© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Pravoye delo" qəzetinin redaksiyası və Ştekel Ukraynaya qarşı (Editorial Board of Pravoye Delo and Shtekel v. Ukraine), ərizə № 33014/05
05.05.2011-ci il tarixli qərar [V Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
İnternetdən əldə etdikləri materiallardan istifadə edən jurnalistlər üçün daxili qanunvericilikdə təminatların olmaması: pozuntu baş verib
Faktlar – Birinci ərizəçi qəzet redaksiyası, ikinci ərizəçi isə qəzetin baş redaktoru idi. 2003-cü ildə qəzet xəbərlər saytından götürdüyü və məxfi xidmətlərin üzvü tərəfindən yazıldığı iddia edilən anonim məktubu dərc etdi. Məktubda belə iddialar yer almışdı ki, Ukrayna təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsləri qanunsuz fəaliyyət və korrupsiya ilə məşğuldurlar və mütəşəkkil cinayətkarlıqla əlaqələri var. Qəzetin istinad etdiyi informasiya mənbəyi göstərilmiş və redaksiyanın izahatı dərc olunmuşdu, izahatda deyilirdi ki, məktubdakı məlumat yalan ola bilər və ictimaiyyət fikirlərini bildirməyə dəvət edilirdi. Bundan sonra məktubdakı informasiyanın onun şərəf və ləyaqətini və nüfuzunu ləkələdiyini iddia edən şəxs tərəfindən ərizəçilərə qarşı iddia qaldırıldı. Ərizəçilərin birgə məsuliyyət daşıdıqları barədə qərar çıxarıldı və onların üzərinə ziyana görə kompensasiya ödəmək vəzifəsi qoyuldu. Həmçinin qəzetdə birinci ərizəçi təkzib verməli, ikinci ərizəçi isə üzr istəməli idi.
Hüquqi məsələlər – Maddə 10
a) Üzr istənilməsini tələb edən qərar: Şərəf və ləyaqətin və nüfuzun ləkələnməsi barədə işlərdə zərərçəkən tərəflərin həqiqətə uyğun olmayan və böhtan xarakterli fikirlərin təkzib olunmasını tələb etmək hüququna malik olması daxili qanunvericilikdə nəzərdə tutulsa da, ikinci ərizəçinin qəzetdə dərc etməklə rəsmən üzr istəməsini tələb edən qərar qanunvericilikdə konkret olaraq nəzərdə tutulmayıb. Eləcə də Ukrayna məhkəmələrinin qüvvədə olan qanunvericilik müddəalarına belə geniş çərçivəli şərh verməyə meylli olduqlarını göstərən heç bir sübut yox idi. Nə daxili məhkəmələr, nə də Hökumət müvafiq daxili qanunvericilik normalarından bu cür açıq-aydın kənara çıxma ilə bağlı hər hansı izahat vermədilər. Üstəlik, sözügedən hadisələrdən sonrakı ölkədaxili məhkəmə praktikasına əsasən, şərəf və ləyaqətin və nüfuzun ləkələnməsi barədə işlərdə cavabdehin üzərinə üzr istəmə vəzifəsinin qoyulması Konstitusiya ilə təmin edilən ifadə azadlığına zidd sayıla bilərdi. Müvafiq olaraq, ikinci ərizəçinin qəzetdə dərc etməklə üzr istəməsini tələb edən qərar qanunla nəzərdə tutulmayıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) İnternetdən əldə etdikləri materiallardan istifadə edən jurnalistlər üçün Ukraynada təminatların olmaması: Ukrayna qanunvericiliyi jurnalistləri mətbuatda çap olunmuş materialları olduğu kimi dərc etməyə görə mülki məsuliyyətdən azad edirdi. Bu, bütövlükdə jurnalistlərin digər şəxslərin açıqlamalarını yaymaq azadlığına Məhkəmənin yanaşmasına uyğun idi. Lakin daxili qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmayan internet mənbələrindən götürülən materialları dərc edən jurnalistlərin mülki məsuliyyətdən azad edilməsi nəzərdə tutulmamışdı. Bundan başqa, internet mediasının dövlət tərəfindən qeydiyyatını, bütövlükdə internet vasitəsilə yayılan medianın statusunu və ya internetdən əldə edilmiş məlumatlardan istifadəni tənzimləyən heç bir normativ akt yox idi. Məhkəmə razılaşdı ki, internet çap mediasından fərqlənən informasiya vasitəsidir və internetdəki informasiya və fikirlərin məzmununun ziyan yetirməsi təhlükəsi mətbuatdakı informasiya və fikirlərin məzmununun ziyan yetirməsi təhlükəsindən xeyli yüksəkdir. Müvafiq olaraq, çap mediasından və internetdən əldə edilmiş materialların yayılmasını tənzimləyən siyasətlər fərqli ola bilər. Bununla belə, medianın peşə fəaliyyətləri baxımından internetin oynadığı rolu və ifadə azadlığının həyata keçirilməsində əhəmiyyətini nəzərə alsaq, ölkədaxili səviyyədə jurnalistlərin sanksiyalara məruz qalma qorxusu olmadan internetdən əldə edilmiş məlumatlardan istifadə etməsinə icazə verən yetərli hüquqi bazanın olmaması mətbuatın çox önəmli olan "ictimai nəzarətçi" rolunu yerinə yetirməsinə ciddi maneə yarada və mətbuat azadlığına əsassız müdaxilələrə səbəb ola bilərdi. İnternetdən əldə etdikləri materiallardan istifadə edən jurnalistlər üçün daxili qanunvericilikdə adekvat təminatların olmadığını nəzərə alsaq, ərizəçilər etiraz edilən materialların dərc olunmasının onlar üçün hansı nəticələri doğuracağını öncədən lazımi dərəcədə görə bilməzdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ikinci ərizəçiyə 6.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy