© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Qatt Maltaya qarşı (Gatt v. Malta), ərizə № 28221/08
27.07.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 5
5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi
Məhkəmə qərarını icra etməməyə görə həbsə alınma
Qanunla nəzərdə tutulan öhdəliyin icra edilməsini təmin etmək məqsədilə həbsə alınma
Zəmanət şərtini pozduğuna görə ödəməli olduğu məbləği ödəyə bilməməsi səbəbindən şəxsin həbsə alınması Məhkəmə tərəfindən qeyri-mütənasib tədbir hesab edildi: pozuntu baş verib
Faktlar – Narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərdə təqsirləndirilən ərizəçi 23.000 avroya yaxın məbləğdə şəxsi zəmanət müqabilində və yaşayış yerini tərk etməsinə məhdudiyyətlər qoyulmaqla azad edildi. Onun müəyyən saatlarda evdə olacağı barədə öhdəliyini pozduğuna dair şikayət daxil olduqdan sonra məhkəmə onun azad edilməsi barədə qərarı ləğv etdi və onun yenidən həbsə alınması və zəmanət məbləğini ödəməsi barədə qərar çıxardı. Ərizəçi həmin məbləği ödəmək iqtidarında olmadığına görə Cinayət Məcəlləsinin 585 və 586-cı maddələri əsasında cinayət işi açıldı və zəmanət məbləğinin ödənilməsi hər 11 avro 50 sent bir günə bərabər sayılmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz olundu. Ümumilikdə azadlıqdan məhrumetmə cəzasının müddəti 2.000 gün (yaxud beş il altı aydan artıq) təşkil etdi. Ərizəçi qərara qarşı konstitusiya şikayəti təqdim etdi, amma son nəticədə şikayəti rədd edildi.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi: Hökumət ərizəçinin işində həbsdə saxlanılmanın 5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndinin birinci hissəsinə aid olduğunu iddia etdiyinə görə, Məhkəmə qeyd etdi ki, bu halda müəyyən məsələlər, məsələn, məhkəmə qərarının məqsədi, onun yerinə yetirilməsinin mümkünlüyü və həbsdə saxlanılmanın müddəti nəzərə alınmalıdır. Bundan başqa, tətbiq edilmiş tədbirin mütənasibliyi xüsusi əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, təxminən beş il ərzində çox sərt zəmanət şərtləri ilə azadlığa buraxılan və güman ki, yaşayışı üçün qazancı olmayan ərizəçinin tələb olunan məbləği ödəmək barədə məhkəmə qərarını yerinə yetirəcəyini gözləmək qeyri-real idi. Bundan öncə araşdırdığı buna bənzər digər işlərdə həbsdə saxlanma müddətinin nisbətən qısa olduğunu nəzərə alsaq, Məhkəmə bu nəticəyə gəldi ki, zəmanət şərtlərinin bircə dəfə pozulmasına görə uzunmüddətli həbs tədbirinin tətbiqi barədə çıxarılmış qərar qanuni məhkəmə qərarının icra edilməsi ilə ərizəçinin şəxsi azadlıq hüququ arasında ədalətli balansa riayət edilməklə çıxarılmış qərar sayıla bilməz. Həbsdə saxlanılmanın 5-ci maddənin 1-ci bəndinin "b" yarımbəndinin birinci hissəsinə aid olduğu barədə Hökumətin iddiasına gəlincə, Məhkəmə müəyyən etdi ki, ərizəçinin işində Malta qanunvericiliyi və onun tətbiqi iki məsələ baxımından qüsurlu idi. Birincisi, qanun zəmanətin əsas məqsədinə (yəni ərizəçinin çağırıldığı zaman məhkəmə araşdırmasına gəlməsinə) aid olan şərtin pozuntusu ilə az əhəmiyyət daşıyan digər pozuntular, məsələn, müəyyən saatlarda evdə olmaq şərtinin pozuntusu arasında fərq qoymurdu. İkincisi, qanunda bu cür hallarda həbsdə saxlanmanın maksimal müddəti və ya tətbiq edilən tədbirin mütənasibliyinin qiymətləndirilməsi nəzərdə tutulmamışdı. Nəticədə ərizəçinin işində tətbiq edilmiş milli qanunvericilik demokratik cəmiyyətdə müvafiq öhdəliyin yerinə yetirilməsinin vacibliyi ilə ərizəçinin azadlıq hüququnun vacibliyi arasında balansı təmin etmirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Şikayətin 41-ci maddəyə aid hissəsinə baxılması təxirə salındı. Pozuntunun xarakteri nəzərə alınaraq, cavabdeh dövlət ərizəçinin dərhal həbsdən azad edilməsini təmin etmək məsələsini nəzərdən keçirməlidir, çünki o, cinayət işləri üzrə məhkəmənin Cinayət Məcəlləsinin 585 və 586-cı maddələrini tətbiq etməklə çıxardığı qərar əsasında həbsə saxlanılır.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy