© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi barədə Məlumat Qeydi No 160
Fevral 2013
Fabris Fransaya qarşı [BP] - 16574/08
Qətnamə 7.2.2013 [GC]
Maddə 14
Ayrı-seçkilik
Bioloji və qanuni uşaqlar arasında miras sahəsində fərq qoyulması: pozuntu
Faktlar – Ərizəçı 1943-cü ildə atasının başqa biri ilə evli olan və bu evlilikdən iki başqa uşağı olan qadınla münasibətindən doğulmuşdur. 1970-ci ildə M. cütlüyü (ərizəçinin anası və onun əri) öz əmlaklarını bağışlama-bölüşdürmə vasitəsilə qanuni uşaqlarına verdilər, lakin onlardan istifadə hüququnu ölümlərinə qədər özlərində saxladılar. Cənab M. 1981-ci, xanım M. isə 1994-ci ildə öldü. 1983-cü ildə yüksək məhkəmə ərizəçini xanım M.-in bioloji uşağı kimi tanıdı. 1998-ci ildə, ərizəçi anasının qanuni uşaqlarına qarşı məhkəmə prosesi açaraq anasının mirasından pay almaq üçün bağışlama-bölüşdürmə əmlakının azaldılaraq hesablanmasını xahiş etdi. O tarixdə 3 yanvar 1972-ci il qanununda nəzərdə tutulurdu ki, nikahankənar uşaqlar ata və ya analarının miraslarından qanuni uşaqların payının yarısı qədər pay ala bilərlər. Məhkəmə tərəfindən 2000-ci ildə Mazurek Fransaya qarşı işində pozuntu tapıldıqdan sonra Fransa 3 dekabr 2001-ci il qanunu ilə qanunvericiliyində dəyişiklik etdi və miras məsələlərində nikahdankənar uşaqlara da qanuni uşaqların hüquqları ilə eyni hüquqları tanıdı. 2004-cü ilin sentyabrında çıxardığı qərarıyla yüksək məhkəmə ərizəçinin iddiasını qəbuledilən elan etdi və mahiyyəti üzrə də iddiasını müsbət cavablandırdı. Qanuni uşaqların verdiyi appelyasiya şikayətinin ardından appelyasiya məhkəməsi bu qərarı ləğv etdi. Ərizəçinin kassasiya şikayəti rədd edildi.
21 iyul 2011-ci il tarixli qətnaməsi ilə, Məhkəmənin bir palatası beş səsə qarşı iki səslə hesab etdi ki, milli məhkəmələrin 1972-ci və 2001-ci il qanunlarının keçid müddəalarını tətbiq edərkən bir tərəfdən M. cütlüyünün qanuni uşaqlarının uzun müddətdir əldə etdiyi hüquqları ilə, digər tərəfdən də ərizəçinin maddi hüquqları arasında tarazlığı saxlamış və bu səbəbdən, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verməmişdir.
Hüquq məsələləri – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsi
a) 14-cü maddənin tətbiqi –ərizəçinin yalnız nikahdankənar uşaq olması səbəbilə ona anasının bağışlama-bölüşdürmə əmlakının azaldılaraq hesablanması barədə iddiası rədd edilmişdi. Bu ayrı-seçkilik olmasaydı, məhkəmələr ərizəçinin bu hüququnun olması barədə qərar cıxarardı. Bağışlama-bölüşdqürmədə mülkiyyət hüququ dərhal ötürülsə də, mirasın bölünməsi yalnız bağışlayanın ölümündən sonra, yəni 1994-cü ildə reallaşmışdı. Bu tarixdə ərizəçinin anası ilə qohumluğu məhkəmə tərəfindən tanınmışdı. Burdan belə nəticə cıxır ki, ərizəçinin maddi maraqları 1 saylı Protokolun 1-ci maddəsinin və onun təsbit etdiyi mülkiyyət hüququna hörmət prinsipinin əhatə dairəsi altına düşür ki, bu da Konvensiyanın 14-cü maddəsinin tətbiqi üçün kifayətdir.
b) Mahiyyət – Ərizəçi miras rezervinin bir hissəsindən məhrum edilmiş və anasının mirasına münasibətdə qanuni uşaqlardan fərqlı vəziyyətə qoyulmuşdur. Bu fərq 2001-ci il qanunundan irəli gəlir. Bu qanun nikahdankənar uşaqlara 4 dekabr 2001-ci tarixinə qədər açılmış miraslara, əgər bölüşdürmə həyata keçirilməmişdirsə, yeni vərəsəlik hüquqlarından istifadə imkanı tanıyır. Bu barədəki keçid müddəaları şərh edərkən Kassasiya Məhkəməsi hesab etmişdi ki, mirasın paylaşması ərizəçinin anasının ölümündən sonra, 1994-cü ildə həyata keçirilmişdi və bu mənada köhnə yurisprudensiyasına istinad etmişdi. Bu yurisprudensiyaya görə, bağışlama-bölüşdürmə sahəsində miras bağışlayanın ölümü ilə həm açılmış, həm də bölüşdürülmüş hesab edilir. Qanuni uşaq əgər bağışlama-bölüşdürmədən kənarda qalmışsa və ya bu akt hazırlanarkən mayası bağlanmamışsa, onun rezerv payının və ya mirasdakı payının əldə etməsinə maneə törədilmir. Beləliklə, ərizəçi yalnız nikahdankənar doğulmuş olması səbəbilə bu fərqli rəftara məruz qalmışdır.
Fransa Dövləti Mazurek qərarından sonra miras qanunvericiliyini dəyişdirmiş və nikahdankənar uşaqlara qarşı bütün ayrı-seçkilik salan müddəaları ləğv etmişdi. Bununla belə, Hökumətin fikrincə, üçüncü şəxslərin, bu halda digər vərəsələrin hüquqlarını pozmaq olmazdı və bu, 2001-ci il qanununun retroaktiv təsirinin yalnız qanunun nəşri tarixinə açılmış olan, lakin bölüşdürmə aparılmamış miraslara məhdudlaşdırılmasını əsaslandırır. Keçid müddəaları artıq bölüşdürülmüş miraslardan yararlanan şəxslərin əldə edilmiş hüquqlarını müdafiə edərək, ailələrdəki sülhü təmin etmək üçün hazırlanmışdır.
Qanunla nəzərdə tutulan mirasın azaldılaraq hesablanması prosesinin açılması imkanı qalmaqla, ərizəçinin qardaşı və bacısı 1970-ci il bağışlama-bölüşdürmə nəticəsində ülkiyyət hüquqları əldə etdilər və 1994-cü ildə ərizəçinin anasının ölümü ilə mirasın bölünməsi baş vermişdi. Bu hal, bu işi, mirasın bölüşdürülmədiyi Mazurek işindən fərqləndirməyə imkan verir. Bununla belə, ölənin və onun ailsəinin « inam »ının müdafiəsi nikahda və nikahdan kənar doğulan uşaqların bərabərliyi prinsipindən üstün ola bilməz. Bununla bağlı, ərizəçinin yarı-qardaşı və bacısı bilirdilər və ya bilməli idilər ki, onların miras hüquqları mübahisələndirilə bilər. 1994-cü ildə ərizəçinin anası öləndən sonra onun bağışlama-bölüşdürmə mirasının azaldılaraq hesablanması prosesi açması üçün qanunla beş il müddət nəzərdə tutulurdu. Yəni ərizəçi öz mirasını 1999-cu ilə qədər tələb edə bilərdi və bu proses öz-özlüyündə bölüşdürməni mübahisələndirməsə də, ərizəçinin yarı-qardaşı və bacisinın payının miqdarını azalda bilərdi. Digər tərəfdən, ərizəçinin 1998-ci ildə açdığı bu proses miras məsələsində nikahdankənar doğulmaya əsaslanan bərabərsizliyin Konvensiyaya zidd olduğunu hesab edən Mazurek qərarının elan edilməsi və bu qərarda elan oluna prinsiplərin fransız qanunvericiliyinə daxil etmək üçün hazırlanmış 2001-ci il qanunun qəbul edilməsi zamanı yerli məhkəmələr qarşısında davam etməkdə idi. Nəhayət, ərizəçinin mövcudluğundan onun yarı-qardaş və bacısının xəbəri var idi, çünki o, analarının bioloji uşağı olaraq 1983-cü ildə tanınmışdı. Bu, həyata keçirilmiş miras bölüşümünün reallığına şübhə yaranmasına kifayət edir. Bununla bağlı, hazırki işin xüsusi halında, avropa yurisprudensiyasında və milli qanunvericiklərdə edilmış islahatlarda miras sahəsində nikahda və nikahdan kənarda doğulmuş uşaqların bərabərsizliyin tamamilə aradan qaldırılması tendensiyalarının açıq-aydın görünməsi ərizəçinin 1998-ci ildə qaldırdığı iddianın 2007-ci ildə rədd edilməsi fərqli davranışın proporsionallığının analizində xüsusi çəkiyə malikdir. Bu prosesin 2001-ci ildə davam etməsi faktı, yalnız Xanım M.-in vərəsələrinin bu mirasdakı hüquqlarının mübahisələndirilə bilməməsi barədəki gözləntilərini nisbiləşdirə bilərdi. Yarı-qardaş və bacının vərəsəlik hüquqlarının müdafiəsi ərizəçinin anasının mirasından pay almaq iddiasından üstün ola bilməzdi. Üstəlik, belə görünür ki, hətta yerli orqanların nəzərində belə bağışlama-bölüşdürmədən yararlanmış vərəsələrin gözləntiləri heç də bütün hallarda doğrulmalı deyil. Yəni, həmin azaldılaraq hesablanması iddiası bağışlamadan kənarda qalan və ya onun hazırlandığı zaman mayası bağlanmamış qanuni vərəsə tərəfindən qaldırılmış olsa idi, bu iddia rədd olunmazdı.
Beləliklə, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallıq olmamışdır. Ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsasları yox idi.
Bu nəticə, Dövlətlərin Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndi əsasında əmələ gələn öhdəliklərinin həyata keçirilməsi üçün qanunvericilik islahatı keçirərkən keçid müddəalarında istifadə etmək hüquqlarını məhdudlaşdırmır. Bununla belə, Məhkəmə qərarlarının deklarativ xarakteri Dövlətlərə pozuntu nəticələrini aradan qaldırmaq üçün vasitə seçmək imkanı versə də nəzərə alınmalıdır ki, ümumi xarakterli tədbirlər görülməsi Dövlətlər üzərinə Məhkəmə tərəfindən baxılmış pozuntulara bənzər yeni pozuntuların baş verməsinin qarşısını almaq öhdəliyi qoyur. Bundan yerli məhkəmələrin öz konstitusional rejimlərinə uyğun şəkildə və hüquqi müəyyənlik prinsipinə əməl etməklə, Konvensiya normalarının Məhkəmə tərəfindən şərh edildiyi şəkildə tam səmərəliliyini təmin etmək öhdəliyi yaranır. Lakin hazırki işdə belə olmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41 : məsələ sonra saxlanılmışdır.
(Bax : Mazurek c. France, no 34406/97, 1 fevral 2000, Məlumat Qeydi no 15)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy