© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
FABRIS FRANSAYA qarşı
(Ərizə no. 16574/08)
QƏRAR (MAHİYYƏTİ ÜZRƏ)
[Çıxarışlar]
STRAZBURQ
7 fevral 2013
Bu qətnamə qətidir. Ona forma dəyişiklikləri edilə bilər.
Fabris Fransaya qarşı işində
Böyük Palatada yığışan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi:
Josep Casadevall, sədr,
Françoise Tulkens,
Nina Vajić,
Lech Garlicki,
Karel Jungwiert,
Elisabeth Steiner,
Alvina Gyulumyan,
Egbert Myjer,
Dragoljub Popović,
George Nicolaou,
András Sajó,
Ledi Bianku,
Nona Tsotsoria,
Işil Karakaş
Guido Raimondi,
Paulo Pinto de Albuquerque,
André Potocki, hakimlər,
və Böyük Palata katibinin müavini Johan Callewaert-dən ibarət tərkibdə 4 aprel və 24 oktyabr 2012-ci il tarixlərində palatada məşvərət edərək,
Göstərilən son tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Fransa vətəndaşı Cənab Henry Fabris (« ərizəçi ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« la Convention ») 34-cü maddəsinə əsasən bu Dövlətə qarşı göndərdiyi ərizə (no 16574/08) ilə başlamışdır.
2. Ərizəçi Luneldə vəkil işləyən A. Ottan tərəfindən təmsil olunur. Fransa Hökumətini (« Hökumət») nümayəndəsi, Xarici İşlər nazirliyi Hüquqi Məsələlər Departamentinin rəhbəri Xanım E. Belliard təmsil edir.
3. Nikahdan kənar doğulmuş uşaq olan Ərizəçi anasının vərəsəliyi çərçivəsində 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 8-ci maddəsilə birgə götürülmüş Konvesiyanın 14-ci maddəsinin pozulduğunu iddia edir.
4. Ərizə baxılması üçün Məhkəmənin Beşinci Seksiyasına verilmişdir. (Reqlamentin 52-ci maddəsinin 1-ci bəndi). 10 fevral 2010-cu ildə, Seksiya Sədri iş barədə Hökumətə məlumat vermək qərarına gəlir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi (hazırki redaksiyada maddə 29 § 1) və Reqlamentin 54 A maddəsinə əsasən, işin qəbuledilənliyi və mahiyyətinə birgə baxılmasına qərar verilmişdir. 21 iyul 2011-ci ildə Beşinci Seksiyanın bir palatası Sədr Dean Spielmann, hakimlər Jean-Paul Costa, Boštjan M. Zupančič, Mark Villiger, Isabelle Berro‑Lefèvre, Ann Power və Angelika Nußberger, eləcə də Seksiya katibi Claudia Westerdiek işi qıbuledilən elan etdi. Palata 5 səsə qarşı 2 səs olmaqla qərar verdi ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensoyanın 14-cü maddəsinin pozuntusu yoxdur və yekdilliklə hesab etdi ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürlmüş 14-cü maddəsinin iddia olunan pozuntusunu araşdırmağa ehtiyac yoxdur.
5. 6 sentyabr 2011-ci ildə ərizəçi Konvensiyanın 43-cü və Reqlamentin 73-cü maddələrinə əsasən işin Böyük Palataya göndərilməsi üçün müraciət etdi. 28 noyabr 2011-ci ildə Böyük Palatanın Kollegiyası müraciəti qəbul etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci bəndləri və Reqlamentin 24-cü maddəsinə uyğun olaraq müəyyənləşdirildi.
7. Ərizəçi və Hökumət Böyük Palataya öz təqdimatlarını göndərmişlər.
8. 4 aprel 2012-ci ildə Strazburqda İnsan Hüquqları sarayında açıq dinləmələr keçirildi (Reqlament, maddə 59 § 3).
Çıxış etdilər :
– Hökumət tərəfindən :
XanımA.-F. Tissier,həmnümayəndə,
E. Topin, Xarici və Avropa İşləri Nazirliyi,
M.-A. Recher, Ədliyyə Nazirliyi ,
C. Azar, Ədliyyə Nazirliyi , müşavirlər;
– ərizəçi tərəfindən
A. Ottan, vəkil,
M. Ottan, vəkil , nümayəndələr.
Məhkəmə Cənab Ottanın və Xanım Tissier-nın çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1943-ci il təvəllüdlüdür və Orléans-da yaşayır.
A. İşin tarixçəsi
10. Ərizəçi dogulanda atası tərəfindən tanınmışdır. Ərizəçinin mayası bağlanan zaman, onun anası Xanım R. cənab M.-lə nikahda idi və bu nikahdan 1923-cü ildə doğulmuş A. və 1941-ci ildə doğulmuş J.L. adlı iki övladı vardı. 28 fevral 1967-ci ildə ərizəçinin anası əri Cənab M.-dən ayrıldı.
11. 24 yanvar 1970-ci tarixli aktla M. cütlüyü öz əmlaklarını iki qanuni övadları arasında böldülər. Notarius tərəfindən təsdiqlənən bu aktda bu bağışlama aktının xərclərini ödəmək və şərtlərini həyata keçirilməsini təmin etmək üçün bir uzurpfut istisnası və ləğvedici qeyd vardi. Akt bağlanarkən, M. cütlüyü əmlaklarını bağışladıqarı övladlarından başqa övladlarının olmadığını bəyan etdilər.
12. 24 noyabr 1983-cü ildə Montpellier Yüksək Məhkəməsi bioloji övlad elan edilmənin şərtlərinin işdə mövcud olduğunu hesab edərək, Ərizəçini Xanım M.-n bioloji övladı elan etdi.
13. 1984-cü ildə ərizəçi 1970-ci il bağışlama-bölüşdürmə aktina etiraz etmək istədiyini bildirdi. Bu tarixdə vəkili ona bildirdi ki, bu akta bağışlayanın sağlığında etiraz edilə bilməz və indi edilə biləcək tək hərəkət, bağışlaynın ölümündən beş il ərzində mirasın müəyyənləşdirilməsi ilə bağlı müraciət etməkdir.
14. 1994-cü ilin iyulunda ərizəçinin anası ölür. 7 sentyabr 1994-cü il tarixli bir məktubla mirasla məşgul olan notarius ərizəçiyə xəbər verir ki, « nikahdan kənar » övlad olaraq, qanuni övlad olması halında ala biləcəyi mirasın yarısını ala bilər (həmin vaxtki qanunvericiyə əsasən qanuni övladın payına nisbətən yarıya qədər az - aşağıdakı 26 və 27-ci paraqraflari). Notarius bildirdi ki, onun yarı bacı-qardaşları ona 298 311 fransız frankı (FRF) (təxminən 45 477 avro (EUR)) verməyə hazırdılar və dəqiqləşdirdi ki, « yeni övladın ortaya çıxması halında ödəmə yalnız pul şəklində ola bilər, heç bir halda naturada ola bilməz ». Üç övladın arasında heç br razılıq bağlanmadı.
B. Ərizəçinin mirasın azaldılaraq hesablanması müraciəti
15. 7 yanvar 1998-ci il tarixli müraciəti əsasında Mülki Məcəllənin 1077-1-ci maddəsinə uyğun olaraq (aşağıdakı 25-ci paraqraf), ərizəçi yarı qardaşı J.L. və yarı bacısı A.-ya qarşı mirasın azaldılaraq hesablanması prosesi açdı. O xahiş etdi ki, anasının mirasından ona da qardaş və bacısı ilə bərabər pay hesablansın.
16. Mazurek Fransaya qarşı işində (no 34406/97, 1 fevral 2000, CEDH 2000‑II) pozuntun tapılmasının ardından, Fransa 3 dekabr 2001-ci il tarixli no 2001-1135 saylı qanunu ilə (2001-ci il qanunu) qanunvericilikdə dəyişiklik etdi və nikahdan kənar övladlara qanuni övladlarla eyni vərəsəlik hüquqları tanıdı. Bu yeni qanun hazırki işdə məhkəmə qərarı verilməzdən əvvəl qüvvəyə mindi. Keçid müddəalarına əsasən, artıq bağlanmış barışıq sazişləri və yekun məhkəmə qərarları istisna olmaqla, yeni vərəsəlik hüququ müddəaları qanunun Rəsmi Qəzetdə nəşrinə qədər (4 dekabr 2001) açılmış və bu tarixdən əvvəl bölünməmiş miraslara tətbiq olunur (2001-ci il qanunu, maddə 25-II, paraqraf 30).
17. 20 fevral 2003-cü il tarixli yekun nəticələrində Ərizəçi 2001-ci il qanununun müddəalarına istinad etdi. O iddia etdi ki, bu yeni qanun qohumluq əlaqələri barədə 3 yanvar 1972-ci qanununun (“1972-ci il qanunu”, 27 və 29-cu paraqraflar) 14-cü maddəsini qüvvədən salır, çunki onun keçid müddəalarında qeyd olunur ki, onun qüvvəyə minməsindən öncə yaşayan mirasqoyanlar tərəfindən bağışlamalara zərər vuracaq şəkildə tətbiq oluna bilməz. Ərizəçinin fikrincə, bu müddəanın ləğv olunması nəticəsində bağışlama-bölüşmə aktı 24 yanvar 1970-ci ildə bağlanmış olsa da, ərizəçi mülki məcələnin 1077-1 maddəsinə əsasən mirasın azaldılaraq hesablanması prosesi aça bilər.
1. Birinci instansiya məhkəməsinin qərarı
18. 6 sentyabr 2004-ci il tarixli qərarı ilə Beziers Yuksək Məhkəməsi ərizəçinin müracitəini qəbul etdi. O, hesab etdi ki, 1972-ci qanununun 14-cü maddəsi Konvensiyanın 8 və 14-cü maddələrinə ziddir. Bununla əlaqədar, məhkəmə “ailə həyatı maddi maraqları da əhatə edir” deyə elan Marckx Belçikaya qarşı işinə (13 iyun 1979, serie A no 31) və ya Məhkəmənin “miras hüququnda qanuni övladlarla bioloji övladlar arasında qoyulan hər hansı fərqin diskriminativ xarakterli olduğunu hesab edən” çoxsaylı işlərinə (Mazurek, Inze və Vermeire işləri) istinad etdi. O, həmçinin hesab etdi ki, bu maddə yeni 2001-ci il qanununa ziddir. O bildirdi ki, maraqlı şəxs yarı bacısı və qardaşı ilə eyni vərəsəlik hüquqlarına malikdir və qərarını belə əsaslandırdı:
« 3 dekabr 2001-ci il qanunun 25-1 maddəsi nəzərdə tutur ki, bu qanun onun tətbiq edilməyə başlandığı andan açılan miraslara şamil olunur; artıq bağlanmış barışıq sazişləri və yekun məhkəmə qərarlarının olduğu hallar istisna olmaqla, bu qanunun müddəaları qanunun Fransa Resublikasının Rəsmi Qəzetində nəşr olunduğu tarxidən açılmış və bu tarixə qədər bölünməmiş miraslara tətbiq olunur;
Hazırki işdə, Xanım M.-in mirası hələ bölünməmişdir və bu səbəbdən mayasının bağlanması zamanı ata və ya anası nikahda olan bioloji övladların yeni vərəsəlik hüququ müddəaları bu işdə tətbiq olunur (...)
Əslində, 3 dekabr 2001-ci il qanunu qəbul edərkən qanunvericinin yeni qanunun ruhuna zidd olan hər hansı müddəanı saxlamaq istədiyini iddia etmək qeyri-ciddi olardı. »
2. Appelyasiya Məhkəməsinin qərarı
19. 2004-cü ilin oktyabr ve dekabr aylarında J.L. və proses ərzində ölmüş A.-nın vərəsələri qərardan şikayət verdilər.
20. 14 fevral 2006-cı il tarixli qərarı ilə Montpellier Appelyasiya Məhkəməsi qərarı ləğv etdi və elan etdi ki, 1972-ci il qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən ərizəçinin bağışlama-bölüşdürmə aktı çərçivəsində mirasın azaldılaraq hesablanması müraciəti etmək hüququ yoxdur. Məhkəmə dəqiqləşdirdi ki, :
« (...) Bu müddəaya görə, bu qanuna əsasən yaranan və ya qohumluluq əlaqələri ilə bağlı yeni qaydalar nəticəsində yaranan hüquqlar qanunun qüvvəyə minməsindən əvvəl sağ olan şəxslərin etdiyi bağışlamaların zərərinə tətbiq oluna bilməz.
3 yanvar 1972-ci il qanunundan irəli gələn qohumluluq barədə yeni qaydaların geriyə qüvvəsi barədə ümumi qayda elan edən bu mətn, 3 dekabr 2001-ci il qanunu ilə birbaşa ləğv edilməmişdir və belə bir ləğv edilmə bir tərəfdən, onların yeni qaydaya zidd olmaması səbəbilə və digər tərəfdən, bu müddəa yeni qanunun ləğv etdiyi mülki məcəllənin 915-ci maddəsindən asılı olmadığından özlüyündə mətndən çıxmır.»
Appelyasiya Məhkəməsi hesab etdi ki, mənsubiyyətdən asılı olmayaraq Konvensiyanın 8 və 14-cü və 1 saylı Protokolun 1-ci maddələrində nəzərdə tutulduğu qaydada hüquqların bərabərliyi barədə ümumi prinsipə zidd deyildir :
« Əvvəla, 1972-ci il qanunun 14-cü maddəsinin yeganə məqsədi bu qanunla yaranmış və 3 dekabr 2001-ci il qanunun genişləndirdiyi məcburi vərəsələrinn hüquqlarının tətbiqini, 1971-ci ilin avqustun 1-dən sağ şəxslər tərəfindən edilən bağışlamaların zərərinə lakin məcburi vərəsələri miras hüququndan məhrum etmədən qadağan etməkdir. Bundan başqa, bu müddəanın daşınan məqsədə münasibətdə objektiv və ağlabatan əsaslandırması var, vərəsələr arasında tarazlığı həddindən artıq pozmamaq şərtilə, ailə münasibətləri çərçivəsində bəzən uzun müddət ərzində əldə olunan hüquqlara müəyyənlik təmin etmək. Bu müddəalar zamanda və haqqında söhbət gedən bağışlamalara münasibətdə məhdud xarakter daşıyır.»
3. Kassasiya Məhkəməsinin qərarı
21. Ərizəçi kassasiya şikayəti verdi. O, 1 saylı Protokolun 1-ci maddəsi və Konvensyanın 14-cü maddəsi ilə əsaslandırdığı kassasiya şikayətində bildirdi ki, ailə münasibətlərindəki müəyyənlik, nikahda və nikahdan kənar doğulmuş övladların bərabərliyindən daha üstün bir legitim məqsəd hesab oluna bilməz.
22. Tərəflərə göndərdiyi rəyində Kassasiya Məhkəməsinin Baş Vəkili kassasiya şikayətini rədd etməyi təklif edirdi. O, Kassasiya Məhkəməsi Birinci Mülki Kollegiyasına aşağıdakı müraciəti etdi:
« (...) Hesab etmək lazım deyilmi ki, açılmış miras mirasın azaldılaraq hesablanması ilə bağlı bir məhkəmə prosesi davam etməkdə olduğu üçün mirasın bölünməsi qanunun qüvvəyə minməsindən əvvəl həyata keçirilməmişdir ?
Bu çətinlik 1972-ci və 2001-ci il qanunlarının keçid müddəalarının təklif etdiyi fərqli yanaşmadan irəli gəlir. 1972-ci il qanunun ilə qanunun qüvvəyə minməsindən əvvəl nə açılmış miras, nə də sağ mirasqoyanın etdiyi bağışlama mübahisələndirilə bilərdi. 2001-ci il qanunu isə ata və ya anası uşağın mayasının bağlanması vaxtı başqası ilə nikahda olan bioloji övladlara bu qanunun nəşrindən əvvəl açılmış miraslara münasibətdə hüquqlara malik olmaq imkanı verir.
Bu fərq səbəbindən 2001-ci il qanunun müddəaları məhdudlaşdırıcı şəkildə tətbiq oluna bilməz. Yalnız həyata keçirilmiş bölünmə, bağlanmış barışıq sazişi və ya yekun məhkəmə qərarı bioloji övladların hüquqlarını istisna etməyə imkan verir. Mirasın hesablanması prosesi açılanda 2001-ci il qanununun nəşrindən əvvəl açılmış miras bu qanununun nəşrindən əvvəl « bölünmə ilə nəticələnə » bilməz.
Bu səbəbdən, 3 dekabr 2001-ci il qanununun tətbiq olunmadığını iddia etmək mənə çətin görünür. Bunun əksinə olaraq, 3 yanvar 1972-ci il qanununun 14-cü maddəsində heç bir qarışıqlıq yoxdur. Bu qanunla yaranan hüquqlar « onun qüvvəyə minməsindən əvvəl sağ şəxslər tərəfindən edilən bağışlamaların zərərinə » tətbiq oluna bilməz. Bu müddəanın yeni qanunla dolayısı ilə ləğv edildiyini düşünmək olarmı ?
Şikayətdə zamana görə yanaşmaya istinad edilərək bildirilir ki, bu iki qanunun keçid müddəaları arasındakı açıq ziddiyət üzündən 1972-ci il qanununun keçid müddəaları dolayısı ilə ləğv olunmuşdur. 1972 və 2001-ci il qanunlarının yaratdığı keçid rejimlərdə yanaşma fərqli olsa da, məncə, ziddiyyətli deyil.
1972-ci il qanununun qüvvəyə minməsindən əvvəl sağ şəxslər arasında edilmış bağışlamaların mübahisəlləndirilməsini istisna edən qanunverici bu bağışlamaların hüquqi müəyyənliyini təmin etmək məqsədi daşıyırdı. Bu hüquqi müəyyənliyin 2002-ci ildə mübahisələndirilməsi üçün heç bir əsas yoxdur və əvvəlki keçid müddəaları 2001-ci il qanununda müəyyən olunan müddəaları tamamlayır.
Bu səbəblərdən, şikayətin birinci hissəsini rədd etməyi təklif edirəm, çünki sağ şəxslər arasında 24 yanvar 1970-ci ildə edilən bağışlama qohumluq əlaqələri barədə yeni qaydalarla mübahisələndirilə bilməz. Bununla bağlı, bölunmənin 3 dekabr 2001-ci il qanununun nəşrindən əvvəl edilməsi mübahisəli olsa da, 3 yanvar 1972-ci il qanunun qüvvəyə minməsindən əvvəl sağ şəxslər arasında bağlanmış bağışlama sazişinin mövcudluğu mübahisələndirilmir. (...) »
23. 14 noyabr 2007-ci ildə, Kassasiya Məhkəməsi ərizəçinin şikayətini hüquq məsələləri səbəbindən rədd etdi. O bildirdi ki, 2001-ci il qanunun keçid müddəalarına görə, atası və ya anası uşağın mayasının bağlanması zamanı başqası ilə nikahda olan bioloji övladların yeni vərəsəlik hüquqları 4 dekabr 2001-ci ildən əvvəl açılmış, lakin bölüşdürülməmiş miraslara tətbiq olunmur. (yuxarıdakı 16-cı paraqraf). O hesab etdi ki, Xanım M.-in ölümü ilə mirasın bölünməsi 1994-ci ilin iyulunda, yəni 4 dekabr 2001-ci ildən əvvəl baş vermişdir, deməli yuxarıdakı müddəalar bu işə tətbiq olunmur.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Bağışlama-bölüşdürmə və mirasın azaldılaraq hesablanması prosesi
24. Fransız qanunvericiliyi öz mirasını vərəsələri arasında bölüşdürməyə imkan verir. Bağışlama- bölüşdürmədə bir mirasqoyan öz əmlakının dərhal paylaşdırmaq barədə qərar verir (sağ şəxslər arasında ötürülmə). Bu, erkən, qəti və razılaşdırılmış bölüşdürmədir. Həmin əmlak üzərində mülkiyyət hüququ bağışlanma anında ötürülür və bu, eyni zamanda sonradan açılacaq mirasın birinci aktıdır (erkən akt). Kassasiya Məhkəməsinin təcrübəsinə görə, bağışlama-bölüşdürmə mirasqoyanın ölümü ilə miras bölünməsinə çevrilir.
Mirasqoyanın ölümü günü miras açılmış, ləğv edilmış və ya bölüşdürülmüş sayılır (Cass. Civ. 7 mars 1876 ; 1re Civ, 5 octobre 1994, Bull. 1994, I, no 27).
25. Mirasdan pay verilməyən övlad mirasın açılması zamanı mövcud mirasdan öz payını rezerv edə bilər. Bu əmlak kifayət etmirsə, mirasqoyanın ölümündən beş il ərzində mirasın azaldılaraq hesablanması prosesi aça bilər. Bu Ərizəçinin Mülki Məcəllənin 1077-1 və 1077-2 maddələrinə uyğun olaraq isitfadə etdiyi hüquqi yoldur. Bu maddələrdə deyilir :
Maddə 1077-1
« Bağışlama-bölüşdürmədən pay almayan və ya rezerv payından aşağı pay alan övlad mirasın açılması anında bölüşdürməyə daxil edilməyən və onun rezerv payını təmin etmək üçün kifayət edəcək əmlak yoxdursa, istifadə edə biləcəyi pay nəzərə alınmaqla, mirasın azaldılaraq hesablanması barədə məhkəmə prosesi aça bilər.»
Maddə 1077-2
« Bağışlama-bölüşdürmə ötürülmə, payların hesablanması, rezerv və mirasın azaldılaraq hesablanması qaydaları sağ şəxslər arasında bağışlama qaydaları ilə eynidir.
Mirasın azaldılaraq hesablanması prosesi bölüşdürməni edən valideynin,, birgə bölüşdürmə halında isə sağ qalan valideynin ölümündən sonra açıla bilər. Bu, ölümdən beş il ərzində edilir.
Bağışlama-bölüşdürmə anında mayası bağlanmamış uşaq öz vərəsəlik payının qurulması və ya tamamlanması üçün eyni hüquqlara malikdir. »
(...)
C. Keçid müddəaları
(...)
2. 2001-ci il qanununun 25-ci maddəsi
30. 2001-ci il qanununun 25-I maddəsinə əsasən, qanun 1 iyul 2002-ci ildə qüvvəyə minir. Bununla belə, nikahdan kənarda doğulan uşaqların hüquqları ilə bağlı mülki məcəllənin müddəaları ilə bağlı, qanunverici qərar istisna olaraq, qanunun Rəsmi Qəzetdə nəşri tarixində, yəni 4 dekabr 2001-ci ildə dərhal qüvvəyə minməsi qaydası müəyyən etdi. Beləliklə, maddə 25-II-də deyilir : :
« Bu qanun aşağıdakılar istisna olmaqla [1 iyul 2002-ci ildən etibarən], açılan miraslara tətbiq olunur: (...)
2o Artıq bağlanmış barışıq sazişləri və yekun məhkəmə qərarlarının olması istisna olmaqla, bu qanunun Fransa Respublikasının Rəsmi Qəzetində nəşrinə qədər açılmış və bu tarixədək bölüşdürülmə həyata keçirilməmiş miraslara aşağıdakı müddəalar tətbiq olunur :
- ata və ya anası, uşağın mayasının bağlanması zamanında başqası ilə nikahda olan bioloji övladların yeni vərəsəlik hüquqları ilə bağlı müddəalar ; (...) »
31. Nikahdankənar uşaqların hüquqları ilə bağlı 2001-ci il qanunu, 4 dekabr 2001-ci il tarxinə açılan lakin mirasın bölüşdürülməsinin həyata keçirilmədiyi bütün miraslara tətbiq olunur
(...)
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
36. Ərizəçi nikahdankənar uşaq olduğundan vərəsəlik hüquqlarını həyata keçirməsinin qeyri-mümkünlüyündən və Mazurek işinə və 2001-ci qanunun qəbul edilməsinə baxmayaraq, əsaslandırılmamış ayrı-seçkiliyin olmasından şikayətlənir.
O, iddia edir ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsi pozulmuşdur. Bu maddələrdə deyilir :
Maddə 14
« Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə (...) doğum (...) kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. »
Protokol no 1 maddə 1
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. »Palatanın qərarı
37. 21 iyul 2011-ci il qərarında Palata hesab etdi ki, Ərizəçinin iddiası 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşür və bu, Konvensiyanın 14-cü maddəsinin tətbiq olunduğunu hesab etməyə kifayət edir. 1983-cü ildə ərizəçinin anasının analığının tanınması ilə ərizəçinin ona daxili məhkəmələr qarşısında Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq anasının vərəsəsi qismində iddia qaldırmaq imkanı verən maddi maraqları yaranmışdı (palata qərarının 38-42-ci paraqrafları)
38. Mahiyyəti üzrə palata müşahidə etdi ki, 1972-ci və 2001-ci il qanunlarında təmin etdikləri yeni vərəsəlik hüquqları ilə bağlı dəqiq keçid müddəaları vardır. Palata hesab etdi ki, daxili məhkəmələr ərizəçinin bu hüquqlardan 1970-ci ildə edilmiş bağışlama-bölüşdürmə mirasının hesablanması prosesində istifadə edə bilməyəcəyi qərarını vermişlər. Belə ki, Appelyasiya Məhkəməsinə görə, 1972-ci il qanununun keçid müddəaları bu qanunun qüvvəyə minməsindən əvvəl sağ şəxslər arasında bağlanmış bağışlama sazişini mübahisələndirmək imkanını istisna edir. Kassasiya Məhkəməsi isə hesab etdi ki, 1994-ci ildə ananın ölümündən sonra mirasın bölünmüş olması faktı 2001-ci il qanununun 25-II maddəsinə əsasən vərəsəlikdə bərabərliyin təmin olunması barədə yeni müddəaların tətbiqinə imkan vermir. Daxili qanunvericiliyin bu şəkildə şərhi hüquqi müəyyənlik və qanuni övladların uzun müddət öncə qazandıqları hüquqları təmin etmək kimi legitim məqsəd daşıyırdı. Bundan başqa, bu şərh əsaslandırılmamış, özbaşına, və ya ayrı-seçkiliyin qadağan edilməsi ilə hədsiz ziddiyyət təşkil edən hesab edilə bilməz. Palata hazırki işdəki spesifik vəziyyəti mirasın real olaraq bölünmədiyi işlərdən (yuxarıda istinad edilən Mazurek, və Merger et Cros c. France, no 68864/01, 22 dekabr 2004) fərqləndirdi və belə nəticəyə gəldi ki, iddia edilən fərqli davranış onun məqsədinə proporsional idi və 1 saylı Protokolun 1-ci maddəsi pozulmamışdır (palata qərarının 50-59-cu paraqrafları).
B. Tərəflərin arqumentləri
1. Hökumət
a) Konvensiyanın 14-cü maddəsinin tətbiqi
39. Hökumət iddia edir ki, ərizəçinin qaldırdığı şikayət 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşmür və Konvensiyanın 14-cü maddəsi bu işə tətbiq olunmur. O hesab edir ki, 1970-ci ilin bağışlama-bölüşdürməsi nəticəsində əmlak üzərində mülkiyyət hüququ iki qanuni övlada keçmişdi və bir hüquqi vəziyyət yaranmışdı ki, bu da ərizəçinin mirasdan istifadə etməsinə mane olmuşdu. Nə 1972-ci, nə də 2001-ci il qanunu onun 1970-ci il aktının olmaması halında hüquq əldə edə biləcəyi miras payının əldə edilməsinə səbəb olmamışdı. Ərizəçilərin valideynlərinin ölümləri ilə avtomatik olaraq vərəsəlik hüquqları əldə etdikləri Mazurek və Merger et Cros işlərindən fərqli olaraq, hazırki işdəki vərəsəlik 1970-ci ildə, ərizəçinin anasının ölümündən əvvəl tənzimlənmişdi. Bundan əlavə, bu bölüşdürmə 1983-cü ildə onun anasının analığının tanınmasından xeyli əvvəl həyata keçirilmişdir. Bu səbəbdən Hökumətin fikrincə, ərizəçinin miras üzərində heç bir hüququ yoxdur (bax : mutatis mutandis, Alboize-Barthes et Alboize-Montezume c. France (déc.), no 44421/04, 21 oktyabr 2008).
b) Mahiyyət
40. Hökumət Palata qarşısında olduğu kimi iddia edir ki, ərizəçi anasının mirasından “məhrum” edilməmişdir, lakin 1970-ci il bağışlama-bölüşməsində mirasqoyanın əmlakı istifadə olunduğuna görə, 1970-ci il aktının mövcud olmaması halında ona 1972-ci və 2001-ci il qanunlarına əsasən düşə biləcək miras payını ala bilməmişdir. Beləliklə, ərizəçiyə anasının mirasından istifadə etməyə əngəl törədən akt, mübahisələndirilən məhkəmə qərarları deyil, müəyyən hüquqi vəziyyətin yaranmasına səbəb olan və əvvəlcədən həyata keçirilmiş hüquqi aktın mövcud olmasıdır.
41. Bu qanunun qüvvəyə minməsi ilə Mazurek qərarının icrası üçün ümumi xarakterli öhdəliklərini də tamamilə yerinə yetirmiş olan 2001-ci il qanunvericisinin nəzərə almaq istədiyi « əldə olunmuş hüquq »lar da məhz bu hüquqlardır. Yeni qanunun ondan əvvəlki vəziyyətlərə tətbiqi zamanı Məhkəmə tərəfindən tanınan hüquqi müəyyənlik və qanununun öngörüləbilənliyi prinsipləri də mütləq nəzərə alinmalı idi. Beləliklə, 2001-ci il qanunun 25-ci maddəsi yeni hüquqların bu qanunun nəşrindən əvvəl açılmış və bölüşdürülmüş miraslara tətbiqini istisna etdi. Hökumətin fikrincə, bu şəraitdə Kassasiya Məhkəməsinin interpretasiyası Mazurek qərarına zidd deyildir. Ərizəçilərin daxili tükəndirmə vasitələrinə müraciət etdiyi zaman hələ dəqiq müəyyən olunmamış hüquqi vəziyyətləri mübahisələndirdiyi Mazurek və Merger et Cros işərindən fərqli olaraq, hazırki işdə ərizəçinin açdığı mirasın azaldılaraq hesablanması prosesinin məqsədi artıq həyata keçirilmiş olan bölüşdürməni mübahisələndirmək idi.
42. Hökumət bildirir ki, bu işdə pozuntu tapılması cavabdeh Dövətdə ümumi xarakterli icra tədbirlərinə səbəb olar və Məhkəmənin hazırda baxdığı haldan başqa digər mübahisələrdə də tətbiq olunmalı olar. Lakin Məhkəmə heç vaxt öz qərarlarının geriyə qüvvəsi olduğunu iddia etməmişdir. Mazurek qərarının hazırki işə, yəni onun elan olunmasından əvvəl hüquqi cəhətdən müəyyən olunmuş bir vəziyyətə tətbiq olunmalı olduğunu və qərarın geriyə qüvvəsi olduğu iddia etmək, Konvensiyanın 46-ci maddəsininin mahiyyətini yox etmək olardı.
2. Ərizəçi
a) Konvensiyanın 14-cü maddəsinin tətbiqi
43. Ərizəçi Böyük Palataya bu məsələ ilə bağlı Palataya göndərdiyi və Hökumətlə razılaşmadığını bildirdiyi müşahidələrindən (palata qərarının 37-ci bəndi) başqa fikir göndərməmişdir. Ərizəçi hesab edir ki, 1983-cü ildə anasının hüquqi tanınması şikayət ərizəsinin verilməsi zamanı hələ də davam etməkdə olan anasının mirasının açılması prosesində ona vərəsəlik hüquqları verirdi və bu da, 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşür.
b) Mahiyyət üzrə
44. Ərizəçinin fikrincə Konvensiyanın 14-cü maddəsinin səmərəliliyi təmin olunmalıdır və yalnız « çox güclü səbəblər » doğum vəziyyətinə əsaslanan bir fərqləndirmənin Konvensiyaya uyğun olduğunu hesab etməyə əsas verə bilər. Hüquqi müəyyənlik nə Konvensiyada təsbit olunan hüquq deyildir, nə də 1 saylı Protokolun 1-ci maddəsi baxımından əmlaka hörmət hüququnun pozulmasını əsaslandıracaq ictimai zərurət deyildir.
45. 1972-ci ildə hüquqi müəyyənlik prinsipi xatirinə 14-cü maddədə təsbit olunan ayrı-seçkiliyin qadağan olunması prinsipinə zidd bir hərəkətə dözümlülük nümayiş etdirilə bilərdisə, Mazurek qərarından sonra beləbir hala dözümlülük göstərilə bilməz. Ərizəçi vurğulayır ki, həmin qərarda elan edilən pozuntuya son qoymalı olan 2001-ci il qanunun keçid müddəalari ədalətsiz şəkildə əldə olunan hüquqları müdafiə etməli deyildi. O hesab edir ki, Cənab Mazurekə vurulan ziyanı tanıyaraq, Məhkəmə öz qərarından əvvəlki hüquqi vəziyyəti təmin etməkdən imtina etmişdir. Ərizəçi hesab edir ki, Məhkəmə hazırki işdə Dövlətin Mazurek qərarının məcburi xarakterini tanımadığını elan etməli və onu cəzalandırmalıdır. Başqa cür qərar vermək, Məhkəmə qərarlarından nəticə çıxarmaq məqsədi daşımalı olan bir qanunu qəbul edərkən Dövlətin Məhkəmə qərarlarını icra etmək üçün qeyri-məhdud bir müddətə malik olduğunu, bu işdə olduğu kimi, yalnız gələcəkdəki miraslarla məşğul olmalı olduğunu və beləlilkə, Konvensiyanın sübut olunmuş pozuntularını a posteriori təsdiqləyə bilməsini qəbul etmək olardı. Ərizəçi Məhkəmənin 1972-ci il qanunun Konvensiyaya zidd hesab etdiyi və 2001-ci il qanununun pislədiyi mənfi təsirlərini özündə saxlayan ayrı-seçkiliyin qaldığından şikayətlənir.
46. Ərizəçi həmçinin vurğulayır ki, onun 1998-ci ildə açdığı mirasın azaldılaraq hesablanması prosesi 2001-ci il qanunun nəşri zamanı davam etməkdə idi və onun fikrincə, bu, ona nikahdan kənar uşaqlara verilən hüquqlardan yararlanmaq imkanı verirdi. O bundan belə nəticə çıxarır ki, causae pendentiae faktı səbəbilə, anasının mirası tamamilə bölüşdürülmüş hesab edilə bilməzdi, çünki əks halda bağışlama-bölüşdürmə əmlakının hesablanması prosesi tamamilə səmərəsiz bir hüquqi proses olmuş olardı.
C. Məhkəmənin dəyərləndirməsi
1. Konvensiyanın 14-cü maddəsinin tətbiqi barədə
a) Əsas prinsiplər
47. Davamlı Məhkəmə təcrübəsinə əsasən, Konvensiyanın 14-cü maddəsi Konvensiya və onun Protokollarının normativ müddəalarını tamamlayır. Maddə 14 müstəqil şəkildə mövcud deyildir, çünki Konvensiya və onun Protokollarının təsbit etdiyi « hüquq və azadlıqların istifadəsi » zamanı ortaya çıxır. Əlbəttə o, bu hüquq və azadlıqların tələblərinə riayət olunduğu zaman da ortaya çıxa bilər və bu mənada o, avtonomdur, lakin əgər mübahisə predmeti olan faktlar həmin müddəalar birinin əhatə dairəsinə düşmürsə, maddə 14 tətbiq oluna bilməz. (bax, digər çoxsaylı qərarların arasında, Van Raalte c. Pays‑Bas, 21 fevral 1997, § 33, Recueil des arrêts et décisions 1997‑I ; Petrovic c. Autriche, 27 mart 1998, § 22, Recueil 1998‑II ; Zarb Adami c. Malte, no 17209/02, § 42, CEDH 2006‑VIII, et Konstantin Markin c. Russie [GC], no 30078/06, § 124, CEDH 2012 (çıxarışlar)).
b) Hazırki işin hallarının 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşüb-düşməməsi məsələsi barədə
48. Hazırki işdə, anası tərəfindən ərizəçinin icbari payının nəzərə alınmadan həyata keçirilmiş bağışlama-bölüşdürmə əmlakının hesablanması vasitəsilə vərəsəlik hüquqlarını irəli sürə bilməməsi barədə şikayətinin 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyənləşdirmək lazımdır.
49. Məhkəmə xatırladır ki, bu müddəanın birinci hissəsindəki « əmlak » anlayışı avtonom anlayışdır və real əşyalar üzərindəki mülkiyyətlə məhdudlaşmır və daxili hüquqdakı formal keyfiyyətlərdən asılı deyildir : aktivi təşkil edən bəzi başqa hüquq və maraqlar « əmlak hüquqları » və bu müddəa baxımından « əmlak » hesab edilə bilər (Beyeler c. Italie [GC], no 33202/96, § 100, CEDH 2000‑I).
50. 1 saylı Protokolun 1-ci maddəsi əmlak əldə etmək hüququ tanımır (Slivenko et autres c. Lettonie (qərr.) [GC], no 48321/99, § 121, CEDH 2002-II (çıxarışlar), və Ališić et autres c. Bosnie-Herzégovine, Croatie, Serbie, Slovénie et l’ex République yougoslave de Macédoine (qərar), no 60642/08, § 52, 17 oktyabr 2011). Bu, xüsusilə də ab intestat vərəsəlik və ya bağışlama yolu ilə əmlak əldə etmək hüququna aiddir (bax, mutatis mutandis, yuxarıda istinad edilmiş Marckx, § 50, və Merger et Cros, § 37). Lakin, « əmlak » anlayışı həm « aktual əmlaklar »ı, həm də əmlak hüququndan istifadə edəcəyinə « legitim gözləntisi » olduğunu iddia edə biləcəyi alacaqları da daxil olmaqla aktivləri də əhatə edir. (bax : digərləri arasıda Pressos Companía Naviera S.A. et autres c. Belgique, 20 noyabr 1995, § 31, série A no 332 ; Kopecký c. Slovaquie [GC], no 44912/98, § 35, CEDH 2004-IX, et Association nationale des pupilles de la Nation c. France (déc.), no 22718/08, 6 oktyabr 2009). Legitim gözlənti « daxili hüquqda kafi baza »ya əsaslanmalıdır (bax : yuxarıda istinad edilmiş Kopecký, § 52 ; Depalle c. France [GC], no 34044/02, § 63, CEDH 2010, və Saghinadze et autres c. Géorgie, no 18768/05, § 103, 27 may 2010). Eyni qaydada « əmlak » anlayışı verilmə şərtləri ayrı-seçkiliyə əsaslanmış hər hansı bir hüquqda maraqlı olan şəxslərə də tətbiq oluna bilər (Andrejeva c. Lettonie [GC], no 55707/00, § 79, CEDH 2009). Əksinə, uzun müddətdən bəri həyata keçirilməsi qeyri-mümkün olan köhnə mülkiyyət hüququnun tanınmasına edilən ümid və ya şərtinə əməl edilməməsi üzündən ləğv olunan şərti alacaq da 1 saylı Protokolun 1-ci maddəsi mənasında « əmlak » hesab edilə bilməz (bax : Malhous c. République tchèque (déc.) [GC], no 33071/96, CEDH 2000-XII, müvafiq prinsiplər bölməsi və ordakı Komissiyanın yurisprudensiyasına istinadlara; həmçinin Prince Hans-Adam II de Liechtenstein c. Allemagne [GC], no 42527/98, § 85, CEDH 2001‑VIII ; Nerva et autres c. Royaume-Uni, no 42295/98, § 43, CEDH 2002‑VIII ; Stretch c. Royaume-Uni, no 44277/98, § 32, 24 iyun 2003).
51. Hər bir işdə şəraitin bütünlüklə baxıldığında ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsilə təmin olunan maddi hüquqlar yaradıb-yaratmadığını müəyyən etmək lazımdır. (Bozcaada Kimisis Teodoku Rum Ortodoks Kilisesi Vakfi c. Turquie, nos 37639/03, 37655/03, 26736/04 və 42670/04, § 41, 3 mart 2009 ; yuxarıda istinad edilmiş Depalle, § 62 ; Plalam S.P.A. c. Italie (mahiyyət), no 16021/02, § 37, 18 may 2010 və Di Marco c. Italie (mahiyyət), no 32521/05, § 50, 26 aprel 2011). Bu nöqteyi-nəzərdən Məhkəmə hesab edir ki, aşağıdakı hüquqi və faktiki elementlər nəzərə alınmalıdır.
52. Hazırki işdə Məhkəmə xatırladır ki, ərizəçinin nikahdan kənar uşaq olması səbəbindən onun anası tərəfindən edilən bağışlama-bölüşdürmə əmlakının hesablanması müraciəti rədd edilmişdir və Kassasiya Məhkəməsinin qərarı 2001-ci il qanununun keçid müddəalarını şərh edərkən ərizəçinin anası ilə qohumluğunun bu cür xarakterizəsi üzərində qurulmuşdu və bu qanunun verdiyi yeni vərəsəlik hüquqlarının ona tətbiq olunması istisna edilmişdi. Hazırki işdə olduğu kimi, ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinə istinad edərək, 14-cü maddədə nəzərdə tutulan ayrı-seçiliyə əsaslanaraq əmlak hüququndan məhrum olmasından şikaytət etdiyi hallarda, əsas meyar odur ki, bu ayrı-seçkiliyə əsaslanan motiv olmasa idi maraqlı şəxsin əmlak hüquqları daxili məhkəmələr tərəfindən tanınardımı ? (bax : mutatis mutandis, Stec et autres c. Royaume-Uni (déc.) [GC], nos 65731/01 et 65900/01, § 55, CEDH 2005‑X ; yuxarıda istinad edilmiş Andrejeva, § 79). Hazlırki işdəbu sualın cavabı müsbətdir.
53. Hökumət hesab edir ki, 1970-ci il bağışlama-bölüşdürməsindən heç bir vərəsəlik hüququna iddia edə bilməz çünki, bu aktın nəticəsində onun anasının əmlakı dərhal ve geriyədönülməz şəkildə paylaşdırılmışdır və bütün bunlar onun anasının hüquqi olaraq tanınmasından əvvəl baş vermişdir (yuxarıdakı 39-cu paraqraf). Lakin Məhkəmə bu arqumenti qəbul edə bilməz. Məhkəmə xatırladır ki, bağışlama-bölüşdürmə nəticəsində əmlak hüquqları dərhal ötürülsə də, Kassasiya Məhkəməsinin yurisprudensiyasına görə, o, yalnız bağışlayanın ölümündən sonra miras bölünməsinə çevrilir. Miras bağışlayanın ölümü günü həm açılmış, həm də tamamilə ləğv edilmiş hesab edilir (paraqraf 24) və bu da 1994-cü ildə baş vermişdir. Bu tarixdə ərizəçinin anası ilə qohumluğu hüquqi olaraq müəyyən edilmişdi. Beləliklə, ərizəçi anasının mirasından nikahdankənar uşaq olması səbəbindən kənarlaşdırılmışdır.
54. Bu baxımdan hazırki iş yuxarıda istinad edilmiş Mazurek və Merger et Cros işlərinə bənzəyir və ərizəçilərin atasının mirasının 1995-ci ildə, yəni atalığın tanınmasından əvvəl bölünməsinin ərizəçilərə de cujus-un mirası üzərində hər hansı vərəsəlik hüquqlarına malik olmalarına və beləliklə « əmlak » əldə etməyə iddia etmək imkanlarına mane olduğunun hesab edildiyi Alboize-Barthes et Alboize-Montezume c. France işindən fərqlənir.
55. Bundan belə nəticə çıxır ki, ərizəçinin əmlak maraqları 1 saylı Protokolun 1-ci maddəsinin və onun təsbit etdiyi əmlaka hörmət hüququnun əhatə dairəsinə düşür və bu, Konvensiyanın 14-cü maddəsinin tətbiqi üçün kifayətdir.
2. Mahiyyət üzrə
a) Əsas prinsiplər
56. Məhkəmə xatırladır ki, Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bu müddəa baxımından, bir davranış, « obyektiv və ağlabatan əsaslardan məhrumdursa », yəni « legitim məqsəd » daşımırsa və ya « məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi » yoxdursa, ayrı-seçkilikdir (Mazurek, §§ 46 və 48). Digər tərəfdən, razılığa gələn Dövlətlər əslində analoji olan vəziyyətlərdə fərqli davranışa ehtiyac olub olmadığı və nə dərəcədə fərq qoyulmalı olmasına qərar verməkdə mülahizə səlahiyyətinə malikdir (Stec et autres c. Royaume-Uni [GC], nos 65731/01 et 65900/01, §§ 51 et 52, CEDH 2006‑VI). Bu mülahizə səlahiyyətinin dairəsi şəraitə görə dəyişir, lakin Konvensiyaya riayət olunub-olunmaması barədə son sözü demək Məhkəmənin hüququdur. Konvensiya hər şeydən öncə bir insan haqqları müdafiəsi mexanizmidir, lakin Məhkəmə Dövlətlərdəki vəziyyətin təkamülünü nəzərə almalı və əldə olunmalı normaların əmələ gəlməsi halında isə konsensusa reaksiya verməlidir (yuxarıda istinad edilən Konstantin Markin, § 126).
57. Marckx qərarından sonra davamlı yurisprudensiyaya görə, vərəsəlik sahəsində « təbii » və « legitim » uşaqlar arasında fərq qoyulması həm ayrıca götürülmüş Konvensiyanın 8-ci maddəsi (Johnston et autres c. Irlande, 18 dekabr 1986, série A no 112), həm də 14-cü maddə ilə birgə götürülmüş 8-ci maddəsi (Vermeire c. Belgique, 29 noyabr 1991, série A no 214‑C ; Brauer c. Allemagne, no 3545/04, 28 may 2009) və 1 saylı Protokolunun 1-ci maddəsi (Inze c. Autriche, 28 oktyabr 1987, série A no 126 ; yuxarıda istinad edilən Mazurek, və Merger et Cros) baxımından problem yaradır. Məhkəmə bu yurisprudensiyanı vəsiyyətnamə sahəsində ayrı-seçkiliyin qadağan olunmasını təsdiq edərək, bağışlamaya da tətbiq etmişdir (Pla et Puncernau c. Andorre, no 69498/01, CEDH 2004‑VIII). Beləliklə, 1979-cu ildə Marckx qərarında Məhkəmə doğum əlamətlərinə görə uşaqların vərəsəlik hüquqlarının məhdudlaşdırılmasının Konvensiyaya uyğun olmadığını hesab etmişdir. Məhkəmə Avropa ictimai qaydasının müdafiə standartı kimi uşağın nikahdankənar mənşəyinə əsaslanan ayrı-seçkiliyin qadağan olunmasını ifadə edən bu əsas prinsipi durmadan təsdiq etmişdir.
58. Məhkəmə həmçinin xatırladır ki, Avropa Şurası üzvləri arasındakı nikahda anadan olan və nikahdan kənar uşaqlara eyni şəkildə davranılması barədə fikir ümumiliyi çoxdan bəri formalaşmışdır və bu da bu sahədə qanunvericiliyin də uzlaşmasına gətirib çıxarmışdır və bərabərlik anlayışı hətta legitim və bioloji övlad anlayışlarıını yoxa çıxarmış və uşaqlar arasında bərabərliyi təsbit edən sosial və hüquqi təkamülə səbəb olmuşdur (yuxarıdakı 28, 34 və 35-ci paraqrafları).
59. Beləliklə, yalnız çox güclü səbəblər nikahdan kənar doğulmaya əsaslanan bir ayrı-seçkiliyin Konvensiyaya uyğun olduğunu hesab etməyə imkan verər (yuxarıda istinqd olunmuş Inze, § 41 ; Camp et Bourimi c. Pays-Bas, no 28369/95, § 38, CEDH 2000‑X, və yuxarıda istinad edilmiş Brauer, § 40).
60. Prinsipcə, Məhkəmə sırf özəl xarakterli mübahisələri həll etməyə borclu deyildir. Bununla belə, onun vəzifəsi Avropa nəzarətini həyata keçirməkdir və istər hər hansı vəsiyyətnamə müddəası, özəl müqavilə, istərsə də rəsmi sənəd, hər hansı bir qanun müddəası və ya inzibati qayda kimi hər hansı bir aktın yerli məhkəmə tərəfindən şərhinin əsaslandırılmamış, özbaşına və ya 14-cü maddədə elan olunan ayrı-seçkiliin qadağan olunması və ya daha geniş şəkildə Konvensiyada nəzərdə tutulan prinsiplər ilə açıq-aydın ziddiyyətli olduğu zaman Məhkəmə səssiz qala bilməz (Larkos c. Chypre [GC], no 29515/95, §§ 30‑31, CEDH 1999-I ; yuxarıda istinad olunmuş Pla et Puncernau, § 59, və Karaman c. Turquie, no 6489/03, § 30, 15 yanvar 2008).
b) Hazırki işə tətbiqi
i. Nikahdankənar doğulma faktına əsaslanan fərqli davranışın olması barədə
61. Hazırki işdə ərizəçinin məcburi miras payından məhrum edildiyini və anasının mirasına münasibətdə anasının qanuni övladları ilə fərqli bir vəziyyətə salındığı mübahisələndirilmir. Ərizəçi nikahdankənar uşaq olması səbəbilə onun nəzərə alınmadığı bağışlama-bölüşdürmə əmlakının yenidən hesablatdırmağa və məcburi payını almağa müvəffəq olmamışdır.
62. Ərizəçi və onun yarı-qardaşı və yarı-bacısı arasında edilən bu fərqli davranış 2001-ci il qanununun 25-II maddəsindən qaynaqlanır. Bu maddə 4 dekabr 2001-ci il tarixinə qədər açılmış olan miraslarda yeni vərəsəlik hüquqlarının nikahdankənar uşaqlara tətbiq olunması üçün bu miraslarda bölüşdürülmənin hələ həyata keçirilmiş olmaması şərtini qoyur (yuxarıdakı paraqraf 30). Müvafiq keçid müddəasını şərh edərkən Kassasiya Məhkəməsi hesab etmişdir ki, mirasın bölüşdürülməsi 1994-cü ildə, ərizəçinin anasının öldüyü gün həyata keçmişdir (paraqraf 23) və bununla da, bağışlama-bölüşdürmə sahəsində bağışlayanın ölümü ilə mirasın həm açılmış, həm də bölüşdürülmüş olduğunu elan edən köhnə yurisprudensiyaya riayət etmişdir (paraqraf 24). Bağışlama-bölüşdürmədən kənarda qalan və ya akt imzalanan zaman mayası bağlanmamış qanuni uşağa mülki məcəllənin 1077-1 və 1077-2 maddələrinə əsasən öz məcburi payını və ya miras payını əldə etmək üçün belə bir maneə qoyula bilməzdi (paraqraf 25). Beləliklə, ərizəçinin məruz qaldığı fərqli davranışın tək motivinin onun nikahdankənar doğulmuş olması faktının olması şübhə doğurmur.
63. Məhkəmə xatırladır ki, onun rolu daxili hüququn ən düzgün şərhi barədə fikir bildirmək deyil, bu qanunvericiliyin tətbiqi qaydasının Konvensiyanın 14-cü maddəsinin ərizəçiyə təmin etdiyi hüquqları pozub-pozmamasını araşdırmaqdır (bax : digər çoxsaylı qərarlar arasında və mutatis mutandis, Padovani c. Italie, 26 fevral 1993, § 24, série A no 257-B, və yuxarıda istinad edilmiş Pla et Puncernau, § 46). Hazırki işdə Məhkəmə müəyyən etməlidir ki, daxili hüquq müddəasından irəli gələn mübahisələndirilən fərqli davranışın obyektiv və ağlabatan əsasları vardımı.
ii. Fərqli davranışın əsaslandırılması barədə
α) Legitim məqsəd olması barədə
64. Hökumət qanuni və nikahdankənar uşaqlar arasında ayrı-seçkilik edilməsinə heç bir əsaslandırma göstərməmişdir. Məhkəmə müəyyən edir ki, Fransa Dövləti yuxarıda istinad edilmiş Mazurek qərarının ardından qanunvericiliyinə dəyişiklik etməyi qəbul etmiş və bu qərarın elan olunmasından iki ildən də az müddət ərzində nikahdankənar uşaqlara münasibətdə bütün ayrı-seçkilik salan bütün miras qanunvericiliyini ləğv edən islahatlar aparmışdır. Məhkəmə Fransa qanunvericiliyinin ayrı-seçkiliyin qadağan olunması barədə Konvensiya prinsipinə uyğunlaşdırılmasından məmnunluq duyur.
65. Bununla belə, Hökumətin fikrincə, üçüncü şəxslərin, bu halda vərəsələrin əldə etdiyi hüquqları pozmaq mümkün deyildi və bu səbəbdən 2001-ci il qanununun retroaktiv qüvvəsinin yalnız qanunun nəşri tarixinə açılmış olan və hələ bölüşdürülməsi həyata keçirilməmiş miraslarla məhdudlaşması əsaslandırılmış addım idi. Beləliklə, keçid müddəaları artıq bölünmüş olan mirasdan yararlanmış şəxslərin hüquqlarınının təhlükəsizliyini təmin edərək, ailələrdə sülhü bərqarar etmək üçün hazırlanmışdı.
66. Məhkəmə ailənin bir və ya bir neçə üzvünün vərəsəlik hüquqlarının tanınmamasının ailədə sülhə xidmət etməsinə inanmır. Əksinə, əldə olunmuş hüquqların müdafiəsi Konvensiyanın bazasını təşkil edən prinsip olan hüquqi müəyənlik maraqlarına xidmət edir (Brumărescu c. Roumanie [GC], no 28342/95, § 61, CEDH 1999-VII ; Beian c. Roumanie (no 1), no 30658/05, § 39, CEDH 2007‑V (çıxarışlar) ; Nejdet Şahin et Perihan Şahin c. Turquie [GC], no 13279/05, §§ 56-57, 20 oktyabr 2011 ; Albu et autres c. Roumanie, no 34796/09 və sonra gələnlər, § 34, 10 may 2012). Beləliklə, 1993-cü ildə açılan mirasın nikahdankənar övlad tərəfindən qəbul edilməsi və 1996-cı ildə ləğv edilməsi ilə bağlı Məhkəmə hesab etmişdi ki, Kassasiya Məhkəməsinın mirasın artıq bölünmüş olması (bu da ərizəçiyə 2001-ci il qanununun keçid müddəalarından yararlanmasına mane olmuşdu) əsası ilə çıxardığı qəbuledilməzlik qərarı Marckx qərarında da xatırladılan hüquqi müəyyənlik prinsipinə uyğundur. Belə ki, «Bir məhkəmə orqanından azad şəkildə qəbul edilmiş bir bölüşdürmənin Məhkəmənin bölüşdürmədən sonra qəbul edilən hər hansı qərarına əsaslanaraq ləğv etməsini tələb etmək düzgün olmazdı » (E.S. c. France (déc.), no 49714/06, 10 fevral 2009). Məhkəmə bundan belə nəticəyə gəlir ki, qanunvericinin və yerli məhkəmənin artıq bitmiş miras tənzimləmələrinin stabilliyini təmin etmək qayğısı hazırki işdə mübahisələndirilən fərqli davranışı əsaslandıracaq legitim məqsəddır. Bundan əlavə, bu davranışla legitim məqsəd arasında proporsionallıq əlaqəsinin olması da vacibdir.
β) İsifadə olunan vasitələr və qarşıya qoyulan məqsəd arasında proporsionallıq barədə
67. Məhkəmə hesab edir ki, hazırki işdə qanunla nəzərdə tutulan mirasın azaldılaraq hesablanması prosesi istisnası olmaqla, ərizəçinin yarı-qardaşı və yarı-bacısı 1970-ci ildə imzalanan bağışlama-bölüşdürmə nəticəsində mülkiyyət hüquqları əldə etmiş və sonradanm1994-cü ildə Xanım M.-in ölümündən sonra mirası bölüşdürmüşdülər. Bu xüsusiyyət bu işi mirasın bölüşdürülməsinin hələ həyata keçirilmədiyi Mazurek və Merger et Cros işlərindən fərqləndirir.
68. Lakin Məhkəmə xatırladır ki, de cujus-un (ölənin) və onun ailəsinin « etibar »ının müdafiəsi » nikahda və nikahdan kənarda doğulan uşaqlara bərabərliyi prinsipindən üstün deyildir (yuxarıda istinad edilən Brauer, § 43). Bununla əlaqədar, Məhkəmə hesab edir ki, ərizəçinin yarı-qardaşı və yarı-bacısı hüquqlarının mübahisələndirilə biləcəyini bilirdi və ya bilməli idi. 1994-cü ildə analarının ölümü zamanı qanunvericilik beş il ərzində bağışlama-bölüşdürmənin azaldılaraq hesablanması prosesinin açılmasına imkan verirdi. Qanuni vərəsələr bilməli idilər ki, onların yarı-qardaşı 1999-cu ilə qədər öz miras payını tələb edə bilər, və bu azaldırlaraq hesablanma prosesi bağışlamanı öz-özlüyündə mübahisələndirməsə də, vərəsələrin ordakı payını mübahisələdirə bilər. Digər tərəfdən, nikahdankənar doğulma səbəbilə mirasda qeyri-bərabərliyi Konvensiyaya zidd elan edən Mazurek qərarının elan edilməsi və bu qərarın icrası üçün orda təsdiq olunan prinsipləri fransız qanunvericiliyinə daxil edən 2001-ci il qanununun nəşri zamanı ərizəçinin 1998-cü ildə açdığı mirasın azaldılaraq hesablanması prosesi davam etməkdə idi. Nəhayət, qardaşı və bacısı ərizəçinin mövcudluğundan xəbərdar idilər, çünki onun analarının bioloji uşağı olması faktı 1983-cü ildə məhkəmə tərəfindən tanınmışdı (paraqraf 12 ; bax, yuxarıda istinad edilmiş mutatis mutandis, Camp et Bourimi, § 39). Bu, 1994-cü ildə Xanım M.-in ölümündən sonra miras bölüşdürülməsinin həyata keçirilməsinin reallığına şübhə ilə yanaşmağa kifayət edir (bax, yuxarıda, 22-ci paraqrafdakı Baş Vəkilin nəticələri).
69. Bu sonuncu məsələ barədə Məhkəmə xatırladır ki, Hökumətin fikrincə, bağışlama-bölüşdürmənin xüsusiyyətləri, ərizəçi məhkəmə prosesi açmış olsa da, mövcud olan hüquqi vəziyyəti, bu halda 1970-ci ildə edilmiş və bağışlayanın ölümü ilə qəti olan mülkiyyət bölüşdürülməsini mübahisələndirməyə imkan vermir (paraqraf 40 və 41). Ərizəçi bu fikirlə razılaşmır (paraqraf 46). Bu işin xüsusi halları, yəni nikahdankənar uşaqlara qarşı vərəsəlik hüquqları ilə bağlı bütün ayrı-seçkiliyin ləğv olunması barədə açıq-aydın tendensiyaların olduğunu göstərən Avropa yurisprudensiyası və daxili qanunvericiklərdəki islahatlar nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən 1998-ci ildə açılan məhkəmə prosesində onun müraciətinin 2007-ci ildə rədd edilməsi fərqli davranışın proporsionnalığının yoxlanılmasında ağır çəkiyə malikdir (bax : yuxarıdakı 22 və 68-ci və aşağıdakı 72-ci paraqraflar). Bu məhkəmə prosesinin 2001-ci ildə davam etməkdə olması faktı yalnız Xanım M.-in digər vərəsələrinin onun mirasına olan hüquqlarını mübahisələndirlməz elan olunması gözləntilərini artıra bilərdi.
70. Deyilənlərin əsasında Məhkəmə hesab edir ki, ərizəçinin yarı-bacısı və yarı-qardaşının miras hüquqlarının müdafiəsinin çəkisi ərizəçinin anasının mirasından pay almaq iddiasında üstün olacaq qədər ağır deyildi.
71. Üstəlik, belə görünür ki, hətta daxili orqanların gözündə belə bağışlama-bölüşdürmədən yararlanan vərəsələrin gözləntiləri heç də bütün hallarda təmin edilməli deyil. Yəni, əgər həmin azaldılaraq hesablama prosesi eyni zamanda hər hansı aktın imzalanmasında sonra mayalanmış və ya bilərəkdən mirasdan istisa edilmiş qanuni varis tərəfində açılmış olsaydı, onun müraciəti qəbiledilməz hesab edilməzdi.
72. Bununla bağlı Məhkəmə 2007-ci ildə, yəni yuxarıda istinad edilmiş Marckx və Mazurek qərarlarından illər sonra yerli məhkəmənin maraqlı şəxsin qanuni və bioloji uşaq olamasından asılı olaraq hüquqi müəyyənlik prinsipini fərqli şəkildə tətbiq edə bilməsi imkanının olmasını təəccüblü hesab edir. O həmçinin qeyd edir ki, Kassasiya Məhkəməsi ərizəçinin qaldırdığı əsas məsələni, yəni Konvensiyanın 14-cü maddəsində təsbir olunan ayrı-seçkiliyin qadağan olunması prinsipinin pozulması barədə şikayətini cavablandırmamışdır. Məhkəmə artıq elan etmişdir ki, yerli məhkəmələr Konvensiyada təsbit olunmuş « hüquq və azadlıqlar »la əlaqədədar şikayətlərə baxarkən diqqətli olmalıdır və bu, subsidiarlıq prinsipinin əsasını təşkil edir. (Wagner et J.M.W.L. c. Luxembourg, no 76240/01, § 96, 28 iyun 2007, et Magnin c. France (déc.), no 26219/08, 10 may 2012).
γ) Nəticə
73. Bu mülahizələrin işığında Məhkəmə bu nəticəyə gəlir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında ağlabatan proporsionallıq əlaqəsi mövcud deyildir. Ərizəçiyə tətbiq edilmiş fərqli davranış obyektiv və ağlabatan şəkildə əsaslandırılmamışdır. Nəticədə, 1 saylı protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş vermişdir.
74. Bu nəticə, Dövlətlərin Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndi əsasında əmələ gələn öhdəliklərinin həyata keçirilməsi üçün qanunvericilik islahatı keçirərkən keçid müddəalarında istifadə etmək hüquqlarını məhdudlaşdırmır (bax : məsələn Antoni c. République tchèque, no 18010/06, 25 noyabr 2010 ; Compagnie des gaz de pétrole Primagaz c. France, no 29613/08, § 18, 21 dekabr 2010 ; Mork c. Allemagne, nos 31047/04 et 43386/08, §§ 28 à 30 et 54, 9 iyun 2011, və Taron c. Allemagne (dec.), no 53126/07, 29 may 2012).
75. Bununla belə, Məhkəmə qərarlarının deklarativ xarakteri Dövlətlərə pozuntu nəticələrini aradan qaldırmaq üçün vasitə seçmək imkanı versə də (yuxarıda istinad edilmiş Marckx, § 58, və Verein gegen Tierfabriken Schweiz (VgT) c. Suisse (no 2) [GC], no 32772/02, § 61, CEDH 2009), nəzərə alınmalıdır ki, ümumi xarakterli tədbirlər görülməsi Dövlətlərin üzərinə Məhkəmə tərəfindən baxılmış pozuntulara bənzər yeni pozuntuların baş verməsinin qarşısını almaq öhdəliyi qoyur (bax : məsələn, Salah c. Pays-Bas, no 8196/02, § 77, CEDH 2006‑IX (çıxarışlar)). Bundan yerli məhkəmələrin öz konstitusional rejimlərinə uyğun şəkildə və hüquqi müəyyənlik prinsipinə əməl etməklə, Konvensiya normalarının Məhkəmə tərəfindən şərh edildiyi şəkildə tam səmərəliliyini təmin etmək öhdəliyi yaranır. Lakin hazırki işdə belə olmamışdır.
(...)
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ BARƏDƏ
82. Konvensiyanın 41-ci maddəsinə görə,
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
83. Ərizəçi 128 550,75 EUR tələb edir ki, bu da əgər qardaş və bacısı ilə bərabər pay alasaydı, onun mirasdakı payının dəyərini və qanuni faizləri təşkil edir. Ərizəçi həmçinin mənəvi ziyana görə 30 000 EUR tələb edir. Nəhayət, Ərizəçi daxili məhkəmələr və Məhkəmə qarşısındakı xərc və məsrəflərin müqabilində 20 946 EUR həcmində məbləğ tələb edir.
84. Hökumət hesab edir ki, pozuntu tapılması Ərizəçinin məruz qaldığı maddi ziyanın adekvat əvəzi olacaqdır. Mənəvi ziyanın əvəzi olaraq, maddi kompensasiya yalnız simvolik ola bilər. Xərc və məsrəflərə gəlincə isə, Hökumət hesab edir ki, Əizəçiyə 10 000 EUR təyin oluna bilər.
85. Hazırki işin halları nəzərə alınaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi hələ hazır deyildir. Beləliklə, onu bütünlüklə sonraya saxlamaq və cavabdeh Dövlət və Ərizəçi arasında mümkün razılaşma da nəzərə alınaraq prosesin qalan hissəsini sonradan müəyyənləşdirmək lazımdır (Reqlamenin 75-ci maddəsinin 1-ci bəndi). Bu məqsədlə Məhkəmə tərəflərə üç aylıq bir möhlət verir.
BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Elan edir ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş vermişdir;
(...)
3. Elan edir ki, Konvensiyanın 41-ci maddəsinin tətbiqi ilə bağlı qərar hələ hazır deyildir ;
nəticədə,
a) həmin qərarı bütünlüklə sonraya saxlayır ;
b) Hökumət və ərizəçini bu qərarın bildirilməsindən üç ay ərzində yazılı şəkildə bu məsələ ilə bağlı fikirlərini və xüsusilə, gələ biləcəkləri hər hansı razılıqla bağlı bütün məlumatları Məhkəməyə ünvanlamağa dəvət edir ;
c) Prosesin qalanını sonraya saxlayır və lazım olduğu təqdirdə onu təyin etməyi Böyük Palatanın Sədrinə tapşırır.
Fransızca və ingiliscə hazırlanmış, Strazburqda İnsan Haqqları Sarayında 7 fevral 2013-cü tarixdə elan edilmişdir.
Johan CallewaertJosep Casadevall
Katib müaviniSədr
Hazırki qərara Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, aşağıdakı ayrıca rəylər əlavə edilmişşdir :
– Hakim Gyulumyanın da qoşulduğu hakim Popović-in razılaşma rəyi ;
– Hakim Pinto de Albuquerque-in razılaşma rəyi.
J.C.M.
J.C.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy