© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Depal Fransaya qarşı [Böyük Palata] (Depalle v. France [GC]), ərizə № 34044/02
29.03.2010-cu il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndi
Mülkiyyətdən istifadəyə nəzarət
Mülkiyyət sahiblərinin üzərinə ictimai mülkiyyət sayılan sahilyanı ərazidə qanuni yolla aldıqları evi öz xərcləri hesabına və kompensasiya ödənilmədən sökmək vəzifəsinin qoyulması: pozuntu baş verməyib
[Bu hüquqi icmal həmçinin Brosse-Tribule və başqaları Fransaya qarşı (Brosset-Triboulet and Others v. France) iş üzrə qərarı (ərizə № 34078/02, 29 mart 2011-ci il) özündə ehtiva edir]
Faktlar – Depalın işində ərizəçi və arvadı 1960-cı ildə bir hissəsi sahilyanı ictimai mülkiyyət kateqoriyasına aid ərazidə yerləşən yaşayış evi almışdılar. Sahilyanı ictimai mülkiyyət ərazisində müəyyən şərtlərlə müvəqqəti yaşamağa icazə verən və 1992-ci ilin dekabrınadək mütəmadi olaraq yenilənən bir sıra qərarlar ərizəçilərin bu cür mülkiyyəti qanuni yolla əldə etməsinə imkan verirdi. Brosse-Tribulenin işi də eyni faktlara aiddir. Həmin işdə 1945-ci ildə ərizəçilərin anası ictimai mülkiyyət sayılan sahilyanı ərazidə yaşayış evi aldı. Evdə ardıcıl olaraq məskunlaşan sakinlər orada prefektin qərarları əsasında məskunlaşırdılar, həmin qərarlar 1909-cu ilin sentyabrından 1990-cı ilin dekabrınadək mütəmadi olaraq yenilənmişdi. 1993-cü ilin sentyabrında prefekt hər iki iş üzrə tərəflərə məlumat verdi ki, "Sahilyanı ərazilərin inkişafı, qorunması və genişləndirilməsi haqqında" Qanunun ("Sahilyanı ərazilər haqında Qanun") qüvvəyə minməsi onun eyni şərtlərlə məskunlaşma icazəsini təzələməsinə imkan vermir çünki bu Qanun ictimai mülkiyyət sayılan sahilyanı ərazilərin xüsusi mülkiyyət məqsədləri üçün, o cümlədən yaşayış evi kimi istifadəsini istisna edir. Bununla belə, o, ərizəçilərə müqavilə bağlamağı təklif etdi, həmin müqavilə onların torpaqdan və evdən məhdud həcmdə və sırf şəxsi məqsədlər üçün istifadə etmələrinə imkan verir və onların başqa şəxsə verilməsini və ya satışını, habelə həmin mülkiyyətdə hər hansı təmir işini aparılmasını qadağan edirdi (mülkiyyətin normal vəziyyətdə saxlanılması üçün tələb olunan işlər istisna olmaqla), həmçinin müqavilədə nəzərdə tutulurdu ki, icazənin müddəti başa çatdıqdan sonra dövlət mülkiyyəti əvvəlki vəziyyətinə qaytara və ya tikililərdən yenidən ev kimi istifadəsinə edilməsinə icazə verə bilər. Tərəflər bu təklifi rədd etdilər və prefektin qərarının ləğv edilməsi üçün 1994-cü ilin mayında İnzibati Məhkəməyə müraciət etdilər. 1995-ci ilin dekabrında prefekt ictimai gediş-gəliş yerinin qanunsuz tutulması ilə bağlı hüquq pozuntusu ilə əlaqədar olaraq İnzibati Məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəf qismində ərizəçiləri göstərdi. O, həmçinin tələb etdi ki, ərizəçilərin sahilyanı zolağı yaşayış evləri tikilənə qədərki vəziyyətə gətirmələri barədə qərar çıxarılsın və onlar bu işi öz xərcləri hesabına və kompensasiya almadan həyata keçirsinlər. Sonuncu instansiya məhkəməsi qismində çıxış edən Dövlət Şurası 2002-ci ilin martında qərara aldı ki, bu mülkiyyətlər sahilyanı ictimai mülkiyyətin bir hissəsidir və tərəflər torpaq və ya onun üzərindəki tikililər barəsində hər hansı əşya hüquqlarına malik olduqlarını iddia edə bilməzlər, habelə torpağı kompensasiya almadan ilkin vəziyyətinə qaytarmaq barədə tələb İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qadağan olunan tədbir deyil.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: a) 1 saylı Protokolun 1-ci maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – İctimai mülkiyyətin daimi olmayan və istənilən vaxt ləğv edilə bilən istifadəsini tənzimləyən prinsipləri ciddi şəkildə tətbiq etməklə milli məhkəmələr ərizəçilərin evlərə münasibətdə hər hansı əşya hüququnun tanınmasını istisna etmişdilər. Ərizəçilərin evlərdə olduqca uzun müddətdən bəri məskunlaşmaları faktı mülkiyyətin özgəninkiləşdirilə bilməyən sahilyanı ictimai mülkiyyət hesab olunmasına təsir göstərə bilməzdi. Baxmayaraq ki, evlər qanuni yolla əldə edilmişdi, onlardan istifadəyə icazə verən qərarlar ictimai mülkiyyətə münasibətdə əşya hüququ yaratmırdı və belə olan halda Məhkəmə buna şübhə edir ki, ərizəçilər yalnız həmin mülkiyyətlərdə məskunlaşmağa icazə verən qərarlar əsasında mülkiyyətdən maneəsiz istifadə edəcəklərini əsaslı olaraq düşünə bilərdilər. Prefektin bütün qərarlarında belə bir qeyd vardı ki, evlərdə məskunlaşmağa icazə verən qərar ləğv olunacağı təqdirdə dövlət orqanlarının tələbi əsasında sahilyanı ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Lakin istənilən halda, dövlətin daxili qanunvericiliyində konkret marağın əşya hüququ kimi tanınmaması müəyyən hallarda həmin marağın Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət kimi nəzərdən keçirilməsini istisna etmir. Hazırkı işdə zaman keçdikcə ərizəçilərin evlərdən maneəsiz istifadə ilə bağlı mülkiyyət marağı yaranmışdı və bu maraq mülkiyyət hesab edilə bilmək üçün kifayət qədər müəyyən edilmiş və yetərincə çəkiyə malik maraq idi.
Nəticə: 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti – Mülkiyyətin bu kateqoriyasını tənzimləyən prinsipləri, habelə evlərin sökülməsinə yönələn tədbirlərin indiyədək yerinə yetirilmədiyini nəzərə alsaq, bu halda mülkiyyətdən məhrumetmə yox idi. İctimai mülkiyyətin şəxsi məqsədlər üçün istifadəsinə icazə verən qərarların bərpa edilməməsi (ərizəçilərin bu məqamın yetişəcəyini öncədən bilməli idilər) və bunun evlərin sökülməsi barədə göstəriş verilməsi ilə nəticələnməsi ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət sayıla bilərdi. Bundan başqa, icazələrin bərpasından imtinanı əsaslandırmaq üçün prefektin göstərdiyi səbəblər Sahilyanı ərazilər haqqında Qanunun müddəalarına əsaslanırdı. Hüquqlara müdaxilə qanuni məqsəd daşıyırdı və ümumi maraqları, yəni sahilə maneəsiz gediş-gəlişi təmin etməyə yönəlmişdi. Beləliklə, ərizəçilərin evləri özlərində saxlamaq maraqlarını nəzərə almaqla müəyyənləşdirək lazımdır ki, ərazinin ilkin vəziyyətə qaytarılması barədə göstəriş qarşıya qoyulan məqsədə mütənasib idimi?
Planlaşdırma və ətraf mühitin mühafizəsi sahəsində regional siyasət məsələlərində (belə məsələlərdə ictimai maraqlar üstün tutulur) dövlət geniş qiymətləndirmə sərbəstliyinə malikdir. Ərizəçilər mülkiyyəti əldə etdikləri vaxt, yaxud ola bilsin ki, hətta evlər tikildiyi vaxt dövlət orqanları bu evlərin mövcudluğundan xəbərdar idilər, çünki evlər sahilyanı torpaqların ictimaiyyətin girişinə daim açıq olmasını nəzərdə tutan qərarların əsasında istifadə olunurdu. Mülkiyyətdə məskunlaşmağa icazə verən prefektin hər bir qərarında icazənin müddəti göstərilir və dövlət orqanlarının öz mülahizələri əsasında və ya hər hansı digər səbəbə görə qərarı dəyişdirmək və ya ləğv etmək hüququ qeyd olunurdu, habelə bu zaman istifadəçilərin kompensasiya tələb etmək hüququna malik olmadıqları göstərilirdi. Bundan başqa, qərarda göstərilirdi ki, istifadəçi bu barədə tələb olduqda ictimai torpaqda inşa edilmiş tikililəri (icazənin verildiyi tarixədək tikilmiş tikililər də daxil olmaqla) sökməklə torpaq sahəsini ilkin vəziyyətə qaytarmağa borcludur. Beləliklə, ərizəçilər həmişə bilirdilər ki, mülkiyyətdə məskunlaşmağa icazə verən qərarlar geri götürülə və ya ləğv edilə bilərdi və müvafiq olaraq, dövlət orqanlarını mülkiyyətin hüquqi statusu ilə bağlı qeyri-müəyyənliyə şərait yaratmaqda təqsirləndirmək olmazdı. Onu da etiraf etmək lazımdır ki, ərizəçilər mülkiyyətdən uzun müddət ərzində istifadə edirdilər. Bununla belə, Məhkəmə dövlət orqanları tərəfindən hər hansı səhlənkarlığa yol verildiyini hesab etmir, onlar sadəcə olaraq uzunmüddətli istifadəyə imkan vermişdilər və həm də bu istifadə müəyyən qaydalarla tənzimlənirdi. Müvafiq olaraq, dövlət orqanlarının zaman keçdikcə evlərin statusu ilə bağlı qeyri-müəyyənliyin artmasına şərait yaratdıqları barədə ərizəçilərin arqumentini təsdiq edən sübutlar yoxdur. Ərizəçilərin vəziyyəti yalınız 1986-cı ildə, Sahilyanı ərazilər haqqında Qanun qəbul edildikdən sonra dəyişdi, həmin Qanun tikinti və ətraf mühitlə bağlı problemlərin müasir dövrdə kəskin həddə çatdığı bir zamanda sahilyanı ərazilərin ictimai mülkiyyəti tənzimləyən qaydalar əsasında qorunması siyasətinə son qoydu. İstənilən halda, ictimai mülkiyyətdən istifadəyə icazə verilməsi status-kvonun (mövcud vəziyyətin) sonradan leqallaşdırılmasına gətirib çıxara bilməzdi. Ərizəçilər barəsində görülmüş tədbirin sahilyanı ərazilərin qorunmasını tələb edən ictimai maraqlar baxımından nə dərəcədə məqbul olması məsələsinə gəlincə, zəruri tədbirlərin xarakteri məsələsinin həlli ilk növbədə milli hakimiyyət orqanlarının səlahiyyətinə aiddir. İcazəni bərpa etməkdən imtina qərarı və torpaq sahəsini evlərin tikilməsinə qədərki vəziyyətinə qaytarmaq barədə ərizəçilərə verilmiş göstəriş qanunu ardıcıl və ciddi şəkildə tətbiq etmək vəzifəsinə uyğun idi. Sahilyanı ərazinin cəlbedici olduğunu və ona tələbatın yüksək olduğunu nəzərə alsaq, tikintiyə nəzarət və ictimaiyyətin həmin ərazilərə məhdudiyyətsiz giriş-çıxış imkanına malik olmasının zəruriliyi ölkənin bu hissəsində daha ciddi idarəetmə siyasətinin tətbiqini tələb edirdi. Bu mülahizə Avropadakı bütün sahilyanı ərazilərə aiddir. Torpaq və evlər üzərində mülkiyyət hüququna malik olmayan ərizəçilər üçün qanundan istisnaya yol vermək Sahilyanı ərazilər haqqında Qanunun məqsədlərinə zidd olardı və mülkiyyətin şəxsi istifadəsi ilə ictimai istifadəsi arasında daha yaxşı nisbətin müəyyən edilməsinə yönələn səylərə ziyan yetirmiş olardı. Bundan başqa, ərizəçilər kompromis razılaşmaya getməkdən və müəyyən şərtlərlə evlərin istifadəsini davam etdirmək barədə prefektin təklifindən imtina etmişdilər, halbuki həmin təklif ziddiyyətə girən maraqları uzlaşdıran həll variantı ola bilərdi və ağlabatan təklif kimi görünürdü. Nəhayət, ictimai mülkiyyəti tənzimləyən qaydaları, habelə ərizəçilərin kompensasiyanın ödənilməməsi prinsipindən xəbərdar olduqlarını (bu, müvafiq olaraq, birinci işdə 1961-ci ildən və ikinci işdə 1951-ci ildən başlayaraq hər bir qərarda birbaşa qeyd olunurdu) nəzərə alsaq, kompensasiyanın ödənilməməsi, Məhkəmənin fikrincə, ərizəçilərin mülkiyyətdən istifadə etmələrinə ümumi maraq naminə nəzarət üçün qeyri-mütənasib tədbir sayıla bilməzdi. Beləliklə, evləri söküləcəyi təqdirdə ərizəçilərin üzərinə həddən artıq ağır fərdi yük qoyulmuş olmayacaqdı. Müvafiq olaraq, bu halda cəmiyyətin maraqları ilə ərizəçilərin maraqları arasında balans pozulmuş olmayacaqdı.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy