© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat Qeydi No 155
Avqust-Senyabr 2012
Eğitim ve Bilim Emekçileri Sendikası Türkiyəyə q. - 20641/05
Qətnamə 25.9.2012 [Section II]
Maddə 11
Maddə 11-1
Birləşmək azadlığı
Dövlət dilindən fərqli bir ana dilində təhsil hüququnu müdafiə etdiyi səbəbilə bir həmkarlar ittifaqının ləğv edilməsi prosesi : pozuntu
Maddə 10
Maddə 10-1
Fikri ifadə azadlığı
Bir həmkarlar ittifaqına Dövlət dilindən fərqli olan ana dilində təhsil hüququnu müdafiə etməyə icazə verilməməsi : pozuntu
Faktlar – Ərizəçi, təhsil və elm sahəsi işçılərinin həmkarlar ittifaqı öz nizamnaməsində « cəmiyyətin hər bir fərdinin bərabər və azad şəkildə öz ana dilində demokratik, dünyəvi, elmi və pulsuz təhsil alması hüququ »nu müdafiə edirdi. 2002-ci ilin fevralında bələdiyyə başçısı ondan tələb etdi ki, digər qanunlarla birgə Konstitusiyaya zidd olduğuna görə « ana dili » ifadəsini nizamnaməsindən çıxarsın. 2002-ci ilin martında bələdiyyə başçısı Respublika Prokuroruna müraciət etdi ki, həmkarlar ittifaqı ondan tələb olunan dəyişikliyi etmədiyindən təşkilatın ləğv olunması üçün məhkəmə prosesi başlasın. 2002-ci ilin iyul ayında ərizəçi nizamnaməsini aşağıdakı şəkildə dəyişdi : « cəmiyyətin hər bir fərdinin öz ana dilində təhsil alması hüququ ». Ləğvetmə barədə müraciət rədd olundu. Qərarda xüsusilə göstərilirdi ki,bu məsələ ilə bağlı cəmiyyətdə intensiv müzakirələr gedir və məsələ Parlamentin gündəliyinə çıxarılacağına görə ləğvetmə prosesi qaldırılması yerinə düşmür. 2003-cü ilin oktyabrında ordu baş komandanının müraciəti əsasında bələdiyyə başçısı ərizəçidən mübahisəli ifadələri nizamnaməsindən çıxarmağı tələb etdi. Bunun ardından bələdiyyə başçısı prokurordan ikinci ləğvetmə prosesi başlamasını xahiş etdi. Sonuncu ləğvetmə üçün 2004-cü ilin iyulunda məhkəməyə müraciət etdi. Əmək tribunalı ərizəçinin nizamnaməsinin yazıldığı şəkildə ərazı, milli və ya dövlət bütövlüyü və Türkiyə Respublikasının mövcud sərhədlərini mübahisələndirmədiyi əsasıyla ləğvetmə müraciətini rədd etdi. Prokuror kassasiya şikayəti verdi. Kassasiya Məhkəməsi qərarı qüvvədən saldı, lakin Əmək Tribunalı ikinci qərarıyla öz ilkin qərarını təkrarladı. 2005-ci ilin iyulunda həmkarlar ittifaqı « ana dili » ifadəsini nizamnaməsindən çıxardı.
Hüquqi məsələlər – Maddə 11 : ərizəçi həmkarlar ittifaqına qarşı qaldırılan ləğvetmə prosesi onun nizamnaməsində göstərdiyi məqsədlərə kollektiv və fərdi şəkildə çatmaq imkanından məhrum etməklə onun birləşmək azadlığına dövlət orqanlarının müdaxiləsidir. Müdaxilə qanunla nəzərdə tutulmuşdu və icitmai qaydanın və ya milli təhlükəsizliyin müdafiəsi və Dövlətin ərazi bütövlüyünun müdafiəsi kimi bir neçə legitim məqsəd daşıyırdı. Bu müdaxilənin legitim məqsədlərə nail olmaq üçün « demokratik cəmiyyətdə vacib » olub-olmadığını müəyyənləşdirmək qalır.
Ərizəçi həmkarlar ittifaqına qarşı “ana dili”ndə təhsil hüququnu müdafiə etdiyinə görə iki ləğvetmə prosesi qaldırılmışdı. Birinci prosesə xitam verilmişdi. İkinci proses zamanı Kassasiya Məhkəməsi nizamnamənin bu maddəsinin Konstitusiyaya və unitar Dövlət prinsipinə zidd olduğunu hesab etməsi səbəbilə həmkarlar ittifaqı milli məhkəmələr tərəfindən ləğvetmə qərarının çıxarılmasının qarşısını almaq üçün mübahisəli ifadələri nizamnaməsindən çıxarmalı olmuşdu. Lakin bu maddə məqsədlərə nail olmaq üçün zor tətbiq edilməsi və ya qeyri-qanuni vasitələrdən istifadə edilməsinə çağırmırdı. Ərizəçinin müdafiə etdiyi prinsip demokratiyanın fundamental prinsiplərinə zidd deyildi. Bundan əlavə, mübahisəli maddənin mətni hadisələrin baş verdiyi zaman ana dilində təhsil məsələsi ilə bağlı ictimai müzakirələrin kontekstində nəzərdən keçirilməlidir. Bu təklif çoxluğun müəyyən fikirlərinə zidd ola bilərdi. Bununla belə, demokratiyanın yaxşı işləməsi üçün siyasi və ictimai həyatın bütün aktorlarına aid ümumi məsələlərin həll yolunu tapmaq üçün ictimai müzakirələrin olması vacibdir. Rasizm və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Türkiyə üzrə son hesabatına görə, Türkiyə vətəndaşı olan lakin ana dili adıgey, abxaz və ya kürd dili olan uşaqlar vardır. Bununla əlaqədar, 3 avqust 2002-ci il qanunu türk dilindən fərqli dil və dialektlərin tədrisi üçün özəl kursların açılmasına icazə verdi. Qanunverici orqanın bu iradəsi nizamnamənin mübahisəli maddəsinin Konstitusiyaya zidd olması barədə qərar verən yerli məhkəmə orqanlarının fikri ilə təzadlıdır. Həmin nizamnamədə göstərilən məqsədlər öz-özlüyündə milli təhlükəsizliyə zidd deyildir və ictimai qaydaya təhlükə yaratmır. Beləliklə, Kassasiya Mıhkəməsi Plenumunun gətirdiyi əsaslar uyğun və yetərli deyildi və legitim məqsədlərə proporsional hesab oluna bilməzdi. Nəticə olaraq, ərizəçiyə qarşı qaldırılmış və nizamnaməsindən “ana dilində təhsil almaq” ifadəsinin çıxarılması ilə nəticələnən ləğvetmə prosesi vacib sosial ehtiyaca cavab verən bir tədbir hesab oluna bilməz.
Nəticə: pozuntu (yekdilliklə)
Maddə 10: Bu maddə bütün növ mədəni, siaysi və sosial məlumat və ideyaların mübadiləsinə imkan verəcək bütün dillərdə məlumat və ideya əldə etmək azadlığını ehtiva edir. Ərizəçiyə qarşı qaldırılmış ikinci ləğvetmə prosesi onun fikri ifadə azadlığı hüququnun həyata keçirməsinə müdaxilədir. Bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və ictimai qayda və ya milli təhlükəsizliyin müdafiəsi və Dövlətin ərazi bütövlüyünün qorunması kimi legitim məqsədlər daşıyırdı.
Ərizəçi həmkarlar ittifaqının nizamnaməsinin mübahisəli maddəsi “ana dili”ndə təhsil ideyasını müdafiə edirdi. Türkiyənin kontekstində və sözün hərfi mənasında bu maddə türk dili olan ana dilində təhsili müdafiə edən maddə hesab edilə bilər. Lakin ölkənin tarixi-sosial vəziyyəti nəzərə alınarsa, ana dili ifadəsi başqa dilləri də nəzərdə tuta bilər. Hadisələrin baş verdiyi vaxt qanuna edilən bir dəyişiklik nəticəsində türk vətəndaşları üçün türk dilindən fərqli ana dilinin özəl kurslarda tədris edilməsinə icazə verildi. Bundan əlavə, nizamnamənin mübahisəli maddəsi zorakılıq, silahlı müqavimət və ya qiyam kimi vasitələrin istifadəsinə və nifrətə çağırmır və dövlətin ərazi bütövlüyünə təhlükə yaratmırdı. Nəticə olaraq, ərizəçi həmkarlar ittifaqına qarşı qaldırılmış və onu mübahisəli ifadələri nizamnaməsindən çıxarmağa vadar edən proses qarşıya qoyulan məqsədlərə proporsional deyildi və deməli, demokratik cəmiyyətdə vacib hesab oluna bilməzdi.
Nəticə: pozuntu (yekdilliklə)
Maddə 41: mənəvi ziyana görə 7500 avro verilmişdi, maddi ziyana görə kompensasiya tələbi rədd olunmuşdur.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katiblik tərəfindən hazırlanmışdır. Məhkəmə məsuliyyət daşımır.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydinə giriş üçün bura tıklayın
Notes d’information sur la jurisprudence
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy