Ezeh və Konnors (Ezeh and Coonors) Birləşmiş Krallığa qarşı [BP]- 39665/98 və 40086/98
Qərar 9.10.2003 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Cinayət ittihamı
6-cı Maddənin həbsxananın intizam icraatına tətbiq olunması: 6-cı maddə tətbiq olunur
6-cı Maddənin 3 “c” bəndi
Müdafiəçi vasitəsilə müdafiə
Məhbusların intizam icraatında hüquqşünas tərəfindən təmsil olunmasına icazə verilməməsi: pozuntu
Faktlar - Uzunmüddətli həbs cəzası çəkən ərizəçilər Penitensiar Qaydalara uyğun olaraq cinayət törətməkdə ittiham olunurdular. İlk ərizəçi sınaq müddəti zabitini öldürməkdə; ikinci ərizəçi isə həbsxana əməkdaşına hücum etməkdə ittiham olunurdu. Müvafiq məhkəmə proseslərində hüquqşünasla təmsil olunma ilə bağlı ərizəçilərin müraciətləri həbsxana rəhbəri tərəfindən rədd edilmişdir. Onlar hər ikisi təqsirli bilinmiş və müvafiq olaraq 40 əlavə gün və 7 əlavə gün həbs cəzası almışlar. Sonradan onların məhkəmə nəzarəti barədə vəsatət vermək icazəsi rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 3 (c): (a) Tətbiqolunma - Həbsxana kontekstini nəzərə alınmaqla Engel və digərləri Niderlanda qarşı iş üzrə müəyyən edilmiş meyarları tətbiq etmək müvafiq olardı. Əlavə gün cəzasının verilməsi ilə bağlı həbsxana əməkdaşlarının səlahiyyətlərinin onlardan alınmasının təcridxanada mövcud olan intizama xələl gətirəcəyi haqqında Hökumət arqumenti ağlabatan deyil: siyahısı sonradan artırılmış digər mümkün sanksiyaların həbsxana intizam sistemini qoruyub saxlamaq üçün oxşar təsirə malik olmayacağının səbəbləri izah edilməmişdir. Əlavə gün cəzasının verilməsinin dayandırıldığı Şotlandiyada intizam qaydalarının İngiltərə və Uelsdən nə dərəcədə fərqləndiyi göstərilməmiş və Palatanın qərarından sonra yaradılan yeni sistemin doğurduğu praktik çətinliklər (inzibati və maliyyə yükləri və işlərə baxılmasında yubanmalar) öz-özlüyündə bu işə 6-cı Maddənin tətbiq olunmasıni istisna etmir.
Bu işdəki cinayətlər yerli qanunvericiliyə əsasən intizam qaydaları əleyhinə cinayət kimi təsnif edilmişdir. Buna baxmayaraq, cinayətlərin xarakteri 6-cı Maddənin tətbiq olunub-olunmaması ilə bağlı əhəmiyyət kəsb edir. Bu baxımdan, bu cinayətlər bütün vətəndaşlarla deyil, xüsusi statusa malik şəxslər - məhbuslarla bağlıdır. Buna baxmayaraq, bu, cinayətlərin prima facie intizam xarakterli olmasına gətirib çıxarmır, çünki bu, müvafiq göstəricilərdən yalnız biridir. İntizam ittihamları həm cinayət hüququ əsasında cinayət hesab edilən əməllərə uyğundur, ikinci ərizəçiyə qarşı ittiham həbsxana çərçivəsindən kənara çıxmadan təqib ediləcək dərəcədə kiçik olsa da, bu onu 6-cı Maddənin müddəalarından kənarlaşdırmağa səbəb ola bilməz. Paralel cinayət və intizam qaydaları üzrə məsuliyyətin nəzəri cəhətdən mümkünlüyü və hər iki cinayətin "qarışıq" təsnif olunma tendensiyası, ən azı, müvafiqdir. Bundan əlavə, əlavə cəza günlərinin verilməsi yalnız təqsirin sübuta yetirilməsindən sonra ərizəçilərin cinayət əməllərinə görə cəzalandırılması və həmin şəxslər və digərləri tərəfindən törədiləcək əməllərin qarşısının alınması üçün həyata keçirilmişdir və Hökumətin cəzalandırıcı və preventiv məqsədləri fərqləndirməsi inandırıcı deyil, çünki bu tədbirlər bir-birini istisna etmir və əslində cinayət cəzalarının xarakteristik xüsusiyyətidir. Bu faktorlar bu əməllərə intizam məsələləri ilə üst-üstə düşməyən anlam verir və bu səbəbdən, üçüncü meyara, yəni potensial cəzanın xarakteri və ciddiliyi məsələsinə nəzər salmaq lazımdır.
Yerli qanunvericiliyə əsasən, azad edilmək hüququ yalnız təyin edilmiş əlavə günlərin başa çatmasından sonra yaranır və beləliklə, həbsdə saxlanma üçün hüquqi əsas ilkin mühakimə və cəza olmağa davam etmişdir. Bununla belə, təcrübədəilkin mühakimə və cəza ilə bağlı olmayan hüquqi proseslərin nətciəsi olaraq, məhbuslar bu proseslərin olmaması halında azadlığa buraxılmalı olduqları gündən əlavə müddətdə həbsdə qalırlar. Buna görə də, əlavə həbs günləri yeni azadlıqdan məhrumetmə sayılmalı olan cəza tədbiri kimi təyin edilmiş və prosessual müdafiə məsələsi 5-ci maddə deyil, 6-cı maddə əsasında nəzərdən keçirilmişdir. Hazırki işdə tətbiq olunması gözlənilən və faktiki olaraq tətbiq olunan azadlıqdan məhrumetmə tədbirləri baxımından, bu ittihamların cinayət ittihamı olması prezumpsiyası vardı və prezumpsiya yalnız azadlıqdan məhrumetmənin "ciddi şəkildə xələlverici olmadığı" aşkar edildiyi halda ləğv edilə bilərdi. Əlavə həbs günlərinin sayı maksimum 42 gün ola bilərdi və hazırki işdə müvafiq olaraq 40 və 7 günün təyin edilməsi ittihamların prezumpsiya olan cinayət xarakterini itirməsi üçün kifayət edəcək qədər qədər lazımsız və ya önəmsiz hesab edilə bilməz. İttihamlar bu səbəbdən "cinayət" xarakterli idi və 6-cı Maddə tətbiq olunur (altı səsə qarşı on bir səs).
(b) Böyük Palata Palatanın ərizəçilərə hüquqşünasla təmsil olunmasına həbsxana rəhbəri tərəfindən icazə verməməsinin Maddə 6-3(c)-nin pozulması ilə nəticələndiyi barədə qərarı ilə razılaşmışdır. Ədalət mühakiməsi maraqlarının məhkəmə prosesi üçün pulsuz hüquqi yardım verilməsini tələb etməsi haqqında alternativ şikayətin nəzərdən keçirilməsinə ehtiyac yoxdur.
Nəticə: pozuntu (altı səsə qarşı on bir səs).
Full & Egal Universal Law Academy