© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat qeydi No 183
Mart 2015
Gallardo Sanchez Italiyaya q. - 11620/07
Qərar 24.3.2015 [Seksiya IV]
Maddə 5
Maddə 5-1-f
Ekstradisiya
Şəxsin üçüncü Dövlət tərəfindən cinayət təqbinə alınması üçün ekstradisiyası prosesində əsaslandırılmamış gecikmələr: pozuntu
Faktlar – Ərizəçi Venezuela vətəndaşıdır. 2005-ci illin aprelində, yunan dövlət orqanları tərəfindən bilərəkdən yanğın törətməkdə ittiham olunmuş və italyan polisi tərəfindən Avropa Ekstradisiya Konvensiyasına əsasən verilmiş qərarla ekstradisya məqsədilə həbs edilmişdir. 2006-ci ilin oktyabrında Yunanıstana ekstradisya edilmişdir.
Avropa Məhkəməsi qarşısında ərizəçi ekstradisiyası üçün həbs müddətinin uzunluğundan şikayət edir.
Hüquq – Maddə 5 § 1 f) : Ərizəçinin ekstradisiya üçün həbsi daxili hüquqa, Dövlətin beynəlxalq öhdəliklərinə riayət etməsi tələbinə və qaçıb gizllənmək təhlükəsinə uyğun idi.
Ərizəçi yunan dövlət orqanları tərəfindən cinayət təqibinin həyata keçirilməsi üçün ekstradisiya məqsədlilə həbsə alınmışdı. Bununla bağlı, iki ekstradisiya növünü fərqləndirməyi və onların hər biri üçün tələb olunan cəldlik səviyyəsini dəqiqləşdirməyi vacib sayır : bir tərəfdən, cəzanın icrası məqsədilə ekstradisiya və digər tərəfdən, Dövlətə maraqlı şəxsi mühakimə etməyə imkan verən ekstradisiya. Sonuncu halda, cinayət prosesi hələ davam etməkdə olduğundan, ekstradisiya məqsədilə saxlanmaqda olan şəxsin təqsirsizlik prezumpsiyası vardır; bundan əlavə bu mərhələdə, şəxsin cinayət prosesində təqsirsizliyini sübut etmək üçün müdafiə hüquqlarını realizə etmək imkanı əhəmiyyətli dərəcədə məhduddur, hətta yoxdur; nəhayət işin mahiyyət üzrə araşdırılması tələb olunan Dövlətə qadağandır. Bütün bu səbəblərdən maraqlı şəxsin hüquqlarının müdafiəsi və ekstradisiya prosesinin yaxşı keçirilməsi, şəxs barədə ağlabatan müddətdə cinayət təqibinin başlanması tələbi də daxil olmaqla, tələb olunan Dövlətə daha cəldliklə hərəkət etmək öhdəliyi yaradır.
Hazırki işdə ekstradisiya məqsədli həbsdə saxlama təqribən bir il altı ay sürmüşdür və italyan dövlət orqanları tərəfindən ekstradisya prosesinin müxtəlif mərhələlərində əhəmiyyətli gecikmələrə yol verilmişdir. Üstəlik iş mürəkkəb deyildi. Nəticədə, ərizəçini üçüncü Dövlətdə cinayət təqibinə məruz qoyulması məqsədilə ekstradisiyası prosesinin xarakteri nəzərə alınaraq, ərizəçinin həbsi Konvensiyanın 5-ci maddəsinin 1 f) maddəsi mənasında « qanuni » olmamışdır
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : heç bir tələb irəli sürülməmişdir.
(Mövzu ilə əlaqədar bax : Ölkədən çıxarılma və ekstradisiya və Sığınacaq, sərhədlər və immiqrasiya sahəsində Avropa hüququ üzrə bələdçı )
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy