© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Françesko Sessa İtaliyaya qarşı (Francesco Sessa v. Italy), ərizə № 28790/08
03.04.2012-ci il tarixli qərar [II Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Yəhudi bayramı gününə təyin olunmuş məhkəmə iclasında iştirakdan imtina: pozuntu baş verməyib
Faktlar – Milliyyətcə yəhudi və peşəcə vəkil olan ərizəçi məhkəmə istintaqını aparan hakimin sübutların təqdim edilməsi ilə bağlı təyin etdiyi məhkəmə iclasında iddiaçını təmsil edirdi. Həmin hakimin iclasda iştirakı mümkünsüz olduğuna görə onun əvəz edən hakim tərəflərdən xahiş etdi ki, iclasın hansı günə təxirə salınmasını özləri seçsinlər və bu zaman məhkəmə istintaqını aparan hakimin öncədən müəyyən etdiyi qrafikə uyğun olaraq iki tarix arasında seçim etsinlər (13 və ya 18 oktyabr 2005-ci il). Ərizəçi bildirdi ki, hər iki tarix yəhudi bayramına (müvafiq olaraq, Yom Kippur və Sukkot bayramlarına) təsadüf edir və onun dini öhdəlikləri bu tarixlərdə məhkəmə iclasında iştirak etməsinə yol vermir. Hakim məhkəmə iclasını 13 oktyabr 2005-ci ilə təyin etdi. Ərizəçi məhkəmə iclasının təxirə salınması üçün məhkəmə istintaqını aparan hakimə vəsatət verdi, habelə hakim barəsində cinayət işi başlanması üçün şikayət ərizəsi təqdim etdi. Onun vəsatəti rədd edildi. Cinayət işi başlanması üçün ərizəçinin verdiyi şikayət ərizəsi üzrə icraata 2008-ci ildə xitam verildi və belə əsas gətirildi ki, bu işdə onun mənsub olduğu yəhudi dininə sərbəst surətdə etiqad etmək hüququnu pozmaq və ya dini əqidəsinə görə ləyaqətini təhqir etmək niyyətinin mövcud olması sübuta yetirilməyib.
Hüquqi məsələlər – Maddə 9: Məhkəmə istintaqını aparan hakim qərara aldı ki, məhkəmə iclasının təxirə salınması barədə ərizəçinin vəsatətini təmin etməsin və qərarını Cinayət Prosessual Məcəlləsinin normaları ilə əsaslandırdı, həmin normalara əsasən, sübutların dərhal təqdim edilməsi məsələsinə aid məhkəmə iclaslarının təxirə salınmasına yalnız prokuror və ya müttəhimin (cavabdehin) vəkili iclasda iştirak etmədikdə yol verilir (iddiaçının vəkilinin iştirakçı isə vacib deyildi). İş üzrə iclasın yəhudi bayramı ilə üst-üstə düşən tarixə təyin edilməsinin və sonrakı tarixlərə təyin etməkdən imtina edilməsinin ərizəçinin öz dini etiqadını sərbəst surətdə həyata keçirmək hüququnu məhdudlaşdırdığı barədə arqumentlər Məhkəməni inandırmadı. Birincisi, ərizəçinin dini vəzifələrini icra etmək imkanına malik olması məsələsində tərəflər arasında fikir ayrılığı yox idi. Bundan başqa, ərizəçi bunu gözləməli idi ki, iclasın təxirə salınması barədə vəsatəti qüvvədə olan qanunvericilik normaları əsasında rədd ediləcək və öz peşə vəzifələrinin yerinə yetirilməsini təmin etmək üçün sözügedən iclasda başqa vəkillə əvəz olunması məsələsini qaldıra bilərdi. O, dini inancını dəyişdirməsi üçün ona təzyiq göstərildiyini, yaxud dinini və ya əqidələrini ifadə etməsinə maneə yaradıldığı sübuta yetirməmişdi. İstənilən halda, hətta fərz etsək ki, ərizəçinin 9-cu maddənin 1-ci bəndi ilə təmin edilən hüququna müdaxilə baş verib, qanunla nəzərdə tutulmuş olan belə müdaxiləyə digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi tələbi ilə (və xüsusən ədalət mühakiməsinin ictimai maraqlara uyğun olaraq lazımi qaydada həyata keçirilməsi hüququ ilə) və işlərə ağlabatan müddətdə baxılması prinsipi ilə haqq qazandırmaq olardı. Müdaxilə həyata keçirilərkən tətbiq edilmiş vasitələrlə qarşıya qoyulan məqsəd arasında mütənasiblik əlaqəsinə riayət edilmişdi.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı dörd səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy