© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə Təcrübəsi üzrə Məlumat Qeydi No 150
Mars 2012
Gas və Dubois Fransaya q. - 25951/07
Qətnamə 15.03.2012 [V Seksiya]
Maddə 14
Ayrı-seçkilik
Homoseksual cütlükdə olan bir qadının partyorunun bioloji uşağını sadə övladlığa götürməsinə icazə verilməməsi : pozuntu yoxdur.
Faktlar – Ərizəçilər iki fransız vətəndaşı olan qadınlardır və 1989-cü ildən birgə yaşayırlar və 2002-ci ilin aprelində Mülki Həmrəylik Paktı (MHP) imzalamışdır. 2000-ci ilin sentyabrında, ikinci ərizəçi Belçikada anonim donorla mayalanmadan sonra Fransada bir qız dünyaya gətirmişdir. Uşaq dünyaya gəldiyi gündən ərizəşilərin birgə yaşadığı evdə yaşayır və 2000-ci ilin oktyabrında anası tərəfindən tanınmışdır. 2006-cı ilin martında birinci ərizəçi ikinci ərizəçinin açıq razılığı ilə onun qızının sadə övladlığa götürmək üçün məhkəməyə müraciət edir. Yüksək instansiya məhkəməsi övladlığa götürmənin şərtlərinin mövcud olduğunu müəyyən etsə də, uşaq üzərindəki valideynlik hüquqlarının birinci ərizəçiyə keçəcəyi və uşağın bioloji anası olan ikinci ərizəçini hüquqlarından məhrum edəcəyi üçün övladlığa götürmənin ərizəçilərin niyyətlərərinə və uşağın maraqlarına zidd olacağı səbəbilə, müraciəti rədd edir. Birinci ərizəçi bu qərardan appelyasiya şikayəti verir. Appelyasiya məhkəməsi şikayəti rədd edir və qeyd edir ki, xahiş olunan övladlığa götürmə uşağın maraqlarına zidd olacaqdır və hesab edir ki, valideynlik hüquqlarının icrasının sadəcə ötürülməsi uşağın anası tərəfindən valideynlik hüquqlarının itirilməsi ilə əlaqədar riskləri aradan qaldırmağa kifayət etməyəcəkdir.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddə : Hazırki iş, subay homoseksual şəxsin uşağın övladlığa götürülməsi ilə əlaqər olan E.B. Fransaya qarşı [1] işindən fərqlənir. Hazırki işdə ərizəçilər sadə övladlığa götürməyə icazə verilməsindən imtinadan şikayət edirlər. Nikahda olmaqdıqlarına görə, onlar valideynlik hüquqlarını bölüşə bilmirlər. Belə ki, hazırki işdə sadə övladlığa götürmənin hüquqi nəticələri uşağın maraqlarına zidd olacaqdır, çünki sadə övladlığa götürmə uşaq üzərində valideynlik hüquqlarının nəqlinə səbəb olacaq və uşağını böyütməyə davam etmək niyyətində olan bioloji ananı hüquqlarından məhrum edəcəkdir.
Anonim donorla süni mayalanmaya (ADSM) gəlincə, buna Fransada yalnız sonsuz olan heteroseksual cütlüklərin xeyrinə icazə verilir. Ərizəçilərin vəziyyəti onların vəziyyəti ilə müqayisə edilə bilən deyildir. ADSM barədə fransız qanunvericiliyi ərizəçilərin qurbanı olduqlarını iddia etdikləri fərqli davranışın əsasında olduğu hesab edilə bilməz.
Nikaha girmək hüququ olmayan və MHP bağlamış ərizəçilərin nikahlı cütlüklərə münasibətdə hüquqi vəziyyətinə gəlincə, Konvensiya üzv Dövlətlərin Hökumətlərinə homoseksual cütlüklərə nikaha girmək hüququ vermək öhdəliyi qoymur və dövlətlər fərqli hüquqi tanıma mexanizmi nəzərdə tutursa, bu mexanizmin xarakteri ilə bağlı geniş mülahizə səlahiyyətinə malikdirlər (bax : Schalk et Kopf qərarı [2]). Nikah nikaha girən şəxslərə xüsusi status verir. Nikah hüququ Konvensiyanın 12-ci maddəsi ilə təsbir olunmuşdur və sosial, şəxsi və hüquqi nəticələrə səbəb olur. İkinci ərizəçi tərəfindən övladlığa götürmə məsələsində ərizəçilərin nikahlı cütlüklərlə müqayisə oluna biləcək hüquqi vəziyyətdə olduğu hesab edilə bilməz.
Digər tərəfdən, ərizəçilərin vəziyyətinin MHP bağlamış heteroseksual cütlüklərə münasibətdə araşdırması göstərir ki, onlar üçün də nəticə eynidir : sadə övladlığa götürməyə onlara da icazə verilmir. Deməli, ərizəçilər cinsi oriyentasiyalarına əsaslanan ayrı-seçkiliyə məruz qalmamışdır.
Sadə övladlığa götürmə halında valideynlik hüquqlarının icrasının ötürülməsini nəzərdə tutan mülki məcəllənin 365-ci maddəsinin əsası və predmetini nəzərə alaraq, yalnız bu müddəanın icrasını mübahisələndirərək, uşağın xeyrinə ikili qohumluğun tanınmasını legitimləşdirmək olmaz.
Nəticə : pozuntu yoxdur
[1] E.B. c. France [GC], no 43546/02, 22 yanvar 2008, Məlumat notu no 104.
[2] Schalk et Kopf c. Autriche, no 30141/04, 24 iyun 2010, Məlumat notu no 131.
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququ üzrə Məlumat Qeydləri ilə tanış olmaq üçün buraya daxil olun:
Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy