© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
ER VƏ DİGƏRLƏRİ TÜRKİYƏYƏ QARŞI
(CASE OF ER AND OTHERS v. TURKEY)
(23016/04 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
31 iyul 2012-ci il
YEKUN
31/10/2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq qəti qüvvəyə minmişdir. Onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Er və digərləri Türkiyəyə qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İkinci Bölmə)
sədrFransuaz Tulkens (Françoise Tulkens),
hakimlər
Danute Josyene (Danutė Jočienė),
Draqolyub Popoviç (Dragoljub Popović),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefevre),
Andras Sayo (András Sajó),
İşıl Karakaş (Işıl Karakaş),
Quido Raymondi (Guido Raimondi)
və Bölmənin məhkəmə katibi Stenli Neysmitdən (Stanley Naismith) ibarət tərkibdə Palata qismində
2012-ci il iyulun 3-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş Türkiyənin doqquz vətəndaşı cənab Mehmet Er, xanım Gülşen Er, cənab İslam Er, cənab Adnan Er, cənab Hızır Er, xanım Hatice Er, xanım Belkısa Er, cənab Ali Er və xanım Mumi Er Mehmet (bundan sonra – “ərizəçilər”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2004-cü il mayın 16-da Türkiyə Respublikasına qarşı verilmiş ərizə (23016/04 nömrəli) əsasında başlanmışdır.
2. Ərizəçiləri Hakkari şəhərində fəaliyyət göstərən vəkil cənab Mikail Demiroğlu təmsil etmişdir. Türkiyə Hökumətini (bundan sonra – “Hökumət”) onun səlahiyyətli nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçilər xüsusilə iddia etmişlər ki, onların qohumu Ahmet Er jandarma əməkdaşları tərəfindən tutulduqdan sonra Konvensiyanın 2, 3, 5 və 13-cü maddələrinə əsasən dövlətin məsuliyyəti cəlb edilən şəraitdə yoxa çıxmışdır.
4. 2008-ci il fevralın 26-da Məhkəmə Hökumətə ərizə barədə bildiriş göndərmək qərarına gəlmişdir. O, həmçinin qərara almışdır ki, ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə birgə qərar çıxarılsın (29-cu maddənin 1-ci hissəsi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1980, 1974, 1978, 1984, 1989, 1990, 1994, 1954 və 1953-cü ildə anadan olmuş və Hakkaridə yaşayırlar. Birinci-yeddinci ərizəçilər 1995-cü ilin iyul ayında yoxa çıxmış cənab Ahmet Erin uşaqları, digər iki ərizəçilər isə onun qardaşı və bacısıdır. Yoxa çıxdığı zaman Ahmet Erin 44 yaşı var idi.
A. Giriş sözü
6. Tərəflər işin hallarını mübahisələndirmişlər. Ərizəçilərin təqdim etdiyi kimi işin halları aşağıda B bölməsində əks etdirilir. İşin halları ilə bağlı Hökumətin ifadələrinin xülasəsi aşağıda C bölməsində verilir. Ərizəçilərin və Hökumətin təqdim etdiyi maddi sübutlar aşağıda D bölməsində ümumiləşdirilir.
B. İşin halları ilə bağlı ərizəçilərin ifadələri
7. 1995-ci il iyulun 14-də Türkiyənin cənub-şərqindəki Çukurca şəhərinin inzibati bölgüsünə aid Kurudere kəndində PKK[1] üzvləri ilə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında silahlı toqquşma baş vermişdir. Əməliyyatdan sonra əsgərlər ərizəçilərin qohumu Ahmet Eri və yaşlı qohumu Hacı Mehrap Eri Kurudere kəndindən yaxınlıqda olan Işıklı jandarma bölməsinə aparmışlar.
8. Həmin gün ərizəçilər Çukurca prokuroruna hadisə barədə məlumat vermişlər.
9. Hacı Mehrap Er 1995-ci il iyulun 15-də azad edilmiş, lakin Ahmet Er barədə bundan sonra xəbər olmamışdır.
C. İşin halları ilə bağlı Hökumətin ifadələri
10. Hökumət bildirmişdir ki, Ahmet Er tutulmamışdır. O, əsgərlərə terrorçular tərəfindən ərazidə salınmış minaların müəyyən edilməsində kömək etmiş və əsgərlər kazarmalara qayıtdıqdan sonra azad edilmişdir.
11. Məhkəmə orqanları tərəfindən aparılmış səmərəli istintaq nəticəsində müəyyən edilmişdir ki, Ahmet Er şimali İraqdakı terrorçulara qoşulmuşdur.
D. Tərəflərin təqdim etdiyi maddi sübutlar
12. Tərəflərin təqdim etdiyi sənədlərdə aşağıdakı məlumat əks etdirilir.
13. 1995-ci il iyulun 14-də Ahmet Erin və ərizəçilərin birinin qardaşı olan cənab Ali Er Çukurca prokuroruna öz qardaşının yoxa çıxması barədə yazılı qaydada məlumat vermişdir. O, həmçinin ailəsinin Ahmet Erin həyatına görə nigaran qalmasını bildirmiş və prokurordan yardım istəmişdir.
14. 1995-ci il iyulun 16-da Çukurca prokuroru məruzədə qeyd etmişdir ki, o, Çukurca Komandos Batalyon Qərargahından mayor C.Y. ilə telefonla danışmışdır. Mayor C.Y. həmçinin iyulun 14-də keçirilmiş əməliyyata rəhbərlik etmişdir. Mayor prokurora bildirmişdir ki, Ahmet Er iyulun 14-də əməliyyat üçün kömək etmək məqsədilə əsgərlər tərəfindən kənddən götürülmüşdür. Eyni zamanda, o, 1995-ci il iyulun 16-da Narlı kəndi yaxınlığında azad edilmişdir.
15. 1995-ci il iyulun 18-də Ali Er Çukurca Valiliyinə və prokuroruna müraciət etmişdir. Öz ifadələrində o, bildirmişdir ki, qardaşı Ahmet Er iyulun 16-da Çukurca prokurorunun verdiyi məlumata zidd olaraq azad edilməmişdir. O, əlavə etmişdir ki, qardaşını ətraf kəndlərdə və şəhərlərdə axtarmağa cəhd etmiş, lakin heç bir nəticə əldə etməmişdir.
16. Həmin gün Çukurca prokuroru Ahmet Erin yoxa çıxması ilə bağlı istintaq başlamış, Çukurca Jandarma Qərargahına və Çukurca Komandos Batalyon Qərargahına Ahmet Er barədə sorğu göndərmişdir. Prokuror hərbi qurumlara xəbərdarlıq etmişdir ki, Ahmet Er onlar tərəfindən saxlanıldığı təqdirdə, onun saxlanılması üçün prokurorluğun rəsmi icazəsi olmalı idi.
17. 1995-ci il avqustun 1-də Çukurca Jandarma Qərargah rəisi kapitan S.A.U. Çukurca prokurorunun məktubuna cavab verərək bildirmişdir ki, Ahmet Er qərargahda saxlanılmışdır. Kurudere kəndi təhlükəsizlik məqsədləri üçün boşaldılmış və Ahmet Erin izləməsi mümkün olmamışdır.
18. Çukurca Komandos Batalyon Qərargahından sorğuya cavab gəlmədiyi üçün, Çukurca prokurorunun 1995-ci il 25 avqust tarixli məktubu ilə yenidən sorğu göndərilmişdir. Prokuror həmçinin mayor C.Y. ilə telefon danışığına (yuxarıda 14-cü bəndə bax) istinad edərək, Ahmet Erin azad olunmasının dəqiq yeri barədə və azad edilmənin şahidlərinin olub-olmadığı barədə məlumat verilməsini Komandos Batalyon Qərargahından xahiş etmişdir.
19. 1995-ci il 22 sentyabr tarixli məktubda Çukurca Komandos Batalyon Qərargahının zabiti prokurora bildirmişdir ki, Ahmet E və onun “yaşlı qohumu” 1995-ci il iyulun 14-də əraziyə bələdçi kimi əsgərlər tərəfindən götürülmüşdür. İki nəfər əsgərlərə ərazidə bir neçə min müəyyən etməyə kömək etmiş və həmin gün “saat 15.00-da əsgərlərdən aralanmışlar”. Bu iki nəfər tutulmadığına və ya həbs edilmədiyinə görə, hər hansı sənəd tərtib edilməmişdir.
20. 1995-ci il oktyabrın 16-da prokuror tərəfindən dindirilmiş ərizəçi Ali Er təkrarən bildirmişdir ki, onun qardaşı Ahmet 1995-ci il iyulun 14-də əsgərlər tərəfindən əsgərlər tərəfindən aparılmışdır. Hətta əsgərlərlə olmuş jandarma baş leytenantı qardaşına onu apardıqdan qabaq kəndlilər qarşısında şillə vurmuşdur. Bu hadisədən sonra kəndlilər həmin gün kəndi tərk etmiş, lakin ərizəçinin böyük əmisi Hacı Mehrap Er Ahmeti arxada gözləmişdir. Sonuncu həmin günün axşamı əsgərlərlə ağlını itirmiş kimi kəndə qayıtmışdır. Əsgərlər Ahmeti və Hacı Mehrap Eri Işıklı jandarma bölməsinə aparmış, orada bir dirəyə bağlamış və səhərə kimi saxlamışlar. Bu iki nəfər həmçinin döyülmüşdür. Sabahısı gün hacı Mehrap Er və əsgərlər tərəfindən aparılmış digər iki kəndli azad edilmişdir. Ahmetin əmisinin sözlərinə görə, o, getdiyi zaman Ahmet huşsuz idi. Bundan əlavə, kəndli Fettah Arslan ərizəçinin qardaşının Işıklı bölməsindən hərbi avtomobildə kommandos hissəsinə aparıldığını görmüşdür.
21. Prokuror Hacı Mehrap Eri və Fettah Arslanı öz yanına dəvət etmişdir. 1995-ci il oktyabrın 23-də Fettah Arslan prokurora bildirmişdir ki, Ahmet Eri hərbi avtomobildə əl-qolu qandalla bağlı vəziyyətdə görmüşdür.
22. 1995-ci il oktyabrın 25-də Hacı Mehrap Er prokurora bildirmişdir ki, hadisə baş verdiyi gün kəndlilər hərbçilərin əmrinə əsasən kəndi boşaltmağa hazırlaşmışlar. Eyni zamanda, bəzi PKK üzvləri kəndin boşaldılmasından və əsgərlərin kənddə olmasından xəbər tutaraq əsgərlərə hücum etmişlər. Baş vermiş silahlı toqquşma zamanı Ahmet Er tarlada olmuş oğlunu tapmaq üçün kənddən çıxmağa cəhd etmişdir. Lakin əsgərlər Ahmet Erin niyyətini düzgün başa düşməmiş və onu Işıklı jandarma bölməsinə aparmışlar. Bundan sonra, Hacı Mehrap Er də Işıklı jandarma bölməsinə gətirilmiş, orada Ahmet Er ilə birlikdə dirəyə bağlanmış və döyülmüşdür. Əsgərlər həmçinin onları isti suya basmışlar. Ahmetin ayaqları daşla sındırılmışdır. Hacı Mehrap Er səhər azad edildikdə on və ya on bir əsgər Ahmeti yerlə çəkib sürümüşlər. Kəndə qayıdarkən onun əsgərlər tərəfindən artıq yandırıldığını görmüşdür.
23. Prokurorluğa dəvət etmək üçün iki uğursuz cəhddən sonra, nəhayət 1995-ci il dekabrın 14-də prokuror Çukurca Komandos Batalyon Qərargahındakı mayor C.Y.-ı dindirmişdir. Mayor təsdiq etmişdir ki, Ahmet Erin ərazidə bələdçi olmaq üçün 1995-ci il iyulun 14-də əsgərlər tərəfindən kənddən aparıldığını eşitmişdir. Prokurorla telefon danışığından sonra o, Ahmet Erin azad edilməsi barədə əmr vermişdir. Lakin, sonradan müəyyən etmişdir ki, onun əmrinə əsasən azad edilmiş şəxs Ahmet Er olmamışdır. Mayor C.Y. əlavə etmişdir ki, Ahmet Erin əsgərlər tərəfindən kənara aparılmasından məlumatlı olmamışdır.
24. 1995-ci il iyulun 14-də keçirilmiş əməliyyatda iştirak etmiş üç əsgər birliyinin birinə rəhbərlik etmiş baş leytenant H.Ö. 1996-cı il dekabrın 1-də prokuror tərəfindən dindirilmişdir. Baş leytenant təsdiq etmişdir ki, hadisə günü o, öz əsgərləri ilə birlikdə Kurudere kəndinə getmişlər. Bir zabit öldüyü və iki əsgər xəsarət aldığı PKK üzvləri ilə silahlı toqquşmadan sonra, onlar Ahmet Erin kənddən qaçdığını görüblər. Bir neçə əsgər onu saxlamağa göndərildi. Əsgərlər onu tutub və, ola bilər ki, ona “bir neçə şillə vurublar”, çünki onun PKK-ya yardım etməsinə inanmışlar. Ahmet Er əsgərlərə bir neçə minanı müəyyən etməyə kömək etdi. Yol üstü onlar Hacı Mehrap Eri görüblər və o, əsgərlərə getməyə icazə aldı. Daha sonra onlar Ahmet Eri və Hacı Mehrap Eri Işıklı jandarma bölməsinə gətirdilər. Baş leytenant batalyon qərargahındakı rəislərlə telefonla əlaqə saxlayaraq iki nəfər barədə məruzə etdi. Rəislər dedilər ki, bu şəxslərə qarşı sübutlar olmadığı üçün onların qərargaha gətirməyə ehtiyac yox idi. Ahmet və Hacı Mehrap əsgərlər ilə Işıklı jandarma bölməsində gecələdilər. Əsgərlərin “iki şəxsə qəzəblənərək şillə vurması” mümkün olsa da, iddia edildiyi kimi, onlara işgəncə verməmiş və Ahmetin ayaqlarını sındırmamışlar. Sabahı gün “yaşlı kişi” bölmədən kənarda azad edilmiş, Ahmet Er isə bölmədən təxminən 200 metr məsafədə azad edilmişdir.
25. Baş leytenant Ş.Ö. hadisə günü digər birliyə rəhbərlik etmişdir. O, prokurora eyni ifadə vermişdir.
26. 1996-cı il fevralın 2-də prokuror 1995-ci il 14 iyul tarixli əməliyyatda iştirak etmiş daha dörd jandarma əməkdaşını dindirmişdir. Əməkdaşlar onların Ahmet Eri və Hacı Mehrap Eri Işıklı bölməsinə apardığını təsdiq etmiş, lakin onlara işgəncə verməsini inkar etmişlər. Onlar iki kişinin sabahı gün azad edildiyini bildirərək əlavə etmişlər ki, hətta Ahmet Er azad edildikdə onlara əl elədi. Əməkdaşlar prokurora həmçinin bildirmişlər ki, Ahmet Erin sonradan PKK-ya qoşulması mümkün idi.
27. 1996-cı il fevralın 16-da Çukurca prokuroru Ahmet Erin barəsində axtarış elan etmiş və nəticə barədə hər üç ay məruzə olunmasını tapşırmışdır. Prokurorun tapşırığında qeyd edilmişdir ki, Ahmet Er əsgərlər tərəfindən həbs edilməmiş, əksinə əraziyə bələdçi kimi götürülmüşdür. Həmçinin qeyd edilmişdir ki, Ahmet Erin iki oğlu PKK-ya qoşulduğu üçün Ahmet Erin özünün də PKK-ya qoşulması ehtimal edilmişdir.
28. Materiallardan görünür ki, polis və əsgərlər tərəfindən Ahmet Erin axtarışı nəticəsiz qalmış və bu barədə prokurora 2000-ci il oktyabrın 2-dək müntəzəm qaydada məruzə edilmişdir. 2001-ci il fevralın 1-də Çukurca prokuroru polisə axtarışı davam etdirməyə tapşırmışdır. Prokurorun məktubundan sonra, polis Ahmet Erin axtarışı barədə iki ay dövriliyində məruzə etməyə davam etmişdir.
29. 2002-ci il mayın 3-də birinci ərizəçi Mehmet Er Hakkarinin birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, onun atası 1995-ci il iyulun 14-də həyata təhlükə yaradan şəraitdə yoxa çıxmış və bu tarixdə onun barəsində heç bir məlumat yox idi. O, Hakkari məhkəməsindən atasının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia 2003-cü il mayın 29-da təmin edilmişdir. 2004-cü il fevralın 24-də Ahmet Erin üç kisik uşaqları, ərizəçilər Hızır Er, Haticə Er və Belkısa Er üzərində qəyyumluq onların böyük qardaşı ərizəçi İslam Erə verilmişdir.
30. 2003-cü il dekabrın 10-da Çukurca prokuroru tərəfindən qəbul edilmiş qərarda bildirilmişdir ki, şikayətə və şahidlərin ifadələrinə əsasən Ahmet Er sonuncu dəfə hərbi ərazidə müşahidə edilmiş, orada “əsgərlər tərəfindən işgəncəyə məruz qalmışdır”. Bununla da, hərbçilər bu hadisələrə görə məsuliyyət daşımış, Van şəhərinin prokuroru isə istintaqı davam etdirmək səlahiyyətinə malik idi.
31. 2004-cü il yanvarın 14-də Vandakı hərbi prokuror yerli hərbi hissələrə Ahmet Er barədə hər hansı xəbərin olub-olmadığı barədə, habelə onun oğullarının PKK üzvü olub-olmadığı barədə məlumat üçün sorğu göndərərək öz istintaqını başlamışdır. O, həmçinin məlumatın hər üç ay təzələnməsini xahiş etmişdir.
32. 2004-cü il fevralın 10-da hərbi hissələr hərbi prokurora məlumat vermişdir ki, kəşfiyyat əməkdaşlarından əldə edilmiş məlumata əsasən Ahmet Er öz kəndindən əsgərlər tərəfindən aparılmışdır. 1995-cil il iyulun 16-da Ahmet Er azad edilərək Şimali İraqa getmiş və orada PKK-ya qoşulmuşdur. Həmin tarixdən bəri onun barəsində heç bir xəbər olmamışdır.
33. 2004-cü il martın 3-də ərizəçi Ali Er və Hacı Mehrap Er hərbi prokuror tərəfindən dindirilmişdir. Hər iki şəxs Çukurca prokuroruna verdiyi ifadələri təsdiq etmişdir.
34. 2004-cü il martın 3-də ərizəçilərin qanuni nümayəndəsi Çukurca prokurorundan istintaq barədə məlumatın verilməsini xahiş etmişdir. Ona istintaqın Van hərbi prokurorluğu tərəfindən aparılması barədə məlumat verilmişdir.
35. 2004-cü il 14 yanvar tarixli sorğu (yuxarıda 31-ci bəndə bax) ilə əlaqədar olaraq 2004-cü il aprelin 7-dən 2005-ci il noyabrın 23-dək müddətdə səkkiz müxtəlif hərbi zabit Ahmet Erin PKK-ya qoşulmasını bildirən eyni sənədi müntəzəm qaydada imzalayaraq Van hərbi prokurora göndərmişdir.
36. 2005-ci il iyulun 28-də hərbi prokuror qərara almışdır ki, şəxsin yoxa çıxması ilə əlaqədar istintaq aparmağa səlahiyyətinə malik olmamışdır. Prokurorun qərarında istintaq üzrə görülmüş tədbirlər göstərilərək bildirilmişdir ki, 1995-ci il iyulun 14-də Ahmet Er şübhəli davranaraq əsgərlər tərəfindən aparılmışdır. O, müxtəlif yerlərə gətirilərək PKK üzvləri tərəfindən qoyulmuş minaları əsgərlərə göstərmişdir. Daha sonra, əsgərlər onu kazarmaya aparmışlar. Hərbi prokuror nəticəyə gəlmişdir ki, Ahmet Eri dindirmək üçün kazarmaya aparmaqla əsgərlər hərbi deyil, məhkəmə funksiyalarını yerinə yetirmişlər. Hərbi prokurorlar isə silahlı qüvvələrinin üzvləri tərəfindən öz hərbi vəzifələrin yerinə yetirilməsi zamanı törədilmiş cinayətlər ilə əlaqədar istintaq apara bilmişdilər. Bununla da, istintaqı rayon prokuroru davam etdirilməli idi. Cinayət işi Çukurca prokurorluğuna qaytarılmışdır.
37. Çukurca prokuroru Ahmet Erin axtarışını davam etdirilməsini jandarmaya tapşırmaqla istintaqı davam etdirmişdir.
38. 2005-ci il dekabrın 15-də Çukurca prokuroru istintaqın yekunları barədə protokol tərtib etmişdir. Protokola əsasən, 1995-ci il iyulun 14-də Ahmet Er şübhəli davranmış və buna görə əsgərlər tərəfindən aparılmışdır. Bundan sonra o, əsgərlərə iki minanın müəyyən edilməsində kömək etmişdir. O, Işıklı jandarma bölməsində saxlanılmış və 1995-ci il iyulun 16-da “azad edilmişdir”. Jandarma tərəfindən həyata keçirilmiş “məxfi araşdırmaya” uyğun olaraq, Ahmet Er azad edildikdən sonra PKK-ya qoşulmuşdur. Çukurca prokuroru Van prokurorluğunun istintaqı davam etdirmək səlahiyyətinə malik olması nəticəsinə gələrək cinayət işini oraya göndərmişdir.
39. 2006-cı il yanvarın 5-də Van şəhərinin prokuroru Ahmet Erin qanunsuz təşkilatda, yəni PKK-da üzv olması cinayəti ilə əlaqədar olaraq onun barəsində axtarış elan etmişdir.
40. Çukurca jandarma ofisindən sorğuya cavab olaraq Van prokuroru 2006-cı il 29 mart tarixli məktubda qeyd etmişdir ki, Ahmet Erin ailəsi tərəfindən onun ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin əldə edilməsi onun həqiqətən ölməsi deyildi. O, qərara gəlmişdir ki, 2006-cı il 5 yanvar tarixli orderə müvafiq olaraq Ahmet Erin həbs edilməsi məqsədilə onun axtarışı davam etdirilməlidir.
41. Sonra Çukurca jandarma ofisi Van prokuroruna məlumat vermişdir ki, Ahmet Erin axtarışı üzrə tədbirlər nəticəsiz qalmışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
42. Ərizəçilər şikayət etmişlər ki, silahlı qüvvələrinin üzvləri, onların fikrincə, Konvensiyanın 2-ci maddəsinə zidd olaraq ölmüş hesab edilməli onların qohumunun yoxa çıxmasına görə məsuliyyət daşımışlar. Həmin müddəaya əsasən onlar həmçinin bildirmişlər ki, dövlət orqanları Ahmet Erin yoxa çıxması ilə əlaqədar səmərəli istintaq həyata keçirməmişdir.
43. Konvensiyanın 2-ci maddəsində aşağıdakılar deyilir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs törətməyə görə qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət ilə əlaqədar məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası istisna edilməklə, həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər ucun tam zəruri güc tətbiqi nəticəsi olduqda, bu maddənin pozulması ilə törədilmiş hesab edilmir:
(a) hər hansı şəxsin hüquqa zidd zorakılıqdan müdafiəsi üçün;
(b) qanuni qaydada tutmaq və ya qanuni qaydada həbsdə saxlanılan şəxsin qaçmasının qarşısını almaq üçün;
(c) qanuna müvafiq olaraq iğtişaşın və ya qiyamın yatırılması məqsədilə qanuni qaydada həyata keçirilmiş tədbir nəticəsində.”
44. Hökumət bu iddiaya etiraz etmişdir.
A. Şikayətin qəbuledilənliyi
45. Hökumət bildirmişdir ki, ərizəçilər Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsi mənasında dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirməmişlər. Bununla əlaqədar o, onlar “Uca Türkiyəyə qarşı” iş üzrə qərardada (Uca v. Turkey (dec.), no. 3743/06, 29 April 2008) istinad edərək bildirmişdir ki, ərizəçilər “Terrorçuluq və terrorçuluğa qarşı mübarizə nəticəsində dəymiş zərərin ödənilməsi haqqında” 2004-cü il Qanununa uyğun olaraq təzminat üçün müraciət edə bilərdilər (bax: “İçyer Türkiyəyə qarşı” (İçyer v. Turkey (dec.), no. 18888/02, § 44, ECHR 2006‑I)).
46. Hökumət alternativ qaydada iddia etmişdir ki, ərizəçilər Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsində müəyyən edilən altı ay müddətinə əməl etməmişlər. Bununla əlaqədar olaraq ərizəçilər Hakkari birinci instansiya məhkəməsinin 2003-cü il 29 may tarixli qətnaməsindən (yuxarıda 29-cu bəndə bax) sonra alı ay müddətində Məhkəməyə müraciət etməli idilər. “Kınış Türkiyəyə qarşı” iş (Kıniş v. Turkey (dec.), no. 13635/04, 28 June 2005) və “Aydın və digərləri Türkiyəyə qarşı” iş (Aydın and Others v. Turkey (dec.) no. 46231/99, 26 May 2005) üzrə qərardadlara istinad edərək Hökumət iddia etmişdir ki, Ahmet Erin ölmüş elan edilməsi barədə qərar Hakkari birinci instansiya məhkəməsi tərəfindən çıxarıldığı zaman ərizəçilərə məlum olmalı idi ki, onun tapılması daha mümkün olmamışdır.
47. Ərizəçilər Hökumətin ifadələrinə etiraz edərək iddia etmişlər ki, Ahmet Erin ölmüş elan edilməsi barədə qərar varislik məsələsi ilə bağlı çıxarılmışdır; bu qərarın onun yoxa çıxması ilə bağlı cinayət işinə aidiyyəti olmamışdır. Onlar həmçinin bildirmişlər ki, Ahmet Erin yoxa çıxmasından və onların kəndlərinin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılmasından sonra onlar öz evlərini və kəndini tərk etmək və Hakkariyə köçmək məcburiyyətində qalmışlar. Hadisə baş verdiyi zaman ərizəçilərin bəziləri çox gənc olmuşdur. Bundan əlavə, onlar yoxsul və savadsız olmuş və öz hüquqlarını bilməmişlər. Yalnız Hakkariyə köçdükdən bir neçə il sonra onlar vəkil tuta bilmişlər.
48. Ərizəçilərin təzminat üçün müraciət etməməsi barədə Hökumətin etirazına gəldikdə, Məhkəmə qeyd edir ki, yaşamaq hüququ məsələsi ilə bağlı olmuş iki başqa işdə yuxarıda göstərilən “Uca” işi üzrə qərardada Hökumətin istinad etməsi artıq öyrənilmiş və rədd edilmişdir (bax: mutatis mutandis, “Gasyak və digərləri Türkiyəyə qarşı” (Gasyak and Others v. Turkey, no. 27872/03, §§ 66-72, 13 October 2009); “Fadime və Turan Karabulut Türkiyəyə qarşı” (Fadime and Turan Karabulut v. Turkey, no. 23872/04, § 38, 27 May 2010)). Hazırkı işdə Məhkəmə yuxarıda qeyd edilən işlərdə onun gəldiyi nəticələrdən kənara çıxmağı tələb edən hər hansı xüsusi halları müəyyən etməmişdir.
49. Eyni şəkildə, Məhkəmə altı ay müddətinin Hakkari birinci instansiya məhkəməsi Ahmet Erin ölmüş elan edilməsi barədə qərar qəbul etdiyi tarixdən, yəni 2003-cü il mayın 29-dan hesablanmasına dair Hökumətin dəlilini qəbul edə bilməz. Bununla əlaqədar olaraq o, qeyd edir ki, müvafiq dövlətdaxili qanunvericiliyə müvafiq olaraq ərizəçilər əmlak məsələlərini həll etmək və Ahmet Erin üç kiçik oğullarının qəyyumluq məsələsini nizamlamaq məqsədilə onların qohumunun vəfat etməsi faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişlər.
50. Bundan əlavə, yoxa çıxma ilə bağlı cavab vermək və qanunsuz əməlləri törətmiş şəxsləri müəyyən etmək və təqib etmək öhdəliyi, habelə istintaq aparılması üzrə prosessual öhdəlik cəsədin tapılması və ya şəxsin ölmüş elan edilməsi ilə bitmiş sayıla bilməz (bax: mutatis mutandis, “Varnava və digərləri Türkiyəyə qarşı” (Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 and 16073/90, § 145, ECHR 2009)). Əslində, prokuror da Ahmet Erin ölmüş elan edilməsi barədə qərarın məhkəmə tərəfindən çıxarılması faktının onun vəfat etməsi sayıla bilmədiyi qənaətinə gəlmiş və onun axtarışının davam etdirilməsi barədə qərar qəbul etmişdir (yuxarıda 4-cı bəndə bax).
51. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, şəxsin ölmüş elan edilməsi məsələsi ilə bağlı məhkəmə prosesi altı ay müddətinə əməl etmə məsələsinə təsir edə bilməz. Bununla da, Məhkəmə müəyyən etməlidir ki, ərizəçilər Ahmet Erin yoxa çıxmasından, demək olar ki, doqquz il sonra Məhkəməyə müraciət etmələrinə görə tənqid edilə bilərmi.
52. Məhkəmə bir daha təsdiq edir ki, həyatdan məhrumetmə ilə bağlı işlərdə altı ay müddəti qaydasına dair presedent hüququna müvafiq olaraq, hüquqi müdafiə vasitələri mümkün olmadığı və ya səmərəsiz hesab edildiyi təqdirdə altı ay müddəti, prinsip etibarilə, şikayət edilən əməlin tarixindən başlayır. Ərizəçi ilk növbədə dövlətdaxili hüquqi müdafiə vasitəsinə müraciət etdiyi və yalnız sonrakı mərhələdə bu hüquqi müdafiə vasitəsini səmərəsiz edən hallar ona məlum olduğu və ya məlum ola bildiyi müstəsna hallarda xüsusi mülahizələr ola bilər. Belə şəraitdə, altı ay müddəti ərizəçiyə bu cür hallar məlum olduğu və ya məlum ola bildiyi vaxtdan hesablanmalıdır (bax: “Hazar və digərləri Türkiyəyə qarşı” (Hazar and others v. Turkey (dec.), no. 62566/00, 10 January 2002); “Bulut və Yavuz Türkiyəyə qarşı” (Bulut and Yavuz v. Turkey (dec.), no. 73065/01, 28 May 2002); “Bayram və Yıldırım Türkiyəyə qarşı” (Bayram and Yıldırım v. Turkey (dec.), no. 38587/97, ECHR 2002-III)).
53. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin səmərəsiz olmasının ərizəçilərə daha erkən mərhələdə məlum ola bilməsi barədə öz dəlilini müdafiə etmək üçün Hökumətin göstərdiyi qərardadlar (yuxarıda 46-cı bəndə bax), əvvəlki bənddə göstərilən qərardadlar kimi, istintaqın xarakteri və məqsədləri yoxa çıxma ilə bağlı istintaqdan fərqli olan qanunsuz adam öldürmə işləri ilə bağlı olmuşlar.
54. Adam öldürmə işləri ilə bağlı istintaq zamanı əsas sübutlar adətən istintaqın əvvəlindən müstəntiqlərə məlumdur. Zərərçəkmiş şəxsin meyiti, hadisə yeri, hal şahidləri və cinayət törətməkdə tətbiq edilmiş silahın izləri, o cümlədən güllələr və patronlar müstəntiqlər üçün faydalı olaraq onlara istintaqın ən erkən mərhələsində istiqamət verir. Buna görə də, dövlət orqanları belə istiqamətlərin olmasına baxmayaraq onlar üzrə hərəkət etmək üçün mənalı tədbirlər görməyə başlamadığı təqdirdə, yaxud istintaq tezliklə qapandıqda, ərizəçilərin istintaqın səmərəsiz olmasından xəbərdar olması və təxirə salmadan Məhkəməyə müraciət etməsi əsaslı olaraq gözlənilməlidir.
55. Digər tərəfdən, yoxa çıxma ilə bağlı əksər işlərdə istintaq orqanları çox az sübutla başlamalı və yoxa çıxmış şəxsin izlərini müəyyən etmək və ya onun taleyini aydınlaşdırmaq üçün sübutlar axtarmalıdır. Əsas sübut yalnız sonradan müəyyən edilə bilər (bax: yuxarıda qeyd edilən “Varnava və digərləri” qərarı, § 162).
56. Bundan başqa, adam öldürmə ilə bağlı istintaqdan fərqli olaraq, yoxa çıxma ilə bağlı istintaqın yeganə məqsədi öldürmənin şəraitinin müəyyən edilməsi və cinayətkarın tapılması və cəzalandırılması deyil. Yoxa çıxma ilə bağlı istintaqın başlıca fərqi ondan ibarətdir ki, dövlət orqanları tərəfindən həyata keçirilən istintaqın məqsədini həmçinin itkin düşmüş şəxsin tapılması və ya onun vəziyyətinin müəyyən edilməsi təşkil edir. Buna görə, “Varnava və digərləri” işində Məhkəmənin müəyyən etdiyi kimi, yoxa çıxma işlərində məlumatsızlıq və qeyri-müəyyənlik vəziyyəti və, mahiyyətcə, baş verənlərə görə cavab verməkdən boyun qaçırma, hətta bəzi dövlət orqanları tərəfindən qəsdən gizlətmə və maneçilik törətmə mövcud olduqda, vəziyyət adam öldürmə işlərinə nisbətən daha az aydındır. İtkin düşmüş şəxsin qohumları üçün baş verənlərə və ya baş verə biləcəklərinə qiymət vermək daha çətindir. Yoxa çıxmadan sonrakı vəziyyəti şərtləndirən qeyri-müəyyənlik və dolaşıqlıq nəzərə alınmalıdır (yenə orada).
57. Bundan əlavə, “Varnava və digərləri” işində Məhkəmənin müəyyən etdiyi kimi, yoxa çıxma işlərində altı ay müddəti tələbinə əməl etmə məsələsinin öyrənilməsinə daha yumşaq yanaşmanı əsaslandırmağın iki əlavə səbəbi vardır. Birincisi – beynəlxalq hüquqdakı konsensusdur ki, belə cinayəti törətmiş şəxslərin hadisələrdən hətta bir çox illər sonra məsuliyyətə cəlb edilməsi mümkün olmalıdır. Yoxa çıxmanın xarakteri o qədər ciddidir ki, qohumlardan gözlənilən sürətlilik standartı Konvensiyanı müdafiəsi kontekstində çox sərt ola bilməz (bax: yuxarıda qeyd edilən “Varnava və digərləri” qərarı, §§ 162-164). Bununla əlaqədar, Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi hərbi prokurora göndərilmiş və 2004-cü ildə onun tərəfindən yeni istintaq başlanmışdır. Həmin istintaq zamanı hərbi prokuror yerli hərbi hissələrdən əlavə məlumatın təqdim olunmasını xahiş etmiş, ərizəçilərdən birini və iki hal şahidini dindirmişdir. İkincisi, subsidiarlıq prinsipinə uyğun olaraq, dövlət daxilində mümkün qədər işin hallarının araşdırılması və məsələlərin həll edilməsi daha yaxşıdır. Bunu etmək üçün daha yaxşı vəziyyətdə olan dövlət orqanları tərəfindən Konvensiya pozuntularını aradan qaldırmaq üçün tədbirlərin görülməsi ərizəçilərin və Konvensiya sisteminin səmərəliliyi maraqlarına cavab verir.
58. “Varnava və digərləri” işi üzrə qərarın 166-cı bəndində Məhkəmə həmçinin aşağıdakı nəticələrə gəlmişdir:
“Beynəlxalq münaqişə şəraitində ortaya çıxan, hazırkı işdə olduğu kimi, yoxa çıxma ilə bağlı mürəkkəb vəziyyətdə hər hansı istintaqın heç olmadığı və ya dövlət orqanları ilə hər hansı mənalı əlaqələrin olmadığı iddia edildikdə, gözlənilir ki, qohumlar hadisədən sonra ən gec olaraq bir neçə il müddətdə şikayət etsinlər. Hər hansı istintaq, hətta təsadüfi və problemlərlə dolu istintaq olduqda, qohumlar nəticə əldə etmək ümidi həqiqi olaraq tükənənədək əsaslı olaraq bir az çox gözləyə bilər. On ildən artıq müddət keçdiyi halda ərizəçilər ümumiyyətlə inandırıcı şəkildə göstərməlidirlər ki, Strasburqa müraciət etməni təxirə salmış hər hansı davamlı və konkret irəliləyiş əldə edilmişdir. Ərizəçilərin dövlət daxilində istintaq orqanlarına birbaşa müraciət etmək imkanı olduğu hallarda daha ciddi gözləntilər tətbiq edilir.”
59. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçilər onların qohumunun yoxa çıxmasından on il sonra Məhkəməyə müraciət etdilər. İstintaq orqanlarına birbaşa müraciət etmək imkanı ilə bağlı onların Məhkəmənin daha ciddi gözləntilərinə cavab verməsi məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, onlar qohumunun hərbçilər tərəfindən tutulması barədə prokurora dərhal məlumat vermişlər. Sonradan onlar prokuror ilə əməkdaşlıq etmiş və şahid ifadələrini təqdim etmişlər. Həmin prokuror tərəfindən başlanmış istintaq 1996-cı il fevralın 16-dək fəal şəkildə davam etdirilmişdir. Hərbi prokurorun istintaqı davam etmək səlahiyyətinə malik olması barədə rayon prokurorunun 2003-cü il 10 dekabr tarixli qərarından sonra istintaq çərçivəsində sonrakı tədbirlər həyata keçirilmişdir. 2004-cü ildə başlanmış yeni istintaq zamanı hərbi prokuror yerli hərbi hissələrdən əlavə məlumat xahiş etmiş, ərizəçilərin birini və iki hal şahidini öz idarəsinə dəvət etmişdir. Ailə və şahidlər hərbi prokuror ilə əməkdaşlıq etmiş və əlavə ifadələr vermişlər (yuxarıda 34-cü bəndə bax). Bu mərhələdə onların seçdiyi vəkil prokurora müraciət edərək istintaq barədə məlumatı xahiş etmişdir (yuxarıda 34-cü bəndə bax).
60. Buna görə, Məhkəmə hesab edir ki, istintaq, davamlı olmasa da (bax: yuxarıda qeyd edilən “Varnava və digərləri” qərarı, § 166), bu müddət ərzində aparılmış, ərizəçilər isə dövlət orqanlarına kömək etmək üçün bütün səyləri göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, ərizəçilərin qohumunun yoxa çıxması ilə hərbçilərin əlaqəli olmasına dair ifadələrin əsaslı olduğunu saymış rayon prokuroru tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar, habelə hərbi prokuror tərəfindən başlanmış sonrakı istintaq ərizəçilər tərəfindən ümidverici yeni hallar kimi qəbul edilməli idi. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, ərizəçilər aparılmış və yeni istintaqların yeni nəticələrə gətirib çıxaracağını gözləməklə zəruri çalışqanlığı göstərə bilmişlər; altı ay müddətinə görə şikayətin qəbuledilənliyi ilə bağlı hökumətin etirazı rədd edilir.
61. Məhkəmə həmçinin qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsi mənasında şikayət açıq-aşkar əsassız deyil. O, həmçinin qeyd edir ki, şikayət hər hansı başqa səbəbə görə qəbuledilməz deyil. Buna görə, o, qəbuledilən elan edilməlidir.
B. Şikayətin mahiyyəti
62. Ərizəçilər öz iddialarını müdafiə edərək xüsusilə bildirmişlər ki, hətta onların qohumunun əsgərlər tərəfindən əraziyə bələdçi kimi aparılması ehtimal edilsə də, əsgərlər müvafiq prosedura uyğun olaraq onun jandarma bölməsinə daxil olması və oradan azad edilməsi vaxtını qeyd etməli və onun həkim tərəfindən müayinə edildikdən sonra azad edilməsini təmin etməli idilər.
63. Hökumət bildirmişdir ki, Ahmet Er təhlükəsizlik qüvvələrinin üzvləri ilə terrorçular arasında toqquşmadan sonra aparılmışdır. Daha sonra o, terrorçular tərəfindən salınmış minaların müəyyən edilməsində əsgərlərə yardım göstərmişdir. Jandarma bölməsinə gəldikdən və bir sıra formal yoxlamadan sonra əsgərlər Ahmet Eri azad etmişlər.
64. Hökumətə görə, işin materiallarında Ahmet Erin ölməsi təsdiq edilmir. Azad edildikdən sonra o, şimali İraqdakı terrorçulara qoşulmuşdur.
65. Hökumətin fikrincə, Ahmet Er həbs edilmədikdən saxlanılan şəxslərə aid prosessual tədbirlər görməyə ehtiyac yox idi. Ahmet Erin yoxa çıxmasından sonra və onun qohumlarının xahişinə əsasən səmərəli istintaq aparılmışdır ki, onun çərçivəsində şahidlərin və təhlükəsizlik qüvvələri üzvlərinin ifadələri toplanmışdır. Dövlət orqanlarının ölkədə olmayan şəxsi tapmaq öhdəliyi olmamışdır.
1. Məhkəmə tərəfindən sübutları qiymətləndirmə və faktiki halları müəyyən etmə
66. Məhkəmə bir daha təsdiq edir ki, dövlət orqanları həbsdə saxlanılan şəxslərin sağlam vəziyyətinə məsuliyyət daşıyır, həbsdə saxlama müddətində hər hansı xəsarət, ölüm və ya yoxa çıxma üçün inandırıcı izahat vermək vəzifəsi isə cavabdeh dövlətə aiddir (bax: müvafiq olaraq, “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 87, ECHR 1999-V); “Salman Türkiyəyə qarşı” (Salman v. Turkey [GC], no. 21986/93, § 99, ECHR 2000‑VII); və “Tanış və digərləri Türkiyəyə qarşı” (Tanış and Others v. Turkey, no. 65899/01, § 160, ECHR 2005–VIII)).
67. Məhkəmə qeyd edir ki, tərəflər 1995-ci il iyulun 14-də ərizəçilərin qohumu olan Ahmet Erin əsgərlər tərəfindən jandarma bölməsinə aparılması faktını mübahisə etmir. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, bir neçə hərbçi Ahmet Erin jandarma bölməsinə aparıldığını həmçinin etiraf etmişdir (yuxarıda 26-27-ci bəndlərə bax). Mübahisələndirilən yeganə məsələ - Hökumətin iddia etdiyi kimi, onun 1995-ci il iyulun 16-da azad edilməsidir.
68. Bununla əlaqədar olaraq Məhkəmə Ahmet Erin həbs edilmədiyi üçün saxlanılan şəxslərə aid prosessual tədbirlər görməyə ehtiyac olmaması barədə Hökumətin dəlilini qəbul edə bilməz.
69. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, cənubi-şərqi Türkiyədə qeydiyyat jurnalına hər hansı məlumat daxil edilmədən şəxslərin saxlanılmasının qeyri-qanuni xarakteri Məhkəmənin əvvəlki qərarlarında qeyd edilmişdir (bax: inter alia, “Orhan Türkiyəyə qarşı” (Orhan v. Turkey, no. 25656/94, § 372, 18 June 2002)). Məhkəmənin bir neçə qərarında silahlı qüvvələrin üzvləri tərəfindən həbslə bağlı zəruri qeydiyyat jurnalının aparılmaması məsələsi nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, bu cür jurnalların aparılmaması həbsdə saxlanılan şəxslərin yoxa çıxması təhlükəsinə qarşı səmərəli təminatların olmadığına dəlalət etmişdir (ibid., §§ 313 və 372 və orada qeyd edilən işlər; bax, həmçinin “Çiçek Türkiyəyə qarşı” (Çiçek v. Turkey, no. 25704/94, § 137, 27 February 2001). Buna görə Məhkəmə həbsə alınma ilə hərbçilərə kömək etmək üçün aparılma arasında çəkilmiş qeyri-məqbul və yarıtmaz fərqi nəzərə ala bilməz (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Çiçek” qərarı, § 137).
70. Məhkəmə Konvensiyanın 5-ci maddəsinə əsasən şikayətə baxılması zamanı Ahmet Erin jandarma bölməsində saxlamanın qeyri-qanuni xarakteri məsələsini nəzərdən keçirəcəkdir (aşağıda 98-105-ci bəndlərə bax). Bu mərhələdə qeyd etməyə kifayətdir ki, Konvensiyanın 2-ci maddəsinin məqsədləri üçün, şəxsin həbsdə saxlanmış sayılması üçün milli proseduran müvafiq qaydalarına əməl etmə tələb edilmir. Saxlanılan şəxsin sağlam vəziyyətinə görə cavab vermək öhdəliyi hətta şəxsin dövlət orqanları tərəfindən həbsə alınması təsdiq edilmədikdə, lakin onun hərbçilər və ya polis tərəfindən rəsmi qaydada idarəyə dəvət olunması, onların nəzarətində olan yerə daxil olması və bundan sonra görünməməsi müəyyən edildiyi təqdirdə mövcuddur. Belə şəraitdə, içəridə baş verənlərə dair inandırıcı izahat vermək və müvafiq şəxsin dövlət orqanları tərəfindən həbs edilmədiyini, əksinə, azadlıqdan məhrum edilməyərək idarəni tərk etdiyini göstərmək vəzifəsi Hökumətə aiddir (bax: yuxarıda qeyd edilən “Tanış və digərləri” qərarı, § 160).
71. Məhkəmənin “Tanış və digərləri” qərarında bildirildiyi kimi, dövlət orqanlarının saxlanılan şəxsin taleyinə görə cavabdehlik daşımaq öhdəliyi həmin şəxsin azad edilməsi göstərilənədək qədər qüvvədədir. Eyni qaydada, xanım Aydının ərinin polis saxlama məntəqəsindən guya azad edilməsindən sonra qanunsuz öldürməsi ilə bağlı “Süheyla Aydın Türkiyəyə qarşı” iş (Süheyla Aydın v. Turkey, no. 25660/94, § 154, 24 May 2005) üzrə qərarda Məhkəmə müəyyən etmişdir ki, azad etmə barədə rəsmi sənədin olmaması nəticəsində Hökumət cənab Aydının həqiqətən azad edildiyini sübut etmək vəzifəsini yerinə yetirməmiş və cavabdeh dövlət adam öldürməyə görə məsuliyyət daşımışdır.
72. “Süheyla Aydın Türkiyəyə qarşı” işdə bu cür nəticəyə gələrək Məhkəmə “Bütün şəxslərin zorakı yoxa çıxma hallarından müdafiəsi haqqında” Bəyannamənin (BMT Baş Məclisinin 1992-ci il 18 dekabr tarixli 47/133 saylı qətnaməsi) 11-ci maddəsini nəzərə almışdır ki, burada aşağıdakılar təsbit edilmişdir: “Azadlıqdan məhrum olunmuş bütün şəxslər onların həqiqətən azad olunmasını, habelə onların fiziki sağlamlığı və öz hüquqlarını tam həcmdə həyata keçirmək qabiliyyəti təmin olunduğu şəraitdə azad olunmasını yoxlamaq üçün imkan yaradan qaydada azad edilməlidir” (bax: 2010-cu il dekabrın 23-də qüvvəyə minmiş “Bütün şəxslərin zorakı yoxa çıxma hallarından müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 21-ci maddəsi).
73. Hazırkı işdə, yuxarıda təfərrüatlı göstərildiyi kimi, Ahmet Erin jandarma bölməsində olması etiraf edilsə də, onun saxlanması və guya azad edilməsi barədə hərbi əməkdaşlar tərəfindən hər hansı sənəd tərtib edilməmişdir. Bundan başqa, yoxa çıxma ilə bağlı istintaqı aparmış prokurora Ahmet Erin jandarma bölməsindən guya azad edilməsi barədə hərbi əməkdaşlar tərəfindən dolaşıq və ziddiyyətli məlumat verilmişdir (yuxarıda 14, 23, 24-26-cı bəndlərə bax).
74. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə ərizəçilərin qohumu Ahmet Erin dövlət tərəfindən həbsdə saxlanılması faktını müəyyən edilmiş hesab edir. Bunun nəticəsində, Hökumətin yoxa çıxmaya görə cavabdehlik daşımaq öhdəliyi vardır.
75. Bu nəticəyə uyğun olaraq, Məhkəmə ərizəçilərin konvensiyanın 2-ci maddəsinə əsasən şikayətlərinə baxacaqdır.
2. Ahmet Erin yoxa çıxması
76. “Timurtaş Türkiyəyə qarşı” iş (Timurtaş v. Turkey, no. 23531/94, §§ 82-83, ECHR 2000‑VI) üzrə qərarda Məhkəmə aşağıdakıları bildirmişdir:
“...şəxs sağlam vəziyyətdə həbsə alındığı, lakin azad etmə zamanı onun üzərində xəsarət müəyyən olduğu halda dövlət həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirməlidir ki, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən məsələ ortaya çıxır .... Eyni şəkildə, 5-ci maddədə dövlətin həbsə alınmış və bununla dövlət orqanlarının nəzarətinə götürülmüş hər hansı şəxsin harada olmasına görə cavab vermək öhdəliyi nəzərdə tutulur .... Meyitin olmadığı halda, həbsə alınmış şəxsin taleyinə dair inandırıcı əsasların dövlət orqanları tərəfindən gətirə bilməməsi ilə həmçinin Konvensiyanın 2-ci maddəsinə əsasən məsələnin ortaya çıxıb-çıxmaması işin bütün hallarından, o cümlədən müvafiq sübut meyarına uyğun olaraq saxlanılan şəxsin həbsdə ölməsi nəticəsinə gətirib-çıxara bilən konkret elementlərə əsaslanan dolayı sübutların kifayət qədər mövcud olmasından asılı olacaqdır ....
Bununla əlaqədar olaraq, şəxsin həbsə alındığı andan keçmiş vaxt, özü özlüyündə həlledici olmasa da, nəzərə alınmalı münasib amildir. Qəbul edilməlidir ki, həbsə alınmış şəxs barədə hər hansı xəbər olmadan vaxt axınca onun ölməsi ehtimalı artır. Buna görə, müvafiq şəxsin ölmüş sayılması barədə nəticəyə gələnədək vaxtın axması dolayı sübutların digər elementlərinə verilən əhəmiyyətə müəyyən dərəcədə təsir edə bilər. Bununla bağlı Məhkəmə hesab edir ki, belə vəziyyətdə 5-ci maddəyə zidd olaraq sadəcə qeyri-qanuni həbsdə saxlamadan kənara çıxan məsələlər ortaya çıxır. Bu cür şərhin məqsədi – Konvensiyadakı ən əsas müddəalarından biri sayılan 2-ci maddədə təminat verilən yaşamaq hüququnun səmərəli müdafiəsini təmin etməkdir ....”
77. Hazırkı işdə ərizəçilərin qohumu Ahmet Er 1995-ci ildə yoxa çıxmışdır. Məhkəmə qeyd edir ki, onun yoxa çıxması 1992-1996-cı illərdə cənubi-şərqi Türkiyədə böyük sayda insanların yoxa çıxması təmayülünə uyğundur. Məhkəmə bir sıra bu cür yoxa çıxma işlərinə baxaraq nəticəyə gəlmişdir ki, o zaman cənubi-şərqi Türkiyədə insanın yoxa çıxması həyat üçün təhlükə yaradan hesab edilə bilərdi (bax: müxtəlif mənbələr sırasında “Osmanoğlu Türkiyəyə qarşı” (Osmanoğlu v. Turkey, no. 48804/99, 24 January 2008); “Akdeniz Türkiyəyə qarşı” (Akdeniz v. Turkey, no. 25165/94, 31 May 2005); “İpek Türkiyəyə qarşı” (İpek v. Turkey, no. 25760/94, ECHR 2004‑II (extracts)); “Akdeniz və digərləri Türkiyəyə qarşı” (Akdeniz and Others v. Turkey, no. 23954/94, 31 May 2001); yuxarıda qeyd edilən “Çiçek”; “Taş Türkiyəyə qarşı” (Taş v. Turkey, no. 24396/94, 14 November 2000); yuxarıda qeyd edilən “Timurtaş”; “Ertak Türkiyəyə qarşı” (Ertak v. Turkey, no. 20764/92, ECHR 2000‑V); və “Çakıcı Türkiyəyə qarşı” (Çakıcı v. Turkey [GC], no. 23657/94, ECHR 1999‑IV)).
78. Bundan əlavə Məhkəmə hesab edir ki, Ahmet Erin jandarma bölməsində saxlanmasına dair hər hansı sənədlərin olmamasına görə, onun yoxa çıxması zamanı cənubi-şərqi Türkiyədə mövcud vəziyyətlə bağlı ümumi kontekstdə onun həyatı üçün təhlükə artmışdır.
79. Yuxarıdakı əsaslara görə, habelə Ahmet Erin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı vaxtdan, demək olar ki, on yeddi il müddətində onun harada olması barədə məlumatın olmadığını nəzərə alaraq Məhkəmə qəbul edir ki, o, ölmüş sayılmalıdır. Nəticə etibarilə, cavabdeh dövlətin onun ölümünə görə məsuliyyəti mövcuddur. Dövlət orqanlarının Ahmet Erin həbsdə saxlanılması zamanı baş vermiş hadisələrə görə cavab vermədiyini, habelə onların nümayəndələri tərəfindən mümkün olaraq ölümcül gücün tətbiqi ilə bağlı hər hansı əsasa müraciət etmədiyini nəzərə alınaraq müəyyən edilir ki, onun ölümünə görə məsuliyyəti cavabdeh dövlət daşıyır. Nəticədə, Konvensiyanın 2-ci maddəsinin maddi tərəfdən pozulması baş vermişdir.
2. Ahmet Erin yoxa çıxması ilə bağlı istintaqın səmərəliliyi
80. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 2-ci maddəsinə əsasən yaşamaq hüququnu qorumaq öhdəliyi, 1-ci maddəyə əsasən “öz yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlarını təmin etmək” dövlətin ümumi vəzifəsi ilə birlikdə götürüldükdə, gücün tətbiqi nəticəsində şəxslərin öldürülməsi hallarında müəyyən formada səmərəli rəsmi araşdırmanın olmasını dolayısı ilə tələb edir (bax: “Makkan və digərləri Birləşmiş Krallığa qarşı” (McCann and Others v. the United Kingdom, 27 September 1995, § 161, Series A no. 324)). Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, bu öhdəlik adam öldürmənin dövlətin nümayəndəsi tərəfindən törədilməsi aydın olduğu hallarla məhdudlaşmır (bax: yuxarıda qeyd edilən “Salman”, § 105).
81. Araşdırma həmçinin məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmağa qadir olma cəhətdən səmərəli olmalıdır (bax: “Oğur Türkiyəyə qarşı” (Oğur v. Turkey [GC], no. 21594/93, § 88, ECHR 1999-III)). Bu, nəticə öhdəliyi deyil, vasitələr öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları, o cümlədən, inter alia, şahid ifadələrini əldə etmək üçün mümkün tədbirləri həyata keçirməlidir (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, § 109, ECHR 1999‑IV)). Araşdırmanın ölümün səbəbini və ya məsuliyyət daşıyan şəxsi müəyyən etmək qabiliyyətini pozan onun hər hansı çatışmazlığı bu standarta zidd ola bilər. Həbsdə saxlama amanı yoxa çıxma iddia edildiyi hallarda çeviklik xüsusi əhəmiyyət kəsb edir.
82. Yuxarıda göstərilən öhdəliklər şəxsin həyat üçün təhlükə yaradan kimi sayıla bilən şəraitdə yoxa çıxması hallarına bərabər qaydada aiddir. Bununla əlaqədar olaraq Məhkəmə artıq müəyyən etmişdir ki, ərizəçilərin qohumunun yoxa çıxması həyat üçün təhlükə yaradan kimi sayıla bilər (yuxarıda 77-ci bəndə bax).
83. Hazırkı işdə prokurora Ahmet Erin həbs edilməsi barədə həmin gün, yəni 1995-ci il iyulun 14-də məlumat verilmişdir. Eyni zamanda, Məhkəmə qeyd edir ki, ərizəçilərin qohumunun təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsi barədə təxirəsalınmaz, təfərrüatlı və ciddi şikayət prokuroru hərəkətə gətirməmişdir.
84. Görünür ki, həmin prokuror tərəfindən heç bir tədbir görülməmiş və yalnız iki gün sonra o, mayor ilə telefon vasitəsilə əlaqə saxlamışdır (yuxarıda 14-cü bəndə bax). Hətta Ahmet Erin jandarma bölməsinə aparılması mayor tərəfindən təsdiq edildikdən, habelə Ahmet Erin azad edilməməsi ailəsi tərəfindən təsdiq edildikdən sonra prokuror sonrakı beş ay ərzində təhlükəsizlik qüvvələrinin heç bir üzvünü dindirmədi (yuxarıda 23-cü bəndə bax). Prokurorun sorğu göndərməyinə və onun bildirişlərinə cavab verməmiş hərbçilərə çalışqanlıqla yenidən bildiriş göndərməsinə baxmayaraq, görünür ki, hətta müvafiq prosedura əməl edilmədən Ahmet Erin hərbi hissədə saxlanılması hərbçilər tərəfindən təsdiq edildikdən sonra istintaq nəticəsiz qalmışdır.
85. Görünür ki, prokuror Ahmet Erin guya azad edilməsi barədə hərbçilərin ona dediklərini yoxlamadan qəbul etmişdir. Prokuror, misal üçün, hərbçilərin öz hissəsində Ahmet Erin qanunsuz saxlanmasına görə məsuliyyətə cəlb edilməsini təmin etmək üçün heç bir tədbir görməmişdir.
86. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilərin qohumu ilə baş verənləri müəyyən etmək üçün prokurorlar tərəfindən heç bir ciddi cəhd göstərilməmişdir.
87. Bütün bunları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, ərizəçilərin qohumunun yoxa çıxması ilə bağlı araşdırma qeyri-münasib və bununla yaşamaq hüququnun qorunmasına dair dövlətin prosessual öhdəliklərinə zidd olmuşdur. Nəticə etibarilə, Konvensiyanın 2-ci maddəsinin prosessual tərəfdən pozulması baş vermişdir.
II. AHMET ER İLƏ BAĞLI KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
88. Ərizəçilər Konvensiyanın 3-cü maddəsinin pozulduğunu iddia edərək bildirmişlər ki, onların qohumu Ahmet Er jandarma bölməsində saxlanıldığı zaman pis rəftara məruz qalmışdır.
89. Hökumət bu dəlilə etiraz bildirmişdir.
90. Məhkəmə ərizəçilərin iddiasına təqdim edilmiş sübutlara əsasən baxmışdır. O, hesab edir ki, Ahmet Erin jandarma bölməsində Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalması nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar yoxdur.
91. Buna görə, bu şikayət açıq-aşkar əsassız olmaqla Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü hissələrinə müvafiq olaraq rədd edilməlidir.
III. ƏRİZƏÇİLƏR İLƏ BAĞLI KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
92. Ərizəçilər onların qohumu ilə baş verənləri müəyyən edə bilməmələrinə görə əzab çəkdikləri ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu iddia etmişlər. Konvensiyanın 3-cü maddəsinə aşağıdakılar nəzərdə tutulur:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.”
93. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə (61-ci bənd) əlaqəlidir və buna görə qəbuledilən elan edilməlidir.
94. Məhkəmə bir daha təsdiq edir ki, “yoxa çıxmış şəxsin” ailə üzvünün Konvensiyanın 3-cü maddəsinə zidd rəftarın qurbanı olması məsələsi ərizəçinin əzablarının həcmini və xarakterini insan hüquqlarının ciddi pozulmasından zərər çəkmiş şəxsin qohumlarına qaçılmaz olaraq vurulmuş sayıla bilən emosional narahatlıqdan fərqləndirən xüsusi amillərin mövcudluğundan asılıdır. Bunlara qohumluq dərəcəsi (bu kontekstdə valideyn-uşaq bağlılığına xüsusi əhəmiyyət veriləcəkdir), bağlılığın xüsusi şəraiti, ailə üzvünün baş vermiş hadisələri hansı həcmdə görməsi, ailə üzvünün yoxa çıxmış şəxs barədə məlumatı əldə etməkdə iştirakı dərəcəsi və dövlət orqanları tərəfindən bu sorğulara cavab verməsi tərzi aiddir (bax: yuxarıda qeyd edilən “İpek” qərarı, §§ 181-183, və orada qeyd edilən mənbələr). Məhkəmə həmçinin vurğulayır ki, belə pozuntunun mahiyyəti daha çox ailə üzvünün “yoxa çıxması” faktı ilə deyil, dövlət orqanlarının onların diqqətinə gətirilmiş vəziyyətə reaksiyası və yanaşması ilə bağlıdır. Məhz sonuncu halda qohum dövlət orqanlarının davranışı nəticəsində zərər çəkdiyini birbaşa iddia edə bilər (bax: yuxarıda qeyd edilən “Çakıcı” qərarı, § 98).
95. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçilər yoxa çıxmış Ahmet Erin uşaqları və bacı-qardaşlarıdır. Onların bəziləri Ahmet Erin, demək olar ki, on yeddi il əvvəl əsgərlər tərəfindən aparıldığının şahidi olmuş və o vaxtdan onun barəsində məlumat almamışdır. Ərizəçilərin onların qohumunun yoxa çıxması barədə məlumat vermək və təsdiq edilməmiş saxlama ilə bağlı malik olduqları məlumatla bölüşmək məqsədilə dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, dövlət orqanları hətta saxlamanın qanunsuz olduğunu nəzərə alaraq hər hansı səmərəli tədbir görməmişlər (yuxarıda 87-ci bəndə bax).
96. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, ərizəçilər öz qohumunun yoxa çıxması və onların onunla baş verdiklərini aydın edə bilmədiklərinə görə narahatıq və əzab çəkmiş və çəkirlər. Onların şikayətlərinə dövlət orqanları tərəfindən baxılması qaydası Konvensiyanın 3-cü maddəsinə zidd olan qeyri-insani rəftar hesab edilməlidir (bax: yuxarıda qeyd edilən “Tanış və digərləri” qərarı, §§ 218-221).
97. Bununla da, Məhkəmə nəticəyə gəlir ki, ərizəçilər ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulması baş vermişdir.
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
98. Ərizəçilər həmçinin şikayət etmişlər ki, onların qohumu Konvensiyanın 5-ci maddəsinə zidd olaraq azadlıqdan məhrum edilmişdir.
99. Hökumət bu dəlilə etiraz bildirmişdir.
100. Konvensiyanın 5-ci maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallar istisna edilməklə və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
(b) məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
(c) hüquq pozuntusunu törətməkdə əsaslı sübhə ilə bağlı, yaxud onun tərəfindən cinayət törətməsinin və ya törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almaq üçün əsaslı olaraq zəruri hesab edildiyi hallarda şəxsin səlahiyyətli hüquq mühafizə orqanına gətirilməsi məqsədilə tətbiq edilmiş qanuni tutulma və ya həbsə alma;
(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti məqsədilə qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli hüquq mühafizə orqanına gətirilməsi məqsədilə qanuni həbsə alınması;
(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqoliklərin və ya narkotik aludəçilərinin və ya sərsərilərin qanuni həbsə alınması;
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq üçün və ya deportasiya, yaxud ekstradisiya məqsədi ilə barəsində tədbirlər həyata keçirilən şəxsin qanuni tutulması və ya həbsə alınması;
....”
101. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə (61-ci bənd) əlaqəlidir və buna görə qəbuledilən elan edilməlidir.
102. Məhkəmə şəxslərin demokratiyada dövlət orqanları tərəfindən özbaşına həbs etmə hallarından azad olmaq hüququna dair Konvensiyanın 5-ci maddəsində ehtiva edilmiş təminatların xüsusi əhəmiyyətini vurğulayır. Bununla əlaqədar o, qeyd etmişdir ki, azadlıqdan məhrum etmə milli qanunvericiliyin maddi və prosessual müddəalarına uyğun tətbiq edilməkdən əlavə həmçinin Konvensiyanın 5-ci maddəsinin əsas məqsədinə, yəni şəxsin özbaşına həbsdən qorumaq məqsədinə uyğun olmalıdır.
103. Özbaşına həbs etmə riskini minimuma endirmək üçün Konvensiyanın 5-ci maddəsində azadlıqdan məhrum etmə üzərində müstəqil məhkəmə nəzarətinin olmasını təmin etməyə yönəlmiş hüquqların məcmusu nəzərdə tutulur və dövlət orqanlarının həmin tədbirə görə cavabdehlik daşıması təmin edilir. Şəxsin qeyri-rəsmi qaydada həbsə alınması bu təminatların tamamilə inkar edilməsini və Konvensiyanın 5-ci maddəsinin ən ağır pozuntusunu təşkil edir. Dövlət orqanlarının öz nəzarəti altında olan şəxslərə görə məsuliyyət daşımaq vəzifəsi nəzərə alınaraq, Konvensiyanın 5-ci maddəsində tələb olunur ki, onlar yoxa çıxma təhlükəsinə qarşı müdafiə məqsədilə səmərəli tədbirlər həyata keçirsin, şəxsin həbsə alınması və sonradan görünməməsi barədə əsaslanmış şikayət üzrə təxirəsalınmaz və səmərəli araşdırma aparsınlar (bax: yuxarıda qeyd edilən “Akdeniz” qərarı, § 129 və orada göstərilən mənbələr).
104. Məhkəmə artıq müəyyən etmişdir ki, ərizəçilərin qohumu Ahmet Er 1995-ci il iyulun 14-də təhlükəsizlik qüvvələri tərəfindən öz kəndindən aparılmış və sonuncu dəfə həmin qüvvələrin nəzarətində jandarma bölməsində görünmüşdür. Onun həbsi heç bir qeydiyyat jurnalında əks etdirilməmiş və onun guya azad edilməsi barədə rəsmi qeydiyyat mövcud deyil. Məhkəmənin fikrincə, həmin faktın özü ən ciddi pozuntu hesab edilməlidir, çünki bunun nəticəsində azadlıqdan məhrum etmə tədbirinə məsuliyyət daşıyan şəxslər üçün onların cinayətdə iştirakını gizlətmək, öz izlərini silmək və həbs edilmiş şəxsin taleyinə məsuliyyətdən qaçmaq imkanı yaradılmışdır. Bundan başqa, həbs etmənin tarixi, vaxtı və yeri, həbs edilmiş şəxsin adı və həbsin səbəbləri, həbs etmiş şəxsin adı, azad etmənin tarixi və vaxtı kimi məlumatların qeydiyyata alınmaması Konvensiyanın 5-ci maddəsinin əsas məqsədinə zidd kimi qəbul edilməlidir (ibid., § 130).
105. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, Ahmet Er Konvensiyanın 5-ci maddəsində ehtiva edilmiş təminatların olmadığı şəraitdə qeyri-rəsmi həbsdə saxlanılmış və bu müddəa ilə təmin edilən azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması baş vermişdir.
V. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
106. Nəhayət, ərizəçilər şikayət etmişlər ki, onların qohumunun yoxa çıxması və sonradan ölməsi ilə bağlı araşdırmaya nail olmaq və təzminat almaq üçün Konvensiyanın 13-cü maddəsi mənasında səmərəli hüquqi müdafiə vasitəsi onlara mümkün olmamışdır.
107. Hökumət iddia etmişdir ki, dövlət orqanları səmərəli araşdırma aparmışlar.
108. Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulur ki,
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”
109. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə (61-ci bənd) əlaqəlidir və buna görə qəbuledilən elan edilməlidir.
110. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 13-cü maddəsi Konvensiya hüquq və azadlıqlarının mahiyyətinin onların dövlətdaxili hüquq qaydasında təmin edilməsi formasından asılı olmayaraq yerinə yetirilməsi üçün hüquqi müdafiə vasitələrin milli səviyyədə mümkünlüyünü təmin edir. Bununla da, Konvensiyanın 13-cü maddəsində Konvensiyaya əsasən “sübut edilə bilən şikayətin” mahiyyətinə baxmaq və pozulmuş hüququ bərpa etmək üçün dövlətdaxili hüquqi müdafiə vasitəsinin nəzərdə tutulması tələb olunur, baxmayaraq ki, Konvensiyaya tərəfdar çıxmış dövlətlərin bu müddəaya əsasən öz Konvensiya öhdəliklərinə riayət etməsi qaydası ilə bağlı müəyyən sərbəstliyi vardır. Konvensiyanın 13-cü maddəsinə əsasən öhdəliyin əhatə dairəsi də ərizəçinin Konvensiyaya əsasən şikayətinin xarakterindən asılıdır. Buna baxmayaraq, Konvensiyanın 13-cü maddəsi ilə tələb edilən hüquqi müdafiə vasitəsi təcrübədə və qanunda “səmərəli” olmalı, o mənada ki, onun həyata keçirilməsi cavabdeh dövlətin orqanlarının əməlləri və ya hərəkətsizliyi vasitəsilə əsassız olaraq pozula bilməsin (bax: “Aksoy Türkiyəyə qarşı” (Aksoy v. Turkey, 18 December 1996, § 95, Reports of Judgments and Decisions 1996-VI)).
111. Bundan başqa, ailə üzvünün dövlət orqanlarının nəzarətində olduğu zaman yoxa çıxması barədə sübut edilə bilən şikayət olduğu, yaxud yaşamaq hüququ kimi mühüm hüquqla bağlı məsələ olduğu halda, 13-cü maddə ilə tələb olunur ki, müvafiq kompensasiya ödənilməkdən əlavə, məsuliyyət daşıyanların müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara bilən səmərəli araşdırma aparılsın (bax: yuxarıda qeyd edilən “Timurtaş” qərarı, § 111, və orada göstərilən digər mənbələr).
112. Dövlət orqanlarının ərizəçilərin qohumunun həyatını qorumaq öhdəliyini yerinə yetirməməsi Məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alaraq, ərizəçilərin yuxarıdakı bənddə qeyd edilən mənada səmərəli hüquqi müdafiə vasitəsinə hüququ var idi.
113. Bununla da, dövlət orqanlarının ərizəçilərin qohumunun yoxa çıxması ilə bağlı səmərəli araşdırma aparmaq öhdəliyi olmuşdur. Yuxarıdakı 83-87-ci bəndləri nəzərə alaraq Məhkəmə müəyyən edir ki, cavabdeh dövlət bu öhdəliyə riayət etməmişdir.
Nəticə etibarilə, Konvensiyanın 13-cü maddəsinin pozulması baş vermişdir.
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
114. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Maddi ziyan
115. Maddi ziyan ilə əlaqədar olaraq Ahmet Erin uşaqları olan ilk yeddi ərizəçinin hər biri 25000 Türk lirəsinin[2], səkkizinci ərizəçi cənab Ali Er isə 45000 Türk lirəsinin[3] ödənilməsini xahiş etmişdir. Doqquzuncu ərizəçi xanım Mumi Er maddi ziyan ilə bağlı tələb irəli sürməmişdir.
116. Ərizəçi Ali Er bildirmişdir ki, onun qardaşının yoxa çıxmasından iki il sonra qardaşı arvadı vəfat etmiş və uşaqları baxımsız qalmışdır. O, iddia etmişdir ki, qardaşının yoxa çıxmasından sonra o, öz qardaşı uşaqlarına baxmışdır. Bu dəlilləri dəstəkləmək üçün o, ilk yeddi ərizəçidən altısının Ali Erin kirayə götürdüyü evdə yaşaması barədə yerli dövlət orqanının məktubunu Məhkəməyə təqdim etmişdir.
117. Hökumətin fikrincə, ərizəçilərin tələb etdiyi maddi ziyanla onların şikayətləri arasında səbəbiyyət əlaqəsi olmamışdır. O, həmçinin bildirmişdir ki, tələb edilən məbləğlər əsaslandırılmamışdır.
118. Ərizəçilərin maddi ziyanın ödənilməsi barədə tələblərinə gəldikdə, Məhkəmənin presedent hüququnda müəyyən edilmişdir ki, ərizəçi tərəfindən tələb edilən ziyan ilə Konvensiyanın pozuntusu arasında səbəbiyyət əlaqəsi olmalı və müvafiq hallarda buna əldə çıxmış gəlirləin ödənilməsi daxil ola bilər (bax: müxtəlif mənbələr sırasında, “Barbera, Meseq və Xabardo İspaniyaya qarşı” (Barberà, Messegué and Jabardo v. Spain (Article 50), 13 June 1994, §§ 16-20, Series A no. 285‑C), və yuxarıda qeyd edilən “Çakıcı” qərarı, § 127). Məhkəmə (yuxarıda 79-cu bənddə) müəyyən etmişdir ki, dövlət orqanları ərizəçilərin qohumunun yoxa çıxması və sonradan ölməsinə görə məsuliyyət daşımışlar.
119. Məhkəmə həmçinin qeyd edir ki, səkkizinci ərizəçinin qohumunun yoxa çıxmasından sonra onun uşaqlarına baxması barədə ifadəsi Hökumət tərəfindən mübahisələndirilmədi. Belə halda, 2-ci maddənin pozulması ilə ərizəçilərin Ahmet Erin verdiyi maddi dəstəyin itirməsi arasında səbəbiyyət əlaqəsi müəyyən edilmişdir.
120. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə ədalətli əsaslarla qərara gələrək səkkizinci ərizəçi olan Ali Erə 25000 avro məbləğində kompensasiyanı təyin edir. Məhkəmə həmçinin ilk yeddi ərizəçiyə, yəni cənab Mehmet Erə, xanım Gülşen Erə, cənab İslam Erə, cənab Adnan Erə, cənab Hızır Erə, xanım Hatice Erə, xanım Belkısa Erə birlikdə 35000 avro məbləğində kompensasiyanı təyin edir.
B. Mənəvi ziyan
121. Doqquz ərizəçinin hər birisi mənəvi ziyanla bağlı 35000 Türk lirəsinin[4] ödənilməsini xahiş etmişdir.
122. Hökumət tələb edilən məbləğin artıq və əsassız olduğunu hesab etmişdir. Onun fikrincə, pozuntunun müəyyən edilməsi ərizəçilərin çəkdiyi hər hansı mənəvi ziyana görə məqbul təzminatı təşkil edərdi.
123. Məhkəmə qeyd edir ki, dövlət orqanlarının ərizəçilərin qohumunun yoxa çıxmasına görə cavab verməsi onun tərəfindən müəyyən edilmişdir. Bununla bağlı 2, 3 və 5-ci maddələrin pozulmasından əlavə həmçinin müəyyən edilmişdir ki, dövlət orqanları Konvensiyanın 2-ci maddəsindəki prosessual öhdəliyə zidd olaraq və Konvensiyanın 13-cü maddəsini pozaraq səmərəli araşdırma aparmamış və həmin pozuntular ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrini təmin etməmişdir. Belə olan halda, Məhkəmə mənəvi ziyan ilə əlaqədar səkkizinci və doqquzuncu ərizəçilərə, yəni cənab Ali Erə və xanım Mumi Erə 5000 avro, qalan yedi ərizəçilərə isə birlikdə 55000 avro məbləğində kompensasiyanı təyin edir.
C. Məhkəmə xərcləri
124. Ərizəçilər şikayətlə bağlı məhkəmə xərclərinin çəkdiklərini bildirmiş və tərcümə xərcləri ilə bağlı öz vəkilinə cəmi 450 Türk lirəsinin[5] ödənilməsini göstərən sənədi Məhkəməyə təqdim etmişlər. Ərizəçilər həmçinin öz vəkili ilə mütəmadi görüşlərin keçirilməsini təsdiq edən sənədi Məhkəməyə təqdim etmişlər.
125. Hökumət hesab etmişdir ki, ərizəçilər məhkəmə xərcləri ilə bağlı heç bir tələb irəli sürməmişlər.
126. Məhkəmənin presedent hüququna əsasən ərizəçi çəkdiyi məhkəmə xərclərinin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və onların miqdarı münasib olsun. Hazırkı işdə təqdim edilmiş sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq Məhkəmə ərizəçilərə birlikdə tərcümə xərcləri ilə bağlı 250 avro məbləğində kompensasiyanı təyin edir.
D. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
127. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəçilərin qohumu Ahemt Erin jandarma bölməsində guya pis rəftara məruz qalması barədə şikayəti qəbuledilməz, ərizənin qalan hissəsini isə qəbuledilən elan edir;
2. Ərizəçilərin qohumunun yoxa çıxması və ehtimal olunan sonrakı ölümü ilə əlaqədar olaraq Konvensiyanın 2-ci maddəsinin pozulduğunu qət edir;
3. Dövlət orqanlarının ərizəçilərin qohumunun yoxa çıxması və ehtimal olunan sonrakı ölümü ilə bağlı münasib və səmərəli araşdırma aparmadığı ilə əlaqədar olaraq Konvensiyanın 2-ci maddəsinin pozulduğunu qət edir;
4. Ərizəçilər ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
5. Ərizəçilərin qohumunun jandarma bölməsində qanunsuz saxlanması ilə əlaqədar olaraq Konvensiyanın 5-ci maddəsinin pozulduğunu qət edir;
6. Konvensiyanın 13-cü maddəsinin pozulduğunu qət edir;
7. Qət edir ki,
(a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qərarın qəti qüvvəyə mindiyi gündən üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq cavabdeh dövlətin milli valyutasında ödəməlidir:
(i) maddi ziyan ilə əlaqədar ilk yeddi ərizəçiyə birlikdə hər hansı vergi tutmaları üstünə gəlməklə 35000 (otuz beş min) avro;
(ii) maddi ziyan ilə əlaqədar səkkizinci ərizəçi cənab Ali Erə hər hansı vergi tutmaları üstünə gəlməklə 25000 (iyirmi beş min) avro;
(iii) mənəvi ziyan ilə əlaqədar səkkizinci və doqquzuncu ərizəçilərə, yəni cənab Ali Erə və xanım Mumi Erə hər hansı vergi tutmaları üstünə gəlməklə 5000 (beş min) avro;
(iv) mənəvi ziyan ilə əlaqədar qalan yeddi ərizəçiyə birlikdə hər hansı vergi tutmaları üstünə gəlməklə 55000 (əlli beş min) avro;
(v) məhkəmə xərcləri ilə əlaqədar hər hansı vergi tutmaları üstünə gəlməklə 250 (iki yüz əlli) avro;
(b) yuxarıda qeyd edilən üç ay müddətindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
8. Ədalətli təzminat barədə ərizəçilərin qalan tələblərini rədd edir.
Məhkəmə qaydalarının 77-ci qaydasının 2 və 3-cü hissələrinə müvafiq olaraq, qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il iyulun 31-də yazılı qaydada göndərilmişdir.
Stenli NeysmitFransuaz Tulkens
Məhkəmə katibiSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakim A. Sayonun xüsusi rəyi bu qərara əlavə edilir[6].
F.T.
S.H.N.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] “Kürdüstan Fəhlə Partiyası” qanunsuz təşkilatı.
[2] Təxminən 14000 avro.
[3] Təxminən 25000 avro.
[4] Təxminən 19500 avro.
[5] Təxminən 250 avro.
[6] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy