© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 181
Yanvar 2015
Elberte Latviyaya qarşı - 61243/08
Qərar 13.1.2015 [Seksiya IV]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Ərizəçinin razılığı və ya xəbəri olmadan ölmüş ərinin bədənindən toxuma götürülməsi ilə bağlı ərizəçinin emosional iztirabı: pozuntu
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
Daxili qanunvericilikdə ölmüş bədəndən toxuma götürülməsi ilə bağlı ən yaxın qohumların razılığı məsələsində aydınlığın olmaması: pozuntu
Faktlar – Ərizəçinin ərinin avtomobil qəzasında ölməsindən sonra məhkəmə ekspertizası mərkəzində otopsiya zamanı onun bədənindən toxumalar götürülmüş və Almaniyada yerləşən bir farmaseftika şirkətinə, bio-implant hazırlanması və Latviyaya geri göndərilməsi üçün göndərilmişdir. Otopsiyadan sonra meyid ərizəçiyə göndərildiyində, onun ayaqları bir-birinə birləşmiş şəkildə idi. Ərizəçi toxuma götürülməsi faktından yalnız iki il sonra, geniş yayılmış, meyidlərdən qanunsuz orqan və toxuma götürlməsi faktları ilə bağlı cinayət işi açıldığında xəbər tutmuşdur. Bununla belə, müddətlər ötdüyünə görə, heç kim cinayət təqibinə məruz qalmamışdır.
Hüquqi məsələlər – Maddə 8: Dövlət orqanlarının ərizəçiyə ölmüş ərinin bədənindən toxuma götürülməsi ilə bağlı öz fikrini ifadə etməsinə hüquqi və praktiki şərait yaratmaması, ərizəçinin şəxsi həyat hüququna müdaxilədir.
Müdaxilənin qanuniliyinə gəlincə, əsas məsələ daxili qanunvericiliyin kifayət qədər dəqiqliklə formulə edilib-edilməməsi və müvafiq inzibati tənzimləmə olmadıqda özbaşınalığa qarşı adekvat müdafiə təmin edib-etməməsidir.
Birinci aspektlə bağlı, dövlət orqanları daxili qanunvericiliyin mahiyyəti ilə bağlı fikir ayrılığı içərisində idilər: məhkəmə ekspertiza mərkəzi və təhlükəsizlik polisi hesab edirdi ki, Latviya hüquq sistemində “güman edilən razılıq” sistemidir, müstəntiqlər isə götürülmənin yalnız (sağ ikən) verdiyi razılığı və ya qohumlarının razılığı əsasənda icazə verildiyi “məlumatlı razılıq ” konsepsiyasıdır. Təhlükəsizlik polisinin müstəntiqlərin təfsirini qəbul etidiyi və ərizəçinin razılığının tələb olunduğunu hesab etdiyi zaman, artıq cinayət təqibi üçün zamanı ötürmüşdülər.
Dövlət orqanlarının özləri arasında belə bir fikir ayrılığının olması, onun kifayət qədər aydın olmamasının göstəricisidir. Latviya hüququ, toxuma götürülməsi ilə bağlı razılıq verməsinə və ya etiraz etməsinə icazə verən hüquqi çərçivəyə malik olsa da, mütəxəssislərin və ya digər orqanların bu məsələ ilə bağlı bu hüquqa uyğun gələn öhdəliklərinin və mülahizə səlahiyyətlərinin dairəsini müəyyən etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, müvafiq Avropa və beynəlxalq sənədlər, yaxın qohumların fikirlərinin ağlaban şəkildə alınması prinsipinə böyük əhəmiyyət verirlər. Qanunilik prinsipi Dövlətlərdən qanunun tətbiqi üçün hüquqi və praktiki şəraiti təmin etməsini tələb edir. Lakin ərizəçi ən yaxın qohum qismində hüquqlarını necə və nə zaman istifadə edəcəkləri barədə məlumatlandırılmamış və ona heç bir izahat verilməmişdir.
Daxili qanunverciliyin özbaşınalığa qarşı adekvat müdafiə təmin edib-etməməsi məsələsi ilə bağlı, toxuması götürülmüş şəxslərin sayı nəzərə alınaraq, qohumların arzularını ifadə etmək hüquqlarının mütəxəssislərin öz təşəbbüsləri ilə toxuma götürməklə bağlı malik olduqları geniş diskresiya ilə tarazlaşdırmaq üçün əhəmiyyəli olsa da, edilməmişdi. Bu sahədə hər hansı inzibati və ya hüquqi tənzimləmənin olmaması səbəbilə, ərizəçi ərinin toxumalarının götürülməsi il bağlı arzusunu ifadə etmək hüququ necə həyata keçirməli olduğunu öngörə bilməmişdir.
Beləliklə, ərizəçinin şəxsi həyat hüququna müdaxilə, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi mənasında qanunla nəzərdə tutulmuş olmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 3 (maddi aspekt): ərizəçinin iztirabı, yaxın ailə üzvünün ölümü ilə bağlı olan acının verdiyi iztirabdan kənara çıxan ölçü və xarakterə malik idi. Ərizəçi hansı orqan və ya toxumaların götürülməsinin, götürülmə qaydası və məqsədi ilə bağlı uzun müddət qeyri-müəyyənlik, əzab və stresslə üzləmişdir. Ümumi cinayət işinin başlanmasının ardından ərizəçi ərinin bədənin dəfn üçün geri göndərildiyi zaman ayaqlarının bir-birinə bağlanma səbəbləri ilə bağlı narahatlıqla üzbəüz qoyulmuşdur. Əslində ərizəçi götürülən toxumanın xarakteri və həcmi barədə yalnız Avropa Məhkəməsi qarşısındakı prosesində məlumat almışdır.
Razılıq tələbi ilə bağlı tənzimləyici çərçivədə aydınlığın olmaması, ərinin bədəni üzərində müdaxilə xarakterli aktların həyata keçirildiyi və dövlət orqanlarının özlərinin cinayət işi zamanı meyidlərin orqan və toxumalarının götürülməsinin qanuni olub-olmaması ilə bağlı razılığıa gələ bilməməsi nəzərə alınarsa, ərizəçinin iztirabını yalnız artıra bilərdi.
Nəhayət, müddətin ötməsi və dövlət orqanlarını aktlarının qanunsuz olub-olmaması ilə bağlı qeyri-müəyyənlik heç bir cinayət təqibinin olmamasına səbəb olmuşdur. Ərizəçi beləliklə, öz şəxsi həyatının çox həssas bir aspekti ilə, yəni ölmüş ərinin bədənindən toxuma götürülməsinə razılıq və ya etirazla bağlı şəxsi hüquqlarının pozulmasına görə heç bir əvəz almamışdır.
Spesifik sahə olan orqan və toxuma transplantasiyası sahəsində qəbul olunmuşdur ki, insan bədəninə, ölümdən sonra da hörmətlə davranılmalıdır. Belə ki, İnsan Hüquqları və Bioetika haqqında Konvensiya və Əlavə Protokol da daxil olmaqla bəzi beynəlxalq sazişlər yaşayan və ya ölmüş orqan və toxuma donorlarıın hüquqlarının müdafiəsi üçün hazırlanmışdır. Bundan əlavə, insan ləyaqətinə hörmət edilməsi Konvensiyanın mahiyyətinin bir hissəsini təşkil edir. Beləliklə, ərizəçinin məruz qaldığı əzab ləyaqəti alçaldan rəftara bərabər olmuşdur.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə EUR 16,000.
(Bax, həmçinin Petrova v. Latvia, 4605/05, 24 iyun 2014, Məlumat Qeydi no. 175; Svinarenko and Slyadnev v. Russia [BP], 32541/08 və 43441/08, 17 iyul 2014, Məlumat qeydi no. 176; Salakhov and Islyamova v. Ukraine, 28005/08, 14 mart 2013, Məlumat qeydi no. 161; və Sağlamlıq haqqında məlumat vərəqi)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy