© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Qardel Fransaya qarşı (Gardel v. France), ərizə № 16428/05
17.12.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Cəzaçəkmə müddəti başa çatdıqdan sonra şəxsin adının cinsi toxunulmazlığa qarşı cinayət törədənlərin reyestrinə (məlumat bazasına) 30 illik müddətə daxil edilməsi: pozuntu baş verməyib
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Qanunun qüvvəsi geriyə şamil oluna bilməz (Nulla poena sine lege)
Cəzaçəkmə müddəti başa çatdıqdan sonra şəxsin adının cinsi toxunulmazlığa qarşı cinayət törədənlərin reyestrinə (məlumat bazasına) 30 illik müddətə daxil edilməsi: şikayət qəbul olunan deyil
Faktlar – Vəzifəli şəxs olan ərizəçi on beş yaşlı yeniyetmələri zorladığına görə 2003-cü ildə ömürlük azadlıqdan məhrum edilmişdi. Məhkəmə sistemini cinayətkarlığın inkişafı şəraitində işləməyə uyğunlaşdırmaq məqsədi daşıyan 9 mart 2004-cü il tarixli qanuna (2004-204 saylı Qanun) əsasən, cinsi toxunulmazlığa qarşı cinayət törədənlərin adlarının daxil edildiyi avtomatlaşdırılmış milli məhkəmə bazası yaradıldı. Cinayət Prosessual Məcəlləsinin bu məlumat bazasına dair müddəaları 2005-ci ilin iyununda qüvvəyə mindi. 2005-ci ilin noyabrında ərizəçinə məlumat verildi ki, məhkumluğu ilə əlaqədar olaraq adı bu məlumat bazasına daxil edilib.
Hüquqi məsələlər – Maddə 7: 2004-cü il tarixli Qanun qüvvəyə mindikdən sonra ərizəçinin adı cinsi toxunulmazlığa qarşı cinayət törədənlərin məlumat bazasına daxil edildi. Bu tədbir ərizəçinin üzərinə belə bir vəzifə qoyurdu ki, ünvanı barədə və ünvanındakı hər hansı dəyişiklik barədə müvafiq orqana məlumat versin. Ərizəçinin adının məlumat bazasına daxil edilməsi onun 2003-cü ilin oktyabrında məhkum edilməsi ilə əlaqədar idi, belə ki, cinsi toxunulmazlığa qarşı cinayət törətdiyinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası almış şəxslərin adları avtomatik olaraq məlumat bazasına salınırdı. Etiraz edilən tədbirin xarakterini və məqsədini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, ərizəçinin üzərinə qoyulmuş vəzifənin əsas məqsədi residivlərin qarşısını almaq idi. Məhkum edilənlərin ünvanlarının məlumat bazasına daxil edilməsi sayəsində polis və məhkəmə orqanlarının onların ünvanları barədə məlumat əldə edə bilməsi faktı çəkindirici element olduğuna görə, yəqin ki, polis araşdırmalarını asanlaşdırmalı idi. Beləliklə, məlumat bazasında qeydiyyata alınmaq vəzifəsi qabaqlayıcı və çəkindirici məqsəd daşıyırdı və xarakterinə görə cəza tədbiri və ya cinayət cəzası sayıla bilməzdi. Bundan əlavə, bu vəzifə yerinə yetirilmədiyi təqdirdə ərizəçi iki il müddətinə azadlıqdan məhrum edilə və 30.000 avro məbləğində cərimə oluna bilərdi və üstəlik, 2003-cü ildə onun məhkum edilməsi ilə əlaqədar olmayan ayrıca bir məhkəmə prosesinin başlanması ilə nəticələnə bilərdi və həmin məhkəmə prosesi çərçivəsində məhkəmə qeydiyyata alınma vəzifəsinin yerinə yetirilməməsinin qanuna uyğun olub-olmadığını qiymətləndirməli idi. Nəhayət, etiraz edilən tədbirin sərtliyinə gəlincə, bu, özlüyündə mühüm element deyildi və istənilən halda, hər altı aydan bir ünvan barədə məlumat təqdim etmək və ünvandakı dəyişiklik barədə 15 gün ərzində xəbərdarlıq etmək vəzifəsi, 30 il müddətinə müəyyən edilsə də, cəza kimi qəbul ediləcək dərəcədə ciddi tədbir deyildi. Beləliklə, cinsi toxunulmazlığa qarşı cinayət törədənlərin məlumat bazasında qeydə alınmasına və bundan irəli gələn məlumatlandırma vəzifəsinə qabaqlayıcı tədbir kimi baxılmalıdır və Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulmuş "qanunun qüvvəsinin geriyə şamil olunmasının yolverilməzliyi prinsipi" bu işə tətbiq edilə bilməz.
Nəticə: şikayət qəbul edilən deyil (şikayət ərizəsi mahiyyət meyarına görə (ratione materiae) qəbul edilən deyil).
Maddə 8: Etiraz edilən müdaxilə qanunla nəzərdə tutulmuşdu və ictimai qaydanı qorumaqdan və cinayətlərin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı. Məhkəmə ərizəçinin qeydiyyata alındığı məlumat bazasının preventiv (qabaqlayıcı) xarakter daşıdığını şübhə altına ala bilməzdi. Cinsi toxunulmazlığa qarşı cinayətlər, şübhəsiz ki, cinayətkar fəaliyyətin xüsusilə pislənməli olan forması idi və zərərçəkənlərə alçaldıcı təsir göstərirdi. Uşaqlar və digər əlverişsiz vəziyyətdə olan şəxslər şəxsi həyatlarının mühüm aspektlərinə bu cür ciddi müdaxilələrə qarşı dövlət tərəfindən müdafiə edilmək hüququna malikdirlər. Eyni zamanda, Avropada cinayətkarlıqla mübarizə siyasəti inkişaf etdirilməkdədir və cəzalandırma ilə yanaşı, məhbusun cəmiyyətə yenidən qovuşmasına getdikcə daha böyük əhəmiyyət verilir, xüsusən cəzaçəkmə müddəti sona yaxınlaşdıqca bu məsələ əhəmiyyət kəsb edir. Uğurlu resosializasiya konkret olaraq residivizmin qarşısının alınması məqsədini daşıyır. Ərizəçinin adı yekun qərarla məhkum edildiyi cinayətlə əlaqədar olaraq 2004-cü il tarixli Qanunun keçid müddəaları əsasında avtomatik olaraq məlumat bazasına daxil edilmişdi. O, qeydiyyata alınması və vəzifələri barədə lazımi qaydada məlumatlandırılmışdı. Ərizəçinin azadlıqdan məhrum edilmə və cəza qorxusu altında ünvanı və ünvanındakı hər hansı dəyişikliklər barədə məlumat verməsi haqqında tələblərlə gəlincə, Məhkəmə artıq yuxarıda müəyyən etdi ki, bu məsələ 8-ci maddə baxımından heç bir problem doğurmur. Məlumatların mühafizə olunmasının müddəti cəzanın ağırlığından asılı olaraq iyirmi və ya otuz il təşkil edirdi. Hazırkı işdə bu müddət böyük olsa da, yəni otuz il təşkil etsə də, müddət başa çatdıqdan sonra məlumatlar avtomatik olaraq məhv edilirdi, onların məhv edilməsi məlumatların bazaya daxil edilməsinə səbəb olmuş qərar qüvvəsini itirdiyi tarixdən sonra həyata keçirilirdi. Maraqlı şəxs məlumat bazasından onun barəsindəki məlumatların çıxarılması üçün prokurora vəsatət verə bilərdi. Prokurorun qərarından məhkəməyə şikayət etmək olardı. Beləliklə, bu məhkəmə prosesləri konkret meyarlar əsasında məlumatların bazada saxlanılması üzərində müstəqil nəzarəti məlumatların bazaya daxil edilməsinə haqq qazandıran cinayətin ağırlığı nəzərə alınmaqla fərdin şəxsi həyatının toxunulmazlığının yetərli və adekvat müdafiəsini təmin edirdi. Belə olan halda məlumatların saxlanılma müddəti onların mühafizəsinin məqsədləri baxımından qeyri-mütənasib deyildi. Məlumat bazasından istifadə qaydasına və həmin bazaya çıxışı olan dövlət orqanlarına gəlincə, sonuncuların siyahısı sonradan bir qədər genişləndirildi və təkcə məhkəmə və polis orqanları ilə məhdudlaşmadı, indi inzibati orqanların da həmin bazaya çıxışı var. Məlumat bazasından yalnız konfidensiallığın qorunması vəzifəsini üzərinə götürən orqanlar və yalnız dəqiq müəyyən edilmiş hallarda istifadə edə bilərdilər. Bundan başqa, hazırkı işdə konkret olaraq məlumat bazasının inzibati məqsədlər üçün istifadəsinin araşdırılması tələb olunmur. Beləliklə, bu işdə cinsi toxunulmazlığa qarşı cinayət törətmiş şəxsin adı məlumat bazasına daxil edilərkən ziddiyyət təşkil edən xüsusi və ümumi maraqlar arasında balansa riayət edilib və cavabdeh dövlət bu sahədə malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmayıb.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin oxşar şikayətlərlə əlaqədar olan bu qərarlara bax: B.B. (B.B.) Fransaya qarşı iş üzrə eyni tarixdə çıxarılmış qərar, ərizə № 5335/06; və M.B. Fransaya qarşı iş üzrə eyni tarixdə çıxarılmış qərar, ərizə № 22115/06; və Oten (Hautin) Fransaya qarşı iş üzrə eyni tarixdə çıxarılmış qərar, ərizə № 6930/06).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy