© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 177 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, avqust-sentyabr
Qross İsveçrəyə qarşı [Böyük Palata] - 67810/10
2014-cü il 30 sentyabr tarixli qərar [Böyük Palata]
Maddə 35
Maddə 35-3
Şikayət etmək hüququndan sui-istifadə
Ərizəçinin sui-qəsd törətmək üçün maddə əldə etmək imkanı ilə bağlı prosesdə Məhkəməyə ərizəçinin ölümü barədə məlumat verməmə: qəbuledilməyən
Faktlar – Ərizəçi uzun illər ərzində həyatına son qoymaq arzusunu ifadə etmişdir. O, bu arzusunu vaxt keçdikcə daha zəif olması, fiziki və əqli imkanlarının aşağı düşməsindən çəkdiyi əziyyəti davam etdirmək istəməməsi ilə izah etmişdir. O qərara almışdır ki, həyatına etaminal natriumun ölümcül dozasını qəbul etməklə son qoymaq istəyir. O, sözü gedən maddə üçün resept əldə edilməsində çətinliklə üzləşdiyindən, 2010-cu ildə Avropa Məhkəməsinə şikayətlə müraciət etmişdir.
Məhkəmə Palatası 2013-cü il 14 mayda qəbul etdiyi qərarında (163 saylı Məlumat Qeydi) Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət etmişdir. Qərardan Böyük Palataya şikayət verilmişdir.
2014-cü ilin yanvarına qədər ərizəçinin ölümü barədə Məhkəməyə məlumat verilməmişdir. Həmin tarixdə Hökumət Məhkəməyə məlumat vermişdir ki, yazılı qeydlərini hazırlayan zaman ərizəçinin vəziyyətini öyrənməyə çalışmış və onun öldüyünü və bunun hansı şəraitdə baş verdiyini öyrənmişdir. 2011-ci ilin oktyabrında ərizəçi həkim tərəfindən verilmiş resept əsasında ölümcül dozada etaminal natrium əldə etmiş və 2011-ci il 10 noyabrda o, reseptdə qeyd edilmiş maddəni qəbul edərək həyatına son qoymuşdur. Polisin 2011-ci il 14 noyabr tarixli raportuna əsasən mərhumun hər hansı qohumu tapılmamışdır. Raportda ərizəçinin özünə qəsd etdiyi qeyd edilmiş və bu mənada hər hansı üçüncü şəxsin cinayət məsuliyyəti daşımasının müəyyən edilmədiyi bildirilmişdir.
Hüquqi məsələlər – 35-ci maddənin 3-cü bəndinin a) yarımbəndi: Ərizə digər səbəblərlə yanaşı bilərəkdən həqiqəti əks etdirməyən faktlara əsaslandıqda da fərdi şikayət hüququndan sui-istifadə halı kimi rədd edilə bilər. Natamam və beləliklə də aldadıcı məlumatın təqdim edilməsi də, xüsusilə əgər məlumat işin birbaşa mahiyyəti ilə bağlıdırsa və həmin məlumatın açılmaması üçün kifayət edici izahat verilməmişdirsə, şikayət hüququndan sui-istifadə kimi qiymətləndirilə bilər. Bu qayda Məhkəmənin Prosedur Qaydalarının 47-ci maddəsinin 7-ci bəndi ilə açıq tələb olunmasına baxmayaraq işə Məhkəmədə baxılması zamanı baş verən mühüm yeniliklər barədə ərizəçi tərəfindən Məhkəməyə məlumat verilməməsi və beləliklə də, onu bütün faktlar barədə məlumata malik olmaqla iş üzrə qərar qəbul etmək imkanından məhrum edilməsinə də tətbiq olunur. Lakin belə işlərdə ərizəçinin Məhkəməni aldatmaq niyyətinin olması həmişə kifayət qədər yəqinliklə müəyyən edilməlidir.
Ərizəçinin vəkili bildirilmişdir ki, o, yalnız ərizəçinin vasitəçisi ilə əlaqədə olmuşdur və vasitəçi ərizəçinin xahişi ilə qəsdən vəkilə onun ölümü barədə məlumat verməmişdir.
Lakin hazırkı işin xüsusi xarakteri nəzərə alınaraq qeyd edilməlidir ki, ərizəçinin vəkilinin müştərisi ilə birbaşa əlaqəsinin olmaması və vasitəçi ilə dolayı yolla əlaqə saxlamağa razılaşması onun bu işdə nümayəndə kimi oynadığı rol ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxarır. Ərizəçinin Məhkəmə ilə əməkdaşlıq etmək və ərizəsi ilə bağlı bütün müvafiq hallar barədə Məhkəməyə məlumat vermək vəzifəsindən əlavə nümayəndə aldadıcı izahatlar verməmək məsuliyyəti daşıyır.
Vəkilin izahatından belə çıxır ki, ərizəçi nəyinki tələb olunan dərmanı əldə etməsi barədə vəkilə və dolayı yolla Məhkəməyə məlumat verməmiş, eyni zamanda ölümü barədə məlumatın vəkilinə və faktiki olaraq Məhkəməyə çatdırılmaması üçün xüsusi tədbirlər görmüşdür ki, bunun da məqsədi Məhkəmənin işə baxılmasını dayandırmasının qarşısını almaq olmuşdur. Ərizəçinin ölüm faktı və şəraiti təbii ki, Konvensiyaya əsasən verdiyi şikayətin əsasında duran məsələnin birbaşa mahiyyətinə toxunur. Həmçinin ehtimal etmək olar ki, bu faktlar Palataya məlum olsaydı, onun 2013-cü il 14 mayda Konvensiyanın 8-ci maddəsinin pozuntusunun olması barədə qərarına həlledici təsir göstərərdi. Lakin Böyük Palatanın bununla bağlı fərziyyə yürütməsinə ehtiyac yoxdur. Belə ki, hər bir halda Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə görə Palatanın 2013-cü il 14 may tarixli qərarı qəti qüvvəyə minməmişdir.
İddia olunduğu kimi ərizəçinin müvafiq informasiyanı gizli saxlamaqda motivi ondan ibarət idi ki, şəxsi vəziyyətindən irəli gələn davamlı əzablar sona çatsa da, onun işi oxşar vəziyyətdə olan digər şəxslərin faydalanması üçün davam etsin. Ərizəçinin olduğu müstəsna vəziyyət baxımından belə bir motiv başa düşülən olsa da, Məhkəmə hesab edir ki, belə bir məlumatı qəsdən vəkilinə bildirməməklə ərizəçinin Məhkəməni Konvensiya əsasında verilmiş şikayətin birbaşa mahiyyəti ilə bağlı məsələyə dair aldatmaq niyyətində olduğu tam şəkildə təsbit edilmişdir.
Beləliklə də, ərizəçinin davranışı fərdi şikayət vermək hüququndan sui-istifadə etmək hesab olunmalıdır.
Nəticə: qəbuledilməyən (doqquz səs lehinə, səkkiz səs əleyhinə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy