© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Dvorski Xorvatiyaya qarşı [BP] – ərizə № 25703/11
20.10.2015 tarixli qərar [BP]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Polis tərəfindən dindirilmə zamanı şübhəli şəxsin özünün seçdiyi vəkillə görüşməsinə polis tərəfindən əhəmiyyətli və yetərli əsaslar olmadan icazə verilməməsi: pozuntu baş verib
6-cı maddənin 3"c" bəndi
Özünün seçdiyi vəkilin yardımından istifadə etmək hüququ
Polis tərəfindən dindirilmə zamanı onu təmsil etmək üçün ailəsi tərəfindən vəkil təyin olunduğu barədə şübhəli şəxsə məlumat verilməməsi: pozuntu baş verib
Faktlar – 2007-ci ildə ərizəçi bir neçə cinayətlə əlaqədar həbs edildi və polis tərəfindən şübhəli şəxs qismində dindirildi. Dindirmə zamanı ərizəçi ittiham edildiyi cinayətlərdə təqsiri boynuna aldı və bu etirafı onun işi üzrə məhkəmə araşdırmasında sübut kimi qəbul edildi. 2008-ci ildə ərizəçi ağırlaşdırıcı hallarla adamöldürmə, silahlı soyğunçuluq və yanğın törətmədə təqsirkar hesab olundu və yekun qərarla qırx il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıldı.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şikayət etdi ki, həbsindən sonra polislər onu təmsil etməsi üçün valideynlərinin işə cəlb etdiyi vəkil (G.M.) ilə onun görüşməsinə icazə verməyiblər, buna görə də o, polis tərəfindən çağırılmış vəkilin (M.R.-in) xidmətlərindən istifadə etməyə məcbur olub və özünün seçdiyi vəkilin yardımından istifadə etmədən öz əleyhinə ifadə verməyə məcbur edilib. 28 noyabr 2013-cü il tarixli qərarla Məhkəmənin Palatası iki səsə qarşı beş səslə müəyyən etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1 və 3"c" bəndlərinin pozuntusu baş verməyib. 14 aprel 2014-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi (bax: Məlumat bülleteni № 173).
Hüquqi məsələlər – 6-cı maddəsinin 1 və 3"c" bəndləri: Həbsdə saxlanılan təqsirləndirilən şəxsin polis tərəfindən dindirilərkən vəkillə görüşməsinə icazə verilmədiyi Salduzun işindən fərqli olaraq, hazırkı iş elə bir situasiyaya aid idi ki, bu zaman ərizəçiyə birinci dindirmə zamanı vəkillə görüşmək imkanı verilmişdi, amma bu vəkil, onun şikayətində bildirdiyinə görə, özünün seçdiyi vəkil deyildi. Vəkilin iştirakı olmadan şübhəli şəxsin dindirilməsi üçün "inandırıcı əsasların tələb" olunduğu situasiyalarda vəkillə görüşə icazə verilmədiyi hallardan fərqli olaraq, daha az dərəcədə ciddi hal olan "seçim imkanının verilməməsi" hallarında "əhəmiyyətli və yetərli əsaslara" dair tələb daha yumşaq formada tətbiq edilir. Milli hakimiyyət orqanları hüquqi nümayəndənin seçilməsi məsələsində müttəhimin istəklərini nəzərə almalıdırlar, amma ədalət mühakiməsinin maraqları üçün bunun zəruri olmadığını göstərən əhəmiyyətli və yetərli əsaslar olarsa, həmin istəkləri nəzərə almaya bilərlər. Əhəmiyyətli və yetərli əsaslar yoxdursa, müdafiəçi vəkili sərbəst surətdə seçmək hüququnun məhdudlaşdırılması ərizəçinin müdafiəsinə mənfi təsir göstərəcəyi təqdirdə 6-cı maddənin 1-ci bəndi ilə 3"c" bəndinin pozulmasına səbəb olacaq, özü də bu zaman proses bütövlükdə nəzərə alınmalıdır.
a) Ərizəçi özünün məlumatlı seçimi əsasında seçdiyi vəkillə təmsil olunmuşdumu – Məhkəmə bunu yetərincə sübut edilmiş hesab etdi ki, dindirmə başlanmazdan əvvəl G.M. polis bölməsində ərizəçini görməyə cəhd etmiş, amma polislər ona çıxıb getməsini söyləmiş və onun gəldiyini ərizəçiyə xəbər verməmişdilər. Müvafiq olaraq, ərizəçi polis tərəfindən dindirilərkən onu təmsil edəcək şəxs kimi formal olaraq vəkil M.R.-i seçsə də, onun seçimi məlumatlı seçim deyildi, çünki ərizəçi valideynlərinin onun üçün G.M.-i işə cəlb etmələrindən xəbərsiz idi.
b) Özünün seçdiyi vəkillə ərizəçinin görüşməsinə məhdudiyyət qoyulması üçün əhəmiyyətli və yetərli əsaslar var idimi – Ərizəçinin G.M. ilə görüşməsinə icazə verilməməsinin Hökumət tərəfindən qeyd edilən yeganə səbəbi ondan ibarət idi ki, G.M. ərizəçini təmsil etmək üçün etibarlı vəkalətnaməyə malik deyildi. Amma işin materialları göstərirdi ki, ərizəçinin valideynləri G.M.-ə yazılı vəkalətnamə veriblər və milli qanunvericilik buna icazə verirdi. Beləliklə, polislərin üzərinə belə bir vəzifə düşürdü ki, ən azı G.M.-in polis bölməsinə gəldiyini ərizəçiyə xəbər versinlər, amma onlar bunu etməmişdilər. Belə olan halda Məhkəmə əmin deyildi ki, polisin davranışını nəticəsində ərizəçinin öz təmsilçisi qismində GM-i təyin etmək imkanına malik olmaması əhəmiyyətli və yetərli əsaslara söykənirdi.
c) Bütövlükdə prosesin ədalətliliyinə xələl gətirilmişdimi – Hazırkı işdə olduğu kimi şübhəli şəxs onu təmsil edən vəkilin təyin edilməsinin və ya seçilməsinin cinayət istintaqının lap əvvəlindən şübhəli şəxsin öz əleyhinə ifadə verməsinə təsir göstərdiyini və ya bununla nəticələndiyi iddia etdiyi hallarda bu məsələnin hakimiyyət orqanları və xüsusən məhkəmələr tərəfindən diqqətlə yoxlanılması tələb olunur. Lakin polis tərəfindən ondan etirafın alınması üsulu ilə bağlı ərizəçinin irəli sürdüyü qanuni etirazla əlaqədar olaraq milli məhkəmələrin qəbul etdiyi qərarlar əsaslı olmaqdan çox-çox uzaq idi. Heç bir milli hakimiyyət orqanı ərizəçinin polis tərəfindən dindirilməsi ilə əlaqədar olaraq G.M.-in polis bölməsinə gəlişi ətrafındakı halları müəyyən etmək üçün hər hansı addım atmamışdı. Konkret olaraq, milli məhkəmələr Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının dəyərləri baxımından qərarlarının düzgünlüyünü təsdiqləyən və ya əsaslandıran səbəbləri göstərmək üçün heç bir real cəhd göstərməmişdilər. Buna görə də Məhkəmə əmin deyildi ki, ərizəçi polis tərəfindən dindirilmə zamanı onu təmsil etmək üçün seçilmiş M.R.-in seçildiyi şəraitdən şikayət etmək üçün real imkana malik idi.
Hazırkı işdə belə hesab etmək olar ki, polisin davranışının nəticəsi aşağıdakılardan ibarət oldu: ərizəçi susmaq hüququna malik olduğu halda susmaq əvəzinə polis ifadə verdi və təqsiri boynuna aldı, bu isə sonradan ona qarşı sübut kimi qəbul edildi. Sonradan o, polis tərəfindən ondan etirafın alınmış olduğu şəraitə etirazını bildirdi. Baxmayaraq ki, ona qarşı başqa sübutlar vardı, bunu nəzərə almamaq olmazdı ki, onun ilkin etirafı, belə görünür ki, ona qarşı cinayət prosesinin sonrakı gedişinə mühüm təsir göstərmişdi. Belə olan halda, seçilmiş vəkillə ərizəçinin görüşməsinin qarşısını almış polisin davranışının nəticəsi ondan ibarət idi ki, bu hal bütövlükdə götürülmüş cinayət prosesinin sonrakı mərhələsinin ədalətliliyinə xələl gətirmişdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: hesab edildi ki, pozuntunun müəyyən edilməsinin özü hər hansı mənəvi ziyanla bağlı yetərincə ədalətli kompensasiya təşkil edir.
(Bax: Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 27 noyabr 2008-ci il, Məlumat bülleteni № 113; həmçinin bax: Polis tərəfindən tutulmaya və vəkilin yardımına dair tematik informasiya vərəqələri)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy