© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 190
Noyabr 2015
Ebrahimyan Fransaya qarşı - 64846/11
Qərar 26.11.2015 [Seksiya V]
Maddə 9
Maddə 9-1
Dinini və ya dini əqidəsini nümayiş etdirmək
Hicabını çıxartmaqdan imtina etməsi səbəbilə xəstəxana işçisinin müqaviləsinin yenilənməməsi : pozuntu yoxdur
Faktlar – Ərizəçi 1999-cu ildə dövlət müəssisəsi nəzdindəki psixiatriya şöbəsində sosial işçi vəzifəsini tutmaq məqsədilə dövlət tibb müəssisəsinin müqaviləli işçisi kimi müddətli müqavilə ilə işə götürülmüşdür. « 2000-ci ildə ona müqaviləsinin yenilənməməsi barədə məlumat verilmişdir. Bu qərar ərizəçinin geyindiyi hicabı çıxartmaqdan imtina etməsi ilə əsaslandırılmış və mərkəzin bəzi xəstələri tərəfindən edilən şikayətlərdən sonra qəbul edilmişdir. Qərar qəbul edilməzdən öncə müsahibə keçirilmiş və həmin müsahibədə ərizəçi dini mənsubiyyətinə görə təqsirləndirilməmiş, sadəcə olaraq ərizəçiyə dövlət qulluqçularının hüquq və vəzifə öhdəlikləri, yəni belə mənsubiyyətin nümayiş etdirilməsinin qadağan edildiyi xatırladılmışdır. Müqavilənin yenilənməməsi, xüsusilə Dövlətin dünyəvilik və bütün dövlət müəssisələrində tətbiq edilən dövlət müəssisələrinin neytrallıq prinsipini vurğulayan Dövlət Şurasının rəyinə əsaslanır. Rəydə qeyd edilir ki, dövlət işçisi vicdan azadlığı hüququndan yararlanmalıdır, lakin bu azadlıq, ifadəsi nöqteyi-nəzərindən işçinin dini mənsubiyyətini göstərmək məqsədi daşıyan rəmzdən istifadəyə mane olan müəssisənin neytrallıq prinsipi ilə uyğunlaşmalıdır. Bundan başqa, rəydə bildirilir ki, intizam nöqteyi-nəzərdən neytrallıq öhdəliyinin yerinə yetirliməməsinin nəticələri xüsusi hallardan asılı olaraq bu və ya digər hala görə dəyərləndirilməlidir. Ərizəçinin müraciətləri rədd edilmişdir.
Digər tərəfdən, 2001-ci ildə ərizəçi sosial-tərbiyəçi vəzifəsi üzrə müsabiqəyə onu işə götürən müəssisə tərəfindən qeydə alınmışdır. Ərizəçi müsabiqədə iştirak etməmişdir.
Hüquqi məsələlər – Maddə 9 : Ərizəçinin müqaviləsinin yenilənməməsi onun dinini nümayiş etdirmək hüququna müdaxilədir. Bu müdaxilə qanunla nəzərdə tutulmuşdur və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi legitim məqsəd daşıyır. Hazırki işdə söhbət xəstələrə, dövlət müəssisəsi istifadəçilərinə və ərizəçidən tələb edilən neytrallıq tələbinin ünvanlandığı şəxslərə münasibətdə ciddi bərabərlik prinsipini təmin edərək onların dini etiqadlarına və dini seçimlərinə hörmət edilməsindən gedir. Məqsəd həm də dini fərq qoymadan bu istifadəçilərin rəftar bərabərliyi prinsipindən yararlanmasına nəzarət etməkdir. Nəticədə, bu məhdudiyyət digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədini daşıyırdı və üstəlik, ictimai asayiş və ictimai qayda məcburiyyətləri ilə əsaslandırılması vacib deyildir.
Sözügedən tədbirin zəruriliyinə gəlincə qeyd etmək lazımdır ki, müəssisə rəhbərliyi xəstəxananın psixiatriya şöbəsində işləyən sosial işçi ilə bağlı bu prinsipin əsaslandırdığı xüsusi tətbiqin səbəblərini ərizəçiyə bildirmişdir. Rəhbərlik sözügedən şöbənin daxilində ərizəçinin davranışı ilə bağlı meydana gələn problemləri müəyyən etmiş və onu dini etiqadlarını nümayiş etdirməkdən imtina etməsinə inandırmağa çalışmışdır. Bundan başqa, işə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, ərizəçi zəif və asılı vəziyyətdə olan xəstələrlə ünsiyyətdə olduğundan ondan tələb edilən neytrallıq tələbi xüsusilə məcburidir. Hazırki işdən belə nəticəyə gəlmək olar ki, məhz digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi imperativi, yəni təkcə öz dini əqidəsinə deyil, hər kəsin dini azadlığına hörmət mübahisəli qərarın əsasını təşkil edir. Bu anlamda dövlət tibb müəssisəsinin neytrallığı işçilərinin davranışları ilə əlaqədar nəzərdən keçirilə bilər və tələb edilə bilər ki, xəstələr işçilərin bitərəfliyindən şübhə etməsin.
Fransada dövlət müəssisəsi işçiləri, xüsusilə işə qəbul edilərkən və ya vəzifədə irəliləyərkən dinə əsaslanan hər hansı ayrı-seşkiliyin qoyulmasını qadağan edən vicdan azadlığına hörmət hüququna malikdirlər. Bununla belə, işçilərin vəzifə borcunu yerinə yetirərkən dini etiqadlarını nümayiş etdirməsi qadağan edilmişdir. Milli məhkəmələrin ərizəçinin dini etiqadının ifadəsini məhdudlaşdırmamaq marağındansa, Dövlətin dünyəvilik-neytrallıq prinsipinə və marağına üstünlük verməsi faktı Konvensiya nöqteyi-nəzərdən problem yaratmır. Burada söhbət Konstitusiyanın 1-ci maddəsində bəyan edilən Dövlətin dünyəvilik prinsipi ilə vicdan azadlığı arasında mövcud olan ənənəvi əlaqədən irəli gələn ciddi öhdəlikdən gedir. Məhkəmənin dəyərləndirmə səlahiyyətinin olmadığı fransız modelinə görə Dövlətin neytrallığı onu təmsil edən işçilərinin üzərinə düşür. Lakin Dövlətin neytrallığına istinad edildiyi zaman müəssisə rəhbərliyi tərəfindən dövlət işçilərinin vicdan azadlığının qeyri-proporsional şəkildə məhdudlaşdırlmamasına nəzarət etmək inzibati məhkəmənin öhdəsinə düşür.
Dini etiqadı səbəbilə açıq-aydın hicab geyinərək dinini nümayiş etdirməyi əhəmiyyətli hesab edən ərizəçi intizam prosedurunun ağır nəticələrinə məruz qalırdı. Bununla belə, şübhəsiz ki, ərizəçi Dövlət Şurasınmın rəyi dərc edildikdən sonra bilirdi ki, o, vəzifə borcunu yerinə yetirərkən geyim ilə bağlı neytrallıq öhdəliyinə riayət etməlidir. Ərizəçinin məhz bu öhdəliyi yerinə yetirməkdən imtina etməsi səbəbilə ona peşəkarlıq keyfiyyətlərindən asılı olmayaraq intizam prosedurunun başladılması barədə xəbərdarlıq edilmişdir. Belə olan halda, ərizəçi intizam prosedurunun təminatlarından istifadə etmiş və inzibati məhkəmələrə müraciət etmişdir. Digər tərəfdən, müəssisənin məsələ haqqında tam məlumatının olmasına baxmayaraq sosial işçi vəzifəsi üzrə müsabiqə üçün tərtib etdiyi namizədlər siyahısında ərizəçinin adını qeydə alsa da ərizəçi müsabiqədə iştirak etməkdən imtina etmişdir. Bu şərtlərdə, milli hakimiyyət orqanları ərizəçinin dini etiqadı ilə onu nümayiş etdirməmək öhdəliyi arasında mümkün uyğunluğun mövcud olmadığını müəyyənləşdirərkən və daha sonra Dövlətin neytrallıq və bitərflik tələbinə üstünlük verməyi qərara alarkən mülahizə səlahiyyətini aşmamışdır.
Üstəlik, Dünyəvilik Müşahidə Mərkəzinin hesabatından belə nəticəyə gəlmək olar ki, tibb müəssisələrində işləyən şəxslərin dini əqidələrini nümayiş etdirməkdən irəli gələn fikir ayrılığı hər işin hallarına görə dəyərləndirilir və rəhbərlik, hazırki işdə maraqları razılaşdıraraq qarşılıqlı anlaşma əsasında həll yolu tapmağa çalışmışdır. Bu dostca həll yolu tapma istəyi bu cür mübahisələrin məhkəmələrə nadirən getməsi faktı ilə təsdiqlənir. Nəticədə, xəstəxana elə bir yerdir ki, burada dini etiqadını ifadə etmək azadlığına malik olan istifadəçilərdən də hər cür dini təbliğatdan uzaq duraraq və xidmətin təşkilinə və xüsusilə tibbi və gigiyena tələblərinə riayət edərək dünyəvilik prinsipinin həyata keçirilməsində iştirak etmələri tələb olunur; başqa sözlə, sözügedən Dövlətin nizamlaması burada dini etiqadın nümayiş etdirilməsindən daha çox, digər şəxslərin hüquqlarına, xəstələrlə münasibətdə rəftar bərabərliyi prinsipinə və müəssisənin fəaliyyətinə üstünlük verir.
Nəticə : pozuntu yoxdur (altı səs əleyhinə və bir səs leyhinə).
(Bax, həmçinin : Dini rəmzlər və geyimlər mövzusu)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy