© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 154 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, iyul
Corceviç Xorvatiyaya qarşı – 41526/10
2012-ci il 24 iyul tarixli qərar [1-ci Bölmə]
Maddə 3
Pozitiv öhdəliklər
Əlilliyi olan şəxslərin qonşuluqdakı uşaqlar tərəfdən zorakı yolla və daimi incidilməsi: pozuntu
Faktlar – Əqli və fiziki qüsura malik olan birinci ərizəçi anası ilə (ikinci ərizəçi) binanın birinci mərtəbəsində yaşamışdır. Hər iki ərizəçi şikayət edərək bildirmişdir ki, 2008-ci ilin iyulundan 2011-ci ilin fevralına qədər yaxınlıqdakı ibtidai məktəbin şagirdləri tərəfindən davamlı olaraq incidilmiş və dövlət orqanları onları adekvat şəkildə müdafiə etməmişdir. Həmin dövr ərzində bir sıra insidentlər qeydə alınmış, uşaqlar gecə və səhər saatlarında onların qapılarının zəngini vurmuş, birinci ərizəçiyə tüpürmüş, onu vurmuş və itələmiş, əllərini siqaretlə yandırmış, ərizəçinin eyvanını dağıtmış və onu söymüşdülər. Hücumlar nəticəsində birinci ərizəçi dərin sarsıntı, qorxu və narahatlıq hissi keçirmişdir. Onlar bir sıra hallarda müxtəlif hakimiyyət orqanlarına, o cümlədən sosial xidmət orqanları və ombudsmana müraciət etmişdirlər. Ərizəçilər həmçinin insidentlər barədə məlumat vermək və kömək almaq məqsədilə polisə də zəng etmişlər. Hər zəngdən sonra polis, bəzən çox gecikməklə, hadisə yerinə gəlmiş və bəzi hallarda sadəcə olaraq uşaqlara dağılışmaq və ya səs-küy salmamaq barədə göstəriş verməklə kifayətlənmişdir. Polis həmçinin bir neçə şagirdi sorğu-sual edərək belə bir nəticəyə gəlmişdir ki, onlar birinci ərizəçiyə qarşı zorakı şəkildə davrandıqlarını etiraf etsələr də, cinayət məsuliyyətinə cəlb olunmaq üçün çox gəncdirlər.
Hüquqi məsələlər – maddə 3 (birinci ərizəçi): Birinci ərizəçi davamlı olaraq incidilmiş və nəticədə, uzun müddət köməksizlik və qorxu hissi ilə yaşamışdır. O, həmçinin bir dəfə fiziki xəsarətə də məruz qalmışdır. Bu rəftar 3-cü maddə ilə müəyyən edilmiş müdafiədən istifadə etmək üçün kifayət qədər ciddi olmuşdur.
3-cü maddəyə zidd olan zorakılıq aktları normal halda bu aktları törədənlərə qarşı cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini tələb edir. Lakin hazırkı işdə cinayət törətməsi iddia olunan şəxslərin əksəriyyəti on dörd yaşına çatmamış uşaqlar olmuşlar və ölkə qanunvericiliyinə əsasən onların cinayət məsuliyyətinə cəlb olunması mümkün deyildi. Həmçinin, ola bilsin ki, barəsində şikayət verilən əməllərdən heç biri ayrıca götürüldükdə cinayət tərkibinə malik deyildi. Lakin, bununla belə, bütünlükdə götürüldükdə, insidentlər 3-cü maddənin tələblərinə uyğun gəlmirdi. Buna görə də birinci ərizəçinin işi dövlətin cinayət hüququ sferasından kənarda olan və səlahiyyətli dövlət orqanlarının fiziki və əqli qüsuru olan şəxsin ciddi şəkildə incidilməsindən xəbərdar olduqları vəziyyətlərdə mövcud pozitiv öhdəlikləri ilə bağlı idi. Dövlət orqanları incidilmə barədə tam əvvəlcədən məlumata malik idi və buna görə də birinci ərizəçini müdafiə etmək üçün bütün ağlabatan tədbirləri görmək öhdəliyi daşıyırdı. Polisin hadisədə iştirakı iddia olunan bəzi uşaqları dindirməsinə və məktəb rəhbərliyinin problemi uşaqlar və onların valideynləri ilə müzakirə etməsinə baxmayaraq, vəziyyətin əsl mahiyyətini və ya adekvat və hərtərəfli tədbirlərin görülməməsi ilə nəticələnmiş sistematik yanaşmanın olmadığını qiymətləndirmək üçün hər hansı ciddi addım atılmamışdır. Polisin gəldiyi nəticələr üzrə hər hansı konkret tədbir görülməmişdir: gələcəkdə incidilmə hallarının tanınması və qarşısının alınması məqsədilə polis tərəfindən heç bir qərar qəbul edilməmiş və monitorinq mexanizmi tətbiq edilməmişdir. Məhkəmə xüsusi narahatlıqla qeyd edir ki, sosial xidmət orqanları bu hadisələr ilə real şəkildə maraqlanmamış və müvafiq tövsiyələr verə, həmçinin müvafiq uşaqlarla işləyə biləcək aidiyyəti ekspertlərin hadisələrə maraq göstərdiyini təsdiq edən hər hansı fakt olmamışdır. Birinci ərizəçi ilə heç vaxt konsultasiya aparılmamışdır. Beləliklə, pis rəftar hallarının davam etmək təhlükəsinin mövcudluğuna baxmayaraq, dövlət orqanları birinci ərizəçini müdafiə etmək üçün bütün ağlabatan tədbirləri görməmişdir.
Nəticə: pozuntu (yekdilliklə)
Maddə 8 (ikinci ərizəçi): Birinci ərizəçinin incidilməsi təbii ki, onun anasının, yəni ikinci ərizəçinin şəxsi və ailə həyatına təsir göstərmişdir. Məhkəmə dövlət orqanlarının birinci ərizəçinin incidilməsinin davam etdirilməsinin qarşısını almaq üçün adekvat tədbirlər görmədiyi ilə bağlı gəldiyi nəticəni nəzərə alaraq, həmin orqanların ikinci ərizəçiyə münasibətdə də adekvat müdafiə tədbirlərini görmədiyi qənaətinə gəlməyə bilməz.
Nəticə: pozuntu (yekdilliklə)
Maddə 41: mənəvi ziyanla bağlı birlikdə 11500 avro
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
Full & Egal Universal Law Academy