© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat qeydi No. 150
Mart 2012
Gagliano Giorgi Italiyaya qarşı - 23563/07
Qərar 6.3.2012 [Seksiya II]
Maddə 35
Maddə 35-3-b
Əhəmiyyətsiz zərər
Cinayət prosesinin ləngliyi ilə bağlı işdə cəzanın azaldılması: qəbuledilməz
Faktlar – 1988-ci ildə ərizəçiyə qarşı cinayət işi qaldırılır və bu, 1999-cu ilədək davam edir. Ərizəçi saxta sənəd hazırlama ilə ittiham olunur və bir il dayandırılmış azadlıqdan məhrumetmə ilə cəzalandırılır. O, həmçinin bir il ərzində dövlət vəzifəsi tutmaqdan məhrum edilir. Rüşvət ittihamı müddəti keçmiş elan edilir. Ərizəçinin cinayət prosesinin ləngliyi barədə 2001-ci ildə qaldırdığı “Pinto” prosesi 2006-cı ildə bitir və ona heç bir kompensasiya verilmir.
Hüquqi məsələlər – Maddə 35 § 3 (b): Cinayət prosesinin ləngliyinin nəticəsi olaraq, 1998-ci ildə appelyasiya məhkəməsi ərizəçinin ittiham olunduğu rüşvət ittihamanı müddəti keçmiş elan etdi. Məhkəməyə təqdim olunan sənədlərdə azalmanın dəqiq nə qədər olduğu və azalma və “ağlabatan müddət” tələbinin pozulması arasında hər hansı bir əlaqə olduğu göstərilməsə də, apeyasiya məhkəməsinin ərizəçinin cəzasını azaltması açıq-aydındır, çünki müddəti keçmiş ittiham o biri ittihamdan daha ağır idi. İtalyan qanunvericiliyi buna imkan versə də, ərizəçi ittihamın müddəti keçmiş elan edilməsinə etiraz etmədi. Belə olan şəraitdə, cəzanın azaldılması cinayət prosesinin ləngliyinin vurduğu mənəvi ziyanı ən azından kompansə etmiş və ya təsirini əhəmiyyətli dərəcədə azaltmışdır. Beləliklə, Məhkəmə qərar verdi ki, ərizəçi ağlabatan müddətdə cinayət işinə baxılması ilə bağlı “əhəmiyyətli ziyan”a məruz qalmamışdır. Bu şikayət cinayət prosesində “ağlabatan müddət”də işə baxılması məsələsini qaldırır, bu məsələ üzrə də Məhkəmənin çox sayda qərarı var. Konvensiya və onun Protokollarının müdafiə etdiyi Avropa ictimai qaydasının heç bir tələbi bu şikayətin baxılmasına davam edilmısini əsaslandırmır. Cinayət prosesinin ləngliyi məsələsinə “Pinto” qanunvericilyi məqsədləri baxımından iki səlahiyyətli məhkəmə (appelyasiya və kassasiya məhkəmələri) tərəfindən baxılmışdır və kassasiya məhkəməsi qarşısında ərizəçi aşağı məhkəmənin ona kompensasiya verməmək qərarına qarşı arqumentlərini bildirmişdir. Belə olan şəraitdə, işə yerli məhkəmələr tərəfindən lazımınca baxılmışdır və Konvensiyanın tətbiqi və şərhi və ya daxili qanunverciliklə bağlı hər hansı sual cavabsız qalmamışdır. Qəbuledilməzlik şərtləri yerinə yetirildiyindən bu şikayət qəbuledilməz hesab edilməlidir.
Nəticə: qəbuledilməz (əhəmiyyətli zərərin olmaması).
Məhkəmə həmçinin yekdilliklə hesab etdi ki, “Pinto” prosesinin ləngliyi səbəbindən 6-cı maddənin 1-ci bəndi pozulmuşdur.
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququ üzrə Məlumat Qeydləri ilə tanış olmaq üçün buraya daxil olun:
Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy