© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Gürcüstan Leyborist Partiyası Gürcüstana qarşı (The Georgian Labour Party v. Georgia), ərizə № 9103/04
08.07.2008-ci il tarixli qərar [II Bölmə]
1 saylı Protokolun 3-cü maddəsi
Xalqın öz rəyini sərbəst ifadə etməsi
Seçkidə namizəd qismində iştirak etmək hüququ
Nizamsız şəkildə tərtib edilmiş seçki siyahılarındakı problemləri aradan qaldırmaq üçün seçkilərdən az öncə "inqilabdan sonrakı" siyasi şəraitdə seçicilərin qeydiyyatının "aktiv" sisteminin tətbiqi: pozuntu baş verməyib
Bütün səviyyələrdə seçki komissiyalarında prezidentin tərəfdarı olan üzvlərin çoxluq təşkil etməsi barədə şikayətin müdafiəsi üçün səlahiyyətdən sui-istifadəni və ya seçki saxtakarlığını təsdiq edən heç bir sübutun təqdim edilməməsi: pozuntu baş verməyib
Ölkə miqyasında səslər hesablanarkən iki seçki dairəsinin qanunsuz və əsassız olaraq hesablamadan kənarda qaldığı barədə iddia: 1 saylı Protokolun 3-cü maddəsinin müddəaları pozulub, 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülməklə 14-cü maddənin müddəaları isə pozulmayıb
Faktlar – 2003-cü ilin noyabrında Gürcüstanda parlamentə ümumi seçkilər keçirildi. Onların nəticələri iki seçki sistemi – majoritar və proporsional sistemlər əsasında müəyyənləşdirilməli idi. Gürcüstan Leyborist Partiyası proporsional sistem üzrə səslərin 12,04%-ini qazandı ki, bu da partiya siyahıları üzrə namizədlərə ayrılmış 150 parlament mandatından 20-sinin qazanılması demək idi. Seçkilərin saxtalaşdırıldığını iddia edən və Gürcüstan prezidenti Eduard Şevardnadzenin istefasını tələb edən nümayişçilər yeni seçilmiş parlamentin birinci sessiyasının keçirilməsinə mane oldular ("qızıl gül inqilabı" deyilən nümayişlər). Prezident Şevardnadze istefa verdi və Gürcüstan Ali Məhkəməsi proporsional sistem üzrə ümumi seçkilərin nəticələrini etibarsız elan etdi. 2004-cü ilin yanvarında prezident seçkisinin keçirilməsi qərara alındı, təkrar parlament seçkiləri isə 28 mart 2004-cü ilə təyin olundu. Mərkəzi Seçki Komissiyası (MSK) dekret qəbul etdi, bu dekretə əsasən məntəqə seçki komissiyaları seçicilərin ilkin siyahısını dərc etməli, seçicilər isə məntəqələrə gəlməli, siyahılarda adlarının olub-olmadığını yoxlamalı və zərurət olduqda siyahılarda düzəliş edilməsini tələb etməli idilər. Martın 28-də keçirilmiş seçkilərdəki pozuntular barədə müxtəlif şikayətlərdən sonra MSK Acarıstan Muxtar Respublikasının Kobuleti və Xulo seçki dairələrində səsvermənin nəticələrini etibarsız elan etdi və bu dairələrdə yeni seçkiləri 2004-cü il aprelin 18-nə təyin etdi. Lakin həmin gün bu dairələrdə seçki məntəqələri mərkəzi və yerli hakimiyyət arasındakı münaqişə ucbatından açılmadı. Elə həmin gün MSK səsləri hesabladı və 28 mart seçkilərinin nəticələrini elan etdi; ərizəçi partiya 6,01% səs qazanmışdı ki, bu da parlamentdə yer əldə etmək üçün tələb olunan 7%-lik həddi aşmaqdan ötrü kifayət deyildi. Ərizəçi partiya Ali Məhkəməyə və Konstitusiya Məhkəməsinə şikayət etdi, amma cəhdləri uğursuz oldu.
Hüquqi məsələlər – 1 saylı Protokolun 3-cü maddəsi: Seçicilərin qeydiyyatının yeni sistemi: Seçicilərin siyahısının düzgün aparılması azad və ədalətli seçkilərin zəruri şərtidir. Seçkilərdə namizəd qismində iştirak hüququnun səmərəliliyi, şübhəsiz ki, səsvermə hüququnun ədalətli şəkildə həyata keçirilməsinə şərait yaradılmasından asılıdır. Beləliklə, əgər siyahıya bütün seçicilər daxil edilməyibsə və (və ya) təkrar səsverməyə yol verilirsə, belə hərəkətlər nəinki seçicilərin maraqlarına ziyan vurur, həm də namizədlərin bərabərhüquqlu və ədalətli seçkilərdə iştirak etmək şansını azaldır. Müvafiq olaraq, ərizəçi partiyanın təkrar parlament seçkilərində iştirak etmək hüququ ilə seçicilərin qeydiyyatı sistemindəki qüsurlara qarşı verdiyi şikayət arasında kifayət qədər sıx əlaqə var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının hesabatında təsdiq edildi ki, seçicilərin qeydiyyatının yeni, "aktiv" sisteminin tətbiqi MSK-nın bir çox səhvləri aradan qaldırmasına, seçicilərin əllə yazılmış siyahılarının kompüterdə vahid məlumat bazası halına salınmasına və əlavə 145.000 seçicinin aşkar edilməsinə imkan yaradıb. Hətta bu sistemdə bəzi qüsurlar olubsa da, Məhkəmənin rəyinə görə, ən önəmlisi budur ki, dövlət orqanları təkrar seçkilərin daha ədalətli olması üçün bacardıqları hər şeyi ediblər. Dövlət orqanlarının nizamsız seçici siyahıları problemini "inqilabdan sonrakı siyasi şəraitdə" çox qısa müddətdə (25 noyabr 2003-cü ildən 28 mart 2004-cü ilədək) həll etməli olduqlarını nəzərə alsaq, onların məsələni ideal şəkildə həll edəcəklərini gözləmək onların üzərinə həddən artıq və qeyri-real dərəcədə ağır yük qoymaq demək olardı. Müvafiq olaraq, təkrar seçkilərə bir ay qalmış seçicilərin qeydiyyatı qaydalarında gözlənilməz dəyişikliklərin edilməsi seçkiləri 1 saylı Protokolun 3-cü maddəsi baxımından tənqid etməyə əsas vermir. Seçici siyahılarının dəqiqliyi ilə bağlı məsuliyyəti qismən dövlət orqanlarının üzərindən seçicilərin üzərinə keçirən yeni sistemin iştirakçı dövlətlərin pozitiv öhdəliklərinə, yəni xalqın öz rəyini sərbəst ifadə etməsini təmin etmək öhdəliyinə uyğunluğu məsələsinə gəlincə, bu sistemi seçmiş yeganə dövlət olmayan Gürcüstan dövlətinə bu məsələdə geniş qiymətləndirmə sərbəstliyi verilməlidir. Beləliklə, seçicilərin qeydiyyatının "aktiv" sistemi özlüyündə ərizəçi partiyanın seçkilərdə namizəd qismində iştirak hüququnu pozmayıb. Bu işin xüsusi halları təsdiq edir ki, bu sistem seçkilərin saxtalaşdırılması problemini doğuran səbəb deyildi, əksinə həmin problemi aradan qaldırmağa yönələn əsaslı cəhd idi, hərçənd ki, problemin ideal həll variantı da deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Seçki komissiyalarının tərkibi: Seçki komissiyasının vəzifəsi azad və ədalətli səsvermənin real olaraq həyata keçirilməsini qərəzsiz şəkildə təmin etməkdir və əgər bu komissiya rəqib namizədlər arasında siyasi mübarizənin daha bir meydanına çevrilərsə, həmin vəzifənin yerinə yetirilməsini mümkünsüz olar. Seçki komissiyalarının on beş üzvündən yeddisi, o cümlədən həlledici səs hüququ olan sədrlər Gürcüstan prezidenti və onun partiyası tərəfindən təyin olunurdu və bu nisbət Avropanın digər hüquq sistemləri ilə müqayisədə xeyli yüksək idi. Beləliklə, prezidentin tərəfdarı olan qüvvələr bütün səviyyələrdə seçki komissiyalarında digər siyasi partiyaların nümayəndələri ilə müqayisədə nisbi çoxluğa malik idilər. Belə tərkib prezidentin hakimiyyətinə qarşı yetərli balansı təmin etmirdi və komissiyalar kənar siyasi təzyiqlərdən, yəqin ki, azad deyildilər. Lakin seçki komissiyalarının ərizəçi partiyanın ziyanına olmaqla səlahiyyətlərindən sui-istifadə etdiklərini və ya seçki saxtakarlığına yol verdiklərini təsdiq edən heç bir dəlil olmadığına görə onun seçkilərdə namizəd qismində iştirak hüququnun pozulduğu sübuta yetirilməyib. Məhkəmə yalnız seçki sisteminin seçkilərin saxtalaşdırılmasına imkan yaratdığı barədə ehtimal əsasında (bu ehtimalın nə dərəcədə inandırıcı olmasından asılı olmayaraq) 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunu müəyyən edə bilməz.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı beş səslə).
Xulo və Kobuleti dairələrinin seçicilərinin seçkidən kənarda qalması məsələsi: Xulo və Kobuleti dairələrinin seçicilərinin proporsional sistem üzrə keçirilmiş təkrar parlament seçkilərində iştirak edə bilməməsi ümumi seçki hüququ prinsipi nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Ərizəçi partiya səs çoxluğu qazanmaq şansının olub-olmamasından asılı olmayaraq 1 saylı Protokolun 3-cü maddəsinə əsasən Xulo və Kobuleti dairələrinin seçicilərinin səslərinə ümid bəsləmək hüququna malik idi. Seçicilərin seçkidən kənarda qalması, xüsusən də bunun əsassız olaraq baş verməsi namizədin seçkilərdə iştirak hüququnu real olaraq həyata keçirmək imkanına maneə yarada bilərdi. Məhkəmə Xulo və Kobuleti seçki dairələrində pozuntuların baş verdiyi barədə Hökumətin iddiasının həqiqətə uyğunluğunu şübhə altına almır. Məhkəmədə narahatlıq doğuran hal ondan ibarətdir ki, bu iki dairədə səsvermənin nəticələrini etibarsız elan etməklə MSK nəinki səlahiyyətinin hüdudlarını açıq-aydın aşıb, həm də bu qərarı hər hansı hüquqi baza və ya prosessual təminatlar olmadan qəbul edib. Bu dairələrin hər birinin materiallarını araşdırmadan və ya şahidləri dinləmədən MSK-nın nəyə əsasən səsvermənin nəticələrinin etibarsız elan edilməli olduğu qənaətinə gəldiyinə dair nə Hökumət, nə də MSK münasib və yetərli əsaslar gətirməyiblər. Məhkəmənin rəyinə görə, Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirləri (seçki zərflərini açmaq və səsləri hesablamaq) tətbiq etməmək, habelə yalnız seçki prosesində pozuntuların baş verməsi ehtimalı əsasında səsvermənin nəticələrini etibarsız elan etmək barədə MSK-nın qərarı əsassız görünür. Bundan başqa, 18 aprel 2004-cü ildə seçki məntəqələrinin açılışı baş tutmadıqdan sonra MSK ümummilli seçkiləri bitirmək barədə tələsik qərar qəbul etdi, halbuki Seçki Məcəlləsində seçkilərin nəticələrinə yekun vurulması üçün on səkkiz günlük müddət nəzərdə tutulmuşdu. MSK Xulo və Kobuletidə təyin olunmuş seçkilərin ləğvi barədə aydın və əsaslandırılmış rəsmi qərar çıxarsaydı, bu, qanunun aliliyinin təməl prinsiplərinə daha çox uyğun olardı. Dövlətin pozitiv öhdəliklərini və ümumi seçki hüququnun mühümlüyünü nəzərə alaraq, Məhkəmə cavabdeh dövlətin 18 aprel 2004-cü ildən sonra Acarıstanın 60.000 seçicisinin (ölkə üzrə qeydə alınmış seçicilərin təxminən 2,5%-i) seçki hüquqlarını təmin etmək üçün əlavə ağlabatan tədbirlər görmək istəyində və ya iqtidarında olmamasına haqq qazandırmaq üçün yeni parlamentin "ağlabatan dövriliklə" seçilməsindən ibarət qanuni marağı əsas gətirməsini yetərli hesab etmir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilməsi məsələsi – Sərəncamında olan bütün materialların əsasında Məhkəmə etiraz edilən seçki prosedurlarının (seçicilərin qeydiyyatı sisteminin və seçki komissiyalarının tərkibinin), yaxud Xulo və Kabuletidə baş vermiş hadisələrin xüsusi olaraq ərizəçi partiyaya qarşı yönəldiyini və seçkilərdə iştirak etmiş digər namizədlərə təsir göstərmədiyini güman etməyə əsas verən heç bir sübut aşkar etmədi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy