© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 158 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, dekabr
El-Masri Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı (BP) - 39630/09
Qərarın tarixi: 13.12.2012 (BP)
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
İşgəncə
Səmərəli istintaq
Ekstradisiya
Ərizəçinin MKA-ya verilməsi və bundan sonra işgəncə və qeyri-insani və ləyaqəti alçaldan rəftar: pozuntu
Maddə 5
Maddə 5-1
Qanuni qaydada tutma və həbsdə saxlama
MKA-ya fövqəladə verilmə ilə bağlı əməliyyat zaman və bundan sonra həbsdə saxlama: pozuntu
Faktlar – Alman vətəndaşı olan ərizəçi iddia etmişdir ki, 2003-cü il dekabrın 31-də o, Skopyeyə getmək üçün avtobusa minmişdir. Makedoniya sərhədində onun pasportunun etibarlılığı ilə bağlı şübhə yaranmışdır. O, Makedoniya dövlət orqanları tərəfindən bir sıra İslam təşkilatları və qrupları ilə mümkün əlaqələr barədə dindirilmişdir. Sonradan o, Skopyedəki mehmanxanaya aparılmış və orada 23 gün saxlanılmışdır. Saxlama zamanı onun üzərində daimi nəzarət olmuş və o, müntəzəm surətdə dindirilmişdir. Almaniya səfirliyi ilə əlaqə saxlamaq üçün onun müraciətləri rədd edilmişdir. Bir dəfə, o, getmək niyyətində olduğunu bildirdikdə, onun başına tapança çəkilmiş və o, hədələnmişdir. Saxlamanın 13-cü günü ərizəçi davamlı həbsə etiraz əlaməti olaraq aclıq aksiyasını başlamışdır. 2004-cü il yanvarın 23-də o, əl-qolu və gözləri bağlanmış vəziyyətdə maşınla Skopye Hava Limanına aparılmışdır.
Orada o, otaqların birində yerləşdirilmiş, bir neçə maskalanmış qara geyimli kişilər tərəfindən döyülmüş, soyundurulmuş və gödəninə naməlum əşya soxulmuşdur. Tibbi şam tətbiq edildikdən sonra ona uşaq əskisini taxdılar və tünd göy rəngli qısaqol formaya geyindirdilər. Bundan sonra, əl-qolu və ayaqları qandallanmış, başı bağlanmış, bütün hissedici funksiyalardan məhrum edilmiş ərizəçi, ətrafında Makedoniya təhlükəsizlik orqanlarının əməkdaşları durduğu MKA təyyarəsinə məcburi qaydada aparılmışdır. Təyyarədə onu yerə ataraq əl-qolunu zəncirlə bağlamış və məcburi surətdə sakitləşdirici dərman vurmuşlar. Bu vəziyyətdə ərizəçi Bağdad vasitəsilə Kabilə (Əfqanıstan) aparılmış, orada beş ay müddətində həbsdə saxlanılmışdır.
2004-cü il mayın 29-da ərizəçi Albaniya vasitəsilə Almaniyaya qaytarılmışdır. 2008-ci ilin oktyabrında ərizəçi Skopye prokurorluğuna cinayət barədə şikayətlə müraciət etmiş, lakin bu şikayət əsassız olduğundan rədd edilmişdir.
Hüquqi məsələlər – Ərizəçinin bütün iddiaları Hökumət tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda, bütün mövcud materiallardan və dövlət orqanlarının davranışından nəticə çıxararaq və Hökumət tərəfindən hər hansı qaneedici və inandırıcı izahatın olmadığı nəzərə alaraq Məhkəmə onları əsaslı şübhə olmadan müəyyən edildiyi barədə qərara gəlmişdir.
Maddə 3
a) Prosessual tərəf: Ərizəçi cinayət barədə şikayət verərək dövlət nümayəndələri tərəfindən pis rəftara məruz qalması və onların MKA agentlərinə verilmədə fəal iştirakı barədə iddialarını prokurorun diqqətinə təqdim etmişdir. Beynəlxalq və xarici araşdırmalar zamanı əldə edilmiş sübutlar onun şikayətini müdafiə etmişdir. Bununla da, o, cavabdeh dövlətin təhlükəsizlik orqanlarının yaramaz davranışına dair prima facie işi üçün əsasları müəyyən etmiş, bu isə istintaqın aparılmasını zəruri etmişdir. Eyni zamanda, demək olar ki, iki ay yarım sonra prokuror kifayət qədər sübutların olmamasına görə şikayəti rədd etmişdir. Daxili İşlər Nazirliyinə müraciət etməkdən başqa o, ərizəçinin iddialarını yoxlamaq üçün heç bir istintaq hərəkəti yerinə yetirməmişdir. Bundan başqa, ərizəçinin onun Əfqanıstana ötürülməsi ilə bağlı iddialarının, həm zaman, həm də proses baxımından, həmin təyyarənin həqiqi marşrutuna tam uyğun olmasına baxmayaraq, istintaq orqanı passiv qalaraq bu istiqamətdə hərəkət etməkdən boyun qaçırmış, əvəzinə, heç bir istintaq hərəkətinin zəruri olmadığı barədə qərara gəlmişlər. Ərizəçinin şikayət verdiyi zaman mövcud olan əhəmiyyətli, ən azı dolayı sübutları nəzərə alaraq, bu nəticə müstəqil orqandan gözlənilən nəticələrdən uzaqdır.
İstintaqın qeyri-münasib xarakterinin digər tərəfi – onun işin müvafiq halları ilə bağlı həqiqəti bilmək hüququna təsiridir. İş yalnız ərizəçi üçün deyil, həmçinin hadisələr barədə məlumat almaq hüquqa malik olmuş oxşar cinayətlərin başqa qurbanları və ümumiyyətlə cəmiyyət üçün böyük əhəmiyyət kəsb etmişdir. “Fövqəladə verilmə” məsələsi bütün dünyada marağa və bir çox beynəlxalq və hökumətarası təşkilatlar, o cümlədən BMT-nin insan hüquqları qurumları, Avropa Şurası və Avropa Parlamenti tərəfindən araşdırma aparılmasına səbəb olmuşdur. Avropa Parlamenti müəyyən etmişdir ki, bir neçə aidiyyəti dövlət həqiqətin üzə çıxmaqda maraqlı deyildir. Həqiqətin müəyyən edilməsinə maneə yaratmaq üçün tez-tez “dövlət sirri” anlayışı istifadə edilmişdir. ABŞ məhkəmələrində ərizəçinin işinə baxılması zamanı da ABŞ hökuməti dövlət sirrini qorumaq hüququna istinad etmişdir. Hazırkı işin halları ilə bağlı danılmaz mürəkkəbliyə baxmayaraq, cavabdeh dövlət müəyyən əməllər ilə bağlı cəzasızlığın hər hansı görünüşünün əmələ gəlməsinin qarşısını almaq üçün münasib istintaq aparmağa cəhd etməli idi.
Buna görə, bu işdə aparılmış tələm-tələsik araşdırma səmərəli istintaq sayıla bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
b) Maddi tərəf
i) Mehmanxanada rəftar – Şübhəsiz ki, ərizəçi məruz qaldığı dindirmələr zamanı taleyi ilə bağlı qeyri-müəyyənliyə görə davamlı həyəcan vəziyyətində olmuşdur. Bundan başqa, bu cür rəftar onun terrorçu təşkilatlarla guya əlaqələri barədə etiraf çıxarmaq və ya məlumatlar əldə etmək üçün qəsdən ərizəçiyə münasibətdə tətbiq edilmişdir. Əməliyyatın məxfiliyi və ərizəçinin mehmanxanada, yəni hər hansı məhkəmə nəzarətindən kənar həbsdə saxlama yerində 24 gün ərzində təcrid edilməsi ilə ərizəçinin əzabları daha da ciddiləşmişdir. Buna görə, ərizəçinin mehmanxanada saxlanıldığı zaman onun məruz qaldığı rəftar qeyri-insani və ləyaqəti alçaldan rəftarın müxtəlif formalarını təşkil etmişdir.
Nəticə: pozuntu (yekdilliklə).
ii) Hava limanında rəftar – Oxşar hallarda tətbiq edilmiş eyni modeldə davranış BMT-nin “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin pozuntusu kimi artıq müəyyən edilmişdir. Ərizəçinin MKA-nın xüsusi verilmə qrupunun əlində olmasına baxmayaraq, müvafiq əməllər cavabdeh dövlətin vəzifəli şəxslərinin qarşısında və onun yurisdiksiyası daxilində törədilmişdir. Nəticə etibarilə, cavabdeh dövlət onun ərazisində onun dövlət orqanlarının susmaqla razılıq verməsi və ya dəstək verməsi ilə xarici dövlətin rəsmi nümayəndələri tərəfindən törədilmiş əməllərə görə məsuliyyət daşıyan kimi tanınmalıdır. Ərizəçi onu əsir saxlayanlar üçün heç bir təhlükə yaratmamışdır. Bununla da, hava limanında ərizəçiyə qarşı tətbiq edilmiş fiziki güc həddindən artıq və əsassız olmuşdur. Bu tədbirlər məlumat əldə etmək, ərizəçini cəzalandırmaq və ya alçaltmaq üçün ciddi ağrı və ya əzab vermək məqsədilə bir-biri ilə əlaqədə və qəsdən tətbiq edilmişdir. Belə rəftar işgəncəni təşkil etmişdir. Nəticədə, cavabdeh dövlət ərizəçinin bu başlıq altında hüquqlarının pozulmasına görə bilavasitə məsuliyyətli sayılmalıdır, çünki onun nümayəndələri bu rəftara fəal surətdə yardım göstərmiş və işin hallarında onların qarşısını almaq üçün zəruri ola biləcək hər hansı bir tədbir görməmişlər.
Nəticə: pozuntu (yekdilliklə).
iii) Ərizəçinin verilməsi – Ərizəçinin MKA agentlərinin nəzarətinə verilməsinin onun ekstradisiyası barədə qanuni müraciətə və ya məhbusun xarici dövlətə verilməsinə dair beynəlxalq hüquqda tanınmış hər hansı başqa qanuni prosedura əsasən həyata keçirilməsinin sübutu yoxdur. Bundan başqa, ərizəçinin ABŞ nümayəndələrinin nəzarətinə verilməsi barədə qərar qəbul edilməsi zamanı həbs barədə qərarın mövcud olması göstərilməmişdir. Bundan başqa, sübutlarla ehtimal edilir ki, ərizəçinin Skopye Hava Limanından uçub getməsinin istiqaməti Makedoniyanın dövlət orqanlarına məlum olmuşdur. O zaman ABŞ dövlət orqanlarının tətbiq etdiyi və ya yol verdiyi və Konvensiya prinsiplərinə açıq-aşkar zidd olan təcrübə barədə müxtəlif məlumatlar dərc edildiyinə görə Makedoniya dövlət orqanları ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasının real təhlükəsinin olmasından o zaman xəbərdar olmuş və ya xəbərdar olmalı idilər. Nəhayət, cavabdeh dövlət ərizəçinin pis rəftara məruz qalmaq təhlükəsini aradan qaldırmaq məqsədilə ABŞ dövlət orqanlarından heç bir təminat istəməmişdir. Nəticə etibarilə, ərizəçinin ABŞ dövlət orqanlarının nəzarətinə verilməsi qaydasını nəzərə alaraq Məhkəmə hesab etdi ki, o, “fövqəladə verilməyə”, yəni normal hüquqi sistemdən kənar həbsdə saxlama və dindirmə məqsədilə şəxslərin bir yurisdiksiyadan və ya dövlətdən işgəncənin, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın real təhlükəsi olmuş digərinə məhkəmədən kənar qaydada ötürülməsinə məruz qalmışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 5
a) Maddi tərəf
i) Skopyedə saxlama – Ərizəçinin mehmanxanada təcrid edilməsi barədə məhkəmə qərarı olmamış və ya bu barədə hər hansı qeydiyyat aparılmamışdır. Ərizəçi müdafiəçi ilə görüşmək, yaxud ailə üzvləri və ya Almaniya səfirliyinin nümayəndəsi ilə əlaqə saxlamaq imkanına malik olmamış, habelə həbsin qanuniliyini yoxlamaq üçün məhkəməyə müraciət etmək imkanından məhrum edilmişdir. Qanunun Aliliyi prinsipini rəhbər tutan dövlətdə şəxsin hazırkı işdə mehmanxana olduğu kimi, hər hansı məhkəmə nəzarətindən kənar olan fövqəladə həbs yerində azadlıqdan məhrum oluna bilməsi tamamilə qəbuledilməzdir. Ərizəçinin bu cür qeyri-adi yerdə həbsdə saxlanılması azadlıqdan məhrum etmənin özbaşınalığını daha da sübut etmişdir. Bu, azadlıq və şəxsi toxunulmazlıq hüququnun xüsusilə ağır pozuntusunu təşkil etmişdir.
ii) Sonrakı müddətdə həbsdə saxlama – Hazırkı işdə ərizəçi “fövqəladə verilməyə” məruz qalmışdır ki, bu da normal hüquqi sistemdən kənar həbsdə saxlama olaraq ədalət mühakiməsinin bilərəkdən pozulmasına görə Qanunun Aliliyi prinsipinə və Konvensiya ilə qorunan dəyərlərə lənətdir. Bundan başqa, ABŞ dövlət orqanları tərəfindən həyata keçirilən “verilmə” proqramı çərçivəsində terrorçuluqda şübhəli şəxslərin həbsdə saxlanılması digər oxşar işlərdə özbaşınalıq kimi müəyyən edilmişdir. Belə şəraitdə Məhkəmə hesab edir ki, Makedoniya dövlət orqanları üçün aydın olmuşdur ki, ərizəçi ABŞ dövlət orqanlarının nəzarətinə verilməklə 5-ci maddəyə əsasən hüquqların yolverilməz surətdə pozuntusu təhlükəsi ilə üzləşir. Makedoniyanın dövlət orqanları nəinki ərizəçinin Konvensiyanın 5-ci maddəsinə zidd qaydada həbsdə saxlanılmaqdan qorunmasına dair müsbət öhdəliyə riayət etməmiş, hətta onu MKA-ya təhvil verməklə Əfqanıstanda həbsdə saxlanılmasına fəal yardım göstərmişlər, baxmayaraq ki, bu təhvil vermənin təhlükəsindən xəbərdar olmuş və ya xəbərdar olmalı idilər.
Yuxarıdakılar nəzərə alınaraq, ərizəçinin oğurlanması və həbsdə saxlanılması beynəlxalq hüquqda müəyyən edilmiş “zorakılıqla yoxa çıxarmanı” təşkil etmişdir. Cavabdeh dövlət ərizəçinin həbsdəki bütün müddət ərzində onun Konvensiyanın 5-ci maddəsinə əsasən hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməlidir.
Nəticə: pozuntu (yekdilliklə).
b) Prosessual tərəf: Məhkəmə 3-cü maddə ilə əlaqədar artıq müəyyən etmişdir ki, cavabdeh dövlət ərizəçinin pis rəftar barədə iddiaları ilə bağlı səmərəli istintaq aparmamışdır. Eyni əsaslara görə, Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin onun özbaşına həbs edilməsi barədə həqiqətə uyğun iddiaları ilə bağlı məntiqli istintaq aparılmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Məhkəmə həmçinin Konvensiyanın 8 və 13-cü maddələrinin pozulduğunu müəyyən etmişdir.
Maddə 41: mənəvi zərərə görə 60 min avro.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy