© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Qrosaru Rumıniyaya qarşı (Grosaru v. Romania), ərizə № 78039/01
02.03.2010-cu il tarixli qərar [III Bölmə]
1 saylı Protokolun 3-cü maddəsi
Qanunverici orqanın seçilməsi
Xalqın öz rəyini sərbəst ifadə etməsi
Milli azlığın parlamentdə təmsil olunması ilə bağlı seçkisonrası mübahisə – pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Milli azlığın parlamentdə təmsil olunması ilə bağlı seçkisonrası mübahisə – pozuntu baş verib
Faktlar – 2000-ci ilin parlament seçkilərində ərizəçi Rumıniyadakı italyan azlığını təmsil edən şəxs üçün nəzərdə tutulan yerə namizəd qismində irəli sürüldü. İtalyan azlığını təmsil edən təşkilatlardan biri 42 dairədən 19-da ərizəçinin namizədliyini irəli sürdü. Səslərin hesablanmasından sonra Rumıniyanın mərkəzi seçki bürosu Seçkilər haqqında Qanuna uyğun olaraq italyan azlığı üçün nəzərdə tutulan yerə mandatı ərizəçinin mənsub olduğu təşkilata verdi. Bu təşkilata mənsub olan ərizəçi bütün ölkə üzrə ən çox səs toplamış olsa da, parlamentdəki yer həmin təşkilatın yalnız bir dairədə ən çox səs toplamış başqa üzvünə verildi. Ərizəçi bu qərardan şikayət etdi, amma şikayəti rədd edildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 3-cü maddəsi: İş parlament mandatının bölgüsünə və müvafiq olaraq, seçkidən sonra yerlərin bölgüsünü tənzimləyən qanunvericiliyə aid idi. Seçkilər haqqında Qanunda milli azlığı təmsil edən və seçkidə qalib gələn təşkilatın parlamentdəki yerinin bölüşdürülməsi proseduru kifayət qədər aydın göstərilməmişdi. Mərkəzi seçki bürosu qalib gəlmiş təşkilatın siyahısında ən çox səs qazanaraq birinci olmuş namizədin soyadını və adını müəyyənləşdirməli idi. Lakin qanunda göstərilmirdi ki, söhbət ölkə üzrə qazanılmış səslərdən gedir, yoxsa ayrıca dairədə qazanılmış səslərdən. Hazırkı işdə mərkəzi seçki bürosu ümummilli təmsilçiliyə deyil, yerli təmsilçiliyə əsaslanan metoda üstünlük verdi. Seçki normalarında aydınlığın olmaması Rumıniyanın hakimiyyət orqanlarının üzərinə belə bir vəzifə qoyurdu ki, həmin normaları hərtərəfli düşünülmüş şəkildə şərh etsinlər və bu şərhin seçkilərin nəticələrinə birbaşa təsir göstərəcəyini nəzərə alsınlar. Mərkəzi seçki bürosu bu məsələyə aydınlıq gətirmədi ki, qaydalar ilk dəfə bu cür şərh edilir, yoxsa bu yanaşma bu məsələlər barəsində artıq bərqərar olmuş praktikanın nəticəsidir. Həmçinin izahat verilmədi ki, digər seçki məsələlərində ümummilli təmsilçilik meyarı ilə bağlı xüsusi normalardan istifadə edildiyi halda nəyə görə milli azlıqlara yerli təmsilçilik meyarı tətbiq edilib. Hökumət hər hansı əlavə məlumat təqdim etmədi. Müvafiq olaraq, işin hallarına aid olan dövrdə həmin normalar Məhkəmənin presedent hüququnda irəli sürülən dəqiqlik meyarına cavab vermirdi. Lakin Məhkəmə qanunvericilikdə etiraz edilən normanın tətbiq dairəsi ilə bağlı edilmiş dəyişikliyi nəzərə aldı və indi həmin normada nəzərdə tutulur ki, seçki dairəsində qalib gəlmiş milli azlıq təşkilatının parlamentdəki yeri həmin təşkilatın seçki dairəsindəki siyahısında birinci olan namizədə verilir, hərçənd ki, bu dəyişiklik ərizəçinin etiraz etdiyi faktlar baş verdikdən sonra qanunvericiliyə daxil edilmişdi və ərizəçinin vəziyyətini düzəldə bilməzdi. Bundan başqa, mərkəzi seçki bürosu və Nümayəndələr Palatasının mandat komissiyası ərizəçinin şikayətinə baxmış və onu əsassız sayaraq rədd etmişdilər. Əvvəla, siyasi partiyaların çoxlu sayda təmsilçilərindən ibarət olan bu orqanlara üzvlüyün qaydaları, belə görünür ki, yetərincə qərəzsizliyi təmin etmirdi. İkincisi, nə Ali Məhkəmə, nə Konstitusiya Məhkəməsi nə də hər hansı digər milli məhkəmə etiraz edilən qanunvericilik normasının şərhi barədə qərar çıxarmadılar. Məhkəmə araşdırmasında ərizəçinin iddialarının nəzərdən keçirilməsi mühüm əhəmiyyət daşıyırdı. Seçki qanunvericiliyinin milli azlıqlara aid müddəalarında aydınlığın olmadığı və ərizəçinin şikayətlərinə baxmaq səlahiyyətinə malik olan orqanın qərəzsizliyinə dair kifayət qədər təminatın mövcud olmadığı belə bir vəziyyət 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunan hüquqların mahiyyətinə xələl gətirmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozulub-pozulmaması məsələsi: Ərizəçi sözügedən seçki qanunvericiliyi normasına verilmiş şərhin məhkəmə tərəfindən yoxlanılması imkanına malik olmadığına görə ərizəçinin səmərəli hüquqi müdafiə vasitələri hüququ pozulub.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy