut edən dəlillərin mövcud olmaması və cavabdeh Hökumətin həmkarlar ittifaqını müstəqil hüquq subyekti kimi tanınmaması ilə əlaqədar Türkiyə Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş hüquqlardan istifadə etməsini təmin etmək öhdəliyinə əməl etməmişdir. Nəticədə Məhkəmə Palatası hesab etmişdir ki, məsələ ilə əlaqədar Konvensiyanın 11-ci maddəsi pozulmuşdur.
2. Tərəflərin izahatları
(a) Cavabdeh Hökumətin izahatları
İşin Böyük Palatada araşdırılması zamanı cavabdeh Hökumət bildirmişdir ki, şikayət Konvensiyanın ratione materiae tələblərinə cavab vermir. Hökumətin hesab edir ki, Konvensiyanın 11-ci maddəsi dövlətin inzibati orqanlarında çalışan şəxslərə şamil edilmir və nəzərə alsaq ki, ərizəçilər məhz həmin kateqoriya işçilərə aiddirlər Konvensiya bu müddəası onlara münasibətdə tətbiq olunmamalıdır. Məhkəmə həmin məsələni işin mahiyyəti üzrə baxılması zamanı araşdırmağa qərara almışdır (bax: hazırkı qərarın 56-cı bəndi).Öz mövqeyinin əsaslandırılması məqsədilə cavabdeh Hökumət qeyd edir ki, Türkiyədə bütün dövlət qulluqçularına münasibətdə müəyyən qaydalar şamil edilir. Bələdiyyə qulluqçularının statusu digər dövlət qulluqçularının statusunda fərqlənmir, belə ki yerli özünüidarəetmə orqanları dövlət funksiyalarını həyata keçirən hakimiyyət orqanlarıdır.Cavabdeh Hökumət hərbi qulluqçulara, polis əməkdaşlarına və dövlət qulluqçularına münasibətdə dövlət tərəfindən demokratik cəmiyyətdə zəruri hesab olunmayan məhdudiyyətlər istisna olaraq digər məhdudiyyətlərin qoyulmasını tənzimləyən Konvensiyanın 11-ci maddəsinin məzmununun səmərəliliyin məhkəmə təcrübəsinin təfsir edilməsi və ya istifadəsi ilə pozulmasını mümkün hesab etmir.Eyni zamanda işin Böyük Palatada araşdırılması zamanı cavabdeh Hökumət bildirmişdir ki, kasassiya instansiyası məhkəməsinin 1995-ci il 6 dekabr tarixli qərarı Tüm Bel Sen həmkarlar ittifaqının fəaliyyətinə təsir etməmişdir. Belə ki, sonradan həmin ittifaq mükəmməl təşkilati səmərəliliyini nümayiş etdirərək on minlərlə bələdiyyə qulluqçularının maraqlarını müdafiə edən yüzlərlə kollektiv müqavilələri bağlaya bilmişdir.
(b) Ərizəçilərin izahatları
Ərizəçilər dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmalarına qoyulan qadağaya dair Məhkəmə Palatasının mövqeyi ilə razılaşaraq qeyd edirlər ki, onların şikayətləri əsasən kollektiv müqavilənin etibarsız hesab olunması ilə əlaqədar olmuşdur. Onlar qeyd edirlər ki, hazırkı işdə tətbiq olunan qadağa nəzərə almır ki, bəzi dövlət qulluqçuları özəl sektorda çalışan işçilər kimi oxşar iş görürlər.Kasassiya instansiya məhkəməsinin 1995-ci il 6 dekabr tarixli qərarının bələdiyyə qulluqçularının həmkarlar ittifaqının fəaliyyətinə təsiri ilə əlaqədar ərizəçilər ilk növbədə qeyd etmişdirlər ki, həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlayan merlər tərəfindən vəzifə səlahiyyətlərinin sui-istifadəsi faktları ilə bağlı Türkiyənin Daxili İşlər Nazirliyi cinayət və mülki işlərə başlamışdır. Baxmayaraq ki, həmin işlər üzrə icraatlara xitam verilmişdir bələdiyyə orqanları yeni işlərin başlanılmasından ehtiyatlanaraq həmkarlar ittifaqları ilə kollektiv danışıqların aparılmasını dayandırıblar. Bununla bələdiyyə qulluqçularının həmkarlar ittifaqının fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır.Eyni zamanda bununla əlaqədar ərizəçilər bildirirlər ki, kasassiya instansiyası məhkəməsinin 1995-ci il 6 dekabr tarixli qərarından sonra Türkiyənin Hesablama Məhkəməsi bələdiyyə qulluqçularının həmkarlar ittifaqı tərəfindən imzalanmış kollektiv müqavilələri etibarsız hesab edərək qərara gəlmişdir ki, həmin ittifaqların üzvü olan bütün dövlət qulluqçuları müqavilələr əsasında onlara ödənilmiş əmək haqlarına əlavələri və digər ödənişləri geri qaytarmalıdırlar. Bu hadisə özü özlüyündə həmkarlar ittifaqının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilir və digər bələdiyyə orqanları ilə kollektiv müqavilələr imzalamağa maneə törədirdi.
3. Məhkəmənin qiymətləndirilməsi
(a) Ərizəçilər bələdiyyə qulluqçuları olaraq Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş təminatlardan istifadə edə bilərlərmi?
İlk növbədə Məhkəmə şikayətin Konvensiya müddəalarının ratione materiae tələblərinə cavab verməməsi barədə cavabdeh Hökumətin izahatlarını araşdırmalıdır. Belə ki, Konvensiyanın 11-ci maddəsi dövlət qulluqçularına münasibətdə şamil edilmir.
Doğrudur həmin maddənin 2-ci bəndinin sonunda göstərilir ki, 11-ci maddə ilə qorunan hüquqlardan hərbi qulluqçular, polis əməkdaşları və dövlət qulluqçuları tərəfindən istifadəsinə qoyulan məhdudiyyətlərə dair hallar istisna olmaqla dövlət öz qulluqçularının birləşmək hüququna hörmətlə yanaşmalıdır (bax: “İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı” (Swedish Engine Drivers’ Union v. Sweden, § 37, Series A no. 20)Bununla əlaqədar Məhkəmə hesab edir ki, Konvensiyanın 11-ci maddəsi ilə həmin üç kateqoriya işçilər münasibətdə qoyulan məhdudiyyət ciddi təfsir edilməli və həmin məhdudiyyətlərdən müəyyən edilmiş çərçivədən kənar istifadəsinə imkan yaradılmamalıdır. Bu məhdudiyyətlər birləşmək hüququnun təbiətinə toxunmamalıdırlar. Bu məsələ ilə əlaqədar Məhkəmə Komissiyanın “Dövlət qulluqçuları həmkarlar ittifaqının Şurası və digərləri Birləşmiş Krallığa qarşı” işi (bax: Council of Civil Service Unions and Others v. the United Kingdom, no. 11603/85, Commission decision of 20 January 1987, Decisions and Reports 50, p. 241) üzrə gəldiyi nəticəsi ilə razılaşmır. Həmin qərarda Komissiya hesab etmişdir ki, Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən “qanuna uyğun” anlayışı yalnız milli qanunvericilikdə müvafiq məhdudiyyətlərin mövcudluğunu və bu məhdudiyyətlərin əsassız tətbiq olunmamasını tələb edir. Lakin, həmin qərarda məhdudiyyətlərin mütənasibliyi barədə heç bir tələblər irəli sürülməmişdir. Eyni zamanda, Məhkəmə hesab edir ki, dövlət həmin şəxslərin birləşmək azadlığının istənilən formada məhdudlaşdırılmasının əsaslı olduğunu nümayiş etdirmək öhdəliyi daşıyır. Daha sonra Məhkəmə hesab edir ki, dövlət idarəçiliyində iştirak etməyən bələdiyyə qulluqçuları ilə münasibət inzibati dövlət orqanlarının işçiləri ilə münasibətdən fərqlənməlidir, bununla bələdiyyə qulluqçularının birləşmək azadlığı və həmkarlar ittifaqları yaratmaq hüququ bu əsaslarla məhdudlaşdırılmamalıdır (yuxarıda bax: “Tüm Xəbər Sen və Çinar Türkiyəyə qarşı”, 35-40-cı və 50-ci bəndlər).Məhkəmə qeyd edir ki, həmin tezislər beynəlxalq hüquq aktlarında və Avropa ölkələrinin təcrübəsində öz təsdiqini tapırlar.Eyni məsələləri tənzimləyən “İqtisadi, sosial və mədəni hüquqları” Beynəlxalq Paktın 8-ci maddəsinin 2-ci bəndinə əsasən dövlətin inzibati orqanlarının işçiləri məhdudiyyətlərin şamil olunduğu subyektlər kateqoriyasına daxildirlər, eyni zamanda “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktının 22-ci maddəsinə əsasən dövlət yalnız hərbi qulluqçularının və polis əməkdaşlarının birləşmək azadlığını məhdudlaşdıra bilər, bununla dövlətin inzibati orqanlarının işçiləri barədə bu maddədə qeyd edilmir. Məhkəmə bildirir ki, dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququnu beynəlxalq səviyyədə təmin edən əsas müqavilə BƏT-in 87 nömrəli Konvensiyasıdır. Həmin Konvensiyanın 2-ci maddəsində təsbit edilmişdir ki, heç bir fərq qoyulmadan bütün işçilərin öz seçimlərinə uyğun olaraq təşkilatlar yaratmaq və bu təşkilatlara daxil olmaq hüquqları var (bax: hazırkı qərarın 37-ci bəndinə). Məhkəmə qeyd edir ki, dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququ dəfələrlə konvensiyalar və tövsiyələrin tətbiq edilməsi üzrə Ekspertlər Komitəsi tərəfindən təsdiq edilmişdir. Ekspertlər Komitəsi tərəfindən Türkiyə Hökumətinə ünvanlanmış fərdi izahedici memorandumda göstərilmişdir ki, birləşmək azadlığına məhdudiyyətlər yalnız hərbi qulluqçular və polis əməkdaşları münasibətdə qoyula bilər (bax: hazırkı qərarın 38-ci bəndi). Daha sonra Məhkəmə bildirir ki, məsələ bələdiyyə qulluqçuları ilə əlaqədar olduqda BƏT-in Komitəsi eyni nəticəyə gəlmişdir. Komitə hesab edir ki, yerlərdə işləyən dövlət qulluqçuları öz seçiminə uyğun və səmərəli şəkildə təşkilatlar təsis etmək hüququna malik olmalıdırlar, eyni zamanda həmin təşkilatlar təmsil etdikləri işçilərin maraqlarını təmin edərək müdafiə etməlidirlər (bax: hazırkı qərarın 39-cu bəndi). Avropa təşkilatları çərçivəsində bağlanılan müqavilələr də göstərir ki, dövlət qulluqçularının birləşmək azadlığını təmin etmək prinsipi digər təşkilatlarının üzvü olan ölkələrdə də geniş tanınır. Avropa Xartiyasının 5-ci maddəsi işçilərin və işəgötürənlərin öz iqtisadi və sosial maraqlarının qorunması üçün yerli, milli və beynəlxalq təşkilatlar yaratmaq və bu təşkilatlara daxil olmaq hüququnu təmin edir. Milli qanunvericilik bu hüquqdan polis əməkdaşlarının qismən və hərbi qulluqçuların tam və ya qismən istifadəsini məhdudlaşdıra bilər. Lakin, dövlət inzibati orqanlarının digər işçiləri üçün həmin məhdudiyyətin tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Eyni zamanda, dövlət qulluqçularının birləşmək azadlığı “Avropada dövlət qulluqçularının statusu haqqında” Avropa Şurasının R(2000)6 nömrəli Tövsiyəsinin 8-ci Prinsipində təsbit edilmişdir. Bu prinsipə əsasən bütövlükdə dövlət qulluqçuları adi vətəndaşlar kimi eyni hüquqlardan istifadə etməlidirlər. Lakin, dövlət qulluqçularının xüsusi-hüquq vəzifələrinə zidd olmamaq üçün həmin hüquqlardan istifadə müvafiq qanunla və ya kollektiv müqavilə ilə məhdudlaşdırıla bilər (bax: hazırkı qərarın 46-cı bəndinə). “Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyası birləşmək azadlığı ilə əlaqədar açıq mövqe tutur. Belə ki, həmin sənədin 12-ci maddəsinin 1-ci bəndində təsbit edilmişdir ki, hər bir şəxs öz maraqlarının müdafiəsi məqsədilə təşkilat yaratmaq və təşkilatlara üzv olmaq hüquqa malikdir (bax: hazırkı qərarın 47-ci bəndinə). Avropa təcrübəsinə gəldikdə Məhkəmə xatırladır ki, dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququ bütün Razılığa gəlmiş dövlətlər tərəfindən tanınır (bax: hazırkı qərarın 48-ci bəndinə). Həmin qayda bütün dövlət qulluqçularına, o cümlədən ştata daxil olan və ya əmək müqaviləsi əsasında çalışan, habelə dövlətə məxsus bütün milli, bələdiyyə və özəl təşkilatlarda işləyən işçilərə münasibətdə tətbiq edilir. Mərkəzi icra aparatlarında və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları öz seçimlərinə uyğun olaraq həmkarlar ittifaqlarına üzv olmaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, dövlət sektorunda özəl sektora nisbətən daha çox həmkarlar ittifaqları mövcuddur. Bu öz növbəsində Avropa Şurasının üzv ölkələrində yaradılmış əlverişli inzibati və hüquqi şəraitinin göstəricisidir. Avropa Şurasının əksər üzv ölkələrində məhkəmə sistemində, polisdə və yanğınla mübarizə üzrə qurumda çalışan işçilərə münasibətdə müəyyən məhdudiyyətlər tətbiq edilir, eyni zamanda hərbi qulluqçulara münasibətdə daha ciddi, o cümlədən həmkarlar ittifaqlarına üzv olmağa qadağa qoyulması kimi məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar, Məhkəmə hesab edir ki, dövlət inzibati orqanlarının işçiləri Konvensiyanın 11-ci maddəsinin əhatə dairəsindən çıxarılmamalıdırlar. Hakimiyyət orqanları Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq həmin şəxslərə münasibətdə uzağı qanun əsasında müəyyən məhdudiyyətlər qoya bilər. Lakin, hazırkı işdə cavabdeh Hökumət ərizəçilərin bələdiyyə qulluqçuları kimi həyata keçirtdiyi vəzifələrin təbiətini nəzərə alaraq onların necə bərələrində belə məhdudiyyətlərin tətbiq edildiyi dövlət administrasiyasının üzvləri hesab oluna biləcəyinə aydınlıq gətirə bilməmişdir. Bununla əlaqədar ərizəçilər bütün əsaslarla Konvensiyanın 11-ci maddəsinə istinad edə bilərlər və bu hüquqa edilən istənilən müdaxilə həmin maddənin 2-ci bəndində təsbit edilmiş tələblərə cavab verməlidir. Bununla əlaqədar ərizəçilər bütün əsaslarla Konvensiyanın 11-ci maddəsinə istinad edə bilərlər, eyni zamanda cavabdeh Hökumətin bu məsələyə dair istənilən etirazları rədd olunmalıdırlar.
(b) Ümumi prinsiplər
Məhkəmə xatırladır ki, Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndində təsbit edilmiş həmkarlar ittifaqının yaradılması və fəaliyyət göstərilməsi azadlığı birləşmək azadlığının xüsusi forması kimi göstərilmişdir (bax: “Belçika polisinin milli ittifaqı Belçikaya qarşı” (National Union of Belgian Police v. Belgium, 27 October 1975, § 38, Series A no. 19; və yuxarıda qeyd edilən “İsveçin maşinistləri həmkarlar” ittifaqı İsveçə qarşı, 39-cu bənd). Konvensiya Razılığa gəlmiş dövlətin funksiyaları ili onun işəgötürən kimi məsuliyyəti arasında fərq qoymur. Konvensiyanın 11-ci maddəsi bu qaydadan istisna deyil. Bunun əksinə 2-ci bəndin sonunda aydın göstərilir ki, Hökumət toplaşmaq və birləşmək azadlıqlara hörmətlə yanaşmalı, lakin, hərbi qulluqçular, polis əməkdaşlara və dövlətin inzibati orqanlarının əməkdaşlara münasibətdə qanunla müəyyən edilmiş məhdudiyyətlər qoya bilər (bax: yuxarıda qeyd edilən “Tüm Haber Sen və Çınar Türkiyəyə qarşı”, 29-cu bənd). Bununla əlaqədar, işçi ilə dövlət arasında münasibətlərin ümumi və ya mülki hüquqla tənzimləməsindən asılı olmayaraq Konvensiyan 11-ci maddəsi dövlət üçün mütləqdir (bax: yuxarıda qeyd edilən “İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı”, 37-ci bənd). Məhkəmə qeyd edir ki, Konvensiyanın 11-ci maddəsinin əsas məqsədi fərdin hüquqlarının dövlət hakimiyyəti orqanları tərəfindən əsassız müdaxilədən qorunması ilə yanaşı, eyni zamanda, həmin maddə əsasında dövlətin qeyd olunan hüquqdan səmərəli istifadəni təmin etmək üzrə pozitiv öhdəliyi yaranır. Hazırkı işin xüsusi kontekstində Türkiyənin məsuliyyəti o zaman yaranmış olar ki ərizəçilərin barəsində şikayət etdikləri faktlar, yəni əsas etibarı ilə mübahisənin yarandığı vaxt onların həmkarlar ittifaqının dövlət tərəfindən tanımaması iddia etdiyi kimi onların həmkarlar ittifaqının dövlət tərəfindən tanımaması dövlətin Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş hüquqların ərizəçilər tərəfindən həyata keçirilməsi imkanını ölkənin daxili qanunvericiliyində təsbit olunmasını təmin etməsin (bax: “Vilson, Jurnalistlərin Milli İttifaqı və digərləri Birləşmiş Krallığa qarşı” (Wilson, National Union of Journalists and Others v. the United Kingdom, nos. 30668/96, 30671/96 and 30678/96, § 41, ECHR 2002-V; və “Qustafson İsveçə qarşı” (Gustafsson v. Sweden, 25 April 1996, § 45, Reports 1996-II). Lakin, Məhkəmə Konvensiyanın 8-ci maddəsi ilə qeyd etdiyi kimi işin Konvensiyanın müddəaları ilə qorunan ərizəçilərin hüquqlarının müdafiəsi ilə əlaqədar dövlətin müvafiq və ağlabatan tədbirin görülməsi üzrə pozitiv öhdəliyi və ya dövlət orqanı tərəfdən bu hüquqdan istifadəsinə Konvensiyanın həmin maddəsinin 2-ci bəndi ilə əsaslandırılan müdaxilə ilə bağlı olduğuna baxmayaraq hər iki hal üzrə tətbiq olunan prinsiplər bütövlükdə bir birinə uyğundurlar (bax: “Hatton və digərləri Birləşmiş Krallığa qarşı” (Hatton and Others v. the United Kingdom [GC], no. 36022/97, § 98, ECHR 2003‑VIII)).
(c) dövlətin fəaliyyətinin və ya fəaliyyətsizliyinin həmkarlar ittifaqının fəaliyyətinə təsiri
İlk növbədə Məhkəmə kasassiya instansiyası məhkəməsinin 1995-ci il 6 dekabr tarixli qərarının həmkarlar ittifaqının fəaliyyətinə təsir göstərməməsi barədə cavabdeh Hökumətin izahatlarının işin halları ilə uyğun olub olmaması məsələsini yoxlamalıdır. Bununla əlaqədar nəzərə alsaq ki, qərarda ərizəçilərin həmkarlar ittifaqının yaradılması anı həmin ittifaq hüququn müstəqil subyekti kimi göstərilməməsi və bununla əlaqədar məhkəmə baxışları zamanı nə iddiaçı nə də cavabdeh qismində çıxış edə bilməməsi faktı müəyyən edilmədiyinə görə qərar həmkarlar ittifaqının fəaliyyətinə həm retrospektiv həm də perspektiv təsir göstərmişdir. Qərarın retrospektivliyi ilə əlaqədar bildirilməlidir ki, həmkarlar ittifaqının üzvlərinin maraqlarının müdafiəsi məqsədilə Qaziantəpə şəhər bələdiyyəsi ilə 1991-1993-cü illərdə həyata keçirdiyi tədbirləri, o cümlədən bağlanılmış kollektiv müqavilə qərar əsasında etibarsız hesab edilmişdir. Eyni zamanda Türkiyənin Hesablama Palatası vəziyyəti daha da ağırlaşdıraraq, həmkarlar ittifaqının üzvləri tərəfindən bələdiyyə ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş bütün qazancların qaytarmasını qət etmişdir. Qərarın perspektiv təsiri ilə əlaqədar isə bildirilməlidir ki, Məhkəmənin gəldiyi nəticəyə əsasən yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin həmkarlar ittifaqı ilə kollektiv danışıqların aparılmasından imtina etməsi nəticəsində təşkilatın fəaliyyətinin məhdudlaşdırılması barədə ərizəçilərin dəlillərini əsaslı hesab olunur. İşin halları göstərir ki, birincisi, 4688 nömrəli 2001-ci il 25 iyun tarixli Qanuna əsasən kollektiv müqavilələr üzrə dövlət qulluqçularına müəyyən imtiyazlar vermiş bələdiyyə rəhbərləri barəsində müvafiq inzibati, maliyyə və məhkəmə araşdırmalara başlanılmışdır. İkincisi, hətta həmin qanun qüvvəyə mindikdən sonra onlar hesablanmış bütün əlavə ödəmələri dövlətə qaytarmalı idilər və bundan sonra həmin əlavələri almış dövlət qulluqçularına qarşı məhkəmələrdə iddia qaldırmalı idilər. Yuxarıda qeyd edildiyi kimi (bax: 88-ci bəndə) Məhkəmə Palatası hesab etmişdir ki, iş üzrə Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş ərizəçilərin hüququna hakimiyyət orqanları tərəfindən əsassız müdaxilə olunmuş və dövlət ərizəçilərin yaratdığı həmkarlar ittifaqının müstəqil hüquq subyekti kimi tanımasında imtina etməsi nəticəsində Konvensiyada təsbit edilmiş hüquqlardan istifadə etməsini təmin etmək öhdəliyinə əməl etməmişdir. Məhkəmə Palatası kimi Böyük Palata da hesab edir ki, hazırkı işdə Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş hüquqların istifadə edilməsinə dövlət qurumları tərəfindən müdaxilə olmuş ya da həmin maddə ilə müəyyən edilmiş ərizəçilərin hüquqlarının təmin edilməsi öhdəliyinə dövlət tərəfindən əməl edilməmişdir. İşin hallarına əsasən Məhkəmə müvafiq dövlət qurumlarının fəaliyyətinə və fəaliyyətsizliyinə qiymət verərək hesab edir ki, hər iki yanaşma istifadə edilə bilər. Bununla əlaqədar Məhkəmə bu işi ərizəçilərin hüquqlarının istifadəsinə edilmiş mümkün müdaxilə aspekti ilə əlaqədar araşdıracaq, lakin, eyni zamanda, Məhkəmə, o cümlədən dövlətin pozitiv öhdəliyini də nəzərə alacaq.
(d) Konvensiyanın 11-ci maddəsi ilə uyğunluq
(i) Ərizəçilərin hüquqlarının istifadəsinə edilmiş müdaxilə qanunla nəzərdə tutulmuşdurmu və qanuni məqsədlərə xidmət edirdimi
Müdaxilə qanunla müəyyən edilməyibsə, bir və ya bir neçə qanuni məqsədlərə xidmət etmirsə və demokratik cəmiyyətdə zəruri deyilsə, o (müdaxilə) Konvensiyanın pozuntusu kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddia olunan tədbir Türkiyənin Ali Kasassiya Məhkəməsinin mülki işlər üzrə kollegiyası tərəfindən təfsir etdiyi kimi Türkiyənin qanunvericiliyinin müddəalarına uyğun olmuşdur. Eyni zamanda mübahisə edilmir ki, həmin qərar özü özlüyündə qanunvericiliklə təcrübə arasında ziddiyyətləri aradan qaldırılmasına yönəldilmiş və iğtişaşın qarşısının alınması məqsədi daşıyırdı (bax: yuxarıda qeyd edilən “Tüm Haber Sen və Çınar Türkiyəyə qarşı”, 33-34-cü bəndlər).
(ii) Ərizəçilərin hüquqlarının istifadəsinə edilmiş müdaxilə demokratik cəmiyyətdə zəruri olmuşdurmu
Demokratik cəmiyyətdə həmin hüququn istifadəsinə edilmiş müdaxilə ilə əlaqədar Məhkəmə xatırladır ki, hərbi qulluqçuların, polis və dövlətin inzibati orqanlarının əməkdaşlarının həmkarlar ittifaqları yaratmaq və onları üzvü olmaq hüquqlarına müəyyən məhdudiyyətlər qoyula bilər. Lakin, Konvensiyanın 11 maddəsi ilə təsbit edilmiş istisnalar dəqiq təfsir edilməlidir. Yalnız tutarlı və inandırıcı mülahizələr əsasında həmin şəxslərin birləşmək azadlığından istifadəsinə məhdudiyyətlər qoyula bilər. Məhdudiyyətlərin tətbiq edilməsi üçün Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq zərurətin və mühüm ictimai tələbatın mövcudluğunun müəyyən edilməsi zamanı dövlətlər yalnız məhdud təqdir səlahiyyətlərindən istifadə edirlər. Dövlətlərin bu sahədə təqdir səlahiyyətləri milli qanunvericilik və onun tətbiqi, habelə yerli məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar üzrə həyata keçirilən Avropanın müvafiq qurumlarının nəzarəti altında saxlanılır (bax: “Sidiropulos və digərləri Yunanıstana qarşı” (Sidiropoulos and Others v. Greece, 10 July 1998, § 40, Reports 1998-IV). Eyni zamanda, Məhkəmə iddia olunan müdaxiləni işin hallarına uyğun qiymətləndirərək onun qanuni məqsədlərə mütənasibliyini və milli hakimiyyət orqanlarının öz mövqeyinin əsaslandırılması üçün təqdim etdikləri dəlillərin aidiyyəti və kifayətedici olduğunu müəyyən etməlidir. Həmçinin, Məhkəmə milli hakimiyyət orqanlarının istifadə etdikləri standartların Konvensiyanın müvafiq müddəasında təsbit olunmuş prinsiplərə zidd olmadığını və qəbul etdikləri qərarların işin müvafiq hallarına uyğun olaraq aparılmış qiymətləndirməyə əsaslandığını aydınlaşdırmalıdır (bax: “Yazar və digərləri Türkiyəyə qarşı” (Yazar and Others v. Turkey, nos. 22723/93, 22724/93 and 22725/93, § 51, ECHR 2002-II). Hazırkı işdə ərizəçilərin həmkarlar ittifaqının tanınmasında imtina “mühüm ictimai tələbata” əsaslandığı ilə əlaqədar Böyük Palata Məhkəmə Palatasının gəldiyi nəticəsi ilə razılaşır:
“Məhkəmə Palatası hesab etmişdir ki, iş yerli məhkəmələr tərəfindən araşdırılarkən mübahisə yarandığı zaman Türkiyə qanunvericiliyinə əsasən dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququna tam qadağa qoyulmasının “mühüm ictimai tələbata” uyğun olması məsələsinə aydınlıq gətirilməmişdir. Palata hesab etmişdir ki, “qanunvericiliyə əsasən bu məsələnin mümkün hesab edilməməsi” dəlili həmkarlar ittifaqının ləğv edilməsi kimi radikal tədbiri əsaslandırmır.”
Daha sonra Məhkəmə hesab edir ki, mübahisənin yarandığı zaman bələdiyyə qulluqçularının həmkarlar ittifaqı yaratmaq hüququnun tanınmasından imtinanın “zərurət” prinsipinə cavab vermədiyini bir sıra əlavə dəlillər göstərir. Birincisi, dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq və ittifaqların üzvlüyünə daxil olmaq hüququ həm universal (bax: hazırkı qərarın 98-102-ci bəndlər) həm də regional (bax: hazırkı qərarın 103-105-ci bəndlər) müqavilələr əsasında tanınmışdır. Eyni zamanda Avropanın təcrübəsinin təhlili göstərir ki, dövlət qulluqçularının birləşmək azadlığı bütövlükdə Avropa Şurasının bütün Üzv dövlətləri tərəfindən tanınmışdır (bax: hazırkı qərarın 106-cı bənd). İkincisi, mübahisənin yarandığı zaman Türkiyə dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququnu beynəlxalq səviyyədə təmin edən BƏT-in 87 nömrəli Konvensiyanı ratifikasiya etmişdir (Türkiyə Konvensiyanın ratifikasiyası haqqında bildirişi 1993-cü il iyulun 12-də depozitariya təqdim etmişdir). Türkiyənin Konstitusiyasına əsasən həmin Konvensiya dövlətin hüquq sistemi çərçivəsində qanun qüvvəsini almışdır (bax: hazırkı qərarın 34-cü bəndi). Nəhayət, öz sonrakı təcrübəsi ilə Türkiyə həm 1993-cü il tarixli 87 nömrəli Konvensiyanın ratifikasiyası, həm də Konstitusiyaya 1995-ci ildə edilmiş müvafiq düzəlişləri və 1990-cı illərdən hal-hazıradək mövcud olan yerli məhkəmələrin qərarları ilə dövlət qulluqçularının təşkilatlanmaq hüququnun tanınmasına yönəlmiş əzmkarlığını nümayiş etdirmişdir. Bu təcrübəni, həmçinin, rayon məhkəməsinin və Türkiyənin Ali Kasassiya Məhkəməsinin mülki işləri üzrə Dördüncü Bölməsinin qərarları da göstərir. Eyni zamanda, Türkiyə 2000-ci ildə həmin hüququ tanıyan BMT-nin iki Konvensiyasını imzalamışdır (bax: hazırkı qərarın 40-cı və 41-ci bəndləri). Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda mövcud dəyişiklərə baxmayaraq Türkiyənin hakimiyyət orqanları ərizəçilərin həmkarlar ittifaqı yaratmaq hüququnu iki səbəbə görə təmin edə bilməyiblər. Birincisi, 1993-cü ildə BƏT-in 87 nömrəli Konvensiyasının ratifikasiyasından sonra Türkiyə 2001-ci ildə həmin hüququ tənzimləyən “Dövlət qulluqçularının həmkarlar ittifaqları haqqında” 4688 nömrəli Qanunun qəbul edilməsinədək heç bir tədbir görməmişdir. İkincisi, həmin keçid dövr ərzində Ali Kasassiya Məhkəməsinin mülki işləri üzrə bölmələr beynəlxalq hüquqda baş vermiş dəyişikliklərə əsaslanan Qaziantəpə rayon məhkəməsinin qərarı ilə təklif olunan həll variantını tətbiq etməkdən imtina edərək Türkiyənin hüquqi şəxslərin yaradılması haqqında qanunvericiliyini məhdud və formal şəkildə şərh etmişdirlər. Həmin şərh Türkiyənin Ali Kasassiya Məhkəməsinin mülki işləri üzrə bölmələrinə işin konkret hallarını qiymətləndirməyə və ərizəçilərin işəgötürəni olan yerli hakimiyyət orqanının (Qaziantəpə şəhər bələdiyyəsi) və ərizəçilərin maraqları arasında tarazlığın müəyyən etməyə imkan verməmişdir (bax: “Sorensen və Rasmusen Danimarkaya qarşı”, 58-ci bənd). Bununla əlaqədar Məhkəmə hesab edir ki, Ali Kasassiya Məhkəməsinin məhdud şərhi və Parlamentin 1993-cü ildən 2001-ci ilədək fəaliyyətsizliyi nəticəsində Türkiyə ərizəçilərin həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüquqlarının təmin etmək öhdəliyini yerinə yetirməmişdir. Öhdəliyin yerinə yetirilməməsi isə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndi mənasında “demokratik cəmiyyətdə zəruri” olmamışdır. Cavabdeh Hökumətin bələdiyyə qulluqçuları olan ərizəçilərin həmkarlar ittifaqı yaratmaq hüququnun tanınmasından imtina edilməsi nəticəsində Konvensiyanın 11-ci maddəsi pozulmuşdur.
C. İki il ərzində qüvvədə olan bələdiyyə qulluqçularının həmkarlar ittifaqı ilə bələdiyyə arasında başlanılmış kollektiv müqavilənin etibarsız hesab edilməsi
1. Məhkəmə Palatasının qərarı
Palata bu məsələni dövlət qulluqçularının həmkarlar ittifaqları yaratmaq hüququnun Türkiyə Ali Kasassiya Məhkəməsi tərəfindən tanınmasından imtina edilməsindən ayrı araşdırmağa qərara gəlmişdir. Ərizəçilərin həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüququnun pozulub pozulması məsələsi ilə əlaqədar nəticəyə gəlmişdir ki, Məhkəmə təcrübəsi əsasən işin konkret hallarından asılı olaraq kollektiv müqavilələr bağlamaq hüququ həmkarlar ittifaqının üzvlərinin hüquqlarının qorunması üçün əsas vasitə ola bilər. İrəli sürülmüş etirazla əlaqədar Məhkəmə Palatasının mövqeyinin bildirilməsi üçün əsası olmamışdır. Məhkəmə Palatası birləşmək azadlığı ilə kollektiv danışıqlar aparmaq hüququ arasında təbii əlaqənin mövcudluğunu qeyd edərək Avropa Sosial Xartiyası üzrə müstəqil ekspertlər Komitəsinin mövqeyinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə bələdiyyə qulluqçularının həmkarlar ittifaqı Qaziantəpə şəhər bələdiyyəsini kollektiv danışıqlar aparmağa və kollektiv müqavilə bağlamağa inandırmışdır və həmin müqavilə bələdiyyədə iki il ərzində bütün əmək münasibətlərini tənzimləyirdi. Bununla Əlaqədar Məhkəmə Palatası nəticəyə gəlmişdir ki, qeyd edilən kollektiv müqavilələr həmkarlar ittifaqı üzvlərinin maraqlarının müdafiəsi məqsədilə ittifaq üçün yeganə olmasa da, lakin, əsas vasitə hesab olunmalıdır (bax: Məhkəmə Palatasının qərarının 30-40-cı bəndləri). Eyni zamanda Məhkəmənin Palatası hesab etmişdir ki, müdaxilə qanunla müəyyən edilmiş və təcrübə ilə milli qanunvericilik arasında mövcud ziddiyyətlərin qarşısının alınması Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndi mənasında qanuni məqsəd daşıdığı hesab oluna bilər (bax: Məhkəmə Palatasının qərarının 42-ci bənd). Müdaxilənin əsaslığı ilə bağlı Məhkəmə Palatası nəticəyə gəlmişdir ki, cavabdeh Hökumət bununla əlaqədar “mühüm ictimai tələbatın” mövcudluğunu nümayiş etdirməmişdir. Eyni zamanda, Türkiyə Konvensiyanın 11-ci maddəsinə əsasən üzvlərin maraqlarının müdafiəsi üçün ərizəçilərin həmkarlar ittifaqına dəstək göstərilməsi üzrə pozitiv öhdəliyini yerinə yetirməmişdir.
2. Tərəflərin izahatları
Tərəflər kollektiv müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı şikayətlərin ərizəçilərin həmkarlar ittifaqı yaratmaq hüququnun pozulması ilə bağlı şikayətlərdən Böyük Palata tərəfindən ayrıca araşdırılmasına razılıqlarını bildirmişdirlər.
(a) Cavabdeh Hökumətin izahatları
Cavabdeh Hökumət bildirir ki, kollektiv müqavilələrin bağlanılması ərizəçilərin həmkarlar ittifaqı yaratmaq hüququndan fərqli hüquqi məsələləri qaldırdığından həmin müqavilələrin etibarsız hesab edilməsi ilə əlaqədar olan şikayətlər ayrıca araşdırılmalıdır. Cavabdeh Hökumət hesab edir ki, 1970-ci illərdə yaranmış Məhkəmə təcrübəsini dəyişmək məqsədəuyğun hesab edilmir. Həmin təcrübəyə əsasən kollektiv müqavilələr bağlamaq hüququ Konvensiyanın 11-ci maddəsi ilə əhatə olunmamışdır. Həmin təcrübə həm ilk işlərdə (bax: “Belçika polisinin milli ittifaqı Belçikaya qarşı və İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı”) həm də şikayətlərin baxılması üçün qəbuledilən hesab edilməməsi ilə bağlı sonrakı işlərdə (bax: “Françesko Skettini və digərləri İtaliyaya qarşı” (Francesco Schettini and Others v. Italy (dec), no. 29529/95, 9 November 2000; və “UNİSON Birləşmiş Krallığa qarşı” (UNISON v. the United Kingdom (dec.), no. 53574/99, ECHR 2002‑I)) öz əksini tapmışdır. Cavabdeh Hökumət bildirir ki, həmkarlar ittifaqlarının hüquqlarının istifadəsi üçün müxtəlif formalar mövcuddur və dövlət ittifaqlar tərəfindən istifadə olunacaq formaların seçilməsində sərbəstdir. Məhkəmə Konvensiyanın 11-ci maddəsi mənasında Hökuməti hər hansı konkret formanın müəyyən etməsini vadar edə bilməz Eyni zamanda cavabdeh Hökumət qeyd edir ki, dövlət qulluqçularının kollektiv müqavilələr bağlamaq hüququ üzrə Avropa təcrübəsini müəyyən etmək mümkün deyil. Bir sıra Razılığa gəlmiş dövlətlərdə həmin hüququ yalnız əmək müqaviləsi üzrə çalışan dövlət qulluqçuları (ştatdan kənar) istifadə edirlər. Digərlərində isə yalnız rəhbər vəzifələrdə çalışan dövlət qulluqçular bu hüquqdan məhrum edilirlər. Nəhayət, cavabdeh Hökumət hesab edir ki, Türkiyənin ratifikasiya etdiyi BƏT-in beynəlxalq müqavilələr Konvensiyanın 11-ci maddəsi mənasında işə aid deyil. Hökumət hesab edir ki, Məhkəmə Konvensiya çərçivəsində istinad edilə biləcəyi yeni hüquqların yaradılması məqsədilə həmin müqavilələri istifadə etməməlidir.
(b) Ərizəçilərin izahatları
Ərizəçilər qeyd edirlər ki, onların əsas şikayəti Qaziantəpə şəhər bələdiyyəsi ilə bağlanılmış kollektiv müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Ərizəçilər Məhkəmə Palatasının çıxartdığı qərarı ilə razı olduqlarını bildirmişdirlər. Xüsusən ərizəçilər qeyd edirlər ki, Türkiyənin Ali Kasassiya Məhkəməsi onların bununla əlaqədar yaranmış hüququnu nəzərə almamışdır. Eyni zamanda, ərizəçilər Məhkəmə Palatasının üç hakiminin birgə ümumi rəyi ilə razılaşıblar. Həmin rəylərdə qeyd edilir ki, hazırkı dövrdə kollektiv danışıqlar aparmaq hüququ Konvensiyanın 11-ci maddəsi mənasında həmkarlar ittifaqları yaratmaq hüququnun əsas elementlərindən biri kimi hesab olunmalıdır.
3. Ərizəçilərin öz hüquqlardan istifadəsinə müdaxilə olmuşdurmu
(a) Birləşmək azadlığının mahiyyətinə aid ümumi prinsiplər
(i) Məhkəmənin presedent hüququnun təkamülü
Birləşmək azadlığının əsas elementləri ilə əlaqədar olan Məhkəmə presedent hüququnun inkişafı aşağıda göstərildiyi kimi şərh oluna bilər. Məhkəmə həmişə hesab etmişdir ki, həmkarlar ittifaqlarının öz üzvlərinin maraqlarının kollektiv vasitələrlə müdafiə etmək azadlığı Konvensiyanın 11-ci maddəsi ilə tənzimlənir. Razılığa gəlmiş dövlətlər isə həmin hərəkətlərə razılıq verməli və onların həyata keçirməyini mümkün etməlidirlər (bax: yuxarıda qeyd edilən “Belçika polisinin milli ittifaqı Belçikaya qarşı” qərar, 39-cu bənd; “İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı” qərar, 40-ci bənd və “Şmidt və Dalström İsveçə qarşı” (Schmidt and Dahlström v. Sweden, 6 February 1976, § 36, Series A no. 21)). Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş hüququn mahiyyəti ilə əlaqədar Məhkəmə bildirir ki, üzvlərinin maraqlarının qorunması üçün 1-ci bəndə əsasən ittifaqların mövqelərinin bildirilməsi hüququ təsbit edilmişdir. Eyni zamanda, hər bir dövlətə müvafiq məqsədlərə çatmaq üçün vasitələri sərbəst seçmək imkanı yaradılır. Məhkəmənin gəldiyi nəticəsinə əsasən Konvensiya milli qanunvericilikdən tələb edir ki, 11-ci maddəyə zidd olmayaraq həmkarlar ittifaqlarına öz üzvlərinin maraqlarının müdafiəsi məqsədilə mübarizə aparmaq üçün imkan yaradılmalıdır (bax: yuxarıda qeyd edilən “Belçika polisinin milli ittifaqı Belçikaya qarşı” qərar, 39-cu bənd; “İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı” qərar, 40-cı bənd; və “Şmidt və Dalströmİsveşə qarşı” qərar, 36-cı bənd). Kollektiv müqavilələr bağlamaq hüququ ilə əlaqədar Məhkəmə əvvəl hesab edirdi ki, Konvensiyanın 11-ci maddəsi həmkarlar ittifaqlarının statusunun, xüsusən kollektiv müqavilələr bağlamaq hüquqlarının tənzim edilməsini təmin etmir (bax: yuxarıda qeyd olunan İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı qərar, 39-cu bənd). Sonradan Məhkəmə qeyd etmişdir ki, həmin hüquq mütləq Konvensiya ilə təmin olunan hüququnun elementi hesab olunmamalıdır (“Şmidt və Dalströmİsveşə qarşı” qərar, 34-cü bənd). Bundan sonra “Vilson, Jurnalistlərin Milli İttifaqı və digərləri Birləşmiş Krallığa qarşı” işdə Məhkəmə nəticəyə gəlmişdir ki, kollektiv danışıqlar təşkilatlanmaq azadlığından istifadəsi və həmkarlar ittifaqının fəaliyyəti üçün mütləq şərt hesab edilməsə də onlar həmkarlar ittifaqlarının öz üzvlərinin maraqlarının müdafiəsi üçün vasitə hesab oluna bilərlər. Həmkarlar ittifaqı öz üzvləri adından çıxış etmək vəzifəsi barədə işəgötürənin inandırılması məqsədini güdmək üçün müvafiq şəraitə malik olmalıdır (bax: yuxarıda qeyd edilən “Vilson, Jurnalistlərin Milli İttifaqı və digərləri Birləşmiş Krallığa qarşı” qərar, 44-cü bənd). Yuxarıda qeyd olunanları nəzərə alaraq Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş birləşmək azadlığı ilə əlaqədar olan Məhkəmənin presedent hüququnun təkamülü iki prinsipə əsaslanır. Bir tərəfdən Məhkəmə birləşmək azadlığının və həmkarlar ittifaqlarının fəaliyyət göstərilməsinin təmin edilməsi üçün müvafiq dövlət tərəfindən həyata keçirilmiş bütün tədbirləri, həmçinin həmin tədbirlər üçün müəyyən edilmiş çərçivəni nəzərə alır. Digər tərəfdən Məhkəmə birləşmək azadlığının və həmkarlar ittifaqının fəaliyyətinin (həmin elementlər olmadan bu azadlıq öz əhəmiyyətini itirmiş hesab olunardı) əsas elementlərinə toxunan məhdudiyyətləri tanımır. Həmi iki prinsiplər bir birinə zidd deyillər və bir birinə sıx bağlıdırlar. Həmin əlaqəyə əsasən Razılığa gəlmiş dövlət Konvensiyanın 11-ci maddəsinin təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsində sərbəst olsa da Məhkəmənin presedent hüququnda əhəmiyyətli hesab olunan elementləri nəzərə almaq vəzifəsi daşıyır. Məhkəmənin presedent hüququna əsasən hal-hazırkı vaxtadək birləşmək azadlığının aşağıda qeyd edilən elementləri göstərmək olar: həmkarlar ittifaqlarının yaradılması və ittifaqın üzvlüyünə daxil olması (bax: “Tüm Xəbər Sen və Çinar Türkiyəyə qarşı” işə), yalnız müəyyən həmkarlar ittifaqının üzvləri ilə əmək müqavilələrinin bağlanılmasının qadağan edilməsi (bax: “Tüm Xəbər Sen və Çinar Türkiyəyə qarşı” işi) və həmkarlar ittifaqının öz üzvləri adından çıxış etmək vəzifəsi barədə işəgötürənin inandırılması məqsədini güdmək üçün müvafiq şəraitə malik olması (bax: yuxarıda qeyd edilən “Vilson, Jurnalistlərin Milli İttifaqı və digərləri Birləşmiş Krallığa qarşı” işi, 44-cü bənd). Bu siyahını davam etmək olar. Əmək münasibətlərdə baş verən konkret dəyişikliklərdən asılı olaraq həmin siyahıya digər elementləri əlavə etmək mümkündür. Məhkəmə xatırladır ki, Konvensiya “canlı orqanizm” kimi hesab olunur. Demokratik cəmiyyətdə əsas dəyərlərin pozulmasının qiymətləndirilməsi zamanı sərtliyi tələb edərək insan hüquqlarının qorunması üçün daha yüksək standartları müəyyən edilməsi məqsədilə Konvensiyanın müddəalarını təfsir edərkən indiki zamanın tələbləri və beynəlxalq hüququn inkişafı nəzərə alınmalıdır. Bir sözlə insanlar hüquqlarından istifadə etdikdə rastlaşdıqları məhdudiyyətlər insan hüquqların qorunmasının səmərəliliyinin təmin edilməsi məqsədilə dəqiq təfsir edilməlidirlər (bax: mutatis mutandis, “Rifah Partiyası və digərləri Türkiyəyə qarşı” [Böyük Palata] (Refah Partisi (the Welfare Party) and Others v. Turkey [GC], nos. 41340/98, 41342/98, 41343/98 and 41344/98, § 100, ECHR 2003‑II); və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 101, ECHR 1999‑V).
(ii) Kollektiv danışıqları aparmaq hüququ
Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda kollektiv danışıqlar aparmaq hüququ BƏT-in “Təşkilatlanmaq və kollektiv danışıqlar aparmaq hüququ prinsiplərinin tətbiqi haqqında” 98 nömrəli Konvensiyası ilə qorunur. Beynəlxalq əmək hüququ haqqında əsas müqavilələrdən biri hesab olunan bu Konvensiya 1949-cu ildə qəbul edilmiş və Türkiyə tərəfindən 1952-ci ildə ratifikasiya edilmişdir. Konvensiyanın 6-cı maddəsində qeyd edilir ki, o, “dövlətin idarəçiliyində iştirak edən dövlət qulluqçularına” münasibətdə tətbiq edilmir. Lakin, 6-cı maddəni təfsir edərək BƏT-in ekspertlər Komitəsi nəticəyə gəlmişdir ki, həmin maddə yalnız bir başa dövlətin hakimiyyət funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxslərə münasibətdə şamil edilmir. Bu istisna ilə bütün dövlət müəssisələrdə və təşkilatlarda çalışan dövlət qulluqçuları digər işçilərlə yanaşı 98 nömrəli Konvensiyada müəyyən edilmiş təminatlardan istifadə edə bilərlər. Bununla onlar əmək haqlarının və əmək şəraitinin müəyyən edilməsi məqsədilə kollektiv danışıqlarda iştirak edə bilərlər (bax: hazırkı qərarın 43-cü bəndi). Bundan sonra Məhkəmə qeyd edir ki, BƏT-in “Dövlət xidmətində məşğulluğun təşkili hüququnun müdafiəsi və məşğulluq şərtlərinin müəyyənləşdirilməsi üsulu haqqında” 151 nömrəli Konvensiyası (1978-ci ildə qəbul edilmiş və 1981-ci ildə qüvvəyə minmişdir. Türkiyə tərəfindən ratifikasiya edilmişdir) hərbi qulluqçuların və polis əməkdaşlarının əmək şəraitinin müəyyən edilməsində iştiraklarını təmin edilməsində dövlətlərə sərbəst qərar vermək səlahiyyəti təqdim edir. Lakin, qeyd edilir ki, həmin hüquq dövlət qulluğunun bütün sahələrində tətbiq edilir, eyni zamanda zərurət yarandıqda konkret məhdudiyyətlər müəyyən edilə bilər. Həmçinin, 151 nömrəli Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinə əsasən onun müddəaları 98 nömrəli Konvensiyası ilə təqdim olunan təminatların azaldılması məqsədilə istifadə oluna bilməzlər (bax: hazırkı qərarın 43-cü bəndi). Avropa Konvensiyaları ilə əlaqədar Məhkəmə bildirir ki, Avropa Sosial Xartiyasının (Türkiyə Xartiyanı ratifikasiya etməmişdir) 6-cı maddəsinin 2-ci bəndinə əsasən bütün işçilərə və həmkarlar ittifaqlarına kollektiv danışıqlar aparmaq hüququ təqdim edilir. Eyni zamanda dövlət hakimiyyəti orqanları həmin hüquqla əlaqədar iqtisadiyyatda dialoq mədəniyyətinin və danışıqların aktiv dəstəkləmək vəzifəsinin yerinə yetirilməsi məqsədilə kollektiv danışıqlardan istifadə edilməsini təmin etməlidirlər. Lakin, Məhkəmə qeyd edir ki, həmin vəzifə hakimiyyət orqanlarının üzərinə kollektiv müqavilələr bağlamaq öhdəliyi qoymur. Sosial Xartiyanın 6-cı maddəsinin 2-ci bəndi faktiki olaraq dövlət qulluqçularına münasibətdə tətbiq olunduğunu nəzərə alan Sosial Hüquqlar üzrə Avropa Komitəsi bildirir ki, hazırkı Xartiyanın bütövlükdə dövlət qulluqçularına şamil olunmasını nəzərə alaraq dövlətlər dövlət qulluğu sahəsində kollektiv danışıqlarının rolunun məhdudlaşdırılması məqsədilə, eyni zamanda Xartiyanın tələblərinin yerinə yetirilməsi üçün ştat vahidləri üzrə çalışan işçilərin nümayəndələrinin əmək şəraitinin müəyyən olunmasında iştirakını təmin etməlidirlər. Ən son Avropa müqaviləsindən biri olan “Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyasının 28-ci maddəsinə İttifaqın qanunvericiliyinə, habelə daxili qanunlara və təcrübəyə əsasən işçilər və işəgötürənlər və ya onları təmsil edən təşkilatlar danışıqlar aparmaq və müvafiq səviyyədə kollektiv müqavilələr bağlamaq hüquqa malikdirlər. Avropa ölkələrinin təcrübəsinə gədikdə Məhkəmə qeyd edir ki, onların əksəriyyəti dövlət qulluqçularının müvafiq məsələlər üzrə və ya dövlət qulluqçularının müvafiq kateqoriyaları üzrə müəyyən istisnalarla hakimiyyət orqanları ilə kollektiv danışıqlar aparmaq hüquqlarını tanıyıblar. Regionlarda çalışan və hakimiyyət funksiyalarını həyata keçirməyən dövlət qulluqçularının əmək haqlarının və əmək şəraitinin müəyyən edilməsi üçün kollektiv danışıqlar aparılması hüququ Razılığa gəlmiş dövlətlərin əksər çoxluğu tərəfindən tanınmışdır. Digər istisnalara konkret hallar əsasında haqq qazandırmaq olar (bax: hazırkı qərarın 52-ci bəndinə). Eyni zamanda, şikayətin verilməsindən sonrakı dövrdə Türkiyədə baş vermiş dəyişikliklərə nəzər yetirmək vacib hesab edilir. “Birləşmək azadlığı və təşkilatlanmaq hüququnun müdafiəsi haqqında” BƏT-in 87 nömrəli Konvensiyasının ratifikasiyasından sonra Türkiyə Konstitusiyasının 53-cü maddəsinə müvafiq dəyişikliklər edilmişdir. Həmin əlavələrə əsasən dövlət qulluqçuları tərəfindən yaradılmış həmkarlar ittifaqları üzvləri adından nizamnamə məqsədlərinə uyğun olaraq məhkəmə prosesi zamanı iddiaçı və ya cavabdeh qismində iştirak edə və dövlət qurumları ilə kollektiv danışıqlar apara bilərlər. Bundan sonra 2001-ci il tarixli 4688 nömrəli Qanuna əsasən dövlət qulluqçularının kollektiv danışıqlar aparmaq hüququndan istifadə edilməsinin müvafiq şərtləri müəyyən edilmişdir. Həmin dəyişikləri nəzərə alaraq Məhkəmə hesab edir ki, kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanılması hüququnu Konvensiyanın 11-ci maddəsinin vacib elementləri kimi müəyyən etməyən presedent hüququ (bax: yuxarıda qeyd edilən “İsveçin maşinistləri həmkarlar ittifaqı İsveçə qarşı” qərar, 39-cu bənd; və “Şmidt və Dalström İsveçə qarşı” iş, 34-cü bənd) beynəlxalq hüquqda və milli qanunvericiliklərdə baş vermiş mühüm dəyişikliklərə uyğunlaşdırılması məqsədilə yenidən nəzərdən keçirilməlidir. Hüquqi müəyyənlik, əvvəlcədən görünmək və hamının qanun qarşısında bərabərlik prinsiplərinə uyğun olaraq Məhkəmə bundan əvvəlki presedent hüquqlarını istifadə etməkdən imtina etməməlidir. Lakin, Məhkəmə bu məsələyə dinamik və təkamüllü yanaşmasa onun təcrübəsinin inkişafında müəyyən çətinliklər baş verə bilər (bax: yuxarıda qeyd edilən “Vilxo Eskelinen Finlandiyaya qarşı” işi, 56-cı bənd). Bununla əlaqədar Məhkəmə beynəlxalq hüquqda və milli əmək qanunvericilikdə baş vermiş dəyişiklikləri, həmçinin Razılığa gəlmiş dövlətlərin təcrübəsini nəzərə alaraq hesab edir ki, işəgötürənlə kollektiv danışıqlar aparmaq hüququ Konvensiyanın 11-ci maddəsinə əsasən işçilərin öz maraqlarının qorunması naminə həmkarlar ittifaqları yaratmaq və ittifaqların üzvlüyünə daxil olmaq hüququnun vacib elementlərindən birinə çevrilmişdir. Eyni zamanda dövlətlər müəyyən həmkarlar ittifaqlarına xüsusi statusun verilməsi üçün öz hüquqi sistemlərinin müvafiq qaydada tənzimləməsində sərbəstdirlər. Digər işçilər kimi dövlət qulluqçuları, müəyyən istisnalarla, göstərilən hüquqlardan istifadə edə bilərlər. Lakin, həmin qayda Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinə əsasən “dövlətin inzibati orqanlarında çalışan əməkdaşlara” (ərizəçilər bu kateqoriya aid deyirlər) münasibətdə “qanuni məhdudiyyətlərin” qoyulmasının qarşısını almır (bax: hazırkı qərarın 108-ci bəndi).
(b) Yuxarıda qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
Yuxarıda qeyd edilən prinsipləri nəzərə alaraq Məhkəmə hesab edir ki, bələdiyyə qulluqçularının həmkarlar ittifaqı mübahisə yarandığı zaman meriya (meriya ittifaqın üzvlərinin işəgötürəni qismində çıxış edirdi) ilə kollektiv danışıqlar aparmaq hüququna malik olmuşdur. Meriya özü bu məsələni mübahisələndirməmişdir. Həmin hüquq Konvensiyanın 11-ci maddəsi ilə təsbit edilmiş həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüququnun ayrılmaz elementi hesab edilir. Mübahisənin predmeti olan kollektiv danışıqların yekununda bağlanılmış kollektiv müqavilə ilə əlaqədar Məhkəmə Palatası kimi Böyük Palata da aşağıdakıları qeyd edir:
“İlk növbədə bələdiyyə qulluqçularının həmkarlar ittifaqı öz üzvlərinin maraqları üçün vacib hesab etdiyi məsələlərlə əlaqədar işəgötürəni - Qaziantəpə şəhər bələdiyyəsini kollektiv danışıqları başlamağa və qarşılıqlı hüquq və vəzifələrinin müəyyən edilməsi üçün kollektiv müqavilə bağlamağa inandırmışdır.
Bundan sonra kollektiv danışıqların nəticəsində işəgötürən ilə həmkarlar ittifaqı arasında kollektiv müqavilə imzalanmışdır. Həmin saziş həmkarlar ittifaqı üzvlərinin bütün hüquq və vəzifələrini tənzimləyirdi.
Eyni zamanda qeyd edilən kollektiv saziş təcrübədə tətbiq olurdu. Üzərində tərəflər arasında fikir ayrılığı yaranmış bəzi maliyyə məsələlər istisna olmaqla həmin kollektiv müqavilə Qaziantəpə şəhər bələdiyyəsində iki il ərzində bütün əmək münasibətləri tənzimləyirdi.”
Bununla əlaqədar Məhkəmə hesab edir ki, aparılmış danışıqlar və onların nəticəsində imzalanmış kollektiv müqavilə ərizəçilərin həmkarlar ittifaqı üzvlərinin maraqlarının təmin edilməsi üçün mühüm vasitə olmuşdur. Türkiyə tərəfindən ratifikasiya edilmiş əmək hüquqları haqqında beynəlxalq konvensiyaların implementasiyası üçün zəruri olan qanunvericiliyin mövcud olmaması, və bunun əsasında qeyd edilən kollektiv müqaviləsi faktiki olaraq etibarsız hesab etmiş Türkiyə Ali Kasassiya Məhkəməsinin 1995-ci il 6 dekabr tarixli qərarı Konvensiyanın 11-ci maddəsi ilə qorunan ərizəçilərin birləşmək azadlığının və həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Dövlət qulluqçularının həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüququ haqqında yeni qanunvericiliyin kifayətedici olmadığı barədə ərizəçilərin dəlilləri ilə əlaqədar Məhkəmə hesab edir ki, Türkiyənin yeni qanunvericiliyinə əsasən hakimiyyət orqanlarının dövlət qulluqçuları ilə kollektiv müqavilələri bağlamaq öhdəliyi və kollektiv danışıqların uğursuz yekunlaşdığı təqdirdə həmkarlar ittifaqlarının tətil keçirmək hüququnun mövcud olmaması hazırkı şikayətlərin predmeti deyil.
4. Baş vermiş müdaxilə əsaslı olmuşdurmu
Məhkəmə hesab edir ki, əgər müdaxilə “qanun əsasında” olmamış, Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində qeyd olunan bir və ya bir neçə qanuni tələblərə xidmət etməmiş və məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmamışdırsa kollektiv danışıqlarının yekununda bələdiyyə qulluqçuları ilə işəgötürən bələdiyyə arasında bağlanılmış kollektiv müqavilənin etibarsız hesab edilməsi nəticəsində Konvensiyanın 11-ci maddəsi pozulmuşdur.
(a) Müdaxilə “qanun əsasında” baş vermişdirmi
Cavabdeh hökumət və ərizəçilər Məhkəmə Palatası ilə razılaşmışdırlar ki, qeyd edilən müdaxilə qanun əsasında olmuşdur. Hazırkı işin məqsədləri üçün Böyük Palata qəbul edir ki, qeyd olunan müdaxilə təfsiri Türkiyə məhkəmə sisteminin ən yuxarı instansiyası sayılan Ali Kasassiya Məhkəməsinin iclasında verilmiş qanunun əsasında baş vermişdir.
(b) Müdaxilə qanuni məqsədlərə xidmət etmişdirmi
Böyük Palata Məhkəmə Palatasının və tərəflərin fikirləri bölüşərək qəbul edir ki, müdaxilə iğtişaşın qarşısının alınması üçün qanunvericiliklə təcrübə arasında yaranmış ziddiyyətin aradan qaldırılması kimi qanuni məqsədi güdürdü. Həmin ziddiyyətin aradan qaldırılması məqsədilə Türkiyə Parlamenti üçün dövlətin beynəlxalq əmək müqavilələri üzrə yaranmış öhdəlikləri haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə müəyyən vaxtın tələb olunduğu barədə dəlil ilə əlaqədar Məhkəmə bildirmişdir ki, onun araşdırılması müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyinin” qiymətləndirilməsi zamanı aparılmalıdır.
(c) Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi
Bununla əlaqədar Məhkəmə dövlətlərin Konvensiyanın 11-ci maddəsi əsasında yaranmış pozitiv və neqativ öhdəlikləri barədə yuxarıda qeyd edilən qərarlarına istinad edir (bax: hazırkı qərarın 119-cu və 110-cu bəndlərinə). Həmin prinsiplərin işin hallarına uyğun tətbiq edilməsi ilə əlaqədar Məhkəmə qeyd edir ki, cavabdeh Hökumət ərizəçilərin mübahisə etdiyi məhdudiyyətin demokratik cəmiyyətdə zəruri olduğunu nümayiş etdirməmişdir. Hökumətin əsas dəlili ondan ibarətdir ki, ərizəçilər dövlət qulluqçuları olaraq kollektiv danışıqlar aparmaq və kollektiv müqavilələr imzalamaq hüququna malik olmamışdırlar. Məhkəmənin təhlili üzrə gəldiyi nəticəyə əsasən mübahisənin yarandığı an bir neçə faktorla göstərir ki, ərizəçilərə bələdiyyə qulluqçuları kimi bələdiyyə ilə kollektiv danışıqlar aparmaq və bələdiyyə ilə kollektiv müqavilə bağlamaq hüququnun tanımasından imtina edilməsi “mühüm ictimai tələbata” cavab vermir. Birincisi, dövlət qulluqçularının kollektiv danışıqlar aparmaq həm universal (bax: hazırkı qərarın 147-148-ci bəndlər) həm də regional (bax: hazırkı qərarın 149-150-ci bəndlər) müqavilələr əsasında tanınmışdır. Eyni zamanda Avropanın təcrübəsinin təhlili göstərir ki, dövlət qulluqçularının birləşmək azadlığı bütövlükdə Avropa Şurasının bütün Üzv dövlətləri tərəfindən tanınmışdır (bax: hazırkı qərarın 52-ci və 151-ci bəndlər). İkincisi, Türkiyə işçilərin kollektiv danışıqlar aparmaq və kollektiv müqavilələr bağlamaq hüququnu qoruyan beynəlxalq səviyyədə əsas müqavilələrdən biri hesab olunan BƏT-in 98 nömrəli Konvensiyasını 1952-ci ildə ratifikasiya etmişdir (bax: hazırkı qərarın 42-43-cü və 151-ci bəndləri). Ərizəçilərin həmkarlar ittifaqının dövlət idarəçiliyində iştirak edən və BƏT-in 98 nömrəli Konvensiyasının 6-cı maddəsi ilə istisna edilən şəxslərin (hakimiyyət orqanlarının rəhbər işçiləri) maraqlarının qorumasını sübut edən faktlar iş materiallarında mövcud deyil Belə olan halda Böyük Palata Məhkəmə Palatasının aşağıda qeyd olunan nəticəsi razılaşır:
“Məhkəmə qanunverici orqanın qanun boşluğunun aradan qaldırılmasında ləngiməsi nəticəsində iki il ərzində qüvvədə olmuş kollektiv müqavilənin etibarsız hesab edilməsini birləşmək azadlığının məhdudlaşdırılmasının əsaslandırılmasına yönəldilmiş dəlillərlə razılaşmır.”
Eyni zamanda Böyük Palata qeyd edir ki, cavabdeh Hökumət ərizəçilərin bələdiyyə qulluqçuları kimi həmkarlar ittifaqı yaratmaq və ittifaqın üzvlüyünə daxil olmaq hüququnun ayrılmaz elementi olan kollektiv danışıqlar aparmaq və bunun nəticəsində qeyd edilən kollektiv müqavilə bağlamaq hüququnun təmin edilməsindən imtinanın əsaslandırılması üçün heç bir tutarlı dəlil təqdim etməmişdir. Bu kontekstdə dövlət qulluqçularının aralarında heç bir fərq qoyulmadan digər işçilərlə müqayisədə daha əlverişli vəziyyətdə olması kimi izah kifaətedici hesab olunmur. Bununla əlaqədar Məhkəmə hesab edir ki, həmkarlar ittifaqı ilə bələdiyyə arasında aparılmış danışıqların yekununda bağlanılmış kollektiv müqavilənin etibarsız hesab edilməsi nəticəsində dövlət qurumları tərəfindən ərizəçilərin hüquqlarına edilmiş mübahisə olunan müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndi mənasında “demokratik cəmiyyətdə zəruri” olmamışdır. Nəticədə iş üzrə həm ərizəçilərə həm də onların həmkarlar ittifaqına münasibətdə Konvensiyanın 11-ci maddəsi pozulmuşdur.
III. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
Ərizəçilər iddia edirlər ki, onların həmkarlar ittifaqı yaratmaq və kollektiv sazişlər bağlamaq hüquqlarına qoyulmuş məhdudiyyətlər Konvensiyanın 11-ci maddəsi ilə birlikdə Konvensiyanın 14-cü maddəsinin məqsədlərinə zidd olmuş ayrı-seçkilik mənası daşıyırdı. Lakin, Məhkəmə Konvensiyanın 11-ci maddəsi üzrə nəticəni nəzərə alaraq qərara gəlmişdir ki, şikayətin bu hissədə ayrıca araşdırılması məqsədəuyğun hesab edilmir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
İşə Məhkəmə Palatasında baxılması zamanı cənab Kamil Dəmir 551 Avro məbləğində maddi ziyanın ödənilməsini tələb edərək bildirmişdir ki, kollektiv sazişin etibarsız hesab edilmədiyi təqdirdə, o, həmin məbləği otuz il ərzində əlavə ödəniş kimi alardı. Eyni zamanda, öz hüquqlarının təmin olunması üçün müvafiq vasitələrdən məhrum edilməsi nəticəsində, o, müəyyən ümidsizlik hissi keçirmiş və bununla mənəvi ziyana görə 14880 Avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Xanım Vicdan Baykara təmsil etdiyi həmkarlar ittifaqının adından çıxış edərək mənəvi ziyana görə 148810 Avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə Palatası bələdiyyə qulluqçularının həmkarlar ittifaqının nümayəndəsi qismində xanım Vicdan Baykaraya mənəvi ziyana görə həmkarlar ittifaqının üzvləri arasında bölünməli 20000 Avro məbləğində vəsaitin ödənilməsini və cənab Kamil Dəmirə isə məruz qaldığı həm maddi həm də mənəvi ziyana görə 500 Avro məbləğində vəsaitin ödənilməsini qət etmişdir. Ərizəçilər Böyük Palatadan təzminatın eyni məbləğdə təyin olunmasını xahiş edirlər. Cavabdeh Hökumət bu tələblə razılaşmır. Hökumət qeyd edir ki, ərizəçilər tərəfindən iddia olunan maddi ziyan tələbi ilə yuxarıda qeyd olunan kasassiya instansiyası məhkəməsinin hüquqi subyektlilik barədə qərarı arasında heç bir səbəbiyyət əlaqəsi mövcud deyil. Eyni zamanda, Hökumət bildirir ki, irəli sürülmüş tələblər heç bir sənədlə sübut etdirilməmişdir. Nəhayət, Hökumət qeyd edir ki, xanım Baykara yalnız həmkarlar ittifaqının maraqlarını təmsil edirdi və həmin əsasla maddi ziyana görə kompensasiyanı ala bilməz. Cənab Kamal Dəmirin maddi ziyana görə tələbi ilə əlaqədar Məhkəmə qeyd edir ki, kollektiv sazişin etibarsız hesab edilməsindən sonra ərizəçi tərəfindən ödənilmiş məbləğ ona qaytarılmalıdır. Doğrudur birinci şikayətçinin tələbi tam həcmdə müvafiq sənədlərlə əsaslandırılmır. Lakin, ərizəçi tərəfində təqdim edilmiş hesablamalar ziyanın müəyyən edilməsinə imkan yaradır. Ədalətli qiymətləndirmə apararaq Məhkəmə cənab Kamal Dəmirə həm maddi həm də mənəvi ziyana görə 500 Avro məbləğində kompensasiyanın ödənilməsini qət edir. Xanım Vicdan Baykaranın təmsil etdiyi həmkarlar ittifaqının mənəvi ziyana görə tələbi ilə əlaqədar Məhkəmə öz presedent hüququnu xatırladaraq qeyd edir ki, həmkarlar ittifaqının ləğv edilməsi və ya fəaliyyətində rastlaşdığı çətinliklərlə əlaqədar üzvlərin keçirtdikləri müəyyən ümidsizlik hissi nəzərə alınmalıdır (misal üçün bax: “Türkiyənin Demikratik Partiyası adından Didjle Türkiyəyə qarşı” (Dicle for the Democratic Party (DEP) of Turkey v. Turkey, no. 25141/94, § 78, 10 December 2002); və “Mordoviyanın Prezident Partiyası Rusiyaya qarşı” (Presidential Party of Mordovia v. Russia, no. 65659/01, § 37, 5 October 2004)). Məhkəmə qeyd edir ki, mübahisə yarandığı an bələdiyyə qulluqçularının həmkarlar ittifaqı bələdiyyə işçilərinin əsas həmkarlar ittifaqı olmuşdur. Onun ləğv edilməsi və Qaziantəpə şəhəri ilə bağlanılmış kollektiv sazişin etibarsız hesab edilməsi onun üzvlərində müəyyən ümidsizlik hissi yaratmışdır. Belə ki onlar öz professional maraqlarının müdafiə edilməsi üçün əsas vasitəni itiriblər. Ədalətli qiymətləndirmə apararaq Məhkəmə bələdiyyə qulluqçularının həmkarlar ittifaqının üzvlərinə mənəvi ziyana görə 20000 Avro məbləğində kompensasiyanın ödənilməsini qət edir. Bu məbləğ xanım Vicdan Baykara ödənilməli və sonuncu həmin məbləğin təmsil etdiyi ittifaqa verilməsinə cavabdehlik daşıyır.
B. Məhkəmə xərcləri
İşin həm Məhkəmə Palatasında həm də Böyük Palatada araşdırılması zamanı ərizəçilər məhkəmə xərclərinin kompensasiyası ilə əlaqədar tələb irəli sürməmişdirlər. Bununla Məhkəmə məsələ ilə əlaqədar hər-hansı məbləğin ödənilməsi üçün əsas görmür.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Cavabdeh Hökumətin ilkin etirazlarını işin mahiyyəti üzrə araşdırılması zamanı müzakirə etməsini qərara almış və onları rədd edir;
2. Ərizəçilərin bələdiyyə qulluqçuları kimi həmkarlar ittifaqı yaratmaq hüququndan istifadəsinə baş vermiş müdaxilə ilə əlaqədar Konvensiyanın 11-ci maddəsinin pozulduğunu qət edir;
3. Bələdiyyə qulluqçuları ilə işəgötürən qismində çıxış etmiş bələdiyyə ilə aparılmış kollektiv danışıqlar yekununda bağlanılmış kollektiv müqavilənin əvvəlcədən etibarsız hesab edilməsi ilə əlaqədar Konvensiyanın 11-ci maddəsinin pozulduğunu qət edir;
4. Konvensiyanın 14-cü maddəsi ilə şikayətin ayrıca araşdırılmasının məqsədəuyğun olmadığını qət edir;
5. Qərara alır ki,
(a) cavabdeh Hökumət üç ay ərzində ərizəçilərə aşağıda qeyd olunan vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq yeni türk lirasında ödəməlidir:
(i) Mənəvi ziyana görə həmkarlar ittifaqının üzvləri arasında bölüşdürülməsi üçün xanım Vicdan Baykaraya 20000 (iyirmi min) Avro məbləğində vəsaiti;
(ii) Həm mənəvi həm də maddi ziyana görə cənab Kamal Dəmirə 500 (beş yüz) Avro məbləğində vəsaiti;
(iii) Həmin məbləğdən ödənilməli olan bütün növ vergilərin məbləği.
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il noyabrın 12-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl OboylKristos Rozakis
Katibin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir:
(a) hakim Vladimiro Zaqrebelskinin xüsusi rəyi;
(b) hakimlər Din Şpilmann, Nikolas Bratza, Xosep Kasadeval və Mark Villigerin birgə xüsusi rəyi;
C.L.R.
M.O.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy