İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
FOLQERÖ VƏ DİGƏRLƏRİ NORVEÇƏ QARŞI
(FOLGERØ AND OTHERS v. NORWAY)
(15472/02 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
29 iyun 2007-ci il
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Folqerö və digərləri Norveçə qarşi işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədrJan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər
Luzius Vildhaber (Luzius Wildhaber),
Kristos Rozakis (Christos Rozakis),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Peer Lorensen (Peer Lorenzen),
Fransuaz Tulkens (Françoise Tulkens),
Korneliu Birsan (Corneliu Bîrsan),
Nina Vayiç (Nina Vajić),
Marqarita Tsatsa-Nikolovska (Margarita Tsatsa-Nikolovska),
Anatoli Kovler,
Vladimiro Zaqrebelsky (Vladimiro Zagrebelsky),
Elizabet Ştayner (Elisabeth Steiner),
Xavyer Borrego Borrego (Javier Borrego Borrego),
Xanlar Hacıyev,
Din Şpilmann (Dean Spielmann),
Sverre Erik Yebens (Sverre Erik Jebens),
Ineta Zimele (Ineta Ziemele)
və yuriskonsult Vinsan Berjedən (Vincent Berger) ibarət tərkibdə
2006-cı il dekabrın 6-da və 2007-ci il mayın 9-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş doqquz Norveç vətəndaşı (bundan sonra - “ərizəçilər”) xanım İnqebyorq Folqerö (Ingebjørg Folgerø), cənab Qeyr Tiberö (Geir Tyberø) və onların oğlu Qaute A. Tiberö (Gaute A. Tyberø); xanım Qro Larsen (Gro Larsen), cənab Arne Nitrə (Arne Nytræ) və onların iki oğlu Adrian və Kolin Nitrə (Adrian və Colin Nytræ); xanım Karolin Midsem (Carolyn Midsem) və onun oğlu Elvind T. Fosse (Eivind T. Fosse) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2002-ci il fevralın 15-də Norveç Krallığına qarşı verilmiş ərizə (15472/02 nömrəli) əsasında başlanmışdır. Ərizəçi valideynlər Norveç Humanist Birliyinin (Human-Etisk Forbund) üzvləridir. İlkin mərhələdə həmçinin birlik ərizəni imzalamış, lakin sonradan imzanı geri götürmüşdür.
2. Ərizəçiləri Lillehammerdə fəaliyyət göstərən vəkil cənab L. Stavrum təmsil etmişdir. İcraatın yazışma mərhələsində Norveç Hökumətini (bundan sonra – “Hökumət”) onun səlahiyyətli nümayəndəsi, Baş Prokurorluğun (mülki işlər üzrə) prokuroru xanım E. Holmedal təmsil etmişdir.
3. Hazırkı iş xristian olmayan valideynlərin şikayətləri ilə bağlıdır. İlk növbədə, o, dövlət orqanlarının ərizəçi valideynlərin uşaqlarının Norveçdə icbari onillik təhsil çərçivəsində öyrədilən “Xristianlıq, din və fəlsəfə” fənni (bundan sonra – “KRL fənni”, aşağıda 16-cı bəndə bax) üzrə məcburi dərslərdən tam azad edilməsindən imtina etməsi ilə əlaqədar Konvensiyanın 9-cu maddəsinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən şikayətlərlə bağlıdır. İkincisi, o, onların yuxarıdakı müddəalarla və 8-ci maddə ilə birlikdə Konvensiyanın 14-cü maddəsinə zidd olan ayrı-seçkilik barədə şikayətləri ilə bağlıdır.
4. Ərizəyə baxılması əvvəlcədən Məhkəmənin Üçüncü seksiyasına tapşırılmış (Məhkəmə Qaydalarının 52-ci Qaydasının 1-ci hissəsi), o isə 2004-cü il oktyabrın 26-da ərizənin Humanist Birliyi ilə bağlı hissəsində baxılmamış saxlanması və ərizənin ayrı-ayrı hissələrinin qeyri-mümkün elan edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra ərizəyə baxılması Birinci Seksiyaya tapşırılmışdır. 2006-cı il fevralın 14-də hakimlər Kristos Rozakis, Lukis Lukaides, Fransuaz Tulkens, Elizabet Ştayner, Xanlar Hacıyev, Din Şpilmann, Sverre Erik Yebens və Seksiyanın məhkəmə katibi Sören Nilsendən ibarət həmin Seksiyanın Palatası tərəfindən qismən mümkün elan edilmişdir. 2006-cı il mayın 18-də hakimlər Kristos Rozakis, Fransuaz Tulkens, Anatoli Kovler, Elizabet Ştayner, Xanlar Hacıyev, Din Şpilmann, Sverre Erik Yebens və Seksiyanın məhkəmə katibi Sören Nilsendən ibarət həmin Seksiyanın Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina etmiş və tərəflər imtinaya etirazını bildirməmişlər (Konvensiyanın 30-cu maddəsi və 72-ci qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2 və 3-cü hissələrinə və 24-cü Qaydaya müvafiq olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında sədrlik etdikdən sonra səlahiyyət müddəti bitmiş Luzius Vildhaber işə baxılmasında iştirak etməyə davam etmişdir (23-cü maddənin 7-ci hissəsi).
6. Açıq məhkəmə iclası 2006-cı il dekabrın 6-da Strasburqda İnsan Hüquqları Binasında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
Xanım T. Steen, Prokuror, Baş Prokurorluğun
(mülki işlər üzrə) səlahiyyətli nümayəndə,
Xanım E. Holmedal, Baş Prokurorluğun
(mülki işlər üzrə),
Cənab G. Mandt, Direktor, Təhsil və Tədqiqatlar Nazirliyi,
Cənab B. Gyefsen, Böyük məsləhətçi, Təhsil və Tədqiqatlar
Nazirliyi,məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
Cənab L. Stavrum,vəkil,
Cənab K. Rognlien, vəkil,
Xanım B. Sandvig,
Xanım T. Nikolaisen,məsləhətçilər.
Məhkəmə iclasında cənab Stavrum və xanım Steen çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
7. Hazırkı ərizə Norveç Humanist Birliyinin (Human-Etisk Forbund) üzvləri olan valideynlər və onların hazırkı işdə şikayət edilən hadisələrin baş verdiyi zamanda ibtidai məktəbin şagirdləri olmuş uşaqları tərəfindən verilmişdir: xanım İnqebyorq Folqerö (1960-cı il təvəllüd), cənab Qeyr Tiberö (1956-cı il təvəllüd) və onların oğlu Qaute A. Tiberö (1987-ci il təvəllüd); xanım Qro Larsen (1966-cı il təvəllüd), cənab Arne Nitrə (1963-cü il təvəllüd) və onların iki oğlu Adrian Nitrə (1987-ci il təvəllüd) və Kolin Nitrə (1990-cı il təvəllüd); xanım Karolin Midsem (1953-cü il təvəllüd) və onun oğlu Elvind T. Fosse (1987-ci il təvəllüd). İlkin mərhələdə həmçinin birlik ərizəni imzalamış, lakin sonradan imzanı geri götürmüşdür.
8. 2004-cü il oktyabrın 26-da Məhkəmə ərizənin Birlik ilə bağlı hissəsində baxılmamış saxlamış, ərizəçi uşaqlarla bağlı hüquq müdafiə vasitələrinin tükəndirilməməsi əsasları ilə ərizəni qeyri-mümkün elan etmişdir (bu səbəbdən hazırkı qərarda istifadə olunan “ərizəçilər” anlayışı ərizəçi valideynlərə aiddir). Məhkəmə həmçinin qeyd etmişdir ki, KRL fənnindən (aşağıda 16-cı bəndə bax) tam azad edilmək hüququnun olmamasından ərizəçi valideynlərin Konvensiyaya əsasən şikayət etməsi ilə yanaşı, onlar həmçinin qismən azad olunmanı əldə etmək üçün məhdud imkanları və üsullarını Məhkəmə qarşısında mübahisələndirmişlər. Eyni zamanda, Ali Məhkəmənin qərarından göründüyü kimi, ərizəçi valideynlərin mülki iddiası və Ali Məhkəməyə şikayəti KRL fənni və onun ümumiyyətlə tətbiq edilməsi ilə bağlı olmuşdur. Ali Məhkəmə ərizəçilərin uşaqlarına müvafiq insan hüquqları müqavilələrə zidd qaydada dərs öyrədilməsinin müəyyən edilməsi üçün əsaslar tapmamışdır. Bununla əlaqədar olaraq Məhkəmə ərizəçi KRL fənnindən qismən azad olunmanı əldə etmək üçün məhdud imkanlar və onun üsulları barədə şikayət ilə bağlı Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq valideynlər tərəfindən dövlət daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsini müəyyən edərək valideynlərin ərizəsini bu hissədə qeyri-mümkün elan etmişdir.
Ərizənin mümkünlüyü barədə Məhkəmənin 2006-cı il 14 fevral tarixli qərardadında müəyyən edilmişdir ki, 2004-cü il 26 oktyabr tarixli qərardadında işin baxılma hədlərinin yuxarıdakı surətdə müəyyən edilməsi nəticəsində tam azad olunma məsələsinə baxılması zamanı qismən azad olunmanın ümumi aspektlərinə baxılmasının, xüsusilə valideynlərin Konvensiyanın 14-cü maddəsinə əsasən şikayəti baxımından qarşısı alınmır.
A. Hazırkı işin faktları ilə bağlı məlumatlar
9. Norveçdə dövlət dini və dövlət kilsəsi mövcuddur ki, əhalinin 86 faizi ona aiddir. Konstitusiyanın 2-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Krallıqda yaşayan hər kəsin dini etiqad azadlığı vardır.
Yevangelist Lüteran dini dövlətin rəsmi dinidir. Ona etiqad edən sakinlər öz uşaqlarına müvafiq tərzdə təhsil verməyə məcburdurlar.”
10. 1739-cu ildən xristian dininin tədrisi Norveç tədris proqramına daxil olmuşdur. 1889-cu ildən başlayaraq Norveç Kilsəsindən başqa digər dini icmaların üzvləri xristian dininin tədrisindən tam və ya qismən azad olunmaq hüququna malikdirlər.
1. “İcbari təhsil haqqında” 1969-cu il qanunu
11. “İcbari təhsil haqqında” 1969-cu il qanunun (lov om grunnskolen, 13 iyun 1969-cu il tarixli, 24 nömrəli qanun, bundan sonra - “1969-cu il qanunu”) qüvvəyə minməsi ilə əlaqədar olaraq Parlament qərara almışdır ki, xristian dininin tədrisi Kilsənin dini tədrisindən ayrılmalı və uşaqlara Bibliyanın tarixinin əsas məqamlarının, Kilsə tarixindən əsas hadisələrinin və Evangelist Lüteran dininə dair əsas biliklərin öyrədilməsinə yönəlməlidir (Qanunun 7(4) maddəsi).
12. Qanunun 1-ci maddəsindəki “Təhsilin xristian məqsədlərinə dair müddəaya” (den kristne formålsparagraf) müvafiq olaraq:
“İbtidai məktəb ailənin razılığı və əməkdaşlığı ilə şagirdlərə onların ailədə və cəmiyyətdə faydalı və müstəqil insan olması üçün xristian və mənəvi təhsil verilməsinə və onların ruhani və fiziki bacarıqlarının inkişaf etdirilməsinə, habelə onlara yaxşı ümumi biliklərin verilməsinə yardım edir.
Məktəb ruhani azadlığı və tolerantlığı təşviq edir, müəllimlərə şagirdlər və məktəblə ailə arasında əməkdaşlıq üçün yaxşı şəraitin yaradılmasına xüsusi diqqət yetirir.”
13. Müəllimlərdən Evangelist Lüteran dininə uyğun dərs verilməsi tələb edilmişdir (1971-ci ildə əlavə edilmiş 18(3) maddə).
14. 1969-cu il qanunun 12(6) maddəsinə müvafiq olaraq Norveç Kilsəsinin davamçısı olmayan şəxslərin uşaqları, valideynlərin vəsatətinə əsasən xristian dini dərslərindən tam və ya qismən azad olunmaq hüququna malik olmuşlar. Azad olunmuş şagirdlərə fəlsəfə üzrə alternativ dərslər təklif edilə bilərdi.
2. İslahatlar
15. 1993–1997-ci illərdə icbari ibtidai və orta təhsilin islahatı aparılmışdır. 1993-cü ilin yazında Parlament məktəbə daxil olmanın aşağı yaş həddini yeddidən altıya endirmiş, gələn ilin yazında isə icbari təhsilin müddətini doqquz ildən on ilə qədər artırmışdır. Parlamentə yeni tədris proqramı təqdim edilmişdir. Kilsə İşləri, Təhsil və Tədqiqatlar üzrə Parlament Komitəsi səs çoxluğu ilə xristianlığın, digər dinlərin və fəlsəfənin birlikdə öyrədilməsini təklif etmişdir. O, şagirdlərin sosial mənsubiyyətindən, dini etiqadından, milliyyətindən, cinsindən, etnik mənsubiyyətindən və ya funksional qabiliyyətindən asılı olmayaraq məktəbdə açıq və inklyuziv şəraitin təmin edilməsinin vacibliyini vurğulamışdır. Məktəb hər cür baxışlar üçün forum olmalıdır. Müxtəlif dini və fəlsəfə əqidəsi olan şagirdlər başqaları ilə görüşməli və bir-birinin fikirləri və ənənələri barədə bilikləri əldə etməlidirlər. Məktəb moizə oxumaq və ya missioner fəaliyyəti üçün yer olmamalıdır. Qeyd edilmişdir ki, 1969-cu ildə xristian dini Dövlət Kilsəsinin dini tədrisindən ayrılmışdır. Fənnin tədrisi dini moizə aləti olmamalı, əksinə biliklərin verilməsinə yönəlməlidir. Komitə üzvlərinin əksəriyyəti həmçinin hesab etmişdir ki, vahid praktikanı yaratmaq məqsədilə tədrisdən azad olunma üzrə təlimat azlıq təşkil edən qruplarla məsləhətləşmələr aparılmaqla işlənib hazırlanmalıdır. Tədrisdən azad olunma fənnin ayrı-ayrı hissələri, xüsusilə konfessional xarakterli olan və dini ayinlərdə iştiraka dair materiallar ilə məhdudlaşmalıdır.
16. Sonradan təqdim edilmiş “Xristianlıq, din və fəlsəfə haqqında” (kristendomskunnskap med religions- og livssynsorientering, bundan sonra – “KRL fənni”) rəsmi məlumat sənədində (St.meld. nr. 14 for 1995-96) Kilsə İşləri, Təhsil və Tədqiqatlar Nazirliyi (Kirke-, utdannings- og forskningsdepartementet; 2002-ci il yanvarın 1-dən Təhsil və Tədqiqatlar Nazirliyi (Utdannings- og forskningsdepartementet), bundan sonra – “Nazirlik”) tədrisdən azad olunmaq üçün aşağıdakı prinsipləri müəyyən etmişdir:
“Heç bir şagird tədrisdən azad olunmaya görə narahatlıq və ya xəcalət çəkməməlidir;
Heç bir şagird müəyyən fəlsəfənin nümayəndəsi kimi çıxış etməyə məcbur edilə bilməz, məktəbin rəhbərliyi isə buna görə tədrisdən azad olunmaq barədə ərizəyə baxarkən sinifdə və ya məktəbdə xüsusi ehtiyatla davranmalıdır;
Müəyyən şagirdlərin tədris proqramının müəyyən hissələrindən azad olunması avtomatik olmamalıdır;
Müvafiq şəraitdə və valideynlərin, yaxud şagirdin istəyi ilə tədrisdən azad olunmanın şərtləri və səbəbləri dərsdə müzakirə oluna bilər.
Fəndən azad olunma fəndən məlumatsız olmaq azadlığı demək deyil ...”
17. Yuxarıda göstərilən parlament komitəsi səs çoxluğu ilə tədris proqramını əsasən dəstəkləyərək qeyd etmişdir ki, xristianlıq KRL fənninin əsas hissəsini təşkil etməlidir (Innst.s.nr 103 for 1995-96). Komitə həmçinin aşağıdakıları bildirmişdir:
“Komitə üzvlərinin əksəriyyəti həmçinin vurğulamalıdır ki, tədris mənəvi dəyərlər baxımından neytral olmamalıdır. Tədrisin moizə olmamasına dair məqsəd heç vaxt belə qaydada şərh edilməməlidir ki, tədris dini/etik vakuumda keçirilsin. Bizim ibtidai məktəbdəki tədris və təhsil ilk növbədə təhsilin məqsədlərini ifadə edən müddəanı rəhbər tutmalı və bu fənn çərçivəsində xristianlıq, digər etiqadlar və fəlsəfə öz xüsusiyyətlərinə uyğun təqdim olunmalıdır. Bu fəndə əsas diqqət xristianlığın tədrisinə yetirilməlidir.”
18. Komitənin azlıqda qalmış üzvləri təklif etmişlər ki, bütün ibtidai məktəb şagirdlərinin KRL fənnindən tam azad olunmaq və alternativ tədris keçmək hüququ olmalıdır.
19. Qanuna əlavə və dəyişikliklərin hazırlanması zamanı Nazirlik KRL fənni üzrə icbari tədrisin Norveçin beynəlxalq hüquqa əsasən öhdəlikləri baxımından qiymətləndirilməsini o zaman Yuxarı Məhkəmənin hakimi olmuş cənab E. Möseyə tapşırmışdır. Onun 1997-ci il 22 yanvar tarixli məruzəsində aşağıdakılar bildirilmişdir:
“İbtidai təhsil haqqında” Qanunun onun məqsədini ifadə edən müddəası tək və ya Konstitusiyanın 2-ci maddəsi və Kilsə və təhsilə dair digər xüsusi qaydalarla birlikdə nəzərdən keçirildikdə, yeni tədris proqramı çərçivəsində xristianlığın öyrənilməsinin mütləq Yevangelist Lüteran dininin xeyrinə moizə oxunmasına, təhsil verilməsinə və ya təzyiqə gətirib çıxaracağı üçün əsaslar müəyyən edilmir. Qanunverici başqaları üçün deyil, bu dinə etiqad edən şagirdlər üçün moizə formasında tədrisin keçirilməsi mümkünlüyünü müəyyən edə bilər. Bu, bizim beynəlxalq öhdəliklərimizə və insan hüquqlarının müdafiəsinə dair Konstitusiyanın 110c maddəsinə uyğun olmayacaqdır.
Hüquqi baxımdan qeyri-müəyyən “konfessional əsaslar” anlayışından belə çıxır ki, qanunverici tərəfindən din və fəlsəfə üzrə tədrisə xristianlığın digər formaları yox, Yevangelist Lüteran fikirlərin daxil olunmasına imkan verilməsi Dövlət Kilsəsi sisteminin təbii nəticəsidir. Xristianlığa dair bir hissəsi olan yeni fənn üzrə qanunda belə imkan nəzərdə tutulur. ... Norveç əhalisinin əksəriyyətinin bu dinə etiqad etdiyinə görə bu imkan nəzərdə tutulmuşdur. Aydındır ki, bunun obyektiv səbəbləri vardır. Bu, tədrisin başqa cür plüralist, neytral və obyektiv olması şərti ilə, insan hüquqları müqavilələri ilə istisna edilə bilməz.”
20. KRL fənnindən azad olunma məsələsinə gəldikdə cənab Möse bildirmişdir ki,
“Hazırkı vəziyyətdə hesab edirəm ki, ümumi tədrisdən azad olunmaq hüququnun müəyyən edilməsi ən salamat çıxışdır. Bu, deməkdir ki, beynəlxalq nəzarət orqanları icbari təhsildən irəli gələn ziddiyyətli məsələlərə daha böyük diqqətlə baxmayacaqlar. Eyni zamanda deyə bilmərəm ki, sistemin fəaliyyətinin müvafiq müqavilə öhdəliklərinin əhatə dairəsində olması şərti ilə, tədrisdən qismən azad olunmaq imkanı konvensiyaları pozacaqdır. Bir çox məsələlər sonrakı qanunvericilik prosesindən və onun tətbiqi qaydasından asılı olacaqdır.”
21. 1997-ci il iyulun 1-də qüvvəyə minmiş 1997-ci il 19 iyun tarixli (№83) qanunu ilə 1969-cu il qanununun 7 və 13-cü maddələrinə dəyişikliklər edilmişdir. Eyni müddəalar üstünə gəl 1969-cu il qanununun 1-ci maddəsinə oxşar məqsədi ifadə edən müddəa sonradan 1999-cu il avqustun 1-də qüvvəyə minmiş “Təhsil haqqında” 1998-ci il Qanunun (Lov om grunnskolen og den videregående opplæring av 17. juli 1998 nr. 61, bundan sonra – “Təhsil haqqında” 1998-ci il Qanunu) müvafiq olaraq 2-4 və 1-2 maddələrinə daxil edilmişdir.
22. 1-2(1) maddədə aşağıdakıları nəzərdə tutulmuşdur:
“İbtidai və aşağı sinif ümumi təhsilin məqsədi – ailənin razılığı və əməkdaşlığı ilə şagirdlərə onların ailədə və cəmiyyətdə faydalı və müstəqil insan olması üçün xristian və mənəvi tərbiyə verilməsinə, onların mənəvi və fiziki bacarıqlarının inkişaf etdirilməsinə və onlara yaxşı ümumi biliklərin verilməsinə yardım etməkdir.”
23. 2-4 maddədə aşağıdakıları nəzərdə tutulmuşdur:
“Xristianlıq, din və fəlsəfə üzrə tədris
(i) mədəni irs qismində Bibliya və xristianlıq, habelə Yevangelist Lüteran dini haqqında dolğun biliklər verir;
(ii) digər xristian icmalar barədə biliklər verir;
(iii) dünyanın başqa dinləri və fəlsəfələri, habelə etik və fəlsəfə məsələləri barədə bilikləri verir;
(iv) xristian və insanpərvər dəyərlərin anlamasını və onlara hörməti təşviq edir;
(v) müxtəlif dini etiqadı və əqidələri olan insanlar arasında qarşılıqlı anlaşma, hörmə və dialoq aparmaq qabiliyyətini təşviq edir.
Xristianlıq, din və fəlsəfə üzrə tədris bütün şagirdləri birləşdirməli olan adi məktəb fənnidir. Bu fənn moizə şəklində tədris edilməməlidir.
Xristianlıq, din və fəlsəfə fənni üzrə dərs deyən şəxs ilk növbədə 1-2 maddəsinin məqsədi ifadə dən müddəasını rəhbər tutur və xristianlığı, müxtəlif dinləri və fəlsəfələri onların xüsusiyyətlərinə uyğun təqdim edir. Eyni pedaqoji prinsiplər müxtəlif fənlər üzrə dərs deyilməsinə tətbiq olunur.
Valideynlərin yazılı qaydada verilmiş ərizəsinə əsasən şagird müvafiq məktəbdə onların öz dini etiqadı və həyat fəlsəfəsi baxımından başqa dinə və ya başqa həyat fəlsəfəsinə etiqad təşkil etməsini hesab etdiyi tədrisin hissələrindən azad edilir. Bu, inter alia, sinifdə və ya sinifdən kənar dini tədbirlərə aid ola bilər. Tədrisdən azad olunma barədə valideynlərin ərizəsi olduğu təqdirdə, məktəb rəhbərliyi məktəbin tədris proqramı çərçivəsində fərqli tədrisə imkan yaratmaqla məsələni həll etməyə çalışmalıdır.”
24. Hazırlıq prosesindən (travaux préparatoires) görünür ki, “dini tədbirlər” ifadəsi, misal üçün, dua, zəbur surəsini oxuma, dini mətnləri əzbərləmə və dini xarakterli tamaşalarda iştirak etməni əhatə edir.
25. Nazirliyin 1997-ci il 10 iyul tarixli sirkulyarına (F‑90‑97) müvafiq olaraq tədrisdən azad olunma barədə valideynlərin ərizəsində nəyin başqa dinə və ya başqa həyat fəlsəfəsinə etiqad təşkil etməsini hesab etdikləri əks etdirilməlidir. Valideynlər səbəbləri bildirdikdən sonra şagird tədrisdən azad olunmalıdır. Ərizə rədd edildiyi halda valideynlərin müvafiq dairənin Dövlət Təhsil İdarəsinə şikayət etmək hüququ vardır. Şikayət məktəb vasitəsilə verilir, o isə öz qərarını dəyişmək imkanına malikdir.
26. Səbəbləri bildirmək tələbi həmçinin Nazirliyin 1998-ci il 12 yanvar tarixli sirkulyarında (F-03-98) müəyyən edilmişdir ki, açıq-aşkar dini tədbirlərdə azad olunmaq üçün səbəblərin izah edilməsi tələb olunmamışdır. Bundan başqa, tədrisdən azad olunmaya dair əsas qaydalardan kənar olan məsələlərlə əlaqədar olaraq səbəblərə münasibətdə daha sərt tələblər tətbiq edilmişdir.
27. KRL fənninin hazırlanması ilə əlaqədar olaraq dini azlıqları təşkil edən birliklər ciddi etirazlar, xüsusilə fənnin böyük hissəsinin Yevangelist Lüteran Xristianlığa həsr olunması və moizə elementlərinin ehtiva etməsi ilə bağlı etirazlar bildirmişlər. Norveç Humanist Birliyi, inter alia, bildirmişdir ki, fənnin konfessional əsasları vardır (konfesjonsforankring) və fənnin yalnız müəyyən hissələrindən azad olunmaq mümkünlüyü qeyri-münasib olmuşdur. 1997-ci ilin may ayında keçirilmiş Birliyin milli konqresində qərara alınmışdır ki, Parlament hökumətin tədrisdən azad olunmaq hüququnun məhdudlaşdırılmasına dair təklifini rədd etməyə dəvət edilsin.
28. 1997-ci ilin payızından başlayaraq KRL fənni tədricən ibtidai məktəbin tədris proqramına daxil edilərək “Xristianlıq və həyat fəlsəfəsi” fənnini əvəz etmişdir. 1999–2000 tədris ilində bu fənn bütün siniflərdə daxil edilmişdir.
3. KRL fənninin qiymətləndirilməsi
29. 2000-ci il oktyabrın 18-də Nazirlik KRL fənninə dair iki qiymətləndirmə hesabatı – Norsk Lærerakademi tərəfindən hazırlanmış “Valideynlərin, şagirdlərin və müəllimlərin KRL fənni ilə bağlı təcrübəsi” (Foreldres, elevers og læreres erfaringer med KRL-faget) adlı hesabat və Høgskulen i Volda and Diaforsk tərəfindən hazırlanmış “Hər cür zövq üçün fənn? KRL fənninin qiymətləndirilməsi” (Et fag for enhever smak? En evaluering av KRL-faget) adlı hesabat barədə mətbuat üçün açıqlama vermişdir. Parlament xahiş etmişdir ki, tədrisdən azad olunmaya dair qaydaların tətbiqi ilə bağlı araşdırma üç il müddətindən sonra aparılsın. Hər iki hesabatda belə bir nəticəyə gəlinmişdir ki, tədrisdən qismən azad olunma prosedurası lazımi qaydada işləmir və buna görə təfərrüatlı surətdə yenidən nəzərdən keçirilməlidir. İkinci hesabatda aşağıdakı “Əsas nəticələr” bildirilmişdir:
“Hesabatımızın bu hissəsində biz KRL fənninin niyyətləri, prinsipləri və ondan azad olunma sxemləri ilə bir tərəfdən və digər tərəfdən ölkə boyu məktəblərdə onun praktiki tətbiqi arasında uyğunluğun olub-olmadığını, habelə tədris və ondan azad olunma sxemi olduğu kimi təşkil olunduqda valideyn hüquqlarının təmin olub-olmadığını müzakirə etmişik. Layihə tapşırığının əsasında olan valideyn hüquqları perspektivi xüsusi diqqətin müxtəlif qrup valideynlərin fənn ilə və tədrisdən azad olunma sxemi ilə təcrübələrinə yetirilməsi zəruri idi.
Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, əlaqə yaratdığımız, Norveç Kilsəsinin üzvü olan valideynlərin böyük əksəriyyəti fəndən razı qalmış və ya onun barəsində müəyyən münasibət bildirməmişlər. Eyni zamanda, digər qrup valideynlər tərəfindən fənnin mühüm aspektləri ilə bağlı ciddi müqaviməti qeyd etdik. Dini və ya əqidə azlıqlarına mənsub olan valideynlər tərəfindən fənnə davamlı antipatiya ona işarə edir ki, KRL fənni nəzərdə tutulduğundan fərqli olaraq birləşdirici amilə çevrilmədi.
Məqsədli və empirik araşdırmalar aşağıdakı başlıca nəticələr üçün əsas verir:
1. Valideynlər arasında müxtəlif dinlər və əqidələr ilə bağlı hər hansı ümumi fənnin olmasına dair razılıq olsa da, aşağıdakılar barədə razılıq yoxdur
• ümumi fənnin məzmunu və məqsədi nədən ibarət olmalıdır;
• hansı sinifdən şagirdlər üçün onların etiqad etdiyi dinindən fərqli dinlər barədə dərslər başlamalıdır.
2. Təcrübədə fənnin məqsədlərinin bəziləri araşdırmada iştirak etmiş bütün məktəblərdə təmin olunmaqla yanaşı, heç bir məktəbdə əsas məqsədlərin hamısı təmin olunur. Fənnin başlıca məqsədlərinə çatmama aşağıdakılar ilə izah oluna bilər:
• fənnin təsvirində və fənnin müxtəlif məqsədləri arasında uyğunsuzluq onun tətbiqini çətinləşdirir;
• ehtiyatların çatışmazlığı və tətbiqlə bağlı problemlər məktəblərdə dəyişiklikləri tələb edir.
3. Mövcud tədrisdən azad olunma sxemi valideyn hüquqlarını təcrübədə təmin edəcək qaydada işləmir. Bu, digər səbəblər sırasında aşağıdakılara görə baş verir:
• tədrisdən azad olunma sxeminə dair məktəblər tərəfindən verilən məlumat bir çox hallarda azad olunma imkanının təmin edilməsi üçün kifayət deyil;
• “KRL” dərsləri barədə verilən məlumat həddindən artıq ümumi xarakter daşıyır ki, bu da valideynlərin azad olunma ilə bağlı öz niyyətlərini bildirmək imkanını yaratmır. Misal üçün, dərslərdəki iş üsulları barədə məlumat heç verilmir. Bundan başqa, tədris planı ümumiyyətlə valideynlərə çox gec təqdim edilir ki, onların azad olunmanı xahiş etmək üçün praktiki olaraq imkanı olmur;
• tədrisdən azad olunma ilə bağlı qaydalar məktəblər tərəfindən Parlament və Nazirliyin izahatlarına nisbətən çox sərt şərh edirlər. Misal üçün, şagirdlər adətən yalnız “açıq-aşkar dini tədbirlər” olan tədbirlərdən azad olunurlar. Bundan əlavə, bir sıra məktəblərdə elə münasibət göstərilir ki, azad olunma praktiki cəhətdən mümkün deyil;
• məktəblərdə fənnin müəyyən hissələrindən azad olunmalı şagirdlər üçün adətən başqa dərslər verilmir və buna görə azad olunan şagirdlər sadəcə sinifdə otururlar;
• bundan əlavə, azlıqların dilində danışan bir sıra valideynlər hətta azad olunmanı istəsələr də, bu hüququ həyata keçirmək üçün Norveç dilindən lazımi səviyyədə istifadə edə bilmirlər. Bir çox hallarda bu, məktəb ilə ailə arasında inamsızlıq yaranır. Azlıqların dilində danışan valideynlərin əhəmiyyətli hissəsi bildirir ki, onlar fəndən tam azad olunmanı istəsələr də, məktəblə uşaqlarına xələl gətirə biləcək münaqişədən qaçmaq üçün bunu etməyəcəklər;
• mövzuların və fənlərin birləşməsinə görə KRL fənni dərslər cədvəlində seçilmir və buna görə təcrübədə azad olunmanı xahiş etmək çox çətindir.
4. Dərslərin bütün sinif üçün keçirilməsi və eyni zamanda təcrübədə valideyn hüquqlarının təmin edilməsi üçün dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız müəyyən şəraitdə mümkündür.
• Müxtəlif dinlər və əqidələr üzrə tədrisi təşkil etmək və bütün sinif üçün tədrisin elementləri ilə dialoq və qarşılıqlı hörməti təşviq etmək üçün tədbirlər görülməlidir. Ölkənin müxtəlif yerlərində və müxtəlif qrup şagirdlər üçün aşağı sinif ibtidai, yuxarı sinif ibtidai və aşağı sinif orta təhsil siniflərdəki olan xüsusi şəraitə uyğunlaşa bilən sərbəst modelin işlənib hazırlanması üçün səylər göstərilməlidir;
• Bir neçə məktəblərdə müşahidə olunan problemləri nəzərə alaraq fəndən tam azad olunma nəzərdə tutulmalıdır. Bu, beynəlxalq konvensiyalar ilə bağlı ən yaxşı variant, habelə uzun müddətdə din və əqidə ilə bağlı olan fənnə dəstək və qanuni qüvvə verilməsi üçün yeganə variant olardı.
Biz müəyyən etdik ki, ölkənin müxtəlif yerlərində, bəzi məktəblərdə və müxtəlif siniflərdə tədrisin keçirilməsində fərqlər bizdə belə bir sualın yaranmasına gətirib çıxarmışdır: “KRL” bir yeni fəndir və ya bir neçə yeni fəndir?”
B. Ərizəçilərdən bəzilərinin məhkəmələrə müraciəti
30. Bununla yanaşı, 1998-ci il martın 14-də Norveç Humanist Birliyi və Birliyin üzvü olmuş və uşaqları ibtidai məktəbə getmiş səkkiz cüt valideynlər KRL fənnindən tam azad olunma barədə valideynlərin ərizələrinin inzibati qaydada rədd edilməsi ilə əlaqədar Oslo Şəhər Məhkəməsinə (byrett) müraciət etmişlər. Onlar iddia etmişlər ki, tam azad olunmadan imtina tək və ya Konvensiyanın 14-cü maddə ilə birlikdə götürüldükdə 9-cu maddəyə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən valideynlərin və uşaqların hüquqlarını pozmuşdur. Onlar həmçinin, digər müddəalar sırasında, Birləşmiş Millətlər Təşkilatının 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 18 və 26-cı maddələrinə və Birləşmiş Millətlər Təşkilatının 1966-cı il “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın” 13-cü maddəsinin 3-cü hissəsinə istinad etmişlər.
31. Şəhər məhkəməsinin 1999-cu il 16 aprel tarixli qərarı ilə Birliyin hüquqi marağının olmadığı və buna görə prosessual baxımından hüquq qabiliyyətinə malik olmadığı barədə dövlətin etirazı rədd edilmişdir. Eyni zamanda, mahiyyət etibarilə Şəhər məhkəməsi dövlətin mövqeyini tutaraq iddianı rədd etmişdir.
32. Bu qərardan Birliyin və valideynlərin şikayət verdiyi Borqartinq Yuxarı Məhkəməsi (lagmannsrett) 2000-cı il oktyabrın 6-da Şəhər məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
33. Ərizəçilərin sonradan Ali Məhkəməyə (Høyesterett) şikayət vermiş və onun 2001-ci il 21 avqust tarixli qərarı ilə Birliyin işdə iştirak etmək üçün kifayət qədər hüquqi marağının olmadığına görə bu hissədə şikayət rədd edilmişdir. Digər şikayətçilərə gəldikdə isə o, onların şikayətini rədd edərək Yuxarı Məhkəmənin qərarını qüvvədə saxlamışdır.
34. Qərar üzrə birinci səs vermiş hakim Stanq Lund işə baxan digər dörd hakimin əsasən dəstəklədiyi öz mövqeyini izah edərkən ilk əvvəl bildirmişdir ki, “iş valideynlərin onların uşaqların ibtidai və orta məktəbində keçirilən (KRL) fəndən tam azad olunması barədə ərizələrinin qaydada rədd edilməsinə dair inzibati qərarların qüvvəsi ilə bağlıdır”. O qeyd etmişdir ki, “(KRL) fənnin tədrisinin Norveçin, inter alia, dini etiqad azadlığının müdafiəsinə dair beynəlxalq hüquq öhdəliklərinə zidd olub-olmadığı” müəyyən edilməlidir”.
35. Bundan sonra hakim Stanq Lund qanunvericilik tarixinin və beynəlxalq insan hüquqları hüququna, xüsusilə Avropa Konvensiyasının və 1966-cı il “Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın” (bundan sonra – “MSHBP”) müvafiq müddəalarına və presedent hüququna əsasən vəziyyətin təhlilini aparmışdır. 1998-ci il “Təhsil haqqında” Qanununun hər bir müvafiq müddəasını nəzərdən keçirərək hakim Stanq Lund 1-2-ci maddənin 1-ci hissəsindəki Xristian məqsədlərinin ifadə edən müddəaya dair aşağıdakıları qeyd etmişdir.
“Məqsədi ifadə edən müddəa ibtidai və aşağı sinif orta təhsil çərçivəsində bütün tədrisə aiddir. Müddəa ümumi xarakter daşıyaraq onun əhatə dairəsinin müəyyən edilməsi çətindir. Bununla əlaqədar dini etiqad azadlığı və valideyn hüquqlarına dair konvensiya müddəaları ilə bağlı suallar ortaya çıxa bilər; bax: hakim Möse, Odelstinqa (Parlamentin böyük bölməsinə) 38 nömrəli (1996-97) təklifin 35-ci və sonrakı səhifələri. KRL fənni ilə əlaqədar olaraq bu müddəa həmin fənnin bütün şagirdlər üçün tədris fənninin olmasını və tədrisə moizələrin daxil olmamasını müəyyən edən 2-4-cü maddənin 2-ci hissəsi ilə birlikdə nəzərdən keçirilməlidir. Məqsədi ifadə edən müddəa belə tərzdə şərh edilməlidir ki, o, “İnsan hüquqları haqqında” Qanunun 2-ci maddəsinə (həmçinin 3-cü maddəyə bax) əsasən inkorporasiya edilmiş konvensiyalara zidd olmasın.
Fənn üzrə tədris planlarına və ümummilli tədris proqramlarına əlavə və dəyişikliklərin edilməsi nəticəsində “xristian və mənəvi tərbiyə” ifadəsi belə şərh edilməlidir ki, xristian və insanpərvərlik dəyərləri qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Həm xristian, həm də insanpərvərlik ənənələrində ilə həqiqətin, insan ləyaqətinin, xeyirxahlığın, demokratiyanın və insan hüquqlarının əhəmiyyəti vurğulanır. Bu dəyərlər Norveçdə dini etiqaddan və həyat fəlsəfəsindən asılı olmayaraq, demək olar ki, hər kəsə xasdır. Konvensiyalarda tələb edilmir ki, məktəblərdə keçirilən tədris dəyərlər baxımından neytral olsun; bax: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” iş üzrə qərarı (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark, 7 December 1976, § 53, Series A no. 23).
Məqsədi ifadə edən müddəada məktəblərdə bütün tədrisin ailə ilə əməkdaşlıqda və razılaşma ilə keçirilməsi müəyyən edilir. İbtidai və aşağı sinif orta məktəblərin müəllimlərinin şagirdlərə xristian tərbiyə vermək səyləri yalnız valideynlərin razılığı ilə və ailə ilə əməkdaşlıqda edilməlidir. Belə tərzdə şərh olunan bu müddəa fikir, vicdan və dini etiqad azadlığı ilə bağlı Avropa Konvensiyasının 9-cu maddəsinə və MSHBP-nin 18-ci maddəsinin 1-3-cü hissələrinə, yaxud valideynlər ilə bağlı Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə və MSHBP-nin 18-ci maddəsinin 4-cü hissəsinə zidd deyildir. Bununla belə, KRL fənni müəllimlərinin ibtidai və aşağı sinif orta təhsilin xristian məqsədlərini rəhbər tutmalı olduğu nəzərdə tutulan 2-4 maddəsinin 3-cü hissəsindəki məqsədi ifadə edən müddəaya istinad konvensiyaların pozulub-pozulmadığı məsələsi üçün heç bir müstəqil əhəmiyyət kəsb etmir.”
36. 1998-ci il “Təhsil haqqında” Qanununun 2-4-cü maddəsinin 1-3-cü hissələri ilə bağlı hakim Stanq Lund aşağıdakıları qeyd etmişdir
“Şikayətçilər qeyd etmişlər ki, Qanunla tədris zamanı şagirdlərə mədəni irs qismində Bibliya və xristianlıq, habelə Yevangelist Lüteran dini haqqında dolğun biliklərin veriilməsi tələb edilməklə yanaşı, digər dünya dinləri, əqidələri, etik və fəlsəfə mövzuları barədə yalnız ümumi biliklərin verilməsi tələb olunur.
Mən nəzərə alıram ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasından müəyyən etmək olar ki, üzv dövlətlərin özləri tədrisin əhatə dairəsi və məzmunu ilə bağlı qərar qəbul edirlər; bax: yuxarıda qeyd edilən Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı, § 53 və Valsamis Yunanıstana qarşı (Valsamis v. Greece, 18 December 1996, § 28, Reports of Judgments and Decisions 1996‑VI).
Bununla da İHAK-ın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsi müxtəlif dinlər və əqidələrin məzmununa, habelə dinlərin və etik qaydaların tarixinə dair icbari tədrisin, belə tədrisin obyektiv, tənqidi və plüralist qaydada keçməsi şərtilə, keçirilməsinin qarşısını almırlar. Bununla əlaqədar olaraq mənim tərəfimdən yuxarıda aparılmış konvensiya orqanlarının qərarlarının və şərhlərinə dair araşdırmaya istinad etmək istərdim. İcbari tədris müxtəlif dinləri və əqidələri ehtiva etməlidir. 2-4-cü maddənin 1-ci hissəsində digər dinlər və əqidələr barədə biliklərdən daha çox xristianlıq barədə biliklərin vurğulanması, fikrimcə, konvensiyalarla üzv dövlətlərə verilən diskresiya hüdudlarındadır. İcbari tədrisin obyektiv, tənqidi və plüralist olmasına dair tələb belə şərh oluna bilməz ki, müxtəlif dinlər və müxtəlif həyat fəlsəfələri arasında tədrisin spesifik, mütənasib bölgüsü aparılmalıdır. Ayrıca üzv dövlətin tarixi, mədəniyyəti və ənənələri baxımından bəzi dinlərin və ya əqidələrin başqalarından üstün olması mümkün olmalıdır.
Müəyyən din, yaxud müəyyən həyat fəlsəfəsi barədə fikirləri yayma və ya digər formada moizə oxuma Avropa Konvensiyasına və MSHBP-ya zidd olardı; bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı”, § 53 və “Valsamis Yunanıstana qarşı”, § 28, və BMT İnsan Hüquqları Komitəsinin 1993-cü il 20 iyul tarixli şərhin 6-cı bəndi. Bununla belə, “Təhsil haqqında” Qanunun 2-4-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulur ki, KRL fənninin tədrisinə moizələr daxil edilməməlidir.
Şikayətçilər, inter alia, hakim Mösenin məruzəsinə (Odelstinqa 38 nömrəli (1996-97) təklifin 29-cu səhifəsi) istinad edərək iddia etmişlər ki, şagirdlərə müəyyən dini etiqadı qəbul etməyə təzyiq edə biləcək yolla keçirilən spesifik dini baxışların tədrisi də dini etiqad azadlığı və valideyn hüquqlarına dair konvensiya müddəalarının pozuntusunu təşkil edir. Razıyam ki, belə tədrisdə pozuntu baş verə bilər. Eyni zamanda, “təzyiq edə biləcək” ifadəsi belə tərzdə şərh edilə bilər ki, o, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından irəli gələn əhatə dairəsindən kənara çıxacaqdır. Buna görə də mən Məhkəmənin praktikasında inkişaf etdirilmiş meyarlara üstün verəcəyəm. KRL fənninin daxil edilməsi ilə əlaqədar olaraq hazırlıq işlərindən (travaux préparatoires) görünür ki, Nazirlik və Parlament üzvlərinin əksəriyyəti xüsusilə vurğulamağa çalışmışlar ki, bu fənn bütün şagirdlər üçün adi tədris fənni olmalıdır. Bu, Qanunun mətnində dəqiq göstərilmişdir; 2-4-cü maddənin 2-ci hissəsinin birinci cümləsinə bax. Qanunverici həmçinin bildirmişdir ki, KRL fənni biliklərin verilməsinə yönəlmiş fəndir; misal üçün, Odelstinqa 38 nömrəli (1996-97) təklifin 6-cı səhifəsindəki ikinci sütuna və 10-cu səhifəsinə bax. 2-4-cü maddənin 3-cü hissəsində nəzərdə tutulur ki, xristianlıq, digər dinlər və həyat fəlsəfələri öz səciyyəvi xüsusiyyətlərinə əsasən təqdim edilməlidirlər. Digər tərəfdən, Parlamentin Təhsil, Tədqiqatlar və Kilsə İşləri üzrə Daimi Komitəsi bildirmişdir ki, tədris dəyərlər baxımından neytral olmamalıdır; Parlamentə 103 nömrəli (1995-96) Tövsiyənin 4-cü səhifəsinə bax. Bu, özlüyündə konvensiyalara zidd ola bilməz, çünki, yuxarıda göstərdiyim kimi, tədrisin dəyərlər baxımından neytral olması tələbi nə İHAK, nə də MSHBP-dən irəli gəlmir.”
37. Hakim Stanq Lund həmçinin müəyyən etmişdir ki, “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsinin 4-cü hissəsi Konvensiyanın və MSHBP-nin, habelə “İnsan Hüquqları haqqında” Qanunun 3-cü maddəsinin müvafiq müddəaları nəzərə alınaraq şərh edildikdə belə qəbul edilməlidir ki, həmin müqavilələrin mənasında şagirdlərin moizə və ya fikirləri yayma sayılan din və fəlsəfə dərslərindən azad olunmaq hüququ vardır, valideynlərin isə öz uşaqlarını belə dərslərə gəlməyə məcbur etmək öhdəliyi yoxdur. Buna görə, uşaqlar belə dərslərə getməyə bilər. Belə qaydanın tədris proqramının hansı hissəsinə aid olması məsələsi hər bir konkret halda tədris planından və onun keçirilməsindən asılı olaraq həll edilməlidir. Hakim Stanq Lundun fikrincə, tədrisdən azad olunmaya dair müddəa dini etiqad azadlığı və valideyn hüquqları ilə bağlı hər hansı tələblərə zidd olmamışdır. Tədrisin obyektiv, tənqidi və plüralist olmasına dair konvensiya tələbi müxtəlif dinlərin və həyat fəlsəfələrinin məzmunu barədə icbari tədrisin və ya konvensiyaya tərəfdar çıxmış dövlətlərin tarixi, mədəniyyəti və ənənələri nəzərə alınmaqla müəyyən dinə və ya fəlsəfəyə başqalarına münasibətdə üstünlük verilməsinin qarşısını almır. Artıq qeyd edildiyi kimi, “Təhsil haqqında” 1998-ci il Qanununda nəzərdə tutulmuşdur ki, həmin fənn məktəbdə adi dərs olmalıdır. Hazırlıq işlərinin sənədlərinə müvafiq olaraq o, şagirdlərə biliklər verən fənn kimi nəzərdə tutulmuşdur. Qanunla tədrisin neytral olması və moizəyə çevrilməməsi tələb edilmişdir. Buna görə də, tədrisin məzmununa dair 2-4-cü maddənin müddəalarının Konvensiyaya zidd olması görünmür.
38. Daha sonra hakim Stanq Lund tədris proqramının (1999-cu ildə Nazirlik tərəfindən təsdiq edilmiş Onillik İcbari Təhsilin Tədris Proqramı, bundan sonra – “Tədris proqramı”) şikayətçilərin fikrincə xristian dininə üstünlük verən və şagirdlərə xristianlığı seçməyə vadar edən hissələrini nəzərdən keçirmişdir. Norveçin beynəlxalq öhdəlikləri baxımından “Təhsil haqqında” 1998-ci il Qanununun 2-6 və 2-8-ci maddələrində və 1999-cu il 28 iyun tarixli müvafiq əsasnamədə nəzərdə tutulan Tədris proqramı digər əsasnamələr ilə eyni hüquqi statusa malikdir. Eyni zamanda o, qeyd etmişdir ki, şagirdlərin dini etiqadların və fikirlərin çoxluğu barədə anlayışın alması, habelə tədrisdə bir dinin digərlərinə münasibətdə üstün olması təqdim edilməməsi zəruridir. Konvensiyaya tərəfdar çıxan dövlətlərin tarixi, mədəniyyəti və ənənələri baxımından bir və ya daha çox dinlərə, yaxud həyat fəlsəfələrinə başqalarından daha üstün yer ayrılması məqbul olmalıdır.
39. Şagirdlərə şəkillər, mahnılar, səhnələr, musiqi və Bibliyadan və dini mətnlərdən hekayələr vasitəsilə təzyiq göstərilməsi barədə şikayətçilərin etirazı ilə əlaqədar olaraq hakim Stanq Lund müəyyən etmişdir ki, şagirdlərə müxtəlif dinlərin ənənələrinin və “biliklərin verilməsi vasitələrinin” (måte å formidle på) neytral şəkildə, beynəlxalq insan hüquqları hüququna zidd olmamaqla təqdim edilməsi mümkün olmalıdır. Tədris proqramında açıqlıq, fənnin dərindən qavranılması, hörmət və dialoqa, habelə din və mənəviyyat məsələlərinin müzakirəsi zamanı anlamanın və tolerantlığın təşviq edilməsinə xüsusi diqqət yetirilərək moizələr qadağan edilmişdir. Tədris proqramı çərçivəsində KRL fənninin tədrisi beynəlxalq insan hüquqları hüququnun müvafiq müddəalarına hər hansı ziddiyyət yaratmamaqla həyata keçirilə bilərdi.
40. Məktəb dərsliklərində, xüsusilə “Körpülər” (Bridges) adlı dərsliyin 2, 3, 5 və 6-cı cildlərində moizələrin ehtiva edilməsi və şagirdlərə təzyiq göstərə bilməsi barədə şikayətçilərin dəlilləri ilə əlaqədar olaraq hakim Stanq Lund qeyd etmişdir ki, “Körpülər” adlı dərslikdə istifadə olunan bir sıra problemlərin və ifadələrin anlayışların xristian dininin mənəvi-etik suallara cavab verməsi kimi qəbul oluna biləcəyi ilə yanaşı, həmin material ilə bağlı tədrisin necə planlaşdırılması və həyata keçirilməsi barədə əlavə məlumat Ali Məhkəməyə təqdim edilməmişdir.
41. Bu kontekstdə hakim Stanq Lund qeyd etmişdir ki, şikayətçilərin iddiası və Ali Məhkəməyə şikayəti ümumiyyətlər KRL fənninə və onun tədrisinə qarşı verilmişdir. Tədrisdən tam azad olunmadan imtina barədə hər bir qərarla bağlı təqdim olunmuş dəlillər və sübutlar ümumiyyətlə fənnin keçirilməsinin vurğulanmasına yönəlmişdir. Şikayətçilər ayrı-ayrı qərarların qanuniliyini əsaslı şəkildə mübahisələndirməmişlər. İşin təqdim edilməsi tərzi nəzərə alınaraq şikayətçilərin uşaqlarına verilən dərslərin müvafiq insan hüquqları müqavilələrini pozub-pozmadığının müəyyən edilməsi üçün əsaslar yoxdur. İş KRL fənnindən tam azad olunmadan imtina barədə qərarların qanuniliyi ilə bağlı olmuşdur. Şikayətçilər kifayət qədər sübutlar təqdim etməmişlər ki, tədris həmin konvensiyalara uyğun olaraq müvafiq fənnin dərslərindən azad olunmanı tələb edən qaydada planlaşdırılmış və keçirilmişdir.
42. Nəhayət, hakim Stanq Lund ayrı-seçkilik barədə dəlilləri nəzərdən keçirmişdir.
“Təhsil haqqında” Qanunun 2-4-cü maddəsinə müvafiq olaraq, müəyyən məktəbdə uşaqların tədrisin müəyyən hissəsindən azad olunması üçün valideynlər yazılı surətdə ərizə verməlidirlər. Tədrisdən azad olunma barədə ərizələrin daha çox KRL fənninə aid olması ilə yanaşı, tədrisdən azad olunmaya dair məhdud hüquq bütün fənlərə və tədbirlərə münasibətdə tətbiq edilir. Qanunda nəzərdə tutulmamışdır ki, ərizənin verilməsi üçün əsaslar göstərilsin. Əsasların verilməsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur.
Dövlət iddia etmişdir ki, ibtidai təhsil və aşağı sinif orta təhsil çərçivəsindəki tədris ayrı-ayrı fənlərin hədlərindən əhəmiyyətli dərəcədə kənara çıxan mövzulara bölünür. KRL fənninin ayrı-ayrı hissələrinin digər fənlər ilə birləşməsini nəzərə alaraq KRL fənni üzrə tədrisdən tam azad olunma kifayət olmayacaq. Dövlətin fikrincə, KRL fənni konvensiyalara, yaxud 2-4-cü maddənin 4-cü hissəsinə müvafiq olaraq azad olunma tətbiq edilməyən bir çox mövzuları əhatə edir. Azad olunma sistemi belə şəkildə tərtib edilərək həyata keçirilir ki, həlledici amili tədrisin məzmunu təşkil edir. Buna görə də, Dövlətin fikrincə, konvensiyalarda ayrı-seçkiliyin qadağan edilməsi azad olunma barədə ərizələrin əsaslandırılmasına dair tələblərə münasibətdə tətbiq edilə bilməz.
Nazirlik iki sirkulyarda azad olunmanın əsasları və qaydaları ilə bağlı tələbləri izah etmişdir. 1997-ci il 10 iyul tarixli F-90-97 nömrəli sirkulyarın 5-ci səhifəsində Nazirlik aşağıdakıları bildirmişdir:
“Valideynlər azad olunma barədə müraciət etdiyi halda bu barədə yazılı ərizə məktəbə təqdim edilməlidir. Ərizədə tədrisdə nəyin digər dinə etiqad etmə və ya digər həyat fəlsəfəsinə tərəfdar olma kimi hesab etmək üçün əsas verən səbəblər göstərilməlidir.
Valideynlər onların fikrincə digər dinə etiqad etmə və ya digər həyat fəlsəfəsinə tərəfdar olmanı təşkil edən tədrisin ayrı-ayrı hissələrindən azad olunma barədə ərizə ilə müraciət etdiyi halda şagirdlər yalnız valideynlər tərəfindən tədrisdə nəyin belə təsir göstərməsi izah edilməsindən sonra azad oluna bilərlər. Azad olunma barədə ərizələri məktəb tərəfindən rədd edilən valideynlərin müvafiq vilayətin Dövlət Təhsil İdarəsinə bələdiyyə inzibati qərarından şikayət etmək hüququ vardır. Şikayət məktəb vasitəsilə göndərilməlidir ki, bununla da ona inzibati qərarı dəyişdirmək imkanı verilir.”
1998-ci il 12 yanvar tarixli F-03-98 nömrəli sirkulyarın 3-cü səhifəsində Nazirlik əsasların təqdim edilməsi tələbini genişləndirmişdir:
“Nazirliyin əsas tələbi ondan ibarətdir ki, valideynlər açıq-aşkar dini xarakterli olan tədbirlərdən azad olunma barədə ərizə ilə müraciət etdikdə şagirdlər azad (qismən azad) olunurlar. Belə hallarda valideynlərdən əsas gətirilməsi tələb olunmur. Açıq-aşkar dini xarakterli olmayan tədbirlərdən azad olunma barədə ərizələr ilə əlaqədar olaraq valideynlər tərəfindən irəli sürülün əsaslara dair tələblər daha yüksək olmalıdır. Belə hallarda şagirdlərin tədrisdən azad olunmasına dair əsas qayda tətbiq olunmur. Bundan əlavə, hazırlıq işlərinin materiallarında (travaux préparatoires) azad olunma barədə müraciət etmək üçün tutarlı əsasların olub-olmadığını müəyyən edilməsi mümkünlüyü nəzərdə tutulur. Laqtinqə (Parlamentin daha azsaylı bölməsi) 95 (1996-97) nömrəli Tövsiyədə bildirilir ki, “Əksəriyyət belə fikirdədir ki, şagirdlər müəyyən məktəbdəki tədrisin onların etiqad etdiyi dinə və ya həyat fəlsəfəsinə əsasən digər dinə etiqad etmə və ya digər həyat fəlsəfəsinə tərəfdar olma kimi qəbul olunması üçün əsaslar olduğu hissələrindən azad oluna bilər.” Eyni zamanda, bir çox valideynlərin din və həyat fəlsəfəsi ilə bağlı məsələlərin şəxsi həyat sahəsində olması fikrində olması faktı nəzərə alınmalıdır. Şəxsi həyata hörmət hüququ həmçinin konvensiyalarla müdafiə olunur.”
Daha sonra Nazirlik şagirdlərin azad oluna biləcəyi sahələri nəzərdən keçirərək 4-cü səhifədə aşağıdakıları bildirir:
“Məktəbin qəbul etdiyi bütün Tədris proqramlarında valideynlərin dini və fəlsəfə əqidələrinə hörmət edilməlidir. Bu deməkdir ki, tədrisdən azad olunmaya dair qaydalar bütün icbari təhsilə aiddir. Ümumiyyətlə, Tədris proqramının təcrübədə şagirdləri müəyyən dini və ya həyat fəlsəfəsini qəbul etməyə vadar edə, yaxud başqa yolla dini fəaliyyətdə iştirak etmə və ya həyat fəlsəfəsinə tərəfdar sıxma kimi qəbul edilə bilib-bilmədiyi məktəb tərəfindən dəyərləndirilməlidir.
Xüsusilə bu, misal üçün, bədən tərbiyəsi dərsində təşkil olunan rəqs sinfi ilə bağlı əhəmiyyət kəsb edə bilər; partnyor ilə rəqs etmə bəzi şəxslərin əqidəsinə zidd olmaqla, musiqiyə uyğun hərəkət etmə məqbul ola bilər. İncəsənət və əl işi dərslərində Allahın və peyğəmbərlərin şəkilləri ilə bağlı ehtiyatlı olmaq lazımdır; bax: KRL fənni üzər bələdçidə “Şəkillər – obrazların qadağan olunması” mövzusunda müzakirələr (səhifə 22).”
KRL fənninin qiymətləndirilməsi ilə bağlı əlavə etməliyəm ki, Nazirlik mümkün qədər çox uşağın və cavan adamların bütün dərslərdə iştirak etmək imkanının təmin etmək üçün fənnin məzmununun, metodologiyasının və təşkilinin dəyişdirilməsi zərurətini vurğulamışdır. Bununla yanaşı, tədrisdən azad olunmaya dair məhdud hüququn Nazirlik tərəfindən saxlanılmasının səbəbi – valideyn hüquqlarının və dini etiqad azadlığının məqbul səviyyədə təmin edilməsində və onların qarşılıqlı razılıq mühitində həyata keçirilməsində əmin olmaq idi; bax: Parlamentə 32 (2000-01) nömrəli Məruzənin 51-ci səhifəsindəki birinci sütun.
Qeyd etməliyəm ki, ibtidai və aşağı sinif orta təhsil çərçivəsində KRL fənni üzrə icbari Tədris proqramı çərçivəsində dərslərin hamısından və ya bir hissəsindən azad olunma hüququ ayrı-ayrı valideynlərin məktəbə münasibətdə fərqli vəziyyətin yaranmasına gətirib çıxaracaqdı. Tədrisdən azad olunma üçün müraciət etmək istəyən valideynlər və şagirdlər Tədris proqramı çərçivəsində dərsləri diqqətlə izləməli və azad olunmanın uşaq hüquqlarını və onların öz hüquqlarını təmin etmək üçün zəruri hesab etdiyi hallarda azad olunma barədə müraciət etməlidirlər. Azad olunma barədə müraciət ilkin mərhələdə məktəb tərəfindən həll edilir. Məsələ ortaya çıxır ki, bu münasibətdə fərqlilik qanuni məqsədlərə xidmət edirmi və məqsəd tətbiq edilən vasitələrə münasibdirmi.
Yuxarıda qeyd edildiyi kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına görə, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi belə qaydada şərh edilmişdir ki, əqidələr müəyyən dərəcədə inandırıcı, ciddi, davamlı və vacib olmalıdır (bax: Məhkəmənin “Kempbel və Kozans Birləşmiş Krallığa qarşı” (Campbell and Cosans v. the United Kingdom, 25 February 1982, § 36, Series A no. 48) və yuxarıda qeyd edilən “Valsamis” (§ 25) işləri üzrə qərarları). Bu qərarların müddəalarında Konvensiyaya tərəfdar çıxmış dövlətlərin valideynlər üçün uşaqların azad olunması barədə müraciət etdikləri tədbirlərin birbaşa müəyyən dinə etiqad və ya başqa həyat fəlsəfəsinə tərəfdar çıxma kimi aydın olunmadığı halda hər hansı daha təfərrüatlı səbəbləri təqdim etmək tələbi təsdiq edilir.
Eyni zamanda, ərizəçi öz dini etiqad və ya həyat fəlsəfəsi barədə məlumat verməlidirsə, bu, şəxsi həyata hörmət hüququ ilə bağlı Konvensiyanın 8-ci maddəsinə və MSHBP-nin 17-ci maddəsinə, habelə dini etiqad zadlığı ilə bağlı Konvensiyanın 9-cu maddəsinə və MSHBP-nin 18-ci maddəsinin 1-ci hissəsinə zidd ola bilər. Vurğulamayıam ki, dini etiqada və siyasi, yaxud başqa fikirlərə görə fərqli rəftar ayrı-seçkiliyin qadağan edilməsinin başlıca əsasını təşkil edir.
Qeyd etdiyim kimi, hökumət və Parlamentin ibtidai və aşağı sinif təhsil çərçivəsində biliklər, dəyərlər və mədəniyyətə dair ümumi əsasların verilməsinin əhəmiyyətli olduğunu hesab etdikləri KRL fənni üzrə icbari dərslərin müəyyən edilməsinin əsas səbəbi olmuşdur. Açıq, inklyuziv təhsil mühitinin vacibliyi vurğulanmışdır. İcbari ibtidai və aşağı sinif orta təhsil çərçivəsindəki tədrisdə azad olunmaq hüququnun həyata keçirmək niyyətini bildirmək hüququ nəzərdə tutulmalı və hər halda Tədris proqramının azad olunma istənilən hissələri ərizədə ümumi şəkildə göstərilməlidir. Mənim üçün aydındır ki, KRL fənni üzrə ümumi tədris proqramı və azad olunmaq hüququnun həyata keçirilməsi üçün yazılı ərizənin verilməsinə dair tələb qanuni məqsədlərə xidmət edir, tədrisin müəyyən hissələrindən azad olunma üçün müraciət etmək istəyən valideynlərdən Tədris proqramını izləmək və azad olunmanı istədikdə müraciət etmək tələbi qeyri-mütənasib deyil. Əlavə edərdim ki, valideynlər üçün Tədris Proqramını izləmək imkanının yaradılması məktəb müdiriyyətindən asılıdır. Ümumi, icbari Tədris proqramında tələb olunur ki, valideynlər hər zaman KRL fənni, habelə Tədris proqramının planı və metodları barədə məlumatlı olsunlar, həmçinin zəruri hallarda dini xarakterli digər tədbirlər barədə məlumat alsınlar.
Tərəflər əsaslar ilə bağlı spesifik tələblər və KRL fənnindən azad olunma barədə müxtəlif ərizələrdə verilən səbəblər xüsusi diqqət yetirməmişlər. Buna görə, bu işdə ayrı-seçkiliyin qadağan edilməsi tələbinin pozulması nəticəsində KRL fənni üzrə dərslərdən tam azad olunmanın rədd edilməsi barədə inzibati qərarların ləğv ediləcəyini güman etmək üçün əsas olmadığının elan edilməsi kifayətdir.”
C. Yuxarıda göstərilən məhkəmə prosesindəki tərəflərin və onların uşaqlarının Məhkəməyə və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə müraciəti
43. 2002-ci il fevralın 15-də ərizəçi valideynlər və uşaqlar Konvensiyaya əsasən ərizələrini Məhkəməyə göndərmişlər.
44. Sonradan, 2002-ci il martın 25-də yuxarıda göstərilən məhkəmə prosesində iştirak etmiş digər dörd cüt valideynlərin öz uşaqları ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə “Mülki və siyasi hüquqları haqqında” 1966-cı il Beynəlxalq Paktın əlavə Protokoluna əsasən şikayət göndərmişlər (№ 1155/2003).
45. 2004-cü il noyabrın 3-də, digər üç cüt valideynlərin Məhkəməyə müraciət etdiklərindən “eyni məsələnin” sonuncunun baxışında olması barədə dövlətin etirazı Komitə tərəfindən rədd edilmişdir. Şikayət Paktın 17, 18 və 26-cı maddələri ilə bağlı hissədə Komitə tərəfindən mümkün elan edilmişdir. Mahiyyətə gəldikdə isə, Komitə bildirmişdir ki, şikayətçilərə (“müəlliflərə”) münasibətdə tətbiq olunan qaydada KRL fənninin hazırkı formatı, o cümlədən tədrisdən azad olunma sistemi Paktın 18-ci maddəsinin 4-cü hissəsinin pozulmasına gətirib çıxarmışdır. Komitənin qərarı aşağıdakı şəkildə əsaslandırılmışdır.
“14.2. Komitə qarşısında duran əsas məsələ - Norveç məktəblərində CKREE[1] fənni üzrə yalnız məhdud azad olunma imkanı ilə icbari tədrisin müəlliflərin 18-ci maddəyə əsasən fikir, əqidə və dini etiqad azadlığını və xüsusilə 18-ci maddənin 4-cü hissəsinə əsasən valideynlərin öz uşaqlarının dini və mənəvi tərbiyəsini öz şəxsi əqidələrinə uyğun təmin etmək hüququnu pozub-pozmadığını müəyyən etməkdir. 18-ci maddənin əhatə dairəsinə yalnız ənənəvi dinlərin deyil, həmçinin müəlliflərin tərəfdar olduğu kimi, həyat fəlsəfələrinin müdafiəsi daxildir. Komitənin fikrincə, din və etika üzrə tədris Komitənin 18-ci maddə ilə bağlı 22 nömrəli Ümumi Şərhdə ifadə edilmiş qaydada tətbiq edildiyi təqdirdə 18-ci maddəyə uyğun ola bilər: “18.4-cü maddəsinə əsasən ümumi məktəblərdə dinlərin və etikanın ümumi tarixi kimi fənlər üzrə tədrisin neytral və obyektiv qaydada keçirilməsinə yol verilir”, “müəyyən din və ya iman barədə tədrisi ehtiva edən ümumi təhsil isə, valideynlərin, yaxud qəyyumların istəklərinə uyğun olaraq ayrı-seçkilik olmadan azad olunma və ya alternativ nəzərdə tutulmadığı təqdirdə 18-ci maddənin 4-cü hissəsinə ziddir”. Komitə həmçinin “Hartikainen və digərləri Finlandiyaya qarşı” (Hartikainen et al. v. Finland) işdə ifadə olunmuş fikirlərinə istinad edir ki, orada nəticəyə gəlinmişdir ki, dini kontekstdəki tədris zamanı heç bir dinə etiqad etməyən valideynlərin və ya qəyyumların hüquqlarına hörmət edilməlidir. Komitə məhz bu hüquqi kontekstdə şikayətə baxacaqdır.
14.3. Birincisi, Komitə CKREE fənni üzrə tədrisin neytral və obyektiv qaydada aparılıb-aparılmadığını müəyyən edəcəkdir. Bu məsələ ilə əlaqədar olaraq “Təhsil haqqında” Qanunun 2-4-cü maddəsində nəzərdə tutulur ki, “Fənn üzrə tədrisə moizələr daxil olmamalıdır. “Xristian biliklər və dini və etik tərbiyə” fənni müəllimləri 1-2-ci maddədə təsbit edilmiş ibtidai və aşağı sinif orta təhsilin məqsədlərini rəhbər tutmalı və xristianlığı, digər dinləri və həyata fəlsəfələrini onların səciyyəvi xüsusiyyətlərinə uyğun təqdim etməlidirlər. Müxtəlif mövzular üzrə dərslər eyni tədris prinsiplərinə əsaslanmalıdır”. Həmin müddəada nəzərdə tutulur ki, ibtidai və aşağı sinif orta təhsilin məqsədi - “ailə ilə qarşılıqlı razılıq və əməkdaşlıqda şagirdlərə xristian və mənəvi tərbiyə verməkdir”. Qanunun hazırlanmasına dair materialların bəzilərində (travaux préparatoires) bu fəndə başqa dinlərə və həyat fəlsəfələrinə nisbətən xristianlığın ehkamlarına üstünlük verilməsini aydın etmək üçün yuxarıdakılara istinad edilmişdir. Bu kontekstdə Təhsil üzrə Daimi Komitə səs çoxluğu nəticəyə gəlmişdir ki, dərslər dəyərlər baxımından neytral olmamış, tədrisin əsas diqqəti isə xristianlığa yönəlmişdir. Üzv dövlət etiraf etmişdir ki, həmin fənn dini xarakterli kimi qəbul oluna biləcək elementləri ehtiva edir ki, bu tədbirlərdən azad olunma valideynlər tərəfindən səbəblər təqdim edilmədən verilir. Həqiqətən, belə tədbirlərdən ən azı bir neçəsinə, hətta zahirən, sırf dini biliklərə dair tədris deyil, əslində müəyyən dini ayinlərin keçirilməsi daxildir (9.18-ci paraqrafa bax). Müəlliflərin təqdim etdiyi araşdırma nəticələrindən və onların şəxsi təcrübəsindən həmçinin görünür ki, həmin fənn onlar tərəfindən neytral və obyektiv qaydada verilən kimi qəbul olunmayan elementləri ehtiva edir. Komitə nəticəyə gəlir ki, tədrisdən azad olunma sistemində belə azad olunmanı seçmiş uşaqlar və ailələr üçün tədris neytral və obyektiv olmadığı halda CKREE fənnin tədrisi neytral və obyektiv qaydada keçirilməsinə dair tələbə uyğun deyil.
14.4. Bununla əlaqədar olaraq nəzərdən keçirilməli olan ikinci məsələ - qismən azad olunma sistemində “valideynlərin və ya qəyyumların istəklərinə uyğun azad olunma və alternativlərin ayrı-seçkilik olmadan” təmin edilib-edilməmisidir. Komitə müəlliflərin CKREE fənni tədrisinin artıq dərəcədə dini tədrisə gətirib çıxardığına görə qismən azad olunma qaydalarının onların ehtiyaclarına uyğun olmadığı barədə mövqeyini qeyd edir. Bundan əlavə, Komitə qeyd edir ki, Noveçin “Təhsil haqqında” Qanununda “valideynlərin yazılı ərizəsinə əsasən onların öz dininə və ya həyat fəlsəfəsinə görə başqa dinə etiqad və ya başqa həyat fəlsəfəsinə tərəfdar çıxma kimi qəbul olunduğu müəyyən məktəbdəki dərslərə şagirdlərin gəlməkdən azad olunması” nəzərdə tutulur.
14.5. Komitə qeyd edir ki, CKREE fənni tədrisi ilə bağlı mövcud normativ bazada daxili uyğunsuzluq və hətta ziddiyyətlər vardır. Bir tərəfdən, Konstitusiyada və “Təhsil haqqında” Qanunun məqsədi ifadə müddəasında təhsil sistemi çərçivəsində digər dinlərin və dünya görüşlərinin roluna nisbətən xristianlığa açıq-aydın üstünlük əks etdirilir. Digər tərəfdən, “Təhsil haqqında” Qanunun 2-4-cü maddəsində nəzərdə tutulmuş tədrisdən azad olunmaya dair xüsusi müddəa belə ifadə edilmişdir ki, nəzəri baxımdan CKREE fənni tədrisinin şagirdlərin, yaxud valideynlərin başqa dinə etiqad və ya həyat fəlsəfəsinə tərəfdar çıxma saydığı hər bir hissəsindən tam azad olunmaq hüququ verilir. Bu müddəa Konstitusiyada və “Təhsil haqqında” Qanunun məqsədi ifadə müddəasında əks etdirilmiş üstünlüyü tarazlaşdıran yolla tətbiq edildiyi təqdirdə bu, Paktın 18-ci maddəsinə uyğun hesab edilə bilərdi.
14.6. Eyni zamanda, Komitə hesab edir ki, fənnin açıq-aşkar dini xarakterli olan tərəfləri, habelə azad olunma üçün müraciət etmə və əsaslandırma lazım ola biləcək digər tərəfləri müəyyən etmək məqsədilə digər tərəfləri ilə tanış olma tələb edildiyindən, hətta mücərrəd olaraq, hazırkı qismən azad olunma sistemi müəlliflərin vəziyyətində olan şəxslər üçün çox böyük yük müəyyən edir. Uşaqlar üçün qismən azad olunma rejimi ilə tam azad olunma sxemində yarana biləcək problemlərdən fərqli problemlərin yaradılması mümkünlüyü nəzərə alınaraq belə şəxslərin bu hüququ həyata keçirməkdən çəkindirilməsini ehtimal etməmək olmaz. Həqiqətən də, müəlliflərin qarşılaşdığı təcrübə göstərir ki, azad olunma sistemi ha-hazırda valideynlərin onların uşaqlarının dini və mənəvi tərbiyəsini öz əqidəsinə uyğun təmin etmək azadlığını qorumur. Bununla əlaqədar olaraq Komitə qeyd edir ki, CKREE fənnində dini biliklər müəyyən dinə etiqad etmə ilə, misal üçün, duaları əzbər öyrənmə, dini himnləri oxuma, yaxud dini ayinlərdə iştirak etmə ilə birləşdirilir (paraqraf 9.18). Bu hallarda valideynlərin ərizə formasında müvafiq qeydləri etməklə bu tədbirlərdən azad olunması barədə müraciət etmək imkanı mövcud olsa da, CKREE sxemində tədrisdən azad olunma sxeminin yararlı olması üçün dini biliklərin və dini ayinlərin ayrılması təmin edilmir.
14.7. Komitənin fikrincə, müəlliflərin qarşılaşdığı çətinliklər, xüsusilə Mariya Yansenin və Pia Suzanne Orninqin dərslərdən azad olunmasına baxmayaraq Milad bayramında dini mətnləri əzbər söyləməli olduqları, habelə uşaqların rastlaşdığı mənəvi münaqişələr belə çətinlikləri kifayət qədər dolğun nümayiş etdirir. Bundan başqa, uşaqların dini biliklərin verilməsinə yönələn dərslərdən azad olunması üçün səbəbləri göstərmək tələbi, habelə hansı səbəblərin qəbul edilə biləcəyinə dair dəqiq göstərişlərin olmaması öz uşaqlarını müəyyən dini fikirlərdən kənarlaşdırmağa çalışan valideynlər üçün əlavə maneə yaradır. Komitənin fikrincə, müəlliflərə münasibətdə tətbiq edildiyi şəkildə CKREE fənninin hazırkı formatı, o cümlədən mövcud azad olunma rejimi Paktın 18-ci maddəsinin 4-cü hissəsinin pozulmasını təşkil edir.”
Bu nəticəyə gələrək Komitə müəyyən etmişdir ki, Paktın 18-ci maddəsinin digər hissələrinə, yaxud 17 və 26-cı maddələrinə əsasən başqa məsələlər ortaya çıxmamışdır. “Komitənin rəyini yerinə yetirmək üçün görülmüş tədbirlər barədə məlumatı” təqdim etmək üçün cavabdeh dövlətə doxsan gün verilmişdir.
D. Komitə rəyinin yerinə yetirilməsi üçün görülmüş tədbirlər
46. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin “Rəyini” nəzərə alaraq Norveç hökuməti KRL fənni üzrə tədrisin dəyişdirilməsi üçün tədbirlər həyata keçirmək, xüsusilə “Təhsil haqqında” 1998-ci il Qanununa və Tədris proqramına dəyişikliklər təklif etmək qərarına gəlmişdir. F-02-05 nömrəli sirkulyara müvafiq olaraq bunlar aşağıdakı elementləri ehtiva etmişdir.
(i) 2-4-cü maddənin 3-cü hissəsində 1-2-ci maddəsinin xristian məqsədini ifadə edən müddəasına istinadın ləğv edilməsi.
(ii) Əsas tədris materialında müxtəlif dinlər və həyat fəlsəfələrinə dair materialın mövcud həcmi saxlanılmaqla fənnin məqsədlərində müxtəlif dinlərin və həyat fəlsəfələrinin keyfiyyətcə eyni təsvirin nəzərdə tutulması.
(iii) Azad olunma sistemində valideynlərin hüquqlarının və azlıqları qorumaq zərurətinin müəyyən dərəcədə nəzərə alınması təmin edilməklə mövcud 2-4-cü maddəsinin 4-cü hissəsindəki qismən azad olunma barədə müddəanın ayrıca maddədə əks etdirilməsi; azad olunma barədə ərizələrə dair müddəaların sadələşdirilməsi; azad olunma ilə bağlı təcrübələr barədə məlumatın məktəblər tərəfindən təqdim edilməsi və məktəblərə göndərilməsi öhdəliyinin Qanunda müəyyən edilməsi.
(iv) Tədrisin müxtəlif hissələrinin həcmi saxlanılmaqla, həmçinin dini etiqad sayıla biləcək və sayıla bilməyəcək elementlər dəqiq ayrılmaqla yeni tədris proqramının işlənib-hazırlanması.
(v) Tədrisin hər hansı hissələrinin dini ayinlərin keçirilməsi kimi qəbul edilməsi mümkünlüyünü azaltmaq üçün Tədris proqramının giriş hissəsində və fənnin tədrisinə dair tövsiyələrdə iş metodlarının seçimini xüsusilə vurğulanması.
Müxtəlif, habelə şagirdlərin fəal iştirakı nəzərdə tutulan iş metodlarının tətbiqi fənnin bütün aspektlərinin çatdırılmasına xidmət edəcəkdir. Vurğulanmışdır ki, dini ayinlərin keçirilməsinə yaxın olan kimi sayıla biləcək iş metodlarının tətbiqi üçün müəllimlər tərəfindən xüsusi diqqət, o cümlədən adaptiv tədris formalarının tətbiq edilməsi tələb olunur.
(vi) Təklif olunan dəyişikliklərin 2005-2006-cı tədris ilindən başlayaraq tətbiq edilməsi. Qeyd olunan tədbirlərin 2005-ci il payızından başlayaraq tətbiq edilməsi nəticəsində müəllimlərin biliklərinin və hazırlığının artırılması zəruriliyi ortaya çıxmışdır. Yeni tədris proqramı üzərində iş yekunlaşdıqda hökumət bilikləri və hazırlığı artırmaq sahəsində işə başlayacaqdı.
(vii) Valideynlərin öz uşaqları üçün adaptiv tədris keçirmək istəyinə münasibətdə yüksək dərəcədə uyuşqanlıq nümayiş etdirilməsi. Zəruri hallarda təklif olunan daimi sxemin tətbiqinə qədər bu barədə istəyini bildirmiş valideynlər üçün müvəqqəti olaraq tam azad olunmanı seçmək imkanı mövcud olmalıdır.
Hökumətin qərarına müvafiq olaraq Nazirlik zəruri dəyişikləri nəzərdən keçirməyə başlamışdır. 2005-ci il aprelin 29-da hökumət tərəfindən təsdiq edilmiş (Ot.prp.nr.91 (2004‑05) Nazirliyin həmin tarixli təkliflərinə əsasən 2005-ci il iyunun 17-də Parlament “Təhsil haqqında” 1998-ci il Qanununa müvafiq əlavə və dəyişiklikləri etmiş və onlar dərhal qüvvəyə minmişdir. Bunun nəticəsində 2-4-cü maddənin 1-ci hissəsinə bir neçə dəyişikliklər edilmiş (“dini etiqad” sözləri “xristianlığın anlaması” sözləri ilə əvəz edilmiş, fənnin ətraflı öyrənilməsi tələbi həmçinin xristian dininin digər istiqamətlərinin öyrənilməsinə aid edilmişdir), 2-4-cü maddənin 3-cü hissəsində 1-2-ci maddəsinin xristian məqsədini ifadə edən müddəasına istinad isə ləğv edilmişdir (yuxarıda 23-cü bəndə bax). Bundan əlavə, 2-4-cü maddəsinin 4-cü hissəsindəki qismən azad olunmaya dair müddəalar bir sıra dəqiqləşdirici əlavə və dəyişikliklər ilə yeni 2-3A maddəsində əks etdirilmişdir. Buna, inter alia, (keçmiş 2-4-cü maddənin 4-cü hissəsində “dini tədbirlərin” sözlərinin “tədbirlərin” sözü ilə əvəz edilməsi, həmçinin qismən azad olunma üçün əsaslara valideynlərin öz dini etiqad, yaxud həyat fəlsəfəsi baxımından təhqiredici kimi qəbul etdiyi tədbirlər (digər dinə etiqad etmə və ya digər həyat fəlsəfəsinə tərəfdar çıxma kimi qəbul olunan tədbirlərdən əlavə) daxil edilmişdir.
II. MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
47. “Təhsil haqqında” 1998-ci il Qanununun müvafiq müddəaları yuxarıda göstərilmişdir.
48. Qismən azad olunma barədə ərizədə səbəblərin göstərilməsinə dair valideynlər üçün tələblər yuxarıda 42-ci paraqrafda verilmiş Ali Məhkəmənin qərarındakı F-90-97 və F-03-98 nömrəli sirkulyardan sitatlarda əks etdirilir. İkinci sirkulyarda həmçinin hazırkı işə aidiyyəti olan aşağıdakı bəndlər nəzərdə tutulur.
“4. Məsələnin həlli: fərqləndirimiş tədris və Tədris proqramını yerlərdə uyğunlaşdırma
4.1. Uyğunlaşdırılmış tədris və yerlərdə Tədris proqramı üzərində iş əsas prinsiplər kimi
“İcbari təhsil haqqında” Qanunun 13-cü maddəsinin 10-cu hissəsində nəzərdə tutulur ki, azad olunma barədə ərizənin daxil olduğu məktəbin müdiriyyəti imkan daxilində və xüsusilə ibtidai təhsil siniflərində “Tədris proqramı çərçivəsində fərqləndirilmiş tədrisi” təmin etməklə məsələni həll etməlidir.
Qanunda nəzərdə tutulmuş fərqləndirilmiş tədris Məktəb proqramında [Læreplanverket, L97] ümumi qaydada vurğulanmış və “İcbari təhsil haqqında” Qanunun 7-ci maddəsində təsbit edilmiş tədrisi uyğunlaşdırma prinsipi ilə sıx bağlıdır. Prinsiplərdə və tövsiyələrdə ümumilik və vahid məktəb sistemi çərçivəsində uyğunlaşdırma prinsiplərinə əhəmiyyət verilir. Orada aşağıdakı ifadələr istifadə olunur:
Fərdi uyğunlaşdırma bütün şagirdlər üçün bərabər şəraitin yaradılması üçün lazımdır. Bu məqsədlə məktəb kursunun bütün aspektləri – tədris planı, iş metodları, tədrisin təşkili və əyani vasitələr şagirdlərin qabiliyyətinə uyğunlaşdırılmalıdır.
Həmçinin bildirilir ki, bunun nəticəsində tədris materialının fərqli qaydada təqdim edilməsi və öyrənilməsi, habelə müxtəlif dərs materiallarından istifadə, onların çətinliyinin, miqdarının, tədrisin sürətinin və qavranma dərəcəsinin dəyişdirilməsi üçün imkanlar yaradılır. (bax: L97/L97S).
...
4.2. KRL proqramı daxilində fərqləndirmə - biliklərin deyil, tədbirlərin fərqləndirilməsi
Qanuna müvafiq olaraq azad olunma barədə ərizənin daxil olduğu məktəbin müdiriyyəti Tədris proqramı çərçivəsində fərqləndirilmiş tədrisi təmin etməklə məsələni həll etməlidir. Bələdiyyə orqanlarının fərqləndirilmiş tədrisi təmin etmək öhdəliyi mümkün qədər geniş surətdə və xüsusilə ibtidai təhsil siniflərində tətbiq edilir. Qanunda göstərilmiş əsaslara görə fərqləndirilmiş tədris eyni tədris proqramına uyğun keçirilməli, fərqləndirmə biliklərə görə deyil, tədbirlərə görə aparılmalıdır. Fənnə dar biliklərdən azad olunma nəzərdə tutulmadığından dərslərdən azad olunan şagirdlər üçün tədris proqramı çərçivəsində tədris keçirilməlidir.
Qismən azad olunma tətbiq edildiyi hallarda alternativi başqa fənn və ya başqa tədris proqramı deyil, KRL proqramı çərçivəsində başqa tədbirlər və iş metodları təşkil edir. Məktəbdə şagirdlərə müvafiq biliklər fərqli metodoloji yanaşma vasitəsilə verilməlidir. Bununla yanaşı, şagirdlər müəyyən tədbirləri ehtiva edən müəyyən mövzulardan azad edilə bilərlər. Misal üçün, şagirdlərdən on ehkamın əzbər öyrənilməsi tələb olunan əsas mövzu (“Xristian dini və etikası, altıncı sinif). Eyni zamanda, şagird on ehkam barədə biliklərdən azad edilə bilməz.
Fərqləndirilmiş tədris kursunda şagirdlərin dini və fəlsəfə mənsubiyyəti nəzərə alınmalı və uyğunlaşdırılmış iş metodlarının tətbiqi vasitəsilə müvafiq sinifdə bütün şagirdlərin eyni biliklər sahəsində işləməsinə imkan daxilində yardım göstərilməlidir.
Fərqləndirmə zəruriliyinin dərəcəsi yerli şəraitdə aşağıdakılardan asılıdır
– valideynlərin hansı dini və ya fəlsəfə qruplarına mənsubiyyətindən
– hansı xarakterli tədbirlərdən azad olunma xahiş edilir.
...
6. Müəyyən tədbirlərin həyata keçirilməsində fərqli metodikaların tətbiqi
KRL fənninin tədrisi üzrə tövsiyələrdə həmin fənnin öyrənilməsi metodikasına giriş əks etdirilir və aşağıda müzakirə olunan suallara cavablar verilir. Eyni zamanda, burada bəzi suallara daha dolğun cavablar verilir. Həmçinin tövsiyələrdə hər bir tədris ili üçün verilən konkret misallara bax.
Aşağıda müxtəlif tədbirlərin həyata keçirilməsi misalları gətirilərək qaldırıla biləcək başqa suallara cavablar verilir:
6.1. Dualar, iman rəmzi və digər vacib dini mətnlər
Bəzi tədbirlər, o cümlədən iman rəmzi olan mətnləri, ehkam və duaları əzbər öyrənmə və söyləmə (LS97, səh. 96 və 101, L97S, səh. 101-09) bir sıra valideynlər və qəyyumlar tərəfindən müəyyən dini ayinlərin keçirilməsi və ya dini etiqad kimi qəbul edilə bilər. Belə tədbirlərdən azad olunma barədə ərizə daxil olduqda şagird üçün bu səpkidən olan materialla başqa yolla işləmək imkanını yaratmaq məqsədilə məktəb müdiriyyəti fərqləndirilmiş tədrisi təmin edir.
Valideynlər bunu məqbul hesab etdiyi təqdirdə, onlar uşaqlarının digər şagirdlər tərəfindən başqa dinlərdən duaların və ya iman rəmzi olan mətnlərin əzbər söyləməsini müşahidə etməyinə, uşaqlara onların öyrənilən materialdan və baş verən tədbirdən müəyyən məsafə saxlamaqlarına yardım göstərilməsi şərti ilə, icazə verə bilərlər (bununla bağlı iştirakçı və müşahidəçinin roluna dair yuxarıdakı bəndə bax). Bu cür tədbirlər həmçinin fərdi dərslərdə və material barəsində müxtəlif yanaşmalar tətbiq edildiyi qrup şəklində çalışmalarda keçirilə bilər.
6.2. Kilsə himnlərini oxuma
Xristian dininə mənsub olan uşaqlar üçün kilsə himnlərini oxuma və həmin tədbir vasitəsilə onların dini və mədəni ənənələrinin vacib xüsusiyyəti barədə dərin biliklər əldə etmə ilə bağlı dərslər təşkil edildiyi zaman bu dinə mənsub olmayan şagirdlərin ehtiyacları nəzərə alınmalıdır. Kilsə himnlərini oxuma həmçinin “Xristian bilikləri və dini və mənəvi tərbiyə” dərslərindən kənar, məsələn, musiqi dərslərində baş verə bilər. Kilsə himnləri nəğmə dərslərində oxuna bilər ki, bununla da musiqi kontekstində bizim nəğmə mədəniyyəti irsinin vacib hissəsi kimi baxıla bilər.
Kilsə himnlərini oxumaqdan azad edilmiş şagirdlərə kilsə himnlərini başqa cür, misal üçün, ayrıca qrupda öyrənmək imkanı yaradılmalıdır. Məsələn, onlar kilsə himnini dinləyə və kilsə himni mətninin mənası ilə bağlı tapşırıq ala bilərlər. kilsə himni hansı bayramla bağlıdır və nəyə görə? Xristian dinində həmin kilsə himni nəyə görə vacibdir? Digər bir imkan – nəğmələr, kilsə himnləri və musiqi, onların müxtəlif dinlərdə rolu ilə bağlı tapşırıq verməklə kilsə himnlərini və nəğmələri oxumanı sərbəst dərsdə keçməkdir.
Bax həmçinin: KRL fənni üzrə tövsiyələri, səh. 23.
6.3. Dini ayinləri müşahidə etmə, kilsələrə və digər dini toplantı yerlərinə baş çəkmə
Bəzi valideynlər öz uşaqlarının məqsəddən asılı olmayaraq kilsəyə və ya başqa dini ibadət yerinə daxil olmasını istəməyə bilər. Digərləri dini ayinlərdə iştirak etməni və tədris məqsədləri kilsəyə və ya başqa ibadət yerinə ekskursiyanı fərqləndirəcəklər. Valideynlərin mövqeyi nəzərə alınmaqla belə baş çəkmələrin planlaşdırılması zamanı məktəblə ailə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Ekskursiyalar
Dördüncü sinif şagirdləri kilsələrin planlaşdırması, bəzəkləri və ləvazimatları, habelə vacib xristian rəmzləri ilə tanış edilməlidir (dərsin mövzusu: xristian bayramları, dini rəmzlər, yerli xristian icmasının həyatı). Şagirdlərin əksəriyyəti bu sahədə bilikləri yerli kilsəyə müəllim tərəfindən təşkil edilmiş ekskursiya vasitəsilə əldə edəcəklər. Əsas diqqət informativ və obyektiv məqsədlərə yönəldilir. Misal üçün, kilsə binası, kilsənin bəzədilməsi, rəmzləri, habelə müxtəlif əşyaların təyinat ilə bağlı informasiya verilə bilər.
Bəzi valideynlər və ya qəyyumlar kilsəyə getməni dini ayinlərdə iştirak etmə hesab etdikləri üçün uşaqlarının belə ekskursiyalardan azad olunmasını xahiş edə bilərlər.
Kilsəyə gedə bilməyən şagirdlər üçün, məsələn, digər tədbirlər təşkil edilə və tapşırıqlar verilə bilər. Belə dərslər eyni sahə üzrə aparılmalıdır ki, şagirdlərə kilsəyə baş çəkmə zamanı əldə edə bildikləri həcmdə biliklər verilsin. Tapşırıqlar, məsələn, yerli tarix ilə bağlı hər hansı məlumat kitabçaları, nəşrlər, yaxud müvafiq kilsəni təsvir edən və ya göstərən rəsmlər, şəkillər və ya plakatlar ilə bağlı verilə bilər.
Bax: KRL fənni üzrə tövsiyələrin 23-cü səhifəsində nümunəyə.
Məktəbdəki ibadətlər
İbtidai təhsil siniflərində tədrisin məqsədlərinin ifadəsində (L97, səh. 94 və L97S, səh. 100) bildirilir ki, şagirdlər oxuduğu yerdə kilsəyə getməli və ibadətlərdə iştirak etməlidirlər. Xüsusilə qeyd edilir ki, kilsəyə getmə məktəb tədrisinin tərkib hissəsini təşkil edir (xaç suyuna salma mərasiminə hazırlıq deyil). Xristian dininə mənsub olmayan şagirdlər, misal üçün, məktəbdə ibadətlərin və müvafiq tədbirlərin keçirilməsindən azad olunma barədə müraciət edə bilərlər. Belə şagirdlər üçün fərqləndirilmiş tədris təşkil edilməlidir. Şagirdlərin ibadətdə iştirak etdiyi halda, bu, misal üçün liturgiyanın ayrı-ayrı hissələrinin bütövlükdə ibadətdə oynadığı rolu müşahidə etmə, ifadə olunan kilsə himnlərinin ibadətin əsas mövzusuna necə aid olunmasını qeyd etmə, yaxud ümumiyyətlə ibadətin mövzusunun təsvirlər, rənglər, mətnlər və musiqi ilə necə vurğulandığını müşahidə etmə barədə tapşırıq verilməklə yerinə yetirilə bilər.
Digər valideynlər hər hansı ibadətlərdə iştirakdan tamamilə azad olunma barədə müraciət edə bilərlər. Bu halda şagirdlər digər vasitələrlə, misal üçün sinifdə şəkillər, musiqi və mətnlər ilə tanışlıq vasitəsilə xristian ibadətləri ilə tanış edilməlidir.
Yuxarıda kilsəyə baş çəkmə ilə əlaqədar qeyd edilənlər həmçinin məscidə, sinaqoqaya, məbədə və digər dini toplantı yerlərinə də aid edilə bilər.
Şəkillər və simaların göstərilməsinə qadağa
Bax: KRL fənni üzrə tövsiyələrin 22-ci səhifəsində daha ətraflı məlumata.
Xüsusilə mürəkkəb hekayələr, başqa dinlərlə analoji personajlar
Bax: KRL fənni üzrə tövsiyələrin 30, 32, 50 və 52-ci səhifələrində daha ətraflı məlumata.
6.4. Digər sahələr
Nazirliyə “Xristian bilikləri və dini və mənəvi tərbiyə” kursunun digər aspektləri ilə bağlı suallar, o cümlədən aşağıdakılar daxil olmuşdur:
Səhnələşdirmə
Pyeslər, pantomimalar və səhnələşdirmələr tədris materialının səmərəli surətdə öyrənilməsinə və şagirdlərin birləşməsinə xidmət edə bilər. Eyni zamanda belə yanaşmalar da valideynlərin və ya qəyyumların öz uşaqlarını azad etmək istədiyi tədbirləri ehtiva edə bilər. Bu, misal üçün, müqəddəs şəxsləri, o cümlədən peyğəmbər İsanın anadan olmasını əks etdirən səhnələşdirmələrə aid ola bilər.
Bəzilər iddia edə bilər ki, belə halda “tədrisin aktyorluq hissəsindən” azad olunma xahiş edilir. Bu cür problem şagirdlərə səhnələşdirmə ilə bağlı digər tapşırıqların verilməsi yolu ilə həll edilə bilər. Dekorasiyalar hazırlanmalı, işıqlandırma və səs avadanlığı planlaşdırılmalı, yerləşdirilməli və sınaqdan keçirilməli, proqramlar hazırlanmalıdır. Aparıcı və hekayəçi tələb olunur. Proqramın fəal iştirakçılarında müsahibə götürmək, səhnəni izah etmək, habelə səhnələşdirmədən sonra sinif divar qəzeti üçün məqalə hazırlamaq üçün jurnalist lazımdır. Bunlar, birbaşa səhnələşdirmə ilə məşğul olmayan şagirdlərə verilə biləcək vacib tapşırıqlardan bir neçəsidir. Bunlar həmçinin onların təbii surətdə sinifdə fəal olmasına, eyni zamanda təqdim olunan materiala və onun təqdim edilməsi üsullarına münasibətdə müşahidəçi qismində çıxış etmələrinə imkan yaradan vasitələrdir.
Digər valideynlər onların uşaqlarının səhnələşdirməyə və ya onunla bağlı işə cəlb olunmadığını xahiş edə bilərlər. Bu istək hörmətlə qarşılanmalı və şagirdlərə başqa tapşırıqlar verilməlidir.
...
7. Məktəblə ailə arasında əməkdaşlıq – açıqlıq və obyektivlik
Valideynlərin fənnin tədrisinin onların əqidələrinə zidd olmadığında əmin olması üçün məktəblə ailə arasında sıx əməkdaşlıq zəruridir.
Valideynlərin dini və fəlsəfə mənsubiyyəti barədə məlumata malik olan müəllimlər tədrisi belə planlaşdıra bilərlər ki, şagirdlərin dərslərdən azad olunması minimuma endirilsin. Fənn üzrə tədris planı mümkün qədər tez hazırlanmalıdır. Planda müxtəlif dini və fəlsəfə mənsubiyyətinə görə ümumiyyətlə mövcud olan fərqli tədris metodikalarının variantları göstərilməlidir. Valideynlər üçün hər hansı müəyyən dərslərdən azad olunmaq zərurətini nəzərdən keçirmək imkanını yaratmaq üçün plan onlara təqdim edilməlidir.
Qismən azad olunmanı xahiş etmək üçün valideynlər məktəbə ərizə ilə müraciət etməlidirlər. Onlar tədris proqramındakı başqa dinə etiqad etmə və ya başqa həyat fəlsəfəsinə tərəfdar çıxma hesab etdikləri dərsləri göstərməlidirlər. Valideynlər həmçinin məktəb tərəfindən təklif edildiyi halda ümumi xarakterli fərqli tədris metodikasının, yaxud bundan əlavə fərdi xarakterli fərqli tədris metodikasının seçilməsi barədə qərar qəbul etməlidirlər. Bununla əlaqədar olaraq ailə ilə məktəb arasında yaradılmış dialoq vasitəsilə şagirdlər üçün spesifik tədris variantları müəyyən edilə bilər.
Valideynlər qanunun əsaslandırma hissəsində “iman rəmzi olan mətnləri və ya duaları əzbər oxuma, dini mətnləri əzbər öyrənmə, kilsə himnlərinin oxunmasında iştirak etmə, habelə müxtəlif dini toplantılarda dini ayinlərdə, yaxud mərasimlərdə iştirak etmə” kimi təsvir olunan açıq-aşkar dini xarakterli dərslərdən azad olunma barədə məktəbə müraciət etdiyi halda belə müraciət bu tipli dərslərə aid olacaqdır. Bununla da, hər bir ayrıca dini mərasim üçün yeni bir müraciət tələb edilmir.
Məktəblə ailə arasında əməkdaşlıq çərçivəsində müəllim heyəti şagirdlərin müxtəlif dini etiqadlarına hörmətlə yanaşmalıdır. Dil və mədəni azlıqların nümayəndələri ilə ünsiyyət zamanı buna xüsusi diqqət yetirilməlidir.
8. İnzibati proseduralar
Azad olunma barədə müraciətlər ilə bağlı bələdiyyə orqanlarının qərarları “Dövlət idarəetmə haqqında” Qanuna əsasən qəbul olunan qərarlardır və buna görə “İcbari təhsil haqqında” Qanunun 34-cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq Dövlət Təhsil İdarəsinə onlardan şikayət verilə bilər. Bələdiyyə orqanı qərar qəbul etmək səlahiyyətini məktəbin direktoruna verə bilər. Qərarın qəbul edilməsi üçün məsələ dərindən öyrənilməlidir; “Dövlət idarəetmə haqqında” Qanunun 17-ci maddəsinə bax.
...
10. Fənn üzrə bir çox tədris vasitələr sırasından olan dərsliklər
Nazirlik vurğulamaq istəyərdi ki, tədris üçün dərsliklər deyil, Tədris proqramı məcburi xarakter daşıyır. Fənn üzrə dərsliklər fənnin məqsədlərinə xidmət edən bir çox tədris vasitələrindən biridir.
İcbari təhsil çərçivəsində istifadə edilən dərsliklər əvvəlcədən təsdiq olunmalıdır. Hətta dərslik təsdiq olunduğu halda orada səhvlərin olması təhlükəsi vardır. Müəllimin diqqəti dərslikdə səhvlərin olmasına cəlb edildikdə, o, tədrisin düzgün aparılması üçün məsələni diqqətlə öyrənməlidir.
Fənn üzrə kitabların xüsusi nəzarət orqanı tərəfindən ekspertizadan keçirilməsinin (dərsliklərə dair keçmiş əsasnamənin 4-cü maddəsi) ləğv olunmasına baxmayaraq, Nazirlik qeyd edir ki, dərsliklərə nəzarət davam etdiriləcəkdir. Dərsliklər dinlərin və həyat fəlsəfələrinin öz səciyyəvi xüsusiyyətlərinə uyğun təqdim olunmasını təmin etmək üçün, digərləri ilə yanaşı, dini və fəlsəfə icmaları tərəfindən öyrəniləcəkdir.”
49. 1999-cu ildə Nazirlik tərəfindən qəbul edilmiş “Norveçin onillik icbari təhsil çərçivəsində tədris proqramında” (“Tədris proqramı” adlandırılan) aşağıdakılar bildirilir:
“Fənnin tədrisi şagirdlərə xristianlıq barədə və xristian baxışları barədə dərin biliklərin verilməsinə, habelə digər dünya dinləri və fəlsəfələri barədə ətraflı biliklərin verilməsinə yönəlmişdir. Bununla da, Tədris proqramının vacib bəndlərini klassik Bibliya hekayələri, xristianlıq tarixinin əsas inkişaf istiqamətləri və əsas şəxsiyyətləri, habelə xristian dininin və xristian mənəviyyatının əsasları təşkil edir. Fəndə həmçinin digər mövcud dinlərin və həyat fəlsəfələrinin başlıca xüsusiyyətləri, habelə insan təbiətinə aid fəlsəfə və ümumi mənəvi əsas məsələlər əhatə olunur. Xristianlığın tədrisində və digər dinlər və konsepsiyaların tədrisində eyni pedaqoji prinsiplər tətbiq edilməlidir. Tədrisə açıq yanaşma bəslənilməli, o, imanlar və fəlsəfələr arasında qarşılıqlı anlaşmaya, hörmətə və dialoqa xidmət etməli, habelə din və mənəviyyat məsələlərində anlaşmanı və dözümlülüyü təşviq etməlidir. Sinif otağında hər hansı müəyyən dinə dair moizə üçün yer yoxdur. Tədris zamanı dinə dair moizə deyil, biliklər verilməlidir. Burada həmçinin hər bir şagirdin fərdlilik və mədəni mənsubiyyət hissini qoruyub saxlanılmalı, eyni zamanda ümumi mədəniyyət çərçivəsində dialoq inkişaf etdirilməlidir.
Müxtəlif imanları və həyat fəlsəfələrini anlamaq üçün onlar artıq tanış olan kontekstdə nəzərdən keçirilməlidir. Buna görə də, fənnin icbari təhsildə müxtəlif funksiyaları vardır: ənənəni ötürmək, fərdlilik hissini qoruyub saxlamaq, habelə dərin bilikləri verən və dialoqu təşviq edən körpüləri qurmaq.
...
Tədris kursunun strukturu
İbtidai mərhələ
Orta mərhələ
Orta təhsilin aşağı sinifləri
Bibliyanın öyrənilməsi
Bibliyadan tanınmış hekayələr
Bibliyanın başlıca hekayələri
Bibliya janrları, Bibliya müqəddəs yazı kimi, Bibliyanın tarixi
Xristianlıq tarixi
Ayrı-ayrı vacib epizodlar
Erkən tarix:
tendensiyalar, şəxsiyyətlər, mədəni ifadələr
Müasir tarix: tendensiyalar, şəxsiyyət, mədəni ifadələr
Müasir xristian baxışları
Bayramlar, rəmzlər, cəmiyyətdə xristianlığın yeri
Xristian dini və mənəviyyatı
Xristian konfessiyaları, oxşarlıqlar və fərqlər
Digər dini etiqadlar
Digər dini etiqadlar və istiqamətlər, hekayələr və bayramlar
İslam, Yəhudi dini, Hinduizm,
Buddizm,
Dünyəvi baxışlar
Müasir dövrdə dini ifadələr
Etika və fəlsəfə
Etik düşüncə: “mənim ” və “sənin”, “mən” və “sən”
Etik düşüncə: dəyərlər və seçimlər
İnsan barədə fəlsəfi şərhlər: dəyərlər və normalar
Fənnin yeni olaraq bütün şagirdlər üçün nəzərdə tutulmasına görə, müxtəlif əqidəli valideynlərin və şagirdlərin tədris proqramı və onun məzmunu ilə tanış olması xüsusi əhəmiyyət kəsb edir. Valideynləri razı salmaq üçün tədris proqramı belə qaydada tərtib edilməlidir ki, onlar şagirdlərin tədrisin müxtəlif mərhələlərində keçəcəyi dərslərin məzmunu ilə asancasına tanış olsunlar.”
50. Tədris proqramında fənnin ümumi məqsədləri müəyyən olunaraq 1-4, 5-7 və 8-10-cu siniflər üçün məqsədləri və fənnin elementləri əks etdirilmişdir.
Fənnin ümumi məqsədləri aşağıdakı qaydada müəyyən edilmişdir:
“• şagirdləri Bibliya və xristianlıq ilə mədəni irs qismində, habelə imanın, mənəviyyatın və dünya görüşünün canlı mənbəyi qismində ətraflı şəkildə tanış etmək;
• şagirdləri məktəbdə təhsilin əsaslandığı xristian və humanist dəyərlərlə tanış etmək;
• şagirdləri digər dünya dinləri və həyata fəlsəfələri ilə imanın, mənəviyyatın və dünya görüşünün canlı mənbəyi qismində tanış etmək;
• iman məsələlərində və həyatın etik dəyərləri məsələlərində müxtəlif mövqedə olan insanlar arasında qarşılıqlı anlaşmanı, hörməti və dialoq aparmaq qabiliyyətini təşviq etmək; və
• şagirdlərin şəxsi artımını və inkişafını stimullaşdırmaq.”
Tədris proqramında 1-4-cü siniflər üçün məqsədlər müəyyən edildikdən sonra bu siniflər üçün fənnin əsas elementləri göstərilib: “Bibliya hekayələri”, “ Kilsə tarixindən hekayələr”, “Xristian bayramlar, dini rəmzlər, yerli xristian icmasının həyatı”, “Etik düşüncənin inkişaf etdirilməsi: mən və başqaları”. “Digər dini və etik istiqamətlər” elementi “Yəhudi dini”, “İslam”, “Hinduizm”, “Buddizm”, “Humanizm” və “Yunan mifologiyası”nı əhatə etmişdir.
Tədris proqramında həmçinin 5-7-ci siniflər üçün aşağıdakı məqsədlər müəyyən edilmişdir:
“Xristian dini və mənəviyyatı
Şagirdlər Lüterin Kiçik Katexizisində ifadə olunmuş mövqelər baxımından xristian dininin və xristian mənəviyyatının əsaslarını öyrənməlidir.
Digər dini etiqadlar
Şagirdlər İslam, Yəhudi dini, Hinduizm və Buddizm dinlərinin əsas xüsusiyyətlərini və vacib hekayələrini öyrənməlidir.
Dünyəvi baxışlar
Şagirdlər dünyəvi baxışlar, humanist ənənəsinin inkişafı, müasir humanist dünya baxışı barədə məlumatlı olmalıdır.”
5-7-ci siniflər üçün fənni əsas elementlərinə aşağıdakılar daxil edilmişdir: “Bibliyanın tarixi”, “Xristianlığın erkən tarixi” (6-cı sinif üçün “Orta əsrlər”, 5-ci sinif üçün “Reformasiya dövrü”), “Xristian dini və mənəviyyatı”. “Digər dini etiqadlar” elementi çərçivəsində 5-ci sinifdə “İslam”, 6-cı sinifdə “Yəhudi dini”, 7-ci sinifdə “Hinduizm” və “Buddizm” tədris edilmişdir. Bundan əlavə, 5-7-ci siniflər üçün “Etik düşüncənin inkişafı: dəyərlər və seçimlər” və “Dünyəvi baxışlar” elementləri nəzərdə tutulmuşdur.
6-cı sinif üçün, inter alia, aşağıdakılar bildirilmişdir:
“Xristian dini və mənəviyyatı
Şagirdlərin aşağıdakılar üçün imkanı olmalıdır
– On ehkamı əzbər öyrənmək və Dayaqda Moizənin əsasında olan mənəvi idealları ilə tanış olmaq;
– mənəviyyatın əsaslarını əks etdirən həmin mətnlərin xristian dinində necə istifadə olunması və müasir dövrdə tətbiq olunması barədə məlumat əldə etmək.”
“Digər dinlər, Yəhudi dini” elementi ilə bağlı bəndlərin siyahısında “tanış olmaq” ifadəsinə bərabər ifadə olmamışdır.
Tədris proqramında 8-10-cu siniflər üçün məqsədlər müəyyən edildikdən sonra bu siniflər üçün fənnin əsas elementləri göstərilib: “Bibliyanın tarixi: Bibilyadakı ədəbiyyat janrları”, “Xristianlığın müasir tarixi”, “Xristianlığın müxtəlif müasir təfsirləri”, “Bizim dövrdə dini ifadələr”, və “İnsan barədə fəlsəfi şərhlər: dəyərlər və normalar”.
ŞİKAYƏTLƏR
51. Ərizəçi valideynlər şikayət etmişlər ki, onların uşaqlarının KRL fənnindən tam azad olunması barədə ərizənin səlahiyyətli dövlət orqanları tərəfindən rədd edilməsi nəticəsində Konvensiyaya əsasən valideyn hüquqları pozulmuşdur. Uşaqların dini tədrisdə icbari iştirak etməsi nəticəsində onların valideynlərinin Konvensiyanın 9-cu maddəsinə əsasən vicdan və dini etiqad azadlığına əsassız olaraq müdaxilə edilmişdir. Bunun nəticəsində həmçinin valideynlərin 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsinə əsasən öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququ pozulmuşdur.
52. Bundan əlavə, qismən azad olunma hüququnun həyata keçirilməsinin ümumi aspektlərindən irəli gələn əziyyət belə məna daşımışdır ki, əksəriyyətin maraqlarına uyğun tərtib edilmiş KRL fənnindən azad olunmaq üçün səbəbləri olmayan xristian valideynlərə nisbətən xristian olmayan valideynlərin üzərində daha böyük yük müəyyən edilmişdir. Onların fikrincə bu, ayrı-seçkiliyi təşkil etmişdir. Buna görə də, burada həmçinin Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürüldükdə Konvensiyanın 8 və 9-cu maddələri və 1 saylı Protokolun 2-ci maddəsi pozulmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 NÖMRƏLİ PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
53. Ərizəçi valideynlər Norveçdə onillik icbari təhsil çərçivəsində tədris edilən, xristianlıq, dini etiqad və fəlsəfəyə dair KRL fənnindən onların uşaqlarının tam azad olunması barədə müraciətlərinin dövlət orqanları tərəfindən rədd edilməsi ilə əlaqədar Konvensiyanın 9-cu maddəsinə və 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsinə əsasən şikayət etmişlər.
54. Məhkəmə Konvensiyanın 9-cu maddəsinə əsasən uşaqların şikayətlərinin 2004-cü il oktyabrın 26-da qeyri-mümkün elan edilməsi faktını kənara qoyaraq hesab edir ki, valideynlərin şikayətləri təhsil sahəsində xüsusi norma (lex specialis) olan aşağıdakı mətndə 1 saylı Protokolun 2-ci maddəsinə əsasən baxılmalıdır:
“Heç bir şəxsin təhsil hüququ rədd edilə bilməz. Dövlət tərbiyə və təhsil sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına uyğun olan belə tərbiyəni və təhsili təmin etmək hüququna hörmət edir.”
A. Tərəflərin dəlilləri
1. Ərizəçilər
55. Ərizəçilər iddia etmişlər ki, KRL fənni Məhkəmənin Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı iş üzrə qərarda (7 dekabr 1976-cı il, Series A no. 23) 1 saylı Protokolun 2-ci maddəsinin şərhində müəyyən etdiyi meyarların məqsədləri üçün obyektiv, tənqidi, yaxud plüralist olmamışdır. Bu kontekstdə onlar həmçinin BMT Komitəsinin Hartikainen Finlandiyaya qarşı işdə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 18-ci maddəsinin 4-cü hissəsi ilə əlaqədar müəyyən etdiyi “neytrallıq və obyektivlik” meyarına istinad etmişlər. Şagirdlərin dini mənsubiyyətinin gücləndirilməsi Tədris proqramının əsas məqsədini təşkil etməsi, qanunvericilikdə xristianlıq məqsədini ifadə edən müddəanın əks etdirilməsi, tədris proqramının tamamilə xristian dininə və ənənəsinə uyğunlaşdırılması və burada onun təriflənməsi, ənənəvi xristian duaları ehtiva edən dərsliklər ilə birlikdə götürüldükdə, bütövlükdə Tədris proqramının obyektiv olmadığını açıq-aşkar göstərmişdir.
56. Norveçin mübahisələndirilən ibtidai təhsil fənninin dini etiqad azadlığına, valideyn hüquqlarına, şəxsi həyatın toxunulmazlığı hüququna və ayrı-seçkiliyin qadağan edilməsinə dair müvafiq insan hüquqları standartlarını pozub-pozmadığı məsələsi xristianlığın xüsusilə artıq üstünlüyü olan cəmiyyət kontekstində baxılmalıdır. Norveçdə dövlət dini və dövlət Kilsəsi mövcuddur, konstitusiyada isə xristian dininə (Yevangelist lüteranlıq) müstəsna hüquqlar verilir. Dövlət məktəbləri və məktəbəqədər müəssisələr üçün təhsilin xristian məqsədlərinə dair müddəa nəzərdə tutulur. Silahlı qüvvələrdə, həbsxanalarda, universitetlərdə və xəstəxanalarda dövət kilsəsinin keşişləri vardır. Dövlət televiziya və radio verilişlərində gündəlik qaydada xristian ayinlər və ibadətlər yayımlanır. Əhalinin ən azı 86 faizi dövlət kilsəsinə - Norveçin Kilsəsinə mənsubdur.
57. Buna baxmayaraq, qeyri-xristianların dini etiqad azadlığı müxtəlif yollarla, o cümlədən dövlət məktəblərində “Xristian biliklər” fənnindən azad olunma ilə təmin olunmuşdur. 150 ildən artıq müddətdə təmin olunan bu hüquq 1997-ci ildə, KRL fənni üzrə tədrisin başlanması ilə ləğv edilmişdir. Hökumətin niyyətlərindən biri – xurafatların və ayrı-seçkiliyin qarşısının alınması, yaxud müxtəlif əqidələrin daha yaxşı anlaması kimi vacib məsələlər ilə bağlı dərs verildiyi sinifdə bütün şagirdləri birləşdirmək olmuşdur.
58. Ərizəçilər mədəniyyətlərarası dialoqun təşviq edilməsinə dair ümumi niyyətə qarşı çıxmamış, əksinə onlar hesab etmişlər ki, yeni fənnin daxil edilməsi zamanı hökumət tərəfindən müəyyən olunmuş bir çox məqsədlər çox yaxşı olmuş və onlar tərəfindən tam razılıqla qəbul edilmişlər. Problem ondan ibarət olmuşdur ki, ərizəçilərin dəstəklədiyi “həyat fəlsəfəsi” fənnindən fərqli olaraq KRL fənni sırf bu məqsədlərə xidmət etməmişdir.
59. “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsindəki qismən azad olunmaya dair qaydada dini tədbirlərin qeyd olunmasına istinad edərək ərizəçilər bunun tədrisin “obyektiv və neytral” və hətta “plüralist və tənqidi” olması tələbinə necə uyğun olmasını anlaya bilməmişlər.
60. Ərizəçilər KRL fənni çərçivəsində yalnız bir neçə tədbirin dini xarakterli kimi qəbul oluna biləcəyi barədə iddianı mübahisələndirmişlər. Tədris proqramı, məktəblərdə istifadə olunan dərsliklər və Tədris proqramının tətbiqi ilə bağlı bütün məlumatlar onu göstərmişlər ki, fənnin əsas məqsədi, yəni şagirdlərdə xristian əsasların gücləndirilməsi tədrisin əsas xəttini təşkil etmişdir. KRL fənnin tədrisə daxil edilməsinin əsas niyyəti – xristianlığa mənsub olan şagirdlərin əksəriyyəti üçün dini əsasları təmin etməkdir. Əks təqdirdə, “Təhsil haqqında” 1998-ci il Qanununun giriş müddəaları müəllimin təhsilin xristian məqsədlərinə dair müddəaya uyğun dərs demək öhdəliyi formasında ifadə edilməzdi.
61. Müvafiq dərsliklərdə verilən bəzi materiallar xristianlığın etiraf edilməsi kimi qəbul edilə bilər. Dərsliklər həmin fənnə dair hüquqi bazanın tərkib hissəsi olmasa da, buraxılışına rəsmi dövlət agentliyi – Norveç Dərslik Agentliyi (Norsk Læremiddelsentral) tərəfindən nəzarət və icazə edildiyindən rəsmi status almışlar.
62. Qismən azad olunma sisteminin təməl daşını normativ və təsviri biliklər arasında bölgü təşkil etmişdir. Şagirdlər müvafiq tədbirlərin və ya tədrisin məzmunu barədə biliklərdən deyil, müəyyən tədbirlərdə iştirak etməkdən azad edilə bilərdi. Onlar Bibliyanın hissələrinin əzbər söyləməkdən, nəğmə oxumaqdan, dua oxumaqdan və s. azad edilə bilsə də, əzbər söylənilən, oxunulan və deyilən mətnlərin məzmunu barədə biliklərdən azad edilə bilməzdi. Azad olunma sisteminin ümumiyyətlə mahiyyəti ondan ibarət olmuşdur ki, biliklər ilə iştirak arasında xəyali “ayrılmanı” qoruyub saxlamaq olardı. Ehtimal edilmişdir ki, şagird arzuolunmaz təzyiq və ya təlqin təşkil edə biləcək fikirlərə məruz qalmadan mətni (yəni duaları, ehkamları, Bibliya hekayələri və dini etiqadı etiraf edən mətnləri) “öyrənə” bilərdi. Eyni zamanda, KRL fənninə dair araşdırmalar göstərmişlər ki, bu ayrılma təcrübədə, hətta müəllimlər tərəfindən dərk edilməmişdir. Valideynlər öz təqdimatlarında bu ayrılmanın onların uşaqlarına münasibətdə necə işləmədiyini izah etmişlər. Bununla da, qismən azad olunma onlar üçün mümkün olmamışdır.
63. Valideynlər tədrisin müvafiq formada göstərilən tədbirlərdən başqa hissələrindən qismən azad olunma barədə müraciət etmək istədikdə, məktəb müdiriyyətinə tədbirin əsaslı olaraq “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsinin 4-cü hissəsinə əsasən digər dinə etiqad etmə və ya digər fəlsəfi əqidələrə tərəfdar çıxma kimi qəbul edilə bilib-bilmədiyini müəyyən etmək üçün imkan yaratmaq məqsədilə onlar bu müraciətin səbəblərini “qısa” şəkildə göstərməli idi. Valideynlərin heç də hamısı üçün tədrisin razı olmadıqları hissələri barədə ətraflı surətdə xəbərdar olmaq, onları müəyyən etmək və azad olunma barədə müraciət etmək, xüsusilə də KRL fənninin bütövlükdə strukturunun prinsip etibarilə ərizəçilərin həyat fəlsəfəsinə zidd olan dini konsepsiyaya əsaslandığı nəzərə alınaraq, asan olmamışdır.
64. Ərizəçilər üçün, bu sahədə onların fikirlərinin və olduqca şəxsi fəlsəfi inamın məktəb müəllimlərinə və müdiriyyətinə bildirilməsi və onlar tərəfindən baxılması heç də məqbul olmamışdır. Valideynlərin öz şəxsi inamı bildirmək öhdəliyi hətta formal olaraq olmasa da belə, bunun onların qismən azad olunma barədə müraciətlərində verilmiş səbəblərdən aydın olması mümkün olmuşdur. Ərizəçilər təcrübəsində bu, dəyərsiz və ləyaqətsiz idi.
65. Qismən azad olunma prosedurası təcrübədə yalnız qeyri-xristian valideynlərə münasibətdə tətbiq edilə bilərdi. Onlarda bəziləri Norveçin təhsil sistemini, habelə tanış olmadıqları din barədə nəzəri dialoq aparmaq üçün dili lazımı dərəcədə bilməyən və bacarıqlara malik olmayan immiqrant olmuşlar. Eyni zamanda, bu, etnik Norveç olan ərizəçilərə aid deyildi. Buna baxmayaraq, bəziləri əla şifahi və yazılı kommunikasiya bacarıqlarına malik olsalar, digərləri isə hətta Norveçin təhsil sistemi ilə yaxşı tanış olsalar da, onlar üçün azad olunma barədə müraciət prosedurası çərçivəsində məktəb müdiriyyəti ilə məqbul səviyyədə ünsiyyət saxlamaq çətin olmuşdur. Çətinliyin biri valideynlərin belə şəraitlə üzləşməsi olmuşdur ki, onlar bunu öz həyat fəlsəfəsinə uyğun olmayan kimi qəbul etmişlər. Digər problem – tədrisin praktiki təşkili olmuşdur. Barəsində azad olunma istəniləcək tədrisin hissələrini müəyyən etmək üçün valideynlər hansı dərslərin hansı vaxtda veriləcəyini, dərsliyin hansı hissələrinin və hansı tədbirlərin keçiriləcəyini dəqiq olaraq bilməli idi. Onlar bəlkə də uşaqlarından dərslərin gedişi və Tədris proqramının məzmunu barədə addımbaaddım “soruşmaqla” Tədris proqramını və tədrisi diqqətlə izləməli idi. Tədris verilən mövzular nəzəriyyədə məqbul sayıla bilsə də, valideynlər müəllimin materialı necə təqdim etməyi barədə soruşmalı idi. Araşdırma hesabatlarında göstərilmişdir ki, ərizəçilərin üzləşdiyi kimi, müvafiq məlumatı vaxtında almaq çox çətin olmuşdur.
66. Bundan əlavə, qismən azad olunma ilə əlaqədar olaraq valideynlər ilə uşaqlar arasında münasibətlər pozulmuşdur. Uşağın valideynlər ilə məktəb arasında “vasitəçi” olması və uşağın başqalardan fərqli olmasına görə təzyiq hissinin keçirməsi ərizəçilər ilə uşaqları arasında ünsiyyətin pozulmasına və vicdan münaqişəsinə, habelə onların cəmiyyətdən təcrid olunması hissinin yaranmasına gətirib çıxarmışdır.
67. Qismən azad olunma prosedurası ondan istifadə etməyə çalışmış, lakin praktiki cəhətdən əlverişli şərait əldə etməmiş ərizəçilərə münasibətdə işləməmişdir. Bu prosedura ilə onların həyat fəlsəfəsinin bilavasitə və ya dolayısı ilə açıqlanması, habelə onların (azad olunma barədə müraciət etmək üçün) başqa həyata fəlsəfəsinin elementləri barədə ətraflı məlumat əldə etmək məcburiyyətində olması nəzərdə tutulmuşdur. Tədrisə nəzarət etmə, müraciət etmə, səbəbləri izah etmə, habelə ünsiyyətin pozulması və təcrid olunmaya görə onların üzərinə həddindən artıq yük düşmüşdür. Ərizəçilər hiss etmişlər ki, onların uşaqları başqa uşaqlardan fərqli olmasına görə təzyiq altında olmasından, ailə ilə məktəb arasında “vasitəçi” olmasından və vicdan münaqişələrindən əziyyət çəkmişlər. Dərsdən azad olunmuş şagird sinifdən çıxarılaraq ayrıca otaqda yerləşdirilə, yaxud sinifdə saxlanılaraq qulaq asmamaq və ya tədbirlərdə iştirak etməmək tapşırığı ala bilərdi. Bütün bunlar münaqişə və təcrid etmə üçün kifayət qədər geniş potensial yaratmışdır.
68. Belə olduğu halda ərizəçilərin tam azad olunma barədə müraciət etməkdən başqa çıxış yolu olmamış, lakin bu müraciət rədd edilmiş və buna görə ərizəçilər onların hüquqlarına hörmət edilmədiyi qaydada işləmiş qismən azad olunma prosedurasına əməl etməyə məcbur olmuşlar.
69. Ərizəçilərin fikrincə, qeyri-xristian ənənələrə və fəlsəfələrə mənsub olan şəxslərin xristian dininin üstünlük təşkil etdiyi sinifdə iştirak etməyə məcbur edilməsi xurafatların və ayrı-seçkiliyin qarşısının alınmasının və həmçinin yeni fənnin məqsədlərində ifadə edilmiş qarşılıqlı hörmətin və dözümlülüyün təmin edilməsinin ən yaxşı yolu olmamışdır. Xristian ailələrdən olan əksər şagirdlər üçün başqa həyat fəlsəfələri barədə məlumatlar daxil olmaqla bir fənn, digərləri üçün isə ümumi irs, fəlsəfə və dinlərin və mənəviyyatın ümumi tarixinə dair bir qeyri-dini fənn olmaqla köhnə sistemin qoruyub saxlanılması yaxşı olardı. Xristianlığın üstünlüyünə dair Norveç təhsil sisteminin tərkib hissəsindən çəkinmək və hər hansı formada dini tədbirlər, yaxud müəyyən xristian imtiyazları olmadan din və həyat fəlsəfəsinə dair ümumi, neytral və obyektiv fənn yaratmaq bundan da yaxşı olardı.
2. Hökumət
70. Hökumət vurğulamışdır ki, Məhkəmənin Kyeldsen, Busk Madsen və Pedersen işi üzrə qərarından görünür ki, KRL fənnindən tam azad olunmaq hüququnun olmamasına görə 1 saylı Protokolun 2-ci maddəsinin pozuntusu müəyyən edilə bilməz. Həmin qərarda etiraf edildiyi kimi (§ 53), biliklərin əldə edilməsi ilə bağlı tədris zamanı əqidə ilə bağlı problemlər ortaya çıxa bilər. Valideynlərin hətta belə təhsilə etiraz etməsinə yol verilməmiş, çünki əks təqdirdə “bütün təhsil sistemi iflasa uğraya bilər”. Ərizəçilərin iddia etdiyi qaydada tam azad olunmaq hüququnun həyata keçirilməsi icbari təhsil sisteminin daha aydın surətdə iflasına gətirib çıxaracaqdır.
71. Hökumət bildirmişdir ki, Məhkəmənin qismən mümkünlük barədə 2004-cü il 26 oktyabr tarixli qərardadında işin hədlərinin müəyyən edilməsi nəzərə alınaraq iki məsələ meydana gəlmişdir. Birinci məsələ - KRL fənni ümumiyyətlə təlqin kimi, yəni obyektiv, neytral və plüralist olmayan kimi obyektiv olaraq qəbul edilə bilən qaydada məlumatın və biliklərin çatdırılmasını ehtiva etmişdirmi. Belə olduğu halda ikinci məsələ - uşaqların tədrisdən tam azad olunması valideynlərin razı salınması üçün yeganə alternativ variant olmuşdurmu. Məhkəmənin KRL fəninin qiymətləndirilməsi ərizəçilərin hisslərinə əsaslanmamalı, əksinə obyektiv olmalı, habelə KRL fənni tədrisinin mövcud əsasnamələrə və qaydalara uyğun keçirilməsi prezumpsiyasına əsaslanmalıdır. Ərizəçilərin KRL fənni ilə bağlı hissləri faktiki hallardan obyektiv olaraq fərqlənir.
72. KRL fənni müxtəlif dini etiqada mənsubiyyəti olan şagirdlər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörmətin təşviq edilməsinə, habelə hər kəsin fərdliliyinə, Norveçin tarixinə və dəyərlərinə, digər dinlərə və həyat fəlsəfələrinə hörmət hisslərinin inkişaf etdirilməsinə yönəlmişdir. Bununla da, KRL fənni Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktının 13-cü maddəsinin 1-ci hissəsinə və Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən Norveçin öhdəliklərinin yerinə yetirilməsi sahəsində vacib addımı təşkil etmişdir.
73. Tədris proqramının təqribən yarısı mədəni irs və Yevangelist Lüteran İnamı formasında Bibliya və xristianlıq barədə ətraflı biliklərin, habelə digər xristian icmalar barədə biliklərin verilməsinə həsr edilmişdir. Demək olar ki, digər yarısı başqa dünya dinləri və fəlsəfələri, mənəviyyat və fəlsəfə məsələləri barədə biliklərin verilməsinə, xristian və humanist dəyərlərin anlamasının və onlara hörmətin, müxtəlif dinlərə və əqidələrə etiqad edən insanlar arasında hörmətin və dialoq aparmaq qabiliyyətinin təşviqinə həsr edilmişdir. Buna görə, ərizəçilər öz uşaqlarını tədrisdən tam azad etdiyi təqdirdə, uşaqlar yalnız xristianlıq barədə deyil, həmçinin digər dinlər və həyat fəlsəfələri, mənəviyyat və fəlsəfə məsələləri barədə biliklərdən məhrum olardı. Hökumətin fikrincə, məhz fənnin tədrisi çərçivəsində dünya dinləri, həyat fəlsəfələri, mənəviyyat və fəlsəfə mövzuları barədə biliklərin verilməsi, habelə onun məqsədinin humanist dəyərlərin anlamanın və müxtəlif təfəkkürlü insanlar arasında dialoqun təşviq edilməsindən ibarət olması belə nəticəyə gəlmək üçün əsas verir ki, tam azad olunmaya yol verən müddəanın nəzərdə tutulması Konvensiyaya əsasən tələb edilə bilməzdi. Bu cür tələb olduğu halda yalnız dinlər ilə bağlı deyil, həmçinin başqa həyat fəlsəfələri və mənəviyyat məsələləri ilə bağlı icbari tədrisin qarşısı alınardı. Bu, məntiqsiz olaraq Norveçin başqa beynəlxalq insan hüquqları müqavilələrinə əsasən müsbət öhdəliklərinə zidd olardı. Sırf bu əsasa görə belə nəticəyə gəlmək olardı ki, valideynlər Konvensiyaya əsasən öz uşaqlarının KRL fənnindən tam azad olunması hüququna iddialı ola bilməz.
74. Hökumət ərizəçilərin mütənasibliyin olmadığına görə Konvensiyanın 9-cu maddəsinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən sualın yaranması barədə fikri ilə razı olmamışdır. Birincisi, şagirdlərə xristianlıq barədə biliklərin verilməsinin özü Konvensiyaya əsasən sual yarada bilməzdi, çünki tədris obyektiv, plüralist və neytral qaydada aparılmışdır. Ikincisi, mövcud Norveç cəmiyyətində digər dinlər və həyat fəlsəfələrinə nisbətən xristianlıq barədə biliklərə daha çox vaxt ayrılmasının qanuni əsaslar vardır. Həmin əsaslar hazırlıq işlərinin (travaux préparatoires) materiallarında, Tədris proqramında və KRL fənninin sonrakı inkişafında əks etdirilmişdir.
75. Hökumətin fikrincə, “Təhsil haqqında” 1998-ci il Qanununun 1-2-ci maddəsində təhsilin xristian məqsədlərinə dair müddəanın nəzərdə tutulması Konvensiyanın 9-cu maddəsinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən narahatlığa səbəb olmamalıdır. Birincisi, müddəada göstərilir ki, o, yalnız “ailə ilə razılaşdırmaqla və əməkdaşlıqda” tətbiq edilməlidir. Buna görə də, xristian tərbiyəsinin verilməsində məktəbin hər hansı yardımı valideynlərin razılığı ilə göstərilməlidir. İkincisi, “İnsan hüquqları haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq “Təhsil haqqında” Qanunun 1-2-ci maddəsi “İnsan hüquqları haqqında” Qanun vasitəsilə milli hüquqa inkorporasiya edilmiş beynəlxalq insan hüquqları müqavilələrinə uyğun surətdə şərh və tətbiq edilməlidir. Bununla da, təhsilin xristian məqsədlərinə dair müddəada Norveç məktəblərində hər hansı moizələrə və ya təlqinə icazə verilməmişdir.
76. KRL fənni tədrisinin plüralist, obyektiv və neytral qaydada təşkil edilməsi nəzərdə tutulsa da belə, bu fakt valideynlərin dini xarakterli kimi qəbul edə biləcəyi tədbirləri, o cümlədən kilsələrə, sinaqoqlara, məscidlərə və ya məbədlərə ekskursiyaları, yaxud müxtəlif dini icmaların ayinlərində və mərasimlərində iştirakı istisna etmir. Bu, həmçinin KRL fənnindən tam azad olunmaq imkanının təmin olunmasını zəruri etmir.
77. Valideynlərin fəlsəfə və ya dini əqidələrinə zidd ola biləcək tədbirlərin tədrisə mümkün daxil olması problemi KRL fənnin hazırlanması zamanı hökumət tərəfindən ciddi surətdə və əhəmiyyətli dərəcədə müzakirə edilmişdir. Həm hökumət, həm də qanunverici valideynlərin öz uşaqlarının tərbiyəsini və təhsilini öz dini və fəlsəfi əqidələrinə uyğun təmin etmək hüququnu etiraf etmiş, lakin eyni zamanda cəmiyyətin müxtəlif dinə və həyat fəlsəfəsinə mənsub olan şagirdlər arasında qarşılıqlı hörməti, anlaşmanı və dözümlülüyü artırmaqda maraqlı olmasını və bu sahədə onun öhdəliyinin olmasını etiraf etmişdir. Həmçinin, şagirdlərin yeni dinlər və həyat fəlsəfələri barədə biliklərin əldə edilməsi vasitəsilə öz fərdliyini inkişaf etdirmək və gücləndirməkdə, habelə öz üfüqlərini genişləndirməkdə marağı tanınmışdır.
78. Konvensiyada biliklərin əldə edilməsinə qarşı deyil, təlqinə qarşı təminatlar verilmişdir: təhsil sistemi çərçivəsində şagirdə verilən hər hansı məlumat, mövzudan və sinifdən asılı olmayaraq, uşağın inkişafına töhfə verərək uşağa təkbaşına qərar qəbul etməkdə kömək edəcəkdir. Eyni qaydada, din və həyat fəlsəfəsi barədə obyektiv, tənqidi və plüralist məlumatlar uşağın öz fikirlərini və fərdliyini formalaşdıra biləcək əsasları yaradacaqdır. Belə məlumatların və biliklərin uşağın inkişafına xidmət edə bilməsi Konvensiyaya zidd olmamışdır. Əksinə, Konvensiyaya əsasən həmçinin uşağın təhsil almaq hüququ təmin edilməlidir.
79. Hazırlıq materiallarında (travaux préparatoires) dəqiq göstərilmişdir ki, azad olunma ilə bağlı məsələnin aşağıda qeyd olunan qaydada həlli bu iki maraqlar arasında tarazlaşmış kompromisi təşkil etmişdir. Bu rəqabət aparan maraqların dilemması valideynlərin öz uşaqlarının tərbiyəsinin və təhsilinin öz dini də fəlsəfi əqidələrinə uyğun təmin etmək hüquqlarına diqqət yetirilməsinə yönəlmiş üç mexanizmin yaradılması vasitəsilə həll edilmişdir: birincisi və, yəqin ki, ən vacibi, kursların bir hissəsindən azad olunmasının yol verilməsinə dair “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müddəa; ikincisi, valideynlərin dini və fəlsəfi əqidələrinə əsasən ortaya çıxan problemlərin aradan qaldırılmasına yönəlmiş fərqləndirilmiş tədris; üçüncüsü, valideynlərin tərbiyənin və ya tədrisin onların əqidələrinə uyğun olmamasını hesab etdikləri halda qərarlar üzərində inzibati və/yaxud məhkəmə nəzarəti imkanı.
80. “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsinə əsasən KRL fənnindən azad olunma üçün valideynlərin müraciət etməsi tələbi Konvensiyanın 8-ci maddəsinin mənasında onların şəxsi həyatına müdaxiləni təşkil etməmişdir. Valideynlərin müraciətində yalnız müəyyən dinə etiqad və ya fərqli həyat fəlsəfəsinə tərəfdar çıxma kimi birbaşa görünməyən tədbirlər ilə bağlı səbəblər göstərilməli idi. Belə hallarda valideynlərdən öz dini və ya fəlsəfi əqidələri barədə məlumatın təqdim edilməsi tələb olunmurdu.
81. Hər halda, azad olunmaya dair müddəada nəzərdə tutulmuş şərtlər qeyri-mütənasib və ya əsassız olaraq ağır sayıla və bununla da, tam azad olunma hüququ üçün əsas təşkil edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, tədbirlər açıq-aşkar dini xarakterli kimi sayıla bildiyi halda azad olunma barədə müraciətdə səbəblərin göstərilməsi lazım deyildi. Yalnız daha geniş surətdə azad olunma xahiş edildikdə səbəblərin göstərilməsi tələb olunsa da, hətta bu halda bu səbəblərin ətraflı göstərilməsi tələb olunmurdu.
82. Hökumət həmçinin bildirmişdir ki, ərizəçilərin öz uşaqlarını dövlət məktəbinə verməsi məcburi deyildi. Ayrı-ayrı şəxslər, bir qrup şəxslər, təşkilatlar, birliklər və s. müvafiq müraciət əsasında öz məktəblərini təsis edə və ya evdə təhsili təşkil edə bilərdilər. Buna görə, Norveç Humanist Birliyi, yaxud qismən azad olunma prosedurasına baxmayaraq öz uşaqlarının KRL fənni tədrisində iştirak etməsini istəməmiş valideynlər öz hesabına və ya eyni əqidəli başqa şəxslər ilə birlikdə alternativ məktəb yaratmaqda azad olmuşlar. Özəl məktəblərin yaradılması və fəaliyyəti ilə bağlı bütün xərclərin 85 faizi dövlət tərəfindən ödənilməsini nəzərə alaraq bu, iqtisadi risklər baxımından real alternativi təşkil etmişdir.
83. Xristian valideynlərinin azad olunma barədə müraciət etmədikləri və ya KRL fənni ilə bağlı şikayət etmədikləri barədə ərizəçilərin dəlili əsassız olmuşdur. KRL fənnindən azad olunma barədə müraciət etmiş valideynlərin mədəni mənsubiyyəti ilə bağlı hökumət tərəfindən statistik məlumatlar toplanılmasa da, müəyyən edilmişdir ki, bir sıra xristian icmalar dövlət məktəblərində xristianlığın tədrisi səviyyəsindən narazı qalaraq özəl məktəbləri yaratmışlar. Belə məktəblərin bəziləri 1997-ci ildə KRL fənni tədrisinin başlanmasından sonra yaradılmışdır. Hal-hazırda müxtəlif həyat fəlsəfəsinə aid səksən iki özəl məktəb fəaliyyət göstərmişdir. 2001-ci ildən verilmiş otuz altı müraciətdən otuz biri yeni xristian özəl məktəblərinin yaradılması ilə bağlı olmuşdur. Buna görə də ehtimal etmək olar ki, xristian həyat fəlsəfəsinə etiqad edən müəyyən valideynlər KRL fənnin müəyyən elementlərindən narazı qalaraq azad olunma barədə müraciət etmişlər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
84. 1 saylı Protokolun 2-ci maddəsinin ümumi şərhi ilə əlaqədar olaraq Məhkəmənin presedent hüququnda (bax: xüsusilə, yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, 50-54-cü bəndlər; “Kempbel və Kosans Birləşmiş Krallığa qarşı” (Campbell and Cosans v. the United Kingdom, 25 February 1982 il, §§ 36-37, Series A no. 48); “Valsamis Yunanıstana qarşı” (Valsamis v. Greece, 18 December 1996, §§ 25-28, Reports of Judgments and Decisions 1996‑VI) aşağıdakı başlıca prinsiplər təsbit edilmişdir:
(a) 1 saylı Protokolun 2-ci maddəsinin iki cümləsi yalnız bir biri ilə məcmuda deyil, həmçinin, xüsusilə Konvensiyanın 8, 9 və 10-cu maddələri baxımından şərh edilməlidir (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, § 52).
(b) Valideynlərin onların dini və fəlsəfi əqidələrinə hörmət hüququ təhsil hüququ ilə ayrılmaz surətdə bağlıdır və maddənin nə birinci, nə də ikinci cümləsində dövlət və özəl təhsil arasında fərqlər müəyyən edilmir. Qısaca olaraq, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi təhsildə plüralizmin mümkünlüyünün təmin edilməsinə yönəlmiş, belə mümkünlük isə Konvensiyanın mənasında “demokratik cəmiyyətin” qorunub saxlanması üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir dövlətin hakimiyyət səlahiyyətləri nəzərə alınaraq bu məqsəd ilk növbədə dövlət təhsili ilə təmin edilməlidir (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, § 50).
(c) 1 saylı Protokolun 2-ci maddəsində dini təhsil ilə digər fənlər arasında fərqləndirməyə yol verilmir. Bu maddədə dövlət tədris proqramı boyunca valideynlərin dini, yaxud fəlsəfi əqidələrinə hörmətlə yanaşma dövlətdən tələb olunur (bax: yuxarıda istinad edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, § 51). Bu vəzifənin əhatə dairəsi genişdir, çünki o, təhsilin məzmunundan əlavə dövlət funksiyalarının yerinə yetirilməsi qaydasına münasibətdə tətbiq edilir. “Hörmət etmək” sözləri “etiraf etmək”, yaxud “nəzərə almaq” sözlərindən daha geniş məna daşıyır. İlk növbədə mənfi öhdəlikdən əlavə bu sözlər dövlətin müsbət öhdəliyini ifadə edir. “Əqidə” məfhumu tək götürüldükdə “fikirlər” və “ideyalar” sözləri ilə sinonim deyil. O, müəyyən dərəcədə inandırıcı, ciddi, davamlı və vacib mövqeləri əks etdirir (bax: yuxarıda qeyd edilən “Valsamis, §§ 25 və 27, və yuxarıda qeyd edilən “Kempbel və Kosans”, §§ 36-37).
(d) 1 saylı Protokolun 2-ci maddəsi vahid cəm olaraq onun birinci cümləsi üstünlük təşkil edir. “Təhsil hüququnu rədd etməmək” öhdəliyini öz üzərinə götürməklə Konvensiyaya tərəfdar çıxan dövlətlər öz yurisdiksiyası daxilində hər kəsə müvafiq vaxtda mövcud olan təhsil müəssisələrinə daxil olmaq və tədris kursunun yekunlaşması faktının rəsmi surətdə etiraf edilməsindən sonra aldığı təhsildən xeyir əldə etmək imkanını təmin edirlər (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, § 52, və Belçikaya qarşı “Belçikadakı təhsildə dillərdən istifadəyə dair qanunların müəyyən aspektlərinə aid” iş (Case “relating to certain aspects of the laws on the use of languages in education in Belgium”v. Belgium) (merits), 23 July 1968, Series A no. 6, pp. 31-32, § 4).
(e) Başlıca olaraq valideynlərin öz uşaqlarının “tərbiyəsi və təhsilinə” görə məsuliyyət daşıması nəzərə alınaraq valideynlər öz uşaqlarına münasibətdə təbii vəzifənin yerinə yetirilməsi zamanı dövlətdə öz dini və fəlsəfi əqidələrinə hörmətlə yanaşmanı tələb edə bilərlər. Bununla da, onların hüququ təhsil hüququnun həyata keçirilməsi ilə sıx bağlı olan məsuliyyətə uyğundur (bax: “Kyeldsen, Busk Madsen və Pedersen”, ibid.).
(f) Baxmayaraq ki, fərdi şəxslərin maraqları hərdənbir qrupun maraqlarına tabe olmalıdır, demokratiya əksəriyyətin mövqeyinin həmişə üstün olması demək deyil: azlıqlarla ədalətli və münasib rəftar təmin edilməklə və üstün mövqedə olanlar tərəfindən sui-istifadələrin qarşısı alınmaqla tarazlıq əldə edilməlidir (bax: yuxarıda qeyd edilən “Valsamis”, § 27).
(g) Eyni zamanda, tədris proqramının müəyyən edilməsi və planlaşdırılması, prinsip etibarilə, üzv dövlətlərin səlahiyyətlərinə aiddir. Buna, Məhkəmənin barəsində qərar çıxarmaq niyyətində olmadığı, habelə həlli əsaslı olaraq ölkədən və dövrdən asılı olan məqsədəuyğunluq məsələsi daxildir (bax: yuxarıda qeyd edilən “Valsamis”, § 28). Xüsusilə, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi dövlətlər tərəfindən bilavasitə və ya dolayısı ilə dini və fəlsəfi xarakterli məlumatların və ya biliklərin tərbiyə və ya təhsil vasitəsilə verilməsinin qarşısını almır. O, hətta valideynlərin belə tərbiyənin və ya təhsilin tədris proqramına daxil olunmasına etiraz etməsinə yol vermir ki, əks təqdirdə dövlət təhsil müəssisələrində tədrisin funksional olmaması təhlükəsi yaranacaqdır (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen”, § 53).
(h) Digər tərəfdən, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi ilə nəzərdə tutulur ki, dövlət, tərbiyə və təhsil ilə əlaqədar öz üzərinə götürdüyü vəzifələri yerinə yetirərkən tədris proqramına daxil edilmiş məlumatların və biliklərin obyektiv, tənqidi və plüralist qaydada verilməsini təmin etməlidir. Valideynlərin dini və fəlsəfi əqidələrinə hörmət etməyən kimi sayıla biləcək təlqin aparmaq məqsədinin dövlət tərəfindən güdməsinə yol verilmir. Bu hüdudlardan kənar çıxmaq olmaz (ibid.).
(i) Mübahisələndirilən qanunvericiliyi yuxarıda şərh edildiyi qaydada 1 saylı Protokolun 2-ci maddəsinə əsasən nəzərdən keçirmək üçün qanunvericiliyin məqsədəuyğunluğu məsələsinə qiymət verməyərək onun nizamladığı münasibətlər öyrənilməlidir. Əlbəttə ki, ayrı-ayrı qüvvədə olan müddəaların məktəblər və ya müəllimlər tərəfindən tətbiqi zamanı müəyyən sui-istifadə halları baş verə bilər və buna görə səlahiyyətli orqanların diqqətsizlik, səhv qərarlar, yaxud yersiz proselitizm yolu ilə valideynlərin dini və fəlsəfi əqidələrinə hörmətsiz yanaşmaya yol verilməməsi üçün xüsusi diqqət yetirmək vəzifəsi vardır (ibid., § 54).
2. Həmin prinsiplərin hazırkı işdə tətbiqi
85. Məhkəmə yuxarıdakı prinsipləri bu işdə tətbiqi zamanı işə mahiyyət üzrə baxılmasının hüdudları müəyyən edilən mümkünlük barədə 2004-cü il 26 oktyabr və 2006-cı il 14 fevral tarixli qərardadlara nəzər yetirəcəkdir (yuxarıda 8-ci bəndə bax). Müəyyən edilməlidir ki, cavadbeh dövlət tərbiyə və təhsil ilə bağlı öz funksiyalarını yerinə yetirərkən KRL fənni üzrə Tədris proqramına daxil edilmiş məlumat və biliklərin obyektiv, tənqidi və plüralist qaydada verilməsi üçün zəruri tədbirlərin görmüş, yaxud, əksinə, o, valideynlərin dini və fəlsəfi əqidələrinə hörmət etməyən kimi sayıla biləcək təlqin aparmaq məqsədini güdmüş və bununla 1 saylı Protokolun 2-ci maddəsinin müəyyən etdiyi hüdudları aşmışdır. Bu məsələ araşdırılarkən Məhkəmə məsələnin milli məhkəmələrdə baxıldığı zaman KRL fənninə dair qanunvericilik normalarını xüsusilə nəzərdən keçirəcəkdir.
86. Əvvəl başdan, qeyd edilməlidir ki, Konstitusiyanın 2-ci maddəsinin birinci hissəsində dini etiqad azadlığı təmin olunur, ikinci cümləsində isə Yenavgelist Lüteran Dininin dövlətin rəsmi dini olması nəzərdə tutulur və onun davamçılarının öz uşaqlarına bu cür tərbiyə vermək öhdəliyi müəyyən olunur (yuxarıda 9-cu bəndə bax).
87. “Təhsil haqqında” 1-2-ci maddəsinin 1-ci hissəsində və 2-4-cü maddəsində, Nazirliyin F-90-97 və F-0398 saylı sirkulyarlarında, habelə “Onillik İcbari Təhsilin Tədris Proqramı”nda müəyyən edilmiş hüquqi baza hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin KRL fənninin daxil edilməsi ilə bağlı hazırlıq işlərinin materiallarında ifadə olunmuş qanunvericinin niyyətlərinə diqqət yetirilməlidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, ərizəçilər uşaqlarının tədrisinin Konvensiyaya zidd olub-olmaması məsələsi mümkünlük barədə 2006-cı il 26 oktyabr tarixli qərardadda müəyyən edilmiş işin hüdudlarından kənara çıxır. Bu, həmçinin dərsliklərin moizə olaraq şagirdlərə təzyiq göstərə bilməsi ilə bağlı onların dəlilinə aiddir.
88. İlk növbədə KRL fənninin hazırlanması tarixinə gəldikdə bir daha bildirilməlidir ki, bu fənnin daxil edilməsinin başlıca niyyəti – xristianlıq, digər dinlər və fəlsəfələr üzrə birgə tədrisin aparılmasının şagirdlərin sosial mənsubiyyətindən, dini etiqadından, milliyyətindən və ya etnik qrupa mənsubiyyətindən və s. asılı olmayaraq məktəbdə açıq və inklyuziv şəraitin yaradılmasına xidmət edilməsidir. Məktəb moizə oxumaq və ya missioner fəaliyyəti üçün yer olmamalı, əksinə, müxtəlif dini və fəlsəfə əqidəsi olan şagirdlər üçün bir-birinin fikirləri və ənənələri barədə bilikləri əldə etmək imkanını yaradan forum olmalıdır (yuxarıda 15-ci bəndə bax). Məhkəmənin fikrincə, həmin niyyətlər 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş plüralizm və obyektivlik prinsiplərinə tam uyğundur.
89. Həqiqətən də, göstərilən niyyətlər “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsində əks etdirilmişdir (yuxarıda 23-cü bəndə bax). Onun mətnindən göründüyü kimi, müddəada əsas diqqət sırf xristianlıq deyil, həmçinin digər dünya dinləri və fəlsəfələri barədə biliklərin verilməsinə yetirilmişdir. Bundan əlavə, müxtəlif dinlərə etiqad edən şəxslər arasında qarşılıqlı anlaşmanın, hörmətin və dialoq aparmaq qabiliyyətinin təşviq edilməsi vurğulanmışdır. Bu, bütün şagirdləri birləşdirəcək, habelə moizə şəklində tədris olunmayacaq adi məktəb fənni olmalı idi. Müxtəlif dinlər və fəlsəfələr öz səciyyəvi xüsusiyyətlər nəzərə alınaraq tədris edilməli, müxtəlif mövzuların tədrisində eyni pedaqoji prinsiplər tətbiq edilməli idi. Fənnin hazırlanması tarixindən görünür ki, sektantlığın qarşısının alınmasına və mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə şagirdlərin fəndən tam azad edilməsi və ayrı-ayrı mövzular üzrə qruplara bölünməsi yolu deyil, əksinə, burada olduğu kimi, şagirdlərin birgə fənn çərçivəsində birləşməsi yolu ilə nail olmaq olar. (yuxarıda 15-ci bəndə bax). Bundan başqa qeyd edilməlidir ki, yuxarıda 84 (g) bəndində göstərilmiş prinsipdən irəli gəldiyi kimi, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsində valideynlərin öz uşaqlarına tərbiyə verilməsi zamanı onları din və fəlsəfə barədə məlumatsız saxlamaq hüququ nəzərdə tutulmur. Bununla belə, digər dinlər və fəlsəfələr barədə biliklərə nisbətən xristianlıq barədə biliklərin ibtidai təhsil və aşağı sinif orta təhsil üçün Tədris proqramının daha böyük hissəsinin təşkil etməsi faktı, Məhkəmənin fikrincə, özü özlüyündə təlqin təşkil etməklə plüralizm və obyektivlik prinsiplərindən çəkinmə kimi qimətləndirilə bilməz (bax: mutatis mutandis, “Angeleni İsveçə qarşı” (Angeleni v. Sweden, no. 10491/83, Commission decision of 3 December 1986, Decisions and Reports 51)). Cavabdeh dövlətin tarixində və ənənələrində xristianlığın yeri nəzərə alınaraq hesab edilməlidir ki, bu, cavabdeh dövlətin tədris proqramının hazırlanması və planlaşdırılmasına dair təqdir səlahiyyətinə (dövlətin öz mülahizəsinə uyğun qərar qəbul etmək səlahiyyəti – tərcüməçinin qeydi) daxildir.
90. Eyni zamanda, Məhkəmə qeyd edir ki, tədrisin biliklərin verilməsi prinsipinə əsaslanması ilə yanaşı, 2-4-cü maddənin 3-cü hissəsində nəzərdə tutulmuşdur ki, tədrisdə, valideynlərin razılığı ilə və onlarla əməkdaşlıqda, ibtidai təhsilin və aşağı sinif orta təhsilin məqsədinin şagirdlərə xristian və mənəvi tərbiyə verməkdən ibarət olması barədə 1-2-ci maddənin 1-ci hissəsindəki təhsilin xristian məqsədlərinə dair müddəa rəhbər tutulmalıdır (yuxarıda 22-23-cü bəndlərə bax).
91. Həmçinin qeyd edilməlidir ki, təhsilin xristian məqsədlərinə dair müddəa bu fənnin quruluşunda xristianlığın açıq-aşkar üstünlüyünün nəzərə çarpması ilə ağırlaşmışdır.
92. Bununla əlaqədar olaraq, “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsinin 1-ci hissəsinin (i) bəndində “mədəni irs və yevandelist Lüteran Dini formasında Bibliya və xristianlıq barədə ətraflı biliklərin verilməsi” barədə məqsədin təsbit edilməsi göstərilməlidir (kursiv Məhkəmə tərəfindən verilmişdir). Bunun əksinə, digər dinlər və fəlsəfələr barədə verilən biliklərin ətraflı olması tələb edilməmişdir (yuxarıda 23-cü bəndə bax).
Bundan əlavə, 2-4-cü maddənin 1-ci hissəsinin (ii) bəndinə müvafiq olaraq başqa xristian icmalar barədə biliklərin verilməsi də məqsədi təşkil etmişdir.
Tədris proqramında da müxtəlif dərəcədə diqqət yetirilmişdir ki, burada göstərilmiş bəndlərin təxminən yarısı yalnız xristianlığa aid olmuş, qalan bəndlər isə digər dinlərə və fəlsəfələrə həsr edilmişdir. Giriş hissədə bildirilmişdir ki, “Fənnin tədrisi şagirdlərə xristianlıq barədə və xristian baxışları barədə dərin biliklərin verilməsinə, habelə digər dünya dinləri və fəlsəfələri barədə ətraflı biliklərin verilməsinə yönəlmişdir (kursiv Məhkəmə tərəfindən verilmişdir)” (yuxarıda 49-cu bəndə bax).
93. (i) bəndində “Din” sözündə Lüteran olmayan etiqad və digər fəlsəfələr ilə müqayisədə keyfiyyət fərqlərinin nəzərdə tutulub-tutulmadığı aydın deyildir (yuxarıda 23-cü bəndə bax). Hər halda xristianlığa xüsusi diqqət yetirən yuxarıdakı amillər 2-4-cü maddənin 1-ci hissəsində təsbit edilmiş, sırf biliklərin verilməsindən daha geniş və başqa məna daşıyan digər məqsədə, yəni “(iv) xristian və humanist dəyərlərin anlamanı və onlara hörməti təşviq etmək (kursiv Məhkəmə tərəfindən verilmişdir)” (ibid.) məqsədinə nail olmaq üçün əhəmiyyət kəsb etmişdir. Bununla əlaqədar olaraq qeyd edilə bilər ki, Tədris proqramında tədris məqsədlərinə münasibətdə müəyyən nüanslar olmuş, misal üçün, 5-7-ci siniflər şagirdlərinin “Lüterin Kiçik Katexizisində göstərilmiş mövqe nəzərə alınaraq xristian dininin və xristian mənəviyyatının əsaslarını öyrənməlidir” (kursiv Məhkəmə tərəfindən verilmişdir) məqsədi göstərilmişdir. Eyni zamanda, digər dinlərlə əlaqədar aşağıdakı məqsədlər göstərilmişdir: “şagirdlər İslam, Yəhudi dini, Hinduizm və Buddizmin əsas xüsusiyyətlərini və vacib hekayələrini öyrənməlidir”, “şagirdlər dünyəvi baxışlar, humanist ənənələr barədə bilməlidirlər” və s. (kursiv Məhkəmə tərəfindən verilmişdir). 6-cı sinif üçün göstərilmişdir ki, “şagirdlərin On ehkamı əzbər bilmək və Dayaqda Moizənin əsasında olan mənəvi idealları ilə tanış olmaq, habelə mənəviyyatın əsaslarını əks etdirən həmin mətnlərin xristian dinində necə istifadə olunması və müasir dövrdə tətbiq olunması barədə məlumat əldə etmək imkanı olmalıdır”. Bu bəndlər sırasında “tanış olmaq” sözlərinə bərabər ifadə “Digər dinlər, Yəhudi dini” ilə bağlı olmamışdır (yuxarıda 50-ci bəndə bax).
94. Bundan əlavə, 2-4-cü maddənin 4-cü hissəsi ilə nəzərdə tutulmuşdur ki, şagirdlər “dini tədbirlər”, o cümlədən dualar, ehkamlar oxumaq, dini mətnləri əzbər öyrənmək və dini xarakterli səhnələrdə iştirak etmək ilə məşğul ola bilərdi (yuxarıda 23-24-cü bəndlərə bax). Belə tədbirlərin yalnız xristianlıqla bağlı olmasının nəzərdə tutulmaması, əksinə, misal üçün, İslamla əlaqədar olaraq məscidə səfər kimi digər dinlərə aid ola biləcəyi ilə yanaşı, Tədris proqramında xristianlığa xüsusi diqqətin yetirilməsi KRL fənni çərçivəsində şagirdlərə təklif olunan tədris tədbirlərinin seçimində təbii olaraq əks etdirilməli idi. “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsindəki və F-03-98 saylı sirkulyardakı qısman azad olunma qaydasında etiraf edildiyi kimi, yuxarıda göstərilən tipli dini tədbirlərdən azad olunma barədə niyyətinin valideynlər tərəfindən bildirilməsi məqsədəuyğun olardı. Məhkəmənin fikrincə, güman etmək olar ki, ən azı bir sıra müvafiq tədbirlərdə, xüsusilə uşaqların iştirakı 1 saylı Protokolun 2-ci maddəsinə əsasən mübahisə yaradacaq qaydada şagirdlərin baxışlarına təzyiq göstərə bilərdi (bax: mutatis mutandis, “Dahlab İsveçrəyə qarşı” (Dahlab v. Switzerland (dec.), no. 42393/98, ECHR 2001‑V).
95. Bununla da, “Təhsil haqqında"” 1998-ci il Qanununun 2-4-cü maddəsində və hüquqi bazaya daxil olan digər mətnlərdə KRL fənninin məzmununun və məqsədlərinin təsviri, tədrisin xristian məqsədlərinə dair müddəa ilə birlikdə nəzərdən keçirildikdə, digər dinlərin və fəlsəfələrin tədrisinə nisbətən xristianlığın tədrisinə münasibətdə kəmiyyət və keyfiyyət fərqləri tətbiq edilmişdir. Bu cür bərabərsizlik nəzərə alınaraq (v) bəndində müəyyən edilmiş əlavə bir məqsədə, yəni “müxtəlif dini etiqad və əqidələri olan insanlar arasında qarşılıqlı anlaşmanı, hörməti və dialoq aparmaq qabiliyyəti təşviq etmək” məqsədinə lazımi qaydada necə nail olması aydın deyil. Məhkəmənin fikrincə, fərqlər belə dərəcədə olmuşdur ki, 2-4-cü maddədəki tədrisdə müxtəlif dinlər və fəlsəfələr ilə bağlı vahid pedaqoji yanaşmanı tətbiq etmək tələbi ilə neytrallaşdırıla bilməzdi (yuxarıda 23-cü bəndə bax).
96. Əlavə sual yaranır ki, “Təhsil haqqında"” 1998-ci il Qanununun 2-4-cü maddəsinin 4-cü hissəsinə əsasən şagirdlərin KRL fənnindən qismən azad olunma barədə müraciət etmək imkanının olması nəticəsində yuxarıda qeyd edilmiş bərabərsizliyin 1 saylı Protokolun 2-ci maddəsinə əsasən qəbul olunan səviyyəyə çatdırılması deyilə bilərmi? Bu müddəaya müvafiq olaraq, “(a) valideynlərin yazılı qaydada verilmiş ərizəsinə əsasən şagird müvafiq məktəbdə onların öz dini etiqadı və həyat fəlsəfəsi baxımından başqa dinə və ya başqa həyat fəlsəfəsinə etiqad təşkil etməsini hesab etdiyi tədrisin hissələrindən azad edilir”.
Bununla əlaqədar olaraq Məhkəmə bir daha qeyd edir ki, onun mümkünlük barədə 2006-cı il 14 fevral tarixli qərardadında vurğulandığı kimi, ərizənin müəyyən hissələrinin mümkün elan edilməsi barədə 2004-cü il 26 oktyabr tarixli qərardada əsasən işin baxılma hədlərinin müəyyən edilməsi nəticəsində tam azad olunma məsələsinə baxılması zamanı qismən azad olunmanın ümumi aspektlərinə baxılmasının qarşısı alınmır (yuxarıda 8-ci bəndə bax).
97. Bununla bağlı Məhkəmə qeyd edir ki, qismən azad olunma prosedurasında, ilk növbədə, müvafiq valideynlərin tədrisin öz əqidə və inamlarına uyğun olmayan hissələrini qabaqcadan müəyyən etmək və onlar haqqında məktəbə müraciət etmək imkanında olması üçün tədris planı barədə təfərrüatlı məlumata malik olması güman edilmişdir. Bu, valideynlərdən əlavə həmçinin qabaqcadan tədris planının işlənib-hazırlanmasında və açıqlamasında adətən çətinlik çəkən müəllimlər üçün problemli məsələ ola bilərdi (yuxarıda 29-cu bəndə bax). Müəllimlərin dərsliklərə ciddi əməl etməsinə dair rəsmi öhdəlik olmadığı şəraitdə (yuxarıda 48-ci bənddəki sitatın 10-cu bəndinə bax) valideynlərin sinifdə keçirilən dərsin məzmunu barəsində davamlı surətdə məlumatlı qalması və məqbul olmayan hissələri müəyyən etməsi çətin olmalı idi. Problem yaradan ümumiyyətlə xristian meylli KRL fənninə münasibətdə bu, yəqin ki, daha çətin olmuşdur.
98. İkincisi, F-03-98 saylı sirkulyara müvafiq olaraq, açıq-aşkar dinin xarakterli tədbirlərdən azad olunma barədə müraciətin əsaslandırılmasının tələb olunmaması istisna edilməklə, valideynlər qismən azad olunma barədə müraciəti əsaslandırmalı idi (yuxarıda 42-ci bənddəki Ali Məhkəmənin materiallarında verilmiş sirkulyardan sitata bax). Məhkəmə qeyd edir ki, şəxsin dini etiqadı və fəlsəfi əqidələri barədə məlumat şəxsi həyatın bəzi ən məhrəm aspektləri ilə bağlıdır. O, Ali Məhkəmə ilə razılaşır ki, öz dini etiqad və fəlsəfi əqidələr barədə məlumatın məktəb müdiriyyətinə açıqlanmasına dair öhdəliyin valideynlər üzərində müəyyən edilməsi Konvensiyanın 8-ci maddəsinin və, yəqin ki, 9-cu maddəsinin pozuntusunu təşkil edə bilər (ibid.). Hazırkı işdə qeyd etmək lazımdır ki, valideynlərin öz əqidələrini açıqlamaqla bağlı hər hansı öhdəliyi olmamışdır. Bundan başqa, F-03-98 saylı sirkulyarda məktəb müdiriyyətinin diqqəti valideynlərin şəxsi həyata hörmət hüququnun lazımi dərəcədə nəzərə alınması zərurətinə cəlb edilmişdir (ibid.). Buna baxmayaraq Məhkəmə hesab edir ki, valideynlərin məktəb müdiriyyətinə öz dini etiqadın və fəlsəfi əqidələrin məhrəm aspektlərini açıqlamağa məcbur olmasının hiss edə bilməsi müraciəti əsaslandırmaq şərtinin ayrılmaz tərkib hissəsi olmuşdur. Valideynlərin başqa dinə etiqad və ya başqa həyat fəlsəfəsinə tərəfdar çıxma kimi hesab etdiyi tədrisin hissələrinin müəyyən edilməsində üzləşdiyi yuxarıda göstərilən çətinliklər nəzərə alınaraq belə məcburiyyət təhlükəsi daha ciddi olmuşdur. Bundan əlavə, azad olunma barədə müraciətin məqsədəuyğun olub olmaması məsələsi münaqişə gətirib çıxara biləcək məsələ olmuş və buna görə valideynlər sadəcə azad olunma barədə istəyi bildirmədən belə vəziyyətdən qaçmağa üstünlük verə bilərdi.
99. Üçüncüsü, Məhkəmə qeyd edir ki, hətta qismən azad olunma barədə müraciətin əsaslı hesab edilməsi təqdirdə bu heç də demək deyildir ki, müvafiq şagird avtomatik qaydada tədris proqramının aidiyyəti hissələrindən azad olunurdu. 2-4-cü maddədə nəzərdə tutulmuşdur ki, “məktəb tədris proqramı çərçivəsində fərqləndirilmiş tədrisi təşviq etməklə məsələni həll etməyə çalışmalıdır”. Fərqləndirilmiş tədrisin tətbiqi qaydasının nümunələrlə birlikdə təfərrüatlı təsviri əks etdirilən F-03-98 saylı sirkulyardan görünür ki, müəllim valideynlərin dini və fəlsəfi mənsubiyyətini, habelə tədbirin növünü nəzərə alaraq valideynlərlə əməkdaşlıqda sərbəst yanaşmanı rəhbər tutmalı idi. Məhkəmə xüsusilə qeyd edir ki, bir neçə tədbirlər, o cümlədən duaları, kilsə himnlərini oxuma, dini ayinlər və tamaşalar ilə əlaqədar olaraq bu tədbirlərdə iştirakın kilsəyə gələrək müşahidə etmə ilə əvəzlənilə bilməsi təklif edilmiş və bunun əsas fikri ondan ibarət olmuşdur ki, biliklərin tədris proqramına uyğun verilməsi naminə azad olunma müvafiq tədbir vasitəsilə verilən biliklərə deyil, tədbirin özünə münasibətdə tətbiq edilməlidir (yuxarıda 29-cu bəndə bax). Eyni zamanda, Məhkəmənin fikrincə, tədbirlə biliklər arasında belə fərqləndirmə həm təcrübədə çətinliklə tətbiq edilə, həm də qismən azad olunmaq hüququnun səmərəliliyini əhəmiyyətli dərəcədə azalda bilərdi. Bundan başqa, sırf praktiki cəhətdən, valideynlər müəllimlərdən fərqləndirimiş tədrislə bağlı əlavə yük barədə xahiş etməyə utana bilərdi (yuxarıda 29-cu bəndə bax).
100. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, qismən azad olunma sistemi müvafiq valideynləri öz şəxsi həyatı lüzumsuz olaraq ifşa etmək təhlükəsinə məruz qoymuş, belə müraciətlər isə müəyyən münaqişələrə səbəb ola bilərdi. Müəyyən hallarda, yəni dini xarakterli tədbirlər ilə əlaqədar olaraq qismən azad olunmanın hədləri hətta fərqləndirilmiş tədris vasitəsilə azaldıla bilərdi. Bunun konvensiyanın 8 və 9-cu maddələri baxımından şərh edildiyi kimi, 1 saylı Protokolun 2-ci maddəsinin mənasında valideynlərin öz əqidələrinə hörmət hüququna uyğun olmasını demək çətindir. Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Konvensiya “nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmin edilməsinə” yönəlmişdir (bax: “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [BP], no. 46221/99, § 135, ECHR 2005‑IV)).
101. Hökumətə görə, ərizəçi valideynlərin cavabdeh dövlət tərəfindən əhəmiyyətli dərəcədə maliyyələşdirilən, yəni təsis edilməsi və işləməsi ilə bağlı xərclərin 85 faizi onun tərəfindən ödənilən özəl məktəblərdə öz uşaqları üçün alternativ təhsili təmin etməsi mümkün olmuşdur. Eyni zamanda, Məhkəmə hesab edir ki, hazırkı işdə belə mümkünlüyün mövcudluğu hər kəs üçün açıq olan dövlət məktəblərdə plüralizmi təmin etmək öhdəliyindən dövləti azad edə bilməz.
102. Belə şəraitdə, ümumi ibtidai və aşağı sinif orta təhsil çərçivəsində KRL fənninin tədrisinə başlanması ilə əlaqədar qanunvericilikdə təsbit edilmiş bir çox təqdirə layiq məqsədlərə baxmayaraq, tədris proqramı çərçivəsində məlumatların və biliklərin 1 saylı Protokolun 2-ci maddəsinin məqsədləri üçün obyektiv, tənqidi və plüralist qaydada verilməsi üçün cavabdeh dövlət tərəfindən kifayət qədər tədbirlər görülmüşdür.
Bununla belə, Məhkəmə hesab edir ki, ərizə valideynlərin onların uşaqlarının KRL fənnindən tam azad olunması barədə müraciətlərinin rədd edilməsi 1 saylı Protokolun 2-ci maddəsinin pozulmasına gətirib çıxarmışdır.
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLDÜKDƏ KONVENSİYANIN 8 VƏ 9-CU MADDƏLƏRİNİN VƏ 1 NÖMRƏLİ PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
103. Ərizəçilər iddia etmişlər ki, qismən azad olunma sistemi valideynləri ayrı-seçkiliyə səbəb olan çətinliklərə və yüklərə məruz qoymuşdur. Bunun əksinə, fəndən azad olunmuşlar üçün qeyri-konfessional, plüralist həyat fəlsəfəsi fənninin öyrənilməsi nəzərdə tutulan ümumi azad olunma sistemi həm məktəbin vəzifələrinin, həm də valideynlərin Konvensiya ilə qorunan hüquqlarının yerinə yetirilməsini təmin etmişdir.
104. Hökumət valideynlər üçün KRL fənninin müəyyən hissələrindən azad olunma (qismən azad olunma) barədə müraciət etmək tələbinin 14-cü maddəyə zidd olaraq ayrı-seçkilik təşkil etməsi barədə iddiaya etiraz etmişdir. “Təhsil haqqında” 1998-ci il Qanunun azad olunmaya dair müddəası ayrı-seçkilik xarakterli olmamışdır. Azad olunma bütün valideynlər üçün, 14-cü maddənin sözləri ilə “... cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşədən...” asılı olmadan eyni dərəcədə mümkün olmuşdur. Azad olunmaya dair müddəada bir xristianlar ilə qeyri-xristianları ayrılmamışdır. Tarix, musiqi, bədən tərbiyəsi və ictimai elmlər kimi digər fənlərdə də dini və ya mənəviyyat məsələləri ortaya çıxa bilər. “Təhsil haqqında” 1998-ci il Qanununun 2-4-cü maddəsində əks etdirilmiş azad olunmaya dair müddəa bütün fənlərə münasibətdə tətbiq edilirdi. Valideynlərin dəlilləri rəhbər tutulsa, bu fənlərdən qismən azad olunmaya yol verilməsi də ayrı-seçkilik olardı. Hökumətin fikrincə, həmin fənlər və KRL fənni üçün yeganə mümkün sistemini qismən azad olunma prosedurası təşkil etmişdir. Bunlar ayrı-seçkilik hesab edildiyi halda, icbari təhsil sisteminin fəaliyyəti mümkün olmayacaqdır.
105. Məhkəmə yuxarıda gəldiyi nəticələri nəzərə alaraq (yuxarıda 96-102-ci bəndlərə bax) Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürüldükdə Konvensiyanın 8 və 9-cu maddələri və 1 saylı Protokolun 2-ci maddəsi ilə bağlı məsələyə ayrıca baxılmasını zəruri hesab etmir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
106. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli təzminatın ödənilməsini təyin edir.”
A. Ziyan
107. Ərizəçilər maddi ziyana görə kompensasiya tələb etməsə də, bu işdə Konvensiyanın pozulması nəticəsində keçirilmiş əziyyətə və incidilməyə görə Məhkəmənin öz mülahizəsinə uyğun müəyyən ediləcək məbləğdə mənəvi ziyanın ödənilməsini xahiş etmişlər.
108. Hökumət yuxarıdakı iddia ilə bağlı hər hansı şərh verməmişdir.
109. Məhkəmə tərəfindən pozuntunun müəyyən edilməsinin nəticələri bu işin hüdudlarından kənar çıxacaq, çünki müəyyən edilmiş pozuntuya mübahisələndirilən hüquqi bazanın tətbiqi qaydası deyil, birbaşa özü səbəb olmuşdur. Hökumətin KRL fənninə yenidən baxmağa hazır olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 2-ci maddəsinin pozuntusunun müəyyən edilməsi konvensiyanın 41-ci maddəsinin məqsədləri üçün kifayət qədər ədalətli ödənilməni təşkil edir.
B. Məhkəmə xərcləri
110. Ərizəçilər həmçinin aşağıdakılar ilə əlaqədar olaraq cəmi 979798 Norveç kronu (“NOK”, təqribən 117000 Avro (“EUR”)) məbləğində xərclər və məsrəflərin ödənilməsini tələb etmişlər:
(a) yerli məhkəmələrdə 308,558 NOK məbləğində çəkilmiş xərclər;
(b) vəkillərin Məhkəmədəki proses çərçivəsində 2002-2006-cı illərdə görülmüş işlərə görə 637,066 NOK məbləğində xərclər;
(c) 2006-cı il dekabrın 6-da Strasburq şəhərində keçirilmiş açıq məhkəmə iclasında iştirak etmək üçün vəkilin, məsləhətçinin və ərizəçilərin səfəri ilə bağlı 34,174 NOK məbləğində xərclər.
Əlavə dəyər vergisi (“ƏDV”) yuxarıdakı məbləğlərə daxil olmuşdur.
111. Hökumət yuxarıdakı iddialara etiraz etmədiyini bildirmişdir.
112. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə malik olduğu məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq Məhkəmə (a) və (c) bəndlərində göstərilən məbləğlərin tam həcmdə ödənilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda, (b) bəndinə gəldikdə Məhkəmə ərizənin müvafiq hissələrinin qeyri-mümkün elan olunmasını qeyd edərək hesab etmir ki, bütün xərclər və məsrəflər mütləq Konvensiyanın pozuntusunun əvəzinin ödənilməsi məqsədilə çəkilmişdir. O, ərizəçilərin çəkdiyi xərclər və məsrəflərə görə cəmi 70000 EUR (ƏDV daxil olmaqla) məbləğində kompensasiyanın təyin olunmasını məqsədəuyğun hesab edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
113. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. Doqquz səs lehinə və səkkiz səs əleyhinə olmaqla 1 saylı Protokolun 2-ci maddəsinin pozulduğunu qət edir;
2. Yekdilliklə Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürüldükdə Konvensiyanın 8 və 9-cu maddələrinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən ərizəçilərin şikayətlərinə baxılmasının zəruri olmadığını qət edir;
3. Yekdilliklə pozuntunun müəyyən edilməsinin özü özlüyündə ərizəçilərin çəkdiyi mənəvi ziyana görə ədalətli təzminat təşkil etdiyini qət edir;
4. Yekdilliklə qət edir ki,
(a) cavabdeh dövlət üç ay ərzində xərclər və məsrəflər ilə bağlı ərizəçilərə birlikdə 70000 EUR (yetmiş min avro) məbləğini ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq cavabdeh dövlətin milli valyutasında ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ay müddətindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçilərin ədalətli təzminat tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2007-ci il iyunun 29-da Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Vinsan BerjeJan-Pol Kosta
YuriskonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir:
(a) hakimlər Zupançiç və Borrego Borregonun xüsusi rəyi;
(b) hakimlər Vildhaber, Lorensen, Birsan, Kovler, Ştayner, Borrego Borrego, Hacıyev və Yebensin birgə xüsusi rəyi.
J-P.C.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] KRL fənni üçün Komitə tərəfindən istifadə olunan abreviatura.
Full & Egal Universal Law Academy