© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Qlor İsveçrəyə qarşı (Glor v. Switzerland), ərizə № 13444/04
30.04.2009-cu il tarixli qərar [I Bölmə]
Qlor İsveçrəyə qarşı (Glor v. Switzerland), ərizə № 13444/04
30.04.2009-cu il tarixli qərar [I Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Hərbi xidmətə yararsız hesab edilən şəxsin hərbi xidmətdən azad edilmə vergisi ödəmək vəzifəsi: pozuntu baş verib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Hərbi xidmətə yararsız hesab edilən şəxsin hərbi xidmətdən azad edilmə vergisi ödəmək vəzifəsi: 8-ci maddə bu işə tətbiq edilə bilər
Faktlar – 1997-ci ildə ərizəçi diabet xəstəliyi ilə əlaqədar olaraq hərbi həkim tərəfindən hərbi xidmətə yararsız elan edildi. 1999-cu ildə o, həmçinin mülki müdafiə sahəsində hərbi xidmət keçmək vəzifəsindən azad edildi. 2000-ci ildə bu azad edilmə ləğv olundu və o, ehtiyatda olan mülki müdafiə qüvvələrinin tərkibinə daxil edildi. 2001-ci ildə dövlət orqanları hərbi xidmətdən azad edilməsi ilə əlaqədar olaraq ona 2000-ci il üçün 716 İsveçrə frankı (təxminən 477 avro) məbləğində cərimə ödəməsi barədə tələbnamə göndərdirlər, bu məbləğ həmin il üçün onun vergi tutula bilən gəliri əsasında hesablanmışdı. Ərizəçi bu tələbdən şikayət edərək ayrı-seçkiliyə məruz qaldığını iddia etdi. O, bildirdi ki, hərbi xidmət keçməyə hazır olduğunu həmişə ifadə edib. 2001-ci ildə federal vergi administrasiyası ərizəçiyə məlumat verdi ki, kişi cinsindən olan, "ağır" dərəcəli əlilliyi olmayan İsveçrə vətəndaşları hərbi xidmətdən azad edilməyə görə vergi ödəməyə borcludurlar və qeyd etdi ki, Federal Məhkəmənin son dövrlərə aid praktikasına əsasən, "ağır" dərəcəli əlillik dedikdə ən 40%-lik fiziki və ya psixi əlillik nəzərdə tutulur. 2003-cü ilin iyulunda çıxarılmış qərarda səlahiyyəti orqanlar qeyd etdilər ki, tibbi müayinənin nəticələrinə və ekspert rəyinə əsasən, ərizəçi vergi ödənişindən azad edilə bilməz, çünki onun əlillik dərəcəsi 40%-dən aşağıdır. Vergi işləri üzrə federal apellyasiya komissiyası qərarı dəyişiklik etmədən qüvvədə saxladı. 2004-cü il tarixli qərarla Federal Məhkəmə ərizəçinin inzibati şikayətini rədd etdi.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: Hazırkı işdə olduğu kimi xəstəlik səbəbindən, yəni şəxsin iradəsindən asılı olmayan səbəbdən orduda qulluq edə bilməməyə görə dövlət vergisinin tətbiqi, hətta bu tədbir əsasən maliyyə xarakterli nəticələr doğurduqda belə, şübhəsiz ki, Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşür.
Şikayətin mahiyyətinə gəlincə, ərizəçi hərbi həkim tərəfindən hərbi xidmətə yararsız hesab edildiyi üçün hərbi xidmət keçməyib. Nəticədə onun üzərinə analoji vəziyyətdə olan bütün şəxslər kimi mübahisəli vergini ödəmək vəzifəsi qoyulub, yalnız ağır dərəcəli əlilliyi olan və ya alternativ mülki xidmət keçən şəxslər istisna təşkil edib. Lakin alternativ mülki xidməti yalnız əqidəsinə görə hərbi xidmətdən azad edilən şəxslər keçə bilərlər. Ərizəçi öz ərizəsində bu vəziyyət barəsində şikayət edib. Analoji vəziyyətdə olan şəxslər iki cəhətdən fərqli rəftara məruz qalıblar. Konvensiyanın 14-cü maddəsində verilmiş ayrı-seçkiliyin əsaslarının siyahısı tam siyahı deyil və şübhə yoxdur ki, bu maddə əlilliyə əsaslanan ayrı-seçkiliyə də şamil olunur. İndi bu məsələni araşdırmaq qalır ki, fərqli rəftarın obyektiv və əsaslı səbəbləri var idimi və konkret olaraq qarşıya qoyulan məqsədlə, yəni hərbi xidmət keçən və ya mülki müdafiə sahəsində qulluq edən şəxslərlə hərbi xidmətdən azad edilmiş şəxslər arasında müəyyən bərabərliyin təmin edilməsi məqsədi ilə bu məqsədə nail olmaq üçün istifadə edilmiş vasitələr arasında ağlabatan mütənasiblik əlaqəsi var idimi?
Tibbi səbəblərə görə hərbi xidmət keçə bilməyən və ya mülki müdafiə sahəsində qulluq edə bilməyən şəxslərdən tutulan mübahisəli vergi, belə görünür ki, başqa ölkələrdə tutulmur, hər halda Avropada bu belədir. Bundan başqa, ərizəçinin hərbi xidmət keçmək (və ya mülki müdafiə orqanları sistemində qulluq etmək) istəyi rədd edildikdən sonra onun üzərinə mübahisəli vergini ödəmək vəzifəsinin qoyulması, belə görünür ki, əlillərə qarşı ayrı-seçkiliklə mübarizə zərurətinə və onların cəmiyyətin həyatında tam iştirak etmələrinin təmin olunması məqsədinə ziddir. Müvafiq olaraq, əlillər barəsində xüsusi hüquqi tənzimləmənin tətbiqində iştirakçı dövlətlərin malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudları xeyli dərəcədə məhduddur.
Bu işdəki maraqlara gəlincə, Məhkəmə əmin deyil ki, hərbi xidmətdən azad edilmənin kompensasiyası üçün ərizəçidən vergi ödənişinin tələb olunması cəmiyyətin maraqlarına uyğun idi. Ərizəçinin maraqlarına gəlincə, onun vergi tutula bilən gəlirlərinin nisbətən aşağı olduğunu nəzərə alsaq, hərbi xidmətdən azad edilməyə görə tutulan verginin məbləği kiçik sayıla bilməz.
Bundan başqa, milli hakimiyyət orqanlarının hərəkət tərzi suallar doğururdu. Birincisi, onlar ərizəçinin şəxsi situasiyasını yetərincə nəzərə almamışdılar. Bundan başqa, ərizəçinin əlilliyinin yüngül dərəcəli olduğu barədə qərar verildiyinə görə, o, qüvvədə olan federal qanunun 4-cü maddəsinin 1"a" bəndinə və Federal Məhkəmənin praktikasına əsaslanan prezumpsiyanı, yəni yüngül dərəcəli əlilliyi olan şəxsin peşə fəaliyyəti üçün yararsız olmadığını təkzib etmək imkanından məhrum olmuşdu. Başqa sözlə, ərizəçi gəlirlərinin nisbətən aşağı olduğunu və hərbi xidmətdən azad edilməyə görə vergi ödəmək vəzifəsinin bu səbəbdən onun üçün qeyri-mütənasib vəzifə olduğunu sübut etmək imkanına malik deyildi. Qanunvericilikdə əlillik dərəcəsi 40%-ə çatmayan, lakin eyni zamanda ərizəçi kimi gəlirləri az olan şəxslərin mübahisəli vergidən azad edilməsi nəzərdə tutulmamışdı. Nəhayət, qeyd etmək lazımdır ki, ərizəçi hərbi xidmət keçmək istəyini həmişə ifadə etmiş, amma hərbi həkim tərəfindən hərbi xidmətə yararsız sayılmışdı. Hazırkı işdə ərizəçinin hərbi xidmətə yararsız sayılması Hökumətin bildirdiyinə görə onunla əlaqədar idi ki, ona gündə dörd dəfə insulin iynəsi vurulmalı idi. Silahlı qüvvələrin təşkili və hazırlığının effektivliyi sahəsində dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinə xələl gətirilmədən, ərizəçinin durumuna bənzər vəziyyətdə olan şəxslər üçün alternativ xidmət formaların təmin etmək olardı. Üstəlik, bu fakt şübhə altına alınmır ki, ərizəçi alternativ mülki qulluq keçməyə hazır olduğunu ifadə etmişdi. Lakin alternativ mülki xidmətin hərbi xidmətlə eyni fiziki və psixi imkanlar tələb etməsi mülahizəsinə əsaslanan İsveçrə qanunvericiliyi bu imkanı yalnız əqidələrinə görə hərbi xidmətdən azad edilənlər üçün nəzərdə tutsa belə, həmin xidmətin şərtlərinin ərizəçinin durumuna bənzər vəziyyətdə olan şəxslər üçün uyğunlaşdırılmasını çətinlik çəkmədən təmin etmək olardı.
Nəticədə hazırkı işdə milli hakimiyyət orqanları cəmiyyətin maraqlarının müdafiəsi ilə ərizəçinin hüquq və azadlıqlarına hörmət arasında ədalətli balansa nail ola bilmədilər. Mübahisəli verginin məqsədini və nəticələrini nəzərə alsaq, milli hakimiyyət orqanlarının konkret olaraq hərbi xidmətə yararlı olmayan və eyni zamanda vergi ödəməli olmayan şəxslərlə hərbi xidmətə yararlı olmayan və eyni zamanda vergi ödəməli olan şəxslər arasındakı fərqə haqq qazandırmaq üçün obyektiv olaraq gətirdikləri səbəblər demokratik cəmiyyətdə üstünlük təşkil edən prinsiplər baxımından əsaslı görünmür.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy