© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Curan Rumıniyaya qarşı (Giuran v. Romania), ərizə № 24360/04
21.06.2011-ci il tarixli qərar [III Bölmə]
Maddə 35
35-ci maddənin 3-cü bəndinin "b" yarımbəndi
Ərizəçi əhəmiyyətli ziyana məruz qalıb-qalmaması məsələsi
Ərizəçinin mənzilindən oğurlanmış 350 avro dəyərində əşyaların əvəzinin ödənilməsi məqsədi ilə aparılmış ölkədaxili məhkəmə icraatının ədalətliliyi məsələsi: Hökumətin ilkin etirazı rədd edildi.
Faktlar – 2002-ci ildə milli məhkəmələr cinayət prosesi çərçivəsində yekun qərar qəbul edərək üçüncü şəxsin ərizəçiyə məxsus bir sıra əşyaları oğurladığı qənaətinə gəldilər və həmin şəxsin üzərinə onların dəyərini (təxminən 350 avro) ərizəçiyə ödəmək vəzifəsini qoydular. 2003-cü ildə müstəsna icraat qaydasında verilmiş şikayətdən sonra Ali Kassasiya Məhkəməsi ittiham hökmünü ləğv etdi, üçüncü şəxsə bəraət verdi və ərizəçiyə kompensasiya və məhkəmə xərclərini ödəmək vəzifəsindən onu azad etdi.
Hüquqi məsələlər: 35-ci maddənin 3-cü bəndinin "b" yarımbəndi: Tərəflərin heç biri ərizəçinin maliyyə vəziyyəti barədə məlumat təqdim etmədi. Ərizəçi pensiyaçı idi və Rumıniyanın pensiya və sosial sığorta departamentinin məlumatlarına görə, ərizəçi 2002-ci ildə ona təyin edilmiş 350 avro məbləğində kompensasiyanı almaq hüququnu itirdikdən sonra 2003-cü ildə Rumıniyada pensiyaların orta məbləği təxminən 50 avronun ekvivalenti idi. Barəsində Avropa Məhkəməsinə şikayət edilmiş ölkədaxili məhkəmə icraatı ərizəçinin mənzilindən oğurlanmış əşyaların qaytarılması məqsədini daşıyırdı. Beləliklə, konkret əşyalarla bağlı maddi maraqdan və onların qeyri-maddi dəyərindən əlavə, həm də bu fakt nəzərə alınmalı idi ki, məhkəmə icraatı ərizəçi üçün prinsipial məsələ idi, yəni söhbət onun əmlak və mənzil toxunulmazlığına hörmət məsələsindən gedirdi. Belə olan halda ərizəçinin əhəmiyyətli ziyana məruz qalmadığını hesab etmək doğru olmazdı.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
Məhkəmə şikayətin mahiyyəti ilə bağlı bu qənaətə gəldi ki, 2002-ci il tarixli yekun məhkəmə qərarının ləğvi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və ya 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu təşkil etməyib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy