© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Evans Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Evans v. the United Kingdom [GC]), ərizə № 6339/05
10.04.2007-ci il tarixli qərar [Böyük Palata]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Mayalanmış yumurta hüceyrələrinin mühafizəsi və implantasiyası üçün atanın razılığının tələb olunması: pozuntu baş verməyib
Faktlar – 2000-ci ilin iyulunda ərizəçi və onun cütlük münasibətində olduğu J. sonsuzluğun müalicəsi kursuna başladılar. 2000-ci ilin oktyabrında ərizəçi klinikaya daxil olarkən ona "yumurta hüceyrələrinin xərçəngqabağı vəziyyəti" diaqnozunu qoydular və tövsiyə etdilər ki, yumurtalıqları cərrahiyyə əməliyyatı yolu ilə kəsilib götürülənə qədər süni mayalanmanı həyata keçirsin. Tibbi məsləhət zamanı ona və J.-yə məlumat verdilər ki, müalicənin aparılması üçün onlar hər ikisinin razılığını əks etdirən sənədə imza qoymalı və təsdiq etməlidirlər ki, "İnsanın süni yolla mayalanması və embriologiya haqqında" 1990-cı il tarixli Qanuna ("1990-cı il tarixli Qanun") uyğun olaraq onların hər biri rüşeym ərizəçinin analıq yoluna qoyulana qədər razılıqlarını geri götürmək hüququna malik olduqları barədə məlumatlandırılıblar. Ərizəçini belə bir sual maraqlandırırdı ki, J. ilə münasibətlərinə son qoyularsa, o, yumurta hüceyrələrinin mayalanması üçün hər hansı digər vasitələrdən istifadə etməlidirmi? J. onu arxayın etdi ki, belə hal baş verməyəcək. 2001-ci ilin noyabrında cütlük klinikaya müraciət etdi, nəticədə altı rüşeym (embrion) əldə edildi və saxlanılmağa qoyuldu. İki həftə sonra ərizəçinin yumurtalıqlarının kəsilib götürülməsi üzrə cərrahiyyə əməliyyatı aparıldı. Ona izah etdilər ki, rüşeymlərin analıq yoluna implantasiya olunması yalnız iki ildən sonra mümkün olacaq. 2002-ci ilin mayında ərizəçi ilə J.-nin münasibətlərinə son qoyuldu və J. 1990-cı il tarixli Qanuna uyğun olaraq klinikaya məlumat verdi ki, rüşeymlərin istifadə edilməsinə və mühafizəsinin davam etdirilməsinə icazə vermir. Ərizəçi Yüksək Məhkəməyə müraciət edərək bir sıra məsələlərlə yanaşı tələb etdi ki, J.-nin razılığı məcburi qaydada alınsın. 2003-cü ilin oktyabrında onun tələbləri rədd edildi, çünki qərara alındı ki, J. vicdanlı niyyətlə hərəkət edib, belə ki, ərizəçi ilə münasibətlərinin davam edəcəyinə həqiqətən inanıb. 2004-cü ilin oktyabrında Apellyasiya Məhkəməsi Yüksək Məhkəmənin qərarını qüvvədə saxladı. Ərizəçinin bu qərardan şikayət etməsinə icazə verilmədi.
Ərizəçi şikayət etdi ki, ölkə qanunvericiliyimə əsasən onun keçmiş sevgilisinin rüşeymlərin və mühafizəsinə və istifadəsinə razılığını geri götürməsinə icazə verilməsi ərizəçini onun özü ilə genetik bağlılığı olan uşağın anası olmaq imkanından məhrum edib.
Hüquqi məsələlər – Maddə 2: Dövlət tərəfindən yaşamaq hüququna riayət edilməsi öhdəliyinin hansı andan başlanmalı olduğu barədə məsələyə aydınlıq gətirərkən Palatanın 7 mart 2006-cı il tarixli qərarında göstərdiyi səbəblərə görə (84 saylı Məlumat bülleteninə bax), ərizəçi ilə J.-dən alınmış rüşeym myalamaq hüququna malik deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 8: Bu işdə araşdırılan hüquqların xarakteri – "Şəxsi həyat" anlayışı şəxsin valideyn olmaq və ya olmamaq məsələsi barədə qərarına hörmət edilməsi hüququnu özündə ehtiva edir. Lakin ərizəçi onun ana olmasına sosial, hüquqi, yaxud hətta fiziki baxımdan hər hansı formada maneə yaradıldığını iddia etməyib, belə ki, daxili qanunvericilikdə və ya hüquq praktikasında onun uşaq övladlığa götürməsini, yaxud əldə edilmiş qametlərin (cinsiyyət hüceyrələrinin) köməyi ilə süni mayalanma yolu ilə uşaq dünyaya gətirməsini qadağan edən heç bir müddəa yox idi. Daha dəqiq desək, onun şikayəti bundan ibarət idi ki, 1990-cı il tarixli Qanunun razılıq barədə müddəaları onun J. ilə birgə yaratdığı rüşeymlərdən onun istifadə etməsinə mane olmuş və beləliklə, onu özü ilə genetik bağlılığı olan uşağın anası olmaq imkanından məhrum etmişdi. Genetik baxımdan valideyn olmaq qərarına hörmət hüququ ilə əlaqədar olan bu konkret məsələ 8-ci maddənin tətbiq dairəsinə düşür. Bu işdə əsas dilemma iki şəxsin – ərizəçi ilə J.-nin 8-ci maddədə nəzərdə tutulmuş hüquqları arasındakı ziddiyyətlə bağlı idi. Üstəlik bu şəxslərin maraqları bir-birinə zidd idi, çünki ərizəçinin rüşeymlərdən istifadəsinə icazə verilsəydi, bu, J.-nin atalığa məcbur edilməsi demək olardı, yaxud J.-nin razılığını geri götürməsi ərizəçinin genetik valideyn olmaq imkanından məhrum edilməsi demək idi. Bu işin mürəkkəb hallarını nəzərə alsaq, milli hakimiyyət orqanlarının qəbul etdiyi istənilən qərar tərəflərdən birinin maraqlarının bütünlüklə istisna edilməsi ilə nəticələnəcəkdi. Qanunvericilikdə həmçinin bir sıra geniş ictimai maraqlar nəzərə alınmışdı, məsələn, razılıq hüququnun üstünlük təşkil etməsi və hüquqi müəyyənliyə və aydınlığa şərait yaradılması nəzərdə tutulmuşdu.
Pozitiv öhdəlik, yaxud müdaxilə: Bu işin hallarını pozitiv öhdəliklər baxımından araşdırmaq məqsədəuyğun olar. Əsas sual ondan ibarətdir ki, bu işdə tətbiq edilmiş qanunvericilik normaları ziddiyyətə girən ictimai maraqlarla fərdi maraqlar arasında ədalətli balansı təmin edirdimi? Bu məsələ ilə əlaqədar olaraq milli məhkəmələrin gəldiyi bu nəticəni qəbul etmək lazımdır ki, J. birgə yaratdıqları rüşeymlərdən ərizəçinin təkbaşına istifadə etməsinə razılığını heç vaxt bildirməmişdi.
Dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları: Bu işdə qaldırılan məsələlər, şübhəsiz ki, mənəvi və etik xarakter daşıyırdı və Avropa ölkələri arasında bu məsələyə vahid yanaşma yox idi. Bəzi iştirakçı dövlətlər süni mayalanmanın tətbiqinə nəzarət haqqında əsas və yardımçı qanunvericilik aktlarını qəbul etdikləri halda, digərləri bu məsələnin tənzimlənməsini tibb praktikasının və etik prinsiplərin öhdəsinə buraxmışdı. Birləşmiş Krallıqda rüşeymlərin mühafizəsi üçün cinsiyyət hüceyrələrinin hər iki donorunun yazılı razılığı tələb olunduğu halda (bu razılıq implantasiya anına qədər geri götürülə bilər), digər Avropa ölkələrinə başqa qaydalar və fərqli praktika tətbiq edilirdi. Cinsiyyət hüceyrələrinin donorlarının süni mayalanmanın hansı mərhələsinə qədər yazılı razılıqlarını geri götürmələrinə icazə verilməli olduğu barədə konsensusun mövcud olduğunu söyləmək olmaz. Ərizəçi süni mayalanma prosesində onun sərf etdiyi böyük fiziki və emosional enerji, habelə sonrakı sonsuzluğu ona J.-nin üzərində üstünlük hüququ verirdi, amma bu məsələdə də Avropada konsensus mövcud deyil. Beləliklə, süni mayalanmanın istifadəsi təbabətin və elmin sürətli inkişafı şəraitində həssas mənəvi və etik məsələləri doğurmuşdu və qaldırılan məsələlərə dair iştirakçı dövlətlərin ümumi mövqeyi olmadığına görə bu sahədə cavabdeh dövlətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları geniş olmalıdır və prinsipcə bu sərbəstlik həmçinin süni mayalanmanın tətbiqini tənzimləyən qanunvericiliyin və ziddiyyətə girən ictimai maraqlarla fərdi maraqlar arasında balansa nail olmağa imkan yaradan ətraflı qaydaların qəbulu məsələsinə də şamil olunmalıdır.
8-ci maddəyə riayət edilib-edilməməsi məsələsi: Beləliklə, indi onu araşdırmaq qalır ki, bu işin konkret halları baxımından J.-nin rüşeymin ərizəçinin analıq yoluna implantasiya edilməsindən imtina etməsinə və ya verdiyi razılığı geri götürməsinə icazə verən qanunvericiliyin tətbiqi ziddiyyət girən maraqlar arasında ədalətli balansı təmin edirdimi? Texniki cəhətdən insan rüşeymlərinin dondurulmuş halda mühafizə edilməsi imkanının yaranması süni mayalanma ilə cinsi əlaqə yolu ilə baş verən mayalanma arasında əhəmiyyətli fərqə səbəb olub, yəni rüşeymin mayalanması ilə onun analıq yoluna implantasiya edilməsi arasında müəyyən zaman fasiləsinin, o cümlədən uzunmüddətli fasilənin yaranmasına və bu dövrdə müdaxilənin mümkünlüyünə gətirib çıxarıb. Buna görə də, dövlət tərəfindən bu cür zaman fasiləsini nəzərə alan hüquqi tənzimləmə sxeminin yaradılması qanuni və arzuedilən haldır. Bu həssas sahədə tətbiq edilməli olan siyasət və prinsiplər barədə qərarı ilk növbədə dövlət qəbul etməlidir. 1990-cı il tarixli Qanun süni mayalanma və embriologiya sahəsindəki son nailiyyətlərin sosial, etik və hüquqi nəticələrinin son dərəcə diqqətlə öyrənilməsinin, habelə uzunmüddətli mülahizələrin, məsləhətləşmələrin və müzakirələrin nəticəsində hazırlanmışdı. Bu Qanun süni mayalanmanı həyata keçirən klinikanın üzərinə belə bir hüquqi öhdəlik qoyurdu ki, bu prosedura məruz qalan şəxslərə bu prosedur barədə və ona yazılı razılıq verilməsi haqqında qanunvericilik normalarını izah etsinlər. Ərizəçinin işində də məhz belə olmuşdu, belə ki, həm o, həm də J. Qanunda nəzərdə tutulmuş formaları imzalamaqla bu prosedura razılıq verdiklərini təsdiq etmişdilər. Lakin bu Qanun həmçinin cinsiyyət hüceyrələrinin donorlarına icazə verirdi ki, rüşeym analıq yoluna implantasiya olunana qədər istənilən anda razılıqlarını geri götürsünlər. Baxmayaraq ki, ərizəçinin səhhəti onun bu məsələ barədə təcili surətdə və stress şəraitində qərar qəbul etməsini tələb edirdi, J.-nin spermasının köməyi ilə öz yumurta hüceyrəsinin mayalanmasına icazə verərkən o, dərd edirdi ki, bunlar onun orqanizminin yaratmaq iqtidarında olduğu son yumurta hüceyrələridir və rüşeym analıq yoluna implantasiya olunmazdan əvvəl onkoloji müalicənin aparılmasına müəyyən vaxt tələb olunur, bu müddətdə isə J., Qanunun müddəalarına uyğun olaraq, implantasiyaya verdiyi razılığı istənilən an geri götürə bilər. Ərizəçi heç bir konkret haldan asılı olmayaraq razılıq haqqında milli qanunvericilik normalarının məcbur tətbiqini tənqid etsə də, Qanunun özü mahiyyət etibarı ilə 8-ci maddəyə zidd deyildi. İnsanın ləyaqətinə və azad iradəsinə hörmət edilməsini, habelə süni mayalanmada iştirak edən tərəflər arasında ədalətli balansa riayət edilməsini təmin etmək niyyəti qanunverici orqanı heç bir istisna hala yol verməyən müddəaları qəbul etməyə sövq etmişdi, həmin müddəalara əsasən, süni mayalanma məqsədi ilə öz cinsiyyət hüceyrələrini verən istənilən şəxsə qabaqcadan xəbərdarlıq edilirdi ki, alınmış genetik material onun razılığı olmadan istifadə edilməyəcək. Bu prinsipdən əlavə, bu qaydanın mütləq xarakter daşıması hüquqi müəyyənliyi təmin edir və ölkə məhkəmələrinin bir-birinə "tamamilə zidd" adlandırdıqları maraqların fərdi qaydada qiymətləndirilməsindən irəli gələn problemləri, o cümlədən qanunsuz və ya ziddiyyətli qərarları aradan qaldırırdı. Bu ümumi maraqları qanuni idi və 8-ci maddəyə uyğun idi. Bu mülahizələri, o cümlədən Avropada bu məsələyə dair konsensusun olmadığını nəzərə alaraq, Məhkəmə belə hesab etmədi ki, ərizəçinin genetik valideyn olmaq qərarına hörmət edilməsi hüququ J.-nin ərizəçi ilə birgə genetik övlada malik olmamaq qərarına hörmət edilməsi hüququndan üstün tutulmalıdır.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
Maddə 14: Məhkəmə qərara aldı ki, analoji vəziyyətdə olan hər hansı digər qadınla müqayisədə ərizəçinin fərqli rəftara məruz qalması məsələsini araşdırmağa ehtiyac yoxdur, çünki 8-ci maddənin pozulmadığı barədə Məhkəmənin rəyində gətirilmiş əsaslar həmçinin 14-cü maddəyə riayət edildiyinə dair ağlabatan və obyektiv izahatı özündə əks etdirir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy