© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
EĞİTİM VE BİLİM EMEKÇİLERİ SENDİKASI TURKİYƏYƏ qarşı
(ərizə no 20641/05)
QƏTNAMƏ
STRAZBURQ
25 sentyabr 2012
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Eğitim ve Bilim Emekçileri Sendikası Turkiyəyə qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci bölmə), hakimlər :
Françoise Tulkens, sədr,
Danutė Jočienė,
Isabelle Berro-Lefèvre,
András Sajó,
Işıl Karakaş,
Paulo Pinto de Albuquerque,
Helen Keller,
və Françoise Elens-Passos, Bölmən Katibinin müavinindən ibarət Palatada,
28 avqust 2012-ci il tarixində qapalı müşavirə keçirərək qəbul etdiyi aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Tükiyə qanunvericiliyinə əsasən yaradılmış bir həmkarlar ittifaqı olan Eğitim ve Bilim Emekçileri Sendikası – « Eğitim-Sen » (“ərizəçi”) tərəfindən, 3 iyun 2005-ci ildə Türkiyə Respublikasına qarşı yönəldilmiş ərizə (no. 20641/05) əsasında başlanmışdır.
2. Ərizəçi Ankarada fəaliyyət göstərən vəkil A. Sayılır tərəfindən təmsil olunmuşdur. Türkiyə Hökumətini (« Hökumət ») nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçi Konvensiyanın 6, 10 və 11-ci maddələrinin pozuntusundan şikayət etmişdir.
4. 6 noyabr 2009-cü il tarixində ərizə barədə Hökumətə məlumat verilmişdir. Konvensiyanın 29-cü maddəsinin 1-ci bəndinə əsasən işin qəbuledilənliyi və mahiyyətinə birgə baxılması qərara alınmışdır.
FAKTLAR
I. İŞİN HALLARI
5. Təhsil və elm işçiləri Həmkarlar İttifaqı (Eğitim-Sen) Ankarada, 13 yanvar 1995-ci il tarixdə yaranmışdır. Sonuncu tərəfindən verilən məlumatlara görə, onun 167.000 üzvü vardır, 90 bölmədən ibarətdir və 430 şəhərdə nümayəndəliyi vardır. O, KESK-ə (Kamu Emekçileri Sendikaları Konfederasyonu), Beynəlxalq Təhsil Həmkarlar İttifaqı Təşkilatının üzvü olan ictimai sektor işçiləri həmkarlar ittifaqları konfederasiyasına tabedir.
6. 15 sentyabr 2001-ci il tarixində Həmkarlar İttifaqı Nizamnaməsinin 2 b) maddəsinə aşağıdakı dəyişikliyi etdi :
«[Eğitim-Sen] cəmiyyətin bütün üzvlərinin öz ana dilində bərabər və azad şəkildə demokratik, dünyəvi, elmi və pulsuz təhsil almaq hüququnu müdafiə edir.»Birinci ləğvetmə prosesi
7. 15 fevral 2002-ci ildə Ankara bələdiyyə başçısı ərizəçidən Nizamnaməsindən « ana dilində » ifadəsini Konstitusiyanın 3 və 42-ci maddələrinə, eləcə də məmurların həmkarlar ittifaqları haqqında 4688 saylı qanunun (« 4688 saylı qanun ») 1 və 20-ci maddələrinə zidd olması səbəbilə çıxarmağı tələb etdi.
8. Ərizəçi bələdiyyə başçısına cavab verdi ki, işləri çox olduğundan nizamnaməyə tələb olunan dəyişikliyi ən geci 30 iyun 2002-ci ilədək etməyi üzərinə götürür.
9. 29 mart 2002-ci ildə 4688 saylı qanunun 37-c maddəsinə əsaslanaraq, bələdiyyə başçısı Ankara Prokuroruna müraciət edərək, ərizəçiyə qarşı nizamnaməsinin 2 b) maddəsini dəyişdirmədiyi üçün ləğvetmə prosesi başlatmağı xahiş etdi.
10. 3 iyul 2002-ci ildə ərizəçi nizamnaməsinin 2 b) maddəsini aşağıdakı şəkildə dəyişdi.
« [Eğitim-Sen] cəmiyyətin bütün üzvlərinin ana dilində təhsil almaq və öz mədəniyyətlərini inkişaf etdirmək hüququnu müdafiə edir. »
11. 16 iyul 2002-ci ildə Respublika Prokuroru bələdiyyə başçısının ləgvetmə prosesi başlatmaq müraciətini sübutların və cinayət tərkibi elementləinin kifayətsizliyi səbəbilə rədd etdi. Bu qərarında prokuror bir tərəfdən qeyd edirdi ki, ərizəçi nizamnaməsinin 2 b) maddəsini dəyişdirmişdir və indi o maddə hər kəsin « öz ana dilində təhsil almaq » hüququnu nəzərdə tutur. Digər tərəfdən prokuror qeyd edirdi ki, ana dilində təhsil məsələsi ictimaiyyətdə və siyasi partiyalara arasında geniş müzakirə predmetidir və Parlamentə çıxarılacaqdır. Prokuror belə nəticəyə gəlmişdi ki, belə olan şəraitdə, ərizəçiyə qarşı ləğvetmə prosesi və ya onun idarəetmə şurası üzvlərinə qarşı cinayət prosesi başlatmaq lazım deyil.
12. 15 oktyabr 2002-ci ildə Əmək və Sosial Müdafiə Nazirliyi (« Nazirlik ») ərizəçiyə məlumat verdi ki, nizamnamənin 3 iyul 2002-ci ildə dəyişdirilmiş mətninin 4688 saylı qanuna uyğunuğunun yoxlanması nəticəsində mübahisələndirilən maddənin qanuna zidd olmadığı qərarına gəlinmişdir.
B. İkinci ləğvetmə prosesi
13. 27 iyun 2003-cü ildə ordu baş komandanlığı idarəsi Nazirlikdən ərizəçiyə qarşı nizamnaməsinin 3 iyul 2002-ci ildə dəyişdirilmiş mətninin 2 b) maddəsinin Konstitusiyanın 3 və 42-cü maddələrinə zidd olması səbəbilə lazımi tədbirlər görülməsini tələb etdi.
14. 15 iyul 2003-cü il tarixdə nazirlik Ankara bələdiyyəsinə ərizəçinin nizamnaməsinin 2 b) maddəsninin 4688 saylı qanunun 6-cı maddəsi işığında araşdırılması barədə müraciət etdi.
15. 28 oktyabr 2003-cü ildə Ankara bələdiyyəsi başçısı ərizəçidən nizamnaməsinin 2b) maddəsindən « ana dilində təhsil almaq » ifadəsini çıxarmağı tələb etdi.
16. 12 aprel 2004-cü ildə Ankara bələdiyyəsi ərizəçinin nizamnaməsinin 2 b) maddəsinin müddəalarına istinad edərək və ona qarşı birinci ləğvetmə prosesini xülasə edərək Ankara Prokuroruna yeni ləğvetmə prosesi başlatması üçün müraciət etdi. Bələdiyyə başçısı izah edirdi ki, 14 oktyabr 1983-cü il tarixli xarici dillərin tədrisi və türk vətəndaşları tərəfindən müxtəlif dillərin və dialektlərin öyrənilməsi barədə 2923 saylı qanun müxtəlif dil və diallektlərin tədrisini nəzərdə tutsa da, ərizəçinin nizamnaməsinin 2-ci maddəsi türk dlindən başqa ana dilin tədrisini nəzərdə tutduğuna görə bu qanuna ziddir.
17. 10 iyul 2004-cü ildə Ankara Prokuroru Eğitim‑Sen-in idarə şurasının yeddi üzvünə qarşı iş açdı. Bu proses çərçivəsində prokuror həmçinin 4688 saylı qanunun 37-ci maddəsinə əsaslanaraq mübahisələndirilən ifadələri nizamnaməsindən çıxarmaması əsasıyla ərizəçinin ləğvini də istədi.
18. 4688 saylı qanuna görə ərizəçinin ləğvi məsələsi üzrə səlahiyyətli məhkəmə Ankara Əmək Tribunalı idi.
19.13 iyul 2004-cü ildə Ankara Əmək Tribunalı ərizəçiyə nizamnaməsini uyğun şəkildə dəyişmək üçün altmış günlük müddət verdi.
20. 15 sentyabr 2004-cü il tarixdə Ankara Əmək Tribunalı ləğv xahişini rədd etdi. Qərarın əsaslandırıcı hissəsində o xüsusilə qeyd edirdi ki, nizamnamənin mübahisələndirilən maddələri Türkiyə Respublikasının nə ərazi, milli və ya bütövlüyü, nə də mövcud sərhədləri üçün təhlükə yaratmır. O qeyd etdi ki, Həmkarlar İttifaqının Eğitim-Senin Nizamnaməsini Türkiyə Respublikasının bütövlüyü əleyhdarları tərəfindən istifadə oluna biləcəyini düşünməyə əsas verəcək hər hansı qanunsuz əməlləri barədə məlumatı yoxdur. Konstitusiyanın 90-cı, Konvensiyanın 10 və 11-ci maddəlarinə əsaslanaraq, tribunal həmçinin Konvensiyanın 10 və 11-ci maddələrinə öz təfsirini də verdi. Bununla əlaqədar o dəqiqləşdirdi ki, ifadə azadlığı demokratik və plüralist cəmiyyətin əsasını təşkil edir və demokratik cəmiyyətlərin və fərdlərin inkişafı üçün əsas şərtdir. O vurguladı ki, bu azadlıq olmadan demokratiya mümkün deyildir. Tribunal belə nəticəyə gəldi ki, Eğitim-Senin nizamnaməsinin 2b) maddəsinin müddəaları Konvensiyanın 10 və 11-ci maddələrinə zidd deyildir. Tribunal dəqiqləşdirdi ki, 4688 saylı qanunun həmkarlar ittifaqına qanunla uyğunlaşmaq üçün altmış gün müddət verilməsini nəzərdə tutan 6-cı maddəsinin 8-ci bəndi 4688 saylı qanunun məqsədi nəzərə alınaraq təfsir olunmalıdır. Tribunalın fikrincə, həmkarlar ittifaqı deyilən müddətdə qanuna uyğunlaşmasa, müraciətin əsaslarına və işin mahiyyətinə baxmaq onun səlahiyyətindədir.
21. 29 sentyabr 2004-cü ildə Respublika Prokuroru kassasiya şikayəti verdi.
22. 3 noyabr 2004-cü il tarixdə Kassasiya Məhkəməsi 15 sentyabr 2004-cü il tarixli qərarı Ankara Əmək tribunalının 4688 saylı qanunun 6-cı maddəsinin 8-ci bəndini düzgün tətbiq etmədiyini əsas gətirərək ləğv etdi. O hesab etdi ki, bu maddə təfsir üçün səlahiyyət vermir və yalnız həmkarlar ittifiqanın altmış gün ərzində qanunla uyğunlaşmaması halında onun ləğvini nəzərdə tutur. O bundan belə nəticəyə gəldi ki, Egitim-Sen bələdiyyə başçısının və tribunalın ona verdiyi müddətdə nizamnaməsini qanuna uyğunlaşdırmadığına görə ləğv olunmalıdır.
23. 21 fevral 2005-ci ildə Ankara Əmək Tribunalı Kassasiya Məhkəməsinin 3 noyabr 2004-cü il qərarını nəzərə almayaraq öz ilkin qərarını təkrarladı. Əsaslandırıcı hissədə o özünün15 sentyabr 2004-cü il qərarındakı əsasları xatırlatdı və Strazburq Məhkəməsinin siyasi partiyaların ləğvi barədə təcrübəsinə, xüsusilə Türkiyə Birləşmiş Kommunist Partiyası və Azadlıq və Demokratiya Partiyasının (ÖZDEP) ləğvi ilə əlaqədar qərarlarına istinad etdi. O bundan əlavə xatırlatdı ki, Türkiyə Respublikasında dövlət dili türk dilidir və Konstitusiyanın 66-cı maddəsinə görə vətəndaşlıq bağları ilə respublikaya bağlı hər bir şəxs türkdür. O hesab etdi ki, hər hansı başqa dili öyrənmək hüquqa uyğun olmayan bir hərəkət və ya münasibət deyil, əksinə, Türkiyə Respublikası dövlətinə bağlılığın sübutudur. O hesab etdi ki, rəsmi dil türkcədir və başqa rəsmi dil ola bilməz. Tribunal dəqiqləşdirdi ki, bununla belə, ölkənin rəsmi dilindən başqa dillərin öyrənilmısinə xüsusi bir maneə yaradıla bilməz. Özünün Konvensiyanın 10 və 11-ci maddələri üzrə əsaslandırmasını xatırladaraq Tribunal hesab etdi ki, bir həmkarlar ittifaqının, assosiasiya və ya siyasi partiyanın ləğvi üçün iki səbəb vardır, « qaçınılmaz təhlükə » və « zorakılıq meyarı ». O müşahidə etdi ki, ləğvi tələb edilən həmkarlar ittifaqı nizamnaməsində ana dilinin və mədəniyyətinin inkişafı hüququnun müdafiəsini nəzərdə tutur. O vurğuladı ki, bu ifadələrin qanuna zidd olması güman edilsə belə, onun məzmunu və mənası qaçınılmaz təhlükə yaratmır və ya zorakılığa səsləmir və bu ifadənin nizamnamədə işlədilməsi Türkiyə Respublikasının ərazi, milli və dövlət bütövlüyünü və ya mövcud sərhədlərini mübahisələndirmir. O hesab etdi ki, əksinə həmkarlar ittifaqının ləğv edilməməsi barədə qərar cəmiyyətdə hökm sürən sosial gərginliyi, qaydasızlığı və mübahisələri azaldar və sosial sülhü bərqərar edər.
24. 22 may 2005-ci ildə Kassasiya Məhkəməsi Plenumu (Yargıtay Hukuk Genel Kurulu) səs çoxluğu ilə işin mahiyyəti üzrə qərarı ləğv etdi. Əsaslnadırıcı hissədə Plenum göstərdi ki, Konvensiyanın 10 və 11-ci maddələri ifadə azadlığı və birləşmək azadlığınnın həyata keçirilməsinə qanunla qoyulan məhdudiyyətlər nəzərdə tutur və dəqiqləşdirdi ki, bu məhdudiyyətlər demokratik cəmiyyətdə zəruri olmalıdır. Plenum hesab etdi ki, onun vəzifəsi bu məhdudiyyətlərin Türkiyənin beynəlxalq öhdəliklərinə uyğunluğunu yoxlamaqdır. Plenum hesab etdi ki, həmkarlar ittifaqının türk dilindən başqa dillərinin tədrisi niyyəti Konstitusiyanın 3 və 42-ci maddələrinə ziddir və unitar dövlət və mövcud hüquqi sisteminə uyğun gəlmir. Kassasiya Məhkəməsi Plenumu belə nəticəyə gəldi ki, türkcədən başqa bir ana dilinin tədrisi ideyasının müdafiəsi Konvensiyanın 10 və 11 –ci maddələrinə əsaslana bilməz.
25. Kassasiya Məhkəməsi plenumunun bir neçə üzvü öz fərqli rəylərində 4688 aylı qanunun 6-ci maddəsinə əsaslanaraq belə hesab etdilər ki, işə mahiyyəti üzrə baxan məhkəmənin fikrincə, həmkarlar ittifaqının nizamnaməsinin mübahisələndirilən müddəaları qanuna uyğundur. Plenum qərarıyla razılaşmayan hakimlər hesab etdilər ki, bu səbəbdən həmkarlar ittifaqına nizamnaməsini dəyişmək üçün altmış gün müddət verilməsinin hüquqi bazası yoxdur. Onlar belə qərara gəldirlər ki, mahiyyət üzrə qərar həmkarlar ittifaqının ləğvi barədə qərar çıxarılması üçün deyil, 4688 saylı qanuna uyğunlaşdırılması üçün ləğv olunmalıdır.
26. 3 iyul 2005-ci ildə ərizəçi nizamnaməsinin mübahisəli 2 b) maddəsini aşağıdakı şəkildə dəyişdi :
« [Eğitim-Sen] insan hüquqları və əsas azadlıqları çərçivəsində cəmiyyətinin hər bir fərdinin demokratik, dünyəvi, elmi və pulsuz təhsil almaq hüququnu müdafiə edir. »
27. 27 oktyabr 2005-ci il tarixli qərarı ilə Ankara Əmək Tribunalı ərizəçinin nizamnaməsində edilən dəyişikliyi nəzərə alaraq, prosesin başlanmasına səbəb olan maddi elementlərin artıq mövcud olmaması səbəbilə həmkarlar ittifaqının ləğvi məsələsinə baxılmasına ehtiyac olmadığını elan etdi.
II. MÜVAFİQ DAXİLİ HÜQUQKonstitusiya
28. Hadisələrin baş verdiyi vaxt qüvvədə olan Konstiusiyanın müvafiq maddələrində deyilir :
Maddə 3
« 1. Türkiyə Dövləti öz ərazisi və milləti ilə bölünməzdir. Onun rəsmi dili türk dilidir. (...) »
Maddə 13
« Əsas hüquq və azadlıqlar yalnız Konstitusiyanın xüsusi müddəalarında və qanunda nəzərdə tutulan əsaslarla, bu hüquq və azadlıqların mahiyyətinə zidd olmayacaq dərəcədə məhdudlaşdırıla bilər. Hüquq və azadlıqlara qoyulan məhdudiyyətlər Konstitusiyanın mətninə və ruhuna və ya demokratik və dünyəvi ictimai qaydanın tələblərinə ziddiyət təşkil edə bilməz və proportionallıq prinsipinə uyğun olmalıdır. »
Maddə 25
« Hər kəsin düşüncə və fikir azadlığı hüququ vardır.
Heç kəs düşüncəsini və fikrini açıqlamağa məcbur edilə və hər hansı səbəbdən və ya hər hansı məqsədlə öz düşüncə və fikirlərinə görə məzəmmət oluna və ya təqsirləndirilə bilməz. »
Maddə 26
« Hər kəsin fərdi və ya kollektiv şəkildə öz düşüncə və fikirlərini ifadə etmək və onları şifahi və ya yazılı olaraq, şəkillərlə və ya hər hansı digər vasitələrlə yaymaq hüququ vardır. Bu azadlıq rəsmi orqanların müdaxiləsi olmadan ideyalar və ya məlumatlar əldə etmək və vermək hüququnu da əhatə edir. Hazırki bənddə nəzərdə tutulan müddəa radio, televisiya, sinematoqrafiya və ya bənzər vasitələrin istifadəsi ilə ötürülmənin icazəli regiminin yaradılmasına mane olmur.
Bu hüquqların həyata keçirilməsi milli təhlükəsizlik, ictimai qayda, ictimai təhlükəsizlik, Respublikanın əsas xarakteristik əlamətlərinin, eləcə də Dövlətin ərazı və milli bütövlüyünun qorunması, cinayətkalığın qarşısının alınması, cinayətkarların cəzalandırılması, Dövlət sirri hesab olunan məlumatların yayılmasının qarşısının alıması, başqasının şərəfi, hüquqları, şəxsi və ya ailə həyatının müdafiəsi, eləcə də qanunla nəzərdə tutulan peşə sirrinin müdafiəsi və məhkəmələrin öz vəzifələrini həyata keçirməsini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər.
Məlumat və ideyaların yayılması vasitələrinin istifadəsinin tənzimləyən müddəalar onların yayılmasına mane olmadığı halda ifadə azadlığını və düşüncəsini yaymaq hüququnu məhdudlaşdıran müddəalar hesab edilmir.
Düşüncə və fikirlərini yaymaq azadlığının həyata keçirilməsinin formaları, şərtləri və qaydaları qanunla müəyyən olunur. »
Maddə 42
« 1. Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. (...)
4. Təhsil azadlığı Konstitusiyaya sadiqlik vəzifəsindən azad etmir (...)
9. Türk vətəndaşlarına ana dili qismində türk dilindən başqa heç bir dil tədris oluna və təlim və tədris qurumlarından azad olunmaq üçün istifadə edilə bilməz. Təlim və tədris qurumlarında xarici dillərin tədrisi qaydaları, eləcə də tədrisin xarici dildə verildiyi məktəblərin uyğunlaşmalı olduğu qaydalar qanunla müəyyən olunur. Beynəlxalq konvensiyaların müddəaları nəzərə alınır. »
Maddə 51
« İşçilər əvvəlcədən icazə almadan üzvlərinin iş münasibətləri çərçivəsində iqtisadi və sosial hüquqlarının müdafiəsi və inkişafı məqsədilə həmkarlar ittifaqları və həmkar birlikləri yarada, eləcə də onlara üzv ola və ya üzvlükdın çıxa bilər. Heç kəs həmkarlar ittifaqına üzv olmağa və ya üzvlükdən çıxmağa məcbur edilə bilməz.
Həmkarlar ittifaqı yaratmaq hüququ yalnız qanuna uyğun şəkildə və milli təhlükəsizlik və ya ictimai qayda məqsədləri ilə və ya cinayətin baş verməsinin qarşısının alınması, ictimai səhiyyənin və ya mənəviyyatın qorunması və ya başqasının hüquq və azadlıqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər.
Həmkarlar ittifaqı yaratmaq hüququnun həyata keçirilməsi forması, şərtləri və ya qaydaları qanunla müəyyən edilir.
Eyni fəaliyyət sahəsində eyni vaxtda bir neçə həmkarlar ittifaqının üzvlüyünə yol verilmir.
Fəhlə olmayan dövlət məmurlarının hüquqlarının dairəsi, eləcə də onlara tətbiq olunan istisna və məhdudiyyətlər qanunla və [bu məmurların] vəzifələrinin təbiətinə uyğun şəkildə müəyyən olunur.
Həmkarlar ittifaqlarının nizamnamələri, idarə edilməsi və fəaliyyəti Respublikanın əsas xarakteristikasına və demokratik prinsiplərə zidd ola bilməz.»
Maddə 66
« Vətəndaşlıq bağı ilə türk Dövlətinə bağlı olan hər bir kəs türkdur. (...) »
Maddə 90 § 6
« Eyni məsələ ilə bağlı fərqli müddəalar nəzərdə tutan [milli] qanunlar və prosedura uyğun şəkildə qüvvəyə minmiş insan hüquqları və əsas azadlıqları üzrə beynəlxalq sazişlər arasında ziddiyyət halında beynəlxalq sazişlərin müddəaları üstündür. »
B. Dövlət məmurlarının həmkarlar ittifaqları haqqında 4688 saylı 25 iyun 2001-ci il tarixli qanunu
29. 4688 saylı qanunun müvafiq müddəalarında deyilir:
Maddə 6
« 1. Həmkarlar ittifaqları və konfederasiyalar əvvəlcədən icazə almadan azad şəkildə yaradıla bilər. (...)
7. (...) Nəzərinə çatdırılan yanlışlar aradan qaldırılmadıqda, bələdiyyə başçısı həmkarlar ittifaqının və ya konfederasiyanın fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edir. (...)
8. Məhkəmə [həmkarlar ittifaqına və ya konfederasiyaya] qanuna uyğunlaşmaq və ya yanlışları aradan qaldırmaq üçün altmiş gündən artıq olmayan müddətdə möhlət verir. Əgər bu müddətin sonunda həmin nizamnamə və ya sənədlər qanuna uyğun deyilsə, məhkəmə həmkarlar ittifaqının və ya konfederasiyanın ləğvi barədə qərar çıxara bilər. (...) »
Maddə 20
« 1. Bu qanuna uyğun şəkildə yaradılmış həmkarlar ittifaqları və konfederasiyaların idarəsi və fəaliyyəti Respublikanın Konstitusiyada müəyyən olunmuş keyfiyyətlərinə və demokratik prinsiplərinə zidd olmamalıdır. (...) »
Maddə 37
« 1. Respublikanın Konstitusiyada müəyyən olunmuş keyfiyyətlərinə və demokratik prinsiplərinə zidd fəaliyyətlə məşğul olan həmkarlar ittifaqı və ya konfederasiya onların mənzil-qərargahı üzrə prokurorun müraciəti əsasında əmək məsələri üzrə səlahiyyətli məhkəmə tərəfindən ləğv edilir (...) »
C. Türk vətəndaşları tərəfindən xarici dillərdə təsil və xarici dillərin tədrisi və ya müxtəlif dillərin və dialektlərin öyrənilməsi haqqında 14 oktyabr 1983-cü il tarixli 2923 saylı qanunun dəyişdirilməsi barədə 3 avqust 2002-ci il tarixli 4771 saylı qanun
30. 2923 saylı qanunun 2a) maddəsi nəzərdə tutur ki, təlim-tədris müəssisələrində türk dilindən başqa dil tədris oluna bilməz. Bununla belə, Təhsil Nazirliyinin qəbul etdiyi reqlamentə uyğun olaraq, türk vətəndaşları üçün onların gündəlik həyatında ənənəvi olaraq istifadə etdikləri dil və dialektlərin tədrisi üçün özəl kurslar mümkündür. Bu kurslarda verilən təhsil Dövlətin və millətin bütövlüyü və dövlət ərazisinin bölünməzliyi ideyalarına zidd olmamalıdır.
III. AVROPA ŞURASININ SƏNƏDLƏRİ
31. Rasizm və Dözümsüzlük üzrə Avropa Komissiyasının (ECRI) 10 dekabr 2010-cu ildə qəbul olunmuş və 8 fevral 2011-ci ilə nəşr olunmuş Türkiyə ilə bağlı son hesabatında (§§ 60, 61, 62, 63, 70 və 71) deyilir :
« Lozanna sazışındə tanınmayan milli azlıqlara mənsub şəxslərə türk dilindən başqa dillərin tədrisi və ya bu dillərdə təhsil.
60. 2002-ci ilin avqustunda qəbul edilmiş Türk vətəndaşları tərəfindən xarici dillərdə təsilin və onların tədrisi və ya müxtəlif dillərin və dialektlərin öyrənilməsi haqqında 2923 saylı qanunun dəyişdirilməsi barədə 4771 saylı qanun « türk vətəndaşları tərəfindən ənənəvi olaraq gündəlik həyatda istifadə olunan dil və dialektlər”i tədris edən özəl məktəblərin açılmasına şərait yaratdı. 5 dekabr 2003-cü ildə qüvvəyə minmiş türk vətəndaşları tərəfindən gündəlik həyatda istifadə olunan dil və dialektlərin öyrənilməsi Qaydalarına görə, 2003 və 2004-cü illərdə yeddi şəhərdə kürd dili kursları açılmışdır. Lakin sonradan onların hamısı bağlanmış, Ankarada çərkəz dilində məktəb açmaq cəhdi isə inzibati tələblərə əməl olunmadığına görə bəhrə verməmişdir. Dövlət orqanları bildirmişdir ki, müvafiq bələdiyyələr adıgey və abxaz dilləri üzrə özəl kursların açılması ilə bağlı müraciətləri istinad edilən Qaydalara uyğun olaraq incələməkdədirlər. Beləliklə, Türkiyədə hal-hazırda milli azlıqların danışdığı dilləri tədris edən heç bir özəl müəssisə mövcud deyildir. (...)
61. (...) ECRI türk dövlət orqanlarının Mardinin Artuklu Universitetində kürd dilinin də tədris oluna biləcəyi, suriya, fars və ərəb dillərinin də təklif olunacağı yaşayan dillər institutunun 2010-cu ilin fevralında açılması qərarını alqışlayır. (...) ECRI bununla belə Yüksək Təhsil Şurasının Diyarbakır Universitetində kürd dili və ədəbiyyatı departamentinin açılması ilə bağlı oxşar müraciəti, müraciətin terrorizmi dəstəkləyən yerli qurum tərəfindən verilməsini əsas gətirirək qəbul etməməsini təəssüflə qeyd edir.
62. Bundan əlavə, ECRİ Türkiyədə ənənəvi olaraq danışılan dil və dialektlərin tədrisi sahəsində səylərini davam etdirməyi məsləhət görür. O, həmçinin xüsusi olaraq əsassız inzibati əngəllərin qaldırılması yolu ilə özəl kursların açılması imkanının həyata keçiriləsinə nəzarət etməyi məsləhət görür.
(...)
Uşaqlara türkcədən fərqli ana dilinin tədrisi
70. ECRİ yenidən türk dövlət orqanlarına ana dili türkcə olamayan uşaqların vəziyyəti barədə düşünməyi və onların təhsil dili olan türkcənin, məsələn, əlavə kurslar təklif etməklə və ya türkcənin ikinci dil metodu ilə öyrədilməsini tətbiq etməklə düzgün şəkildə öyrədilməsinə nəzarət etməyi məsləhət görür. Ümumiyyətlə, ECRİ dövlət orqanlarına mümkün bərabərsizliklərin aradan qaldırılması üçün tədbirlərin görülməsi məqsədilə milli azlıqlara mənsub uşaqların təhsil sistemindəki vəziyyətini araşdırmağı məsləhət görür.
71. ECRİ türk dövlət orqanlarına müxtəlifliyin istənilməz olduğu mesajını vermədən arzuolunan inteqrasiyanın əldə olunması üçün Türkiyə vətəndaşlığı konsepsiyasının məktəblərdə tədrisi qaydaları ilə əlaqədar milli azlıqlarla dialoq başlamağı məsləhət görür. »
HÜQUQİ MƏSƏLƏLƏR
I. QƏBULEDİLƏNLİK
32. Hökümət aşağıdakıları nəzərdə tutan 35-ci maddənin 2b) bəndinə istinad edərək qəbuledilməzlik istisnası irəli sürür :
« (...) 2. Məhkəmə 34-cü maddəyə əsasən verilmiş fərdi ərizəyə aşağıdakı hallarda baxmır :
(...)
b) ərizə əsasən Məhkəmənin artıq baxmış olduğu ərizədir və ya hər hansı beynəlxalq araşdırma və ya barışıq instansiyasına təqdim edilmişdir və yeni faktlar nəzərdə tutmur.
(...) »
A. Tərəflərin arqumentləri
33. Hökümət bildirir ki, 9 iyul 2004-ci ildə ərizəçinin üzvü olduğu KESK ərizəçinin adından Ümumdünya Əmək Təşkilatına (ÜƏT) müraciət edərək həmkarlar ittifaqı azadlığı üzrə Komitə qarşısında Egitiım-Sen-in ifadə və birləşmək azadlıqlarının pozuntusu barədə şikayət qaldırmışdır. Hökumət dəqiqləşdirir ki, KESK Konstitusiyanın 3 və 42-ci maddələrinə əsaslanaraq ərizəçinin nizamnaməsinin 2 b) maddəsininin müddəaları səbəbilə Ankara Prokurorunun başladığı ləğvetmə prosesindən şikayət etmişdir.
34. 9 iyul 2004-ci ildə KESK ÜƏT-in Həmkarlar İttifaqı Azadlığı üzrə Komitəsi qarşısında Türkiyəyə qarşı şikayət (iş nömrə 2366) vermişdir. İE 1 sentyabr 2005-ci ildə bu şikayətə qoşulmuşdur. Hökumət Komitəyə 30 sentyabr, 6 yanvar, 29 mart, 15 aprel və 25 iyul tarixlərində cavab vermişdir. 2005-ci il noyabr tarixli 338 saylı hesabatında Komitə aşağıdakıları məsləhət görürmüşdür :
« a) Komitə Egitim-Senin nizamnaməsində etdiyi dəyişikliklərə baxmayaraq yenə də ləğv oluna biləcəyi barədəki narahatlıqlarını nəzərə alır və bunun baş verməyəcəyinə inanmaq istəyir. O, hökümətdən Egitim-Senin hazırki vəziyyəti barədə ona məlumat verilməsini xahiş edir.
b) Komitə Hökumətdən Egitim-Senin nizamnaməsi ilə Konstitusiya arasındakı təzadlar və yekun məhkəmə qərarının həmkarlar ittifaqı hüququ ilə əlaqədar doğura biləcəyi nəticələr barədə əlavə məlumat verilməsini xahiş edir. »
35. Komitənin 342 saylı 2006-ci iyun hesabatında aşağıdakıları məsləhət bilir:
« a) Komitə hökumətdən Egitim-Sen tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə verilmiş ərizə ilə bağlı vəziyyət və prosesin nəticəsi barədə ona məlumat verilmısini xahiş edir.
b) Komitə bir həmkarlar ittifaqının nizamnaməsində ana dilində təhsil hüququna istinad olmasının onun ləğvi ilə nəticələnə biləcəyindən çox narahatdır. »
36. Ərizəçi Hökumətin arqumentinə etiraz edir. O qeyd edir ki, ÜƏT qarşısındakı şikayəti o yox, KESK qaladırmışdır və dəqiqləşdirir ki, KESK-in nizamnaməsi buna imkan verir. Bundan əlavə, KESK-in ÜƏT qarşısında qaldırdığı şikayət Strasburq Məhkəməsi qarşısındakı şikayətlə eyni deyildir. Sonuncu şikayətin məqsədi birləşmək hüququnun pozulduğu Egitim-Senin ləğvinə mane olmaqdır. Nəhayət, ərizəçi bildirir ki, ÜƏT-na müraciət olunduğu vaxt yerli məhkəmələr tərəfindən işin mahiyyəti üzrə heç bir qərar çıxarılmadığından Strasburq Məhkəməsinə müraciət edə bilməzdi və şikayətini yalnız Kassasiya Məhkəməsi Plenumunun qərarından sonra vermişdir.
B. Məhkəmənin dəyərləndirməsi
37. Məhkəmə xatırladır ki, məqsədi eyni məsələ ilə əlaqədar beynəlxalq proseslərin təkrarlanmasına mane olmaq olan Konvensiyanın 35-ci maddəsinin 2b) bəndi, Məhkəmənin artıq hər hansı başqa beynəlxalq instansiya qarşısına çıxarılmış şikayətə baxmasını istisna edir (Celniku Yunanıstana qarşı, no 21449/04, § 39, 5 iyul 2007). Lakin əgər iki instansiya qarşısında şıkayət qaldıran şəxslər eyni deyilsə (Folgerø və başqaları Norveçə qarşı (qərar), no 15472/02, 14 fevral 2006, müqayisə et Joseph Antoine Peraldi Fransaya qarşı (qərar), no 2096/05, 7 aprel 2009), Məhkəməyə göndərilmiş « ərizə » digər araşdırma və ya barışıq instansiyası qarşısında qaldırılmış şikayətlə « əsasən eyni » hesab edilə bilməz (Council of Civil Service Unions Birləşmiş Krallığa qarşı, no 11603/85, Komissiyanın 20 yanvar 1987-ci il qərarı, Décisions et rapports (DR) 50, səh. 251-252 və Miguel Cereceda Martin və başqaları İspaniyaya qarşı, no 16358/90, Komissiyanın 12 oktyabr 1992-ci il qərarı, Décisions et rapports (DR) 73, səh. 120).
38. Hazırki işdə Məhkəmə ilk öncə müəyyən edir ki, tərəflərin təqdim etdiyi sənədlərdən Egitim-Senin bağlı olduğu KESK-in öz təşəbbüsü ilə İE ilə birgə 9 iyul 2004-ci ildə ÜƏT-nın Həmkarlar İttifaqı Azadlığı üzrə Komitəsinə müraciət etdiyi görünür. Əlindəki materiallara əsasən Məhkəmə həmçinin müəyyən edir ki, KESK şikayətini ərizəçinin adından versə də, ərizəçi bu şikayətə qoşulmamışdır və ÜƏT qarşısındakı prosesdə müdaxilə edən tərəf kimi də iştirak etməmişdir. Bu element bu işi Cereceda Martin və başqaları İspaniyaya qarşı (no 16358/90, Komissiyanın 12 oktyabr 1992-ci il qərarı) işindən fərqləndirir. Sonuncuda Komissiya hesab etmişdi ki, ərizəçilər ona « şirkətin işçilərini təmsil edən həmkarlar ittifaqlarının vasitəsilə » Həmkarlar İttifaqı Azadlığı üzrə Komitə qarşısında qaldırılmış şikayətlə eyni şikayəti təqdim etmişdilər. Nəhayət Məhkəmə hesab edir ki, KESK-in maraqları ərizəçinin maraqları ilə tam üst-üstə düşməyə bilər.
39. Bundan belə nəticə çıxır ki, Strazburq Məhkəməsi qarşısındakı ərizənin müəllifi Həmkarlar İttifaqı Azadlığı üzrə Komitəyə göndərilmiş şikayətin müəllifi ilə eyni deyildir. Buna görə də, Hökumətin Konvensiyanın 35-ci maddəsinin 2b) bəndinə əsaslanaraq verdiyi etiraz rədd edilməlidir.
40. Məhkəmə müəyyən edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin (a) bəndinə əsasən açıq-aşkar əsaslandırılmamış deyildir. O, hər hansı başqa qəbuledilməzlik meyarının tətbiq olunmasını müşahidə etmir. Buna görə də, iş qəbuledilən elan olunmalıdır.
II. KONVENSİYANİN 11-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
41. Ərizəçı iddia edir ki, ləğv olunmasının qarşısını almaq üçün nizamnaməsini dəyişdirmək məcburiyyətində qalması onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan birləşmək azadlığına müdaxilə olunub. Bu maddədə deyilir:
1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
42. Hökumət bu məsələyə münasibət bildirməmişdir.
A. Müdaxilənin mövcud olması barədə
43. Ərizəçiyə görə və Hökumətin də etiraz etmədiyi kimi, ərizəçiyə qarşı qaldırılmış proses milli orqanların onun birləşmək azadlığı hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu müdaxilə onun nizamnaməsində qeyd edilən məqsədlərinə çatmaq üçün kollektiv və ya fərdi şəkildə hərəkət etmək imkanından məhrum etmişdir. Məhkəmə də bu fikirdədir.
B. Müdaxilənin əsaslandırılması barədə
44. Məhkəmə xatırladır ki, bənzər müdaxilə, « qanunla nəzərdə tutulmuş », bu maddənin 2-ci bəndində göstərilmiş məqsədlərdən birinə xidmət etmiş və bu məqsədlərə çatmaq üçün « demokratik cəmiyyətdə zəruri » deyilsə, Konvensiyanın 11-ci maddəsini pozur.
1. Qanunla nəzərdə tutulmuş
45. Hazırki işdə Məhkəmə qeyd edir ki, tərəflər müdaxilənin « qanunla nəzərdə tutulmuş » olması və Konstitusiyanın 3 və 42-ci maddələrində (yuxarıdakı 28-ci paraqraf) nəzərdə tutulması faktını təkzib etmirlər.
2. Legitim məqsəd
46. Məhkəmənin fikrincə, mübahisələndirilən müdaxilənin ictimai qaydanın qorunması, Dövlətin ərazi bütövlüyünun müdafiəsi də daxil olmaqla, milli təhlükəsizliyin müdafiəsi kimi bir neçə legitim məqsədi vardır. Tərəflər bunu təkzib etmirlər.
3. Democratik cəmiyyətdə zəruri
a) Müvafiq əsas pinsiplər
47. Öz məhkəmə təcrübəsindən (Gorzelik və başqaları Polşaya q. [BP], no 44158/98, §§ 88-93, CEDH 2004‑I və ordakı istinadlar, və Association Rhino və başqaları İsveçrəyə q. no 48848/07, § 61, 11 oktyabr 2011) irəli gələn əsas prinsiplərə istinad edərək, Məhkəmə xatırladır ki, 11-ci maddədə elan edilən hüquq, təşkilat yaratmaq hüququdur. Vətəndaşların ümumi maraq sahələrində kollektiv şəkildə hərəkət etməsi üçün hüquqi şəxs yaratması imkanı birləşmək azadlığının ən əhəmiyyətli aspektlırindən biridir və o olmasaydı, bu hüquq öz mahiyyətini itirərdi (Sidiropoulos və başqaları Yunanıstana q., 10 iyul 1998, § 40, Recueil des arrêts et décisions 1998‑IV).
48. Məhkəmə həmçinin xatırladır ki, bir ölkədəki demokratiyanın vəziyyəti milli qanunvericiliyin bu hüququ təmin etməsi və dövlət orqanlarının onu təcrübədə təmin etməsi qaydası ilə ölçülə bilər. Öz yurisprudensiyasında Məhkəmə dəfərlərlə demokratiya, plüralizm və birləşmək azadlığı arasındakı birbaşa əlaqə olduğunu təsdiq etmiş və bu azadlığın məhdudlaşdırılması üçün yalnız inandırıcı və vacib səbəblərin mövcud olması prinsipini elan etmişdir. Belə məhdidiyyətlər Məhkəmənin ciddi nəzarəti altındadır (bax : başqa işlərlə birgə, Parti communiste unifié de Turquie et autres c. Turquie, 30 yanvar 1998, §§ 42-45, Recueil 1998‑I, Parti socialiste et autres c. Turquie, 25 may 1998, §§ 41-45, Recueil 1998‑III, Refah Partisi (Parti de la prospérité) et autres c. Turquie [GC], nos 41340/98, 41342/98, 41343/98 et 41344/98, §§ 86-89, CEDH 2003‑II).
49. Nəticədə, 11-ci maddənin 2-ci bəndi mənasında zərurətin olması qərarını vermək üçün Dövlətlərin mülahizə səlahiyyəti məhduddur və eyni zamanda həm qanunvericilik, həm də müstəqil məhkəmələr də daxil olmaqla onun tətbiq edilməsi məsələləri üzərində avropa nəzarətinə tabedir.
50. Digər tərəfdən, Məhkəmə xatırladır ki, nəzarətini həyata keçirərkən onun vəzifəsi səlahiyyətli dövlət orqanlarını əvəz etmək deyil, onların səlahiyyət dairəsi daxilində bu orqanların verdiyi qərarları 11-ci maddə baxımından yoxlamaqdır. Bundan belə nəticə cıxmır ki, Məhkəmə sadəcə dövlət orqanlarının öz səlahiyyətlərindən vicdanlı, diqqətli və əsaslandırılmış şəkildə istifadə etdikləri yoxlamaqla kifayətlənməlidir . Məhkəmə mübahisələndirilən müdaxiləni işin bütün hallarının işığında araşdırmalı və onun « legitim məqsədə proporsional » və dövlət orqanları tərəfindən göstərilən əsasların « müvafiq və kafi » olub olmadığını müəyyənləşdirir. Məhkəmə bunu edərkən əmin olmalıdır ki, yerli orqanlar 11-ci maddədə təmin olunan prinsiplərə uyğun qaydaları tətbiq etmişlər və uyğun faktların məqbul dəyərləndirilməsinə əsaslanmışlar (yuxarıda istinad olunan Parti communiste unifié de Turquie et autres, §§ 46-47, Yazar et autres c. Turquie, nos 22723/93, 22724/93 et 22725/93, § 51, CEDH 2002‑II, yuxarıda istinad edilən Sidiropoulos et autres, § 40).
b) İstinad edilən prinsiplərin hazırki işə tətbiqi
51. Hazırki işdə Məhkəmə qeyd edir ki, Eğitim-Sen-ə qarşı nizamnaməsinin 2b) maddəsində « ana dili »ndə təhsili müdafiə etməsi səbəbilə iki məhkəmə prosesi başladılmışdır. Birinci prosesə gəlincə, Respublika Prokuroru mübahisələndirilən maddədəki məqsədlərin qanuna zidd olmaması əsasıyla işi xətm etmişdir. Bundan sonra, ordu baş komandanın müraciəti əsasında eyni əsasla ərizəçiyə qarşı ikinci proses başlamışdır. Bu prosesin və Kassasiya Məhkəməsinin qərarının ardından Eğitim-Sen yerli orqanlar tərəfindən ləğv edilməsindən yayınmaq üçün mübahisələndirilən ifadələri nizamnaməsindən çıxarmışdır.
52. Bundan sonra Məhkəmə ikinci ləğvetmə prosesinin « qaçınılmaz sosial ehtiyac »a cavab verib vermədiyini və « legitim məqsədlər »ə çatmaq üçün « demokratik cəmiyyətdə zəruri » olub olmadığını aydınlaşdırmalıdır.
53. Məhkəmə nəzərə alır ki, Əmək Tribunalı və Kassasiya Məhkəməsi Plenumu Konvensiyanın 10 və 11-ci maddələrini fərqli şəkildə təfsir etmişlər. Əmək tribunalının fikrincə, bu maddələrin təminat verdiyi hüquq və azadlıqlar demokratik cəmiyyət üçün vacibdir. Zorakılığa çağırış halı istisnadır və tribunalın fikrincə Egitim-Sen-in nizamnaməsinin 2 b) maddəsi belə bir çağırış etmir. Bunun əksinə olaraq, Kassasiya Məhkəməsinin Plenumu Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan istisnalara istinad etmişdir. O hesab etmişdir ki, ərizəçinin türk dilindən başqa ana dilində təhsil hüququnu müdafiə etməsi Konstitusiyanın 3 və 42-ci maddələrinə və unitar dövlət prinsipinə ziddir.
54. Deməli Məhkəmə müəyyən etməlidir ki, Kassasiya Məhkəməsi Plenumunun gəldiyi nəticə işin faktiki hallarının məqbul dəyərləndirilməsidirmi ? Məhkəmə ilk öncə hesab edir ki, Egitim-Sen-in nizamnaməsinin 2 b) maddəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün zorakılığa çağırış yoxdur. Plenumun fikrincə, ərizəçi türk cəmiyyətinin fərdlərinin türk dilindən fərqli ana dilində təhsil ala bilməsi məqsədinə nail olmaq üçün qanunsuz vasitələrdən istifadəyə də çağırmır.
55. Məhkəmənin fikrincə, Egitim-Sen-in müdafiə etdiyi türk cəmiyyətinin fərdlərinin türk dilindən fərqli olan ana dillərində təhsil ala bilməsi prinsip demokratiyanın fundamental prinsiplərinə zidd deyil. Məhkəmə, Egitim-Sen-in nizamnaməsinin mübahisələndirilən maddəsində zorakılığa çağırış, üsyana qalxmaq və ya demokratiyadan hər hansı başqa şəkildə imtina hesab oluna biləcək heç bir fikir görmür və bu nəzərə alinması əsas məsələlərdən biridir (Parti de la liberté et de la démocratie (ÖZDEP) c. Turquie [GC], no 23885/94, § 40, CEDH 1999‑VIII). Nizamnamənin 2 b) maddəsini hadisələrin baş verdiyi vaxtda cəmiyyətdə gedən müzakirələrin kontekstində oxumaq lazımdır. Bununla əlaqədar, Məhkəmə Egitim-Sen-in ilk ləğvetmə prosesini xətm edən Prokurorla razılaşır. Həqiqətən də, hadisələrin baş verdiyi vaxt ana dilində təhsil məsələsi ictimaiyyət arasında, siyasi partiyalarda müzakirə mövzusu idi və Parlamentin gündəliyinə çıxarılması gözlənirdi (bax : yuxarıdakı 11, 30 və 31-ci paraqraflar) .
56. Məhkəmə qəbul edir ki, bu cür fikir ictimaiyyətin əksər hissərinin, bəzi qurumların, dövlət idarələrinin fikriylə və ya Hökumətin siyasəti ilə ziddiyyət təşkil edə bilər. Bununla belə, Məhkəmə xatırladır ki, demokratiyanın yaxşı işləməsi, müxtəlif təşkilat və siyasi qurumların ictimai və siyasi həyatın bütün aktorlarını maraqlandıran ümimi məsələlərin həllinə öz töhvələrini verə bilməsi üçün ictimai müzakirlərdə iştirak etməsi vacibdir. (Vogt c. Allemagne, 26 sentyabr 1995, § 52, Recueil 1996-IV, et yuxarıda istinad olunan Parti communiste unifié de Turquie et autres, § 57).
57. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ECRİ-nin Türkiyə üzrə hesabatından göründüyü kimi (yuxarıdakı 31-ci paraqraf), Lozanna Sazişi ilə tanınan milli azlıqlara mənsub uşaqlar, yəni qeyri-müsəlman uşaqlardan və türkcə təhsil alan uşaqlardan başqa, Türkiyə vətəndaşlığı olan ancaq ana dili türk dili deyil, adıgey, abxaz və ya kürd dili olan uşaqlar da vardır. Bu məsələ ilə əlaqədar, 2923 saylı türk vətəndaşlarının xarici dillərdə və ya dialektlərdə təhsili və ya onların öyrənilməsi haqqında qanuna dəyişiklik edilməsi barədə 3 avqust 2002-ci ildə qəbul olunmuş 4771 saylı qanun « türk vətəndaşları tərəfindən ənənəvi olaraq istifadə olunmuş [türk dilindən fərqli] dil və dialektlər » üzrə özəl kursların təşkil olunması yollarını açmışdır. Məhkəmə hesab edir ki, qanunvericinin digər dil və dialektlərin tədrisi üçün özəl kursların açılmasına imkan vermək niyyəti Egitim-Sen-in nizamnaməsinin 2 b) maddəsinin mətninin Konstitusiyanın 3 və 42-ci maddələrinə zidd olduğu qərarına gəlmiş yerli məhkəmələrin fikri ilə təzad təşkil edir.
58. Kassasiya Məhkəməsi Plenumunun əsaslandırması Məhkəməni inandırmır, çünki Plenum öz qərarında Egitim-Sen-in Türkiyə Respublikasının bütövlüyünə zərər vuracaq hər hansi qanunsuz fəaliyyət göstərməsi barədə heç nə göstərməmişlər. Plenum həmçinin Egitim-Sen-in demokratik prinsiplərə zidd məqsədlər güddüyü və ya nizamnaməsində qeyd olunan fəaliyyətə zidd addımlar atması barədə də heç bir dəqiqləşdirmə aparmamışdır. Məhkəmə Əmək Tribunalının isə həmkarlar ittifaqının ləğv edilməsi müraciətinin rədd edilməsinin cəmiyyətdə hökm sürən ictimai gərginlik, qaydasızlıq və mübahisələrin azalmasına, ictimai sülhün bərqərar olmasına gətirib çıxaracağı nəticəsinı diqqətlə nəzərində saxlayır (yuxarıdakı paraqraf 23).
59. Buna görə də Məhkəmə o fikirdədir ki, həmkarlar ittifaqının nizamnaməsində elan olunan məqsədlərdən fərqli bir məqsədin olmasını göstərən və ya sübut edən hər hansı başqa elementin olmaması şəraitində, nizamnamədəki “ana dilində təhsil almaq” ifadəsinin olması öz-özlüyündə demokratik prinsiplərə zidd ola bilməz. Məhkəmə qeyd edir ki, Eğitim-Sen-in nizamnaməsinin ilkin redaktəsindən belə çıxır ki, həmkarlar ittifaqı cəmiyyətin bütün fərdlərinin “ ana dillində bərabər və azad şəkildə demokratik, dünyəvi, elmi və pulsuz təhsil alması” hüququnu müdafiə edir. Məhkəmənin fikrincə, türk dilindən fərqli ana dilinə malik olan türk vətəndaşlarının ana dilində təhsil almaq vasitəsilə mədəniyyətlərinin inkişafı məqsədi öz-özlüyündə milli təhlükəsizliyə zidd deyildir və ictimai qaydaya təhlükə təşkil etmir. Dövlət orqanlarının ana dilində təhsilin milli azlığın mədəniyyətinə müsbət təsir göstərəcəyini hesab etdiklərini güman etsək belə, Məhkəmə xatırladır ki, o artıq bir işində hesab etmişdir ki, hər hansı ölkədə milli azlıqların və müxtəlif mədəniyyətlərin mövcud olaması demokratik bir ölkənin dözümlü yanaşmalı olduğu, hətta beynəlxalq hüquq prinsipləri əsasında qorumalı və dəstəkləməli olduğu bir tarixi faktdır (Tourkiki Enosi Xanthis et autres c. Grèce, no 26698/05, § 51, 27 mart 2008).
60. Bundan əvvəl qeyd olunanların işığında Məhkəmə hesab edir ki, Kassasiya Məhkəməsi Plenumunun əsaslandırması müvafiq və yetərli, legitim məqsədə proporsional olmamışdır. Nəticədə, ərizəçiyə qarşı nizamnaməsinin 2b) maddəsindən “ana dilində təhsil alamaq” ifadəsinin çıxarılması üçün açılmış ləğvetmə prosesi “vacib sosial ehtiyac”a cavab verən bir addım hesab edilə bilməz.
61. Beləliklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş vermişdir.
III. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
62. Ərizəçi iddia edir ki, ləğv edilməsinin qarşısını almaq üçün nizamnaməsinə dəyişiklik etməsi məcburiyyəti qarşısında qoyulması Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüququna müdaxilə təşkil edir. Bu maddənin müvafiq hissəsində deyilir:
« 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. (...)
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
63. Hökumət bu barədə fikrini bildirmir.
A. Qəbuledilənlik
64. Məhəkəmə hesab edir ki, bu şikayət də yuxarıda baxılan şikayətlə əlaqədar olduğuna görə qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
65. Hazırki işdə tərəflər dövət orqanlarının ərizəçinin ləğv edilməsi üçün başladığı ikinci prosesin onun fikri ifadə etmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə olduğunu mübahisələndimir. Bu müdaxilə qanunla, yəni Konstitusiyanın 3 və 42-ci maddələri ilə nəzərdə tutulmuşdu və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan bir və ya bir neçə legitim məqsədə, yəni qayda-qanunun və ya Dövlətin ərazi bütövlüyü də daxil olamaqla, milli təhlükəsizliyin qorunması məqsədinə uyğundur. Deməli, bu müdaxilənin legitim məqsədlərə çatmaq üçün « demokratik cəmiyyətdə vacib » olub-olmadığını müəyyənləşdirmək lazımdır.
1. Uyğun əsas prinsiplər
66. Məhkəmə xatırladır ki, fəaliyyətləri fikri kollektiv şəkildə ifadə etmək azadlığının həyata keçirilmısi ilə bağlı olduğundan, təşkilat və siyasi partiyalar Konvensiyanın 10 və 11-ci maddələrinin müdfiəsinə iddia edə bilərlər (yuxarıda istinad olunan Parti communiste unifié de Turquie et autres, §§ 42 et 43, və yuxarıda istinad olunan Yazar et autres c. Turquie, § 46).
67. Məhkəmə daha sonra xatırladır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin fundamental elementlərindən biridir. 10-cu maddənin ikinci bəndinin istisanaları nəzərə alınmaqla, ifadə azadlığı təkcə cəmiyyət tərəfindən rəğbətlə qarşılanan və ya ziyansız və ya bitərəf hesab olunan « məlumat » və « fikirlər » üçün deyil, həm də Dövləti və ya əhalinin bir hissəsinə toxunan, onları şok və ya narahat edən « məlumat » və « fikirlər » üçün də keçərlidir : plüralizm, dözümlülük, açıq-fikirlilik – hansılarsiz ki, demokratik cəmiyyət mümkün deyildir- bunu tələb edir (bax : çox sayda digər işlər arasında Handyside c. Royaume-Uni, 7 dekabr 1976, § 49, A seriyası no 24, Jersild c. Danemark, 23 sentyabr 1994, § 37, A se no 298 və yuxarıda istinad olunan Yazar et autres, § 46). İfadə azadlığı 10-cu maddədə təminat verildiyi şəkildə bəzi məhdudiyyətlərlə müşayət olunur, lakin onlar dar təfsir olunmalıdır və bu hüququn məhdudlaşdırılması inandırıcı şəkildə əsaslandırılmalıdır (Lindon, Otchakovsky-Laurens et July c. France [GC], no. 21279/02 et 36448/02, § 45, CEDH 2007-XI).
68. Bundan əlavə, Məhkəmə xatırladır ki, 10-cu maddənin 2-ci bəndindəki « zəruri » sifəti « qaçınılmaz sosial ehtiyac »ı ifadə edir. Tərəfdaş Dövlətlər belə bir ehtiyacın olub-olmamasını müəyyənləşdirmək üçün müəyyən mülahizə səlahiyyətinə malikdirlər, lakin həm qanunlar, həm də müstəqil məhkəmə də daxil olmaqla onların dövlət orqanları tərəfindən tətbiqi üzərindəki avropa nəzarəti bu səlahiyyətlə yanaşı gedir. Deməli, « məhdudiyyət »in 10-cu maddənin təminat verdiyi ifadə azadlığına uyğun olub-olmaması barədə son söz Məhkəmənindir (Karataş c. Turquie [GC], no 23168/94, § 48, CEDH 1999‑IV).
69. Məhkəmə xatırladır ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fikri ifadə azadlığının ən çox əhəmiyyət daşıdığı sahələr olan siyası çıxış və müzakirələrlə əlaqədar (Brasilier c. France, no 71343/01, § 41, 11 aprel 2006) və ya ümumi maraq məsələləri sahəsində (bax : digərləri arasınd Sürek c. Turquie (no 1) [GC], no 26682/95, § 61, CEDH 1999-IV, yuxarıda istinad edilən Lindon, Otchakovsky-Laurens et July, § 46, Wingrove c. Royaume‑Uni, 25 noyabr 1996, § 58, Recueil 1996-V, et Faruk Temel c. Turquie, no 16853/05, § 55, 1 fevral 2011) məhdudiyyətlərə artıq imkan vermir.
70. Nəhayət, Məhkəmə xatırladır ki, hüququn aliliyi prinsipi üzərində qurulmuş demokratik cəmiyyətdə mövcud qaydanı inkar etməyən və həyata keçirilməsi pasifik üsullarla nəzərdə tutulan siyasi ideyalar toplaşmaq azadlığının həyata keçirilməsi vasitəsilə uyğun şəkildə ifadə olunmaq imkanı əldə etməlidir (Stankov et Organisation macédonienne unie Ilinden c. Bulgarie, nos 29221/95 et 29225/95, § 97, CEDH 2001‑IX). Demokratik sistemə xas olan plüralizm, dözümlülük və sosial həmrəylik kimi dəyərlər bunu tələb edir (Ouranio Toxo et autres c. Grèce, no 74989/01, § 42, CEDH 2005‑X, et yuxarıda istinad edilən Tourkiki Enosi Xanthis et autres, § 56).
2. İstinad edilən prinsiplərin hazırki işə tətbiqi
71. Məhkəmə ərizəçinin nizamnaməsinin 2b) maddəsində istifadə edilən ifadələrə və onların yazıldığı kontekstə xüsusi diqqət vermişdir. Bununla əlaqədar Məhkəmə hesab edir ki, 10-cu maddə bütün növ mədəni, siyasi və sosial məlumat və ideyaların ictimai mübadiləsinə imkan verəcək bütün dillərdə olan məlumat və ideyaları əldə etmək və ötürmək azadlığını əhatə edir (bax : mutatis mutandis, yuxarıda istinad edilən Karataş, § 49). Məhkəmə həmçinin ona təqdim olunan işi əhatə edən şəraiti də, xüsusilə terrorla mübarizə ilə bağlı çətinlikləri də nəzərə almışdır (İbrahim Aksoy c. Turquie, nos 28635/95, 30171/96 et 34535/97, § 60, 10 oktyabr 2000, Zana c. Turquie, 25 noyabr 1997, § 55, Recueil 1997‑VII, Incal c. Turquie, 9 iyun 1998, § 58, Recueil 1998‑IV, et Savgın c. Turquie, no 13304/03, § 44, 2 fevral 2010).
72. Ərizəçinin nizamnaməsinin 2b) maddəsi « ana dili »ndə təhsil hüququnu müdafiə edir. Türkiyə kontekstində və sözün ilkin mənasında bu müddəa ana dili olaraq türk dilində təhsili müdafiə edir. Bununla belə, Türkiyənin tarixi-sosial vəziyyəti nəzərə alınarsa, ana dili həm də türk dilindən fərqli ana dili olan türk vətəndaşlarının dili olaraq da anlaşıla bilər. Türkiyə üzrə son hesabatında ECRİ türk dilindən fərqli ana dili olaraq, adıgey, abxaz və kürd dillərini xatırlatmışdır (yuxarıdakı 31-ci paraqraf).
73. Bununla əlaqədar, ifadə olunan ideya və məlumatların mahiyyətindən əlavə, maddə 10 bu məlumat və ideyaların hansı vasitə və ya dildə olursa olsun, yayılma vasitələrini də müdafiə edir (yuxarıda istinad edilən Savgın, § 32).
74. Hazırki işdə, hətta ərizəçinin türk dilindənsə, yalnız kürd dilinin tədrisini inkişaf etdirmək istəyini göstərdiyi güman edilsə belə, Məhkəmə xatırladır ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi artıq ümumi maraq məsələlərində fikri ifadə etmək azadlığına məhdudiyyətlərə imkan vermir. Məhkəmə ona təqdim olunmuş işi əhatə edən şəraiti nəzərə alır. O qeyd edir ki, hadisələrin baş verdiyi vaxtda bu mövzuda ictimaiyyətdə gedən müzakirələr özəl şəkildə olsa da, türk vətəndaşları tərəfindən türk dilindən fərqli bir ana dilində təhsil almaq imkanı tanıyan qanun dəyişikliyinə gətirib çıxardı.
75. Bu məsələ ilə əlaqədar olaraq, Məhkəmə müşahidə edir ki, ərizəçinin nizamnaməsinin mübahisələndirilən maddəsi zorakılıqdan istifadə, silahlı müqavimət və ya qiyamın istifadəsinə və ya nifrətə çağırmır və bu, Məhkəmənin fikrincə, nəzərə alınmalı əsas elementdir. Bu maddə müəyyən oluna bilən şəxslərə qarşı dərin və qeyri-rasional nifrət hissilə zorakılığa dəstək verməyə də qadir deyil (bax : əksinə olaraq, yuxarıda istinad olunan Sürek, § 62). Milli məhkəmələrin milli ərazilərin bütövlüyünə təcavüz əsası arqumentinə (yuxarıdakı 24 paraqraf) gəlincə, Məhkəmə qeyd edir ki, Egitim-Sen-in proqramı türk cəmiyyətini təşkil edən fərdlərin türk dilindən fərqli bir ana dilində təhsil alması prinsipini müdafiə edir. Bununla belə, Məhkəmə müəyyən edir ki, Hökumət ərizəçinin proqramının səmimiliyini ifşa edəcək konkret fəaliyyəti barədə şübhələri yox edəcək şəkildə izahat verə bilməmişdir (yuxarıda istinad edilən Parti de la liberté et de la démocratie (ÖZDEP) [GC], § 42). Beləliklə, Məhkəmə Dövlətin ərazi bütövlüyünə açıq və birbaşa təhlükə olmadığı qərarına gəlir.
76. Nəticə olaraq, Məhkəmə hesab edir ki, ərizəçini mübahisələndirilən ifadələri nizamnaməsindən çıxarmağa məcbur edərək, ona qarşı qaldırılan ləğvetmə prosesi daşınılan məqsədə proporsional deyildi və buna görə də, « demokratik cəmiyyətdə zəruri » deyildi.
77. Beləliklə, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş vermişdir.
IV. İDDİA EDİLƏN DİGƏR POZUNTULAR
78. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə istinad edərək, Kassasiya Məhkəməsi qarşısındakı prosesinin müddətindən şikayət edir. Ərizəçi həmçinin bu məhkəmənin müstəqil və qərəzsiz olmadığı, qərarlarının əsaslandırılmaması və iclasların keçirilməməsindən şikayət edir.
79. Prosesin müddətinə gəlincə, Məhkəmə qeyd edir ki, proses ən tez 27 iyun 2003-cü ildə başlamış və 27 oktyabr 2005-ci ildə bitmişdir. Deməli, bu prosesin iki instansiya qarşısındakı müddəti iki il dörd ay çəkmişdir. Məhkəməyə görə, hazırki işin halları nəzərə alınaraq, bu müddət Konvensiyanın 6-cı maddənin 1-ci bəndi mənasında « ağlabatan müddət » tələbinə cavab verir. Bundan belə çıxır ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən açıq-aydın əsaslandırılmamışdır.
80. Məhkəmə iclaslarının keçirilməməsi şikayətinə gəlincə, Məhkəmə xatırladır ki, ikinci instansiya qarşısında ictimai müzakirələrin olmaması o vaxt əsaslandırıla bilər ki, müəyyən olunası məsələ faktların qiymətləndirilməsini tələb etməsin və birinci instansiya qarşısında iclas keçirilmiş olsun (Aktaş Elektrik Ticaret A.Ş c. Turquie (qərar), no 44205/02, 30 avqust 2011).
Hazırki işdə Məhkəmə müəyyən edir ki, Əmək Tribunalı iclas keçırmişdir, ərizəçi orda iştirak etmişdir, öz arqumentlərini, müdafiə vasitələrini, günahlandırıldığı faktları ifşa etmək üçün öz maraqlarını müdafiə edəcək sübut elementləri təqdim etmək imkanına malik olmuşdur. Məhkəmə daha sonra müəyyən edir ki, ikinci instansiya olaraq işə baxan Kassasiya Məhkəməsi Plenumu Konstitusiyanın 3 və 42-ci maddələrini Konvensiyanın 10 və 11-ci maddələri işığında təfsir edərək, türk dilindən fərqli bir ana dilində təhsil hüququnun müdafiə edilməsinin Konvensiyanın 10 və 11-ci maddəsinə istinadən edilə bilməyəcəyi qərarına gəlmişdir (yuxarıdakı 24-cü maddə). Məhkəmə bundan belə nəticəyə gəlir ki, Kassasiya Məhkəməsinin Plenumunun məqsədi milli qanunun əsas hüquq və azadlıqlara gətirdiyi məhdudiyyətin Türkiyənin beynəlxalq öhdəliklərinə uyğunluğu məsələsini araşdırmaq idi.
Bundan belə nəticə çıxır ki, bu şikayət açıq-aydın əsaslandırılmamışdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
81. Nəhayət, Konvensiyanın 6-cı maddəsinə görə qaldırılan qalan şikayətlərə gəlincə, məhkəmə orqanlarına konstitusiya va qanunlarla verilən təminatlar nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayətlər açıq-aydın əsaslandırılmamışdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
82. Konvensiyanın 41-ci maddəsinə görə,
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
A. Zərər
83. Ərizəçi maddi ziyana görə 1,000,000 avro, mənəvi ziyana görə isə 960,000,000 avro tələb edir.
84. Hökumət bu tələbə etiraz edir.
85. Məhkəmə hesab edir ki, elan edilən pozuntu və maddi ziyan arasında səbəb-əlaqə bağı yoxdur və bu tələbi rədd edir. Əksinə olaraq, Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi ziyana görə 7,500 avro ödənilməlidir.
B. Xərc və məsrəflər
86. Ərizəçi yazışma, poçt və tərcümə xərcləri kimi 1,000 Türk lirəsi (TRL) tələb edir. O, Məhkəməyə biri 191.16 TRL, o biri 599.76 TRL olan fakturalar (cəmi 790.92 TRL, yəni təqribən 411 Avro) təqdim etmişdir. Türkiyə Vəkillər Kollegiyasının tariflərinə əsaslanaraq ərizəçı dəqiqləşdirir ki, o, Məhkəmənin ona verdiyi kompensasiyanın 20 faizini vəkilinə verəcəkdir.
87. Hökumət bu tələbə etiraz edir.
88. Məhkəmənin təcrübəsinə əsasən, ərizəçi ancaq xərclər və məsrəflərin real olması, vacibliyi və tariflərin ağlabatan olmasının müəyyən olunduğu hallarda onları geri ala bilər. Hazırki işin hallarını, əlindəki materialları və məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə qarşısındakı prosesə görə Məhkəmə ərizəçiyə 411 Avro məbləğinin ödənilməsini əmr edir.
C. İcraatın gecikdirilməsinə görə faiz dərəcəsi
89. Məhkəmə məqsədəuyğun hesab edir ki, icraatın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ
1. Elan edir ki, Konvensiyanın 10 və 11-ci maddəsi üzrə şikayətlər qəbuledilən, qalan şikayətlər qəbuledilməzdir (beş səsə qarşı 2 səs);
2. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş vermişdir (yekdilliklə);
3. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş vermişdir (yekdilliklə);
4. Qərara alır ki,
(a) cavabdeh dövlət Ərizəçiyə Məhkəmə qərarının, Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun xarakter aldığı tarixdən etibarən üç ay ərzində türk lirəsinə çevrilərək aşağıdakı məbləğlər ödənilsin:
i. mənəvi ziyana görə 7500 (yeddi min beş yüz) avro, üstəgəl tələb olunan bütün vergilər;
ii. xərc və məsrəflərə görə 411 (dörd yüz on bir) avro, üstəgəl tələb olunan bütün vergilər;
(b) yuxarıda qeyd olunan üç ay müddəti başa çatdıqdan sonra ödəniş həyata keçirilənə qədər yuxarıda göstərilən məbləğdən gecikdirmə müddəti üzrə Avropa Mərkəzi Bankının yuxarı kredit faizi, üstəgəl üç faiz əlavə edilsin;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Fransız dilində tərtib olunmuş və 25 fevral 2012-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə əsasən yazılı şəkildə açıqlanmışdır.
Françoise Elens-PassosFrançoise Tulkens
Katib müaviniSədr
Hazırki qətnaməyə, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, hakimlər Danutė Jočienė və Isabelle Berro-Lefèvre-in ayrıca rəyləri əlavə olunur.
F.T.
F.E.P
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy