© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 159 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, yanvar
Eveyda və Digərləri Birləşmiş Krallığa qarşı – 48420/10, 36516/10 və 51671/10 nömrəli şikayətlər üzrə
2013-cü il 15 yanvar tarixli qərar [Dördüncü Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Dinə və əqidəyə etiqad
Dini simvolları (xaç) taxan və öz dini etiqada uyğun olmayan vəzifəsini icra etməkdən imtina edən işçiyə qarşı inzibati tədbirlər: pozuntu baş verib; pozuntu baş verməyib
Maddə 14
Ayrı-seçkilik
Dini simvolları (xaç) taxan və öz dini etiqada uyğun olmayan vəzifəsini icra etməkdən imtina edən işçiyə qarşı inzibati tədbirlər: pozuntu baş verib; pozuntu baş verməyib
Faktlar – Mömin xristian olan hər dörd ərizəçi iddia etmişdirlər ki, milli qanunvericilik onların dini əqidəyə etiqad etmək hüququnu adekvat şəkildə müdafiə etməmişdir. Britaniya Hava Yollarının əməkdaşı olan birinci ərizəçi, xanım Eveyda, və ahıllara baxan tibb bacısı olan ikinci ərizəçi, xanım Çaplin, iddia etmişdirlər ki, işə götürənlər onlara boynunda görünən yerdən xaçı taxmağa qadağan etmişdirlər. Doğum, ölüm və nikah üzrə qeydiyyat məmuru olan üçüncü ərizəçi, xanım Ladel, və məxfi qaydada seks terapiya və sevgi münasibətləri ilə bağlı məsləhət vermə xidmətləri göstərən cənab Makfarleyn, iddia etmişdirlər ki, onlar homoseksuallığa rəvac verən və bununla onların dini etiqadına uyğun olmadığını hesab edən müəyyən vəzifələrin icra etməkdən imtina etdiklərinə görə işdən azad ediliblər.
Hüquqi məsələlər – ayrılıqda Konvensiyanın 9-cu maddəsi və bu maddə ilə birlikdə 14-cü maddəsi: Məhkəmənin və Komissiyanın mövcud təcrübəsinə görə əgər şəxs din və ya əqidəsinə etiqad azadlığı üzərinə qoyulmuş məhdudiyyətdən yan keçə bilərsə, onun 9-cu maddənin 1-ci bəndi ilə nəzərdə tutulmuş hüququna müdaxilə edilməsi mümkün deyil və buna görə də məhdudiyyətin 9-cu maddənin 2-ci bəndinə əsasən əsaslandırılmasına zərurət qalmır. Lakin, Məhkəmə demokratik cəmiyyətdə din azadlığının əhəmiyyətini nəzərə alaraq hesab edir ki, şəxs iş yerində din azadlığına qoyulan məhdudiyyətdən şikayət edən zaman iş yerinin dəyişdirilməsi imkanının olmasının hüquqa istənilən müdaxilənin mümkünlüyünü aradan qaldırdığını qət etməkdənsə, həmin imkanın əhəmiyyətinə məhdudiyyətin mütənasib olub-olmadığını nəzərdən keçirən zaman ümumi tarazlığın mövcudluğu baxımından yanaşmaq daha düzgün olardı. Birinci və dördüncü ərizəçilərin işlərində olduğu kimi barəsində şikayət verilən hərəkətlər özəl şirkətlər tərəfindən edildiyi və buna görə də birbaşa cavabdeh dövlətə aid edilməsinin mümkün olmadığı hallarda Məhkəmə məsələlərə dövlət orqanlarının yurisdiksiyası altında olan şəxslərin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi istiqamətindəki pozitiv öhdəliyi baxımından baxmalıdır.
Konvensiyanın 14-cü maddəsi əsasında tətbiq olunan prinsiplərə gəlincə ümumiyyətlə bu məsələnin ortaya çıxması üçün analoji və ya nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə rəftarda fərq olmalıdır, Konvensiyada nəzərdə tutulmuş hüquqlardan istifadə edən zaman ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin o zaman pozulmuş sayılır ki, dövlətlər obyektiv və ağlabatan əsas olmadan vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olmayan şəxslərlə fərqli davrana bilmirlər. Nisbətən oxşar vəziyyətlərdə olan şəxslər arasındakı rəftarda fərqlilik və ya nisbətən fərqli vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edə bilməmə obyektiv və ağlabatan əsası olmadığı təqdirdə, başqa sözlə, qanuni məqsədə nail olunmasına yönəlmədikdə və ya istifadə olunmuş vasitələrlə nail olunması istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olmadıqda, ayrı-seçkilik xarakteri daşıyır.
(a) Birinci ərizəçi – Məhkəmə qəbul edir ki, birinci ərizəçinin işdə xaçı açıq şəkildə taxmaqda təkid etməsi onun dini əqidəyə etiqad etməsindən irəli gəlir və Britaniya Hava Yollarının 2006-cı ilin sentyabrından 2007-ci ilin fevralına qədər ərizəçiyə xaçı açıq şəkildə taxaraq vəzifəsində qalmağa icazə verməməsi onun dinə etiqad etmək hüququna müdaxilə hesab olunur. Bu müdaxilə birbaşa dövlətə aid edilə bilmədiyindən Məhkəmə dövlət orqanlarının bütün hallarda 9-cu maddədə nəzərdə tutulmuş pozitiv öhdəliyinə əməl edib-etmədiyini araşdırmalıdır.
Məhkəmə hesab etmir ki, Birləşmiş Krallıqda da iş yerində dini paltarların və simvolların geyinilməsini tənzim edən hüquq normasının mövcud olmaması özü özlüyündə dini etiqad azadlığını pozur, belə ki, həmin məsələ ərizəçinin ayrı-seçkiliyə məruz qalması ilə bağlı iddiası çərçivəsində yerli məhkəmələr tərəfindən baxıla bilər.
Britaniya Hava Yolları tərəfindən vahid geyim forması qaydalarının həyata keçirilməsi, xüsusən şirkətin imicinin təşviq edilməsi, habelə öz xidmət nişanının və şəxsi heyətinin tanıtdırılması məqsədi qanuni olmuşdur. Lakin yerli məhkəmələr ona həddən çox üstünlük vermişdirlər. Birinci ərizəçinin xaçı sadə olmuş və onun peşəkar görünüşünə təsir göstərə bilməzdi. Digər işçilər tərəfindən çalma və hicab kimi əvvəllər icazə verilmiş dini geyim dəstlərindən istifadənin Britaniya Hava Yollarının xidmət nişanına və ya imicinə mənfi təsiri barədə hər hansı sübut mövcud olmamışdır.
Bundan əlavə, şirkətin vahid geyim forması qaydalarında dəyişiklik edərək dini simvolik zinət əşyalarının geyinilməsinə icazə verməsi imkanının olması əvvəllər qoyulmuş qadağanın mühüm əhəmiyyət kəsb etmədiyini göstərmişdir.
Bununla digərlərinin maraqlarına hər hansı real xələlin yetirilmədiyi bu halda yerli dövlət orqanları 9-cu maddədə nəzərdə tutulmuş pozitiv öhdəliyi pozaraq birinci ərizəçinin dininə etiqad etmək hüququnu kifayət qədər müdafiə edə bilməmişdir. Konvensiyanın 9-cu maddəsi ilə birlikdə 14-cü maddə əsasında şikayətin ayrıca araşdırılmasına ehtiyac olmadığı hesab edilir.
Nəticə: birinci ərizəçi münasibətdə pozuntu baş vermişdir (beş səs lehinə iki səs əleyhinə)
(b) İkinci ərizəçi – Məhkəmə qəbul edir ki, ikinci ərizəçinin iş yerində xaç və boyunbağı geyinmək qətiyyəti onun dinə etiqad forması olmuşdur və səhiyyə orqanı tərəfindən xaçı taxmaqla tibb bacısı işində qalmağa icazə verilməməsi onun dinə etiqad azadlığına müdaxilə idi.
Məhdudiyyətin qoyulması tibb bacıları və pasientlərin sağlamlığı və təhlükəsizliyinin qorunması kimi qanuni məqsədlərə nail olmağa yönəlmişdir. Sübut ondan ibarət idi ki, ərizəçinin müdiriyyəti narahat pasientlərin boyunbağını tutaraq çəkmələri, beləliklə də özlərinə və ya ərizəçiyə xələl yetirmək, ya da xaçın qabağa hərəkət edərək açıq yaraya dəymək riskinin olduğunu hesab edirdilər. Hazırkı işdə qoyulan məhdudiyyətin səbəbi, birinci ərizəçinin işindəki ilə müqayisədə daha böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda başqa bir xristian tibb bacısından xaçı və boyunbağını çıxarmasının xahiş olunduğunu sübut edən fakt da mövcud idi. İki sikh təriqətli tibb bacısına bilərzik və kirpanı gəzdirmələrinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda bədənə kip yapışmayan hicabın da geyinilməsi qadağan edilmişdi. Ərizəçiyə təklif olunmuşdur ki, xaçı broşka kimi geyimə sancılsın, ya da jaketin altından geyinilən paltarın altında gizlədilsin. Lakin o, bunun dini inancına əməl olunmaq baxımından qənaətbəxş olduğunu hesab etməmişdir.
Bundan əlavə, bu elə bir sahədir ki, burada yerli dövlət orqanlarına geniş təqdir səlahiyyəti verilməlidir. Xəstəxananın müdiriyyəti xəstəxanada təhlükəsizlik qaydaları barədə qərar qəbul etmək üçün məhkəmədən, xüsusilə hər hansı birbaşa sübuta malik olmayan beynəlxalq məhkəmədən daha yaxşı mövqeyə malikdir. Buradan belə çıxır ki, Məhkəmə ikinci ərizəçinin barəsində şikayət etdiyi tədbirlərin qeyri-mütənasib olması barədə nəticəyə gələ bilməz. Yəni onun dinə etiqad etmək azadlığına müdaxilə demokratik cəmiyyətdə zəruri idi. Bununla Konvensiyanın 9-cu maddəsi həm ayrılıqda həm də 14-cü maddə birlikdə pozulmamışdır.
Nəticə: ikinci ərizəçi münasibətdə pozuntu baş verməmişdir (yekdilliklə)
(c) Üçüncü ərizəçi – Aydındır ki, üçüncü ərizəçinin eyni cinsli nikahların yaradılmasında iştirakdan imtina etməsi birbaşa onun dini əqidəsindən irəli gəlirdi. Sözü gedən hadisələr 9-cu və 14-cü maddələrin əhatəsi dairəsinə düşür. Müqayisə aparmaq üçün müvafiq şəxs kimi eyni cinsli nikahlara dini zəmində hər hansı etirazı olmayan qeydiyyat məmuru çıxış edir. Məhkəmə razılaşır ki, yerli hakimiyyət orqanının doğum, nikah və ölümün qeydiyyatı üzrə bütün məmurların həmçinin eyni cinsli nikahların qeydiyyatı üzrə məmur vəzifəsinə təyin olunmaları dini baxışları ilə bağlı məhz onun üçün xüsusilə mənfi nəticələr doğurmuşdur. Həmin tələb müxtəlif cinsi oriyentasiyalar üçün bərabər şəraitin müdafiəsi kimi qanuni məqsədə yönəlmişdir. İstifadə olunmuş vasitələrin mütənasib olub-olmadığını müəyyən edərək aydındır ki, üçüncü ərizəçi üçün nəticələr ciddi olmuşdur: dini əqidəsi güclü olduğundan o, eyni cinsli nikahların qeydiyyatı üzrə məmur vəzifəsinə təyin olunmaqdansa, intizam məsuliyyətinə cəlb olunmağı seçmiş və bunun da nəticəsində iş yerini itirmişdir. Bundan əlavə, əmək müqaviləsinin bağlanması zamanı ərizəçinin xüsusi olaraq eyni cinsli nikahların qeydiyyatında iştiraka etiraz etməklə dini əqidəsinə etiqad etmək hüququndan imtina etdiyi bildirmək mümkün deyil, belə ki, bu tələb işəgötürən tərəfindən daha sonralar irəli sürülmüşdür.
Lakin digər tərəfdən yerli hakimiyyət orqanının apardığı siyasətin məqsədi digər şəxslərin Konvensiya ilə qorunan hüquqlarının təmin edilməsi olmuşdur. Məhkəmə əsasən Konvensiyada nəzərdə tutulmuş hüquqların rəqabətdə olması zamanı onlar arasında tarazlığın yaradılması məsələsində milli hakimiyyət orqanlarına geniş təqdir səlahiyyəti verir. Bütün hallarda Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları, yəni işəgötürən qismində çıxış etmiş və intizam prosedurunu başlamış yerli hakimiyyət orqanı, eləcə də ərizəçinin ayrı-seçkiliklə bağlı tələbini rədd etmiş ölkə daxili məhkəmə orqanları onlara verilmiş təqdir səlahiyyətini aşmamışlar. Buna görə də üçüncü ərizəçi ilə bağlı 9-cu maddə ilə birlikdə 14-cü maddə pozulmamışdır.
Nəticə: üçüncü ərizəçi münasibətdə pozuntu baş verməmişdir (beş səs lehinə iki səs əleyhinə)
(d) Dördüncü ərizəçi – İşçilərindən eyni və müxtəlif cinslərdən olan cütlüklərə bərabər xidmətlərin təmin olunmasını tələb edən siyasət yürüdən özəl şirkət tərəfindən işə götürülmüş ərizəçi eyni cinsli cütlüklərlə psixo-seksual məsləhətləşmə aparmaqdan imtina etmiş və bunun da nəticəsində ona qarşı intizam icraatı qaldırılmışdır.
Məhkəmə dördüncü ərizəçinin etirazının birbaşa onun nikah və cinsi münasibətlər barədə ortodoks xristian etiqadından irəli gəldiyini qəbul edərək bildirir ki, onun eyni cinsli cütlüklərlə məsləhətləşmə aparmaqdan imtinası dinə və əqidəsinə etiqad kimi qəbul olunmalıdır. Dövlətin 9-cu maddəyə əsasən pozitiv öhdəliyi onun bu hüququnun təmin olunmasını tələb edirdi.
Pozitiv öhdəliyinə əməl edib-etmədiyi və xüsusilə rəqabət aparan maraqlar arasında ədalətli tarazlıq yaradıb-yaratmadığı müəyyən edərək Məhkəmə ərizəçinin işinin itirilməsinin onun üçün ciddi nəticələrə səbəb olan ciddi sanksiya olduğunu nəzərə alır. Digər tərəfdən ərizəçi təşkilatın bərabər imkanlar siyasəti apardığını və cinsi oriyentasiyasına görə müştərilər arasında fərq qoyulmasının mümkün olmadığını bilərək könüllü şəkildə təşkilatın aspirantlar üçün psixo-seksual münasibətlərə dair məsləhətləşmə üzrə nəzərdə tutulmuş təlim proqramına qoşulmuşdur.
Fərdin əmək müqaviləsi bağlamasının və dini əqidəsinə etiqad azadlığına təsir göstərəcəyini bilə-bilə üzərinə məsuliyyət götürməsinin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlara müdaxilənin olub-olmadığı məsələsinin müəyyən edilməsi zamanı həlledici əhəmiyyətə malik olduğu hesab edilməsə də, bu, ədalətli tarazlığın təmin olunub-olunmadığının qiymətləndirilməsi zamanı önəm veriləsi məsələdir
Lakin ən mühüm amil odur ki, işəgötürənin hərəkəti ayrı-seçkilik salmadan xidmətlər göstərmək siyasətinin həyata keçirilməsinin təmin olunması məqsədi daşıyırdı. Buna görə də dövlət orqanları dördüncü ərizəçinin dini əqidəsinə etiqad etmək hüququ ilə işəgötürənin digərlərinin hüquqlarının təmin olunmasındakı marağı arasında tarazlığın necə yaradılması barədə qərar qəbul edən zaman geniş təqdir səlahiyyətindən istifadə etmişdir. Bütün hallarda Məhkəmə hazırkı işdə bu təqdir səlahiyyətinin aşılmadığı qənaətindədir. Bununla Konvensiyanın 9-cu maddəsi həm ayrılıqda həm də 14-cü maddə birlikdə pozulmamışdır.
Nəticə: dördüncü ərizəçi münasibətdə pozuntu baş verməmişdir (yekdilliklə)
41-ci maddə: Mənəvi ziyanla bağlı birinci ərizəçinin xeyrinə 2000 avro məbləğində təzminatın ödənilməsi qət edilmişdir
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy