© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Frasik Polşaya qarşı (Frasik v. Poland), ərizə № 22933/02
05.01.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 12
Nikah hüququ
Məhbusun həbsxanada nikaha girməsinə icazə verməkdən imtina: pozuntu baş verib
Faktlar – 2000-ci ilin sentyabrında ərizəçi bir qadının şikayəti əsasında həbsə alındı, qadın iddia edirdi ki, ərizəçi onu zorlayıb və döyüb. Onlar təxminən dörd il yaxın münasibətdə olmuşdular, amma hadisədən bir neçə ay öncə münasibətləri kəsilmişdi. 2000-ci ilin dekabrından başlayaraq onlar ərizəçinin həbsdən azad edilərək polis nəzarətinə verilməsi barədə prokurora bir neçə dəfə müraciət etdilər, çünki artıq barışmışdılar və evlənmək istəyirdilər, amma cəhdləri uğursuz oldu. Məhkəmə araşdırmasının əvvəlində zərərçəkən qadın məhkəmədən xahiş etdi ki, onu ərizəçiyə qarşı ifadə vermək vəzifəsindən azad etsin. 2001-ci ildə birinci instansiya məhkəməsi ərizəçinin təcridxanada nikah bağlamasına icazə verilməsi barədə vəsatətini rədd etdi, bunda məqsəd zərərçəkənin öz ərinə qarşı ifadə verməmək hüququndan ifadə etməsinə mane olmaq idi. Həm də hakimlər hesab etdilər ki, istintaq təcridxanası nikah mərasimi keçirmək üçün münasib yer deyil və bu cütlüyün niyyətinin səmimiliyi şübhə doğurur, çünki indiyə qədər "birgə həyatlarını rəsmiləşdirməmişdilər". Bundan sonra ərizəçi zorlamaya və təhdid etməyə görə azadlıqdan məhrum edildi. Apellyasiya məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxladılar. Lakin sonuncu onu da bildirdi ki, ərizəçinin təcridxanada nikah bağlamasına icazə verməkdən imtina edilməsi Konvensiyanın 12-ci maddəsini pozub.
Hüquqi məsələlər – Maddə 12: Məhkəmə tərəflər arasındakı münasibətlərin xarakterinin onların nikaha girmək barədə qərarlarına haqq qazandırıb-qazandırmaması məsələsinin, yaxud onların seçdiyi vaxtın və yerin münasib olub-olmanası məsələsinin birinci instansiya məhkəməsi tərəfindən həll edilməsi üçün səbəb görmür. Azadlıqda və ya həbsdə olarkən gələcək həyat yoldaşını seçmək və onunla nikaha girmək məsələsi xüsusi və sırf şəxsi məsələdir. Konvensiyanın 12-ci maddəsinə əsasən, dövlət orqanlarının vəzifəsi "milli qanunvericiliyə müvafiq olaraq" (həmin qanunvericilik isə Konvensiyaya uyğun olmalıdır) nikaha girmək hüququnun həyata keçirilməsini təmin etməkdən ibarətdir, amma onlar məhbusun öz seçdiyi şəxslə nikah münasibətlərinə girmək qərarına müdaxilə etmək hüququna malik deyillər. Həll edilməli olan məsələ məhbusun həbsxanada nikaha girməsinin nə dərəcədə ağlabatan olması deyil, bu nikaha girmənin praktiki aspektləridir. Bundan başqa, həbsxanada təhlükəsizliyin qorunması, yaxud cinayətlərin və iğtişaşların qarşısının alınması kimi mühüm amillər mövcud deyilsə, dövlət orqanları nikaha girmək hüququnu məhdudlaşdıra bilməzlər. Hazırkı işdə birinci instansiya məhkəməsi nikahın ərizəçiyə qarşı sübutların əldə edilməsi proseduruna mənfi təsir göstərəcəyinə əminliyini nümayiş etdirdi və məhkəmə araşdırması müddətində ərizəçinin nikaha girmək hüququnu həyata keçirməsinə qoyduğu qadağanı bununla əsaslandırdı. Amma bu qadağanın hüquqi əsası yox idi, çünki Polşa qanunvericiliyinə əsasən, gələcək ərlə arvaddan birinin cinayət işi üzrə təqsirləndirilən şəxs, digərinin isə zərərçəkən olması faktı nikah bağlamaq üçün hüquqi və ya faktiki maneə sayılmırdı. Ərizəçi həbsdə saxlanılmasaydı, onun məhkəmə araşdırması müddətində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında nikah bağlamasına mane olmaq mümkün olmazdı. Eləcə də münasibətlər rəsmiləşdirilməyənə qədər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı ərizəçinin hisslərini şübhə altına ala bilməzdi. Müvafiq olaraq, Avropa Məhkəməsi Ali Məhkəmənin gəldiyi bu nəticəni dəstəkləməyə bilməz ki, ərizəçinin nikaha girmək hüququna müdaxilə qeyri-mütənasib və qanunsuz idi. Məhkəmə Hökumətin bu arqumentini qəbul etmədi ki, ərizəçin zərərçəkənlə gələcəkdə evlənmək imkanına malik idi və bu hal qadağanın nəticələrini yüngülləşdirə bilərdi. Yetkinlik yaşına çatan və nikaha girmək üçün milli qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə cavab verən şəxslərin nikah bağlamasının təxirə salınmasına, Konvensiyanın 12-ci maddəsinə əsasən, haqq qazandırmaq olmaz. Polşa qanunvericiliyi məhbusun nikaha girmək barədə vəsatətinin həll edilməsində səlahiyyətli orqanlara tam sərbəstlik verirdi. Milli qanunvericilikdə şəxsin həbsdə saxlanıldığı dövrdə nikah bağlaması barədə müddəalar yox idi, lakin Məhkəmənin fikrincə, Konvensiyanın 12-ci maddəsi məhbusların nikah bağlaması üçün dövlətin ayrıca qanunlar və ya xüsusi qaydalar qəbul etməsini tələb etmirdi, çünki həbsdə saxlanılma nikahın bağlanması üçün hüquqi maneə deyil. Həmçinin azadlıqda olan şəxslərlə məhbusların nikah bağlamaq baxımından statuslarında hər hansı fərq yox idi. Ərizəçinin işində Konvensiyanın pozulmasının səbəbi həbsdə saxlanılma dövründə nikah bağlanmasına dair ətraflı qaydaların olmamasında deyil, milli hakimlərin öz diskresion səlahiyyətlərini qeyri-məhdud şəkildə həyata keçirmələrində və məsələyə aidiyyəti olan müxtəlif ictimai və fərdi maraqlar arasında Konvensiyaya uyğun şəkildə ədalətli balansı bərqərar edə bilməmələrində idi. Hətta birinci instansiya məhkəməsi qanuni maraqdan çıxış edərək məhkəmə araşdırmasının düzgün həyata keçirilməsi məqsədi ilə hərəkət etmişdisə belə, ərizəçinin Konvensiyada nəzərdə tutulmuş əsas hüququna hörmətin zəruriliyini nəzərə almaqla balansa riayət etmək zərurətini nəzərdən qaçırmışdı. Nəticədə tətbiq edilmiş tədbir ərizəçinin nikaha girmək hüququnun mahiyyətinə xələl gətirmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 13: Hökumət etiraf etdi ki, ərizəçinin həbsdə saxlanıldığı dövrdə nikaha girmək hüququnun rədd edilməsi barədə qərardan şikayət etməsi və ya qərara hər hansı digər formada etiraz etməsi üçün heç bir prosedur yox idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu müəyyən etdi.
Maddə 41: Mənəvi ziyana görə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy