Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 [or subsequent year]. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012 [ou année suivante]. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
GILIANI VƏ GACCIO İTALİYAYA QARŞI İŞİ
(CASE OF GIULIANI AND GAGGIO v. ITALY)
(23458/02 saylı ərizə)
QƏRAR
STRASBURQ
24 mart 2011-ci il
Bu qərar yekundur, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Giuliani and Gaggio İtaliyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Jean-Paul Costa, Sədr,
Christos Rozakis,
Françoise Tulkens,
Ireneu Cabral Barreto,
Boštjan M. Zupančič,
Nina Vajić,
Elisabeth Steiner,
Alvina Gyulumyan,
Renate Jaeger,
David Thór Björgvinsson,
Ineta Ziemele,
Isabelle Berro-Lefèvre,
Ledi Bianku,
Nona Tsotsoria,
Zdravka Kalaydjieva,
Işıl Karakaş,
Guido Raimondi, hakimlər,
və Vincent Berger, hüquqşünas (yuriskonsult),
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi 29 sentyabr 2010-cu il və 16 fevral 2011-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd olunan tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (Konvensiya) 34-cü Maddəsinə əsasən İtaliya Respublikasına qarşı üç İtaliya vətəndaşı c-b Giuliano Giuliani, x-m Adelaide Gaggio (ərinə görə soyadı - Giuliani) və x-m Elena Giuliani (ərizəçilər) tərəfindən 18 iyun 2002-ci il tarixində Məhkəməyə təqdim edilmiş ərizə əsasında açılmışdır.
2. Ərizəçilər Romada fəaliyyət göstərən hüquqşünaslar olan c-b N. Paoletti və c-b G. Pisapia tərəfindən təmsil olunmuşlar. İtaliya Hökuməti (Hökumət) öz Nümayəndələri, x-m Spatafora və həm-Nümayəndələri c-b Lettieri tərəfindən təmsil olunub.
3. Ərizəçilər onların oğlu və qardaşı olan Carlo Giuliani-nin ölümü ilə bağlı şikayət etmiş və onun ölümünə həddindən artıq güc tətbiq edilməsinin səbəb olduğunu iddia etmişlər. Daha sonra onlar, cavabdeh Dövlətin həddindən artıq güc tətbiq edilməsinin mənfi təsirlərini azaltmaq üçün zəruri qanunverici, inzibati və tənzimləyici tədbirləri mümkün olduğu qədər görmədiyini, polis əməliyyatlarının təşkilinin və planlaşdırılmasının həyat qoruma öhdəliyinə uyğun olmadığını və onların qohumunun ölümü ilə bağlı aparılan istintaqın effektiv olmadığını iddia etmişlər.
4. Ərizə Məhkəmənin Dördüncü Bölməsinə təyin edilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 6 fevral 2007-ci ildə, qəbuledilənlik və mahiyyət üzrə dinləmə keçirildikdən sonra (54-cü Qaydanın 3-cü bəndi) iş həmin Bölmənin aşağıdakı tərkibdən ibarət Palatası tərəfindən qəbuledilən elan edilmişdir: Ser Nicolas Bratza, Josep Casadevall, Giovanni Bonello, Kristaq Traja, Vladimiro Zagrebelsky, Stanislav Pavlovschi və Lech Garlicki, və həmçinin Lawrence Early, Bölmənin Katibi.
5. 25 avqust 2009-cu ildə Həmin Bölmənin aşağıdakı tərkibdən: Ser Nicolas Bratza, Josep Casadevall, Lech Garlicki, Giovanni Bonello, Vladimiro Zagrebelsky, Ljiljana Mijović və Ján Šikuta və həmçinin Bölmənin Katibi Lawrence Early, ibarət Palatası aşağıdakı qərarı çıxarmış və yekdilliklə həddindən artıq güc tətbiq edilməsi ilə bağlı Konvensiyanın 2-ci Maddəsinin mahiyyət etibarı ilə pozulduğunu; iki səsə qarşı beş səslə Konvensiyanın 2-ci Maddəsinin həyatı qorumağa dair pozitiv öhdəliklə bağlı pozulduğunu; üç səsə qarşı dörd səslə Konvensiyanın 2-ci Maddəsinin prosedur baxımından pozuntusunun baş verdiyini; yekdilliklə işin Konvensiyanın 3-cü, 6-cı və 13-cü Maddələrinə uyğun olaraq baxılmasına ehtiyac olmadığını; və yekdilliklə Konvensiyanın 38-ci Maddəsinin pozulduğunu müəyyən edib. O, eyni zamanda mənəvi zərərə görə Giuliano Giuliani və Adelaide Gaggio adlı ərizəçilərdən hər birinə 15 000 avro, Elena Giuliani adlı ərizəçiyə isə 10 000 avro ödənilməsini təyin edib.
6. 24 noyabr 2009-cu ildə Hökumət və ərizəçilər Konvensiyanın 43-cü Maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü Qaydasına əsasən işin Böyük Palataya göndərilməsi ilə bağlı müraciət ediblər. 1 mart 2010-cu ildə Böyük Palatanın paneli müraciətləri qəbul edib.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4 və 5-ci bəndlərinə və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına əsasən təyin edilib.
8. Ərizəçi və Hökumət hər biri daha sonra yazılı müşahidələrini təqdim ediblər (59-cu Qaydanın 1-ci bəndi).
9. 2010-cu il sentyabrın 27-də bu işə baxmaq üçün təyin edilmiş hakimlər və əvəzedici hakimlər tərəflərin 28 iyun və 9 iyul 2010-cu ildə təqdim etdiyi CD-ROM-a baxıblar (bax aşağıda 139-cu bənd).
10. Dinləmə ictimaiyyətə aşıq şəkildə Strasburqda İnsan Hüquqları Binasında 29 sentyabr 2010-cu ildə keçirilib (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakılar iştirak edib:
(a) Hökumətin adından
c-bN. Lettieri, Həm-Nümayəndə,
x-mP. Accardo, Həm-Nümayəndə,
c-bG. Albenzio, Avvocato dello Stato (Dövlətin vəkili);
(b) ərizəçilərin adından
c-bN. Paoletti,
x-mG. Paoletti,
x-mN. Paoletti,Məsləhətçi,
x-mC. Sartori, Köməkçi.
Məhkəmə onların çıxışlarını dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
11. Ərizəçilər müvafiq olaraq 1938, 1944 və 1972-ci ildə doğulmuşlar və Genuya və Milanda yaşayırlar. Onlar 2001-ci ilin iyul ayında Genuyada keçirilən G8 Sammiti zamanı keçirilən küçə yürüşü zamanı güllə ilə vurularaq öldürülmüş Carlo Giuliani-nin atası, anası və bacısıdırlar.
A. Genuyada keçirilən G8 Sammiti və Carlo Giuliani-nin ölümündən əvvəl baş verən hadisələrlə bağlı ümumi məlumat
12. 19, 20 və 21 iyul 2001-ci il tarixlərində Genuyada G8 sammiti keçirilib. Həmin tədbirə etiraz olaraq şəhərdə bir çox “qloballaşma əleyhinə” nümayişlər keçirilirdi və İtaliya hakimiyyəti tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülmüşdü. 8 iyun 2000-ci il tarixli 149 saylı Qanunun 4(1) Maddəsinə əsasən Genuya prefektinin (polis rəisi) sammitlə bağlı şəhərdə asayişi qorumaq məqsədilə hərbi heyəti yerləşdirmək səlahiyyəti var idi. Bundan əlavə, şəhərin G8 sammiti keçirilən hissəsi (tarixi mərkəz) “qırmızı zona” olaraq elan edilmişdi və dəmir hasarla dövrəyə alınmışdı. Bunun nəticəsində, həmin əraziyə yalnız orada yaşayan və işləyənlərin giriş hüququ var idi. Dəniz limanına giriş qadağan olunmuşdu və hava limanı nəqliyyata bağlı idi. Qırmızı zona sarı zonanın içinə daxil edilmişdi, sarı zona da öz növbəsində ağ (normal) zona ilə əhatə olunmuşdu.
13. 19 iyul 2001-ci il tarixli xidməti təlimatlar hüquq-mühafizə orqanlarının komandiri tərəfindən Carlo Giuliani-nin ölümündən bir gün əvvəl buraxılıblar. Həmin təlimatlarda hüquq-mühafizə orqanlarının vəzifələri aşağıdakı kimi şərh olunub: qırmızı zona daxilində içəri daxil olmaq məqsədilə göstərilən istənilən cəhdi çevik şəkildə dəf edə bilmək üçün mühafizə səddinin yaradılması; sarı zona daxilində nümayişçilərin yerləşdiyi mövqeləri və daha çox ektremist elementlər tərəfindən törədilən hərəkətləri nəzərə almaqla baş verə biləcək hər hansı insidenti aradan qaldırmaq məqsədilə mühafizə səddinin yaradılması; nümayişçilərin olduğu küçələrdə insan kütlələrinin orada olmasından həvəslənərək zorakılıq törətmə cəhdlərinin qarşısını almaq üçün ictimai asayişi qorumaq məqsədilə tədbirlərin görülməsi.
14. Tərəflər belə bir fakt ətrafında razılığa gəliblər ki, 19 iyul 2001 tarixli xidmət təlimatları vasitəsilə resursların və vasitələrin yerləşdirilməsi ilə bağlı o vaxta qədər mövcud olan planlara düzəlişlər edilmişdi ki, hüquq-mühafizə orqanları əvvəlcədən elan olunmuş və keçirilməsi üçün növbəti günə icazə verilmiş Tute Bianche (Ağ kombinezonlar) nümayişi iştirakçılarından hər hansı birinin qırmızı zonaya daxil olma cəhdinin qarşısı ala bilsinlər.
15. Ərizəçilər bildiriblər ki, 19 iyul tarixli xidmət təlimatları əsasında Carlo Giuliani-nin ölümünə səbəb olduğu iddia edilən carabinieri (karabinyeri) hissələri nümayişin yatırılması ilə bağlı dinamik rol oynamağa başlamışlar, baxmayaraq ki, əvvəlki qaydalara əsasən onlar bir yerdə qalmalı idilər. Hökumət qeyd etmişdir ki, xidmət təlimatları yerlərdə olan əməkdaşlara şifahi olaraq çatdırılmışdı.
16. İdarə olunma mərkəzi Genuya baş polis idarəsində (questura) yerləşmiş radio rabitə sistemi yaradılmışdı və yerlərdə xidmətdə olan polis əməkdaşları ilə həmin sistem vasitəsilə əlaqə saxlanırdı. Carabinieri və polis əməkdaşları öz aralarında radio vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilmirdilər; onlar yalnız idarəetmə otağı ilə əlaqə saxlaya bilirdilər.
17. 20 iyul səhəri xüsusilə aqressiv nümayişçilərdən ibarət bəzi qruplar balaklava (üzlərini və boyunlarını örtən qara geyim) və maska geyinərək bir neçə insident yaradaraq hüquq-mühafizə orqanları ilə toqquşmalara səbəb oldular. Tute Bianche yürüşü Carlini stadionundan başlayaraq hərəkət etməli idi. Bu bir neçə təşkilatın iştirak etdiyi nümayiş idi, konkret olaraq burada “Qlobala xeyr” hərəkatının və icma mərkəzlərinin, və Rifondazione comunista partiyasının nümayəndələri iştirak edirdilər. Onlar zorakılıq törətmədən etiraz aksiyası (mülki itaətsizlik) keçirmək niyyətində olduqlarından öz strateji məqsədlərini, yəni qırmızı zonaya keçmək niyyətlərini açıqlamışdılar. 19 iyul 2001-ci ildə Genuya polis idarəsinin (questore) rəisi Tute Bianche yürüşünə qırmızı zonaya və ya onun ətrafında olan zonaya daxil olmağı qadağan etmişdi və nümayişçiləri Piazza Verdide saxlamaq üçün hüquq-mühafizə orqanları əməkdaşlarını yerləşdirmişdi. Nəticədə, nümayişçilər Carlini stadionundan Via Tolemaide-dən keçərək Piazza Verdiyə gedə bilərdilər, yəni onlara aşağıda təsvir olunan toqquşmaların baş verdiyi Via Tolemaide və Corso Torino küçələrinin kəsişməsindən xeyli irəli getməyə icazə verilmişdi.
18. Saat 1.30-da yürüş başladı və yavaş-yavaş qərb istiqamətinə üz tutdu. Via Tolemaide ətrafında daha əvvəl baş vermiş iğtişaşın izləri qalmaqda idi. Nümayişçilərin ön sıralarında bir qrup siyasətçi və əllərində video kamera və fotoaparat tutmuş jurnalistlər var idi. Yürüşçülər addımlarını yavaşladıb bir neçə dəfə durdular. Via Tolemaide yaxınlığında başlarını və boyunlarını örtən geyim (balaklava) və maska geyinmiş şəxslərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında bir sıra insident baş vermişdi. Yürüş Corso Torino küçəsi ilə kəsişmədəki dəmir yolu tunelinə çatdı. Birdən c-b Mondellinin rəhbərliyi altında hərəkət edən carabinieri nümayişçilərə göz yaşardıcı qazla atəş açdı. Carabinieri dəyənəklərindən istifadə edərək irəli doqru həmlə etməyə başladılar. Nümayiş iştirakçıları şərqə doğru geri sıxışdırılaraq Via İnvrea ilə kəsişmə nöqtəsinə çatdılar.
19. Nümayişçilər bölündülər; onlardan bəziləri sahilə doğru hərəkət etdilər, digərləri isə Via İnvrea-ya və daha sonra Piazza Alimonda ətrafına qaçmağa çalışdılar. Bəzi nümayişçilər hüquq-mühafizə orqanları əməkdaşlarının hücumlarına cavab olaraq onlara şüşə və ya zibil qutularını atdılar. Carabinieri-ə aid zirehli maşınlar Via Casaregis və Via Invrea-dan yüksək sürətlə keçərək nümayişçilər tərəfindən ucaldılmış barrikadaları yıxdılar və orada olan nümayişçiləri çıxıb getməyə məcbur etdilər. Saat 3. 22-də idarəetmə otağından c-b Mondelliyə kənarlaşaraq nümayişçilərin keçməsinə şərait yaratmaq əmri verildi.
20. Bəzi nümayişçilər zorakılıqla cavab verdilər və hüquq-mühafizə orqanları ilə toqquşmalar baş verdi. Axşam saat 3.40 radələrində bir qrup nümayişçi zirehli carabinieri minibüsünə hücum etdi və onu yandırdı.
B. Carlo Giuliani-nin ölümü
21. Təqribən axşam saat 17 00-da Piazza Alimonda yaxınlığında yerləşmiş və təxminən əlli carabinieri-dən ibarət olan Sicilia batalyonu olduqca aqressiv əhvali-ruhiyyədə olan bir qrup nümayişçinin orada olduğunu müşahidə etdi. Yaxınlıqda iki Mühafizə cipi (Defender jeep) park edilmişdi. Polis zabiti Lauro carabinieri-lərə nümayişçilərə atəş açmağı əmr etdi. Carabinieri ayaq üstə atəş açdılar, onların ardında isə iki cip gəlirdi. Nümayişçilər hücumu dəf edə bildilər və carabinieri Piazza Alimonda yaxınlığında nizamsız şəkildə geri çəkilməyə məcbur oldular. Axsam saat 17.23-də helikopterdən çəkilmiş şəkillərdə nümayişçilərin Via Caffa boyunca hüquq-mühafizə orqanları əməkdaşlarının ardınca qaçdığı görünür.
22. Carabinieri geri çəkildiyinə görə ciplər hadisə yerindən uzaqlaşmağa çalışdılar. Biri xeyli uzaqlaşsa da, digərinin yolunu üzü üstə çevrilmiş zibil qutusu kəsdi. Qəfildən əllərində daş, taxta parçaları və dəmir çubuqlar olan bir neçə nümayişçi onu əhatə etdi. Cipin arxadakı iki yan şüşəsi və arxa şüşəsi sındırıldı. Nümayişçilər cipin içindəkilərə söyüş və təhdid dolu sözlərlə qışqırır və maşının üzərinə daş və yanğınsöndürən atırdılar.
23. Cipin işində üç carabinieri var idi: Filippo Cavataio (“F.C.”), sükan arxasında, Mario Placanica (“M.P.”) və Dario Raffone (“D.R.”). Gün ərzində atdığı göz yaşardıcı qaz qumbaralarının təsiri altında olan M.P.-yə carabinieri bölüyünün komandiri Kapitan Cappello cipə minməyə icazə vermişdi ki, o, toqquşma səhnələrindən uzaq olsun. O, cipin arxa oturacağında xəsarət almış vəziyyətdə büzüşərək oturmuşdu və bir tərəfdən özünü iğtişaşlarda istifadə edilən qalxanla qorumağa çalışırdı (Predonzani adlı nümayiş iştirakçısının verdiyi ifadədən). Nümayişçilərə “çıxın gedin ya da sizi öldürəcəyəm” deyə qışqıran M.P. Beretta 9 mm kalibrli tapançasını çıxararaq maşının sınmış arxa şüşəsinə tərəf tuşladı və on saniyə qədər keçdikdən sonra iki dəfə atəş açdı.
24. Atılan güllələrdən biri başında qara maska-geyim olan nümayişçi Carlo Giuliani-nin sol gözünün altına dəydi. O cipin arxasına yaxın idi və yerdə olan boş yanğınsöndürəni təzəcə yerdən götürüb havaya qaldırmışdı. O, maşının arxa sol təkərinin yanında yerə yıxıldı.
25. Qısa müddət sonra F.C. maşının motorunu yenidən işə sala bildi və geriyə dönməyə cəhd edərkən Carlo Giuliani-nin bədəninin üzərindən keçdi. Daha sonra o birinci sürətə ataraq yenidən Carlo Giuliani-nin bədəni üzərindən keçərək hadisə yerindən uzaqlaşdı. Daha sonra cip Piazza Tommaseo istiqamətində hərəkət etdi.
26. “Bir neçə metr” sonra carabinieri serjant-mayoru Amatori cipə mindi və sükanın idarə olunmasını öz üzərinə götürdü, “çünki sürücü şok vəziyyətində idi”. Rando adlı digər carabiniere də cipə mindi.
27. Piazza Alimonda-nın digər tərəfində yerləşmiş polis qüvvələri müdaxilə edərək nümayişçiləri dağıtdılar. Onlara bəzi carabinieri də qoşuldular. Axşam saat 17.27-də hadisə yerində olan polis zabiti idarə olunma otağı ilə əlaqə saxlayaraq təcili yardım maşını göndərilməsini xahiş etdi. Hadisə yerinə gələn həkim Carlo Giuliani-nin öldüyünü elan etdi.
28. Daxili İşlər Nazirliyinin (ministero dell’Interno) bildirdiyinə görə, Carlo Giuliani öldüyü zaman hadisə yerində neçə polis əməkdaşı və neçə carabinieri olduğunu göstərmək mümkün deyildi; cipdən təqribən 150 m uzaqlıqda təxminən əlli carabinieri var idi. Bundan əlavə 200 metrə uzaqlıqda, Piazza Tommaseo yaxınlığında bir qrup polis nəfəri var idi.
29. Digər məlumatlarla yanaşı paralel məhkəmə prosesində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən verilən ifadələrə istinadən (iyirmi beşlərin məhkəməsi, bax aşağıda 121 – 138-ci bəndlər) ərizəçilər xüsusilə qeyd ediblər ki, Piazza Alimonda-da olarkən carabinieri maskalarını çıxarıb, yemək yeyib dincəlmək imkanına malik olublar. Vəziyyət “sakit” ikən Kapitan Cappello M.P. və D.R.-ə iki cipdən birinə minməyi əmr edib. Onun fikrincə həmin iki carabinieri ruhən yorulmuşdu (“a terra”) və artıq fiziki cəhətdən də xidmət göstərmək üçün yararlı deyildilər. Cappello həm də M.P.-nin göz yaşardıcı qaz atmağı dayandırmalı olduğunu düşünürdü, buna görə də onun göz yaşardıcı qaz atan silahını və göz yaşardıcı qumbara olan patrondaşını çıxardı.
30. Ölümcül atəş açılmasında qısa müddət əvvəl çəkilmiş fotoqraflara istinad edən ərizəçilər vurğulayıblar ki, silah üfüqü yerləşmə istiqamətindən aşağı bucaqdan tuşlanmışdı. Onlar həmçinin Polkovnik-leytenant Truglio tərəfindən verilmiş ifadələrə də istinad etmişlər (bax aşağıda 43-cü bənd), həmin ifadədə o, bildirmişdir ki, O, Piazza Almondadan təxminən on metr, cipdən isə otuz-qırx metr aralıda idi. Carabinieri (təqribən yüz nəfər) cipdən bir neçə on metr uzaqda idilər. Polis əməkdaşları Via Caffa-nın sonunda Piazza Tommaseo tərəfində durmuşdular. Ərizəçilər qeyd etmişlər ki, istintaq materiallarına əlavə edilmiş bəzi fotoqraflarda carabinieri-lərin cipdən o qədər də uzaq olmadığı görünür.
C. Yerli qurumlar tərəfindən aparılan araşdırmalar
1. İstintaqın ilk mərhələləri
31. Carlo Giuliani-nin bədəninin bir neçə metr yaxınlığında boş (istifadə olunmuş) patron tapılıb. Heç bir güllə tapılmayıb. Bədənin yaxınlığında digər cisimlərlə yanaşı, yanğınsöndürən və qanlı daş tapılıb və polis tərəfindən müsadirə edilib. Materiallardan görünür ki, prokurorluq tərəfindən polisə otuz iki istintaq hərəkəti etmək tapşırılıb. M.P.-nin içində olduğu cip və ona məxsus olan silah və avadanlıq carabinieri-lərin əlində qalmışdı və daha sonra məhkəmənin əmri ilə müsadirə edilmişdi. Istifadə olunmuş patron cipin içində tapılmışdı.
32. 20 iyul 2001-ci il tarixində gecə Genuya çevik polis bölməsi iki polis əməkdaşı c-b Martino və c-b Fiorillonun ifadəsini alıb. İyulun 21-də ECHO bölüyünün komandiri Kapitan Cappello öncəki gün baş verənləri danışdı və cipin içində olan carabinieri-lərin adlarını verdi. O, heç bir güllə səsi eşitmədiyini bildirdi və qeyd etdi ki, hər halda onun zəif eşitməsinə səbəb geyindiyi radio qulaqcıq, dəbilqə və qaz maskası olmuşdur.
2. M.P və F.C.-nin istintaq altına alınması
33. Onlar 20 iyul 2001-ci ildə gecə Genuya prokurorluğu tərəfindən aşkar edilmiş və qəsdən adam öldürməkdə şübhəli bilinərək dindirilmişlər. İfadələrin alınması Genuya carabinieri baş idarəsinin binasında keçirilib.
(a) M.P.-nin ilk ifadəsi
34. M.P. 12 saylı (Sicilia) bölüyə köməkçi carabinieri olaraq təyin edilmişdi və G8 sammiti səbəbilə yaradılmış ECHO bölüyünün üzvlərindən biri idi. İtaliyanın müxtəlif regionlarından gəlmiş dörd digər bölüklə birlikdə bu bölük Leytenant-polkovnik Truglio-nun komandanlığı altında olan CCİR-ın bir hissəsini təşkil edirdi. ECHO bölüyü Kapitan Cappello və onun müavinləri Mirante və Zappia-nın əmrlərinə tabe idi və Roma polisinin yüksək rütbəli zabitlərindən (vice questore) c-b Lauro tərəfindən idarə olunur və əlaqələndirilirdi. Bölüklər üzərində ümumi komandanlıq Polkovnik Leso tərəfindən həyata keçirilirdi.
35. 13 avqust 1980-ci ildə doğulmuş və 16 sentyabr 2000-ci ildə carabiniere kimi xidmətə başlamış M.P. sözügedən vaxtda 20 yaş və 11 aylıq idi. O qumbaralardan istifadə üzrə təlim keçmiş və göz yaşardan qaz atmaq üçün cəlb edilmişdi. O bildirmişdi ki, ictimai asayişi qorumaq əməliyyatlarında o, mənsub olduğu hissə ilə birlikdə piyada olaraq ətrafı dolaşmalı idi. Bir neçə göz yaşardıcı qumbara atdıqdan sonra o, gözlərinin və üzünün yandığını hiss etdi və Kapitan Cappellodan cipə minmək üçün icazə istədi. Qısa müddət sonra xəsarət almış digər carabinieri (D.R.) ona qoşuldu.
36. M.P. bildirmişdir ki, o, həmin atılanları gördükdən sonra qorxuya düşmüşdü və xüsusilə də, nümayişçilərin Molotov kokteyli atacağından qorxurdu. O izah etmişdi ki, ayağına metal əşya ilə və başına daş ilə xəsarət yetirildikdən sonra onun qorxusu xüsusilə artmışdı. Atılan daşlardan o, cipin hücuma məruz qaldığını başa düşmüşdü və “yüzlərlə nümayişçinin cipi əhatə etdiyini düşünmüşdü”, baxmayaraq ki, o, “atəş (o) açdığı zaman ətrafda heç kimin görünmədiyini” əlavə etmişdi. O, “panikaya” düşdüyünü bildirmişdi. Bir anda o, əlini tapançasına atdığını hiss etmişdi; o silah olan əlini cipin arxa pəncərəsinə tuşlamış və təqribən bir dəqiqə sonra iki dəfə atəş açmışdı. O, cipin arxasında olan Carlo Giuliani-ni atəş açmazdan əvvəl və ya sonra görmədiyini bildirmişdir.
(b) F.C.-nin ifadəsi
37. Cipin sürücüsü F.C. 3 sentyabr 1977-ci ildə anadan olub və iyirmi iki ay carabiniere kimi xidmət edib. Hadisə baş verən zaman o, 2 yaş və on aylıq idi. O Piazza Alimonda yaxınlığında olduğunu və meydana tərəf dönməyə çalışdığını bildirib, çünki bölmə nümayişçilər tərəfindən geriyə sıxışdırılmışdı. Lakin, onun yolunu çevrilmiş zibil qutusu kəsdi və maşının motoru söndü. O maşını hərəkətə gətirməyə çalışarkən həmkarları maşının içində qışqırırdılar. Nəticədə, o atəş açıldığını eşidə bilməyib. Nəhayət o, qeyd edib: “Mən yerdə kiminsə olmadığını görmədim, çünki üzümdə maska var idi və həmin maska görməyimə qismən mane olurdu ... həm də ona görə ki, nəqliyyat vasitəsinin kənarındakıları görmək çətin idi. Mən geriyə sürdüm və heç bir müqavimətə rast gəlmədim; əslində mən arxa təkərin nəyəsə dəydiyini hiss etdim, amma onun zibil yığını olduğunu düşündüm, çünki zibil qutusu tərsinə çevrilmişdi. Ağlımda olan yeganə fikir o qarmaqarışıqdan necə çıxmaq idi.”
(c) D.R.-ın ifadəsi
38. 25 yanvar 1982-ci ildə anadan olmuş D.R. 16 mart 2001-ci il tarixindən etibarən hərbi xidmətdə idi. Hadisələr baş verən zaman o, on doqquz yaş altı aylıq idi. O, nümayişçilər tərəfindən atılan daşların onun üzünə və kürəyinə dəydiyini və bunun da nəticəsində ondan qan axmağa başladığını qeyd edib. Ö üzünü qapatmaqla özünü müdafiə etməyə çalışır və digər tərəfdən M.P. də bədəni ilə onu qorumağa çalışırdı. Həmin anda, o, artıq heç nə görə bilmirdi, lakin qışqırıq və zərbə səslərini, eləcə də cipin içinə düşən cisimlərin səsini eşidirdi. O, M.P.-nin onlara hücum edənlərə qışqıraraq hücumu dayandırıb oradan çıxıb getmələrini söylədiyini, daha sonra isə iki dəfə atəş açıldığını eşıdıb.
(d) M.P.-nin ikinci ifadəsi
39. 11 sentyabr 2001-ci ildə M.P. prokuror tərəfindən dindirilərkən 20 iyul 2001-ci il tarixində verdiyi ifadəni təsdiq etdi və nümayişçilərə aşağıdakı sözləri qışqırdığını əlavə etdi: “Çıxın gedin yoxsa sizi öldürəcəyəm!”.
3. İstintaq zamanı alınan digər ifadələr
(a) Digər carabinieri-lər tərəfindən verilən ifadələr
40. Piazza Alimondadakı digər cipdə olan serjant-mayor Amatori qeyd etmişdir ki, M.P.-nin içində olduğu cipin yolunu zibil qutusunun kəsdiyini və maşının ətrafına çox sayda (“iyirmidən artıq olduğunu qətiyyətlə söyləmək olar”) nümayişçilərin toplaşdığını görüb. Sonuncular cipin üstünə müxtəlif cisimlər atırdılar. O, xüsusilə, nümayişçilərdən birinin yanğınsöndürəni cipin arxa pəncərəsinə atdığını görüb. O atəş səsləri eşidib və Carlo Giuliani-nin yerə düşdüyünü görüb. Daha sonra cip iki dəfə Carlo Giuliani-nin bədəninin üzərindən keçib. Cip Piazza Almondadan çıxa bildikdən sonra o, maşına yaxınlaşıb və sürücünün maşından çıxaraq açıq-aşkar titrəyən vəziyyətdə kömək istədiyini görüb. Serjant-mayor sürücünün yerini tutub və M.P.-nin əlində pistolet tutduğunu görüb və ona silahı təhlükəsiz rejimə keçirməyi əmr edib. O, dərhal bu silahın bir neçə an əvvəl atəş açan silah olduğunu düşünüb, lakin xəsarət almış və başı qanayan M.P.-yə heç nə deməyib. Sürücü ona ciplə manevr edərkən güllə səsləri eşitdiyini bildirib. Serjant-mayora atəş açmaq qərarına səbəb olan əsaslarla bağlı heç bir məlumat verilməyib və o, özü də bu məsələ ilə bağlı sual verməyib.
41. Carabiniere Rando piyada vəziyyətdə cipin yanına gedib. O, tapançanın tuşlandığını görüb və M.P.-dən atəş açıb-açmadığını soruşub. M.P. atəş açdığını bildirib, lakin havaya yoxsa hər hansı bir nümayişçiyə doğru atəş açdığını qeyd etməyib. M.P. durmadan təkrarlayırdı: “Onlar məni öldürmək istəyirdilər, mən ölmək istəmirəm”.
42. 2001-ci il sentyabrın 11-də prokuror ECHO bölüyünün komandiri Kapitan Cappello-nun ifadəsini alıb (bax yuxarıda 34-cü bənd). Kapitan Cappello bildirib ki, o, M.P.-yə cipə minməyə icazə verib və onun göz yaşardıcı qaz atan silahını alıb, çünki o, özünü pis hiss edirdi.
O, daha sonra qeyd etmişdir ki (“iyirmi beşlərin 20 sentyabr 2005-ci ildə keçirilən məhkəməsi” zamanı), M.P. düşdüyü psixoloji vəziyyətə və əsəb gərginliyinə görə fiziki cəhətdən işini davam edə bilmirdi. Kapitan Cappello daha sonra öz heyəti – təqribən on beş nəfər – ilə birlikdə Piazza Alimondaya tərəf hərəkət edib və Via Caffadan keçib. Polis zabiti Lauro ondan Via Caffadan Via Tolemaide istiqamətində gedərək nümayişçiləri geri oturtmağa çalışan adamlara kömək etməyi xahiş etdi. O, heyətinin sayını və üzvlərin yorğun olmasını nəzərə alaraq bu xahişin onu çaşdırdığını deyib, lakin yenə də heyətini Via Caffaya doğru hərəkət etdirib. Via Tolemaide tərəfindən gələn nümayişçilər carabinieri-ləri geriyə çəkilməyə məcbur edib; onlar əvvəl nizamlı şəkildə, daha sonra isə pərakəndə halda geri çəkiliblər. C-b Cappello carabinieri geri çəkilən zaman onların arxasında iki cipin gəldiyini görməyib, çünki nəqliyyat vasitələrinin orada olması üçün heç bir “əməliyyat səbəbi” yox idi. Nümayişçilər yalnız Piazza Alimondanın digər tərəfində yerləşmiş polis hissələri müdaxilə etdikdən sonra dağıldılar. Məhz bunda sonra o, başında qara balaklava olan adamın yerdə uzandığını və aşkar şəkildə ciddi xəsarət almış olduğunu sezdi. Onun heyətinin üzvlərindən bəziləri başlarına üstündə kamera olan kaskalar geyinmişdilər, buna görə də hadisələrin axarını oradan izləmək mümkün ola bilərdi; video yazılar polkovnik Leso-ya təhvil verilmişdi.
43. Rütbəcə Kapitan Cappelo-dan böyük olan Leytenant-polkovnik Truglio bildirmişdir ki, o, Piazza Alimondadan təqribən on metr aralıda və cipdən otuz-qirx metr aralıda durmuşdu və cipin yerdə uzanmış insan bədəninin üstündən keçdiyini görüb.
(b) Polis zabiti Lauro-nun ifadəsi
44. 2001-ci il 21 sentyabr tarixində c-b Lauro prokurora ifadə vermişdir. O bildirmişdir ki, o, xidmət təlimatlarına dəyişiklik edildiyini 20 iyul 2001-ci ildə səhər öyrənmişdir. 26 aprel 2005-ci il tarixində keçirilən “iyirmi beşlərin məhkəmə prosesi” zamanı o ifadə vermişdir ki, 19 iyul 2001-ci il tarixində ona məlumat veriblər ki, növbəti gün heç bir yürüşün keçirilməsinə icazə verilməyib. İyulun 20-də onun hələ də icazəsiz nümayiş keçiriləcəyindən xəbəri yox idi. Gün ərzində o, nümayişçilərlə toqquşmaların baş verdiyi Piazza Tommaseo-ya gedib. Günortadan sonra saat 15.30-da vəziyyət sakit ikən Leytenant-polkovnik Truglio və iki cip heyətə qoşulub. Saat 16.00 və 16.45 arasında heyət Corsi Torino-da baş verən toqquşmalara cəlb olunub. O, daha sonra Piazza Tommaseo və Piazza Alimonda-nın yaxınlığına gəlib. Leytenant-polkovnik Truglio və iki cip geri qayıdıb və heyət mütəşəkkilliyini itirib. C-b Lauro Via Caffa-nın sonunda bir qrup nümayişçinin olduğunu və onların təkərli zibil qutularını tərsinə çevirərək hüquq-mühafizə orqanlarının yolunu kəsmək üçün barrikada düzəltdiyini görüb. O, Kapitan Cappellodan onun heyətinin vəziyyətin öhdəsindən gələ biləcəyini soruşub və sonuncu müsbət cavab verib. C-b Lauro və onun heyəti buna görə də Via Caffa-ya yaxın olan mövqeləri tutublar. O geri çəkilmə əmrini eşidib və heyətin qeyri-mütəşəkkil şəkildə geri çəkilməsində iştirak edib.
(c) Prokurora verilən digər ifadələr
45. Hadisə yerində olan bəzi nümayiş iştirakçıları da Prokurora ifadə veriblər. Onlardan bəzilər cipə çox yaxın olduqlarını və cipə daş atdıqlarını və ona çubuqlar və digər əşyalarla zərbə endirdiklərini bildiriblər. Nümayişçilərdən birinin dediyinə görə, M.P. qışqırıb: “Bic balalar, çoxunuzu öldürəcəyəm!”. Digər nümayişçi cipin içindəki carabiniere-nin tapançasını çəkdiyini görüb; daha sonra nümayişçi öz dostlarına diqqətli olmağı və kənara çəkilməyi qışqırıb. Digər nümayişçi qeyd edib ki, M.P. bir tərəfdən özünü iğtişaş dəbilqəsi ilə qoruyurdu.
46. Evlərinin pəncərəsindən hadisələrin şahidi olan bəzi şəxslər bildiriblər ki, onlar nümayişçilərdən birinin yanğınsöndürəni havaya qaldırmasını görüb. Onlar iki dəfə atəş açıldığını eşidiblər və nümayişçilərdən birinin yerə yıxıldığını görüblər.
4. Audiovizual materiallar
47. Prokurorluq hüquq-mühafizə orqanlarına Piazza Alimondada baş verən hadisələri canlandırmağa kömək edə biləcək istənilən audiovizual materialları təhvil verməyi əmr edib. Buraya çəkilən fotoşəkillər və video çəkilişi aparan qrup tərəfindən videoyazılar, helikopterdən aparılmış video çəkilişləri və bəzi heyət üzvlərinin kaskasında olan mini kameralar daxil idi. Ayrı-ayrı fərdlər tərəfindən çəkilmiş şəkillər də mövcud idi.
5. Məhkəmə-tibb ekspertizasının araşdırması
(a) Meyitin yarılması
48. İyirmi dörd saat ərzində prokurorluq Carlo Giuliani-nin ölüm səbəbini aydınlaşdırmaq üçün meyitin yarılmasını əmr etmişdir. 2001-ci il iyulun 21-də saat 12.10-da birinci ərizəçi, Carlo Giuliani-nin atasına meyitin yarılmasının keçiriləcəyi barədə məlumat verilmiş və orada xüsusilə qeyd edilmişdir ki, zərərçəkmiş tərəf meyitin yarılmasında iştirak etmək üçün ekspert və vəkil təyin edə bilər. Saat 15.15-də prokurorluq tərəfindən təyin olunmuş ekspertlər rəsmi açıqlamalarını etdilər və meyitin yarılması üzərində iş başladı. Ərizəçilər öz nümayəndələrini və ya ekspertlərini göndərmədilər.
49. Ekspertlər öz hesabatlarını (rəylərini) hazırlamaq üçün prokurorluqdan altmış gün vaxt istəyiblər. Onların bu xahişinə razılıq verilib. 2001-ci il iyul ayının 23-də prokurorluq Carlo Giuliani-nin ailəsinin istəyinə uyğun olaraq onun bədəninin yandırılmasına icazə verib.
50. Ekspert rəyi 6 noyabr 2001-ci ildə təqdim edilib. Həmin rəydə müəyyən edilib ki, Carlo Giuliani-nin sol gözünün altından güllə dəyib və həmin güllə kəllə sümüyünün sol qabaq nahiyəsindən girərək arxa sol hissəsindən çıxıb. Güllənin trayektoriyası aşağıdakı kimi olub: o, əlli santimetrdən artıq məsafədən atılıb və öndən arxaya, soldan sağa aşağıya düşən istiqamətdə hərəkət edib. Carlo Giuliani-nin boyu 1. 65 metr idi. Atəş açan şəxs qurban ilə üzbəüz gəlmişdi və onun azacıq sağında idi. Ekspertlərin fikrincə, başa dəyən güllə bir neçə saniyə ərzində onun ölümünə səbəb olmuşdu; cipin bədənin üzərindən keçməsi nəticəsində yalnız döş qəfəsi və qarın boşluğundakı orqanlara bir neçə yüngül xəsarət yetirilmişdi.
(b) M.P. və D.R. üzərində aparılan tibbi müayinələr
51. Piazza Alimondanı tərk etdikdən sonra cipin içində olan üç carabinieri Genuya Xəstəxanasının qəza nəticəsində yaralananları qəbul edən şöbəsinə getdi. M.P. sağ ayağındakı pərakəndə qançırlardan və başındakı açıq yaralardan şikayət edirdi; həkimlərin onu xəstəxanaya yatırmaq istəməsinə baxmayaraq O, ərizə yazaraq xəstəxananı təxminən saat 21.30-da tərk edir. Onun kəllə sümüyündə xəsarət var idi və dediyinə görə buna səbəb cipdə olarkən başına küt alət ilə yetirilən zərbə olmuşdu.
52. D.R.-ın burnunda və sağ yanağında sıyrıq və göyərtilər, sağ çiynində və sol ayağında qançırlar var idi. F.C. post-travma psixoloji pozuntudan əziyyət çəkirdi və on beş günə sağalması ehtimal edilirdi.
53. Xəsarətlərin mənşəyini və onların cipdə olanlara edilən hücumla əlaqəsi olub-olmadığını müəyyən etmək üçün tibbi müayinələr keçirildi. Hazırlanan rəylərdə qeyd olunurdu ki, M.P. və D.R-ın aldığı xəsarətlər həyat üçün təhlükə törətmirdi. M.P.-nin başındakı yaralar ona atılan daşların dəyməsi nəticəsində meydana gələ bilərdi, lakin digər xəsarətlərin mənşəyini müəyyən etmək mümkün deyildi. D.R.-ın üzündəki yaraya səbəb ona atılan daş və çiynindəki yaraya səbəb isə ona taxta parçası ilə endirilən zərbə ola bilərdi.
(c) Prokurorluq tərəfindən əmr edilən ballistik analizlər
(i) Birinci testlər qrupu
54. 2001-ci il sentyabrın 4-də prokurorluq c-b Cantarella-ya təlimat verib ki, o, hadisə yerində tapılan iki patronun (biri cipin içində, digəri isə Carlo Giuliani-nin bədənindən bir neçə metr aralıda – bax yuxarıda 31-ci bənd) eyni silahdan, xüsusilə, M.P.-yə məxsus olan silahdan çıxıb-çıxmadığını müəyyən etsin. 5 dekabr 2001-ci il tarixli rəyində ekspert belə nəticəyə gəldi ki, cipin içində tapılan patronun M.P.-nın silahından düşdüyünə dair 90%-lik ehtimal var, lakin Carlo Giuliani-nin bədəninin yaxınlığında tapılan patrondaşın eyni silahdan çıxdığı yalnız 10% ehtimal oluna bilər. Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 392-ci Maddəsinə əsasən bu təhlillər birtərəfli əsasda aparılmışdı, yəni zərərçəkmiş tərəfin iştirakı üçün şərait yaradılmamışdı.
(ii) İkinci təhlillər qrupu
55. Prokurorluq polis zabiti Manettonu ikinci ekspert olaraq təyin edir. Sonuncu, hazırladığı 15 yanvar 2002-ci il tarixli rəydə qeyd edir ki, qurbanın bədəninin yaxınlığında tapılan patrondaşın M.P.-nin silahından çıxdığını 60% ehtimal etmək mümkündür. O, belə nəticəyə gəlmişdir ki, hər iki patron M.P.-nin pistoletindən çıxmış və təsir zamanı M.P. və Carlo Giuliani arasındakı məsafənin 110 və 140 sm arasında olduğunu təxmin etmişdir. Təhlillər birtərəfli qaydada aparılmışdır.
(iii) Üçüncü təhlillər qrupu
56. 2002-ci il fevral ayının 12-də prokurorluq ekspertlərdən ibarət komissiyaya (üzvlər: c-b Balossino, c-b Benedetti, c-b Romanini və c-b Torre) göstəriş vermişdir ki, “güllənin zərərçəkmişin bədəninə dəyməsindən bilavasitə əvvəl və sonra M.P. və Carlo Giuliani-nin hərəkətlərini də, virtual formada da olsa, canlandırsınlar”. Ekspertlərdən xüsusilə “M.P. və Carlo Giuliani arasındakı məsafəni, onların müvafiq görmə bucağını və güllələr atılan zaman M.P.-nin cipin içindəki görmə sahəsini müəyyən etmək xahiş olunmuşdu”. Materiallardan məlum olur ki, c-b Romanini 2001-ci ilin sentyabr ayında xüsusi ixtisaslaşmış jurnalda (TAC Armi) məqalə dərc etdirib və burada digər məsələlərlə yanaşı, öz fikrini ifadə edib ki, M.P.-nin hərəkətləri “aydın şəkildə və tamamilə əsaslandırılmış müdafiə reaksiyasından” ibarət idi.
57. Ərizəçilər tərəfindən təyin edilmiş nümayəndələr və ekspertlər komissiyası tərəfindən keçirilən təhqiqatlarda iştirak ediblər. Ərizəçilərin vəkili c-b Vinci bildirmişdir ki, o, sübutun dərhal təqdim edilməsi (incidente probatorio) ilə bağlı müraciət etmək arzusunda deyil. CPM-nin 392-ci Maddəsinin 1-ci bəndinin (f) yarımbəndində və 2-ci Maddəsində prokuror və təqsirləndirilən şəxsin, digər məsələlərlə yanaşı, işi araşdıran hakimdən (giudice per le indagini preliminari) məhkəmə tibb ekspertizası keçirilməsinə dair əmr etməsi ilə bağlı müraciət etməsi nəzərdə tutulub, həmin hallarda ki, sözügedən şəxs, əşya və ya yer qacınılmaz dəyişikliyə məruz qala bilər və ya harada ki, məhkəmə prosesi zamanı əmr edildikdə, sözügedən təhqiqatların aparılması bütövlükdə məhkəmə prosesinin altmış gündən çox müddətə təxirə salınmasına səbəb ola bilər. CPM-nin 394-cü Maddəsinə əsasən zərərçəkmiş tərəf prokurordan sübutların dərhal təqdim edilməsi ilə bağlı müraciət etməyi tələb edə bilər. Prokuror bu tələbi rədd edərsə, o, bu qərarını əsaslandırmalı və zərərçəkmiş tərəfə təqdim etməlidir.
58. 20 aprel 2002-ci ildə hadisə yerində təhqiqat aparıldı. Güllənin dəydiyi yerin izləri Piazza Alimondada yerləşən binalardan birinin divarının üzərində 5 m yüksəklikdə aşkar edildi.
59. 2002-ci il iyun ayının 10-da ekspertlər öz rəylərini təqdim etdilər. Ekspertlər əvvəl başdan qeyd etdilər ki, onların Carlo Giuliani-nin bədənini görə bilməməsi (çünki meyit yandırılmışdı) onların hərtərəfli rəy (hesabat hazırlanmasına mane olan başlıca səbəb idi, çünki onlar bədənin müxtəlif hissələrini müayinə edərək mikro-izləri axtarmaq iqtidarında deyildilər. “Mövcud olan cüzi materiallar əsasında” ekspertlər hər şeydən əvvəl Carlo Giuliani-yə dəyən güllənin ona hansı təsiri etdiyini müəyyən etməyə çalışdılar və aşağıdakı mülahizələri irəli sürdülər.
60. Kəllə sümüyünə yetirilmiş xəsarət olduqca ağır idi və “qısa müddət ərzində” ölümə səbəb olmuşdu. Güllə Carlo Giuliani-nin başından bütöv şəkildə çıxmamışdı; bütün bədən üzərində meyitin yarılmasından əvvəl aparılmış skan müayinəsi barədə rəydə (referto radiologico) peysər hissəsində “dərialtı cismə, böyük ehtimalla metal parçasına” rast gəlinmişdi. Bu tünd rəngli metal qırıntısı patron parçasına (bullet casing) bənzəyirdi. Üzdəki giriş yarasının görüntüsü birmənalı izahat verməyə əsas vermirdi; onun qeyri-adi formada olması əsasən güllənin dəydiyi yerdəki toxumaların növü ilə izah olunurdu. Lakin, ehtimal edilən izahatlardan biri də ondan ibarət idi ki, güllə bilavasitə Carlo Giuliani-yə dəyməmiş, əvvəl hansısa bir əşyaya dəymiş və daha sonra sürətini azaldaraq qurbanın bədəninə daxil olmuşdur. Həmin fərziyyə çıxış yarasının kiçik ölçülərdə olmasını və güllənin Carlo Giuliani-nin başının içində parçalanması faktını izah edə bilərdi.
61. Ekspertlər kiçik qurğuşun parçasının, ehtimalən güllənin bir hissəsinin tapıldığı barədə məlumat veriblər; həmin parça təhvil verildiyi zaman Carlo Giuliani-nin balaklavasının (başına geydiyi maska tipli qara geyim) içindən düşmüşdü; həmin parçanın balaklavanın ön, yan və ya arxa hissəsindən düşdüyünü əminliklə qeyd etmək mümkün deyildi. Onun üzərində güllənin bir parçası olmayan və tikinti işlərində istifadə olunan maddə var idi. Bundan əlavə qurğuşunun mikro-hissəcikləri balaklavanın ön və arxa hissələrində tapılmışdı, bu da belə bir fərziyyəni təsdiq edirdi ki, güllə patronun bir hissəsini dəydiyi zaman itirmişdi. Ekspertlərin fikrincə, güllənin aşkar şəkildə dəydiyi “aralıq cismin” təbiətini müəyyən etmək mümkün deyildi; lakin, onlar bu əşyanın Carlo Giuliani-nin əlində tutaraq yuxarı qaldırdığı yanğınsöndürən ola biləcəyi ehtimalını müəyyən ediblər. Atəşin açıldığı məsafə 50 – 100 sm-dən artıq idi.
62. “Aralıq cisim nəzəriyyəsi” əsasında hadisələri yenidən canlandırmaq məqsədilə ekspertlər daha sonra bir neçə sınaq atəşi açmış və video və kompüter simulyasiyaları keçirmişlər. Onlar belə nəticəyə gəliblər ki, güllənin trayektoriyasını müəyyən etmək mümkün deyil, çünki həmin trayektoriya başqa bir cismə dəymə nəticəsində şübhəsiz olaraq dəyişmişdi. Daşın havada parçalandığını göstərən video yazısı və səs yazısında eşidilə bilən güllə səsi əsasında ekspertlər belə nəticəyə gəliblər ki, daş güllə atıldıqdan dərhal sonra parçalanıb. Kompüter simulyasiyası yuxarıya doğru atılan güllənin digər nümayişçi tərəfindən atılmış sözügedən daşla toqquşmadan sonra Carlo Giuliani-yə dəydiyini göstərmişdir. Ekspertlər Carlo Giuliani və cip arasındakı məsafənin təxminən 1.75 metr olduğunu hesablayıblar və atəş açdığı zaman M.P.-nin Carlo Giuliani-ni görə bildiyini qeyd ediblər.
6. Ərizəçilər tərəfindən aparılan araşdırmalar
63. Ərizəçilər nümayişçilərdən biri J.M. tərəfindən onların vəkilinə 19 fevral 2002-ci il tarixində verilmiş məlumatı təqdim ediblər. J.M. xüsusilə bildirmişdir ki, cip bədəninin üstündən keçdikdən sonra Carlo Giuliani hələ də sağ idi. Ərizəçilər eyni zamanda carabiniere (V.M.) tərəfindən verilən məlumatı təqdim ediblər: həmin məlumatda V.M. bildirirdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında M.P.-nin istifadə etdiyi trayektoriyasını dəyişən güllələrdən istifadə etmək geniş yayılıb, belə ki, onların parçalanaraq genişlənmək potensialı daha çoxdur.
64. Nəhayət, ərizəçilər onların özləri tərəfindən seçilmiş ekspertlər tərəfindən hazırlanmış iki rəyi təqdim ediblər. Ekspertlərdən biri c-b Gentile-nin rəyinə görə, güllə zərərçəkmişə dəydiyi zaman artıq parçalanmışdı. Onun parçalanmasıni faktı istehsal qüsuru və ya istehsal olunduğu zaman böyük ehtimalla onun parçalanmasının nəzərdə tutulması ilə izah etmək olardı. Buna baxmayaraq ekspertin fikrincə bu iki ssenari yalnız nadir hallarda baş verirdi və buna görə də, prokurorluq tərəfinin ekspertlərinin irəli sürdüyü versiya ilə müqayisədə daha az ehtimal olunurdu (konkret olaraq güllənin aralıq cisimlə toqquşması).
65. Hadisələri canlandırmaq məqsədilə ərizəçilər tərəfindən tutulmuş digər ekspertlər belə nəticəyə gəliblər ki, daş M.P.-nin atdığı gülləyə deyil, cipə dəyərək parçalanmışdı. Audiovizual materiallar, xüsusilə fotoşəkillər əsasında hadisələri yenidən canlandırmaq üçün şəkil çəkənin dəqiq mövqeyini və xüsusilə onun görmə bucağını dəqiqliklə müəyyən etmək və onun istifadə etdiyi avadanlığın növünü nəzərə almaq zəruri idi. Bundan əlavə, şəkillərin çəkildiyi vaxtı müəyyən etmək və onların səsə uyğunluğunu müəyyən etmək zəruri idi. Ərizəçilərin ekspertləri öz təhlillərini “video və kompüter simulyasiyası” üzərində quran və mövcud şəkilləri təfərrüatlı və diqqətlə təhlil etməyən prokurorluğun ekspertləri tərəfindən istifadə edilən metodu tənqid etmişlər. Sınaq məqsədilə atəş açılması üçün istifadə edilən metod da tənqid edilmişdir.
66. Ərizəçilərin ekspertləri belə nəticəyə gəliblər ki, güllə atılan zaman Carlo Giuliani cipdən təqribən üç metr məsafədə idi. Qurbanın ölümünə səbəb olan güllənin ona dəydiyi zaman artıq parçalanmış olduğuna heç bir şübhə olmasa da, onun videoda görünən daşla toqquşduğunu istisna etmək tələb olunurdu. Daş gülləni tamamilə fərqli şəkildə parçalaya və Carlo Giuliani-nin bədənində fərqli izlər qoya bilərdi. Bundan əlavə, M.P. yuxarıya doğru atəş açmamışdı.
D. İcraatın dayandırılması barədə müraciət və ərizəçilərin etirazı
1. İcraatın dayandırılması barədə müraciət
67. Genuyanın prokuroru daxili istintaqı başa vurduqdan sonra M.P. və F.C.-yə qarşı açılmış işin dayandırılması ilə bağlı müraciət etmək qərarına gəlir. Prokuror hər şeydən əvvəl qeyd edir ki, 19 iyul 2001-ci il tarixində ictimai asayişi qorumaq əməliyyatlarının təşkil olunmasına dair qaydalara olduqca böyük dəyişikliklər edilmişdi və bu, 20 iyul tarixində meydana gəlmiş problemlərə qismən təsir etmişdi. Buna baxmayaraq, o edilən dəyişikliklər və ya onların nəticəsində baş vermiş problemlər barədə təfərrüatlı məlumat vermir.
68. Prokuror izah etməyə davam edir ki, c-b Lauro və Kapitan Cappello tərəfindən hadisələrlə bağlı ifadə edilən versiyalar bir-birindən əsasən bir spesifik nöqtədə fərqlənirdi: birinci, hüquq-mühafizə orqanları heyətinin Via Caffada nümayişçilərin önünü kəsmək üçün yerləşdirilməsi qərarının qarşılıqlı razılıq əsasında alındığını bildirsə də, sonuncu, qeyd etmişdi ki, bu, dəstənin kiçik olması və heyətin yorğun olması ilə bağlı meydana gələn risklərə baxmayaraq, c-b Lauro tərəfindən birtərəfli əsasda qəbul edilmiş qərar idi.
69. Ekspertlər aşağıdakı məsələlər ətrafında razılığa gəliblər: M.P.-nin silahından iki dəfə atəş açılmış və birinci güllə Carlo Giuliani-nin ölümünə səbəb olmuşdur; sözügedən güllə yalnız qurbana dəydiyi üçün parçalanmayıb; və Carlo Giuliani-nin əlində yanğınsöndürən olan şəkli o, cipdən təxminən üç metr aralıda ikən çəkilib.
70. Lakin, onlar aşağıdakı məqamlarla bağlı razılıq əldə edə bilməyiblər:
(a) prokurorluğun ekspertlərinin fikrincə, güllə dəydiyi zaman Carlo Giuliani cipdən 1.75 metr aralıda idi (Giuliani ailəsini təmsil edən ekspertlərin fikrincə təxminən 3 metr aralıda);
(b) Prokurorluğu təmsil edən ekspertlərin fikrinə zidd olaraq Giuliani ailəsini təmsil edən ekspertlərin fikrincə atəş, daş fotoşəkildə görüntülənə bildiyi ana qədər açılmışdı.
71. Tərəflər güllənin qurbana dəyənə qədər parçalandığına dair fikirlə bağlı razılığa gəldiklərinə görə, prokuror belə nəticəyə gəlib ki, onlar güllənin hansı səbəblərdən parçalandığı barədə də razılığa gəliblər və ərizəçilər “aralıq cisim nəzəriyyəsini” qəbul ediblər. Güllənin parçalanmasının səbəblərinə dair ehtimal edilən və ərizəçilər tərəfindən irəli sürülən digər izahatların – məsələn güllənin manipulyasiyası və ya istehsal qüsuru - ərizəçilərin özləri tərəfindən daha az ehtimal edilən hesab olunub. Buna görə də prokurorun fikrincə onları etibarlı izahatlar kimi qəbul etmək mümkün deyildi.
72. İstintaq uzunmüddətli olmuşdur və buna səbəb, əsasən bəzi məhkəmə-tibb ekspert rəylərinin gecikdirilməsi, meyitin yarılmasına dair rəyin “səthi xarakteri” və ekspertlərdən biri c-b Cantarella tərəfindən yol verilmiş səhvlər olmuşdur. Buna baxmayaraq, burada bütün müvafiq məsələlər təfərrüatlı şəkildə işıqlandırılmış və belə nəticəyə gəlinmişdir ki, güllənin yuxarı istiqamətdə atılması və daşa dəyərək istiqamətini dəyişməsinə dair fərziyyə “ən inandırıcı fərziyyədir”. Lakin, istintaq materialları arasında kifayət qədər sübut yox idi ki, M.P.-nin sadəcə nümayişçiləri dağıtmaq, yoxsa qəsdən onlardan birini və ya bir neçəsini öldürmək məqsədilə atəş açdığını müəyyən etmək mümkün olsun. Burada ehtimal edilən üç versiya mövcud idi və “məsələni əminliklə müəyyən etmək ümumiyyətlə mümkün deyildi”. Ehtimal edilən versiyalar aşağıdakılar idi:
– atəş nümayişçiləri qorxutmaq məqsədilə açılmışdı və buna görə də söhbət etinasızlıq üzündən ölümə səbəb olmadan gedirdi;
– M.P. hücumu dayandırmaq məqsədilə atəş açmışdı və kimi isə öldürə biləcəyi riskini qəbul etmişdi; bu o, demək ola bilərdi ki, burada söhbət qəsdən adamöldürmədən gedir;
– M.P. Carlo Giuliani-ni nişan almışdı; bu da qəsdən adam öldürmə kimi qiymətləndirilə bilərdi.
Prokurorun fikrincə, istintaq materiallarına daxil olan dəlillər üçüncü ehtimalın istisna edilməsinə şərait yaradırdı.
73. Prokuror daha sonra hesab etmişdir ki, güllənin daşla toqquşması faktı M.P.-nin hərəkətləri və Carlo Giuliani-nin ölümü arasında səbəbi-əlaqə yaratmaq üçün əsas deyildi. Həmin əlaqənin qalmaqda olduğunu nəzərə aldıqda, M.P.-nin özünü müdafiə qismində hərəkət edib-etmədiyini aydınlaşdırmaq tələb olunurdu.
74. Cipin içindəkilərin fiziki təhlükəsizliyinin təhdid altında olduğu və M.P.-nin “təhlükəyə cavab olaraq reaksiya verdiyi” artıq sübut olunub. Həmin cavab reaksiyası həm zərurilik baxımından, həm də mütənasiblik (proporsionallıq) baxımından təhlil edilməli idi və “sonuncu aspekt daha çox həssaslıq” tələb edirdi.
75. Prokuror belə bir fikir irəli sürüb ki, M.P.-nin başqa heç bir seçimi yox idi və ondan başqa hərəkət edəcəyini gözləmək olmazdı, belə ki, “cip nümayişçilərlə əhatə olunmuşdu [və] və içindəkilərə qarşı zorakılıq (aqressiya) törədiləcəyi açıq-aşkar və şiddətli şəkildə hiss olunurdu”. M.P.-nin öz həyatının təhlükədə olması barədə nəticəyə gəlməsinə bəraət qazandırmaq mümkündür. Tapança hücuma son qoya biləcək bir vasitə idi və M.P.-ni ona təyin edilən silah və ya sursata görə tənqid etmək mümkün olmazdı. Ondan öz silahından istifadə etməkdən çəkinməyi və onun fiziki təhlükəsizliyini təhdid altına alan hücumu qəbul edəcəyini gözləmək olmazdı. Bu mülahizələr işə xitam verilməsi ilə bağlı qərarı əsaslandırırdı.
2. Ərizəçilərin etirazı
76. 2001-ci il dekabrın 10-da ərizəçilər prokurorun işə xitam verilməsinə dair müraciətinə qarşı etiraz (protest) verdilər. Onlar iddia etdilər ki, prokurorluq orqanları özləri istintaqın qüsurlu olduğunu və dəqiqliklə cavablandırılmayan suallar meydana çıxardığını qəbul etdiyinə görə, həqiqəti aşkara çıxarmaq üçün çəkişmə prinsipi əsasında icraatın aparılması zəruri idi. Onların fikrincə, eyni vaxtda M.P.-nin havaya atəş açdığını və özünü-müdafiə məqsədilə hərəkət etdiyini iddia etmək mümkün deyildi, xüsusilə ona görə ki, o, özü qeyd etmişdi ki, atəş açdığı zaman Carlo Giuliani-ni görə bildirdi.
77. Daha sonra ərizəçilər qeyd ediblər ki, onların mübahisələndirdiyi aralıq cisim nəzəriyyəsi hadisələr baş verdikdən bir il sonra irəli sürülmüşdü və obyektiv dəlillərə söykənməyən xalis fərziyyəyə əsaslanırdı. Ehtimal edilən digər izahatlar da mövcud idi.
78. Ərizəçilər eyni zamanda müşahidə ediblər ki, materiallara daxil edilmiş dəlillərə əsasən Carlo Giuliani, cip üzərindən keçdikdən sonra hələ də sağ idi. Onlar vurğulayıblar ki, cipin üzərindən keçməsi ilə bədənə əhəmiyyətli xəsarət yetirilməməsinin qeyd edildiyi meyitin yarılmasına dair rəyin səthi xarakterə malik olması prokurorun özü tərəfindən izah edilmişdi; onlar eyni zamanda bir sıra istintaq hərəkətlərinin aparılmasının carabinieri -yə həvalə edilməsini tənqid ediblər.
79. M.P. və F.C. ilə bağlı məhkəmə prosesinin keçirilməsi tələb olunurdu, əks halda ərizəçilər yeni istintaq hərəkətlərinin, xüsusilə aşağıda qeyd olunmuş tədbirlərin görülməsini xahiş edirdi:
(a) Carlo Giuliani-nin ölümünün vaxtını və səbəbini araşdırmaq məqsədilə məhkəmə-tibb ekspertizası rəyinin hazırlanması və burada xüsusilə, üzərindən cip keçdikdən sonra Carlo Giuliani-nin sağ olub-olmadığının dəqiqləşdirilməsi;
(b) Beldə silahların daşınması ilə bağlı təlimat verilməsini aydınlaşdırmaq məqsədilə polis rəisi De Gennaro və carabiniere Zappia-nın ifadəsini almaq;
(c) güllənin istiqamətini dəyişdirdiyi iddia edilən daşı atan şəxsi müəyyən edib tapmaq;
(d) önə çıxan nümayişçilərin ifadəsinin alınması;
(e) güllələrin ucunun kəsildiyinə dair ifadə verən (bax yuxarıda 63-cü bənd) carabiniere V.M. –nin ifadəsini almaq;
(f) istifadə olunmuş gilizlərlə və hadisələr baş verən zaman Piazza Alimondada olan bütün polis və carabinieri heyəti ilə bağlı ekspertizanın keçirilməsi.
3. Araşdırma aparan hakim qarşısında dinləmə
80. Araşdırma aparan hakim qarşısında dinləmə 17 aprel 2003-cü il tarixində keçirilib. Ərizəçilər öz arqumentlərini irəli sürüblər ki, qurbanın ölümünə səbəb olan güllə istiqamətini dəyişməmiş və məhz bilavasitə ona dəymişdir. Lakin, onlar qəbul ediblər ki, M.P.-nin güllənin təsirini artırmaq üçün ona dəyişiklik etməsinə dair heç bir sübut aşkar edilməyib; bu sadəcə olaraq bir nəzəriyyə idi.
81. Prokurorluğun nümayəndəsi bildirmişdir ki, “[onun fikrincə] razılaşdırıldığı sayılan müəyyən məsələlərlə bağlı əslində razılıq əldə edilməmişdi; əksinə, bu məsələlərlə bağlı fikir ayrılığı mövcud idi”. O, qeyd etmişdir ki, ərizəçilərin eksperti c-b Gentile belə bir faktla razılaşıb ki, güllə Carlo Giuliani-nin bədəninə dəymədən əvvəl zədələnib. Bundan əlavə, c-b Gentile qəbul etmişdir ki, bu zədəyə səbəb olan ehtimallardan biri onun hər hansı bir cisimlə toqquşması və ya gülləyə xas olan qüsur idi və ikinci ehtimal birincidən daha güclü idi.
E. Araşdırma aparan hakimin qərarı
82. 5 may 2003-cü ildə katiblik vasitəsilə verdiyi qərarı ilə Genuyanın araşdırma aparan hakimi prokurorun işə xitam verməsinə icazə vermişdir[1].
1. Faktların müəyyən edilməsi
83. Araşdırma aparan hakim anarxist internet səhifəsində () bir fransız şəxs tərəfindən anonim şəkildə yayımlanmış məlumatlara istinad etmişdir; hakimin fikrincə bu məlumatlar etibarlı idi, belə ki, onlar audiovizual materiallar və şahid ifadələri ilə üst-üstə düşürdü. Sözügedən məlumat Piazza Alimondada baş verən hadisələri və nümayişçilər tərəfindən carabinieri-yə qarşı hücumu təsvir edirdi. Hücuma əllərinə gələni atan nümayişçilər başçılıq edir, onların ardından isə zibil qutularını və konteynerləri mobil barrikada kimi istifadə etmək məqsədilə daşıyanlar gəlirdi. Meydandakı atmosfer “hiddətli” olaraq təsvir edilirdi, hüquq-mühafizə orqanlarının əməkdaşları irəliləyən, müxtəlif cisimləri ataraq dərhal yenilərini götürən kütlənin hücumu altında idi. Carabinieri öz növbəsində göz yaşardıcı qazla atəş açırdı, lakin kontingent nəhayət Piazza Alimondaya, onları müşayiət edən iki cipdən birinin nümayişçilərin əhatəsinə düşdüyü yerə tərəf geri çəkilməyə məcbur oldu. Əllərində dəmir çubuqlar və digər əşyalar tutan nümayişçilər cipə zərbələr endirməyə başladılar və tezliklə onun arxa şüşəsini sındırdılar. Məlumatın müəllifi iki güllə səsi eşidib və cipin içindəki iki carabinieri-dən biri olan şəxsin odlu silah tutan əlini görüb. Cip hərəkət edərək uzaqlaşdıqda və səs-küy sakitləşdikdə o, yerdə başından ciddi xəsarət almış gəncin uzandığını görüb. Müəllif eyni zamanda nümayişçinin ölümünü eşidən bəzi nümayişçilərin qəzəbini təsvir edib.
84. Araşdırma aparan hakim müşahidə edib ki, anonim nümayişçinin təsvir etdikləri istintaqın gəldiyi nəticələrlə üst-üstə düşür; həmin nəticələrə əsasən, təxminən 17.00 radələrində bir qrup nümayişçi Via Caffanın Via Tolemaide ilə kəsişmə nöqtəsində yığışaraq zibil qutularından, supermarket arabalarından və digər cisimlərdən istifadə etməklə barrikada ucaldırdılar. Qrup bu barrikadanın arxasından ilkin olaraq Piazza Alimondanın Via Caffa ilə kəsişdiyi tində mövqe almış və getdikcə sayı artmaqda olan nümayişçiləri dayandırmaq üçün irəli hərəkət etməyə başlayan carabinieri kontingentinə çox saylı daşlar və bərk cisimlər atırdı. F.C. tərəfindən idarə olunan və M.P. və D.R.-ın da içində olduğu iki cipdən biri carabinieri heyətinə qoşuldu; lakin, nümayişçilər zorakı hücumlarını davam etdirərək heyəti geri çəkilməyə məcbur etdilər. Ciplər Piazza Alimondaya tərəf döndülər və orada onlardan biri zibil qutusu ilə toqquşdu. Bir neçə saniyə ərzində nümayişçilər nəqliyyat vasitəsini əhatə edərək ona əllərində olan bütün mümkün əşyalarla zərbə endirməyə və daş atmağa başladılar. İstintaq materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, cipin pəncərə şüşələri atılan daşların, dəmir çubuqlar və taxtalarla endirilən zərbələrin təsiri altında çiling-çiling olmuşdu. Nümayişçilərin cipə qəddar xarakterli hücumu “təsiredici” kimi təsvir olunmuşdu. Atılan daşlardan bəziləri carabinieri üzvlərindən bəzilərinin üzünə və başına dəymişdi və nümayişçilərdən biri, c-b Monai uzun taxta dəyənəyi pəncərələrdən içəri salmışdı və bunun da nəticəsində D.R.-ın sağ çiyni əzilmiş və orada qançırlar əmələ gəlmişdi.
85. Şəkillərdən birində M.P.-nin yanğınsöndürəni özündən kənarlaşdırmağa çalışdığı görünür; böyük ehtimalla bu, onun ayağına ciddi xəsarət yetirən bərk cisim idi. Daha sonrakı şəkillərdə cipin ehtiyat təkəri üzərində silah tutan əl, gənc adamın (Carlo Giuliani) əyilib yerdən yanğınsöndürəni götürməsi (böyük ehtimalla cipin arxa pəncərəsinə doğru atmaq üçün) göstərilirdi. Həmin anda cipin içindən iki dəfə atəş açıldı və gənc adam yerə yıxıldı. Cip hadisə yerindən uzaqlaşa bilənə qədər iki dəfə onun bədəninin üzərindən keçdi.
86. M.P.-nin 20 iyul 2001-ci ildə verdiyi ifadə də daxil olmaqla (bax yuxarıda 34-36-cı bəndlər) mövcud olan bütün dəlillər göstərirdi ki, Carlo Giuliani-nin ölümünə səbəb atılan iki güllədən biri olmuşdur. Araşdırma aparan hakim həmin ifadəni tam olaraq sitat gətirmişdi; həmin ifadədə M.P. panika vəziyyətində olduğunu, ona və D.R.-a yetirilən xəsarətləri və silahını tuşladığı zaman heç kimi görmədiyini, lakin fasiləsiz olaraq atılan daşlardan hücumçuların ətrafda olduğunu anladığını qeyd edirdi. Həmin versiya D.R. və F.C., eləcə də silahlı qüvvələrin digər üzvləri və digər şahidlər tərəfindən verilən ifadələrə uyğun idi. Bundan əlavə, işin materiallarında görünürdü ki, M.P.-nin sağ ayağında, qolunda və başının yuxarısında qançırlar və zədələr var idi; D.R.-ın üzündə sıyrıntı (cırmaq) izləri və çiynində və ayağında qançırlar, F.C.-nin isə müalicəsi on beş gün çəkəcək post-travma pozuntusu var idi (bax yuxarıda 51-53-cü bəndlər).
2. “Aralıq cisim” nəzəriyyəsi
87. Araşdırma aparan hakim qeyd etmişdir ki, istintaq materialları arasında olan dəlillərdən görünür ki, M.P. tərəfindən atılan birinci güllə Carlo Giuliani-nin ölümünə səbəb olmuşdur. Başın arxa (peysər) hissəsindən çıxan güllənin, meyitin yarılmasından əvvəl keçirilmiş skan müayinəsindən göründüyü kimi, gilizinin bir hissəsi ayrılmışdır. Giriş və çıxış yaralarının xüsusiyyətləri ilə birlikdə götürüldükdə bu fakt, prokurorluq tərəfinin ekspertlərini belə bir nəzəriyyə formalaşdırmağa sövq ediblər ki, güllə Carlo Giuliani-yə dəyməzdən əvvəl digər cisimlə toqquşub. Giriş yarası olduqca qeydi-adi formaya malik idi, çıxış yarası və giliz isə kiçik idi, belə ki, güllə impulsunu itirmiş və/və ya parçalanmışdı.
88. Sözügedən güllə 9 mm parabellum giliz içində güllə idi və buna görə də olduqca güclü (təsirli) idi. Güllənin daxil olduğu hissədəki bədən toxumasının az müqavimətli olması ilə birlikdə bu fakt prokurorluq tərəfinin ekspertləri tərəfindən irəli sürülən nəzəriyyənin təsdiq edilməsi üçün istifadə edilib. Bundan əlavə, M.P.-yə verilən (onun adına qeydiyyatdan keçən) güllələrə uyğun gələn “kiçik qurğuşun qırıntısı” qurbanın balaklavasında (başına geydiyi qara maska tipli geyim) üstünə sümük parçacıqları yapışmış halda tapılmışdı. Buna əsasən ehtimal olunurdu ki, güllə sümüyə toxunmadan öncə gilizinin bir hissəsini itirib.
89. Aparılan güllə atışı simulyasiyaları aşkar etmişdir ki, güllənin parçalanmasına səbəb olan aralıq cisim nə qurbanın əlində tutduğu yanğınsöndürən, nə də güllənin içərisindən keçdiyi sümüklərdən biri ola bilməzdi; digər tərəfdən, bu, nümayişçilər tərəfindən cipə atılan çoxsaylı daşlardan biri ola bilərdi. Bu sanki güllənin səsi gəldiyi anda havada daşın parçalanmasını nümayiş etdirən video görüntüləri ilə də sübuta yetirilirdi. Səs və cismin parçalanmasının eyni anda baş verməsi faktı ərizəçilər tərəfindən irəli sürülən, daşın cipin damına dəyərək parçalandığı nəzəriyyəsini daha az inandırıcı edib. Bundan əlavə, qurbanın balaklavasındakı qurğuşun parçasının üzərində tikinti materiallarının izi var idi. Nəhayət, test atışları göstərmişdi ki, güllə dəydiyi zaman tikinti materiallarından ibarət olan cisimlər video çəkilişindəkinə bənzər qaydada “partlamışdılar” və gilizi zədələmişdilər. Aparılan testlər göstərmişdi ki, bu cisimlər nəqliyyat vasitəsinə atıldığı zaman parçalanma fərqli şəkildə baş verir (toz parçalanma ilə eyni vaxtda deyil, ondan sonra və eyni miqdarda çıxmışdı).
90. M.P. tərəfindən açılan ikinci atəş Piazza Alimondada yerləşən kilsənin divarında iz buraxmışdır (5.3 metr yüksəklikdə). Birinci güllə Carlo Giuliani-yə dəyib. Ballistik təhlillər nəticəsində həmin güllənin orijinal trayektoriyasını müəyyən etmək mümkün olmayıb. Buna baxmayaraq, prokurorluq tərəfindən təyin edilən ekspertlər belə bir faktı nəzərə alıblar ki, cipin hündürlüyü 1.96 m idi və video çəkilişdə görünən daş görüntü alınan zaman təqribən 1.9 m hündürlükdə idi. Buna görə də onlar, yerdən 1.9 m hündürlükdə asılmış daşa 1.3 m aralı məsafədə yerləşmiş silahdan bir neçə test atışı keçirmişlər: güllə istiqamətini aşağıya doğru dəyişmiş və “toplama qabına” (silahdan 1.75 m aralıda yerləşmiş) 1.1 və 1.8 m hündürlüklər arasında dəymişdir. Bu məlumatlar hadisələrin canlı şahidi olan bəzi nümayişçilərin dedikləri ilə üst-üstə düşmüşdür; onların verdiyi ifadələrə görə, güllə ilə vurularaq öldürüldüyü zaman qurban cipdən təxminən 2 m aralıda idi. Prokurorluq tərəfinin ekspertləri öz işlərini icra etdikləri zaman bu məlumatlar onların əlində yox idi.
91. Daha sonrakı mülahizələrdə qeyd olunurdu ki, prokurorluq tərəfini təmsil edən ekspertlərin gəldiyi nəticəyə bənzər olaraq, güllə yuxarıya doğru, boyu 1.65 m olan Carlo Giuliani-dən yuxarıya atılmışdır. Daş yerdən 1.9 m hündürlükdə parçalanmışdır.
3. M.P.-nin görmə bucağı
92. M.P.-in görmə bucağı ehtimalən cipin ehtiyat təkəri ilə məhdudlaşdırılmışdı. Buna baxmayaraq, bu məsələni qətiyyətlə qeyd etmək mümkün deyildi, belə ki M.P.-nin üzü çəkilən şəkillərdən heç birində görünmürdü, baxmayaraq ki, həmin şəkillərdə onun silah tutan əlini aydın şəkildə görmək mümkün idi. Lakin, şəkillərə görə ehtimal edilirdi ki, o, özünün də verdiyi ifadələrdə, eləcə də D.R və nümayişçi Predonzani tərəfindən verilmiş ifadələrdə də qeyd edildiyi kimi, yerdə yarı-uzanmış (in posizione semidistesa) və ya büzüşmüş vəziyyətdə idi. Buradan belə nəticə çıxarmaq olar ki, M.P. cipin arxa qapısına yaxın ehtiyat təkərinin altında olan şəxsləri görə bilməzdi və o, nümayişçiləri qorxutmaq məqsədilə atəş açmışdı.
4. M.P.-nin hərəkətlərinin hüquqi cəhətdən səciyyələndirilməsi
93. Beləliklə faktları yenidən canlandıran araşdırma aparan hakim M.P.-nin hərəkətlərinin hüquqi xarakteristikasını verib. Prokurorluq həmin məsələ ilə bağlı iki fərziyyə irəli sürüb (bax yuxarıda 72-ci bənd): (a) M.P. yalnız cipə hücum edənləri qorxutmaq məqsədilə mümkün qədər yüksəklikdə havaya atəş açıb və belə olan halda ona qarşı irəli sürülən ittiham etinasızlıq üzündən adam öldürməyə səbəb olmadan ibarət olmalı idi (omicidio colposo); (b) M.P. kimisə və ya nəyisə nişan almadan hücumun qarşısını almaq məqsədilə atəş açıb və bu halda ona qarşı irəli sürülən iddia “ehtiyatsız davranış üzündən qəsdən adam öldürmə olmalı idi, belə ki, o özü nümayişçilərdən birini vurmaq riskinin mövcud olduğunu qəbul etmişdi.
94. Araşdırma aparan hakimin mövqeyi ondan ibarət olub ki, prokuror tərəfindən irəli sürülən ilk fərziyyə doğru deyil. Əgər M.P. mümkün olan qədər hündürlükdə havaya atəş açsaydı, Cinayət Məcəlləsinin (CM) 53-cü Maddəsi sayəsində onun hərəkətlərinə görə cəza təyin etmək tələb olunmazdı və səbəbi-əlaqə istənilən halda onun nəzarətində olmayan və əvvəlcədən görülə bilməyən amillər, konkret olaraq, güllənin aralıq cismə dəyməsi üzündən dəyişə bilərdi.
95. Digər tərəfdən, əgər prokurorluq tərəfindən irəli sürülən ikinci fərziyyə qəbul edilsəydi, əsaslandırma üçün hər hansı səbəbin mövcud olub-olmadığını aydınlaşdırmaq tələb olunardı (Cinayət Məcəlləsinin 53 və 52-ci Maddələrinə uyğun olaraq silahlardan qanuni şəkildə istifadə və /və ya özünümüdafiə - bax aşağıda 142-144-cü bəndlər) ki, bu da M.P.-nin üzərindən cinayət məsuliyyətini götürər və onun hərəkətlərinə görə cəza təyin edilməsini tələb etməzdi.
5. M.P.-nin öz silahından qanuni şəkildə istifadə edib-etməməsi (CM-nin 53-cü Maddəsi)
96. Araşdırma aparan hakim əvvəlcə silahdan istifadə edilməsinin zəruri olub-olmadığını araşdırıb. CM-nin 53-cü Maddəsini uyğun olaraq (bax aşağıda 143-cü bənd) Dövlət nümayəndələri adi şəxslərlə müqayisədə özünü müdafiə sahəsində daha çox səlahiyyətə malik idilər; əsaslandırma üçün bu səbəb reaksiyanın təhlükəyə mütənasib olması şərtinə deyil, “zəruri” olması şərtinə aid idi. Hətta Dövlət nümayəndələri üçün belə silahdan istifadə etmə ən son vasitə idi (extrema ratio); buna baxmayaraq, Dövlət nümayəndələri onların əvvəlcə görə biləcəyindən daha ağıq nəticələrə səbəb olan hadisələrə görə məsuliyyət daşıya bilməzdilər, belə ki, odlu silahlardan istifadə ilə bağlı belə bir risk həmişə mövcud idi. Ümumi şəkildə qeyd etsək, CM-nin 53-cü Maddəsinə əsasən zorakılığı dəf etmək və ya rəsmi dairələrə göstərilən müqaviməti qırmaq tələb olunduqda gücdən istifadə etməyə icazə verilirdi.
97. M.P. elə vəziyyətə düşmüşdü ki, ictimai asayişi pozmaq məqsədilə keçirilən və carabinieri-ləri hədəf alan ekstremal zorakılıq hərəkətləri ilə üzləşmişdi; carabinieri -lərin təhlükəsizliyi bilavasitə təhdid altında idi. Bununla bağlı araşdırma aparan hakim cipə hücum edən iki nümayişçinin (c-b Predonzani və c-b Monai) ifadələrindən sitat gətirmişdir və hücumun zorakı xarakter daşıdığını bir daha qeyd etmiş və istintaq materialları arasındakı şəkillərə istinad etmişdir. Qurbanın hərəkəti təcrid olunmuş zorakılıq hərəkəti deyil, cipə qarşı bir neçə şəxs tərəfindən törədilən zorakı hücumun bir hissəsi olmuşdur; həmin şəxslər cipin yan tərəflərini tərpədir və ehtimalən arxa qapısını açmağa çalışırdılar.
98. İstintaq materiallarındakı dəlillər M.P.-nin Carlo Giuliani-ni qəsdən nişan aldığı ehtimalını istisna edib; lakin, əgər hətta bunun belə olduğu ehtimal olunsaydı belə, bu hadisənin (işin) xüsusi halları çərçivəsində bu hərəkətə CM-nin 53-cü Maddəsinə əsasən bəraət qazandırmaq mümkün olardı, belə ki, hücum edənlər istiqamətində atəş açmaq qanuna uyğun idi, burada yetiriləcək xəsarəti azaltmaq üçün cəhd göstərmək, məsələn, həyati əhəmiyyət daşıyan orqanları nişan almamaq tələb olunurdu. Nəticədə, odlu silahdan istifadə əsaslandırılmışdı və böyük ehtimalla ciddi mənfi nəticələrə gətirib çıxarmamalı idi, çünki M.P. “qəti şəkildə yuxarı istiqamətdə atəş açmışdı” və güllə Carlo Giuliani-yə ona görə dəymişdi ki, o, öz hərəkət istiqamətini əvvəlcədən görülə bilməyən şəkildə dəyişmişdi.
6. M.P.-nin özünü-müdafiə məqsədilə hərəkət edib-etməməsi (CM-nin 52-ci Maddəsi)
99. Araşdırma aparan hakim daha sonra M.P.-nin özünü-müdafiə məqsədilə hərəkət edib-etmədiyini araşdırmağın zəruri olduğunu hesab etmişdir ki, bu da məsuliyyətdən azad etmək üçün “daha ciddi” test idi. Onun mövqeyi bundan ibarət olmuşdur ki, M.P. onun və həmkarlarının fiziki təhlükəsizliyinin təhdid altında olduğunu düzgün qiymətləndirmişdi və bu təhdid sadəcə Carlo Giuliani tərəfindən deyil, cipə zorakı şəkildə hücum edən kütlə tərəfindən mövcud idi. Düzgün kontekstdə qiymətləndirilməsi üçün M.P.-nin reaksiyası (cavab hərəkəti) məhz həmin hücumla bağlı şəkildə nəzərdən keçirilməli idi. Araşdırma aparan hakim qurbanın ailəsi tərəfindən irəli sürülən belə fərziyyəni rədd edib ki, M.P.-nin başında olan yaraların mənşəyi cipə atılan daşlar deyil, cipin tavanındakı işıqlandırma dəstəyi olub.
100. Hücum edənlərin sayını, istifadə edilən vasitələri, zorakılığın xarakterini, cipin içində olan carabinieri-lərin aldığı xəsarətləri və motor işə düşmədiyinə görə nəqliyyat vasitəsinin meydandan çıxa bilməməsini nəzərə aldırqda M.P.-nin cavab reaksiyası zəruri idi. Cavab reaksiyası zorakılığın səviyyəsinə mütənasib idi.
101. Əgər M.P. silahını çıxararaq iki dəfə atəş açmasaydı, hücum davam edə bilərdi. Əgər M.P.-nin artıq bir dəfə geri itələdiyi yanğınsöndürən cipin üstünə düşsəydi, o, nəqliyyat vasitəsinə, hətta daha da pisi, onun içindəkilərə ciddi xəsarət yetirə bilərdi. Hücum və cavab reaksiyası arasındakı mütənasibliyə gəldikdə, Kasasiya Məhkəməsi müəyyən etmişdir ki, təhdid altında olan maraqlar təqsirləndirilən şəxsin əlində olan vasitələrlə müqayisədə qiymətləndirilməlidir və özünü-müdafiə əsasında bəraət qazandırma, hücum edən şəxsə yetirilən xəsarət təqsirləndirilən şəxsə yetiriləcəyi ehtimal edilən xəsarətdən böyük olduqda belə, mümkündür (bax Kasasiya Məhkəməsi, Birinci Bölmə, 08204 saylı, 13 aprel 1987-ci il tarixli qərar, Catania). Bundan əlavə, mövcud olan şəraitdə verilən cavab reaksiyası yeganə mümkün olan reaksiya idi, o baxımdan ki, hücum edən şəxsə daha az xəsarət yetirəcək digər cavab hərəkətləri təhlükənin önünü almaq üçün yetərli olmaya bilərdi (bax Kasasiya Məhkəməsi, Birinci Bölmə, 02554 saylı, 1 dekabr 1995-ci il tarixli qərar, P.M. və Vellino (P.M. and Vellino)). Hücum altında olan şəxsin istifadə edə biləcəyi yeganə vasitə odlu silah olduğuna görə, şəxs ondan istifadə edib-etməmə ilə bağlı qərar qəbul etməli, havaya və ya torpağa atəş açmalı və ya şəxsə doğru, onun həyati orqanlarını nişan almayacaq şəkildə, yəni öldürmək deyil, xəsarət yetirmək məqsədilə atəş açmaq barədə qərar qəbul etməli idi (bax Kasasiya Məhkəməsinin 20 sentyabr 1982-ci il tarixli qərarı, Tosani).
102. Hazırkı işdə hücuma qarşı çıxmaq üçün M.P.-nin əlində olan yeganə vasitə onun odlu silahı idi. O, silahdan mütənasib şəkildə istifadə etmişdir, belə ki, o, atəş açmazdan əvvəl nümayişçilərın hərəkətlərini dayandırmaq məqsədilə onlara qışqıraraq çıxıb getmələrini söyləmişdir; daha sonra o, yuxarıya doğru atəş açmış və taleyin faciəvi əsintisi (per una tragica fatalità) nəticəsində güllə qurbana dəymişdir. Əgər o, hücum edənlərə xəsarət yetirmək istəsəydi, onda çoxsaylı nümayişçilərin dayandığı cipin yan pəncərəsindən atəş açardı. Belə görünür ki, o, özünü müdafiə məqsədilə atəş açıb. Belə olan təqdirdə, M.P.-nin Carlo Giuliani-ni qismən görə bilməsi (ərizəçilər tərəfindən dəvət olunmuş ekspertlərin irəli sürdüyü və prokurorluq tərəfinin ekspertləri tərəfindən mümkün ola biləcəyinin söyləndiyi kimi) və ya daha çox ehtimal edildiyi kimi, onu görə bilməməsinin və güllənin kimə isə dəyə biləcəyi riskini qəbul edərək olduğu vəziyyətdə mümkün ola biləcək dərəcədə yuxarıya doğru atəş açmasının işə çox az aidiyyatı var idi.
7. F.C.-ya qarşı təqsirləndirici iddialar.
103. Araşdırma aparan hakim həmçinin hesab etmişdir ki, istintaq materiallarına daxil olan dəlillər F.C.-nin üzərində hər hansı cinayət məsuliyyəti olduğunu istisna edirdi, belə ki, məhkəmə-tibb ekspertlərinin göstərdiyi kimi Carlo Giuliani-nin ölümü şübhəsiz olaraq dəqiqələr içində, tapançadan atılan güllənin səbəbi ilə baş vermişdi. Cipin qurbanın bədəni üzərindən keçməsi nəticəsində yalnız göyərtilər meydana gəlmişdi. İstənilən halda, cipin ətrafında yaranmış qarmaqarışıqlıq üzündən F.C. Carlo Giuliani-ni görə və ya onun yerə yıxıldığını müşahidə edə bilməzdi.
8. Ərizəçilərin istintaqın davam etdirilməsinə dair müraciətinin rədd edilməsi
104. Araşdırma aparan hakim ərizəçilərin istintaq hərəkətlərinin davam etdirilməsi ilə bağlı müraciətini rədd etmişdir (bax yuxarıda 79-cu bənd). Rədd etmənin əsaslarını xülasə şəklində aşağıdakı kimi şərh etmək mümkündür:
(a) Cipin bədəni üzərindən keçərkən Carlo Giuliani-nin hələ sağ olub-olmadığını müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası rəyinin hazırlanmasına dair müraciətlə (bax yuxarıda 79(a) bəndi) bağlı aparılmış yoxlamalar artıq dərin və hərtərəfli olmuşdur; bundan əlavə, zərər çəkmiş tərəfə meyitin yarılmasında iştirak etmək üçün öz ekspertlərini dəvət etmək təklif olunmuş, lakin onlar bu imkandan yararlanmamışdırlar. Eyni zamanda, qurbanın bədəni ölümündən demək olar ki, üç gün keçdikdən sonra yandırılmışdır və buna görə də, istənilən əlavə araşdırma aparmaq imkanı aradan qalxmışdır;
(b) Polis rəisi De Gennaro və carabinieri ikinci leytenant Zappianın M.P.-nin içindən silahını çıxardığı növdən olan “beldə gəzdirilən silah qabından” (kobura) (bax yuxarıda 79(b) bəndi) istifadənin qanuna uyğun olub-olmadığı ilə bağlı dindirilməsinə dair müraciətə gəldikdə, aydın idi ki, ictimai asayişin qorunması ilə bağlı hazırlanmış təlimatlar yalnız ümumi xarakter daşıya bilərdi və əməkdaşlara birbaşa hücum edilməsi kimi əvvəlcədən görülə bilinməyən vəziyyətləri əhatə edə bilməzdi. Bundan əlavə, M.P.-nin silahını daşıma tərzi hazırkı işdə məsələyə aid deyildi, belə ki, harada gəzdirdiyindən və ya haradan çıxardığından asılı olmayaraq o, silahından qanunauyğun şəkildə istifadə edə bilərdi;
(c) Güllənin istiqamətini dəyişməsinə səbəb olan daşı atan (bax yuxarıda 79(c) bəndi) şəxsin kim olduğunu müəyyən etməklə bağlı göstərilən istənilən cəhdlər uğursuzluqla nəticələnəcəkdi, belə ki, daşı atan nümayişçinin, atdıqdan sonra onun trayektoriyasını izlədiyini güman etmək həqiqətə uyğun (realistik) olmazdı. İstənilən halda, sözügedən şəxsin kimliyini müəyyən etmək qeyri-mümkün olardı və həmin şəxsin verdiyi ifadələr hakimin əlində olan texniki nəticələrə təsir göstərə bilməzdi;
(d) nümayişçilərdən Monai və Predonzaninin cipin içindəki carabinieri-lərin davranışı, nəqliyyat vasitəsinin yaxınlığında olan nümayişçilərin sayı, cipin içində olan və həqiqətən silahı çəkən şəxs, Carlo Giuliani-nin cipin içində hansı vəziyyətdə olması və ya cipin pəncələrindən neçəsinin sındırıldığına dair dindirilməsi heç bir məqsədə xidmət edə bilməzdi (bax yuxarıda 79(d) bəndi). Həmin şahidlər hadisələrdən qısa müddət sonra, hələ onları yaxşı xatırladıqları zaman ifadə veriblər; ifadələrdə olduqca dəqiq şəkildə ifadə edilmiş təfərrüatlar var idi və daha sonra həmin təfərrüatlar istintaq materiallarının arasına daxil edilmiş video görüntüləri və fotoşəkillərlə öz təsdiqini tapmışdı. Nəhayət, cipin şüşələrindən neçəsinin qırıldığını müəyyən etməyin əhəmiyyəti yox idi, belə ki, onun yan şüşələrindən bəzilərinin və arxa şüşəsinin sındırıldığı məlum idi;
(e) M.P. dediyinin əksinə olaraq, Piazza Alimondada Molotov kokteylləri atıldığına dair iddiaları təsdiq etmək və ya onun tərəfindən çəkilən və prokuror tərəfindən dəvət olunmuş ekspertlərin hadisələrin ballistik üsulla yenidən canlandırılmasının əsaslandığı fotoşəkilləri çəkdiyi zaman nə qədər uzaqlıqda olduğunu müəyyən etmək üçün c-b D’Auria-nın ifadəsini almaq zəruri deyil. Həmin fotoqraf Carlo Giuliani-nin cipin içində yerləşmə nöqtəsini müəyyən etmək üçün yalnız bir başlanğıc nöqtəsi idi, çünki həmin mövqe meydanda olan şəxslərin və orada olan sabit cisimlərin (əşyaların) mövqeyinə əsasən müəyyən edilmişdi. Bundan əlavə, M.P. heç vaxt Piazza Alimondada Molotov kokteylləri atıldığını əminliklə qeyd etməmişdi; o, o sadəcə onların atıla biləcəyindən qorxduğunu dilə gətirmişdi;
(f) serjant-mayor Primaveranın cipin arxa (hatchback) pəncərəsinin nə zaman sındırıldığına dair dindirilməsi ilə bağlı müraciətə gəldikdə, fotoqraflar aydın şəkildə göstərmişdir ki, bu güllə atıldığından kifayət qədər əvvəl baş vermişdi və sonuncu cipin pəncərəsinin sınmasına səbəb olmamışdı; hətta ərizəçilərin dəvət etmək istədikləri şahid məsələni fərqli şəkildə görsəydi belə, bu əldə olunan həmin nəticələri dəyişə bilməzdi;
(g) hadisələr baş verən zaman Piazza Alimondada olan və başlarındakı kaskaya kamera quraşdırılmış iki carabinieri tərəfindən çəkilmiş görüntülər artıq istintaq materialları arasına daxil edilmişdi;
(h) carabinieri V.M.-in güllələrin ucunun kəsildiyi ilə (bax yuxarıda 79(e) bəndi) bağlı dindirilməsindən heç nə əldə etmək mümkün olmazdı. Yalnız ehtimal etmək olardı ki, bu düzgün olmayan təcrübədən istifadə geniş yayılmayıb; istənilən halda, obyektiv testlərə əsaslanan ballistik təhlillərin nəticələri barədə hesabatlar artıq mövcud idi. Bu işdə M.P.-nin həmin təcrübədən istifadə etdiyinə dəlalət edən heç bir göstərici yox idi, belə ki, onun tapançasının sandığında tapılan digər güllələr kifayət qədər normal idi;
(i) cipin ona atılan daşlar və digər bərk cisimlər üzündən zədələndiyinə heç bir şübhə yox idi; buna görə də, nəqliyyat vasitəsinin texniki yoxlamasının keçirilməsinə dair əmr verməyə lüzum yox idi;
(j) hansı silahdan çıxdığını müəyyən etmək məqsədilə tapılan istifadə olunmuş patronlar üzərində aparılan ekspertizalar “heç bir məqsədə xidmət etməzdi”, belə ki, (bax yuxarıda 79(f) bəndi) qurbanın ölümünə səbəb olan güllənin M.P.-nin tapançasından çıxdığı məlum idi; bu M.P.-nin verdiyi ifadələr və ekspertiza tərəfindən aparılan təhlillər nəticəsində öz təsdiqini tapmışdı.
9. Müəyyən istintaq mərhələlərinin aparılmasının carabinieri-yə həvalə olunması
105. Araşdırma aparan hakim istintaqın bir neçə aspektinin aparılmasının carabinieri-yə həvalə olunması və bir çox şahidlər tərəfindən verilən ifadələrin carabinieri üzvlərinin iştirakı ilə dinlənilməsinin düzgün olmadığına dair ərizəçilərin vəkilləri tərəfindən irəli sürülmüş tənqidi rədd edib. Hakim müşahidə etmişdir ki, Piazza Alimondada baş verən hadisələr istintaq materialları arasına daxil edilmiş çox saylı video və foto materiallar, eləcə də hadisə iştirakçılarının özləri tərəfindən verilən ifadələr əsasında bərpa edilmişdi (yenidən canlandırılmışdı) və mümkün olan bütün ssenarilər nəzərdən keçirilmişdi.
106. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Genuya araşdırma aparan hakimi icraata xitam verməyi qərara alıb.
F. Parlament araşdırması
107. 2001-ci il avqust ayının 2-də Senat və Deputatlar Palatasının Spikerləri belə qərara gəldilər ki, Genuyada keçirilən G8 sammiti ilə bağlı baş verən hadisələr Parlamentin hər iki Palatasının konstitusional məsələlər üzrə komitələri tərəfindən araşdırılmalıdır (indagine conoscitiva). Bu məqsədlə, müxtəlif parlament qruplarının nümayəndələrindən ibarət komissiya (“parlament komissiyası”) yaradıldı; komissiyaya on səkkiz Parlament üzvü və elə həmin sayda da senator daxil idi.
108. 8 avqust 2001-ci ildə parlament komissiyası carabinieri Baş Komandanının ifadəsini dinlədi. Ö, xüsusilə qeyd etdi ki, 1200 nəfərdən ibarət əyalət heyətinə yardım etmək üçün 4673 əlavə silahlı qüvvə üzvü və 375 ixtisaslaşmış carabinieri Genuya şəhərinə çağrılmışdı. Genuyada iştirak edən heyətin yalnız 27% hərbi xidmət icra edən yardımçı carabinieri idi (ictimai asayişi qoruma əməliyyatlarında bu nisbət bir qayda olaraq 70% olurdu). Yardımçı carabinieri-lərin əksəriyyəti doqquz və ya on ay idi ki, xidmət keçirdilər və artıq bənzər tapşırıqlarda iştirak etmişdilər. 2001-ci ilin aprelindən başlayaraq Genuyada yerləşdirilməli olan heyətin hamısına ictimai asayişin qorunması tədbirləri və standart avadanlıqdan istifadə ilə bağlı təlim keçirilmişdi. Komanda məşqləri və potensial risklərin müəyyən olunması və şəhərdə planlama ilə bağlı seminarlar təşkil olunmuşdu. Yerləşdirilən bütün heyətə qoruyucu kaskalar, iğtişaşlarda istifadə olunan qalxanlar, dəyənəklər, qaz maskaları və bədənin daha çıx üzdə olan hissələrinin qorunması üçün oda davamlı geyimlər paylanmışdı. Carabiniere-lərdən hər birinə tapança (pistola d’ordinanza) verilmiş və dəstələrə çox saylı göz yaşardıcı qaz qumbarası ayrılmışdı; xüsusi nəqliyyat növlərindən (məsələn, qırmızı zonanı mühafizə etmək üçün yaradılmış sabit maneələri gücləndirmək məqsədilə mobil (səyyar) maneələr quraşdırılmış nəqliyyat vasitələri) başqa 100 zirehli nəqliyyat vasitəsi və 226 qoruyucu barmaqlıq quraşdırılmış nəqliyyat vasitəsi var idi.
109. Carabinieri yüksək komandiri tərəfindən verilən memoranduma əsasən 928 nəfərdən ibarət elit qüvvəsi (aliquota scelta) G8 sammitindən əvvəl Velletri-də təlim keçmiş və burada onlara həm nəzəri (kütlə və müxaliflər qruplarının psixologiyası, ictimai asayişi qoruma üsulları, fövqəladə hallarda hərəkət qaydaları), həm də praktiki (fiziki fəaliyyət, resurslardan, material və avadanlıqdan istifadə, yekun məşğələ və öyrənilənlərin yoxlanması) biliklər verilmişdi. Yerdə qalan qoşunlara ictimai asayişi qorumaqla bağlı üç günlük təlim keçirilmişdi. Qırx səkkiz zabit Genuya şəhərinin planı ilə bağlı informasiya seminarında iştirak etmişdi.
110. 5 sentyabr 2001-ci ildə parlament komissiyası Genuyada keçirilən ictimai asayişi qoruma əməliyyatlarında iştirak edən polis zabiti c-b Lauronun ifadəsini dinlədi (bax yuxarıda 34-cü bənd).
111. C-b Lauro qeyd etmişdir ki. carabinieri boğaz mikrofonları ilə təchiz olunmuşdular ki. bu da onlara bir-biri ilə cəld şəkildə əlaqə saxlamağa imkan verirdi. Cipə olduqca yaxın (təxminən on beş – iyirmi metr aralıda) yerləşmiş hüquq-mühafizə orqanları əməkdaşlarının niyə görə müdaxilə etmədiyinə dair suala cavab olaraq c-b Lauro bildirmişdir ki, əməkdaşlar səhərdən növbədə idilər və gün ərzində artıq bir neçə toqquşmada iştirak etmişdilər. O, əlavə etmişdir ki, hadisələr baş verən zaman yaxınlıqda müdaxilə edə biləcək carabinieri və ya polis dəstələrinin olması onun diqqətini cəlb etməmişdir.
112. İki cipin funksiyalarına gəldikdə c-b Lauro bildirmişdir ki, onlar saat təxminən 16. 00-da təzə təchizat əşyaları gətirmiş və daha sonra geri dönmüş və təqribən bir saat sonra geri qayıtmışdılar ki, yaralı olub-olmadığını aydınlaşdırsınlar. C.b Lauro həmçinin qeyd etmişdir ki, hadisə yerində həkim olmadığına görə o, Carlo Giuliani üçün təcili yardım çağırmalı olub.
113. 20 sentyabr 2001-ci ildə parlament komissiyası araşdırma keçirdikdən sonra üzvlərindən əksəriyyətinin gəldiyi nəticələri əks etdirən hesabatını təqdim etmişdir. Hesabatda Genuyada G8 sammitinin təşkil olunması, sammit ətrafında və bütün dünyada baş verən etiraz hərəkatları ilə bağlı siyasi kontekst və Genuya Sosial Forumuna daxil olan çoxsaylı qurumların və assosiasiyaların üzvləri, ictimai asayişi pozan tədbirlərin qarşısını almaq və nümayişçiləri qəbul etmək üçün hazırlıq işlərinin görülməsi ilə bağlı yaradılmış əlaqələrə toxunulurdu. Həmin dialoqa baxmayaraq etiraz hərəkatı sayı təqribən “10 000” nəfərə çatan zorakı elementləri təcrid edə bilməmişdi; həmin elementlər arasında Qara bloku və özlərini kütlə arasında gizlətməyi bacaran “fürsətçi” fərdləri ayırmaq lazımdır.
114. Əməliyyatda on səkkiz min nəfər hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Orada təxminən 2 000 nümayəndə və 4750 akkreditasiya olunmuş jurnalist iştirak edib; nümayişçilərin sayı on minlərə bərabər olub (yekun nümayişdə 100 000 nəfər iştirak edib). Hüquq-mühafizə orqanları əməkdaşlarının əlaqələndirilməsi və təlimi ilə bağlı seminarlar (Los Anceles polisini təmsil edən təlimçilərin iştirakı ilə) 24 aprel, 18 və 19 iyun tarixlərində keçirilib. Müvafiq qurumlar olduqca böyük gecikmə ilə də olsa, praktiki məşqlərdə iştirak ediblər. İnzibati qurumlar ölümcül olmayan sursatlarla (rezin güllələr də daxil olmaqla) bağlı araşdırma aparıblar, bunun üçün xüsusilə xarici dövlətlərin polis qüvvələrinə tanışlıq səfərləri təşkil edilib. Hakimiyyət orqanlarına məlumat verilib ki, İtaliyada və xaricdə yerləşən anarxist dairələri təmsil edən Qara blok nümayişçilərinin Genuyaya gəlməsi ehtimal edilir. Digər ölkələrin polis qüvvələri ilə əlaqə saxladıqdan sonra 13 və 21 iyul 2001-ci il tarixləri arasında Şengen Sazişlərinin icrasının dayandırılması barədə qərar qəbul olunub. 14 iyul tarixindən başlayaraq İtaliya sərhədlərində müəyyən nümayişçilərin girişinə şərait yaratmaq və zorakı elementlərin girişini əngəlləmək məqsədilə yoxlamalar aparılıb. Bundan əlavə, elə həmin vaxtda 12 iyul 2001-ci il tarixli qərarla Genuya questore şəhərin sammit və nümayişlər keçiriləcək hissələrini müəyyən edib və hər bir ərazidə keçiriləcək təhlükəsizlik tədbirləri ilə bağlı analitik sxemləri hazırlayıb.
115. Parlament komissiyası növbəti olaraq 19, 20 və 21 iyul 2001-ci il tarixlərində hüquq-mühafizə orqanları əməkdaşları və nümayişçilər arasında baş verən toqquşmaları və insidentləri (xüsusilə, parlament komissiyası tərəfindən “hər halda təşkilat və əməliyyat nöqteyi-nəzərindən baş verə biləcək uğursuzluğun ən parlaq misalı” adlandırılan məktəbdə aparılan axtarış zamanı”) araşdırmışdır. Carlo Giuliani-nin ölümünə xüsusilə istinad edən komissiya müşahidə etmişdir ki, carabiniere ölümə səbəb olan gülləni qurban ona tərəf yanğınsöndürəni atmağa hazırlaşarkən atmışdır; sözügedən carabiniere həmin vaxt artıq digər nümayişçi tərəfindən atılan daşla xəsarət almışdı. Cinayət istintaqının davam etməsi faktını nəzərə alaraq komissiya öz təhlilini “faciəyə səbəb olan ümumi vəziyyət” üzərində cəmləşdirməyi, hüquq-mühafizə orqanları kontingentinin üzvləri, onların komandirləri və idarə etmə mərkəzləri arasında əlaqə yaratmaq üçün istifadə edilən rabitə vasitələrini yoxlamağı qərara alırlar ki, müxtəlif yerlər arasındakı əlaqələndirmə səviyyəsini müəyyən etmiş olsunlar. Komissiya həmçinin qeyd etmişdir ki, həyatın itirilməsinə gətirib çıxaran “əsas səbəb” “onların cinayət əməllərinə əsir düşmüş gənclərin həyatını təhlükə altına qoyan ekstremist qruplar tərəfindən törədilən ağılsız zorakılıq hərəkətləri” olmuşdur.
116. Komissiyanın fikrincə, G8 sammitinin ümumilikdə nəticəsi müsbət idi. Əməliyyatların əlaqələndirilməsində müəyyən nöqsanlar aşkar edilsə də, yadda saxlamaq lazım idi ki, hüquq-mühafizə orqanları dinc nümayişçilərdən təcrid olunmayan 6 000 – 9 000 arası zorakı şəxslərlə üzləşməli olmuşdu (komissiya bu məsələ ilə bağlı Genuya Sosial Forumu tərəfindən oynanılan “ikili oyuna” istinad edib). Parlament komissiyası aşağıdakı nəticəyə gəlib:
“Komissiya ... təkrar edir ki, siyasi hərəkatlarda zorakılıqdan bir vasitə kimi istifadə etmək olmaz və istifadə edilməməlidir və qanunun aliliyi demokratik cəmiyyətlərdə fundamental dəyərdir. Eyni zamanda komissiya xüsusilə fərdlərin öz fikirlərini ifadə etməkdə, hətta həbs olunma nəticəsində azadlıqdan məhrum etmə yerlərində olduqda belə, sərbəst olduqlarını nəzərdə tutan konstitusiya prinsiplərinn toxunulmazlığını və vətəndaşların təhlükəsizliyini və ictimai asayişi qorumanın zərurətini vurğulayır; əgər cinayət əməli və ya inzibati xəta təşkil edən əməllər aşkar edilərsə, [komissiya] müvafiq məhkəmə orqanlarını və inzibati qurumların məsuliyyət daşıyan şəxsləri aşkar edərək cəzalandırmalarını tələb edir.”
117. Hökumət Məhkəməyə parlament komissiyası tərəfindən Daxili İşlər Naziri, İctimai Təhlükəsizlik İdarəsinin Baş Direktoru və Maliyyə Polisinin Rəisi (Revenue Police) rəisinin verdiyi ifadələr dinlənən zaman aparılan stenoqramları təqdim etmişdir.
118. 20 sentyabr 2001-ci ildə bir qrup parlament üzvü hökuməti ictimai asayişi qorumaq üçün yerləşdirilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının rezin güllələrlə deyil, həqiqi sursatla təchiz edildiyini izah etməyə çağırıb. Parlament üzvləri rezin güllələrdən istifadə olunmasına tərəfdar idilər və həmin güllələrdən digər ölkələrdə keçirilən tədbirlər zamanı müvəffəqiyyətlə istifadə edildiyini qeyd edirdilər.
119. Hökumətin sözçüsü cavab vermişdir ki, qanunvericilikdə həmin imkanla bağlı heç bir müddəa nəzərdə tutulmayıb və həm də, rezin güllələrin qurbana olduqca ağır xəsarət yetirməyəcəyi sübuta yetirilməyib. Nəhayət, o, qeyd etmişdir ki, ölümcül olmayan silahlardan istifadə imkanı hal-hazırda nəzərdən keçirilir.
120. 2006-cı il iyunun 22-də ərizəçilər Carlo Giuliani-nin ölümü ilə bağlı məruz qaldıqları ziyana görə təzminat almaq məqsədilə Baş Nazirin İdarəsinə (Nazirlər Kabinetinə) müraciət ediblər. Hökumət izah etmişdir ki, bu müraciət həmin əsasla rədd edilmişdir ki, cinayət araşdırması zamanı M.P.-nin özünü müdafiə məqsədilə hərəkət etdiyi aydınlaşıb. Eyni səbəbdən M.P.-yə qarşı heç bir inzibati tədbir görülməyib.
G. “İyirmi beşlərin məhkəmə prosesində” qəbul edilən qərarlar
1. Birinci instansiya məhkəməsinin qərarı
121. 2008-ci il mart ayının 13-də Genuya Rayon Məhkəməsi 20 iyul 2001-ci ildə bir sıra cinayət əməllərinin (cinayət əməli kimi təsnifatlandırılan ziyan, oğurluq, əmlakın dağıdılması, qəsb və hüquq-mühafizə orqanlarına qarşı zorakılıq da daxil olmaqla) törədilməsində ittiham olunan iyirmi beş nümayişçinin məhkəmə prosesinin ardından qəbul etdiyi 14 dekabr 2007-ci il tarixli qərarının əsaslandırılmasını açıqlayıb. 144 dinləmənin keçirildiyi məhkəmə prosesi zamanı Rayon Məhkəməsi, digər məsələlərlə yanaşı çoxsaylı şahidlərin ifadələrini dinləmiş və geniş sayda audiovizual materialı təhlil etmişdir.
122. Rayon Məhkəməsi, digər məsələlərlə yanaşı, müəyyən etmişdir ki, carabinieri tərəfindən Tute Bianche-də olan yürüş iştirakçılarına edilən hücum qanunsuz və özbaşına olmuşdur. Yürüşün keçirilməsinə icazə verilmişdi və nümayiş iştirakçıları carabinieri-yə qarşı hər hansı əhəmiyyətli zorakılıq əməli törətməmişdilər. Carabinieri tərəfindən hücum heç bir ziyanı olmayan yüzlərlə insana qarşı edilmişdi və nümayişçiləri dağıtmaq üçün heç bir əmr verilməmişdi. Daha sonra edilən həmlə də qanunsuz və özbaşına olmuşdu. Həmin həmlənin edilməsi üçün səlahiyyətli zabit tərəfindən əmr verilməmiş və qeyri-zəruri olmuşdur.
123. İstifadə olunan metodlar da qanunsuz olmuşdur. Carabinieri sinə hündürlüyünə göz yaşardıcı qazla atəş açmış, geniş sayda nümayişçiyə nizamsız dəyənəklə (əldə hazırlanmış) xəsarət yetirilmiş və zirehli nəqliyyat vasitələri barrikadaları dağıtmış və kütlənin nümayəndələrini, aydın şəkildə xəsarət yetirmək məqsədilə izləmişdir.
124. Carabinieri-lərin hərəkətlərinin qanunsuz və özbaşına xarakteri göz yaşardıcı qaz atılan zaman və yürüşə hücum edilən zaman nümayişçilərin müqavimət göstərməsini əsaslandırmışdır. Onların müqaviməti saat 3.30-a, yəni carabinieri-lərə hərəkəti dayandırıb yürüşün davam etməsinə imkan yaratmaq əmri gələnə qədər, davam etmişdi. Məhkəmənin fikrincə, təqsirləndirilən şəxslərin hərəkətləri 1944-cü il tarixli, 288 saylı Qanunverici Fərmanın 4-cü Maddəsinin məqsədləri baxımından hüquq-mühafizə orqanları əməkdaşlarının özbaşına hərəkətlərinə “zəruri cavab” idi. 4-cü Maddədə deyilir:
“Cinayət Məcəlləsinin 336, 337, 338, 339, 341, 342 və 343-cü Maddələri (hüquq-mühafizə orqanlarına qarşı göstərilən müxtəlif növ müqavimət hərəkətlərinə görə cəza nəzərdə tutan) Dövlət Nümayəndəsi və ya dövlət hakimiyyətini icra etməyə səlahiyyətləndirilmiş şəxs özbaşına hərəkətlərlə ona həvalə olunmuş səlahiyyətləri aşdıqda və bunun vasitəsilə həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətdikdə , tətbiq olunmamalıdır.”
125. Rayon Məhkəməsi işin materiallarını prokurorluğa göndərməyi qərara alıb, belə ki, c-b Mondelli və digər iki hüquq-mühafizə əməkdaşı tərəfindən verilən ifadələr faktlara uyğun gəlmirdi (o baxımdan ki, nümayişçilər tərəfindən göstərilən aqressiyanın qarşısını almaq üçün hücum etmək zəruri idi).
126. Saat 15.30-dan sonra, nümayişçilər hələ də ədalətsizlik və sui-istifadəyə məruz qaldıqları hisslərini keçirə bilsələr də, onların davranışı artıq müdafiə xarakteri daşımırdı və qisas almaq arzusu ilə idarə olunurdu; buna görə də həmin hərəkətlərə bəraət qazandırmaq olmazdı və onlar cəzalandırılmalı idi.
127. Piazza Alimondadakı hadisələrə təkan verən və polis zabiti Lauro tərəfindən edilmiş həmlə əmri nə qanunsuz, nə də özbaşına idi. Nəticədə, nümayişçilərin carabinieri-lərin izlənməsinə və cipə hücum edilməsinə gətirib çıxaran reaksiyası özünü müdafiə reaksiyası adlandırıla bilməzdi.
128. Cipin içində olan carabinieri-lər linç (qəddarcasına qətl) edilməyə məruz qalacaqlarından qorxuya düşə bilərdilər. Onları əhatə edən nümayişçilərdə Molotov kokteylinin olmaması və buna görə də nəqliyyat vasitəsini yandıra bilməyəcəkləri faktı elə bir faktor idi ki, onu yalnız daha sonradan qiymətləndirmək mümkün olardı. Cipin içində olanları panikaya qapılmaqda günahlandırmaq olmazdı.
129. Carlo Giuliani-yə güllə dəyəndə o, ehtimalən cipdən 4 m aralıda idi. M.P. bildirmişdir ki, o, yalnız nəqliyyat vasitəsinin içində baş verənləri görə bilirdi. Atəş açıldığı zaman o, nəqliyyat vasitəsinin içində ayaqları arxa qapıya doğru uzadılmış vəziyyətdə uzanmışdı. O, D.R.-ı dartaraq öz üstünə çəkmişdi və buna görə də, öz əlini belə görə bilmirdi; o, əlinin nəqliyyat vasitəsinin içində və ya kənarında olduğunu deyə bilməzdi. İstənilən halda, o, yuxarıya doğru atəş açmışdı.
130. Rayon Məhkəməsinin qərarında Carlo Giuliani-nin meyitinin yarılmasını həyata keçirən ekspert Marco Salvi-nin ifadəsinə istinad edilir. C-b Salvi xüsusilə qeyd etmişdir ki, ölümə səbəb olan güllənin trayektoriyası birbaşa atışa dəlalət edirdi və qurbanın bədəninə `sirayət edən metal parçasını tapmaq olduqca çətin olmuşdu. Bədənin skanner aparatı ilə müayinə edilməsi zamanı görüntülənən həmin metal parçası (bax yuxarıda 60-cı bənd) “olduqca kiçik olmalı idi”; onu aşkar etmək üçün ekspertlər beyin toxumasını hissə-hissə nəzərdən keçiriblər, baxmayaraq ki, o, xəsarət görmüş və qanla dolmuşdu. Ekspertlər işlərini davam etdirdikcə, beyin toxuması daha da çox zədələnirdi. Həmin parçanın güllə olmadığını və ballistik təhlillər baxımından heç bir əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, ekspertlər onun az əhəmiyyətli detal olduğuna qərar veriblər (un particolare irrilevante) və axtarışlarını davam etdirməyiblər.
2. Apelyasiya məhkəməsinin qərarı
131. Təqsirləndirilən şəxslərdən iyimi dördü birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. 9 oktyabr 2009-cu il tarixli qərarda (23 dekabr 2009-cu ildə katibliyə təqdim olunub) Genuya Apelyasiya Məhkəməsi Rayon Məhkəməsi tərəfindən müəyyən edilən məhkumluqları qismən qüvvədə saxlayıb, bəzi cəzaları artırıb və cinayət əməllərindən bəzilərinin cinayət təqibi üçün müddətin keçdiyini elan edib.
132. Tute Bianche-da keçirilən yürüşə carabinieri tərəfindən edilən hücuma gəlincə, Apelyasiya Məhkəməsi Rayon Məhkəməsinin qərarını geniş surətdə dəstəkləyib. O, müşahidə etmişdir ki, carabinieri idarəetmə otağından onlara bildirilən marşruta əsasən hərəkət edərək təxminən 10 000 nəfər iştirakçısı olan yürüşlə üzləşmişdir. Yürüşün ön sıraları və ya “kontakt qrupu” aralarında əsasən parlament üzvləri, merlər, incəsənət xadimləri və jurnalistlər olan təqribən iyirmi nəfərdən ibarət idi. Onların arxasında bir-birinə birləşmiş qoruyucu cihazlar, onların da arxasından kaskalar və çiyin və qol qoruyucuları ilə təchiz olunmuş nümayişçilərdən ibarət “prosesin başı”gəlirdi. Yürüş heç bir toqquşma səhnəsi ilə üzləşməmiş, sadəcə olaraq heç bir maneəyə rast gəlmədən təqribən iki kilometr qət etmişdi. Qoruyucu avadanlıq onu göstərirdi ki, qaba alətlər daşımasalar da, nümayişçilər ehtimal edilən toqquşmalara hazır idilər.
133. Belə olan şəraitdə zabitlər Bruno və Mondellinin niyə görə yürüşə hücum etmək qərarına gəldiklərini başa düşmək çətin idi. Onlar bununla bağlı heç bir əmr almamışdılar; tam tərsinə, onlardan yürüşçülərin yolu ilə kəsişməmək xahiş olunmuşdu. Hücumun baş verməsinə dair xəbər idarəetmə otağında narazılıq qışqırıqları ilə qarşılandı.
134. Carabinieri təcili olaraq Marassi Həbsxanasının yanına hüquq-mühafizə orqanlarının Qara Blokun hücumuna məruz qaldığı yerə müdaxilə etmək üçün çağrıldı. Buna müvafiq olaraq, onlar yürüşlə üzləşdikdə keçmək istədikləri yol ayrıcını və tuneli təmizləməyə cəhd etdilər. “Neytral” olduğu hesab edilən və buna görə də etibarlı sayılan jurnalistlərdən birinin şahid ifadələrinə əsasən, yürüşə əks istiqamətdən gələn və Qara Bloka mənsub olan gənclər carabinieri-lərə daşlar atmağa başladırlar; bunun müqabilində c-b Bruno tərəfindən göz yaşardıcı qaz ilə atəş açmaq əmri gəlmişdi. Apelyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, carabinieri tərəfindən atılan atəş qanunsuz olsa da, onlar Qara Blok tərəfindən qanunsuz olaraq həyata keçirilən zorakılıq əməli kimi xarakterizə olunan vəziyyətə müdaxilə etmək üçün çağrılmışdılar; onların üzləşdikləri Qara Blok üzvləri şəhərin digər yerlərində qarışıqlıq yaratmış və carabinieri-nin keçməli olduqları yol ayrıcı kütlə tərəfindən tutulmuşdu, tuneldə isə barrikadalar var idi.
135. Apelyasiya Məhkəməsinin fikrincə, Rayon Məhkəməsi düzgün olaraq carabinieri tərəfindən edilmiş aşağıdakı hərəkətlərin qanunsuz olduğunu müəyyən etmişdi:
(a) sinə hündürlüyünə gözyaşardıcı qaz ilə atəş açılması;
(b) narahatlıq yaratmayan və yalnız qırmızı zonaya daha çox irəlidə, Piazza Verdidə daxil ola biləcək nümayişçilərin dağıdılmasının əmr edilməməsi;
(c) silahlanmamış nümayişçilərdən ibarət yürüşə hücum edilməsi. Qara Blok şəhərin digər yerlərində ciddi iğtişaşlar törədərkən, onların yürüş iştirakçıları tərəfindən “ört-basdır edilməsi”, yəni vandalizm aktları törətmiş şəxslərin həmin aktları törətdikdən əvvəl və ya sonra yürüş iştirakçıları arasında gizləndiyinə dair heç bir sübut yox idi.
136. Bundan əlavə, aşağıdakı formada özbaşına hərəkətlər baş vermişdir: nizamsız dəyənəklərdən (manganelli) (üzərinə yapışqanlı lent bərkidilmiş taxta və ya dəmir parçası, ağır kəsik və qanamalara səbəb olur) istifadə; nümayişçilərə “qəfil hücumlar” etmək, bəzi hallarda onların yüksək sürətlə səki boyunca qovalanması (Apelyasiya Məhkəməsi müşahidə etmişdir ki, nəqliyyat vasitələrinin əyləcləri kifayət qədər təhlükəsiz deyildi və onlardan biri bir nümayişçini ziq-zaq formasında təqib etmiş, sanki onun üstündən keçməyə çalışmışdı); nümayişçilərin, jurnalistlərin və təcili yardım avtomaşını sürücüsünün döyülməsi və onlara həddən artıq xəsarət yetirilməsi.
137. Qanunsuz və özbaşına hücum nümayişçilər tərəfindən elə bir cavab reaksiyasına səbəb olmuşdu ki, həmin reaksiyaya görə 1944-cü il tarixli, 288 saylı Qanunverici Fərmanın 4-cü Maddəsində nəzərdə tutulmuş təminatlar əsasında cəza verilməməliydi. Lakin, carabinieri çəkildikdən və zirehli nəqliyyat vasitəsi sıradan çıxdıqdan sonra nümayişçilər artıq təhlükə altında deyildilər. Buna görə də, nəqliyyat vasitəsinə və onun içindəkilərə hücum özünü müdafiə hərəkəti təşkil etmirdi və qisas xarakteri daşıyırdı. Həmin andan başlayaraq Tute Bianche toplaşma və etiraz etmə hüquqlarını “geriyə tələb etdilər” və daha sonra onlar tərəfindən törədilən istənilən zorakılıq və vandalizm aktı ki, buraya zirehli nəqliyyat vasitəsinə hücum da daxildir, cinayət əməli sayılır.
138. Apelyasiya Məhkəməsi Rayon məhkəməsinin belə bir mülahizəsini dəstəkləmişdir ki, yürüşdə iştirak edənlər cinayət ziyanı əməlində təqsirli sayılmırdılar. Dəyən ziyan az əhəmiyyətli olmuşdu və carabinieri-lərə müqavimət göstərmək üçün istifadə edilən cisimlərin istifadəsindən irəli gəlmişdi (avtomaşınlar və zibil qutuları). Qara Blokdan fərqli olaraq Tute Bianche küçələrə qarşı olduqları sistemin simvollarını daşıyan bütün dövlət və özəl əmlakları darmadağın etmək üçün çıxmamışdılar. “Narahat doğuran olsa da”, ön sırada olan nümayişçilərin qoruma geyimləri geyinməsi onların zorakılıq hərəkətlərində iştirak etmək niyyətində olduqları ilə bağlı ehtimal doğura bilməzdi.
H. Tərəflərin təqdim etdiyi audiovizual materiallar
139. Məhkəmə araşdırması zamanı tərəflər geniş həcmdə audiovizual materiallar təqdim ediblər. Hökumət və ərizəçilər tərəfindən 28 iyun və 9 iyul 2009-cu ildə təqdim edilən CD-ROM-lar müvafiq olaraq Böyük Palatanın hakimləri tərəfindən 27 sentyabr 2010-cu ildə nəzərdən keçirilib (bax yuxarıda 9-cu bənd). Burada 20 iyul 2001-ci ildə Genuyada keçirilən nümayişlərin bir neçə mərhələsi nümayiş etdirliir və Carlo Giuliani-nin ölümünə səbəb olan güllənin atılmasından əvvəl və sonra baş verən məqamları göstərilir. Həmin materiallarda eyni zamanda nümayişçilər tərəfindən törədilən zorakı hərəkətlər (daşların atılması, hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlar, küçələrdə polis və carabinieri-lərə qarşı vandalizm aktlarının törədilməsi) və dövlət orqanlarının əməkdaşları tərəfindən göstərilən zorakılıq hərəkətləri göstərilir. Bu videoyazılar zirehli polis avtomaşınlarının yüksək sürətlə səki boyunca nümayişçilərin ardından getməsi və polis əməkdaşlarının yerdə uzanan nümayişçini döydüyünü göstərir. Ərizəçilərin CD‑ROM-unda həmçinin c-b Lauronun ifadəsindən və M.P. televiziyada göstərilən müsahibəsindən parçalar vardır.
I. Hökumət tərəfindən təqdim edilmiş inzibati sənədlər
140. Hökumət polis qurumları, daxili İşlər Nazirliyi və deputatlar Palatasından bir sıra inzibati sənədlər təqdim etmişdir. Bu işə aidiyyatı olan sənədlərdə aşağıdakılar qeyd olunub:
– 6 fevral 2001-ci ildə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi bütün questori-lərə məktub göndərərək onlara “göz yaşardıcı qazdan yalnız son vasitə kimi və başqa şəkildə idarə oluna bilinməyən olduqca ciddi və ağır vəziyyətlərdə” istifadə edilməlidir”;
– Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi “Dövlət polisi heyəti üçün məlumat kitabçası” hazırlamış və oraya Genuya G8 zamanı davranış qaydaları daxil edilmişdir;
– 17 iyul 2001-ci ildə - G8 dən əvvəl də olsa – Daxili İşlər Naziri Deputatlar Palatasına “Genuyada ictimai asayişlər bağlı vəziyyətə” dair məlumat vermişdir;
– 23 iyul 2001-ci ildə eyni Nazir Parlament qarşısında “G8 sammiti zamanı Genuyada baş verən ciddi insidentlər” mövzusunda çıxış etmişdir;
– 30 və 31 iyul 2001-ci ildə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi 21 iyul 2001-ci ildə gecə nümayişçilər tərəfindən zəbt olunmuş məktəbdə və polis tərəfindən saxlananların olduğu polis şöbəsində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının davranışı ilə bağlı hesabatlar təqdim etmişdir. Bir neçə polis əməkdaşı və Genuya questore-sına qarşı inzibati tədbirlərin görülməsi təklif olunub;
– 6 avqust 2001-ci ildə regionlararası polis direktorluğu polis rəisinə Genuya questore-sında aparılan inzibati yoxlamanın nəticələrini göndərmişdir; orada G8 zamanı müəyyən təşkilati problemlərin mövcudluğu qeyd edilir və audiovizual materiallarda göstərilən hüquq-mühafizə orqanları tərəfindən törədilən on üç potensial olaraq cəzalandırıla bilən insident” təhlil olunurdu; o, insidentlərdən heç biri M.P. tərəfindən güc tətbiq edilməsinə aid deyildi.
141. Hökumət həmçinin Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin 4 oktyabr 2010-cu il tarixli memorandumunu təqdim etmişdi; həmin memoranduma əsasən G8 sammiti zamanı təhlükəsizliyi təmin etmək üçün Genuyada təqribən 18 000 hüquq-mühafizə orqanı əməkdaşı yerləşdirilmişdi. Xüsusilə, Dövlət 11 352 “polis operatoru” (polis zabitləri, carabinieri, maliyyə polisi əməkdaşları, meşə polisi və həbsxana əməkdaşları) da daxil olmaqla, 14 102 “gücləndirmə və 2 750 nəfər silahlı qüvvə üzvü cəlb etmişdi. 11,352 “polis operatorundan” 128-i elit hissələrə, 2510 polis əməkdaşları və 1,980 carabinieri isə ictimai-asayişi qorumaq tədbirlərində iştirak etmək üçün təlim keçmiş və təchiz edilmiş “səyyar qüvvələrə” (reparti mobile) aid idi. İctimai Təhlükəsizlik İdarəsi qeyd etmişdir ki, 2001-ci ilin mart ayından başlayaraq o, G8 sammiti zamanı iştirak edəcək heyət üçün xüsusi olaraq nəzərdə tutulmuş təlim proqramı hazırlamışdır ki, burada da məqsəd ictimai-asayişin qorunmasının demokratiya və əsas hüquqlara hörmət əsasında idarə olunmasını təmin etməkdən ibarətdir (təlim kurslarının iştirakçılarına xatırladılırdı ki, güc tətbiq edilməsi yalnız son vasitədir). Qabaqcıl təlim seminarları da təşkil olunmuşdu və həmin tədbirlər zamanı G8 sammiti kimi tədbirlərin dinamikası təhlil edilmişdi.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. “Bəraət qazandırma üçün əsaslar”
142. Cinayət Məcəlləsi (“CM”) fərdlərin cinayət məsuliyyətindən azad oluna bildiyi halları (cause di giustificazione or scriminanti) nəzərdə tutur və qanunvericiliyə əsasən cinayət əməli sayılan hərəkətlər üçün cəza verilməməsini təmin edir. Bəraət qazandırmaq üçün ehtimal edilən əsaslar silahlardan qanuni şəkildə istifadə və özünü-müdafiə tədbirləridir.
1. Silahlardan qanuni istifadə
143. CM-nin 53-cü Maddəsinə əsasən aşağıdakılara cəza tətbiq edilməməlidir
“öz rəsmi vəzifələrini icra edərkən silahlardan və ya fiziki güclə bağlı digər vasitələrdən istifadə edən və ya onların tətbiq edilməsi ilə bağlı əmr verən dövlət nümayəndəsi, əgər o, zorakılıq aktını yatırmaq və ya hakimiyyət orqanlarına müqavimət göstərilməsini aradan qaldırmaq məqsədilə bunu etmək onun vəzifəsidirsə. İstənilən halda, o, bu hərəkətləri qırğın, gəmi qəzası, daşqın, hava nəqliyyatı və ya dəmir yolu qəzaları, qəsdən adam öldürmə, silahlı soyğun və ya adam qaçırma kimi əməllərin qarşısını almaq məqsədilə etmişdirsə, məsuliyyət daşımamalıdır ... Qanunda silah və ya digər fiziki güc vasitələrindən qanuni şəkildə istifadə edildiyi digər hallar da nəzərdə tutulub.”
2. Özünümüdafiə
144. CM-nin 52-ci maddəsi aşağıdakılara cəza tətbiq edilməməsini nəzərdə tutur
“həqiqi təhlükəyə və ya ədalətsiz hücuma qarşı öz hüquqlarını və ya digərlərinin hüquqlarını müdafiə etmək məcburiyyətində qalmışdırsa, bu şərtlə ki, müdafiə reaksiyası hücuma mütənasib olsun.”
3. Etinasız aşma
145. CM-nin 55-ci Maddəsinə əsasən digər məsələlərlə yanaşı özünümüdafiə və ya silahlardan qanuni istifadə zamanı sözügedən şəxs etinasızlıq nəticəsində (colposamente) qanun və ya səlahiyyətli orqan tərəfindən nəzərdə tutulmuş və ya zəruriyyətdən irəli gələn məhdudiyyətləri aşmışdırsa, onun hərəkətləri etinasız davranış kimi qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır.
B. İctimai asayişi idarə edən müddəalar
146. 18 iyun 1931-ci il tarixli (773 saylı) İctimai Təhlükəsizlik Məcəlləsinin (Testo Unico) 18-24-cü Maddələri ictimai yerlərdə keçirilən və ya ictimaiyyətə açıq olan toplantıları və yığıncaqları idarə edir. Belə toplantı ictimai təhlükəsizliyi və ya asayişi təhlükə altına aldıqda və ya pozuntular törədilən hallarda, toplantı dağıdıla bilər. Dağıdılmazdan əvvəl, hüquq-mühafizə orqanları onun iştirakçılarından dağılışmağı xahiş etməlidir. Əgər bu xahişə əməl olunmazsa, kütləyə dağılışmaqla bağlı üç dəfə rəsmi xəbərdarlıq edilməlidir. Əgər bu dəfə də əməl olunmazsa və ya müqavimət göstərilərsə polis əməkdaşları və ya carabinieri yığıncaq və ya toplantının güc tətbiq edilməklə dağıdılmasını əmr edə bilərlər. Bu əmr polis və silahlı qüvvələrin yüksək rütbəli zabitlərinin rəhbərliyi altında icra olunur. Toplantını dağıdılmasına dair əmrə tabe olmaqdan imtinaya görə cəza olaraq 1 ay ilə 1 il arasında azadlıqdan məhrumetmə və 30 və 413 avro arasında cərimə təyin edilə bilər.
C. Silahlardan istifadəni idarə edən qaydalar
147. 2001-ci ilin fevralında Daxili İşlər Naziri questori üçün içində gözyaşardıcı qaz və dəyənəklərdən (sfollagente) istifadə üzrə ümumi müddəalar olan direktiv buraxmışdır. Belə vasitələrdən istifadə ilə bağlı xidmətin başçısı questore ilə məsləhətləşmədən sonra aydın əmr verilməlidir. Heyətə bu barədə məlumat verilməlidir.
148. Bundan əlavə, 5 oktyabr 1991-ci il tarixli 359 saylı Prezident Fərmanı “ictimai təhlükəsizlik qurumları və Dövlət polisinə verilməli olan silahlar üzrə meyarlar”ı nəzərdə tutur. Fərmanda standart silah olaraq verilən müxtəlif silahlar təsvir edilir (10 – 32-ci Maddələr) və “fərdi silahlar” və “kollektiv silahlar” arasında fərq qoyur. Fərdi silahlar xidmət müddəti ərzində şəxsin adına qeydiyyatdan keçmiş tapançadan ibarətdir (3-cü Maddənin 2-ci bəndi). O, silahı daşımalı, ona qulluq etməli, bütün vaxtlar və vəziyyətlər üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinə əməl etməli və rəsmi qurumlar tərəfindən təşkil edilmiş atəş açma təlimlərində iştirak etməlidirlər. (6-cı Maddənin 1-ci bəndi).
149. 32-ci Maddədə nəzərdə tutulur ki, hakimiyyət trankvilizator maddəli silahlar verə bilər (proiettili narcotizzanti)” və zəruri və təcili hallarda Daxili İşlər Naziri standart silahlardan fərqli olaraq xüsusi silahlardan istifadə üzrə təlim keçmiş polis əməkdaşlarına həmin silahlardan istifadə etməyə icazə verə bilər, bu şərtlə ki, həmin silahlar yoxlanmış və standart silahların hücum potensialını keçməmiş olsun (37-ci Maddə). Yuxarıda göstərilən fərman daha sonra nəzərdə tutur ki, standart silahlar ictimai asayişi və təhlükəsizliyi qorumaq, cinayət əməllərinin qarşısını almaq və digər institusional tələblərə uyğun və mütənasib olmalıdır (1-ci Maddə).
D. İbtidai istintaq zamanı və prokuror tərəfindən istintaqa xitam verilməsinə dair qərar qəbul edildikdən sonra zərər çəkmiş tərəfin hüquqları
150. Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 79-cu Maddəsinə əsasən zərərçəkmiş tərəf ibtidai istintaqdan başlayaraq icraatda mülki tərəf kimi iştirak etməklə bağlı müraciət edə bilər; ibtidai istintaq elə dinləmədir ki, orada hakim təqsirləndirilən şəxs üzərində məhkəmə prosesi keçirilməsinin zəruri olub-olmadığına qərar verir. İlkin dinləmədən əvvəl və ya daha erkən mərhələdə işə xitam verildiyinə görə belə dinləmə keçirilmədikdə zərərçəkmiş tərəf müəyyən hüquqlardan istifadə edə bilər. CPM-nin müvafiq müddəalarında nəzərdə tutulub:
90-cı Maddə
“Zərərçəkmiş tərəf onlara aşkar şəkildə qanun tərəfindən verilmiş hüquq və səlahiyyətlərdən yaralanmalı və bundan əlavə, icraatın istənilən mərhələsində kasasiya məhkəməsindəki icraat istisna olmaqla, sübutun daxil edilməsi ilə bağlı vəsatət qaldıra bilərlər.”
101-ci Maddə
“Zərərçəkmişlər onlara verilmiş hüquq və səlahiyyətləri icra etmək üçün nümayəndə təyin edə bilərlər ...”
359-cu Maddənin 1-ci bəndi
“Prokurorluq təhqiqat ... və ya spesifik vərdişlər tələb edən hər hansı digər texniki əməliyyat aparılmasını əmr etdiyi hallarda, o, ... ekspert təyin edə bilər. Sonuncu iştirak etməkdən imtina edə bilməz.”
360-cı Maddə
“1. 359-cu Maddədə nəzərdə tutulan təhqiqatlar ... dəyişkənliyə məruz qalan vəziyyətdə olan şəxslərə, əşyalara və ya yerlərə aid olduqda, prokuror təqsirləndirilən şəxsə, zərərçəkmişə və vəkillərə təxirəsalınmaz şəkildə ekspertlərin brifinqinin tarixi, vaxtı və yeri, eləcə də ekspertləri təyin etməyin mümkünlüyü barədə məlumat verməlidir.
...
3. Təyin edilən istənilən vəkil təhqiqatlarda iştirak etmək hüququna, müşahidələr etmək və qeyd-şərtləri ifadə etmək hüququna malikdir.”
392-ci Maddə
“1. İbtidai istintaq zamanı prokuror və təqsirləndirilən şəxs hakimə sübutların dərhal təqdim olunması (production of evidence) üçün müraciət edə bilər...
2. Prokuror və təqsirləndirilən şəxs də məhkəmə-tibb ekspertizası tərəfindən yoxlama keçirilməsini tələb edə bilər; bu həmin hallarda baş verir ki, belə ekspertizanın keçirilməsi məhkəmə prosesi zamanı baş verdiyi təqdirdə, həmin prosesi 60 gündən daha artıq müddətə təxirə sala bilsin ... .”
394-cü Maddə
“1. Zərərçəkmiş tərəf prokurordan dəlillərin dərhal təqdim olunmasını(production of evidence) tələb edə bilər.
2. Prokuror həmin tələbi rədd edərsə, o, bu qərarını əsaslandırmalı və zərərçəkmiş tərəfə təqdim etməlidir.”
151. Prokurorun icraata xitam vermək səlahiyyəti yoxdur; o, yalnız bununla bağlı araşdırma aparan hakimə müraciət edə bilər. Zərərçəkmiş tərəf həmin müraciətə qarşı etiraz verə bilər. CPM-nin müvafiq müddəalarında deyilir:
409-cu Maddə
“1. 410-cu Maddədə qeyd olunan etiraz vəsatətinin qaldırıldığı hallar istisna olmaqla, əgər hakim icraata xitam verilməsinə dair müraciəti təmin edirsə o, bununla bağlı əmr verməli, onu əsaslandırmalı və işin materiallarını prokurorluğa qaytarmalıdır. ...
2. Əgər hakim müraciəti rədd edərsə [icraata xitam verilməsinə dair], o, qapalı dinləmə keçirmək üçün tarixi təyin etməli və bu barədə prokurora, təqsirləndirilən şəxsə və zərərçəkmiş tərəfə müvafiq olaraq məlumat verməlidir. Prosedur 127-ci Maddəyə əsasən həyata keçirilməlidir. Sənədlər (işin materialları) dinləmə gününə qədər katibliyə təqdim edilməlidir, onların surəti vəkil tərəfindən alına bilər.
...
4. Dinləmədən sonra, əgər hakim əlavə istintaq hərəkətlərinin keçirilməsini zəruri hesab edərsə, o, prokurora həmin hərəkətlərin təfərrüatını və icrası üçün müəyyən edilən müddəti əks etdirən əmr verməlidir.
5. 4-cü bənddə qeyd edilən şərtlər tətbiq edilmədikdə və hakim icraata xitam verilməsinə dair vəsatəti rədd etdikdə, o, prokurora on gün ərzində ittihamnaməni hazırlaması üçün əmr verməlidir. ...
6. İcraata xitam verilməsinə dair qərardan şikayət Kasasiya Məhkəməsinə yalnız 127-ci Maddənin 5-ci bəndinə əsasən etibarsızlıqla bağlı verilə bilər [xüsusilə, dinləməni qapalı keçirməyə dair prosedur müddəalarına əməl edilməməsinə görə].”
410-cu Maddə
“1. İcraata xitam verilməsinə qarşı etiraz edərkən zərərçəkmiş tərəf istintaqın davam etdirilməsini tələb etməli, həmin tələbi əsaslandırmalı (istintaqın hansı səbəblərdən davam etdirilməli olduğunu göstərməli) və müvafiq dəlillərin işin materiallarına daxil etməsini xahiş etməlidir; bütün bunlar yerinə yetirilmədikdə etiraz qəbul edilməyəcəkdir.
2. Etiraz qəbuledilməz elan edildiyi və ittihamlar öz təsdiqini tapmadığı hallarda, hakim icraata xitam verilməsinə dair əmr verir və işin materiallarını prokurorluğa qaytarır.
...”
E. Meyitin basdırılması və yandırılması
152. CPM-nin icrası ilə bağlı müddəaların 116-cı Maddəsində cinayət əməlinin törədildiyinə dair şübhə olan hallarda ölüm hadisəsinin hərtərəfli surətdə araşdırılması nəzərdə tutulur. Maddədə deyilir:
“Şəxsin törədilmiş cinayət nəticəsində öldüyünə dair şübhələr olduğu halda prokuror ölümün səbəbini təsdiq etməli və əgər zəruri hesab edərsə, Məcəllənin 369-cu Maddəsində nəzərdə tutulmuş prosedura əsasən meyitin yarılmasını əmr etməli və ya sübutun dərhal təqdim olunması (production of evidence) üçün müraciət etməlidir ...
... Prokurorun əmri olmadan cəsədi dəfn etmək (basdırmaq) olmaz.”
153. 285 saylı 10 sentyabr 1990-cı il tarixli Prezident Fərmanının 79-cu Maddəsi ölüm qəfildən və ya şübhəli şəraitdə baş verdiyi hallarda meyitin yandırılmasının prokurorun icazəsinə əsasən həyata keçirilməsini nəzərdə tutur.
III. MÜVAFİQ BEYNƏLXALQ PRİNSİPLƏR VƏ SƏNƏDLƏR
A. Birləşmiş Millətlər Təşkilatının Hüquq Mühafizə əməkdaşları tərəfindən güc və odlu silah tətbiq edilməsinə dair əsas prinsipləri
154. Bu prinsiplərin (“BMT prinsipləri”) Havanada 27 avqust – 7 sentyabr tarixləri arasında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Cinayətin Qarşısının alınması və Cinayətkarlara qarşı davranışla bağlı səkkizinci konqresi tərəfindən qəbul edilən müvafiq hissələri aşağıdakıları nəzərdə tutur:
“1. Hökumətlər və hüquq-mühafizə orqanları şəxslərə qarşı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən güc və odlu silah tətbiq edilməsinə dair qaydalar və hüquqi-normativ aktlar qəbul etməli və onları icra etməlidirlər.
2. Hökumətlər və hüquq-mühafizə orqanları mümkün qədər geniş sayda vasitələr hazırlamalı və hüquq-mühafizə orqanları əməkdaşlarını güc və odlu silahlardan fərqli şəkildə istifadə edilməsini təmin etmək məqsədilə müxtəlif növ silah və sursatla təchiz etməlidirlər. Buraya, şəxslərin ölümünə və ya xəsarət almasına səbəb olan silahlardan istifadəni məhdudlaşdırmaq məqsədilə müvafiq vəziyyətlərdə istifadəsi nəzərdə tutulmuş və insanı yararsız vəziyyətə salan qeyri-ölümcül silahların işlənib-hazırlanması daxil olmalıdır. Eyni məqsədlə, hər hansı növ silahdan istifadəni azaltmaq üçün hüquq-mühafizə orqanları əməkdaşlarının özünü-müdafiə vasitələri, məsələn, qalxanlar, kaskalar, güllə keçirməyən gödəkçələr və güllə keçirməyən nəqliyyat vasitələri ilə təchiz olunması mümkün olmalıdır.
...
9. Hüquq-mühafizə orqanlarının əməkdaşları özünü və ya başqalarını baş verə biləcək təhlükə, ölüm və ya ağır xəsarət almaqdan müdafiə etmək, həyat üçün ciddi təhlükə törətməklə törədilə biləcək xüsusilə ağır cinayət əməlinin qarşısını almaq, belə təhlükə təşkil edən və hakimiyyət orqanlarına müqavimət göstərən şəxsi həbs etmək və ya onun qaçmasının qarşısını almaq kimi hallar istisna olmaqla, yerdə qalan hallarda odlu silahlardan istifadə etməməli və yalnız həmin məqsədlərə çatmaq üçün daha az ekstremal vasitələr yetərli olmadığında onlara əl atmalıdırlar. İstənilən halda, ölümcül odlu silahlardan qəsdən istifadə edilməsi kiminsə həyatını qorumaq üçün qəti şəkildə tələb edildiyi halda mümkün olmalıdır.
10. 9-cu prinsipdə nəzərdə tutulmuş hallarda, hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini təqdim etməli və odlu silahdan istifadə etmək barədə niyyətlərini aydın şəkildə bəyan etməli və etdikləri xəbərdarlığın müşahidə edilməsi üçün yetərli vaxt verməli; bunun edilməməsinə yalnız o zaman yol vermək olar ki, hüquq-mühafizə orqanları əməkdaşları lüzumsuz risk altına qoyulsun və ya digər şəxslərin həyatı və sağlamlığı üçün ciddi təhlükə mövcud olsun və ya işin hallarına uyğun olaraq həmin xəbərdarlığın edilməsinin heç bir əhəmiyyəti olmasın.
11. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən odlu silahlardan istifadə edilməsinə dair qaydalara aşağıdakı təlimatlar daxil edilməlidir:
(a) Hüquq-mühafizə orqanları əməkdaşlarını odlu silah daşımasına hansı hallarda icazə verildiyinə dair məlumat və icazə verilən odlu silah və sursatların növləri;
(b) Odlu silahlardan yalnız zəruri hallarda və lüzumsuz riski azaltmaq şəklində istifadə edilməsinə dair təlimatlar;
(c) Əsaslandırılmamış xəsarət yetirən və ya əsaslandırılmamış risk təşkil edən odlu silah və sursatlardan istifadənin qadağan edilməsi;
(d) Hüquq-mühafizə orqanları əməkdaşlarının onların adlarına qeydiyyatdan keçmiş silah və sursata görə məsuliyyət daşıdığını təmin edən prosedurlar da daxil olmaqla, odlu silahlara nəzarət, onların saxlanması və qeydiyyatdan keçirilməsinin tənzimlənməsi;
(e) Uyğun olan hallarda, odlu silahlardan atəş açılmasından əvvəl xəbərdarlığın edilməsi;
(f) Hüquq-mühafizə orqanları əməkdaşlarının öz vəzifələrinin icrası zamanı odlu silahdan hər dəfə istifadə etdikdə bu barədə məruzə edilməsi üçün sistemin yaradılması.
...
18. Hökumətlər və hüquq mühafizə orqanları bütün hüquq-mühafizə orqanları əməkdaşlarının düzgün yoxlama prosedurundan keçməsini, öz vəzifələrini effektiv şəkildə icra etmək üçün tələb olunan əxlaqi, psixoloji və fiziki göstəricilərə malik olduqlarını və davamlı və hərtərəfli peşəkar təlim keçdiklərini təmin etməlidirlər. Onların bütün bu tələblərə uyğunluğu müntəzəm olaraq yoxlanmalıdır.
19. Hökumətlər və hüquq-mühafizə orqanları həmin orqanların əməkdaşlarının güc tətbiq edilməsi ilə bağlı təlimdən keçməsi və müvafiq peşəkar standartlara uyğunluqla bağlı sınaqdan keçdiklərini təmin etməlidirlər. Odlu silah daşıması tələb olunan hüquq-mühafizə orqanları əməkdaşlarına həmin silahları daşımaqla bağlı icazə yalnız onların istifadəsi ilə bağlı müvafiq təlim tamamlandıqdan sonra verilməlidir.
20. Hüquq-mühafizə orqanları əməkdaşlarının təlimində Hökumətlər və hüquq-mühafizə orqanları diqqəti əsasən, xüsusilə istintaq prosesi zamanı polis tərəfindən etik davranış və insan hüquqları, münaqişələrin sülh yolu ilə həll olunması da daxil olmaqla güc və odlu silahlardan istifadəyə alternativ olan üsullardan istifadə edilməsi, kütlə davranışının başa düşülməsi və inandırma, danışıqlar və vasitəçilik metodları və texniki vasitələrə yönəltməlidirlər ki, bütün bunlardan da məqsəd güc və odlu silah tətbiq edilməsinin azaldılmasıdır.
...”
B. İşgəncə və qeyri-insani rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (İQK) hesabatı
155. İQK 2004-cü ildə İtaliyaya səfər edib və səfərin nəticəsində hesabat hazırlayıb. 17 aprel 2006-cı ildə dərc edilən bu hesabatın müvafiq hissələrində deyilir:
“14. Hələ 2001-ci ildə İQK İtaliya hakimiyyət dairələri ilə Neapolda (17 mart 2001-ci il) və Genuyada (20-22 iyul 2001-ci il) baş vermiş hadisələrlə bağlı dialoq başlatmışdır. İtaliya hakimiyyəti Komitəni hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı edilən iddialarla bağlı görülən tədbirlərə dair məlumatlandırmağa davam edib. Həmin kontekstdə hakimiyyət səfər zamanı hələ tamamlanmamış məhkəmə və intizam işlərinin siyahısını təqdim edib.
İQK yuxarıda qeyd edilən icraat və proseslərlə bağlı davamlı və müntəzəm olaraq məlumatlandırılmaq niyyətindədir. Bundan əlavə, Komitə gələcəkdə belə hərəkətlərin törədilməsinin qarşısının alınması məqsədilə İtaliya hakimiyyəti tərəfindən görülən tədbirlər barəsində də təfərrüatlı məlumat almaq arzusundadır (məsələn, geniş miqyaslı ictimai asayişi qorumaq tədbirləri ilə bağlı, rəhbər əməkdaşların və əməliyyatçıların təlimi, monitorinq və yoxlama sistemləri).
15. 2000-ci ildə etdiyi səfərlə bağlı hesabatında İQK tövsiyə etmişdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlimlər təşkil edilən zaman, praktiki təlimlərə daha çox insan hüquqları ilə bağlı prinsiplər daxil edilməli (həm ilkin, həm də davam etdirilən təlimlərə) və burada da xüsusi diqqət məsələn, şübhəli şəxslərin tutulması və dindirilməsi kimi riskli vəziyyətlərin idarə olunması kimi məsələlərə yetirilməlidir. Öz cavabında İtaliya hakimiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təşkil edilmiş təlimin “insan hüquqları” komponentinə toxunmaqla ümumi cavablar vermişlər. İQK bu məsələ ilə bağlı daha təfərrüatlı və yenilənmiş məlumatları əldə etmək niyyətindədir ...”
C. Birləşmiş Millətlər Təşkilatının İşgəncələr Əleyhinə Komitəsi (İƏK)
156. Hökumət Tərəf Dövlətlərin BMT-nin İşgəncələrə və digər Qəddar, Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftar və ya Cəza ilə bağlı Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq təqdim etdikləri mülahizələri ilə bağlı xülasə sənədlər hazırlamışdır. İtaliya tərəfindən təqdim edilmiş dördüncü dövri hesabatın (4 may 2004-cü il tarixli) bir qismi “Genuya hadisələrinə” həsr edilmişdir (bax 365 – 395-ci Maddələr). O, xüsusilə parlament komissiyası tərəfindən hazırlanmış hesabatın bəzi müddəalarına əsaslanır (bax yuxarıda 113-116-cı bəndlər). İƏK İtaliyanın dördüncü dövrü hesabatını 4 və 7 may 2007-ci il tarixlərində keçirilmiş 762-ci və 765-ci iclaslarında nəzərdən keçirmiş və özünün 777-ci və 778-ci iclaslarında nəticələr və tövsiyələrdən ibarət sənəd qəbul etmişdir. İƏK hesabatının müvafiq hissələrində deyilir:
“Təlim
15. Komitə Dövlət tərəfindən, hüquq-mühafizə orqanlarının əməkdaşları, penitensiar xidmət işçiləri, sərhəd xidməti və silahlı qüvvələrin üzvləri üçün tərtib etdikləri təlimlərə dair təqdim edilən təfərrüatlı məlumatı yüksək qiymətləndirərək nəzərə alıb. Lakin, Komitə qeyri-zorakı vasitələrdən istifadə, kütləyə nəzarət və güc və odlu silah tətbiq edilməsinə dair təlimin az olmasına təəssüf edir. Bundan əlavə, Komitə təəssüf edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və sərhəd xidmətinin üzvləri üçün təşkil edilən təlim proqramlarının nəticələrinə dair məlumat və keçirilən təlimlərin işgəncə və pis rəftar hallarının azaldılmasında oynadığı rol ilə bağlı məlumat azdır (Mad. 10).
Tərəf Dövlət aşağıdakıları təmin etmək məqsədilə maarifləndirmə proqramları hazırlamalı və yerinə yetirməlidir:
a) Hüquq-mühafizə orqanlarının, sərhəd xidmətinin bütün əməkdaşları və digər müvafiq qurumlarda çalışan bütün heyətin Konvensiyanın müddəaları ilə bağlı məlumatlandırılması, pozuntuların qəbuledilməz olduğu və onlarla bağlı istintaq aparılacağından xəbərdar olması, törədənlərin məsuliyyətə cəlb olunacağı; və
b) Hüquq-mühafizə əməkdaşlarının hamısının qeyri-zorakı vasitələrlə təchiz edilməsi və onlara həmin vasitələrdən istifadə ilə bağlı təlim keçirilməsi və onların güc və odlu silahlardan yalnız qəti surətdə zəruri və mütənasib hallarda istifadə etçəsi. Bu baxımdan İtaliya hakimiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlimlərin təşkil edilməsi və kütləyə nəzarət zamanı onların yerləşdirilməsi, hüquq mühafizə orqanları tərəfindən güc və odlu silah tətbiq edilməsi də daxil olmaqla cari polis təcrübələrini hərtərəfli şəkildə təhlil etməlidirlər.
Bundan əlavə, Komitə tövsiyə edir ki, bütün müvafiq heyətə işgəncə və pis rəftarın əlamətlərini müəyyən edə bilmək üçün xüsusi təlim keçilsin və 1999-cu il tarixli İstanbul protokolu (İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hallarının effektiv araşdırılması ilə bağlı stolüstü kitab) həkimlər üçün təşkil edilən təlimlərin ayrılmaz hissəsi olsun.
Eyni zamanda, tərəf Dövlət işgəncə və pis rəftar hallarının azaldılması məqsədilə keçirilən təlim/maarifləndirmə proqramlarının qiymətləndirilməsi üçün metodologiya işləyib-hazırlamalı və icra etməlidir.
...
Pis rəftar və həddindən artıq gücdən istifadə edilməsi
17. Komitə hüquq-mühafizə orqanları əməkdaşlarının həddən artıq güc və pis rəftar tətbiq etmələrinə dair iddiaların davam etməsindən narahat olduğunu qeyd edir. Bu baxımdan Komitə xüsusilə Üçüncü Qlobal Forum çərçivəsində Neapolda (2001-ci ilin martı) keçirilən və G8 Sammiti kontekstində Genuyada (2001-ci ilin iyulu), eləcə də Val di Susada (2005-ci ilin dekabrı) keçirilən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq güc və pis rəftar tətbiq edilməsinə dair irəli sürülən iddialarla bağlı narahat olduğunu ifadə etmişdir. Komitə eyni zamanda narahatdır ki, belə insidentlərin futbol oyunları zamanı baş verdiyinə dair məlumatlar verilmişdir, lakin qeyd edir ki, bir müddət öncə 41/2007 saylı Qanun qəbul edilmişdir ki, həmin qanun da “Futbol oyunları zamanı baş verən zorakılıq hallarının aradan qaldırılmasına dair təcili tədbirlərin görülməsini” nəzərdə tutur (Mad. 12, 13 və 16).
Komitə tövsiyə edir ki, Tərəf Dövlət aşağıdakılarla bağlı effektiv tədbirlər görsün:
(a) Bütün səviyyədən olan polis qüvvələrinə və penitensiar xidmət əməkdaşlarına işgəncə və pis rəftarın qəbuledilməz olduğu barədə aydın və birmənalı mesajlar vermək və bu məqsədlə bütün əməkdaşlar üçün nəzərdə tutulmuş davranış qaydaları qəbul etmək;
(b) Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən törədilən pis rəftar halları ilə bağlı məlumat verən şəxslərin mümkün hədə-qorxu və qisasdan qorunması; və
(c) Hüquq-mühafizə orqanları əməkdaşlarının yalnız ciddi zərurət olan hallarda və öz vəzifələrini icra etmək üçün tələb olunan dərəcədə güc tətbiq etməsini təmin etmək.
Bundan əlavə, tərəf Dövlət Komitəyə yuxarıda qeyd olunan insidentlərlə bağlı aparılan məhkəmə və intizam icraatları barədə məlumat verməlidir.
18. Komitə 2001-ci ildə Genuyada keçirilən sammitlə bağlı təşkil olunan nümayişlər zamanı polisin badge (yaxa nişanı) taxmadığı ilə bağlı şikayətlərdən narahat olduğunu bildirir, belə ki, bu səbəbdən işgəncə və pis rəftar halları ilə bağlı şikayətlər zamanı həmin əməlləri törədənlər müəyyən etmək mümkün olmayıb (Mad. 12 və 13).
Tərəf Dövlət növbədə olan bütün hüquq-mühafizə orqanları əməkdaşlarının aydın görünən və onları müəyyən etməyə imkan verən nişanlar taxmalarını təmin etməlidir ki, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı müdafiə və fərdi məsuliyyət müəyyən etmək mümkün olsun.
Cəld və qərəzsiz araşdırmalar
19. Komitə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş pis rəftar hallarının sayı, belə işlərlə bağlı Dövlət tərəfindən məhdud sayda araşdırmaların aparılması və istintaqı aparılan işlərlə bağlı olduqca məhdud sayda şəxsin təqsirli bilinməsi ilə bağlı narahat olduğunu bildirir. Komitə narahatlıq hissi ilə bildirir ki, İtaliya Cinayət Məcəlləsində mövcud olmayan və Cinayət Məcəlləsinin digər müddəaları ilə cəzalandırılan işgəncə cinayəti bəzi hallarda vaxt müddəti keçdiyinə görə baxılmaya bilər. Komitə bu fikirdədir ki, işgəncə cinayəti ilə bağlı heç bir vaxt müddəti tətbiq edilə bilməz və tərəf Dövlət tərəfindən vaxt müddətlərinə dəyişiklik ediləcəyinə dair bəyanatı alqışlayır (Mad. 1, 4, 12 və 16).
Komitə tərəf Dövlətə aşağıdakıları etməyi tövsiyə edir:
(a) Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədildiyi iddia edilən bütün işgəncə və pis rəftar hallarının cəld, qərəzsiz və effektiv istintaqının aparılmasını gücləndirmək məqsədilə tədbirlər görmək. Xüsusilə, belə istintaqlar polis tərəfindən və ya polisin rəhbərliyi altında, lakin müstəqil qurum tərəfindən aparılmalıdır. İşgəncə və pis rəftarla bağlı prima facie işlərdə şübhəli bilinən şəxs bir qayda olaraq, proses zamanı, xüsusilə əgər onun istintaqı ləngidə biləcəyinə dair risk mövcuddursa, təxirə salınmalı və ya yenidən təyin edilməlidir;
(b) Konvensiya əsasında qadağan edilmiş pozuntulara görə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları əməkdaşlarının cəzasız qalmasına yol verməmək üçün pozuntu hallarını törədənlərin mühakiməsini keçirmək və təqsirli bilinənləri müvafiq şəkildə cəzalandırmaq; və
(c) Vaxt müddətlərinin keçməsi ilə bağlı qaydalarını və müddəalarını nəzərdən keçirmək və onların Konvensiyanın müddəalarına tam uyğunluğunu təmin etmək, bu məqsədlə ki, işgəncə hərəkətləri, eləcə də işgəncə törətmək cəhdləri və ya hər hansı şəxs tərəfindən işgəncə cinayətində iştirak etməyi təşkil edən hərəkətlərin istintaqı aparılsın, mühakimə edilsin və vaxt müddətləri olmadan cəzalandırılsın.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSIYANIN 2-Cİ MADDƏSININ SUBSTANTIV ASPEKTDƏ (MAHIYYƏT ETIBARI ILƏ) IDDIA EDILƏN POZUNTUSU
157. Ərizəçilər şikayət ediblər ki, Carlo Giuliani hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb və hakimiyyət onun yaşamaq hüququnu təminat altına almayıb. Onlar Konvensiyanın 2-ci Maddəsinə istinad ediblər. Maddədə deyilir:
“Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrum etmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:
a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq
üçün;
c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.”
A. Ölümcül güc tətbiq edilməsinin əsaslı olub-olmaması
158. Ərizəçilər bildiriblər ki, hər şeydən əvvəl işin spesifik halları şəraitində M.P. tərəfindən ölümcül güc tətbiq edilməsi Konvensiyanın 2-ci Maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün “mütləq zərurət” deyildi. Hökumət bu arqumenti mübahisələndirib.
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
159. Ərizəçilər qeyd ediblər ki, onlar heç vaxt “aralıq cisim” nəzəriyyəsini dəstəkləməyiblər. Onların eksperti c-b Gentilenin fikrincə güllə qurbanın bədəninə dəydiyi zaman parçalanmayıb (bax yuxarıda 64-cü bənd). Lakin, güllə olmadığına və “aralıq cismin” ölçüləri və forması bəlli olmadığına görə, güllənin öz trayektoriyası boyunca rastlaşdığı toqquşmanın növü barəsində elmi fərziyyə yaratmaq və onun öz istiqamətini dəyişməsi barəsində fikrə gəlmək mümkün deyildir. Bundan əlavə, ərizəçilər tərəfindən təyin edilmiş digər ekspertlər belə bir fikrə malik olublar ki, daş M.P.- nin atdığı gülləyə deyil, cipə dəydiyi üçün parçalanıb (bax yuxarıda 65-ci bənd).
160. Ərizəçilərin fikrincə, cipin içindəkilərin həyatı təhlükə altında deyildi, çünki həmin nəqliyyat vasitəsi Müdafiəçi cip (Defender jeep) idi, yəni zirehi olmadan belə kifayət qədər möhkəm olan model idi. Bundan əlavə, şəkillərdə görünən nümayişçilərin sayı təqribən on ikidən artıq deyildi. Nümayişçilərin ölümcül silahı yox idi və onlar cipi əhatəyə almamışdılar; audiovizual materiallar göstərirdi ki, nəqliyyat vasitəsinin ön tərəfindən və ya solundan nümayişçi yox idi. Şəkillər vasitəsilə sübuta yetirildiyi kimi, cipin içində iğtişaşlarda istifadə olunan qalxan var idi. M.P. güllə keçirməyən gödəkçə geyinmişdi və yanında iki kaska var idi. Nəhayət, yaxınlıqda digər hüquq-mühafizə orqanları əməkdaşları var idi və M.P. və D.R.-ın aldıqları xəsarətlərin məhz hadisələr zamanı alındığına dair heç bir sübut yox idi.
161. Meyitin yarılmasına dair rəyə əsasən (bax yuxarıda 5-ci bənd) və M.P.-nin özü tərəfindən verilən ifadələrdən də göründüyü kimi, sonuncu aşağıya doğru atəş açmışdır. 20 iyul 2001-ci il tarixində Genuya prokurorluğunun əməkdaşları tərəfindən dindirildiyi zaman M.P. qeyd etmişdi ki, o, nişan aldığı zaman görmə dairəsində heç kim yox idi; o, atılan daşlardan və görə bilmədiyi hücumçulardan xəbərdar idi (bax yuxarıda 36-cı bənd). Həmin şəraitdə M.P.-nin görə bilmədiyi Carlo Giuliani-nin hərəkətlərinə qarşı özünü-müdafiə şəklində necə hərəkət etdiyini təsəvvür etmək çətindir. Nə Carlo Giuliani, nə də digər nümayişçilər silahlı olmadığına görə M.P.-nin cavab reaksiyasının mütənasib olduğunu söyləmək mümkün deyildir.
162. Bundan əlavə, M.P. tərəfindən ziddiyyətli ifadələr verilmişdir. Dindirildiyi ilk iki halda (20 iyul və 11 sentyabr 2001-ci il – bax yuxarıda 36 və 39-cu bəndlər) o, Carlo Giuliani-ni görmədiyini bildirmiş və yuxarıya doğru atəş açdığını bildirməmişdir (ərizəçilərin fikrincə bu, özü-özlüyündə, onun sinə hündürlüyündə atəş açdığını qəbul etməsi idi). Lakin, 1 iyun 2007-ci ildə keçirilən “iyirmi beşlərin” məhkəmə prosesi o, qeyd etmişdir ki, o əlini havaya qaldıraraq atəş açmışdır; bu ifadə müdafiə tərəfindən təqdim olunmuş və onun silahı sinə hündürlüyünə, üfüqü vəziyyətdən aşağıya doğru bucaq altında tuşladığını göstərən şəkillə uyğun gəlmirdi. Nəhayət, 15 noyabr 2007-ci ildə yayımlanan televiziya müsahibəsi zamanı M.P. bildirmişdir ki, “O, mümkün qədər yuxarıya doğru havaya atəş açmağa çalışmış” və Carlo Giuliani-ni hədəf almamışdır və heç vaxt yaxşı atıcı olmamışdır. O, əlavə etmişdir ki, o, Genuya G8-ə getmək istəməyən həmkarını əvəz etmək üçün əvəzedici olaraq göndərilib.
163. Nəhayət, ərizəçilər bildirmişdirlər ki, M.P. odlu silahından istifadə etmək niyyətində olduğuna dair aydın xəbərdarlıq etməmiş və hadisələr zamanı çəkilən fotoşəkillərdən birində cipin sınmış pəncərəsinin iğtişaş qalxanı ilə qorunduğu göstərilmişdir.
(b) Hökumət
164. Hökumət iddia etmişdir ki, aparılan istintaqların nəticələrini və milli məhkəmələrin gəldikləri nəticələri mübahisələndirmək Məhkəmənin vəzifəsi deyildir. Buna müvafiq olaraq, hakimiyyətin Carlo Giuliani-nin həyatını qorumaq üçün öz vəzifələrini yetirib-yetirmədiyinə verilən suala verilən cavab – mənfi cavab –icraata xitam verilməsinə dair vəsatətdə özünü büruzə vermişdir. Öz mövqelərini sübuta yetirmək üçün Hökumət Qrams Almaniyaya qarşı (Grams v. Germany ((dec.), no. 33677/96, ECHR 1999‑VII) işinə və Ramsahai və Başqaları Niderlanda qarşı (Ramsahai and Others v. the Netherlands (no. 52391/99, 10 noyabr 2005) işində hakimlər Thomassen and Zagrebelsky-nin qismən fərqli rəyinə istinad etmiş və Məhkəmədən həmin yanaşmaya əsaslanmağı xahiş etmişdir.
165. Hazırkı işdə həyata qəsdən son qoymaq faktı baş verməmişdi və “gücdən həddindən artıq” istifadə edilməmişdi. Bundan əlavə, M.P. tərəfindən atılan güllə və Carlo Giuliani-nin ölümü arasında səbəbi-əlaqə mövcud olmamışdı. İşi araşdıran hakimin, işə xitam verilməsinə dair qərar qəbul edərkən CM-nin 52 və 53-cü Maddələrinə istinad etməsinə baxmayaraq, o, istisna təşkil edən və əvvəlcədən görülməsi mümkün olmayan hal qismində güllənin daşa dəyərək istiqamətini dəyişdiyini də nəzərdən qaçırmamışdır və bu hal mütənasiblik nöqteyi-nəzərindən qiymətləndirilmişdir. Hökumət buradan belə nəticə çıxarmışdır ki, işə xitam verilməsi ilə M.P.-yə bəraət qazandırılmışdır, belə ki, onun atdığı güllə və Carlo Giuliani-nin ölümü arasındakı səbəbi-əlaqə güllənin daşa dəyməsi və trayektoriyasını dəyişməsi ilə qırılmışdı.
166. İşi araşdıran hakimin fikrincə, M.P. öz təşəbbüsü ilə panika halında və elə bir vəziyyətdə hərəkət etmişdir ki, orada onun həyatı və ya təhlükəsizliyi üçün yaxınlaşan və real risk olduğuna inanmaq üçün bütün əsasları var idi. Bundan əlavə, M.P. Carlo Giuliani və ya başqa bir şəxsi nişan almamışdı. O, yuxarıya doğru, daşa dəyə biləcəyi riskinin olmadığı bir istiqamətdə atəş açmışdı. Carlo Giuliani-nin ölümü qəsdən törədilməmişdi və güc tətbiq edilməsinin bilavasitə nəticəsində baş verməmişdi və istifadə edilən güc potensial olaraq ölümcül deyildi (Hökumət xüsusilə, Skavuzzo-Haqer və Başqaları İsveçrəyə qarşı (Scavuzzo‑Hager and Others v. Switzerland, no. 41773/98, §§ 58 və 60, 7 fevral 2006), və Katlen Styuart Birləşmiş Krallığa qarşı (Kathleen Stewart v. the United Kingdom, no. 10044/82, Komissiyanın 10 iyul 1984-cü il tarixli qərarı, Qərarlar və Hesabatlar (DR) 39) işlərinə istinad etmişdir.
167. Hər iki tərəfin ekspertləri belə bir faktla razılaşıblar ki, güllə qurbanın bədəninə dəydiyi zaman artıq parçalanmışdı. Ərizəçilərin güllənin hansı səbəbdən parçalandığına dair irəli sürdükləri ehtimallar, məsələn, parçalanmaq potensialını artırmaq üçün ona dəyişikliklər edilməsi, və ya istehsal nöqsanının olması kimi ehtimallar ərizəçilərin özləri tərəfindən “ən az ehtimal edilən” kimi qiymətləndirilmişdi (bax yuxarıda 64, 71 və 81-ci bəndlər), və yetərli izahatı təmin edə bilməzdi. Aralıq cisminin müəyyən edilməsinin mümkün olmaması faktı istintaqın nəticələrinə həlledici təsir göstərmək iqtidarında olmayan detal idi.
168. Buna alternativ olaraq Hökumət qeyd etmişdir ki, ölümcül gücdən istifadə olunması “mütləq zəruri” və “mütənasib” olmuşdur. Onlar xüsusilə aşağıdakı elementlərə toxunmuşlar: nümayişçilərə xas olan zorakılığın səviyyəsi və geniş yayılmış olması xüsusiyyəti; sözügedən hadisələr baş verməzdən dərhal əvvəl nümayişçilər tərəfindən carabinieri heyətinə qarşı edilmiş hücumun gücü və həmin anda zorakılığın zirvə nöqtəsinə çatması; sözügedən carabinieri-lərin, xüsusilə M.P.-nin fiziki və psixoloji vəziyyəti; hadisələrin, avtonəqliyyat vasitəsinə hücumdan ölümcül atəş açılmasına qədər son dərəcə qısa müddət ərzində baş verməsi; M.P.-nin yalnız iki dəfə və yuxarıya doğru atəş açması; atəş açdığı zaman M.P.-nin qurbanı görə bilməməsi ehtimalı və ya ən azından, onun görmə dairəsinin kənarı ilə anlaşılmaz şəkildə görməsi; və M.P. və D.R.-a yetirilən xəsarətlər.
169. Hökumətin təqdimatında cipin arxa pəncərəsindən uzadılmış tapançanı göstərən şəklin silahın atəş açılan andakı vəziyyətini göstərdiyi sübuta yetirilməmişdir. M.P. silahını atəş açmazdan ən az bir neçə saniyə əvvəl tuşlamışdı, əli bir neçə santimetr hərəkət etdirmək və ya atəş açılan bucağı bir neçə dərəcə dəyişmək üçün saniyənin yalnız bir hissəsi tələb olunurdu. Buna görə də sözügedən fotoşəkil M.P.-nin Carlo Giuliani-nin ölümündə təqsirli olduğunu sübuta yetirmirdi və əvvəlcədən görülə bilməyən qəza fərziyyəsini təkzib etməyə xidmət etmirdi.
170. Prokurorluq orqanları üçün hadisələr baş verdiyi anda M.P.-nin düşdüyü panika və çaşqınlıq vəziyyətini nəzərə alaraq onun ruhi vəziyyətini və niyyətini obyektiv surətdə müəyyən etmək mümkün deyildi. M.P-nin üzərində olan ləvazimat əynində olan ictimai-asayiş tədbirləri üçün nəzərdə tutulmuş uniformadan, üzünü də qorumaq üçün nəzərdə tutulmuş kaskadan, arxa çantasından, altı böyük göz yaşardıcı qaz qumbarasından, qaz maskası filtrindən və Beretta tapançasından və onun sandığından ibarət idi. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən cipdə iğtişaşlarda istifadə olunan qalxanın olub-olmadığı müəyyən edilməmişdi.
171. M.P.-nin atəş açmaqdan başqa çıxış yolu yox idi, çünki avtonəqliyyatın düşdüyü vəziyyət onun həmin yeri tərk etməsinə imkan vermirdi. Bundan əlavə, cipin içində olan carabinieri içində olduqları panika vəziyyəti, nümayişçilərin zorakı niyyəti və hadisələrin baş vermə sürəti üzündən köməyə çağırmaq iqtidarında deyildilər. İstənilən halda, aradakı məsafəni və hüquq-mühafizə orqanlarının yenidən qruplaşmalı olduqları və özlərinin nümayişçilərlə toqquşmada iştirak etməli olduqları faktını nəzərə alaraq köməyin gəlməsi üçün vaxt yox idi. Hökumət Məhkəməyə təqdim edilmiş audiovizual materiallara istinad etmişdir, onların fikrincə həmin fotoşəkillər göstərirdi ki, əgər M.P. silahından istifadə etməsəydi cipə təqribən yetmiş nəfər nümayişçinin zorakı hücumu onun içindəki carabinieri-dən birinin ölümü ilə nəticələnə bilərdi.
172. Prokurorun icraata xitam verilməsi ilə bağlı müraciəti bütün bu faktorlara favor rei prinsipinə əsaslanırdı: İtaliya qanunvericiliyinə əsasən şübhələr mövcud olduqda və işi məhkəmədə mühakimə etmək mümkün olmadıqda və keçirilən məhkəmə prosesinin əldə olan sübutlara əhəmiyyətli əlavə etməsi ehtimalı olmadıqda icraat davam etdirilməməlidir.
2. Palatanın qərarı
173. Palata müəyyən etmişdir ki, gücdən istifadə olunması qeyri-mütənasib olmamışdır. Bu nəticə əsasən işi araşdıran hakimin icraata xitam vermək üçün istifadə etdiyi əsaslandırmaya söykənmişdi; Palatanın fikrincə həmin qərarda hakim şahid ifadələrinin təfərrüatlı təhlilinə və mövcud olan fotoşəkillər və audiovizual materialların nəzərdən keçirilməsinə istinad etmişdir. Palata əlavə etmişdir ki, atəş açmazdan əvvəl M.P. silahını cipin xaricindən görülə biləcək şəkildə tutmuşdu (bax Palata qərarının 214-227-ci bəndləri).
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
174. Məhkəmə təkrarən qeyd edir ki, 2-ci Maddə Konvensiyanın ən fundamental müddəalarından biri kimi dərəcələndirilir, bu elə bir maddədir ki, orada sülh şəraitində 15-ci Maddəyə uyğun olaraq heç bir geri çəkilməyə yol verilmir. 3-cü Maddə ilə birlikdə bu Maddə Avropa Şurasını təşkil edən demokratik cəmiyyətlərin ən ümdə prinsiplərindən birini ehtiva edir (bax, digər bir sıra səlahiyyətlərlə, Andronikou və Konstantinou Kiprə qarşı (Andronicou and Constantinou v. Cyprus, 9 oktyabr 1997-ci il, § 171, Qəraralar haqqıbda Hesabatlar (Reports of Judgments and Decisions) 1997‑VI), və Solomou və Başqaları Türkiyəyə qarşı (Solomou and Others v. Turkey, no. 36832/97, § 63, 24 iyun 2008-ci il).
175. 2-ci bənddə nəzərdə tutulmuş istisnalar onu göstərir ki, 2-ci Maddə qəsdən adam öldürməni ehtiva edir, lakin yalnız onunla məhdudlaşmır. 2-ci Maddə bütövlükdə götürüldükdə nümayiş etdirir ki, 2-ci bənd əsasən fərdi qəsdən öldürməyə icazə verilən halları təsvir etmir; bu bənddə həmin hallar təsvir edilib ki, orada “güc tətbiqinə” icazə verilir ki, bu da müəyyən hallarda niyyət olmasa da həyatdan məhrum etməyə gətirib çıxara bilər. Lakin gücdən istifadə edilməsi (a), (b) və ya (c) bəndlərində müəyyən edilmiş məqsədlərdən birinə çatmaq üçün “mütləq zəruri” olmalıdır (bax Makkan və Başqaları Birləşmiş Krallığa qarşı (McCann and Others v. the United Kingdom, 27 sentyabr 1995-ci il, § 148, Series A no. 324), və yuxarıda istinad edilmiş Solomou və Başqaları (Solomou and Others), § 64).
176. “Mütləq zərurət” terminindən istifadə göstərir ki, burada Konvensiyanın 8-ci Maddəsindən 11-ci Maddəsinə qədər olan müddəalarının 2-ci bəndlərinin məqsədlərinə çatmaq üçün Dövlətlərdən tələb olunan “demokratik cəmiyyətdə zəruri” testdən daha ciddi və məcburedici test tətbiq edilməlidir. Xüsusilə, tətbiq edilən güc 2-ci Maddənin 2-ci bəndinin (a), (b) və ya (c) yarımbəndlərində müəyyən edilmiş məqsədlərə çatmaq üçün ciddi surətdə mütənasib olmalıdır. Bundan əlavə, bu müddəanın demokratik cəmiyyətdəki əhəmiyyətini nəzərə alaraq Məhkəmə öz qiymətləndirməsini həyata keçirərkən həyatdan məhrum etmə faktlarını, xüsusilə qəsdən ölümcül güc tətbiq edilən halları ən dərin və təfərrüatlı təhlilə məruz qoymalı və bu zaman yalnız gücdən istifadə edən Dövlət nümayəndəsinin hərəkətlərini deyil, eyni zamanda mövcud olan şəraiti, məsələn, təhlil edilən hərəkətlərin planlaşdırılması və onlar üzərindəki nəzarəti də nəzərə almalıdır (bax Makkan və Başqaları (McCann and Others, yuxarıda sitat gətirilib, §§ 147-150), və Andronikou və Konstantinou (Andronicou and Constantinou), yuxarıda sitat gətirilib, § 171; bax həmçinin Avşar Türkiyəyə qarşı (Avşar v. Turkey, no. 25657/94, § 391, ECHR 2001‑VII), və Musayev və Başqaları Rusiyaya qarşı (Musayev and Others v. Russia, nos. 57941/00, 58699/00 and 60403/00, § 142, 26 iyul 2007-ci il).
177. Həyatdan məhrum etməyə icazə verilən hallar konkret və aydın şəkildə izah edilməlidir. Fərdi şəxslərin insan hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuş alət olaraq Konvensiyanın hədəfi və məqsədi həmçinin tələb edir ki, 2-ci Maddə elə bir şəkildə interpretasiya və tətbiq edilsin ki, onun təminatları mümkün olduğu qədər praktiki və effektiv olsun (bax Solomou və Başqaları (Solomou and Others), yuxarıda sitat gətirilib, § 63). Xsusilə, Məhkəmə müəyyən etmişdir ki, atəş açılmasından əvvəl, mümkün olan hallarda, xəbərdaredici atəş açılsın (bax Kalls və Androula Panayi Türkiyəyə qarşı (Kallis and Androulla Panayi v. Turkey, no. 45388/99, § 62, 27 oktyabr 2009-cu il); bax həmçinin, BMT Prinsiplərinin xüsusilə 10-cu bəndi, yuxarıda 154-cü bənd).
178. Dövlət nümayəndələri tərəfindən Konvensiyanın 2-ci Maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş məqsədlərdən birinə çatmaq üçün gücdən istifadə edilməsi bu müddəaya əsasən elə hallarda əsaslandırıla bilər ki, orada hərəkətin həmin anda müsbət niyyətlə edildiyinə, lakin daha sonra onun səhv olduğuna dair səmimi inanc olsun. Başqa şəkildə müəyyən etmək ondan ibarət olardı ki, Dövlətin və onun hüquq-mühafizə orqanlarının üzərinə onların öz vəzifələrinin icrası zamanı qeyri-realist bir yük qoymaq demək olardı ki, bu da onların və digərlərinin həyatlarının pisləşməsinə gətirib çıxarar (bax Makkan və Başqaları (McCann and Others), yuxarıda sitat gətirilib, § 200, və Andronikou və Konstantinou (Andronicou and Constantinou), yuxarıda sitat gətirilib, § 192).
179. Ölümcül gicdən istifadə edilməsinin qanunauyğun olub-olmadığını yoxlamalı olduğu zaman Məhkəmə sözügedən hadisələrdən təcrid olunmuş şəkildə öz həyatına qarşı təhlükənin olduğuna səmimi şəkildə inanan əməkdaşın sözügedən hərəkəti etdiyi zaman içinə düşdüyü vəziyyəti qiymətləndirə bilməz (bax Bubbins Birləşmiş Krallığa qarşı (Bubbins v. the United Kingdom, no. 50196/99, § 139, ECHR 2005‑II)).
180. Məhkəmə həmçinin, konkret işin halları ilə bunu etməyin qaçınılmaz olduğu hallar istisna olmaqla, faktları dəyərləndirən birinci instansiya məhkəməsi rolunu icra etməkdə ehtiyatlı olmalıdır (bax, misal üçün, Makker Birləşmiş Krallığa qarşı (Makker Birləşmiş Krallığa qarşı (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 aprel 2000). Ümumi bir qayda olaraq, ölkədaxili məhkəmə prosesləri keçirildikdə, Məhkəmənin vəzifəsi milli məhkəmələr tərəfindən qiymətləndirilmiş faktlara öz qiymətləndirməsini verməkdən ibarət olmur və təqdim olunan dəlillər əsasında işin faktlarını müəyyən etmək məhz milli məhkəmələrin işidir (bax, digər bir sıra səlahiyyətlərlə, Edvards Birləşmiş Krallığa qarşı (Edwards v. the United Kingdom, 16 dekabr 1992, § 34, Series A no. 247‑B, və Klaas Almaniyaya qarşı (Klaas v. Germany, 22 sentyabr 1993, § 29, Series A no. 269). Ölkədaxili Məhkəmələr tərəfindən əldə olunan nəticələr Məhkəmə üçün məcburedici qüvvəyə malik olmasa da və Məhkəmə təqdim olunmuş materiallar əsasında öz qiymətləndirməsini keçirməkdə sərbəst olsa da, normal şəraitdə onun ölkədaxili məhkəmələr tərəfindən əldə edilmiş nəticələrdən fərqli düşünməsi üçün təkzibedilməz və inandırıcı elementlərin mövcud olması tələb olunur (bax Avşar, yuxarıda sitat gətirilib, § 283, və Barbu Angelesku Rumıniyaya qarşı (Barbu Anghelescu v. Romania, no. 46430/99, § 52, 5 oktyabr 2004-cü il).
181. Faktlarla bağlı sübutları qiymətləndirə bilmək üçün Məhkəmə sübutlarla bağlı “ağlabatan şübhə qalmadan” standartını qəbul edir, lakin əlavə edir ki, belə sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun olan müdaxilələrdən və ya faktlarla bağlı bənzər təkzibolunmaz fərziyyələrdən irəli gəlməlidir. Bu kontekstdə sübutlar əldə olunan zaman tərəflərin davranışı da nəzərə alına bilər (bax İrlandiya Birləşmiş Krallığa qarşı (Ireland v. the United Kingdom, 18 yanvar 1978-ci il, § 161, Series A no. 25, və Orhan Türkiyəyə qarşı (Orhan v. Turkey, no. 25656/94, § 264, 18 iyun 2002-ci il). Bundan əlavə, müəyyən bir nəticəyə gəlmək üçün tələb olunan inandırma səviyyəsi və bu baxımdan sübutetmə yükünün paylanması məhz faktların təbiəti, irəli sürülən iddia və mübahisələndirilən Konvensiya hüququ ilə sıx şəkildə bağlıdır. Məhkəmə həmçinin Tərəf Dövlətin öz öhdəliklərini pozması hallarına qarşı bəslədiyi ciddi münasibətə diqqətlə yanaşır (bax Ribiş Avstriyaya qarşı (Ribitsch v. Austria, 4 dekabr 1995-ci il, § 32, Series A no. 336; İlasku və Başqaları Moldova və Rusiyaya qarşı (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 26, ECHR 2004‑VII; Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria [GC], nos. 43577/98) və 43579/98, § 147, ECHR 2005‑VII; və Solomou and Others, yuxarıda sitat gətirilib, § 66).
182. Məhkəmə Konvensiyanın 2-ci və 3-cü Maddələrinin pozulduğunun iddia edildiyi hallara xüsusi sayıqlıqla yanaşmalıdır (bax, mutatis mutandis, Ribitç (Ribitsch), yuxarıda sitat gətirilib, § 32). Ölkədaxili məhkəmələrdə belə iddialarla bağlı cinayət işlərinə baxılarkən yadda saxlanmalıdır ki, Konvensiyaya müvafiq olaraq Dövlətin daşıdığı cinayət hüququ məsuliyyəti fərqlidir. Məhkəmənin səlahiyyəti məhz sonuncu ilə məhdudlaşır. Konvensiyaya müvafiq olaraq məsuliyyət, Konvensiyanın öz məqsədlərinə müvafiq olaraq interpretasiya edilməli olan müddəalarına əsaslanır və burada beynəlxalq hüququn müvafiq norma və prinsipləri nəzərə alınır. Konvensiyaya müvafiq olaraq Dövlətin öz qurumları, nümayəndələri və əməkdaşlarının fəaliyyətinə görə daşıdığı məsuliyyəti milli məhkəmələr tərəfindən nəzərdən keçirilən işlərlə bağlı fərdi şəxslərin daşıdığı cinayət məsuliyyəti ilə bağlı hüquqi məsələlərlə qarışdırılmamalıdır. Məhkəmə həmin anlamda kiminsə təqsirli və ya təqsirsiz bilinməsi işinə qarışmır (bax Tanlı Türkiyəyə qarşı (Tanlı v. Turkey, no. 26129/95, § 111, ECHR 2001‑III, və Avşar, yuxarıda sitat gətirilib, § 284).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
183. Məhkəmə öz təhlilinə tərəflər arasında mübahisə doğurmayan aşağıdakı faktlara əsasən başlamağı müvafiq hesab edir. 20 iyul 2001-ci il tarixində gündüz vaxtı nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında çoxsaylı toqquşmalar baş verib: xüsusilə, Marassi Həbsxanası hücuma məruz qalıb (bax yuxarıda 134-cü bənd), carabinieri Tute Bianche yürüşünə qarşı həmlə edib (bax yuxarıda 18-19, 122-124 və 132-136-cı bəndlər) və carabinieri-yə məxsus olan nəqliyyat vasitəsi yandırılıb (bax yuxarıda 20-ci bənd). Bu insidentlərin ardından saat təqribən 17.00 radələrində vəziyyət nisbətən sakit ikən, carabinieri batalyonu Piazza Alimonda-da mövqe tutmağa başlayıb və burada iki Defender cipi yerləşdirilib; ciplərin içində iki carabinieri, M.P. and D.R. olub ki, onlar da vəzifələrinin icrasını davam etdirmək iqtidarında deyildilər (bax yuxarıda 21, 23 və 29-cu bəndlər).
184. Qısa müddət sonra, carabinieri zorakı əhval-ruhiyyədə olan nümayişçilərlə üzləşmək üçün öz mövqelərini tərk edirlər; ciplər carabinieri-lərin ardınca gediblər. Lakin, sonuncu qısa müddət sonra geri çəkilməyə məcbur olur, çünki, nümayişçilər həmləni dəf etməyə müvəffəq olurlar. Bundan sonra ciplər də geri dönməyə cəhd edirlər, lakin M.P. və D.R.-ın içində olduğu cip tərsinə çevrilmiş zibil qutularının arasından çıxmağa cəhd göstərərkən motoru sönür və hadisə yerini tez bir şəkildə tərk edə bilmir (bax yuxarıda 21-22-ci bəndlər).
185. Bu həmin nadir hallardan biridir ki, harada Dövlət nümayəndəsi tərəfindən ölümcül güc tətbiq edildiyi andan dərhal əvvəl və sonra fotoşəkil və videoyazı çəkilmişdir. Buna müvafiq olaraq, Məhkəmə tərəflər tərəfindən təqdim edilmiş və Məhkəmə tərəfindən nəzərdən keçirilmə imkanı olan (bax yuxarıda 9 və 139-cu bəndlər) və etibarlılığı mübahisələndirilməyən video yazılarına böyük əhəmiyyət verir.
186. Materiallar arasına daxil edilmiş bu video yazı və fotoşəkillər göstərir ki, zibil qutusu yolunu kəsdiyi andan etibarən F.C. tərəfindən idarə olunan cip onun ən az yarısını əhatə edən nümayişçilərin qəddar və amansız hücumuna məruz qalmışdır; nümayişçilər nəqliyyat vasitəsi və onun içindəkilərə yönəldilmiş hərəkətlərlə, cipin yan tərəflərini tərpədərək onu çevirməyə çalışır, ona daşlar və digər bərk cisimlər atırdılar. Cipin arxa şüşəsi sındırılmışdı və yanğınsöndürən avtonəqliyyat vasitəsinin içinə atılmışdı, lakin M.P. onu özündən kənarlaşdıra bilmişdi. Video yazı və fotoşəkillər həmçinin nümayişçilərdən birinin yan şüşədən taxta dəyənəyi içəri atdığını göstərirdi ki, bu da vəzifəsinin icrasından azad edilən digər carabiniere D.R.-ın çiyin nahiyəsindən xəsarət almasına səbəb olmuşdu (bax yuxarıda 84-cü bənd).
187. Bu sadəcə olaraq hadisə yerini tərk etməyə çalışan və nümayişçilər üçün heç bir təhlükə törətməyən hüquq-mühafizə orqanının nəqliyyat vasitəsinə edilən aşkar şəkildə qanunsuz və zorakı hücum idi. Nümayişçilərin nəqliyyat vasitəsi və onun içindəkilərə qarşı hansı niyyətdə olduğundan asılı olmayaraq belə bir fakt dəyişməz qalır ki, Genuya Rayon Məhkəməsinin də müəyyən etdiyi kimi cipin içindəkilərin vəhşicəsinə qətlə yetirilməsi ehtimalını istisna etmək mümkün deyildi (bax yuxarıda 128-ci bənd).
188. Məhkəmə təkrar edir ki, bu baxımdan hadisələr həmin vaxtda hücum məruz qalan şəxslərin nöqteyi-nəzərindən qiymətləndirilməlidir (bax yuxarıda 179-cu bənd). Bu bir həqiqətdir ki, məsələn, əgər vəziyyət pisləşməyə davam etsəydi yaxınlıqda olan digər carabinieri cipin içindəkilərə yardım etmək məqsədilə müdaxilə edə bilərdi. Lakin, xəsarət almış və panika vəziyyətində olan, cipin arxasında uzanan və çoxsaylı nümayişçilərlə əhatə olunmuş və buna görə də yaxınlıqda digər qüvvələrin yerləşdiyindən və ya onların əlində olan lojistik imkanlardan xəbərdar olmayan M.P. bu faktı bilməyə bilərdi. Videolardan göründüyü kimi, ölümcül güllənin atılmaından az öncə cip tamamilə nümayişçilərin mərhəmətinə sığınmışdı.
189. Yuxarıda qeyd olunanları və nəzərdən keçirdiyi fotoşəkillərdə gördüyü cipə edilən hücumun son dərəcə zorakı xarakterini nəzərə aldıqda Məhkəmə hesab edir ki, M.P. məruz qaldıqları qanunsuz hücum ucbatından ğzünün və cipin içindəki həmkarlarının təhlükədə olduğu qənaətinə gəlmişdi. Buna görə də M.P.-nin özünü və cipin içindəki həmkarlarını müdafiə etmək məqsədilə müvafiq vasitələrdən istifadə etmək hüququ var idi.
190. Fotoşəkillər göstərir və M.P. və bəzi nümayişçilər tərəfindən verilən ifadələr sübut edir ki (bax yuxarıda 36, 39 və 45-ci bəndlər), atəş açmazdan öncə M.P. əlini cipin arxa pəncərəsinə doğru uzadaraq tapançasını göstərmiş və nümayişçilərə qışqıraraq ölmək istəmirlərsə oranı tərk etmələrini söyləmişdir. Məhkəmənin fikrincə M.P.-nin hərəkətləri və sözləri onun atəş açmadan öncə etdiyi aydın xəbərdarlığı təşkil etmişdir. Bundan əlavə, şəkillərdə ən az bir nümayişçinin həmin anda hadisə yerini tərk etməyə tələsdiyi görünür.
191. Bu son dərəcə gərgin vəziyyətdə Carlo Giuliani yerdə olan yanğınsöndürəni götürmək qərarına gəlir və onu, aydın şəkildə cipin içindəkilərə atmaq niyyəti ilə sinəsinə qaldırır. Onun hərəkətləri ağlabatan bir şəkildə M.P.-nin belə bir təəssürata malik olmasına səbəb ola bilərdi ki, onun xəbərdarlıq sözləri ilə qışqırmasına və silahını göstərməsinə baxmayaraq cipə olunan hücum sakitləşmək və ya sona çatmaq niyyətində deyil. Bundan da əlavə, nümayişçilərin böyük əksəriyyəti hücumu davam etdirirdi. Bunun nəticəsində M.P.-nin onun həyatının təhlükədə olduğuna dair inancı yalnız daha da güclənə bilərdi. Məhkəmənin fikrincə, bu atəş açmaq kimi ölümcül gücdən istifadə olunmasını əsaslandırmaq üçün bu bir səbəb kimi xidmət edə bilərdi.
192. Məhkəmə daha sonra qeyd edir ki, güllələrin atıldığı istiqamət tam əminliklə müəyyən edilməyib. Prokurorluq tərəfinin ekspertləri tərəfindən dəstəklənən (bax yuxarıda 60-62-ci bəndlər) və ərizəçilər tərəfindən mübahisələndirilən (bax yuxarıda 80 və 159-cu bəndlər), lakin Genuya araşdırma aparan hakimi tərəfindən qəbul edilən (bax yuxarıda 87-91-ci bəndlər) bir nəzəriyyəyə görə M.P. yuxarıya doğru atəş açmış və güllələrdən biri nümayişçilər tərəfindən atılan çoxsaylı daşlardan birinə dəydikdən sonra istiqamətini dəyişərək qurbana dəymişdir. Hadisələrin bu şəkildə cərəyan etdiyi sübuta yetirilsə idi, Carlo Giuliani-nin ölümünün talehsizlik üzündən baş verdiyi qənaətinə gəlmək mümkün olardı, belə ki, nadir rast gəlinən və əvvəlcədən görülə bilinməyən səbəb üzündən əslində havada yoxa çıxmalı olan güllə istiqamətini dəyişərək ona dəymişdi (bax, xüsusilə, Bakan Türkiyəyə qarşı (Bakan v. Turkey, no. 50939/99, §§ 52-56, 12 iyun 2007, burada Məhkəmə Konvensiyanın 2-ci maddəsinin pozulmadığını müəyyən etmişdi, belə ki, ölümə səbəb olan güllə ərizəçinin qohumuna dəyməzdən əvvəl istiqamətini dəyişmişdi).
193. Lakin, hazırkı işdə Məhkəmə, ballistik təhlillərin üçüncü mərhələsini keçirən ekspertlər, ərizəçilər tərəfindən dəvət edilən ekspertlər və meyitin yarılmasına dair rəyin nəticələri arasında razılaşdırıla bilinməyən “aralıq cisim nəzəriyyəsinin” əsaslı olub-olmadığını yoxlamağı zəruri hesab etmir (bax yuxarıda 60-62, 66 və 50-ci bəndlər). Məhkəmə sadəcə olaraq müşahidə edir ki, Genuya araşdırmaçı hakiminin düzgün olaraq qeyd etdiyi (bax yuxarıda 92-ci bənd) və fotoşəkillərdən göründüyü kimi, M.P.-nin görmə sahəsi cipin arxa təkəri ilə məhdudlaşmışdı, çünki o, nəqliyyat vasitəsinin arxasında yerdə uzanmış və ya büzüşmüşdü. Nəzərə alsaq ki, onun etdiyi xəbərdarlıqlara baxmayaraq, nümayişçilər öz hücumlarını davam etdirirlər və yanğınsöndürəni onun üstünə ikinci dəfə atmaq cəhdi artıq yaxınlaşan təhlükə idi, M.P. özünü müdafiə etmək üçün yalnız cipin ehtiyat təkəri və tavanı arasındakı dar boşluğa atəş aça bilərdi. Həmin boşluğa açılan atəşin hücum edən şəxslərdən birinə xəsarət yetirə, hətta öldürə biləcəyi riski ki, təəssüflə məhz bu baş vermişdi, özü-özlüyündə həyata keçirilən müdafiə hərəkətinin icazə verilən həddi aşması və ya qeyri-mütənasib olması demək deyildi.
194. Yuxarıda baş verənlərin işığında, Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işdə ölümcül gücdən istifadə edilməsi Konvensiyanın 2-ci Maddəsinin 2(a) bəndinə əsasən nəzərdə tutulan “hər hansı şəxsin qanunsuz zorakılıqdan qorunması” məqsədilə mütləq zərurət idi (bax yuxarıda 176-cı bənd).
195. Buradan belə məlum olur ki, bu baxımdan 2-ci Maddənin mahiyyət etibarı ilə pozuntusu baş verməmişdir.
196. Bu nəticə əsasında Məhkəmə 2-ci Maddənin 2-ci bəndinin (c) yarımbəndinin mənasına əsasən “iğtişaş və ya qiyamı yatırmaq məqsədilə” qaçınılmaz olduğunu araşdırmağı zəruri hesab etmir.
B. Cavabdeh Dövlətin güc tətbiq edilməsinin mənfi nəticələrini mümkün dərəcədə azaltmaq məqsədilə qanunverici, inzibati və tənzimləyici tədbirlər görüb-görməməsi
197. Ərizəçilər, Palataya şikayət etdikləri kimi, qanunvericilik bazasında mövcud olan nöqsanlarla bağlı da şikayət ediblər. Hökumət onların arqumentlərini mübahisələndirib. Palata bu məsələlərlə bağlı fikrini ifadə etməyib.
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
198. Ərizəçilər nümayişçilərin həyatını qorumaq üçün yetərli olan qanunvericilik bazasının olmadığından şikayət ediblər. Öz təqdimatlarında onlar bildiriblər ki, daxili qanunvericilik odlu silahdan istifadə edilməsini labüd etmişdi və bu, işin icraatına xitam verilməsi faktı ilə sübuta yetirilmişdi, belə ki, M.P.-nin hərəkətləri CM-nin 52 və 53-cü Maddələrinə əsasən əsaslandırılmışdı. Məhkəmənin presedent hüququna əsasən qeyri-adekvat qanunvericilik bazası demokratik cəmiyyətdə yaşamaq hüququnun qorunması üçün tələb olunan qanuni müdafiənin təsirini azaldır. Ərizəçilər Məhkəmənin diqqətini xüsusilə aşağıdakı məsələlərə çəkmişdir.
(i) Hüquq-mühafizə orqanları əməkdaşlarını qeyri-ölümcül silahlarla təchiz etmək
199. Ərizəçilər vurğulamışlar ki, M.P.-yə ölümcül silah əvəzinə qeyri-ölümcül silah, məsələn, rezin güllə atan tapança verilsəydi o, kimsəni öldürmək iqtidarında olmazdı (onlar Güləc Türkiyəyə qarşı (Güleç v. Turkey, 27 iyul 1998, § 71, Hesabatlar 1998‑IV, və Şimşək və Başqaları Türkiyəyə qarşı (Şimşek and Others v. Turkey, nos. 35072/97 və 37194/97, § 111, 26 iyul 2005) işlərinə istinad etmişlər. İnsan həyatına hörmətin və həyat üçün olan təhlükənin minimuma endirilməsi ilə bağlı öhdəlik demək idi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişlər zamanı qeyri-ölümcül silahlarla təchiz edilməli idilər (elektrik şok tapançaları, yapışqan atan tapança və ya rezin güllə atan tapanşa); bu Birləşmiş Krallıqda tətbiq edilirdi və Pitburqda keçirilən G20 sammiti zamanı məhz belə silahlardan istifadə edilmişdi. Bu məsələ ilə bağlı, ərizəçilər BMT prinsiplərinin 2-ci bəndinə istinad etmişlər (bax yuxarıda 154-cü bənd), və müşahidə etmişlər ki, hazırkı işdə iğtişaş yaranacağını əvvəlcədən görmək mümkün idi. M.P.-nin üstündə olan Beretta SB 9 mm parabell tapançası İtaliya qanunvericiliyinə əsasən döyüş silahı kimi təsnifatlandırılan yarım-avtomat tapança idi: tapançanı doldurduqdan sonra, bir neçə saniyə içində bir-birinin ardınca sürətli bir şəkildə və yüksək dəqiqliklə on beş dəfə atəş açmaq mümkün idi.
200. Parlament araşdırması zamanı Hökumət bildirmişdir ki, qüvvədə olan qanunvericilik qeyri-ölümcül silahlardan, məsələn, rezin güllə atan tapançalardan istifadə etməyə imkan vermirdi (bax yuxarıda 118-119-cu bəndlər). Bunu qeyd etmək düzgün deyildi, çünki belə silahlar İraqda müharibə zonasında asayişi və nizam-intizamı qoruyan italyan qüvvələrinə verilən silahlar barəsindəki qaydalarda xüsusilə nəzərdə tutulmuşdu.
201. Bundan əlavə, bəzi hallarda rezin güllələrin təhlükəli ola bilməsi doğru olsa da, onlar həqiqi sursatla müqayisə edilə bilməzdi (ərizəçilər xüsusilə, yuxarıda istinad edilən Kahlin Styuart (Kathleen Stewart) işinə istinad ediblər, § 28). Ərizəçilər eyni zamanda bildiriblər ki, carabinieri bəzi hallarda nizamsız silahlardan, məsələn, metal dəyənəklərdən istifadə ediblər.
(ii) İtaliya qanunvericiliyində nümayişlər zamanı ölümcül silahlardan istifadə edilməsinə dair adekvat müddəaların olmaması
202. Ərizəçilər müşahidə etmişlər ki, hüquq-mühafizə orqanlarının ölümcül silahlardan istifadə etməsinə dair müddəalar CM-nin 53-cü Maddəsi və İctimai Təhlükəsizlik haqqında Məcəllənin 24-cü Maddəsindən ibarət idi (bax yuxarıda 143 və 146-cı bəndlər). 1930 və 1931-ci ildə faşist dönəmində qüvvəyə minmiş bu müddəalar müasir beynəlxalq standartlara və ya liberal hüquqi prinsiplərə uyğun deyildi. Onlar həmin dönəmdə mövcud olan avtoritarizmin simptomları idi. Xüsusilə, silahlardan istifadənin və güc tətbiq edilməsinin “zəruriliyi” konsepsiyası Strasburq Məhkəməsinin presedent hüququndan irəli gələn və “mütləq zərurətə” əsaslanan standartlara uyğun deyildi.
203. Bundan əlavə, CM-nin 52-ci maddəsinə əsasən özünü müdafiə “müdafiə məqsədilə edilən cavab reaksiyasının hücuma mütənasib olduğu hallar”-a tətbiq edilir. Bu heç bir şəkildə Məhkəmənin presedent hüququnda nəzərdə tutulan “həyatı qorumaq üçün ciddi qaçınılmaz” və “işin hallarına ciddi şəkildə mütənasib” ifadələrinə uyğun deyil.
204. Bundan əlavə, İtaliyada odlu silahlardan istifadəyə dair beynəlxalq standartlara uyğun olan aydın tənzimləyici müddəalar yox idi. Genuya questore tərəfindən hazırlanan və Hökumət tərəfindən təqdim edilən xidməti təlimatlardan heç birində bu məsələyə toxunulmurdu. Ərizəçilər BMT prinsiplərinə (bax yuxarıda 154-cü bənd) və xüsusilə, hökumətlərin və hüquq-mühafizə orqanlarının bu sahədə qaydalar qəbul və tətbiq etmək öhdəliyinə istinad etmişlər (1-ci bənd). Onlar daha sonra 11-ci bəndə istinad etmişlər ki, orada da belə qaydaların məzmunu ilə bağlı tələblər nəzərdə tutulub.
(b) Hökumət
205. Hökumət müşahidə etmişdir ki, hər şeydən əvvəl İtaliya qanunvericiliyinə əsasən rezin güllələrdən istifadə etmək qadağan edilmişdi. Həmin güllələrdən istifadə edilməsi, əlli metrdən az məsafədən atəş açıldıqda ölümə səbəb ola bilərdi (Hökumət yuxarıda sitat gətirilmiş Katlin Styuart (Kathleen Stewart), işinə istinad edib). Hazırkı işdə, M.P. və Carlo Giuliani arasındakı məsafə bir metrdən az idi, bu da o deməkdir ki, rezin güllədən istifadə olunması belə ölümə səbəb olardı. 1980-ci illərdə qeyri-ölümcül silahlarla aparılan təcrübələr, onlardan istifadənin ölümə və ya ciddi xəsarətə səbəb olduğu insidentlərin baş verməsindən sonra təxirə salınmışdı. Bundan əlavə, rezin güllələrdən istifadə edən əməkdaşlar yanlışlıqla onların xəsarət yetirməyəcəyi hissinə qapılaraq həmin silahlardan istifadə etməyə həvəslənə bilərdilər.
206. İstənilən halda, həqiqi güllələrlə təchiz edilmiş silahlar ciddi və yaxınlaşan təhlükə halında özünü müdafiə etmək məqsədi üçün nəzərdə tutulmuşdu və ictimai-asayiş tədbirlərində onlardan istifadə edilmirdi: İtaliyanın hüquq-mühafizə orqanları əməkdaşları kütlələrə nə həqiqi güllələr, nə də rezin güllələrlə atəş açmırdılar. Qeyri-ölümcül silahlardan geniş kütlələrin hücumu zamanı onlara qarşı müdafiə edilmək və ya onları dağıtmaq məqsədilə istifadə edilirdi. Hazırkı işdə hüququ-mühafizə orqanlarına heç bir şəkildə atəş açmaq əmri verilməmişdi və onların sursatı məhz özünü müdafiə məqsədilə nəzərdə tutulmuşdu.
207. G8 sammiti ilə bağlı odlu silahlardan istifadəyə dair heç bir spesifik müddəa qəbul edilməmişdi, lakin carabinieri rəhbərliyi tərəfindən CM-nin müddəalarına istinadən məlumat vərəqələri hazırlanmışdı.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
208. 2-ci Maddənin 1-ci bəndi Dövlətlərə qanunsuz şəkildə və qəsdən həyata son verməkdən çəkinməyi əmr etmir, eyni zamanda öz yurisdiksityasında olan insanların həyatını qorumaq üçün zəruri addımları atmağı da tələb edir (bax L.C.B.Birləşmiş Krallığa qarşı işi (L.C.B. v. the United Kingdom, 9 iyun 1998, § 36, Hesabatlar 1998‑III, və Osman Birləşmiş Krallığa qarşı (Osman v. the United Kingdom, 28 oktyabr 1998, § 115, Hesabatlar 1998‑VIII).
209. Dövlətin yaşamaq hüququnu təmin etməklə bağlı əsas vəzifəsi xüsusilə, hüquq-mühafizə orqanları əməkdaşlarının müvafiq beynəlxalq standartlara uyğun olaraq güc və odlu silah tətbiq etməsinə icazə verilən halların məhdud sayını müəyyən edən hüquqi və inzibati baza yaratmasını nəzərdə tutur (bax Makaratzis Yunanıstana qarşı (Makaratzis v. Greece [GC], no. 50385/99, §§ 57-59, ECHR 2004‑XI, və Bakan, yuxarıda sitat gətirilib, § 49; bax həm də, BMT prinsiplərinin müvafiq bəndləri, yuxarıda 154-cü bənd). 2-ci Maddədə nəzərdə tutulan ciddi mütənasiblik prinsipinə uyğun olaraq (bax yuxarıda 176-cı bənd) milli qanunvericilik bazası odlu silahlardan istifadəni yalnız vəziyyətin ehtiyatlı qiymətləndirilməsindən sonra həyata keçirməyi nəzərdə tutmalıdır (bax, mutatis mutandis, Naçova və Başqaları (Nachova and Others), yuxarıda sitat gətirilib, § 96). Bundan əlavə, polis əməliyyatlarını tənzimləyən milli qanunvericilik özbaşınalıq və gücdən sui-istifadə, hətta qaçınıla bilən qəza hallarına qarşı adekvat təminatları ehtiva etməlidir (bax Makaratzis, yuxarıda sitat gətirilib, § 58).
210. Bu prinsiplərin tətbiq edərkən Məhkəmə məsələn Bolqarıstan hüquqi bazasında nöqsanlar olduğunu bildirmişdi, belə ki, həmin baza polisə silahlı qüvvələrdən fərar edən və şifahi xəbərdarlıq edildikdən və havaya atəş açıldıqdan sonra təslim olmayan hər bir şəxsə qarşı atəş açmağa icazə verirdi və orada özbaşına şəkildə həyata son qoymanın qarşısını almaq üçün heç bir müddəa nəzərdə tutulmamışdı (bax Nachova and Others, yuxarıda sitat gətirilib, §§ 99-102). Məhkəmə həmçinin 1934-cü ildə qəbul edilmiş Türkiyə qanunvericiliyində nöqsanların olduğunu da müəyyən etmişdi, həmin qanunvericilikdə polisin nəticələr görə məsuliyyət daşımadan odlu silahlardan istifadə edə biləcəyi halların geniş siyahısı verilmişdi (bax Ərdoğan və Başqaları Türkiyəyə qarşı (Erdoğan and Others v. Turkey, no. 19807/92, §§ 77-78, 25 aprel 2006-cı il). Digər tərəfdən, o, müəyyən etmişdir ki, jandarmaların odlu silahdan istifadə etməsinə icazə verilən halların tam siyahısının daxil edildiyi normativ akt Konvensiyaya uyğun olmuşdur. Həmin akt müəyyən etmişdir ki, odlu silahlardan istifadə yalnız son vasitə kimi nəzərdə tutulmalıdır və necə gəldi ayaqlara atəş açılmadan əvvəl xəbərdarlıq məqsədilə atəş açılmalıdır (bax Bakan, yuxarıda sitat gətirilib, § 51).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
211. Məhkəmə qeyd edir ki, Genuya araşdırmaçı hakimi M.P. tərəfindən güc tətbiq edilməsinin legitimliyini CM-nin 52 və 53-cü Maddələrinə əsasən qiymətləndirmişdir. Buna görə də Məhkəmə hesab edir ki, hazırkı işdə bu müddəalar odlu silahlardan istifadə edilməsinə icazə verən qanunvericiliyi təşkil edir.
212. Bu müddəalardan birincisi özünü müdafiəni əsaslandırmaq üçün əsaslara aiddir ki, bu da Tərəf Dövlətlərin hüquq sistemlərində nəzərdə tutulmuş ümumi konsepsiyadır. Burada özünü müdafiə hərəkətinə “ehtiyac” və təhlükənin “real” xarakterinə istinad edilir və özünümüdafiə hərəkətinin hücuma “mütənasib” olması tələb edilir (bax yuxarıda 144-cü bənd). İstifadə olunan ifadələr fərqli olsa da, bu müddəa Konvensiyanın 2-ci Maddəsinin mətnini ifadə edir və Məhkəmənin presedent hüququnun tələb etdiyi elementlərini ehtiva edir.
213. CM-nin 53-cü Maddəsi aydın olmayan ifadələrdən ibarət olsa da, o, zorakılıq əməlini yatırmaq məqsədilə “hərəkət etməli olan” şəxslərə istinad edir (bax yuxarıda 143-cü bənd).
214. Bu bir həqiqətdir ki, sırf semantik nöqteyi-nəzərdən İtaliya qanunvericiliyində nəzərdə tutulan “ehtiyac” sadəcə olaraq təcili ehtiyacın olduğu hallara şamil edilir, lakin Konvensiyanın məqsədləri baxımından “mütləq zərurət” tələb edir ki, eyni məqsədə çatmaq üçün müxtəlif vasitələr mövcud olduqda digərlərinin həyatı üçün daha az təhlükə yaradan vasitələrdən istifadə edilsin. Lakin, bu qanunvericiliyin ifadə tərzində olan bir fərqdir və onun ölkədaxili məhkəmələrin interpretasiyası ilə aradan qaldırmaq mümkündür. İcraata xitam vermək barəsində qərardan göründüyü kimi İtaliya məhkəmələri CM-nin 52-ci Maddəsini ölümcül güc tətbiq edilməsinə, təhlükəni aradan qaldırmaq üçün daha az xəsarət yetirən (bax yuxarıda 101-ci bənd, orada Genuya araşdırma aparan hakiminin Kasasiya məhkəməsinin presedent hüququna istinad etməsi qeyd olunur).
215. Belə aydın olur ki, mövcud olan standartlar və 2-ci Maddənin 2-ci bəndində nəzərdə tutulan “mütləq zərurət” ifadəsi arasındakı fərqlər müvafiq ölkədaxili qanunvericilik bazasının olmadığına dair fikir yürütmək üçün yetərli deyildir (bax Perk və Başqaları (Perk and Others v. Turkey, no. 50739/99, § 60, 28 mart 2006-cı il, and Bakan, yuxarıda sitat gətirilib, § 51; həmçinin bax, əksinə olaraq, Nachova and Others, yuxarıda sitat gətirilib, §§ 96-102).
216. Ərizəçilər növbəti olaraq belə bir faktdan şikayət ediblər ki, hüquq-mühafizə orqanları qeyri-ölümcül silahlarla, xüsusilə rezin güllə atan silahlarla təchiz edilməmişlər. Lakin, Məhkəmə qeyd edir ki, növbədə olan əməkdaşlar kütləni dağıtmaq və ona nəzarət etmək məqsədilə göz yaşardıcı qaz qismində qeyri-ölümcül silahlarla təchiz edilmişdilər (bax, əksinə olaraq, Güleç, yuxarıda sitat gətirilib, § 71, və Şimşek, yuxarıda sitat gətirilib, §§ 108 və 111). Ümumilikdə, burada hüquq-mühafizə orqanları əməkdaşlarına eyni zamanda su silahı və qeyri-ölümcül sursatla işləyən silahlar verilməsi ilə bağlı debatlar aparmaq olar. Lakin, belə müzakirələr bu hazırkı işdə aktual deyil, çünki burada ölüm hadisəsi nümayişçiləri dağıtmaq və yürüş iştirakçılarına nəzarət etmək əməliyyatı zamanı deyil, Məhkəmənin müşahidə etdiyi və üç carabinieri-nin həyatı üçün yaxınlaşan və ciddi təhlükə törədən qəfil və zorakı hücum zamanı baş vermişdi (bax yuxarıda 185-189-cu bəndlər). Konvensiya, Məhkəmənin şərh edildiyi şəkildə belə hücumların qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları əməkdaşlarının ölümcül silah gəzdirməsini qadağan edən heç bir müddəa ehtiva etmir.
217. Nəhayət, carabinieri tərəfindən dəmir çubuq kimi nizamsız silahlardan istifadə edildiyinə dair ərizəçilərin qeyd etdiklərinə gəldikdə (bax yuxarıda 201-ci bənd), Məhkəmə bu fakt ilə Carlo Giuliani-nin ölümü arasında əlaqə olduğunu hesab etmir.
218. Belə görünür ki, ölümcül güc tətbiq edilməsini tənzimləyən daxili qanunvericiliklə və ya Genuyada keçirilən G8 sammiti ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına verilmiş silahlarla bağlı Konvensiyanın 2-ci Maddəsinin mahiyyət etibarı ilə pozuntusu baş verməmişdir.
C. Polis əməliyyatlarının planlaşdırılması və təşkilinin Konvensiyanın 2-ci Maddəsində nəzərdə tutulmuş həyatı qorumaq öhdəliyinə uyğun olub-olmaması
219. Ərizəçilər təqdim etmişlər ki, Dövlət eyni zamanda ictimai asayişi qorumaq əməliyyatlarının planlaşdırılması, təşkili və idarə olunmasında baş verən nöqsanlara görə də məsuliyyət daşımışdır. Hökumət bu arqumenti mübahisələndirib.
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
220. Ərizəçilərin fikrincə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar bir sıra uğursuzluqlar, səhvlər və xətalarla müşayiət olunmuşdur. Onlar iddia ediblər ki, müvafiq tədbirlər görülsəydi Carlo Giuliani-nin həyatını xilas etmək mümkün olardı. Onlar xüsusilə aşağıdakılara istinad ediblər.
(i) Aydın tabeçiliyin və əməliyyatların düzgün idarə edilməsinin olmaması
221. Ərizəçilər qeyd ediblər ki, nümayişdən əməliyyatların təşkil olunmasına dəyişiklik edilib ki, həmin dəyişikliyə əsasən carabinieri-yə daha dinamik rol verilib (əvvəlcədən planlaşdırılmış stasionar rol ilə müqayisədə). Rəhbər əməkdaşlara bu dəyişiklik barədə məlumat 20 iyul səhəri şifahi şəkildə verilib. “İyirmi beşlərin məhkəmə prosesi” zamanı polis əməkdaşı Lauro və carabinieri əməkdaşı Zappia tərəfindən verilən ifadələrə əsasən, komandirlər Tute Bianche yürüşünə icazə verildiyinə dair düzgün məlumatlandırılmamışdılar. Bundan əlavə, Genuyada yerləşdirilmiş hüquq-mühafizə heyəti şəhər və onun küçələrinə bələd deyildilər.
222. Seçilmiş rabitə sistemi sadəcə olaraq polis və carabinieri nəzarət mərkəzləri arasında əlaqə saxlamağa imkan verir, polis və carabinieri arasında birbaşa radio əlaqə yaratmağa isə şərait yaratmırdı. Ərizəçilərin fikrincə, bu anormallıqlar M.P.-nin içinə düşdüyü vəziyyətin yaranmasına gətirib çıxarmışdır ki, orada o, ölümcül gücdən istifadə etmişdir. Burada Palata tərəfindən müəyyən edilməmiş səbəb-nəticə əlaqəsi mövcud idi. Ərizəçilər bu məsələ ilə bağlı qeyd ediblər ki, polis əməliyyatları elə bir şəkildə planlaşdırılmalı və təşkil edilməli idilər ki, özbaşınalığa, gücdən sui-istifadə edilməsinə və ya əvvəlcədən görülə bilinməyən qəzalara yol verilməsinə imkan verilməsin. Onlar Məhkəmənin presedent hüququna (Makaratzis, yuxarıda sitat gətirilib, § 68), BMT prinsiplərinə və Hakim Šikuta-nın da qatıldığı və Palatanın qərarına əlavə edilən Hakim Bratzanın qismən fərqlənən rəyinə istinad etmişlər.
223. Aydın tabeçilik zəncirinin olmaması carabinieri -lərin Tute Bianche-dakı yürüşə hücum etməsinə və bur neçə saat sonra ciplərin carabinieri-lərin ardından getməsinə səbəb olmuşdur, çünki bunu etməməyə dair heç bir göstəriş almamışdılar. Ciplərdən birinə minməsinə icazə verilən M.P. yanıqlara məruz qalmış, qaz maskasına olduqca pis reaksiya göstərir və nəfəs almaqda çətinlik çəkirdi, yaralı və panika vəziyyətində idi. Cipə M.P. və D.R.-i xəstəxanaya çatdırmaq göstərişi verilsə də, o, carabinieri həmlə edilənə qədər Piazza Alimondanı tərk etməmişdi və iki şəxs yüksək gərginlik və stress vəziyyətində nəqliyyat vasitəsinin arxa oturacağında qalmışdılar.
224. İstintaq, dəstə nümayişçilərlə üzləşmək məqsədilə hərəkət etdiyi zaman ciplərin hansı səbəbdən onların arxasından getdiyinə aydınlıq gətirməmişdir. Həmlədə iştirak edən zabitlər Lauro və Cappello, “iyirmi-beşlərin məhkəmə prosesində” ifadə vermişlər ki, onlar arxadan gələn iki cipin fərqinə varmamışdılar. Zabit Cappello həmçinin bildirib: “Arxadan gələn cip zirehli olmalı idi, belə olmasa bu özünə qəsd olardı”. Bundan əlavə, ciplər nəzarətsiz qalmışdı ki, bu da hüquq-mühafizə əməliyyatının müvafiq şəkildə təşkil edilmədiyinə dair sübutdur.
(ii) M.P.-nin fiziki və psixoloji vəziyyəti və kifayət qədər təlim keçməməsi
225. Ərizəçilər vurğulamışlar ki, fiziki və psixoloji vəziyyətinə görə M.P.-nin komandirləri onun vəzifəsini icra etmək iqtidarında olmadığına dair qərar vermişlər. Lakin, yenə də onun həqiqi güllələrlə dolu olan silahı ondan alınmamış və birbaşa xəstəxanaya aparılmaq əvəzinə heç bir qoruması olmayan cipin içində qalmışdı. M.P.-nin durumu ona üzləşdiyi vəziyyəti düzgün və dəqiq surətdə qiymətləndirmək imkanı verməmişdir. Əgər o, düzgün təlim keçsəydi, panikaya düşməz və vəziyyəti düzgün və düşüncəli şəkildə qiymətləndirə bilərdi. Cipin yan və arxa pəncərəsi qoruyucu dəmir şəbəkə ilə örtülsəydi və M.P.-nin qaz tapançası ondan alınmasaydı o, həmin tapançadan özünü müdafiə məqsədilə istifadə edə bilərdi və güllələrdən qaçınmaq mümkün olardı.
226. G8 sammiti zamanı iyirmi yaşında olan M.P. (bax yuxarıda 35-ci bənd) gənc və təcrübəsiz idi. O, hərbi xidmətini keçdiyi carabinieri -də cəmi on ay keçirmişdi. O, carabinieri təlim xidmətində üç aylıq və Velletri mərkəzində mahiyyətcə döyüş təlimi sayılan bir həftəlik təlim keçmişdi (BMT prinsiplərinin 20-ci bəndinin əksinə olaraq). Buna görə də, ərizəçilərin fikrincə o, odlu silahlardan istifadə üzrə müvafiq təlim keçməmiş və fiziki, psixoloji və fizioloji göstəricilərinə dair testlərdən keçməmişdi. G8 sammitində istifadə etməsi üçün ona ölümcül silah verməklə hakimiyyət həm nümayişçiləri, həm də hüquq-mühafizə orqanları əməkdaşlarını böyük risk altına qoymuşdu.
227. Cipin içində olan digər iki carabinieri gənc və təcrübəsiz idilər: D.R.-ın yaşı on doqquz yarım idi və cəmi dörd ay idi ki, hərbi xidmətdə idi, F.C. isə iyirmi dörd yaşına çatmamış və iyirmi iki ay idi ki, hərbi xidmətdə idi.
(iii) G8 üçün silahlı qüvvələr heyətinin seçilməsi
228. Ərizəçilər iddia etmişlər ki, carabinieri-lərin CCIR bölüyünə xaricdə beynəlxalq hərbi polis əməliyyatları keçirilməsində təcrübəli olan, lakin ictimai asayişi qorumaq sahəsində heç bir təcrübəsi olmayan şəxslər rəhbərlik edirdi. Zabitlər Leso, Truglio və Cappello məhz belə zabitlər idilər. Sözügedən vaxtda ictimai asayiş əməliyyatlarına cəlb edilən heyətin seçilməsi ilə bağlı meyarları müəyyən edən normativ aktlar yox idi və Hökumət G8 kimi tədbirlərə təyin edilmiş carabinieri-lərin uyğun olması üçün minimal tələbləri müəyyən etməmişdi. Bu BMT prinsiplərinin 18 və 19-cu bəndlərinin pozuntusu demək idi. Genuyada yerləşdirilən qüvvələrin dörddə üçü carabinieri tərkibində hərbi xidmət keçən (carabinieri di leva) və ya yaxın zamanlarda yardımçı heyət kimi təyin edilmiş (carabinieri ausiliari) idi; bu da onların təcrübəsiz olduğuna dair müəyyən fikirlər doğurur. Ərizəçilər həmçinin İQK tərəfindən İtaliyaya etdiyi səfərlə bağlı hazırlanan hesabatdakı müşahidələrə istinad etmişlər (bax yuxarıda 155-ci bənd).
(iv) Ölümcül atəş açılmasından sonrakı hadisələr
229. Ərizəçilər öz təqdimatlarında bildiriblər ki, Konvensiyanın 2-ci Maddəsi həmçinin belə bir fakta görə pozulmuşdur ki, nə Piazza Alimondada və onun yaxınlığında olan hüquq-mühafizə orqanları əməkdaşları, nə də cipin içində olan carabinieri-lər ölümcül atəş açılandan sonra Carlo Giuliani-yə yardım etməmişlər. Onlar bununla bağlı BMT prinsiplərinin 5-ci bəndinə istinad etmişlər. Onlar daha sonra vurğulamışlar ki, M.P.-nin içində olduğu və digər carabiniere tərəfindən idarə olunan cip güllə ilə yaralanmış, lakin hələ də həyatda olan qurbanın bədəni üzərindən iki dəfə keçib.
(b) Hökumət
230. Hökumət müşahidə etmişdir ki, Carlo Giuliani-nin ölümü, M.P. tərəfindən fərdi şəkildə həyata keçirilən və komandirləri tərəfindən əmr edilməyən və ya keçirilməsi üçün onlar tərəfindən icazə verilməyən hərəkətinin nəticəsində baş verib. Buna görə də bu, əvvəlcədən görülməyən və görülə bilinməyən bir cavab reaksiyası olub. İstintaqın nəticələri, Dövlətin üzərində, ictimai asayiş əməliyyatlarının təşkil və idarə olunmasında yol verilən nöqsanlara görə dolayı məsuliyyət də daxil olmaqla, heç bir məsuliyyətin olmadığını aşkar edib. İcraata xitam verilməsinə dair prokuror tərəfindən verilən müraciətdə istinad edilən və xüsusilə hadisələrdən əvvəlki gecə edilən təşkilati dəyişikliklərlə bağlı “problemlər” (bax yuxarıda 67-ci bənd), nə təhlil edilib, nə də onların mövcudluğu müəyyən edilib.
231. İstənilən halda, sözügedən hadisə ilə əlaqəsi olan əməliyyatın təşkil edilməsinin qiymətləndirilməsi ilə bağlı hər hansı xətanın olması ilə bağlı hər hansı element təzahür etməyib. Carlo Giuliani-nin ölümü və Piazza Alimondada baş verən hadisələrlə “heç bir əlaqəsi” olmayan Tute Bianche-dakı yürüşə hücum edilməsi arasında hər hansı səbəbi-əlaqə müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, carabinieri heyətinin Piazza Alimondaya göndərilməli olmadığını, onların yenidən qruplaşması və daha sonra nümayişçilərə qarşı hərəkət etməli olduqlarını iddia etmək üçün heç bir əsas olmayıb.
232. Hazırkı işi Ergi Türkiyəyə qarşı (Ergi v. Turkey (28 iyul 1998, Hesabatlar 1998-IV), Oğur Türkiyəyə qarşı (Oğur v. Turkey ([GC], no. 21594/93, ECHR 1999‑III) və Makaratzis (yuxarıda sitat gətirilib) işlərindən fərqləndirən cəhət belə bir faktdan ibarətdir ki, G8 sammiti kontekstində əməliyyatların planlaşdırılması mütləq şəkildə natamam və təxmini xarakter daşıyırdı, belə ki, nümayişçilərin davranışı ya dinc, ya da zorakı ola bilərdi. Hakimiyyət orqanları nə baş verəcəyini təfərrüatlı şəkildə proqnozlaşdıra və çevik şəkildə müdaxilə edəcəklərini təmin edə bilməzdilər, bunu planlaşdırmaq onsuz da çox çətin idi.
233. Buna bənzər olaraq, Makkan və Başqaları və Andronikou və Konstantinou (McCann and Others və Andronicou and Constantinou) (hər iki iş yuxarıda sitat gətirilib) işlərində səsləndirilən prinsiplər hazırkı işə tətbiq edilə bilməz, belə ki, onlar şəhər yerində üç gün davam edən və daimi axına məruz qalan və şəhərin hər yerinə yayılan partizan növlü vəziyyətə deyil, dəqiq hədəfi olan polis əməliyyatına aid idi. Qeyd olunan vəziyyətdə, qabaqlayıcı planlama mümkün deyildi, belə ki, qərarlar yerlərdə olan komandirlər tərəfindən baş verən zorakılığın və təhlükənin miqyasına və xarakterinə əsasən qəbul edilirdi.
234. Genuyadakı nümayişçilər dinc və qanuna tabe olan olmalı idilər. Video çəkilişləri göstərirdi ki, nümayişçilərin əksəriyyəti qanuna uyğun olaraq hərəkət edir və zorakılıq əməllərinə əl atmırdı. Hakimiyyət orqanları təfriqə salmaq istəyən elementlərin kütləyə qarışmasını və qarışıqlıq salmasını önləmək üçün əllərindən gələni etmişdilər. Buna baxmayaraq, əksər hallarda əlaqəsi olmayan bəzi cinayətkar ünsürlər şəhərin müxtəlif yerlərində baş qaldırmışdı. Vəziyyətin ehtimal edilən pisləşməsinə qarşı əhəmiyyətli tədbirlər görülmüşdü. Lakin, heç bir hakimiyyət orqanı – “falçıların köməyi olmadan” – zorakılığın məhz harada, necə və nə zaman baş verəcəyini və hansı istiqamətlərdə yayılacağını əvvəlcədən görə bilməzdi.
235. Carlo Giuliani-nin ölümündə Dövlətə aid ola biləcək hər hansı nöqsanın mövcudluğunu inkar edən Hökumət, Məhkəmənin diqqətini aşağıdakı məqamlara çəkib.
236. Carabinieri-lərin daha dinamik rolunu nəzərdə tutan və 19 iyul 2001-ci ildə qəbul edilən plan dəyişikliyi davam edən vəziyyət və nümayişçilərin artmaqda olan zorakı davranışı tərəfindən diktə olunmuşdu.
237. Heyətin seçilməsində və təlimində nöqsanlar olduğunu nümayiş etdirən heç bir göstərici yox idi. M.P., D.R. və F.C.-nin cəlb olunduğu zaman aldığı təlimə əsas texniki təlim daxil idi, daha sonra isə onlar ictimai asayiş əməliyyatları zamanı davranış və onlara verilən müvafiq avadanlıq və sursatdan istifadə üzrə təlim keçmişdilər. Bundan əlavə, M.P., D.R. və F.C. idman və digər tədbirlər zamanı da əhəmiyyətli təcrübə əldə etmişdilər. G8 sammitindən əvvəl yuxarıda qeyd edilən üç carabinieri də daxil olmaqla, Genuyada yerləşdiriləcək personal Velletri mərkəzində təcrübəli təlimçilər tərəfindən ictimai asayiş tədbirlərində istifadə edilən üsullarla bağlı keçirilən təlimlərdə iştirak etmişdilər (bax yuxarıda 108-109-cu bəndlər). Bundan əlavə, Dövlət yerlərdə təxminən 18,000 min əməkdaş yerləşdirdiyinə görə (bax yuxarıda 141-ci bənd), bütün polis əməkdaşlarının və carabinieri-lərin elit hissələrinə aid olduğunu gözləmək qeyri-realist olardı.
238. Hökumətin bildirdiyinə görə, carabinieri tərəfindən seçilmiş rabitə sisteminin Piazza Alimondada baş verən hadisələrə heç bir təsiri olmamışdı. Ciplərin zirehli olmamasının (lakin onların ön şüşəsində sürücü və qabaq oturacaqda əyləşən sərnişini qoruyan metal barmaqlıqlar var idi) səbəbi ondan ibarət idi ki, onlar sadəcə lojistik məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələri idilər və ictimai asayiş əməliyyatlarında istifadə edilmək üçün nəzərdə tutulmamışdılar. Məhz bu səbəbdən, arxadakı yan şüşələr və arxa pəncərənin şüşələrinə barmaqlıqlar taxılmamışdı. Bundan əlavə, nümayişçilər tam zirehli nəqliyyat vasitəsini də atəşə vermişdilər (bax yuxarıda 20-ci bənd). Böyük ehtimalla ciplər toqquşmalarda iştirak edən carabinieri-lərin ardından sürücülərin təşəbbüsü ilə və təcrid olunmuş vəziyyətdə qalmamaq üçün getmişdilər, çünki belə vəziyyətə düşməklə onlar zorakı nümayişçilərin hədəfinə çevrilə bilərdilər.
239. M.P. -nin üstündə ona görə dolu silah var idi ki, o, gözyaşardıcı qaz atmağı başa vurmuşdu və mümkün hücum halında özünü müdafiə edə bilməli idi. Əgər onun üstündə dolu silah olmasaydı, ehtimalən hücum edən şəxs deyil, o, həyatını itirərdi.
240. Cipin yaxınlığında olan hüquq-mühafizə orqanları əməkdaşlarının hansı səbəbdən müdaxilə etmədiyinə gəlincə, Hökumət müşahidə etmişdir ki, orada olan carabinieri nümayişçilərin hücumu altında yenicə geri çəkilmişdi və yenidən qruplaşmaq üçün vaxta ehtiyacları var idi. “Nisbətən qısa məsafədə, lakin tam yaxınlıqda olmayan polis əməkdaşlarına gəldikdə” onlar mümkün olduğu qədər cəld bir şəkildə müdaxilə ediblər. Bundan da əlavə, faciəvi hadisələr olduqca sürətli bir şəkildə baş vermişdi (ümumilikdə təqribən cəmi on saniyə ərzində).
241. Hökumət həmçinin qeyd etmişdir ki, meyitin yarılmasının nəticələrinə əsasən nəqliyyat vasitəsinin Carlo Giuliani-nin bədəni üzərindən keçməsi nəticəsində ona hər hansı ciddi xəsarət yetirilməmişdir (bax yuxarıda 50-ci bənd). Təcili yardım xidməti cəld bir şəkildə yerindəcə müdaxilə edib.
242. Hökumət bildirmişdir ki, hakimiyyət və hüquq-mühafizə orqanlarının başqa hər hansı şəkildə hərəkət etməsi üçün imkan yox idi. Konvensiyanın 2 § 2 (c) Maddəsinə əsasən “iğtişaşın yatırılması” zamanı həyata son verməyə icazə verilsə də, carabinieri zorakı nümayişçiləri onlara xəsarət yetirmədən dağıtmaq üçün cəhd göstərmiş və özlərini tələyə düşmüş vəziyyətdə hiss etdikdən sonra daha ağır nəticələrə gətirib çıxara biləcək əhatəyə düşməmək üçün geriyə çəkilmişlər. Cipə hücum hansısa nöqsan üzündən deyil, nümayişçilər tərəfindən hazırlanmış pusqu nəticəsində baş vermişdi. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə bir mesaj verilməsindən çəkinməlidir ki, iğtişaşların yatırılması ilə bağlı ölüm hadisələrinin baş verdiyi bütün hallarda məsuliyyət Dövlətin üzərinə qoyulmalıdır.
2. Palatanın qərarı
243. Palata ərizəçilər tərəfindən barəsində şikayət edilən və hakimiyyət orqanları tərəfindən rabitə sisteminin seçimi, 20 iyulda dəyişdirilmiş xidmət təlimatlarının yayılmasının ehtimalən qeyri-adekvat olması hüquq-mühafizə orqanları arasında əlaqələndirmənin yetərli olmamasına dair nöqsanları araşdırmışdır. O, belə bir nəticəyə gəlmişdir ki, sonuncu qəfil və gözlənilməz iğtişaşlara cavab verməli idi və məsələ ilə bağlı dərin daxili istintaq aparılmadığına görə şikayət edilən nöqsanlar və Carlo Giuliani-nin ölümü arasında birbaşa əlaqə olduğunu təsbit etmək mümkün deyil. Nəhayət, o, müəyyən etmişdir ki, təcili yardım xidməti kifayət qədər cəld bir şəkildə hadisə yerinə çağrılmış və Carlo Giuliani-nin aldığı xəsarətin ağır olduğunu vurğulamışdır (bax Palata qərarının 228-244-cü bəndləri).
3. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
244. Məhkəmənin presedent hüququna əsasən, 2-ci Maddə müəyyən yaxşı oturuşmuş hallarda hər hansı fərdin həyatını digər fərdin cinayətkar hərəkətləri nəticəsində risk altına düşməkdən qorumaqla bağlı qabaqlayıcı tədbirlər görməklə bağlı hakimiyyət üzərində olan pozitiv öhdəliyi nəzərdə tuta bilər (bax Mastromatteo İtaliyaya qarşı (Mastromatteo v. Italy [GC], no. 37703/97, § 67 in fine, ECHR 2002‑VIII; Branko Tomasiç və Başqaları Xorvatiyaya qarşı (Branko Tomašić and Others v. Croatia, no. 46598/06, § 50, ECHR 2009‑...); və Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey, no. 33401/02, § 128, ECHR 2009‑...)).
245. Lakin bu o demək deyildir ki, həmin müddəadan hər bir zorakılıq aktının qarşısını almaqla bağlı pozitiv öhdəlik irəli gələ bilər. Sözügedən öhdəlik elə bir şəkildə interpretasiya olunmalıdır ki, müasir cəmiyyətdə polis əməliyyatlarının mürəkkəbliyini, insan davranışının proqnozlaşdırıla bilinməyən xüsusiyyətini və prioritetlər və resurslar əsasında edilən əməliyyat seçimlərini nəzərə alaraq hakimiyyət orqanlarının üzərinə qeyri-mümkün və qeyri-mütənasib yük qoyulmasın (bax Osman, yuxarıda sitat gətirilib, § 116, və Maiorano və başqaları İtaliyaya qarşı (Maiorano and Others v. Italy, no. 28634/06, § 105, 15 dekabr 2009-cu il).
246. Buna müvafiq olaraq, heç də iddia edilən həyat üçün hər bir risk hakimiyyət dairələri üçün həmin riskin reallaşdırılmasının qarşısını almaq üçün əməliyyat tədbirləri görülməsini tələb edən Konvensiyaya müvafiq tələb kimi başa düşülməməlidir. Məhkəmə müəyyən etmişdir ki, pozitiv öhdəlik elə hallarda meydana gəlir ki, orada hakimiyyət orqanları müəyyən edilmiş fərdin və ya fərdlərin həyatına qarşı real və yaxınlaşan riskin mövcud olmasından xəbərdar olsun və ya xəbərdar olmalı olsun və öz səlahiyyətləri çərçivəsində, ağlabatan şəkildə mühakimə edildiyi təqdirdə həmin riskin qarşısını ala biləcəyi ehtimal edilən tədbirləri görməmiş olsun (bax Bromiley Birləşmiş Krallığa qarşı (Bromiley v. the United Kingdom (dec.), no. 33747/96, 23 noyabr 1999; Pol və Endryu Edvards Birləşmiş Krallığa qarşı (Paul and Audrey Edwards v. the United Kingdom, no. 46477/99, § 55, ECHR 2002‑II; və Branko Tomašić, yuxarıda sitat gətirilib, §§ 50-51).
247. Bu baxımdan qeyd edilməlidir ki, Mastromatteo işində (yuxarıda sitat gətirilib, § 69) Məhkəmə ölümcül hərəkətin hədəfi ola biləcək və kimliyi əvvəlcədən bəlli olan fərd və ya fərdlərin şəxsi müdafiəsini təmin etməklə bağlı olan işlərlə (bax Osman və Paul and Audrey Edwards, hər ikisi yuxarıda sitat gətirilib; həmçinin bax Mastromatteo işinin ardından qəbul edilən, konkret olaraq Branko Tomašić işi ilə bağlı qərarlar, yuxarıda sitat gətirilib və Opuz, yuxarıda sitat gətirilib) və cəmiyyətin ümumi təhlükəsizliyini təmin etməklə bağlı işlər arasında fərq qoyulmalıdır (bax Maiorano və Başqaları (Maiorano and Others), yuxarıda sitat gətirilib, § 107).
248. Bundan əlavə, Konvensiyaya müvafiq olaraq Dövlətin öhdəliyinin meydana gəlməsi üçün müəyyən edilməlidir ki, hakimiyyət orqanları onlara əvvəlcədən məlum olan və fərdin həyatı üçün yaxınlaşmaqda olan real və yaxınlaşan riskin qarşısını almaq üçün onlardan gözlənilən bütün tədbirləri görməyiblər (bax Osman, yuxarıda sitat gətirilib, § 116; Mastromatteo, yuxarıda sitat gətirilib, § 74; və Maiorano and Others, yuxarıda sitat gətirilib, § 109).
249. Öz presedent hüququna əsasən Məhkəmə sözügedən işin konkret halları çərçivəsində hakimiyyətin fərdlərin həyatı üçün olan istənilən riskin minimuma endirilməsi məsələsinə kifayət qədər diqqətlə yanaşdığı və etdikləri hərəkətlərlə bağlı etinasız davranmadığını qiymətləndirmək üçün bir və ya daha çox fərdin ölümü ilə nəticələnən polis əməliyyatlarının planlaması və onlara nəzarət edilməsinin təhlilini keçirməlidir (bax McCann and Others, yuxarıda sitat gətirilib, §§ 194 və 201, və Andronicou and Constantinou, yuxarıda sitat gətirilib, § 181). Polis əməkdaşları tərəfindən ölümcül gücdən istifadə edilməsi müəyyən şərtlər daxilində əsaslandırıla bilər. Buna baxmayaraq, 2-ci Maddə carte blanche, yəni hüdudsuz səlahiyyətlər təmin etmir. Dövlət nümayəndələri tərəfindən sərgilənən tənzimlənməyən və özbaşına hərəkətlər insan hüquqlarına effektiv şəkildə hörmət bəslənməsinə uyğun deyil. Buna görə də polis əməliyyatları milli qanunvericiliklə kifayət qədər tənzimlənməli və bu məqsədlə gücdən özbaşına şəkildə sui-istifadə edilməsinə qarşı adekvat və effektiv təminatlar sistemi yaradılmalıdır. Müvafiq olaraq, Məhkəmə sadəcə güc tətbiq edən Dövlət nümayəndələrinin hərəkətlərini deyil, araşdırılan hərəkətlərin planlaşdırılması və onlara nəzarət edilməsi də daxil olmaqla ətrafda mövcud olan şərtləri də nəzərə almalıdır. Polis əməkdaşları öz vəzifələrini icra edərkən vakuuma tərk edilməməlidirlər: qanunverici və inzibati baza hüquq-mühafizə orqanlarının güc və odlu silah tətbiq etməsinə icazə verilən halların məhdud sayını bu məqsədlə yaradılmış beynəlxalq standartların işığında müəyyən etməlidir (bax Makaratzis, yuxarıda sitat gətirilib, §§ 58-59).
250. Xüsusilə, hüquq-mühafizə orqanları əməkdaşları odlu silahdan istifadə edilməsinə ehtiyac olub-olmadığını sadəcə müvafiq tənzimləyici sənədlərə əsasən deyil, eyni zamanda fundamental dəyər qismində insan həyatına hörmət bəslənməsinin olduqca böyük əhəmiyyəti işığında dəyərləndirmək üçün xüsusi təlim keçməlidirlər (bax Nachova and Others, yuxarıda sitat gətirilib, § 97; bax həmçinin Mkkan və Başqalarının işində (McCann and Others) (yuxarıda sitat gətirilib, §§ 211-214) Məhkəmənin əsgərlərə “öldürmək üçün atəş aç” əmri verilməsini tənqid etməsi).
251. Nəhayət, nəzərdən qaçırmaq olmaz ki, Carlo Giuliani-nin ölümü kütləvi nümayiş zamanı baş verib. Qanuna uyğun şəkildə keçirilən nümayişlərin dinc yolla keçirilməsi və bütün vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Tərəf Dövlətlər məsuliyyət daşısa da, onlar bunu mütləq şəkildə təmin edə bilməzlər və onların hansı vasitələrdən istifadə edilməsi ilə bağlı geniş diskresion hüququ vardır. Bu sahədə Konvensiyanın 11-ci Maddəsinə əsasən onların üzərində olan öhdəlik əldə ediləcək nəticələrlə deyil, görülməli olan tədbirlərlə bağlı olan öhdəlikdir (bax “Ärzte für das Leben” platforması Avstriyaya qarşı (Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 34, Series A no. 139; Oya Ataman Türkiyəyə qarşı (Oya Ataman v. Turkey, no. 74552/01, § 35, ECHR 2006‑XIII); və Protopapa Türkiyəyə qarşı (Protopapa v. Turkey, no. 16084/90, § 108, 24 fevral 2009)). Lakin, vacibdir ki, preventiv təhlükəsizlik tədbirləri, məsələn, nümayişlərin keçirildiyi yerdə təcili yardım maşınlarının olması, siyasi, mədəni və ya digər xarakterli tədbirlərin rəvan şəkildə keçməsi üçün təmin edilmiş olsun (bax Oya Ataman, yuxarıda sitat gətirilib, § 39). Bundan əlavə, nümayişçilər zorakılıq aktlarında iştirak etmədiyi hallarda, hakimiyyət orqanlarının dinc nümayişçilərə qarşı müəyyən dərəcədə dözümlülük nümayiş etdirməsi vacibdir ki, Konvensiyanın 11-ci Maddəsinə uyğun olaraq təmin edilən sərbəst toplaşma azadlığının həyata keçirilməsi öz mahiyyətini itirmiş olmasın (bax Patyi və Başqaları Macarıstana qarşı (Patyi and Others v. Hungary, no. 5529/05, § 43, 7 oktyabr 2008)). Digər tərəfdən, həmin müddəaya əsasən təmin edilən hüquqa müdaxilələr prinsip etibarı ilə nümayişçilərin zorakılıq əməllərinə əl atdıqları hallarda asayişi qorumaq, cinayət əməlinin qarşısını almaq və ya başqalarının hüquq və azadlıqlarını qorumaq məqsədilə əsaslandırıla bilər (bax Protopapa, yuxarıda sitat gətirilib, § 109).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
252. Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, G8 sammiti ilə bağlı Genuyada keçirilən nümayişlər zorakılığa çevrilmişdi. 20 iyul 2001-ci ildə hüquq-mühafizə orqanları əməkdaşları və nümayişçilərin müəyyən bir hissəsi arasında çoxsaylı toqquşmalar baş vermişdi. Bu tərəflər tərəfindən təqdim edilmiş video çəkilişlərində geniş şəkildə nümayiş etdirilmişdi. Bu şəkillər həm də bəzi polis əməkdaşları tərəfindən nümayişçilərə qarşı törədilən zorakılıq hərəkətlərini əks etdirirdi (bax yuxarıda 139-cu bənd).
253. Lakin, belə bir fakt qalmaqda davam edir ki, hazırkı ərizə bütövlükdə G8 sammiti ilə bağlı ictimai asayişi qorumaq əməliyyatlarının təşkilinə aid deyil. Məhkəmənin araşdırması digər məsələlərlə yanaşı tədbirin planlaşdırılması və təşkil edilməsində Carlo Giuliani-nin ölümü ilə birbaşa əlaqəsi ola biləcək nöqsanların olub-olmadığını aydınlaşdırmaqla məhdudlaşmalı idi. Bu baxımdan qeyd edilməlidir ki, zorakı insidentlər Piazza Alimondakı hadisələrdən çox öncə müşahidə edilməyə başlanmışdı. İstənilən halda, inanmamaq üçün heç bir obyektiv əsas yoxdur ki, həmin zorakı insidentlər baş verməsəydi və Tute Bianche-da yürüşdə iştirak edənlərə qarşı carabinieri tərəfindən həmlə edilməsəydi, M.P. özünü məruz qaldığı qanunsuz hücumdan müdafiə etmək üçün güllə atmazdı. Eyni nəticə hadisələrdən öncə carabinieri üçün verilmiş təlimatlara edilən dəyişikliklər və seçilən rabitə sistemi ilə bağlı da çıxarılmalıdır.
254. Bu məsələ ilə bağlı Məhkəmə müşahidə edir ki, carabinieri -lərin Via Caffadakı müdaxiləsi (bax yuxarıda 42-44-cü bəndlər) və nümayişçilərin cipə hücumu nisbətən sakitlik dönəmində baş vermişdi ki, bu zaman gün boyu toqquşmalarda iştirak etdikdən sonra carabinieri dəstəsi Piazza Alimondada dincəlmək, yenidən qruplaşmaq və yaralı əməkdaşların ciplərə minməsi üçün toplaşmışdı. Videolentlərin nümayiş etdirdiyi kimi, nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma qəfildən baş vermiş və ölümcül güllə atılana qədər bir neçə dəqiqə ərzində davam etmişdi. Belə bir zorakı hərəkətin məhz həmin yerdə və həmin şərtlər altında baş verəcəyini əvvəlcədən görmək mümkün deyildi. Bundan əlavə, kütlənin məhz hansı səbəbdən hərəkət etdiyi şəkildə hərəkət etdiyini yalnız təxmin etmək mümkün idi.
255. Eyni zamanda qeyd edilməlidir ki, Hökumət tədbirdə təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətli sayda heyət yerləşdirmişdi (18,000 əməkdaş – bax yuxarıda 141 və 237-ci bəndlər) və yerləşdirilən bütün heyət ya ixtisaslaşmış hissələri təmsil edirdi, ya da kütləvi toplaşmalar zamanı asayişi qorumaq sahəsində xüsusi (ad hoc ) təlim keçmişdi. M.P.-yə gəldikdə o, Velletri-də keçirilən təlim kurslarında iştirak etmişdi (bax yuxarıda 108-109 və 237-ci bəndlər; təzad Makaratzis, yuxarıda sitat gətirilib, § 70). Yerlərdə olduqca böyük sayda əməkdaşların yerləşdirildiyini nəzərə alaraq, onlardan hamının uzun müddətli təcrübəyə malik olmasını və ya bu sahə ilə bağlı aylarla və ya illərlə təlim keçməsini gözləmək olmazdı. Başqa bir qərara gəlmək Dövlətin üzərinə qeyri-mütənasib və qeyri-realist öhdəlik qoyulması demək olardı. Bundan əlavə, Hökumətin doğru olaraq vurğuladığı kimi (bax yuxarıda 233-cü bənd) hüquq-mühafizə orqanları əməkdaşlarının dəqiq və bilinən hədəfə qarşı hərəkət etdiyinə dair olan işlərlə (bax, misal üçün, McCann and Others və Andronicou and Constantinou, hər ikisi yuxarıda sitat gətirilib), hazırkı işdə olduğu kimi, bütöv bir şəhər kimi geniş əraziyə yayılmış iğtişaşlar zamanı asayişi bərpa etmənin mövzu olduğu işlər arasında fərq qoyulmalıdır. Yalnız birinci kateqoriyaya daxil olan işlərdə iştirak edən bütün əməkdaşların onlara həvalə edilən vəzifələrin icrasında yüksək mütəxəssis olduğunu gözləmək olar.
256. Belə aydın olur ki, Genuyada keçirilən G8 sammiti zamanı asayişi təmin etmək üçün sözügedən vaxtda iyirmi yaş on bir aylıq olan və yalnız on ay ərzində hərbi xidmət keçmiş M.P. kimi carabiniere-nin seçilməsi faktı əsasında Konvensiyanın 2-ci Maddəsinin pozulduğunu aşkar etmək mümkün deyil (bax yuxarıda 35-ci bənd). Məhkəmə eyni zamanda qeyd edir ki, cipə hücum edilən zaman M.P.-nin törətdiyi hərəkətlər 2-ci Maddənin mahiyyət etibarı ilə pozuntusunu təşkil etmir (bax yuxarıda 194-195-ci bəndlər). Onun nə düşünülməmiş təşəbbüslər etdiyi, nə də müvafiq təlimatlar olmadan hərəkət etdiyi müəyyən edilməmişdir (kontrast Makaratzis, yuxarıda sitat gətirilib, § 70).
257. Buna görə də, nümayişçilərin Paizza Alimondada cipə hücum etməsindən əvvəl qəbul edilən qərarların həyatı qorumaq öhdəliyinə zidd olub-olmadığını müəyyən etmək tələb olunur. Həmin baxımdan Məhkəmə həmin qərarlar qəbul edilən zaman hakimiyyət orqanlarının əlində olan məlumatları nəzərə almalıdır. Məhz həmin vaxtda Carlo Giuliani-nin və ya hadisə yerində olan nümayiş iştirakçılarından hər hansı birinin ölümcül hərəkətin potensial hədəfi olduğunu iddia etmək üçün heç bir əsas yox idi. Buna görə də, hakimiyyət orqanları onu şəxsi müdafiə ilə təmin etmək öhdəliyi daşımırdı, lakin, ümumilikdə onu və ya hər hansı digər şəxsin həyatını və ya sağlamlığını təhlükə altına ala biləcək hər hansı hərəkətdən çəkinməklə bağlı öhdəlik daşıyırdı.
258. Məhkəmə hesab edir ki, 20 iyul hadisələrindən sonrakı vəziyyət kimi fövqəladə vəziyyətlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının qeyri-zirehli lojistik dəstək maşınlarından istifadə edə biləcəyi inandırıcıdır. Buna bənzər olaraq, müvafiq nəqliyyat vasitələrinin niyə görə dərhal xəstəxanaya getmədiyini də başa düşmək olar, çünki bu zaman onlar şəhərin iğtişaşların hər an qızışa biləcəyi hissələrindən keçməli olardılar. Məhkəmənin müşahidə etdiyi kimi tamamilə qəfildən baş verən və əvvəlcədən görülə bilinməyən Via Caffadakı hücumdan (bax yuxarıda 254-cü bənd) əvvəl elə görünürdü ki, ciplər Piazza Alimondada daha yaxşı mühafizə olunublar, çünki orada onlar carabinieri kontingentinə yaxın idilər. Bundan əlavə, materiallar arasında heç bir sübut yoxdur ki, cipin içində olan carabinieri-lərin xəstəxanaya təcili olaraq aparılmasını tələb edən ağır vəziyyətdə olduğunu göstərsin; sözügedən əməkdaşlar əsasən uzun müddət gözyaşardıcı qazın təsirinə məruz qalmaqdan əziyyət çəkirdilər.
259. Ciplər daha sonra carabinieri dəstəsinin ardınca Via Caffaya doğru gedib; materiallardan bu qərara nəyin səbəb olduğu aydın deyil. Ola bilsin ki, bu hərəkət təcrid olunmuş vəziyyətdə qalmamaq üçün edilib, çünki belə bir vəziyyətə düşmək, sonrakı hadisələrin də göstərdiyi kimi, olduqca təhlükəli ola bilərdi. Bundan əlavə, hərəkət edilən zaman nümayişçilərin carabinieri-lərə güc tətbiq edəcəyini və onların cəld və nizamsız şəkildə geri çəkilə biləcəyini, bununla da ciplərin tez bir şəkildə geriyə dönəcəyini və onlardan birinin əhatədə qalacağını ehtimal etmək üçün heç bir əsas yox idi. Bu hadisələrin baş verməsinə bilavasitə səbəb olan amil nümayişçilərin zorakı və qanunsuz hücumu idi. Tamamilə aydındır ki, hüquq-mühafizə orqanları tərəfindən daha əvvəl qəbul edilən heç bir əməliyyat qərarı bu proqnozlaşdırıla bilinməyən elementi nəzərə ala bilməzdi. Bundan əlavə, seçilən rabitə sistemini polis əməkdaşları və carabinieri-lərin özləri arasında birbaşa radio ünsiyyətini deyil, yalnız polis və carabinieri idarəetmə mərkəzləri arasında əlaqə yaratmağı mümkün etdiyinə görə (bax yuxarıda 222-ci bənd), müəyyən etmək olmaz ki, aydın rəhbərlik zənciri olmamışdır, belə ki, Məhkəmənin presedent hüququna görə bu amil bəzi polis əməkdaşlarının səhvən atəş açmasına səbəb ola bilər (bax Makaratzis, yuxarıda sitat gətirilib, § 68). M.P. tabe olduğu və əməliyyat yerində olan komandirlərinin əmrlərinə və təlimatlarına tabe idi.
260. Bundan əlavə, Məhkəmə düşünmür ki, M.P.-nin yaralanması və vəzifəsini icra etmək iqtidarında olmaması faktı onun komandirlərini onun silahını almağa vadar etməli idi. Silah baş verə biləcək qəfil və zorakı, eləcə də həyat üçün təhlükə doğuran hücumlara qarşı şəxsi özünümüdafiə vasitəsi olaraq qalırdı və məhz həmin məqsədlər üçün də istifadə edilmişdi.
261. Nəhayət, ölümcül atəş açılmasından sonra baş verəm hadisələrlə (bax yuxarıda 229-cu bənd) bağlı Məhkəmə müşahidə etmişdir ki, Carlo Giuliani-yə göstərilən yardımın qeyri-adekvat olması və ya gecikməsi ilə bağlı və ya cipin onun bədəni üzərindən qəsdən keçməsi ilə bağlı heç bir sübut yoxdur. İstənilən halda, meyitin yarılmasına dair hesabatdan da göründüyü kimi (bax yuxarıda 50-ci bənd) M.P. tərəfindən atılan güllənin beyinə dəyməsi nəticəsində alınan xəsarət o qədər ağır olmuşdur ki, bir neçə dəqiqə ərzində ölümə səbəb olmuşdur.
262. Belə məlum olur ki, İtaliya hakimiyyəti potensial olaraq ölümcül gücdən istifadə edilməsinin nəzərdə tutulduğu nümayişlər zamanı ağlabatan şəkildə onlardan gözlənilə bilən dərəcədə təminatların təmin edilməsi baxımından öhdəliyinin yerinə yetirilməsində uğursuz olmayıb. Genuyada keçirilən G8 sammiti zamanı təhlükəsizlik əməliyyatlarının təşkili və planlaşdırılması və Piazza Alimondadakı faciəvi hadisələrlə bağlı Konvensiyanın 2-ci Maddəsinin pozuntusu baş verməyib.
II. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN PROSEDUR ASPEKTİ İLƏ POZULMASINA DAİR İDDİALAR
263. Ərizəçilər iddia ediblər ki, cavabdeh dövlət Konvensiyanın 2-ci Maddəsinin prosedur aspektlərindən irəli gələn öhdəliklərə uyğun ola bilməyib. Hökumət həmin iddianı mübahisələndirib.
A. Ərizəçilər tərəfindən qaldırılan məsələlər
1. Cəsədin yarılması və yandırılması zamanı baş verən nöqsanlarla bağlı iddialar
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçilər
264. Ərizəçilər müşahidə etmişlər ki, 21 iyul 2001-ci il tarixində prokuror Carlo Giuliani-nin cəsədinin yarılmasına dair əmr vermiş və bu məqsədlə iki ekspert (c-b Canale və c-b Salvi) təyin etmişdir; ekspertlər işlərinə həmin gün saat 15.00 da başlamalı idilər. Prokuror polisdən bu barədə saat 13.00-a qədər M.P. və qurbanın valideynlərinə xəbər verməyi xahiş etmişdir. Belə bir qısa müddət ərzində ərizəçilərin cəsədin yarılmasında iştirak etmək üçün ekspert tapa bilməsi mümkün olmamışdır. Bundan əlavə, prokuror cəsədin yandırılmasını 23 iyul 2002-ci il tarixinə, yəni cəsədin yarılmasının nəticələrinin məlum olmasından çox daha əvvəl bir tarixə təyin etmişdir (hesabatlarını hazırlamaq üçün ekspertlərə altmış gün vaxt verilmişdi).
265. Ərizəçilər heç bir şəkildə bu proseslərdə “tərəf” olmamışdılar, belə ki, İtaliya qanunvericiliyinə əsasən mülki tərəf qismində icraata qoşulmağa dair müraciət təqsirləndirilən şəxslə bağlı məhkəmə prosesi başladıqdan sonra edilə bilərdi. Zərərçəkmiş tərəf olaraq onların istintaqda iştirak etmək üçün olduqca məhdud səlahiyyəti var idi. Bu səlahiyyətlər, prokuror tərəfindən, CPM-nin 360-cı Maddəsinə əsasən təkrarlana bilinməyən texniki testlərin keçirilməsinə dair əmr verildikdə daha da məhdudlaşdı (bax yuxarıda 150-ci bənd); həmin işdə, zərərçəkmiş tərəf yalnız prokurordan hakimə sübutların dərhal təqdim edilməsi ilə bağlı müraciət etməsini xahiş də bilərdi. Yalnız həmin müraciət təmin edildiyi halda zərərçəkmiş tərəf işi araşdıran hakimdən prokurorluq tərəfinin ekspertlərini dindirməyi xahiş edə bilərdi. Hazırkı işdə cəsədin yarılmağı, təkrarlanması mümkün olmayan texniki təhlil kimi səciyyələndirilmişdi.
266. Nəhayət, ərizəçilər müşahidə etmişdilər ki, Carlo Giuliani-nin meyiti üzərində aparılmış cəsədin tam şəkildə skan yolu ilə müayinə edilməsi (bax yuxarıda 60-cı bənd) nəticəsində onun başına metal qırıntısı dəydiyi müəyyən edilmiş, lakin həmin qırıntı aşkar edilməmiş və ya qeydə alınmamışdı (bax c-b Salvi-nin “iyirmi beşlərin məhkəməsi zamanı verdiyi ifadə - yuxarıda 130-cu bənd).
(ii) Hökumət
267. Hökumət iddia etmişdir kİ, metal qırıntısının çıxarılması sadəcə lüzumsuz deyil, eyni zamanda imkansız və ya qeyri-mümkün idi. Bu M.P.-nin ölümcül güc tətbiq etməsinə səbəb olan hallar barəsində hər hansı əlavə məlumatın əldə olunmasına gətirib çıxara bilməzdi. Qurğuşun mikro-qırıntıları qurbanın balaklavasında (başına geydiyi maska tipli qara geyim) da aşkar edilmişdi ki, onların da təhlili aralıq cisim nəzəriyyəsini təsdiq etmişdi. Bundan əlavə, Carlo Giuliani-nin cəsədi ailəsinə kremasiya məqsədilə qaytarıldığı zaman hazırlanacaq meyitin yarılmasına dair rəyin “səthi” olacağını ehtimal etmək üçün heç bir əsas yox idi. Ekspertlərin cəsədlə işi bitdikdən sonra onun ailəyə qaytarılması adi bir təcrübə idi. Bu qurbanın qohumlarına üz vermiş faciə ilə bağlı hüzn ifadə olunmasının bir yolu idi və onların 8-ci Maddəyə əsasən hüquqlarına hörmət bəslənməsini təmin edirdi.
268. Meyitin yandırılmasına dair müraciət ərizəçilərin özləri tərəfindən irəli sürülmüşdü və onlar meyitin yandırılmasının keçiriləcəyi barədə məlumatlı idilər və orada iştirak etmək üçün dəvət olunmuşdular. Bundan əlavə, ərizəçilərin nümayəndəsi sübutların dərhal təqdim olunmasına dair heç bir müraciət etməmişdi (Hökumət Sottani İtaliyaya qarşı (Sottani v. Italy (dec.), no. 26775/02, ECHR 2005-III) istinad etmişdi ki, həmin qərarda Məhkəmə bənzər şikayəti rədd etmişdi).
269. Məhkəmənin ifadə etmək imkanı olduğu kimi (Hökumət, mutatis mutandis, R.K. və A.K. Birləşmiş Krallığa qarşı (R.K. and A.K. v. the United Kingdom, no. 38000/05, § 36, 30 sentyabr 2008) işinə istinad edərək bildirmişdir ki, istintaqın düzgün aparılıb-aparılmadığının müəyyən edilməsi ex post facto deyil, ex ante, yəni qərar qəbul edilən zaman məhkəməyə təqdim olunmuş faktların əsasında qiymətləndirilməlidir. Əgər müəyyən edilən nöqsanlar üzündən istintaqın aparılması nəticəsində işin hallarını və ya məsuliyyət daşıyan şəxsləri müəyyən etmək mümkün olmursa, belə istintaq Konvensiyanın məqsədləri baxımından qüsurlu hesab edilir (Hökumət Makaratzis işinə istinad edib, yuxarıda sitat gətirilib, § 74). Yalnız bəzi işlərdə mövcud olan qeyri-adi hallar Məhkəmənin 2-ci Maddənin mahiyyət etibarı ilə pozuntusunu və ya Konvensiyanın 38-ci Maddəsinin pozuntusunu aşkar etmədən 2-ci Maddənin prosedur baxımından pozulduğunu aşkar etməsinə gətirib çıxarıb (Hökumət misal şəklində, Haq Cordan Birləşmiş Krallığa qarşı (Hugh Jordan v. the United Kingdom) (no. 24746/94, ECHR 2001-III)işinə istinad edib) və bu istənilən halda fərqli rəylərin meydana gəlməsinə səbəb olub (Hökumət Ramasahai və Başqaları Niderlanda qarşı (Ramsahai and Others v. the Netherlands ([GC], no. 52391/99, ECHR 2007‑VI) işinə nümunə şəklində istinad edib). Hazırkı işdə özünümüdafiənin olub-olmadığına dair yerli hakimiyyətin gəldiyi nəticələr Palata tərəfindən təsdiq edilmişdi. Buna müvafiq olaraq, istintaqda baş verməsi mümkün olan hər hansı nöqsan istintaqın effektivliyinə təsir etməmişdi.
270. İstənilən halda effektivlik tələbi nəticə ilə deyil, vasitə ilə bağlı olan bir tələb idi. Hökumət qəbul etmişdir ki, “bəzi sənədlərdə, hadisələrin yenidən canlandırılmasında, digər məsələlərlə yanaşı, müəyyən elementlərin çatışmaması üzündən çətinliklər olduğu qeyd edilmişdir”. Lakin, həmin çətinliklər hakimiyyət və ya onlar tərəfindən göstərilən etinasızlığa xas deyildi və əksinə onların nəzarətində olmayan obyektiv səbəblər üzündən baş vermişdi. Buna görə də, müstəntiqlər vasitələr nöqteyi-nəzərindən öz öhdəliklərinə uyğun hərəkət etmişlər. Bundan əlavə, müəyyən elementlərlə bağlı bəzi şübhələrin olması ehtimal edilsə belə, cinayət işlərində həmin şübhələrdən qurban və ya zərərçəkən tərəf deyil, təqsirləndirilən şəxs bəhrələnməli idi. Nəhayət, nəzərdən qaçırmaq olmaz ki, Məhkəmə hakimiyyət dairələrinin nöqsanlara yol verdiyi hallarda ölkədaxili araşdırmaların “effektiv” olmasını nəzərdə tutur (Hökumət yuxarıda sitat gətirilmiş Grams işinə və Menson və Başqaları Birləşmiş Krallığa qarşı (Menson and Others v. the United Kingdom (dec.), no. 47916/99, ECHR 2003‑V) işlərinə istinad edib).
(b) Palatanın qərarı
271. Palata müşahidə etmişdir ki, Carlo Giuliani-nin cəsədi üzərində aparılan skan müayinəsi onun başına dəymiş, lakin çıxarılıb qeydə alınmamış dəmir qırıntısının olduğunu aşkar etmişdir, baxmayaraq ki, həmin qırıntı üzərində təhlil aparılması “ballistik təhlillərin və hadisələrin yenidən canlandırılması” nöqteyi-nəzərindən əhəmiyyətli ola bilərdi. Bundan əlavə, cəsədin yarılmasını həyata keçirən həkimlər “güllənin birbaşa dəyib-dəymədiyini aşkar şəkildə bəyan etməmişlər”. Buna görə də, çox vacib suallar cavabsız qalmış və bunun da nəticəsində prokurorluq cəsədin yarılmasına dair rəyin “səthi” olduğunu bildirmişdi. Bu nöqsanlar belə bir faktla ağırlaşıb ki, cəsədin yandırılmasına icazə ekspert rəyinin işıq üzü görməsindən əvvəl verilib, bununla da hər hansı yeni təhlilin aparılmasına imkan qalmayıb. Palata həmçinin ərizəçilərə cəsədin yarılmasında iştirak etmək üçün öz ekspertlərini təyin etməyə olduqca az vaxt verildiyindən məyus olmuşdur. Buna müvafiq olaraq, o, müəyyən etmişdir ki, Konvensiyanın 2-ci Maddəsinin prosedur baxımından pozuntusu baş vermişdir (bax Palata qərarının 245-251-ci bəndləri).
2. Bəzi polis əməkdaşlarının ehtimal edilən məsuliyyətinin müəyyən edilməsi məqsədilə icraatın başladılmaması
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçilər
272. Ərizəçilər bildirmişlər ki, Konvensiyanın 2-ci Maddəsi həmçinin Genuyada keçirilən G8 sammiti zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının davranışına dair inzibati və ya cinayət araşdırması aparılmadığına görə də pozulmuşdur. Araşdırma tabeçilik zəncirindəki məsuliyyətlər üzərinə işıq sala və zəruri hallarda inzibati cəzaların verilməsinə səbəb ola bilərdi. Hər hansı inzibati araşdırmanın aparılmadığı Hökumət tərəfindən (bax aşağıda 280-ci bənd) və “iyirmi beşlərin məhkəməsində” Polkovnik Truglio tərəfindən təsdiqlənmişdir.
273. Belə aydın olmuşdur ki, əməliyyatların planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində baş verən nöqsanlara və onların nümayişçiləri dağıtmaq məqsədilə mütənasib gücdən istifadə edə bilməməsinə görə dövlətin məsuliyyətini qiymətləndirmək üçün heç bir tədbir görülməmişdi. Hüquq-mühafizə orqanlarına verilən təlimatlar və ya onlara hansı səbəbdən həqiqi sursat verildiyi araşdırılmamışdı. Prokurorluq orqanları heç vaxt M.P.-nin komandirlərinin, öz vəzifəsini icra etmək iqtidarında olmayan carabiniere-dən onun silahını almadıqlarına görə məsuliyyətə cəlb edilə bilib-bilməyəcəklərini araşdırmayıblar.
274. Əgər Hökumət belə bir faktı təsdiq etməkdə haqlı idisə ki, istintaq cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərdən başqa şəxslərə tətbiq edilə bilməzdi, bu zaman ölkədaxili qanunvericiliyin müddəası Konvensiyanın 2-ci Maddəsinə uyğun deyildi. Bundan əlavə, prokuror işə xitam verilməsinə dair müraciəti etməklə problemlərə istinad etmişdi (lakin onları spesifik olaraq qeyd etməmişdi). Bu nəticə istintaqın problemlərin səbəbini və məsuliyyətə cəlb olunmalı olan şəxsləri aşkar etmək imkanı vermədiyinə görə Konvensiya həm də prokurorluq orqanları tərəfindən natamam istintaq aparılması ilə bağlı da pozulmuşdur.
275. Ərizəçilər məyusluqla belə bir faktı bildirmişlər ki, M.P.-nin komandirlərinin (zabitlər Leso, Truglio, Cappello və Mirante) cəzalandırılmaması bir yana qalsın, onların hamısı vəzifəsində irəliyə çəkilmişdi. Bundan əlavə, nümayişçilərə qarşı qanunsuz həbslər və zorakılıq tətbiq edən bəzi polis əməkdaşları da eyni şəkildə vəzifələrində irəli çəkilmişdilər. Lakin, 18 may 2008-ci il tarixli qərarı ilə Genuya Apelyasiya Məhkəməsi bu zabitlərdən bəzilərini G8 sammiti zamanı Diaz məktəbində törətdikləri əməllərə görə üç il səkkiz ay ilə beş il arasında azadlıqdan məhrum etmə ilə cəzalandırmışdı (təqsirləndirilən iyirmi yeddi nəfərdən iyimi beşi məhkum edilmiş və onlara ümumilikdə səksən beş il iş verilmişdi). Həmin qərarın çıxarıldığından bir gün sonra Daxili İşlər Nazirinin Müavini bildirmişdir ki, məhkum edilmiş rəhbər işçilərdən heç biri işindən çıxarılmayacaq və onlar Nazirin etibarından məhrum edilməyəcəklər.
(ii) Hökumət
276. İstintaqın hansı hallarda qüsurlu ola biləcəyini söyləməyin mümkün olduğu ilə bağlı müşahidələrinə istinad edən Hökumət (bax yuxarıda 269-cu bənd) iddia etmişdir ki, ictimai asayişi qorumaq əməliyyatları ilə bağlı heç bir məsuliyyət meydana gəlmədiyinə görə onlarla bağlı istintaqın aparılmaması da adi bir haldır. Palata özlüyündə belə nəticəyə gəlmişdir ki, Genuyada keçirilən G8 sammiti zamanı həyata keçirilən əməliyyatların planlaması və təşkili 2-ci maddənin tələblərinə uyğun olmuşdur. Buna müvafiq olaraq, planlama ilə bağlı hər hansı şəxsin məsuliyyət ilə bağlı araşdırma aparmağa ehtiyac yox idi.
277. Palata istintaqı M.P.-nin niyə görə dərhal xəstəxanaya aparılmadığının, onun ixtiyarında dolu silahın qalmasının və əhatəyə düşən və heç bir qoruması olmayan cipə mindirildiyinin səbəblərini araşdırmadığına görə tənqid etmişdir. Hökumət müşahidə etmişdir ki, ölkədaxili istintaq ciplərin carabiniere dəstəsinin ardınca öz təşəbbüsləri ilə yoxsa komandirlərinin əmri əsasında getdiyinin səbəblərini qətiyyətlə müəyyən edə bilməyib. İstənilən halda, bu edilə bilən yeganə hərəkət idi, çünki ciplər birlikdə və dəstənin himayəsi altında hərəkət etməli idilər. M.P. cipə qəfil hadisə üzündən yerləşdirilmişdi (onun şəxsi vəziyyəti) və nəqliyyat vasitəsi “mühasirəyə” nümayişçilər tərəfindən qurulmuş pusqu nəticəsində düşmüşdü. Tapança M.P.-nin özünü müdafiə vasitəsi idi.
278. M.P. özünü müdafiə məqsədilə hərəkət etdiyinə görə ictimai asayiş tədbirləri üzrə məsuliyyət daşıyan şəxslərin üzərinə hansı əməlin qoyula biləcəyini ayırd etmək çətin idi. Konvensiyanın 7-ci Maddəsi tələb edirdi ki, hər hansı bir şəxsin cəzalandırılması üçün əməlin fiziki cəhətdən törədilməsini həyata keçirən davranışındakı məsuliyyət elementini aşkar edən intellektual əlaqə (xəbərdar olma və niyyətə malik olma) olmalıdır (Hökumət Sud Fondi S.r.l.və Başqaları İtaliyaya (Sud Fondi S.r.l. and Others v. Italy, no. 75909/01, § 116, 20 yanvar 2009) işinə istinad etmişdir. Hazırkı işdə G8 sammiti zamanı asayişin qorunmasına görə məsuliyyət daşıyan şəxslərin hər hansı bir əməli törətməkdə təqsirli və ya həmin əməli törətmək niyyətində olduğunu və ya həmin əməlin törədilməsindən xəbərdar olduğunu düşünmək mümkün deyil.
279. Bundan əlavə, cinayət məsuliyyəti sırf şəxsi xarakter daşıyırdı və səbəb-əlaqəsi olmalı idi, törədilən əməl isə şikayət edilən hərəkətin birbaşa nəticəsi olmuşdu. Asayişi qorumaq əməliyyatlarının təşkilində, idarə edilməsində və həyata keçirilməsində baş verə bilən istənilən xətaların Piazza Alimondada baş verən faciəvi hadisələrin birbaşa səbəbi olduğunu heç bir şəkildə təxmin etmək olmazdı. Buna görə də, istintaqın yüksək rütbəli polisləri də əhatə etməsini təmin etmək və ya potensial olaraq məsuliyyət daşıyan şəxsləri müəyyən etməyə çalışmaq lüzumsuz olardı. Əgər Palatanın qərarı bu məsələ ilə bağlı qüvvədə saxlansaydı, Hökumət heç bir nəticə gətirməyək mənasız və zərərli istintaq aparmalı olardı ki, bununla da təqsirsiz insanların həyatına özbaşına müdaxilə etmiş olardı.
280. Carabinieri ilə bağlı heç bir inzibati və ya intizam araşdırması aparılmayıb. Lakin, nümayişçilərə qarşı 21 və 22 iyulda, yəni Carlo Giuliani-nin ölümündən sonra zorakılıq törətdiyi iddia edilən bir neçə polis əməkdaşına qarşı iki ayrı cinayət işi açılmışdı. Parlament araşdırması, “iyirmi beşlərin məhkəməsi” (bax yuxarıda 121-138-ci bəndlər) və Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaq (bax yuxarıda 140-cı bənd) zamanı G8 sammitinin konteksti bütövlükdə nəzərdən keçirilmişdi.
(b) Palatanın qərarı
281. Palata belə bir faktdan məyus olmuşdur ki, ölkədaxili istintaq yalnız M.P. və F.C.-nin məsuliyyətə cəlb edilməsinin zəruri olub-olmadığını aydınlaşdırmaqla qənaətlənmiş, lakin “ümumi konteksti”ni nəzərdən keçirməmişdir ki, hakimiyyətin Carlo Giuliani-nin ölümünə səbəb olan insidentlər kimi hadisələrin qarşısını almaq məqsədilə ictimai asayiş tədbirlərini müvafiq şəkildə planlayıb həyata keçirib-keçirmədiyindən əmin olunmuş olsun. Xüsusilə, M.P.-nin hansı səbəbdən dərhal xəstəxanaya aparılmaması, dolu tapançanın onun ixtiyarında qalması və onun qoruması olmayan təcrid edilmiş cipə mindirilməsinin səbəbləri aydınlaşdırılmamışdı. Bu suallar cavab tələb edirdi, belə ki, “ölümcül güllə M.P. və F.C. içinə düşdüyü vəziyyətlə olduqca yaxın əlaqəyə malik idi” (bax Palata qərarının 252-254-cü bəndləri).
3. Ölkədaxili istintaqdakı iddia edilən digər nöqsanlar
282. Ərizəçilər iddia ediblər ki, daxili araşdırmalarda bir sıra digər nöqsanlar da baş verib. Hökumət bu iddiaları mübahisələndirib. Palata həmin məsələləri nəzərdən keçirməyi zəruri hesab etməyib (bax Palata qərarının 255-ci bəndi).
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçilər
283. Ərizəçilər iddia ediblər ki, aparılan istintaq müstəqil və qərəzsiz olmamış, hərtərəfli şəkildə aparılmamış və icraata xitam verilməsi haqqında qərar əsasında başa çatarkən onları ictimaiyyətə açıq dinləmələr keçirilməsindən və beləliklə də, onların qohumunun ölümü ilə bağlı hallar üzərində ictimai nəzarətin həyata keçirilməsindən məhrum etmişdir.
284. İcraata xitam verilməsi ilə bağlı etdiyi müraciətdə prokurorluq orqanları M.P.-nin atəş açdığı zaman niyyətinin nədən ibarət olduğu ilə bağlı əmin olmadıqlarını ifadə etmiş və müəyyən etmişlər ki, M.P.-nin hücum edənləri sadəcə qorxutmaq istədiyi yoxsa onların istiqamətinə atəş açmaqla və güllənin kiməsə dəyəcəyi riskini qəbul etməklə özünü müdafiə etməyə çalışdığını müəyyən etmək mümkün olmamışdır. Prokurorluq orqanlarının fikrincə, bu etinasızlıq üzündən ölümə səbəb, bilərəkdən kimisə öldürmək riskinin altına girmək və ya qəsdən adamöldürmə ola bilərdi. Üçüncü ehtimalı istisna etdikdən sonra (düzgün izahat olmadan) prokuror belə qənaətə gəlmişdir ki, M.P. özünü müdafiə məqsədi ilə hərəkət etmişdir və icraata xitam verməklə bağlı ona görə müraciət edilmişdir ki, əsaslandırma səbəbləri ilə bağlı “şübhələr” mövcud olmuşdur (bax yuxarıda 72 – 75-ci bəndlər). Ərizəçilərin fikrincə, prokurorluq orqanlarının faktların müəyyən edilməsi ilə bağlı əmin olmaması ictimaiyyətə açıq icraatın və istintaqın davamının aparılmasını zəruri etmişdir.
285. Ərizəçilər qəbul etmişlər ki, onlar prokurorun icraata xitam vermə barəsində müraciətinə qarşı etiraz edə bilmişlər və həmin etirazın ardından işə araşdırma aparan hakimin qarşısında qapalı şəkildə baxılmışdır. Lakin, proses qapalı keçirilmiş və orada iştirak etməyə yalnız tərəflərə və vəkilə icazə verilmişdi. Bundan əlavə, araşdırma aparan hakim prokurorluq orqanları tərəfindən təqdim edilmiş sübutlar əsasında qərar qəbul etməli idi ki, prokurorluq orqanları da hüquq-mühafizə orqanlarının hadisələr barədə söylədiyi versiyanı asanlıqla heç bir sorğu-sual etmədən qəbul etmiş və zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsi, şahidləri və ya ekspertləri dindirmək imkanı olmamışdır. Araşdırma aparan hakim faktları fransız anarxistləri ilə mümkün linkləri olan internet səhifəsində yerləşdirilmiş məlumatlar əsasında müəyyən etmişdir; həmin məlumatın dəqiqliyini yoxlamaq üçün ictimaiyyətə açıq dinləmə keçirilməli idi. Nəhayət, ərizəçilərin ixtiyarında heç bir effektiv vasitə olmamışdır ki, araşdırma aparan hakimin icraata xitam verməyə dair qərarını mübahisələndirsinlər, belə ki, hüquqi məsələlər əsasında şikayət yalnız etibarsızlıqla bağlı verildikdə qəbul edilə bilərdi, bu işə isə onu şamil etmək mümkün deyildi (CPM-nin 409 § 6 bəndi – bax yuxarıda 151-ci bənd).
286. Eyni zamanda yadda saxlamaq lazımdır ki, prokuror tərəfindən əmr edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində ziddiyyətli nəticələr əldə edilib. Ərizəçilər aşağıdakı faktları vurğulayıblar:
(a) “Cantarella” ballistik hesabatına əsasən (5 dekabr 2001) cipin içində tapılmış istifadə edilmiş patronun M.P.-nin silahı ilə uyğun olduğu 90% ehtimal edilirdi, Carlo Giuliani-nin bədəninin yanında tapılmış patron isə 10% uyğun idi (bax yuxarıda 54-cü bənd);
(b) “Manetto” ballistik hesabatı (15 yanvar 2001) müəyyən etmişdir ki, iki patron M.P.-nin silahından çıxmış və ölümcül güllə aşağı istiqamətdə, 110 ilə 140 sm arasında məsafədən atılmışdır (bax yuxarıda 55-ci bənd);
(c) 26 iyul 2002-ci il tarixli ekspertlər komissiyası tərəfindən hazırlanmış hesabatda belə nəticəyə gəlinmişdir ki, Carlo Giuliani-yə dəyməzdən əvvəl güllə bərk bir cismə dəymiş və bunun nəticəsində trayektoriyasını dəyişmişdir (bax yuxarıda 56-62-ci bəndlər);
(d) meyitin yarılmasına dair rəyə əsasən M.P. aşağıya doğru atəş açmış və güllə istiqamətini dəyişmişdir (bax yuxarıda 50-ci bənd).
287. Bundan əlavə, c-b Romanini ekspert kimi təyin edilməməli idi, belə ki, 2001-ci ilin sentyabrında o, silahlara dair ixtisaslaşmış jurnalda məqalə dərc etdirmiş və bildirmişdi ki, M.P.-nin hərəkəti “tam və əsaslandırılmış müdafiə reaksiyası kimi qiymətləndirilməlidir” (bax yuxarıda 56-cı bənd). C-b Romanininin qərəzsizliyinə dair məsələ gündəlik qəzet olan Il Manifesto tərəfindən 19 mart 2003-cü ildə, yəni 5 may 2001-cü ildə icraata xitam verilməsinə dair qərar qəbul etməzdən əvvəl qaldırılmışdı. İş ilkin istintaq mərhələsindən irəli getmədiyinə görə ərizəçilərin c-b Romanininin kənarlaşdırılmasına dair vəsatət qaldırmaq imkanı olmayıb. Onun iştirak etdiyi məhkəmə-tibb ekspertizası böyük əhəmiyyətə malik idi, belə ki, o, araşdırmaçı hakimin də qəbul etdiyi aralıq cisim nəzəriyyəsini qaldırmışdı.
288. İstənilən halda, məhkəmə qurumu hadisə yerində cəld hərəkət etmədiyinə və hadisə yerini saxlamaq üçün tədbir görmədiyinə görə, güllələr heç vaxt bərpa edilməmişdi və bu səbəbdən hər hansı ballistik təhlilin aparılması mümkün deyildi. Yalnız iki istifadə olunmuş patron tapılmışdı və onların da M.P.-nin silahından çıxan güllələrə aid olduğu dəqiq deyildi.
289. Keçirilən ballistik təhlillərin birinci və ikinci mərhələsinə gəldikdə ərizəçilər qəbul ediblər ki, nəzəri nöqteyi-nəzərdən onlar prokurordan araşdırma aparan hakimə sübutların dərhal təqdim olunması ilə bağlı müraciət etməsini tələb edə bilərdilər. Lakin, prokurorluq orqanları özləri belə müraciəti etdiklərinə görə və həmin müraciət rədd edildiyinə görə, ərizəçilər belə bir müraciəti etməyə lüzum görməmişlər.
290. Prokuror da istintaqın əhəmiyyətli bir hissəsinin aparılmasını carabinieri-yə, konkret olaraq Genuya əyalət heyətinə və Genuya questura-sı səyyar briqadasına həvalə etmişdi. Carabinieri xüsusilə aşağıdakı hərəkətləri etmişdilər:
– M.P.-nin silahını müsadirə edərək onun silahının sandığında 15-dən az güllə olduğunu təsdiq etmişlər;
– Carlo Giuliani-nin bədəninin və ciplərin ilkin təhqiqatını aparmış;
– ciplərdən birini və istifadə edilmiş patron da daxil olmaqla onun içindəki materialları müsadirə etmiş;
– hadisə əsnasında M.P.-nin üzərində olan avadanlığım şəkillərini tərtib etmiş;
– 20 iyul 2001-ci ildə baş vermiş hadisələrlə bağlı audiovizual materialları qəbul etmiş, yoxlamış və təhlil etmişdir;
– prokurora verilmiş bəzi ifadələrin qeydlərini hazırlamışlar.
291. Ərizəçilər daha sonra vurğulamışlar ki, Carlo Giuliani-nin ölümündən dərhal sonra M.P., D.R. və F.C. hadisə yerini tərk etmiş (ciplər və silahlarla birgə) və bir neçə saat sonra prokuror ifadələri almağa başlayana qədər görünməmişlər. Onlar tabeçiliklərində olduqları zabitlər tərəfindən dindirilmiş və prokurora ifadə verməzdən əvvəl bir-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmuşlar. Bundan əlavə, D.R. hadisələrdən bir gün keçənə qədər ifadə verməmişdi və hadisə yerində olan hüquq-mühafizə orqanları əməkdaşlarından bəziləri əhəmiyyətli ləngimə ilə ifadə vermişdi (Kapitan Cappello ifadəsini 11 sentyabr 2001-ci ildə, onun müavini Zappia isə 21 dekabr 2001-ci ildə vermişdi).
292. Ərizəçilərin fikrincə, bir neçə carabinieri və polis əməkdaşları və questore özü Carlo Giuliani-nin ölümü ilə bağlı məhkəmə prosesində istintaqa cəlb edilməli idilər. Genuya questura G8 sammiti zamanı ictimai asayişi qoruma əməliyyatlarının planlaşdırılmasında, təşkilində və həyata keçirilməsində “əsas” rol oynamışdı. Genuya questore-sı ictimai asayiş üzrə məsuliyyət daşıyan ən yüksək instansiya idi və həmin qurumun əməkdaşları Tute Bianche yürüşünə müdaxilə etmək icazəsinə malik idilər. İstintaqın müstəqilliyini və qərəzsizliyini təmin etmək üçün prokuror onu maliyyə polisinə (Guardia di finanza), yəni hadisələrlə əlaqəsi olmayan polis bölməsinə həvalə etməli idi.
(ii) Hökumət
293. Hökumət qeyd etdi ki, istintaq lazımi çevikliklə aparılmışdı. Məhkəmə hakimiyyəti orqanları faktları müəyyən etmək üçün səylərini əsirgəməmişdilər və ən qabaqcıl texnologiyalardan, eləcə də daha ənənəvi metodlardan istifadə etmişdilər. Nəticə etibarilə prokurorluq orqanları və müstəntiqlər zəruri hesab olunduğu zaman artıq bir dəfə ifadə vermiş şəxslərin əlavə dindirməsini aparmışlar və hadisələrin şahidi olmuş yerli əhalidən ifadə almışlar. Hadisə yerində hadisələrin yenidən qurulması və sınaq atışmaları aparılmışdı. Hüquq mühafizə orqanlarından və özəl mənbələrdən alınan böyük həcmdə audiovizual material işin materiallarına daxil edilmişdi. Prokurorluq tərəfindən üç qrup ballistik təhlillərin aparılması barədə əmr verilmişdi və araşdırma aparan hakim nümayişçilərin özlərinə yaxın mənbələrdən materiala istinad etmişdi (anarxist internet səhifəsində dərc olunan məlumat).
294. İstintaq əlbəttə ki, açıq olmuşdu və ərizəçilər hüquqşünaslarla təmsil olunaraq və öz seçimlərinə görə ekspertləri təyin edərək əvvəldən orada tam iştirak etmək imkanına malik olmuşdular. Xüsusilə də, ərizəçilərin ekspertləri ballistik təhlilin üçüncü qrupunda və hadisələrin yenidən qurulmasında iştirak etmişdilər (bax yuxarıda 57-ci bənd).
295. Ərizəçilər həmçinin işin xitamına qarşı etiraz etdikdə tənqidlər və tələblər vermək imkanına malik olmuşdular və araşdırma aparan hakim araşdırmanın davam etdirilməsi ilə bağlı onların tələblərini rədd etmək üçün onlara kifayət qədər müfəssəl səbəblər təqdim etmişdi (bax yuxarıda 104-cü bənd). Baxmayaraq ki, bu doğru idi ki, ərizəçilər istintaqda ilk addımlarla əlaqədar sübutların dərhal təqdim olunmasını tələb etmək iqtidarında olmamışdılar, bu cür yoxlamalar müstəsna olaraq polisin işi idi. Məsələ ballistik təhlillərin üçüncü qrupuna gəldikdə, prokuror tərəflərdən CPM-in 360-cı Maddəsində nəzərdə tutulan prosedurdan istifadə olunmasına hər hansı etirazın olub-olmadığını soruşmuşdu və hər hansı etiraz olmamışdı. Hökumət ballistik təhlillərin birinci və ikinci qruplarının birtərəfli qaydada aparıldığını qəbul etsə də (bax yuxarıda 54 və 55-ci bəndlər), o, bildirdi ki, bunlar sadəcə tapılan iki atılmış patrondaşın M.P.-in silahına uyğun gəlib-gəlməməsinin müəyyən olunmasına yönəlmiş şablon yoxlamadan başqa bir şey deyildi. Bundan əlavə, M.P. artıq iki atəşi etiraf etmişdi və silah hər bir halda ballistik təhlillərin üçüncü qrupunda yenidən yoxlanılmışdı.
296. Faciə anında Genuya polisi (squadra mobile della questura di Genova) müdaxilə etmiş və istintaqı əlinə almışdı. Carabinieri yalnız daha az əhəmiyyətli tapşırıqlara və əsasən onların sərəncamında olan əşyaların – məsələn, nəqliyyat vasitəsi və ya silahın götürülməsinə - və ya carabinieri üzvlərinin meydana çıxması üçün çağırılması məsələsinə gəldikdə cəlb olunmuşdular. Bundan əlavə, prokurorluq orqanları ən vacib və həmçinin müsahibin hüquq mühafizə orqanının əməkdaşı olması faktının təsir edəcəyi dindirmələri özlərinin aparmasını üstün tutaraq, səlahiyyətlərinə verilmiş tapşırıqların sayını minimuma endirdilər. İtaliyada məhkəmənin muxtariyyət və müstəqillik səviyyəsini və istintaqın polis hakimiyyətinə həvalə edilməli olduğunu nəzərə alaraq, demək olmaz ki, Dövlət istənilən mənada qərəzsizliyə malik olmayıb. Bundan əlavə, istintaqın nəticələri və icraatın dayandırılması ilə bağlı irəli sürülən səbəblər cinayətin ört-basdır edilməsi üçün istənilən cəhdin olduğunu güman etməyə hər hansı əsas verməmişdir.
297. Polis məmuru olan ikinci ballistik ekspert istisna olmaqla, prokurorluq tərəfindən təyin edilən bütün ekspertlər mülki şəxslər idi (bax yuxarıda 55-ci bənd). Cənab Romaninin təyin olunduğu vaxt prokurorluq orqanları, onun M.P.-nin özünümüdafiə məqsədilə hərəkət etdiyi barədə fikir ifadə etməsindən məlumatsız idilər (bax yuxarıda 56-cı bənd). Hökumətin bildirdiyinə görə cənab Romaninin məqaləsinin məqsədi sadəcə sözügedən hadisə və bundan əvvəl Naplesdəki faciə arasında müqayisəyə əsaslanan siyasi nəzəriyyəni müzakirəyə qoymaq olmuşdur. Cənab Romaninin məqalə yazması faktı onun öz tapşırığını obyektiv və qərəzsiz şəkildə yerinə yetirmək iqtidarından məhrum etmir, belə ki, onun vəzifəsi faktların M.P.-nin özünümüdafiə məqsədilə hərəkət etməsi barədə fərziyyəni müdafiə edib-etmədiyini yoxlamaqdan ibarət olmayıb. Ekspertlər qrupundan xüsusilə də güllənin trayektoriyası ilə bağlı öz fikirlərini təqdim etmək xahiş olunub. Bundan əlavə, cənab Romaninin rolu digər ekspertlərin, ərizəçilərin və onların ekspertlərinin iştirakı ilə sınaq atəşlərinin həyata keçirilməsi ilə məhdudlaşdırılıb. Bu “sırf texniki və mahiyyət etibarilə fiziki” prosedur istintaqın nəticəsinə təsir edə bilən qərəzli qərarlara imkan verməmişdir. Hökumət daha sonra qeyd etdi ki, ərizəçilər cənab Romaninin təyin olunmasına hər hansı etiraz etməmişlər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
298. Fundamental xarakterini nəzərə alaraq, Konvensiyanın 2-ci və 3-cü Maddələri bu müddəaların maddi aspektinin iddia edilən pozuntuları ilə bağlı səmərəli araşdırma aparmağa dair prosessual öhdəlik nəzərdə tutur (bax Ergi Türkiyəyə qarşı iş (Ergi v. Turkey), 28 iyul 1998-ci il, § 82, Qərarlar toplusu 1998‑IV; Assenov və Başqaları Bolqarıstana qarşı iş (Assenov and Others v. Bulgaria), 28 oktyabr 1998-ci il, §§ 101-106, Qərarlar toplusu 1998‑VIII; və yuxarıda istinad edilən Mastromatteonun işi (Mastromatteo), § 89). Dövlət orqanları tərəfindən tətbiq edilən ölümlə nəticələnən gücün qanuniliyinin yoxlanması üçün prosedur mövcud olmasaydı, Dövlətin adından çıxış edən şəxslərə əsassız adamöldürməyə görə qoyulan ümumi hüquqi xarakterli qadağa səmərəsiz olardı. Konvensiyanın 1-ci Maddəsinə əsasən Dövlətin “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin” etmək ümumi vəzifəsi ilə birgə baxılmaqla bu müddəaya əsasən yaşamaq hüququnu qorumaq öhdəliyi, fərdlər xüsusilə də Dövlətin nümayəndələri tərəfindən gücün tətbiqi nəticəsində qətlə yetirildikdə, bu və ya digər formada səmərəli rəsmi araşdırmanın olmasını dolayısı ilə tələb edir (bax yuxarıda istinad edilən MakKann və Başqalarının işi (McCann and Others, § 161). Buna görə də Dövlət sərəncamında olan bütün vasitələrlə - məhkəmə və ya digər – elə adekvat cavab təmin etməlidir ki, yaşamaq hüququnu qorumaq üçün yaradılmış qanunverici və inzibati sistem lazımi qaydada həyata keçirilsin və bu hüququn hər hansı pozuntuları dayandırılsın və cəzalandırılsın (bax Zavoloka Latviyaya qarşı iş (Zavoloka v. Latvia), № 58447/00, § 34, 7 iyul 2009).
299. Dövlətin səmərəli araşdırma aparmaq öhdəliyi Məhkəmənin presedent hüququnda, xüsusilə də yaşamaq hüququnun “qanunla qorunma”sını tələb edən 2-ci Maddəyə xas olan öhdəlik hesab olunur. Baxmayaraq ki, belə öhdəliyə riayət edilməməsi 13-cü Maddə altında qorunan hüquq üçün nəticələr yarada bilər, 2-ci Maddənin prosessual öhdəliyi fərqli öhdəlik kimi görünür (bax İlhan Türkiyəyə qarşı iş (İlhan v. Turkey) [Böyük Palata], № 22277/93, §§ 91-92, ECHR 2000‑VII; Önəryıldız Türkiyəyə qarşı iş (Öneryıldız v. Turkey) [Böyük Palata], № 48939/99, § 148, AİHM 2004‑XII; və Šilih Sloveniyaya qarşı iş (Slovenia) [Böyük Palata], № 71463/01, §§ 153-154, 9 aprel 2009). Bu ayrı və müstəqil “müdaxilə”nin müəyyən olunması ilə nəticələnə bilər. Bu nəticə o faktdan irəli gəlir ki, Məhkəmə dəfələrlə prosessual öhdəliklər məsələsini maddi öhdəliyə uyğunluq məsələsindən ayrılıqda araşdırıb (və, müvafiq olduqda bu baxımdan 2-ci Maddənin ayrıca pozuntusunu aşkar edib) və bir sıra hallarda 2-ci Maddə altında prosessual öhdəliyin pozulması onun maddi aspektindən hər hansı şikayətin olmadığı halda iddia edilib (bax yuxarıda istinad edilən Šilihin işi (Šilih), §§ 158‑159).
300. Dövlətin nümayəndələri tərəfindən iddia edilən qanunsuz qətlin səmərəli istintaqı üçün, istintaqa görə məsuliyyət daşıyan və onu aparan şəxslərin hadisələrdə iştirak edənlərdən müstəqil olması ümumilikdə zəruri hesab oluna bilər (bax, məsələn, yuxarıda istinad edilən Güleç-in işi (Güleç), §§ 81‑82, və yuxarıda istinad edilən Oğurun işi (Oğur) §§ 91-92). Bu nəinki iyerarxik və ya institusional əlaqənin olmamasını, həmçinin praktikada müstəqilliyi nəzərdə tutur. Burada söhbət Dövlətin gücün tətbiq olunması ilə bağlı müstəsna hüququna ictimaiyyətin inamından gedir (bax yuxarıda istinad edilən Hug Jordan-ın işi (Hugh Jordan), § 106; yuxarıda istinad edilən Ramsahai və Başqalarının işi (Ramsahai and Others) [Böyük Palata], § 325; və Kolevi Bolqarıstana qarşı iş (Kolevi v. Bulgaria), № 1108/02, § 193, 5 noyabr 2009).
301. İstintaq həmçinin o mənada səmərəli olmalıdır ki, konkret hallarda gücün tətbiqinin əsaslandırılıb-əsaslandırılmamasını müəyyən etmək (bax, məsələn, Kaya Türkiyəyə qarşı iş (Kaya v. Turkey), 19 fevral 1998-ci il, § 87, Qərarlar Toplusu 1998‑I) və məsuliyyət daşıyanları təyin etmək və müvafiq olduqda cəzalandırmaq iqtidarında olsun (bax yuxarıda istinad edilən Oğurun işi (Oğur), § 88). Bu nəticənin deyil, vasitələrin öhdəliyidir. Hakimiyyət orqanları hadisə ilə bağlı sübutları, o cümlədən xüsusilə də (inter alia) şahid ifadələri, maddi sübutlar və zərurət olduqda xəsarətin tam və dəqiq təsvirini və klinik nəticələrin, o cümlədən ölümün səbəbinin obyektiv təhlilini verən meyitin yarılmasını təmin edə bilmək üçün istənilən ağlabatan addımları atmalıdır (meyitin yarılması ilə bağlı, bax, məsələn, Salmon Türkiyəyə qarşı iş (Salman v. Turkey) [Böyük Palata], № 21986/93, § 106, AİHM 2000-VII; şahidlərlə bağlı, bax, məsələn, Tanrıkulu Türkiyəyə qarşı iş (Tanrıkulu v. Turkey) [Böyük Palata], № 23763/94, § 109, ECHR 1999‑IV; maddi sübutlarla bağlı, bax, məsələn, Gül Türkiyəyə qarşı iş (Gül v. Turkey), № 22676/93, § 89, 14 dekabr 2000-ci il). Ölümün səbəbini və ya məsuliyyət daşıyan şəxsi müəyyən etmək iqtidarını sarsıdan istintaqda hər hansı nöqsan bu standartın pozulması təhlükəsini yaradacaq (bax yuxarıda istinad edilən Avşarın işi (Avşar), §§ 393-395).
302. Xüsusilə də, istintaqın nəticələri bütün müvafiq elementlərin hərtərəfli, obyektiv və qərəzsiz təhlilinə əsaslanmalıdır. Araşdırmanın aydın istiqamətinə əməl olunmaması istintaqın işin hallarını və məsuliyyət daşıyanların şəxsiyyətini müəyyən etmək iqtidarını həlledici dərəcədə sarsıdır (bax yuxarıda istinad edilən Kolevinin işi (Kolevi) § 201). Bununla belə, istintaqın effektivliyinin minimum hədlərini təmin edən araşdırmanın təbiəti və dərəcəsi konkret işin hallarından asılıdır. Onlar bütün uyğun faktlar əsasında və istintaqın işinin praktiki reallığını nəzərə alaraq qiymətləndirilməlidir (bax Velces və Mazare Rumıniyaya qarşı iş (Velcea and Mazăre v. Romania), № 64301/01, § 105, 1 dekabr 2009-cu il).
303. Bundan əlavə, istintaq qurbanın ailəsinə onların qanuni maraqlarını qorumaq üçün zəruri olan dərəcədə çatımlı olmalıdır. Həmçinin istintaqda dərəcəsi işdən-işə dəyişən kifayət qədər ictimai nəzarət ünsürü mövcud olmalıdır (bax yuxarıda istinad edilən Hug Jordanın işi (Hug Jordan), və Varnava və Başqaları Türkiyəyə qarşı iş (Varnava and Others v. Turkey) [Böyük Palata], № 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, § 191, ECHR 2009‑...; bax həmçinin yuxarıda istinad edilən Güleçin işi (Güleç), § 82, həmin işdə qurbanın atası məhkəmə qaydasında təqib olunmama haqqında qərar barədə məlumatlandırılmamışdı, və yuxarıda istinad edilən Oğurun işi (Oğur), § 92, həmin işdə qurbanın ailəsinin istintaqa və ya məhkəmə sənədlərinə çatımı olmamışdı).
304. Bununla belə, polis hesabatlarının və istintaq materiallarının açıqlanması və ya dərci fiziki şəxslərə və ya digər araşdırmalara mümkün mənfi təsirli həssas məsələləri əhatə edə bilər və buna görə də, 2-ci Maddə altında avtomatik tələb kimi nəzərdən keçirilə bilməz. Buna görə də, ictimaiyyətin və qurbanın qohumlarının zəruri çatımı prosesin digər mərhələlərində təmin edilə bilər (bax, digər qərarlarla yanaşı. MakKerr Birləşmiş Krallığa qarşı iş (McKerr v. the United Kingdom), № 28883/95, § 129, AİHM 2001‑III). Bundan əlavə, 2-ci Maddə istintaq orqanlarının üzərinə istintaq müddətində qurbanın qohumunun xüsusi istintaq hərəkəti ilə bağlı verdiyi hər vəsatəti təmin etmək vəzifəsini qoymur (bax yuxarıda istinad edilən Ramsahai və Başqalarının işi (Ramsahai and Others) [Böyük Palata], § 348, və yuxarıda istinad edilən Velcea və Mazare-nin işi (Velcea and Mazăre), § 113).
305. Bu kontekstdə çeviklik və ağlabatan cəldlik nəzərdə tutulur (bax Yaşa Türkiyəyə qarşı iş (Yaşa v. Turkey), 2 sentyabr 1998-ci il, §§ 102-104, Qərarlar toplusu 1998-VI; yuxarıda istinad edilən Tanrıkulunun işi (Tanrıkulu), § 109; və Mahmut Kaya Türkiyəyə qarşı iş (Mahmut Kaya v. Turkey), № 22535/93, §§ 106-107, ECHR 2000-III). Qəbul etmək lazımdır ki, konkret situasiyada istintaqın gedişatına mane olan əngəllər və ya çətinliklər ola bilər. Lakin ölümlə nəticələnmiş güc tətbiqini araşdıran hakimiyyət orqanlarının çevik reaksiyası adətən onların qanunun aliliyinə sadiq olmalarına və qanunsuz hərəkətlərə qarşı hər hansı dözümlülük təzahürlərinin qarşısını almalarına ictimaiyyətin inamının qorunub saxlanması üçün önəmli sayıla bilər (bax yuxarıda istinad edilən MakKerrin işi (McKerr), §§ 111 və 114, və yuxarıda istinadc edilən Opuzun işi (Opuz), § 150).
306. Lakin yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olmaz ki, 2-ci Maddə üçüncü tərəflərin cinayət əməlinə görə təqib olunması və məhkum olunması hüququnu (bax yuxarıda istinad edilən Silihin işi (Šilih), § 194; həmçinin bax müvafiq dəyişikliklərlə, Perez Fransaya qarşı iş (Perez v. France) [Böyük Palata], № 47287/99, § 70, ECHR 2004‑I) və ya bütün cinayət təqiblərinin məhkumluqla, və yaxud konkret hökmlə nəticələnməsi mütləq hüququnu nəzərdə tuta bilər (bax yuxarıda istinad edilən Zavolokanın işi (Zavoloka), § 34(c)).
Digər tərəfdən milli məhkəmələr heç bir halda həyat üçün təhlükəli cinayətlərin cəzasız qalmasının yol verilməsinə hazır olmamalıdırlar. Buna görə də, Məhkəmənin vəzifəsi məhkəmələrin nəticəyə gələrkən işi 2-ci Maddənin tələblərinə əsasən diqqətli araşdırıb-araşdırmadıqlarını və nə dərəcədə araşdırdıqlarını yoxlamaqdan ibarətdir ki, məhkəmə sisteminin yerində çəkindirici təsiri və yaşamaq hüququnun pozulmasının qarşısının alınmasında tələb olunan rolun əhəmiyyəti sarsılmasın (bax yuxarıda istinad edilən Öneryıldızın işi (Öneryıldız), § 96, və Mojsiejev Polşaya qarşı iş (Mojsiejew v. Poland), № 11818/02, § 53, 24 mart 2009-cu il).
2. Bu prinsiplərin hazırkı işə tətbiqi
307. Məhkəmə ilk növbədə qeyd edir ki, o, 2-ci Maddənin maddi tərəfi baxımından elə bu nəticəyə gəlib ki, ölümlə nəticələnən gücün tətbiqi “hər hansı şəxsi qanunsuz zorakılıqdan müdafiə etmək üçün tamamilə zəruri” olub (bax yuxarıda 194-cü bənd) və Genuyada G8 sammiti və Piazza Alimondada faciəvi hadisələr zamanı polis əməliyyatlarının təşkili və planlaşdırılması ilə əlaqədar həyatı müdafiə etmək pozitiv öhdəliyi pozulmayıb (bax yuxarıda 262-ci bənd).
308. Bu nəticəyə gələrkən Məhkəmə dövlətdaxili istintaqın təqdim etdiyi məlumatlar əsasında, M.P.-in özünün və cipin içindəki digər şəxslərin həyatını və fiziki toxunulmazlığını ciddi və qaçılmaz təhlükədən müdafiə etmək üçün özünümüdafiə məqsədilə hərəkət etdiyi və Konvensiyanın 2-ci Maddəsinə əsasən Carlo Giuliani-nin ölümünə görə məsuliyyətin Genuyada G8 sammitinin təşkili və planlaşdırılmasına görə məsul olan şəxslərə aid edilə bilməməsi ilə qane olmaq üçün sərəncamında kifayət qədər sübütlar mövcud idi.
309. Buradan belə çıxır ki, istintaq ölümlə nəticələnən güc tətbiqinin hazırkı işdə əsaslandırılıb-əsaslandırılmamasını (bax yuxarıda 301-ci bənddə istinad edilən presedent hüququ) və polis əməliyyatlarının təşkilinin və planlaşdırılmasının həyatı qorumaq öhdəliyinə uyğun olub-olmamasını müəyyən etməyə imkan vermək üçün kifayət qədər səmərəli olub.
310. Məhkəmə daha sonra qeyd edir ki, G8 təşkilatçılarının və həmin yerdə iştirak edən batalyonların komandirlərinin qəbul etdiyi bir neçə qərarlar “iyirmi beşin məhkəmə”si (bax yuxarıda 121-138-ci bəndlər) və parlament komissiyası tərəfindən aparılan araşdırma (bax yuxarıda 107-117-ci bəndlər) zamanı araşdırılmış və tənqidi yoxlamaya məruz qalmışdır. Bundan əlavə, Genuya questura (hüquq mühafizə əməliyyatlarının təşkilində və “potensial cəzalandırıla bilən” insidentlərdə problemləri müəyyən edən) inzibati təftişin predmeti idi və Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi bir neçə polis zabitlərinə və Genuya questore-a qarşı intizam tədbirlərinin görülməsini təklif edib (bax yuxarıda 140-cı bənd).
311. Ərizəçilərin öz qanuni maraqlarını təmin etmək üçün zəruri olan dərəcədə istintaqa çatımlarının olub-olmadığını, icraatın Məhkəmənin presedent hüququndan irəli gələn cəldlik tələbini təmin edib-etmədiyini və istintaqı aparan və ona görə məsuliyyət daşıyan şəxslərin hadisələrdə iştirak edənlərdən müstəqil olub-olmadığını müəyyən etmək qalır.
312. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, doğrudur ki, İtaliya qanunvericiliyinə əsasən zərərçəkmiş tərəf hazırlıq iclasına qədər mülki iddiaçı kimi prosesə qoşulmaq barədə müraciət edə bilməz və hazırkı işdə belə iclas keçirilməmişdir. Bununla belə ibtidai istintaq mərhələsində zərərçəkmiş tərəf qanunvericiliklə onlara verilən hüquqları və səlahiyyətləri həyata keçirə bilər. Bura dövlət ittihamçısı tərəfindən sübutların birbaşa təqdim olunması üçün araşdırma aparan hakimə müraciət etməyi tələb etmək səlahiyyəti (CPM-in 394-cü Maddəsi) və qanuni nümayəndə təyin etmək hüququ daxildir. Bundan əlavə, zərərçəkmiş tərəf prosesin istənilən mərhələsində arqumentlərini təqdim edə və kassasiya icraatı istisna olmaqla, sübutların daxil edilməsini tələb edə bilərlər (CPM-in 90-cı Maddəsi – bax yuxarıda istinad edilən Sottani-nin işi (Sottani), həmin işdə bu mülahizələr Məhkəməni bu nəticəyə gətirdi ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin mülki aspekti ərizəçinin mülki iddiaçı kimi deyil, zərərçəkmiş tərəf kimi iştirak etdiyi cinayət prosesinə tətbiq olunur.
313. Mübahisə edilmir ki, hazırkı işdə ərizəçilər bu hüquqları həyata keçirmək imkanına malik olmuşlar. Xüsusilə də, onlar öz seçimləri ilə ekspertləri təyin etmişdilər, onlara sonradan prokurorluq orqanlarına və araşdırma aparan hakimə təqdim edilən ekspert rəylərini hazırlamaq göstərişi vermişdilər (bax yuxarıda 64-66-cı bəndlər), və onların nümayəndələri və ekspertlər ballistik təhlillərin üçüncü qrupunda iştirak etmişdilər (bax yuxarıda 57-ci bənd). Bundan əlavə, onlar icraata xitam verilməsi barədə tələbə qarşı etiraz vermək və həyata keçirilməsini arzuladıqları əlavə istintaq tədbirlərini tələb etmək imkanına malik olublar. Genuya araşdırma aparan hakimin faktları və sübutları qiymətləndirmək səlahiyyətindən istifadə edərək onların tələblərini rədd etməsi faktı (bax yuxarıda 104-cü bənd) özlüyündə Konvensiyanın 2-ci Maddəsinin pozulmasına bərabər tutulmur, belə ki, bu məsələlərlə bağlı araşdırma aparan hakimin qərarının əsassız olduğu Məhkəməyə görünmür.
314. Ərizəçilər xüsusilə şikayət etdilər ki, onlar 21 iyul 2001-ci ildə meyitin yarılmasından əvvəl öz seçimləri ilə ekspert təyin etmək üçün kifayət qədər vaxta malik olmamışlar. Onlar həmçinin meyitin yarılmasına dair hesabatın “səthi” xarakterindən və bədənin yandırılmasına görə əlavə tibbi müayinənin keçirilməsinin mümkünsüzlüyündən şikayət etdilər (bax yuxarıda 264-cü bənd).
315. Məhkəmə qəbul edir ki, müayinənin başlanmasından yalnız üç saat əvvəl meyitin yarılması barədə məlumat verilməsi (bax yuxarıda 48-ci bənd) təcrübədə zərərçəkmiş tərəfə öz seçimi ilə ekspert təyin etmək və sonuncunun məhkəmə ekspertizasında iştirakını təmin etmək səlahiyyətini mümkünsüz olmasa da, çətin edə bilər. Lakin o faktdır ki, 2-ci Maddə beləliklə qurbanın qohumlarına bu imkanın təqdim edilməsini tələb etmir.
316. Həmçinin doğrudur ki, ekspert tibbi müayinəsi ölümün hallarının müəyyən olunmasında mühüm əhəmiyyətə malik olduğu halda, belə müayinənin aparılmasında əhəmiyyətli çatışmazlıqlar daxili istintaqın effektivliyinə xələl gətirmək iqtidarında olan ciddi nöqsanlara bərabər ola bilər. Məhkəmə bu nəticəyə o halda gəldi ki, xüsusilə də, ölümün işgəncənin nəticəsi olduğuna dair iddialardan sonra, məhkəmə mütəxəssisi olmayan həkimlər tərəfindən imzalanmış meyitin yarılması hesabatı bəzi fundamental suallara cavab verə bilməmişdir (bax yuxarıda istinad edilən Tanrı-nın işi (Tanlı), §§ 149-154).
317. Lakin hazırkı iş Tanlı-nın işindən əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, ərizəçilər Carlo Giuliani-nin üzərində aparılan meyitin yarılmasında hər hansı ciddi nöqsanlar barədə sübut təqdim etməmişlər. O cümlədən iddia olunmurdu ki, məhkəmə ekspertləri ölümün səbəbini əminliklə müəyyən etməmişlər; ərizəçilər Carlo Giulianinin M.P.-nin açdığı atəş nəticəsində öldüyü barədə dövlətdaxili hakimiyyət orqanlarının gəldiyi nəticəni Məhkəmə qarşısında mübahisələndirməyiblər.
318. Ərizəçilər vurğuladılar ki, məhkəmə ekspertləri bədəndə aparılan yoxlamanın nəticələrinə görə qurbanın başında qalan güllənin bir parçasını çıxarmayıblar və onu qeyd etməyiblər (bax yuxarıda 266-cı bənd). Məhkəmə qeyd edir ki, ekspertlərdən biri cənab Salvi “iyirmi beşlərin məhkəməsi”ndə izah edib ki, bu parça çox kiçik idi və beyin toxumasının zədəsi və böyük miqdarda qanın olması səbəbindən onu tapmaq çətin idi. O, “az əhəmiyyətli detal” hesab olunub və onun axtarışı dayandırılıb (bax yuxarıda 130-cu bənd).
319. Məhkəmə bu izahatın uyğunluğunu qiymətləndirməyi zəruri hesab etmir. Ərizəçilərin şikayətinin araşdırılmasının məqsədləri baxımından, o, sadəcə qeyd edir ki, sözügedən parça ölümcül güllənin trayektoriyasına (və xüsusilə də Carlo Giuliani-ni vurmamışdan öncə digər obyekt tərəfindən səmtinin dəyişib-dəyişmədiyinə) işıq salmağa xidmət edə bilərdi. Lakin Məhkəmə 2-ci Maddənin maddi aspekti ilə əlaqədar indicə qeyd etdiyi kimi (bax yuxarıda 192-193-cü bəndlər), hətta “aralıq cisim nəzəriyyəsi” rədd olunsaydı belə, gücün tətbiqi bu müddəaya əsasən əsaslandırılmalı idi. Buradan belə çıxır ki, sözügedən metal parça istintaqın effektivliyi üçün vacib deyildi. Bundan əlavə, Məhkəmə qeyd edir ki, hər hansı sonrakı ekspert tibbi müayinəsini mümkünsüz edən Carlo Giuliani-nin bədəninin yandırılmasına ərizəçilərin xahişi ilə icazə verilib (bax yuxarıda 49-cu bənd).
320. Məhkəmə həmçinin qeyd edir ki, 2-ci Maddədən irəli gələn prosessual öhdəliklər səmərəli “araşdırmanın” aparılmasını tələb edir və açıq dinləmələrin keçirilməsini tələb etmir. Beləliklə, əgər hakimiyyət orqanlarının topladığı sübutlar gücə əl atan Dövlət nümayəndəsi tərəfindən hər hansı cinayət məsuliyyətini istisna etməyə kifayətdirsə, Konvensiya ibtidai istintaq mərhələsində icraata xitam verilməsini qadağan etmir. Məhkəmənin hazırda müəyyən etdiyi kimi prokurorluq orqanlarının topladığı sübutlar və xüsusilə də cipə hücumun görüntüləri əsaslı şübhə yeri qalmadan bu nəticəyə gətirdi ki, M.P. İtaliya qanunvericiliyinə əsasən bəraətin əsasını təşkil edən özünümüdafiə məqsədilə hərəkət etmişdir.
321. Bundan əlavə, demək olmaz ki, prokurorluq orqanları hadisələrdə iştirak edən hüquq mühafizə orqanları əməkdaşlarının təqdim etdiyi versiyanı şübhəsiz qəbul ediblər. Onlar nəinki Piazza Alimonadakı hadisələrin şahidi olan nümayişçilər və üçüncü tərəflər daxil olmaqla, bir sıra şahidləri sorğu-sual etdilər (bax yuxarıda 45-46-cı bəndlər), lakin həmçinin tibbi ekspertiza və üç qrup ballistik təhlillər daxil olmaqla, bir sıra məhkəmə ekspertizaları barədə göstəriş verdilər (bax yuxarıda 48-50-ci və 54-62-ci bəndlər). Müxtəlif ekspertlər tərəfindən verilən izahatların müvafiqliyini və təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edən bəraətin əsaslarının mövcudluğu ilə uyğun olub-olmadığını qiymətləndirmək hakimin üzərinə düşdüyünü nəzərə alsaq, ekspertlərin hadisələrin qurulması ilə bağlı bütün aspektlər barədə razılığa gəlməmələri faktı belə (və xüsusilə də atəşin açıldığı məsafə və güllənin trayektoriyası barədə) özlüyündə əlavə araşdırmaları zəruri etmir.
322. Doğrudur ki, carabinieri-yə, M.P. və F.C.-nin aid olduğu silahlı qüvvəyə müəyyən yoxlamalar aparmaq tapşırığı verilmişdi (bax yuxarıda 290-cı bənd). Lakin bu yoxlamaların texniki və obyektiv xarakterini nəzərə alsaq, bu faktın istintaqın qərəzsizliyinə mənfi təsir etdiyini söyləmək olmaz. Əks təqdirdə bu, məhkəmələrin, çox zaman bu məsələdə xüsusi səriştəyə malik olan hüquq mühafizə orqanlarının təcrübəsini tələb etmək bacarığına, bir çox hallarda qəbuledilməz məhdudiyyətlərin qoyulması olardı (bax müvafiq dəyişikliklərlə və Konvensiyanın 6-cı Maddəsi baxımından, Emmanuello İtaliyaya qarşı iş (Emmanuello v. Italy (dec.)), № 35791/97, 31 avqust 1999). Hazırkı işdə hüquq mühafizə orqanları artıq hadisə yerində idilər və beləliklə ərazini mühafizə etmək və istintaqa uyğun olan hər hansı əşyaları axtarmaq və qeyd etmək iqtidarında idilər. Piazza Alimonada adamların sayını və atəş açıldıqdan sonra hökm sürən qarışıqlığı nəzərə alsaq, hakimiyyət orqanları M.P. tərəfindən atılan güllələr kimi kiçik obyektləri tapmadıqlarına görə tənqid edilə bilməzlər.
323. Məhkəmənin fikrincə cənab Romaninin ekspert qismində təyin olunması bəzi daha həssas məsələləri qaldırır, belə ki, o, xüsusi ixtisaslaşmış jurnal üçün yazılmış məqalədə M.P.-nin özünümüdafiə məqsədilə hərəkət etdiyi barədə fikri açıq şəkildə müdafiə etmişdir (bax yuxarıda 56-cı bənd). Bununla əlaqədar qeyd edilməlidir ki, istintaq çərçivəsində tələb edilən ekspert rəyləri digər məsələlərlə yanaşı, bu fikrin lehinə və əleyhinə dəlillər təqdim etmək üçün nəzərdə tutulmuşdur. Bu məsələ ilə bağlı qərəzli ideyalara malik olan ekspertin iştirakı buna görə də heç də ümidverici deyildi (ekspertin məhkəmə proseslərində rolu ilə bağlı, bax Brandstetter Avstriyaya qarşı iş (Brandstetter v. Austria), 28 avqust 1991-ci il, § 59, Seriya A № 211). Bununla belə, cənab Romani dörd ekspertdən ibarət qrupun yalnız bir üzvü idi (bax, müvafiq dəyişikliklərlə, Mirilaşvili Rusiyaya qarşı iş (Mirilashvili v. Russia), № 6293/04, § 179, 11 dekabr 2008-ci il). O, araşdırma aparan hakim tərəfindən deyil, prokurorluq orqanları tərəfindən təyin olunmuşdur və buna görə də hakimin neytral və qərəzsiz yardımçısı qismində çıxış etmirdi (bax, əksinə, Böniş Avstriyaya qarşı iş (Bönisch v. Austria), 6 may 1985-ci il, § 33, Seriya A № 92, və Sara Lind Eggertsdottir İslandiyaya qarşı iş (Sara Lind Eggertsdóttir v. Iceland), № 31930/04, § 47, ECHR 2007-VIII). Bundan əlavə, ballistik hesabatın məqsədləri baxımından onun aparması tələb olunan təhlillər mahiyyət etibarilə obyektiv və texniki xarakterli idi. Müvafiq olaraq, onun iştirakı özlüyündə daxili istintaqın qərəzsizliyini etibardan salmaq iqtidarında deyildi.
324. Bundan əlavə, ərizəçilər tərəfindən müəyyən edilməmişdir ki, istintaq qərəzsiz və müstəqil olmayıb və ya istintaqda müəyyən tədbirlər görən polisin şöbəsi hadisələrə o dərəcədə cəlb olunmuşdu ki, bütün istintaq gəlir polisinə həvalə edilməli idi (bax yuxarıda 283 və 292-ci bəndlərdə ərizəçinin iddiaları).
325. Nəhayət, istintaqın cəldliyi ilə bağlı Məhkəmə qeyd edir ki, o, zəruri səylə həyata keçirilmişdir. Carlo Giuliani 20 iyul 2001-ci ildə vəfat etdi və prokurorluq işə xitam verilməsinə dair müraciətlə təxminən bir il və dörd ay sonra, 2012-ci ilin sonunda ibtidai istintaqı bağladı. 10 dekabr 2002-ci ildə ərizəçilər bu müraciətə etiraz etdilər (bax yuxarıda 76-cı bənd) və Genuya araşdırma aparan hakim qarşısında dinləmə dörd ay sonra, 17 aprel 2003-cü ildə keçirildi (bax yuxarıda 80-ci bənd). İcraata xitam verilməsinə dair qərarın mətni iyirmi üç gün sonra, 5 may 2003-cü ildə qeydiyyat şöbəsinə saxlanmaya verildi (bax yuxarıda 82-ci bənd). Belə halda demək olmaz ki, istintaq həddən artıq gecikmələr və ya vaxt süründürmələri ilə aparılıb.
326. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə o nəticəyə gəlir ki, Konvensiyanın 2-ci Maddəsi prosessual aspektdə pozulmayıb.
III. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
327. Ərizəçilər iddia etdilər ki, Carlo Giuliani yerə düşdükdən və cip onun bədəninin üstündən keçdikdən sonra təcili yardımın olmaması onun ölümünə səbəb idi və qeyri-insani rəftara bərabər idi. Onlar BMT Prinsiplərinin 5 və 8-ci bəndlərinə əsaslandılar (bax yuxarıda 154-cü bənd) və Konvensiyanın 3-cü Maddəsinə istinad etdilər. Maddədə nəzərdə tutulur:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
328. Meyitin yarılmasına dair hesabatda cipin Carlo Giuliani-nin bədəninin üstündən sürülməsinin, onun üçün ciddi nəticələr doğurmadığının müəyyən olunmasını nəzərə alaraq və qurbana yardım etmək üçün göstərilən cəld səyləri nəzərə alaraq, Hökumət təsdiq etdi ki, bu şikayət açıq-aydın əsassızdır.
329. Palata hüquq mühafizə əməkdaşlarının davranışından, onların Carlo Giuliani-yə ağrı və ya iztirab vermək niyyətində olduqları barədə nəticə çıxara bilmədiyini qeyd edərək, o fikrə gəldi ki, işi Konvensiyanın 3-cü Maddəsinə əsasən araşdırmağa ehtiyac yoxdur (bax Palatanın qərarının 260-261-ci bəndləri).
330. Məhkəmə hesab edir ki, şikayət edilən faktlar onun Konvensiyanın 2-ci Maddəsi altında apardığı araşdırmanın dairəsinə düşür. Müvafiq olaraq, o, Palatanın tutduğu yanaşmadan kənara çıxmaq üçün hər hansı səbəb görmür.
IV. KONVENSİYANIN 6-CI VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
331. Ərizəçilər şikayət etdilər ki, onlar Konvensiyanın 6-cı və 13-cü Maddələrindən irəli gələn prosessual tələblərə uyğun istintaqdan faydalanmayıblar. 6-cı Maddənin 1-ci bəndinin müvafiq hissələrində nəzərdə tutulur:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”
Konvensiyanın 13-cü Maddəsində nəzərdə tutulur:
“[Bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
332. Ərizəçilər bildirdilər ki, istintaqın ziddiyyətli və natamam nəticələrini nəzərə alaraq, iş həqiqi çəkişmə prosesi çərçivəsində daha ətraflı araşdırma tələb edirdi.
333. Hökumət Məhkəmədən Konvensiyanın 6-cı və 13-cü Maddələri altında ayrıca məsələlərin yaranmadığını və ya alternativ olaraq, istintaqın aparılması üsulunu və ərizəçilərin istintaqda iştirak etdiyini nəzərə alaraq, bu müddəaların pozulmadığını müəyyən etməyi xahiş etdi.
334. Palata hesab etdi ki, Konvensiyanın 2-ci Maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etdiyini nəzərə alaraq, işi 13-cü Maddə və ya 6-cı Maddənin 1-ci bəndi altında araşdırmağa ehtiyac yoxdur (bax Palatanın qərarının 265-266-cı bəndləri).
335. Nəzərə alsaq ki, hazırkı işdə İtaliya qanunvericiliyinə əsasən ərizəçilər M.P.-yə qarşı cinayət prosesinə mülki iddiaçılar kimi qoşulmaq imkanına malik olmamışdılar (bax, əksinə və müvafiq dəyişikliklərlə, yuxarıda istinad edilən Perez-in işi (Perez), §§ 73-75), Məhkəmə hesab edir ki, onların şikayətləri Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi altında deyil, Konvensiyanın 13-cü Maddəsi altında Tərəf Dövlətlərin üzərinə qoyulan, 2-ci Maddə də daxil olmaqla Konvensiyanın pozulması ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitələrini təmin etmək kimi daha ümumi öhdəlik çərçivəsində araşdırılmalıdır (bax, müvafiq dəyişikliklərlə, Aksoy Türkiyəyə qarşı iş (Aksoy v. Turkey), 18 dekabr 1996-cı il, §§ 93-94, Qərarlar toplusu 1996-VI).
336. Məhkəmə xatırladır ki, 13-cü Maddənin mənası baxımından “hüquqi müdafiə vasitəsinin” “səmərəliliyi” ərizəçi üçün əlverişli nəticənin müəyyənliyindən asılı deyil. Nə də ki, bu müddəada istinad edilən “dövlət orqanları”nın məhkəmə orqanları olması zəruri deyil; lakin belə deyilsə, onların səlahiyyətləri və verdiyi təminatlar onlar qarşısında hüquqi müdafiə vasitəsinin səmərəli olub-olmadığının müəyyən edilməsində uyğun olmalıdır. Həmçinin, əgər bir hüquqi müdafiə vasitəsi özlüyündə 13-cü Maddənin tələblərini tamamilə təmin etmirsə, dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin məcmusu bunu edə bilər (bax Abramyuk Rumıniyaya qarşı iş (Abramiuc v. Romania), № 37411/02, § 119, 24 fevral 2009-cu il).
337. Hazırkı işdə Məhkəmə müəyyən edib ki, Carlo Giuliani-nin ölümü şəraitində Konvensiyanın 2-ci Maddəsinə əsasən çeviklik və qərəzsizlik tələblərini təmin edən səmərəli daxili istintaq aparılmışdı (bax yuxarıda 307-326-cı bəndlər). Bu istintaq məsul şəxsləri müəyyən etmək və cəzalandırmaq iqtidarında olub. Doğrudur ki, ərizəçilər prosesə mülki iddiaçılar kimi qoşula bilməmişdilər; bununla belə, onlar İtaliya qanunvericiliyinə əsasən zərərçəkmiş tərəfə verilən səlahiyyətləri həyata keçirə bilmişdilər. İstənilən halda onların mülki iddiaçı kimi statuslarının olmaması o faktdan irəli gəlirdi ki, cinayət işləri üzrə hakim o nəticəyə gəlmişdi ki, cinayət qanunu ilə cəzalandırılan cinayət törədilməmişdir. Nəhayət, ərizəçilərə cinayət prosesindən əvvəl və ya paralel olaraq kompensasiya üçün mülki iddia qaldırmağa heç nə mane olmurdu.
338. Belə halda Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci Maddəsinə əsasən şikayətləri ilə əlaqədar ərizəçilərin sərəncamında səmərəli hüquqi müdafiə vasitələri mövcud olub.
339. Buradan belə çıxır ki, Konvensiyanın 13-cü Maddəsi pozulmayıb.
V. KONVENSİYANIN 38-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
340. Ərizəçilər iddia etdilər ki, Hökumət Məhkəmə ilə kifayət qədər əməkdaşlıq etməmişdi. Onlar Konvensiyanın 38-ci Maddəsinə istinad etdilər. Orada nəzərdə tutulur:
“Məhkəmə, məhkəmə işini maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə araşdırır və ehtiyac olarsa, işin hallarını təhqiq edir və bu təhqiqatın səmərəli olması üçün maraqlı olan Razılığa gələn Yüksək Tərəflər bütün zəruri imkanları yaratmalıdırlar.”
341. Ərizəçilərin təqdimatlarına görə Hökumət səhv və ya natamam cavablar verib (məsələn, cipdəki carabinieri-nin peşəkar təcrübəsi və nəqliyyat vasitəsində iğtişaşda istifadə olunan qalxanın mövcudluğu ilə bağlı). Onlar həmçinin bəzi mühüm hallar barədə ətraflı məlumat verməyiblər. Xüsusilə də, onlar aşağıdakıları etməyiblər:
– strukturun yuxarı hissəsinə qədər polisin və carabinieri-nin komanda strukturu barədə ətraflı məlumat təqdim etmək;
– ictimai asayiş əməliyyatlarında səfərbər etmək üçün zabitlərin seçilməsi meyarlarını müəyyən etmək;
– müvafiq carabinieri-nin peşəkar təcrübəsini təsdiq edən sənədləri təqdim etmək (fogli matricolari);
– polis zabiti Lauro-nun və bölüyün məsul zabitlərinin daha yüksək rütbəli zabitlərdən aldığı əmrləri təqdim etmək;
– Tute Bianche marşında hücumu əmr edən şəxsin kimliyini göstərmək;
– müvafiq radio danışıqlarının stenoqramlarını təqdim etmək.
342. Hökumət qeyd etdi ki, onların öz işini müdafiə etmək hüququ toxunulmaz idi və istənilən halda onlar bütün müvafiq məlumatları Məhkəmənin sərəncamına vermişdilər. Tute Bianche marşında hücumla bağlı məlumata gəldikdə, onlar bildirdilər ki, bu hazırkı ərizənin mərkəzindəki hadisələrlə əlaqəsiz idi.
343. Palata hesab etdi ki, Konvensiyanın 38-ci Maddəsi pozulmayıb, çünki baxmayaraq ki, Hökumətin təqdim etdiyi məlumatlar yuxarıda sadalanan bütün məsələləri tam həll etməsə də, bu məlumatların natamam xarakteri Məhkəməyə işi araşdırmağa mane olmamışdı (bax Palatanın qərarının 269-271-ci bəndlər).
344. Məhkəmə bu məsələ ilə bağlı Palatanın tutduğu yanaşmadan kənara çıxmaq üçün hər hansı səbəb görmür. Buna görə də, o, bu nəticəyə gəlir ki, hazırkı işdə Konvensiyanın 38-ci Maddəsi pozulmayıb.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Dörd səsə qarşı on üç səslə qərara alır ki, ölümlə nəticələnən güc tətbiqi ilə əlaqədar Konvensiyanın 2-ci Maddəsi maddi aspektdə pozulmayıb;
2. Yeddi səsə qarşı on səslə qərara alır ki, ölümlə nəticələnən güc tətbiqini tənzimləyən daxili qanunvericiliklə əlaqədar və ya Genuyada G8 sammitində hüquq mühafizə orqanlarına verilən silahlarla əlaqədar Konvensiyanın 2-ci Maddəsi maddi aspektdə pozulmayıb;
3. Yeddi səsə qarşı on səslə qərara alır ki, Genuyada G8 sammitində polis əməliyyatlarının təşkili və planlaşdırılması ilə əlaqədar Konvensiyanın 2-ci Maddəsi maddi aspektdə pozulmayıb;
4. Yeddi səsə qarşı on səslə qərara alır ki, Konvensiyanın 2-ci Maddəsi prosessual aspektdə pozulmayıb;
5. Yekdilliklə qərara alır ki, işin Konvensiyanın 3-cü və 6-cı Maddələri altında araşdırmağa ehtiyac yoxdur.
6. Dörd səsə qarşı on üç səslə qərara alır ki, Konvensiyanın 13-cü Maddəsi pozulmayıb;
7. Yekdilliklə qərara alır ki, Konvensiyanın 38-ci Maddəsi pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 24 mart 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Vincent BergerJean-Paul Costa
YuriskonsultSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Qaydalarının 74-cü Qaydasının 2-ci bəndinə əsasən aşağıdakı ayrı rəylər bu qərara əlavə olunur:
(a) Hakimlər Rozakis, Tulkens, Zupančič, Gyulumyan, Ziemele, Kalaydjieva və Karakaşın birgə qismən xüsusi rəyi;
(b) Hakimlər Tulkens, Zupančič, Gyulumyan və Karakaşın birgə qismən xüsusi rəyi;
(c) Hakimlər Tulkens, Zupančič, Ziemele və Kalaydjievanın birgə qismən xüsusi rəyi.
J.-P.C.
V.B.
“Ayrı rəylər tərcümə olunmayıb, lakin onları Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasında qərarın rəsmi ingilis və/və ya fransız dillərində olan versiyasında görə bilərsiniz.”
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@
[1] Palatanın qərarının 94-116-cı bəndlərində araşdırma aparan hakimin qərarından çıxarışlar geniş şəkildə verilmişdir.
Full & Egal Universal Law Academy