© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Grins və M.T. Birləşmiş Krallığa qarşı (Greens and M.T. v. the United Kingdom), ərizə № 60041/08
23.11.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh dövlətdən tələb olundu ki, cəza çəkən məhbusların səs verməsinə imkan yaradan tədbirlər görsün.
Faktlar – Hörst Birləşmiş Krallığa qarşı (№ 2) (Hirst v. the United Kingdom (no. 2)) iş üzrə qərarında[1] Böyük Palata bildirdi ki, cəza müddətindən, cinayətin ağırlığından və xarakterindən, məhkumun şəxsi xüsusiyyətlərindən asılı olmayaraq həbsdə saxlanılan bütün məhkumların səsvermə hüququnu məhdudlaşdıran milli qanunvericilik Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsini pozur. Bundan sonra qanunvericilikdə dəyişiklik edilmədi, nəticədə azadlıqdan məhrumetmə cəzası çəkən ərizəçilər 2009-cu ilin iyununda Avropa Parlamentinə seçkilərdə və 2010-cu ilin mayında ümummilli seçkilərdə iştirak edə bilmədilər.
Hüquqi məsələlər – Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu, amma Konvensiyanın 13-cü maddəsinin pozulmadığını müəyyən etdi. Konvensiyanın 41-ci maddəsinə gəlincə, o, qeyd etdi ki, Hörstün işi üzrə çıxarılmış qərardan beş il keçdikdən sonra qanunvericiliyə dəyişiklik edilməsi üçün Hökumət tərəfindən heç bir tədbir görülməməsi təəssüf və narahatlıq doğursa da, bu işdə ziyana görə cavabdeh dövlətin üzərinə ağır və cəza xarakterli kompensasiya öhdəliyinin qoyulması məqsədəuyğun sayılmır. Pozuntunun müəyyən edilməsi faktı və Məhkəmənin Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq verdiyi göstərişlər dəymiş ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
Maddə 46: Birləşmiş Krallığın Hörstün işi üzrə qərarın icrasını uzun müddət gecikdirdiyini və 2010-cu ilin mayında keçirilmiş ümumi seçkilərdən az öncə və həmin seçkilərdən dərhal sonra Məhkəməyə çoxlu sayda analoji şikayətlər daxil olduğunu nəzərə alaraq, Məhkəmə pilot qərar prosedurunu tətbiq etməyi qərara aldı.
a) Xüsusi tədbirlər – Məhkəmə analoji şikayətlərin yer aldığı təxminən 2.500 ərizə alıb, onlardan təxminən 1.500-ü qeydiyyata alınıb və həllini gözləyir. Bu say artmaqda davam edir və qanunvericilikdə dəyişiklik edilmədən hər bir yeni seçki keçirildikcə yeni şikayətlərin daxil olması mümkündür, çünki Birləşmiş Krallıqda eyni vaxtda təxminən 70.000 məhbus azadlıqdan məhrumetmə cəzasını çəkir və onlar potensial ərizəçidirlər. Birləşmiş Krallığın qanunvericilik təkliflərini təqdim etməkdən yayınması nəinki Konvensiya nöqteyi-nəzərindən məsuliyyəti ağırlaşdıran haldır, həm də gələcəkdə Konvensiya sisteminin səmərəliliyini təhlükə altına alan amildir. Məhkəmə gələcək qanunvericilik təkliflərinin məzmununu göstərməyi məqsədəuyğun hesab etməsə də, indiyədək davam edən uzunmüddətli yubanma müddət məhdudiyyətinin qoyulmasının zəruriliyindən xəbər verir. Müvafiq olaraq, Nazirlər Komitəsi tərəfindən müəyyən edilən müddətdə Hörstün işi üzrə Məhkəmənin çıxardığı qərara uyğun seçki qanununun qüvvəyə minməsini təmin etmək məqsədi ilə Birləşmiş Krallığa təklif olundu ki, bu qərar qüvvəyə mindikdən sonra altı ay ərzində sözügedən qanunvericiliyə dəyişiklik etmək üçün qanunvericilik təkliflərini təqdim etsin.
b) Bu işlə müqayisə oluna bilən digər işlər – Hazırkı iş üzrə qərarda Məhkəmənin gəldiyi nəticələrdən və Hörstün işi üzrə qərardan aydın olur ki, Məhkəmənin icraatında olan, bu işlə müqayisə oluna bilən və qəbul edilmə meyarına cavab verən hər bir işdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu müəyyən etmək olar. Münasib kompensasiya məsələsini qiymətləndirmək üçün müqayisə oluna bilən bu işlərə ayrılıqda baxmağa ehtiyac yoxdur və bu işlərdə maliyyə kompensasiyası təyin oluna bilməz. Yeganə münasib hüquqi müdafiə vasitəsi qanunvericiliyin dəyişdirilməsindən ibarətdir. Bu faktı və qanunvericilik təkliflərinin təqdim edilməsi üçün altı aylıq müddətin müəyyən edildiyini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, bir-biri ilə müqayisə oluna bilən bütün bu işlərə baxılmasını davam etdirmək üçün daha əsas yoxdur. Seçki qanununa dəyişiklik edilərək Hörstün işi üzrə qərarın tələblərinə uyğun hala gətirilməsi bir-biri ilə müqayisə oluna bilən bütün bu işlər üzrə hazırda mövcud olan və gələcəkdə çıxarıla biləcək qərarların tələblərinə cavab vermiş olacaq. Belə olan halda Məhkəmə artıq gəldiyi nəticələri çoxlu sayda analoji işlərdə də təkrarlamasında hər hansı fayda görmür, yaxud bunun ədalət mühakiməsinin maraqlarına daha yaxşı xidmət edəcəyini düşünmür, belə ki, bu hal onun xeyli vəsaitlərinin sərf olunmasına gətirib çıxara və onsuz da böyük olan iş yükünü daha da artıra bilər. Konkret olaraq, bu cür hərəkətlər Konvensiyaya uyğun olaraq insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə hər hansı fayda gətirməz və ya bu baxımdan hər hansı əhəmiyyətli nəticələr doğurmaz. Müvafiq olaraq, Məhkəmə qanunvericilik təkliflərinin təqdim edilməsinin zəruriliyi barədə Birləşmiş Krallığa verilmiş göstəriş yerinə yetirilməyənə qədər analoji şikayətləri əks etdirən qeydiyyata alınmış bütün ərizələrə baxılmasına xitam verməyi məqsədəuyğun hesab edir. Bu göstəriş yerinə yetiriləcəyi təqdirdə Məhkəmə qeydiyyata alınmış bütün belə ərizələri baxılmalı işlərin siyahısından çıxarmağı nəzərdə tutur, amma bu qərar Birləşmiş Krallıq tərəfindən göstəriş yerinə yetirilməyəcəyi təqdirdə Məhkəmənin həmin ərizələri siyahıda bərpa etmək hüququnu istisna etmir. Məhkəmə həmçinin hələ qeydiyyata alınmamış bu cür şikayətlərin, habelə gələcəkdə veriləcək belə şikayətlərin nəzərdən keçirilməsini dayandırmağı məqsədəuyğun hesab edir, amma bu qərar zərurət yarandıqda onların nəzərdən keçirilməsi barədə qərar çıxarılmasını istisna etmir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] 6 oktyabr 2005-ci il tarixli qərar, ərizə № 74025/01, 79 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy