© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Əminə Araç Türkiyəyə qarşı (Emine Araç v. Turkey), ərizə № 9907/02
23.09.2008-ci il tarixli qərar [II Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Universitetdə təhsil almaq hüququnun mülki (xüsusi) hüquqi xarakteri: pozuntu baş verib
Faktlar – Türkiyə Respublikasının Konstitusiyası təhsil və təlim hüququnu təmin edir, təhsilin məzmunu isə qanunla müəyyən edilir və tənzimlənir. Ərizəçinin ilahiyyat fakültəsinə daxil olmaq üçün ərizəsi ona görə rədd edildi ki, o, həmin vaxt qüvvədə olan, Ali Təhsil Şurası tərəfindən təsdiq edilən qaydaların tələbinə uyğun olaraq baş örtüyü olmadan çəkilmiş fotoşəkil verməmişdi. Qəbul edilmiş qərarın ləğvi üçün onun verdiyi şikayət əvvəlcə inzibati məhkəmə, sonda isə Ali İnzibati Məhkəmə tərəfindən rədd edildi. Strasburqdakı Avropa Məhkəməsinə şikayətinə o, Ali İnzibati Məhkəmədəki icraatın ədalətsiz olduğunu iddia etdi, xüsusən ona görə ki, baş prokuror onun şikayətinin rədd edilməsini tövsiyə edən rəy təqdim etmişdi.
Hüquqi məsələlər – Şikayət ərizəsinin qəbulunun mümkünlüyü məsələsi: İnzibati məhkəmələrdə baxılan mübahisələrin predmeti olan hüquq və vəzifələrin mülki (xüsusi) hüquqi xarakter daşıdığına etiraz edən Hökumət iddia etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bu işə tətbiq edilə bilməz. Məhkəmə Türkiyə Konstitusiyasının müddəalarını nəzərə alaraq qeyd etdi ki, ərizəçi qanunla nəzərdə tutulmuş tələblərə əməl etmək şərti ilə onun ilahiyyat fakültəsinə daxil olmaq hüququnun qanunvericiliklə tanındığını tam əsasla iddia edə bilərdi. Lakin həmin şərtləri pozduğuna və Ali Təhsil Şurası tərəfindən qəbul edilmiş qaydalara əməl etmədiyinə görə onun bu hüququ rədd edildi. Avropa Məhkəməsinin rəyinə görə, hətta ali təhsil müəssisəsinə qəbul məsələsinin mülki (xüsusi) hüququn qaydaları ilə deyil, ümumi hüququn (dövlət hüququnun) qaydaları ilə tənzimləndiyini fərz etsək belə, bu hal sözügedən subyektiv hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün mülki hüquqlar kateqoriyasından xaric etmir. Ərizəçinin iddia etdiyinə görə bu işdə söhbət onun diskresion səlahiyyətlərə malik dövlət orqanları ilə hüquqi münasibətlərindən getmirdi, o, sadəcə dövlət xidmətindən istifadə edən fiziki şəxs qismində çıxış edirdi. Müvafiq olaraq, o, qüvvədə olan və onun ali təhsil almaq hüququna ziyan vuran qaydalara etiraz edirdi. Avropa Məhkəməsi özünün son dövrlərə aid olan məhkəmə praktikasında ali təhsil sahəsindəki qaydalarla əlaqədar olan məhkəmə icraatının 6-cı maddənin 1-ci bəndinə uyğunluğunu qiymətləndirib. Beləliklə, ərizəçinin təhsil almaq hüququnun mühümlüyünü nəzərdə alaraq, Məhkəmə şübhə etmir ki, qaydaların müəyyən etdiyi məhdudiyyətlər ərizəçinin mülki hüquqlarına təsir göstərib. Buradan belə nəticə çıxır ki, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
Şikayətin mahiyyəti: Məhkəmə buna bənzər işdə baş prokurorun prosesdəki qeydlərini və ərizəçinin həmin qeydlərə yazılı cavab vermək imkanına malik olmadığını nəzərə alaraq, Ali İnzibati Məhkəmədəki icraatın çəkişmə xarakteri daşımadığını və bu səbəbdən 6-cı maddənin 1-ci bəndinin pozulduğunu qərara alıb. Hökumət Məhkəmənin həmin işdə gəldiyi nəticələrdən kənara çıxmasına imkan verən heç bir inandırıcı arqument irəli sürmədi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy