© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 154 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, iyul
Er və Digərləri Türkiyəyə qarşı – 23016/04
2012-ci il 31 iyul tarixli qərar [2-ci Bölmə]
Maddə 35
Maddə 35-1
Altı aylıq müddət tələbi
Ərizə ərizəçilərin qohumunun itkin düşməsindən doqquz il sonra təqdim edilmişdir və bu zaman istintaq davam edirdi: ilkin etiraz rədd edildi
Faktlar – 1995-ci ildə baş vermiş silahlı toqquşmadan sonra doqquz ərizəçinin yaxın qohumu, iddia edildiyi kimi, əsgərlər tərəfindən kənddən aparılmış və sonra onun barəsində hər hansı məlumat olmamışdır. Onun itkin düşdüyü gün ərizəçilər prokurora məlumat vermişdirlər. Prokuror iş üzrə istintaqa başlamış, sonradan bu istintaqı hərbi prokuror davam etdirmişdir. Ərizəçilərin itkin düşmüş qohumlarının taleyinə heç zaman aydınlıq gətirilməmiş və 2004-cü ilin mayında ərizəçilər Avropa Məhkəməsinə müraciət etmişdirlər. Hökumət etiraz edərək, inter alia, bildirmişdir ki, ərizəçilər Konvensiyanın 35-ci maddəsinin birinci bəndində müəyyən edilmiş altı aylıq vaxt məhdudiyyətinə əməl etməmişdirlər.
Hüquqi məsələlər – maddə 35 § 1: Məhkəmə Varnava və Digərləri işi[*] üzrə yanaşmasını yenidən təsdiq edərək qeyd etmişdir ki, adam öldürmə işlərindən daha çox itkin düşmə ilə bağlı işlərdə itkin düşmüş şəxsin qohumları üçün nəyin baş verdiyini və ya baş verə biləcəyini qiymətləndirmək çətindir. İtkin düşmə hallarından sonra tez-tez rast gəlinən qeyri-müəyyənlik və çaşqınlıq vəziyyəti nəzərə alınmalıdır. Bundan əlavə, itkin düşmə o qədər ciddi xarakterə malikdir ki, qohumlardan gözlənilən tələskənlik standartına həddən çox dəqiqliklə yanaşmaq mümkün deyildir. Nəhayət, məhz ölkə daxili səviyyədə işin hallarının mümkün qədər araşdırılması və məsələlərin həll edilməsi ən yaxşı çıxış yolu olardı. Bütün bu səbəblər itkin düşmə ilə bağlı işlərdə altı aylıq vaxt məhdudiyyətinə əməl olunması məsələsinin araşdırılması zamanı yanaşmanın daha yumşaq olmasına bəraət qazandırır. Lakin, Varnava və Digərləri işindən fərqli olaraq, beynəlxalq münaqişə vəziyyəti ilə bağlı olmayan hazırkı işdə ərizəçilərin istintaq orqanlarına birbaşa müraciət ilə bağlı onlardan gözlənilən konkret addımları atıb-atmadıqları müəyyən edilməlidir. Ərizəçilər qohumlarının hərbçilər tərəfindən tutulması barədə dərhal prokurora məlumat vermişdirlər. Onlar prokuror, həmçinin hərbi prokuror ilə əməkdaşlıq etmiş və onlara şahid ifadələri vermişdirlər. Ərizəçilər tərəfindən təyin edilmiş vəkil də hərbi prokurorlar ilə əlaqə yaratmış və istintaq barədə ona əlavə məlumatın verilməsini xahiş etmişdir. Sözü gedən müddətdə ardıcıl olmasa da istintaq hərəkətləri həyata keçirilmiş və ərizəçilər dövlət orqanlarına kömək etmək üçün onlardan gözlənilən hər şeyi etmişdirlər. Bundan əlavə, mülki prokurorun hərbçilərin itkin düşmə faktına aidiyyəti olmaları barədə sübutun etibarlı olmasına dair 2003-cü ildə qəbul etdiyi qərara və sonradan hərbi prokuror tərəfindən başlanmış istintaqa ərizəçilər işin vəd verən yeni gedişatı kimi baxa bilərdilər. Belə olan halda, qeyd etmək olar ki, ərizəçilər sadəcə olaraq istintaqın nəticəsini gözləməmiş, tələb olunan çalışqanlığı nümayiş etdirmişdirlər.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə)
Məhkəmə Konvensiyanın 2-ci (maddi və prosessual aspektlər), 3-cü (maddi aspekt), 5-ci və 13-cü maddələrinin pozulduğunu qət etmişdir.
Maddə 41: mənəvi ziyana görə 65000 avro və maddi ziyana görə 60000 avro məbləğində kompensasiya müəyyən edilmişdir.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou toute autre base de donnée à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
[*] Varnava and Others v. Turkey [GC], nos. 16064/90 et al., 18 September 2009, Information Note no.122
Full & Egal Universal Law Academy