© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ SEKSİYA
GUTSANOVI BULQARISTANA qarşı
(Ərizə no. 34529/10)
QƏRAR
(Çıxarışlar)
STRAZBURQ
15 oktyabr 2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Gutsanovi Bolqarıstana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya):
Ineta Ziemele, Sədr,
Päivi Hirvelä,
George Nicolaou,
Ledi Bianku,
Zdravka Kalaydjieva,
Krzysztof Wojtyczek,
Faris Vehabović, hakimlər,
və Seksiya Katibi Françoise Elens-Passosdan ibarət tərkibdə,
24 sentyabr 2013-cü ildə qapalı məşvərət edərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş dörd Bolqarıstan vətəndaşı C. Borislav Gutsanov Gutsanov, X. Monika Vladimirova Gutsanova, X. S. Gutsanova və X. B. Gutsanova (“ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Bolqarıstan Respublikasına qarşı 21 may 2010-cu il tarixində göndərilən ərizə (no. 34529/10) ilə başlamışdır.
2. Ərizəçilər Varnada fəaliyyət göstərən X. S. Bachvarova-Zhelyazkova və Plovdivdə, Ekimdzhiev, Boncheva və Chernicherska şirkətində işləyən C. Ekimdzhiev tərəfindən təmsil olunmuşdur. Bolqarıstan Hökuməti (“Hökumət”) sonradan X. Kotseva və C. V. Obretenov ilə əvəz olunan Nümayəndəsi, X. N. Nikolova tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər xüsusilə iddia edir ki, 31 mart 2010-cu il-cü il tarixində evlərində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat onlara psixoloji travma vermiş və bu, ləyaqəti alçaldan rəftar təşkil etmişdir. ...
4. 4 aprel 2011-ci ildə Məhkəmə ərizə barədə Hökumətə məlumat vermişdir. İşin qəbuledilənliyinə və mahiyyətinə birgə baxılmasına qərar verilmişdir (Konvensiyanın 29-cü maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1967, 1972, 2002 və 2004-cü illərdə anadan olmuşlar və Varnada yaşayırlar. İlk iki ərizəçi evli cütlükdür, üçüncü və dördüncü ərizəçilər onların azyaşlı qızlarıdır.
A. İşin ümumi tarixçəsi
6. Birinci ərizəçi, C. Borislav Gutsanov, Parlamentin Sosialist Partiyasından olan deputatı, Sosialist Partiyasının Mərkəzi İcra Bürosunun üzvü və regional qolunun vitse-prezidentidir. Hadisələrin cərəyan etdiyi zaman o, Varna bələdiyyə şurasının sədri idi və partiyanın siyahısından seçilmişdi.
7. 2009-cu ilin dekabrı və 2010-cu ilin aprel ayları arasındakı müddətdə Bolqarıstan Daxili İşlər Nazirliyi ölkə daxilində müxtəlif cinayətkar qrupların dağıdılması məqsədilə çoxsaylı polis əməliyyatları həyata keçirmişdi. Bu əməliyyatların gedişində polis bir sıra şəxsləri, o cümlədən bir neçə siyası xadimi həbs etmişdi və bu fakt, mediada geniş şəkildə işıqlandırılmış və geniş ictimai marağa səbəb olmuşdu. Media müntəzəm olaraq Baş Nazir və Daxili İşlər Naziri daxil olmaqla bir sıra siyasətçilərə və prokuror və polis komissarlara müraciət edərək həbslərlə və cinayət prosesi ilə bağl şərh verilməsini istəyirdilər.
8. Bu hadisələrlə bağlı Məhkəməyə bir sıra şikayət ərizəsi daxil olmuşdur (no. 26966/10, Maslarova v. Bulgaria; no. 30336/10, Aleksey Petrov (II) v. Bulgaria; no. 37124/10, Kostadinov v. Bulgaria; no. 44885/10, Tsonev v. Bulgaria; no. 45773/10, Petrov və Ivanova v. Bulgaria; and no. 55388/10, Stoyanov and Others v. Bulgaria).
B. Ərizəçilərin evində polis əməliyyatı
9. 30 oktyabr 2009-cü ildə Sofiya Şəhəri Prokurorluğu bir şəxsə və şəxslərə qarşı Varna bələdiyyəsinin nəqliyyat şirkətinə ciddi ziyana səbəb olan hakimiyyət nümayəndəsinin hakimiyyətdən sui-istifadəsi və dövlət əmlakının mənimsənilməsi faktı üzrə cinayət işi başladı. Bu faktlar 2003 və 2007-ci illər arasında baş vermişdi. 8 fevral 2010-cu ildə Baş Prokuror istintaq materiallarının Varna regional prokurorluğuna göndərilməsini əmr etdi. İstintaq regional prokurorluğunun nəzarəti altında Varna polisi tərəfindən həyata keçirilməli idi.
10. 31 mart 2010-cu il-cu ildə, həmin istintaqın gedişində bir polis komandası saat 6:30 radələrində ərizəçilərin evinə daxil oldu, C. Gutsanovu həbs etdi və evdə axtarış keçirdi. Polis əməliyyatı ilə bağlı hadisələr barədə tərəflərin mövqeləri fərqlidir.
1. Ərizəçilərin versiyası
11. 31 mart 2010-cu il-cu il səhər tezdən C. və X. Gutsanovi Varnadakı evlərinin ikinci mərtəbəsindı yerləşən otaqlarında yatmaqda idilər. Onların iki qızı da aşağı mərtəbədəki otaqlarında yatırdılar. Ailənin evi qapalı-dairə televiziya monitorinq (CCTV) sistemi vardı və gecə gözətçisi D.P. mülkün girişində növbədə idi.
12. Saat 6.30 radələrində D.P. CCTV ekranında iki və ya üç polis avtomobilinin sakitcə və işıqlarını söndürərək bağın qapısından keçdiyini və az sonra dayandığını görür.
13. Bundan az sonra bir qrup polis işçisi evin qapısında görünmüş, onlardan bəziləri qapını bərk-bərk döymüş və qapının dərhal açılmasını tələb etmişdir. D.P. gecə gözətçisi köşkünü tərk etmiş və qapının açmışdır. Bu zaman o mülki geyimdə olan iki polis, dörd və ya beş nəfər uniformalı şəxs və Daxili İşlər Nazirliyininxüsusi təyinatlılar birliyinin dörd və beş maskalı üzvünü görmüşdür. D.P. polislər tərəfindən hərəkətsizləşdirilmiş, əlləri qandallanmışdır və polislər ev sahiblərinin evdə olub-olmadıqlarını soruşmuşdur. O, ev sahiblərinin və iki azyaşlı uşağın evdə olduğunu polis işçilərinə demişdir. Ona əmr etmişdilər ki, evin giriş qapısını açsın və o bildirmişdir ki, evin açarları onda deyil.
14. Polis işçiləri qapıya doğru qaçmış və qışqırmışlar: “Polis! Qapını açın!”. Polislərdən bəziləri bəzi alətlərdən (ağır çəkiclər, link və lom) istifadə edərək qapını açmağa çalışmışlar. D.P.-nin ifadəsinə görə, polis işçiləri beş və ya on dəqiqə sonra qapını açmış və evin pilləkənli hissəsinə daxil olmuşdur.
15. C. və X. Gutsanovi bildirmişlər ki, onlar qəflətən, qapı döyülməsi və qışqırıq səslərindən oyanmışlar. Onlar aşağı mərtəbəyə doğru qaçmış və qızlarını özlərinin ikinci mərtəbədəki otaqlarına gətirmişlər..
16. C. Gutsanov bildirmişdir ki, sonra o, nə baş verdiyini öyrənmək üçün yataq otağından çıxmışdır. Bu zaman o, bir neçə şəxsin pilləkənlə yuxarı çıxdığını və “Çıxın ordan” və “ Biz polisik”. O dərhal arvadı və qızlarının olduğu ikinci mərtəbəyə qayıtmışdır. Bundan az sonra silahlı və maskalı polis işçisi valideynlərin yataq otağına daxil olmuş, lampalı silahlarını C. Gutsanov, onu arvadı və qızlarına tuşlayaraq qışqırmışlar: “Polis! Tərpənməyin!”. C. Gutsanovu divara söykədilmiş, aşağı mərtəbəyə aparılmış, dizləri üstünə otuzdurulmuş və əlləri qandallanmışdır.
17. C. və X. Gutsanovinin və onların yatağında olan iki qızının ifadələrinə görə, qorxudan qışqırır və ağlayırdılar. Polis X. Gutsanovaya uşaqların başını ədyalla örtməyini əmr etmişdir və X. Gutsanova deyiləni etmişdir.
18. Bundan az sonra C. Gutsanova yuxarı çıxmağa və əynini geyinməyə icazə verilmişdir.
19. Saat 7.30-da ailənin sürücüsü və uşaqların dayəsi gəlimiş və qızları məktəbə aparmışdır. Məktəbdən sonra qızlar xalalarının evlərinə getmiş və gecə orda qalmışlar.
20. Hadisələrlə bağlı versiyalarını sübut etmək üçün ərizəçilər C. Gutsanovun əllə yazılmış və tarixsiz ifadəsini, arvadı tərəfindən imzalanmış 7 aprel 2010-cu il tarixli ifadəsi, gecə gözətçisi D.P.-nin əllə yazılmış və 8 aprel 2010-cu il tarixli ifadəsi və ailənin sürücüsünün əllə yazılmış 10 aprel 2010-cu il tarixli ifadəsini təqdim etmişlər. Onlar həmçinin Varna meteorologiya bürosunun hesabatını təqdim etmişlər və bu hesabata görə həmin gün günəş saat 6.52-də doğmuşdur və günə doğumu otuz bir dəqiqə çəkmişdir. Ərizəçilər həmçinin X. Gutsanovanın həftəlik Galeria qəzetinə verdiyi və 8 aprel 2010-cu ildə nəşr edilmiş müsahibəsini də təqdim etmişlər.
21. Ərizəçilər həmçinin, özəl Skat TV kanalında 11 aprel 2010-cu ildə yayımlanmış “Afera” verilişinin video yazısını da təqdim etmişlər. Bu verilişdə X. Gutsanova ilə müsahibə, həmçinin evin CCTV sistemi vasitəsilə 31 mart 2010-cu il-cu il tarixində səhər çəkilmiş videonu nümayiş etdirilmişdir. Birinci fraqmentdə ərizəçilərin evinin yanından keçən iki avtomobil və bir yük maşını göstərilir. İkinci franqmentdə bir uniformalı polis işçisinin evin dəmir darvazasını döydüyü və darvazanın açıldığı görünür. Üçüncü fraqmentdə qara geyimdə və lampalı pulemyotlarla silahlanmış iki xüsusi dəstə üzvünün bağın bir hissəsini nəzərdən keçirdiyi və qapıda mülki geyimli bir şəxs görünür. Sonra həmin şəxs iki xüsusi dəstə üzvü ilə birgə yenidən evə girir. Dördüncü fraqmentdə iki xüsusi dəstə üzvünün evə tərəf qaçdığı, bir uniformalı polisin və bir mülki geyimlinin arxada qaldığı görünür. Sonra son iki şəxs evin yuxarısında görünür. Reportyor tərəfindən çəkilmiş başqa bir fraqmentdə, polis işçilərinin evə güclə girməsindən sonra şüşə qapının vəziyyətini göstərir: qapının şüşəsi qırılmamışdır, lakin qapının dəstəyi, kilid və qapının dili qırılmışdı.
2. Hökumətin versiyası
22. 30 mart 2010-cu ildə Varna Regional Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Birliyi və Varna Regional Prokurorluğu naməlum şəxs və ya şəxslərə qarşı Varna Bələdiyyəsi nəqliyyat şirkətinə məxsus dövlət əmlakının mənimsənilməsi ilə bağlı istintaq çərçivəsində bir əməliyyat planını təsdiq etdi. (bax: yuxarıdakı paraqraf 9). Planda həmin cinayətlərin törədilməsinə görə C. Gutsanov da daxil olmaqla beş nəfərin həbsini və şübhəli şəxslərin ev və ofislərinin axtarılmasını nəzərdə tutulurdu. Əməliyyatlar ertəsi gün, yəni 31 mart 2010-cu il-cu ildə, eyni vaxtda, müstəntiqlərdən, uniformalı polis və silahlı və maskalı xüsusi təyinatlılardan ibarət beş ayrı komanda tərəfindən aparılmalı idi.
23. Ərizəçilərin evindəki əməliyyatı aparan komanda rəislərinin göstərişlərini əməliyyat günü saat 05.30-da almışlar. Polis işçilərinə xəbərdarlıq edilmişdi ki, C. Gutsanov Glock 17C pistoletinə qanuni sahibllik edirdi və onu evində saxlayırdı.
24. 31 mart 2010-cu il-cu ildə saat 6.30-da mülki geyimli polislərdən, iki uniformalı polisdən, dörd qara geyimli və üzərində “Polis” sözü yazılmış gölləkeçirməz gödəkcə geyinmiş xüsusi təyinatlıdan ibarət komanda ərizəçilərin evinə getmişdir. Polis işçiləri evin dəmir darvazasını döymüş, evin gözətçisi olduğunu bildirən bir şəxs qapını açmışdır. Bu şəxs izah etmişdir ki, onda evin açarları yoxdur və evdə yalnız C. Gutsanov, onu arvadı və iki uşağı var. İki xüsusi təyinatlı evin başqa mümkün çıxışlarını tutmaq üçün evin arxasına keçmiş, iki polis işçisi evin əsas qapısına doğru qaçmış və qapını döyüb “Polis! Qapını açın!” deyə qışqırmağa başlamışlar. Uniformalı polislər əsas qapıdan çöldə, evin bağçasında qalmışlar.
25. Beş dəqiqə sonra polis işçiləri evin panoramic pəncərəsindən bir kişi fiquru görmüşlər. Onlar qışqırmışlar “Polis! Aşağı enin! Qapını açın!”. C. Gutsanov iki dəfə pəncərədə görünsə də, aşağı enməmişdir. Xüsusi təyinatlılar qapını güclə açmış və içəri girmişlər. Onlardan biri C. Gutsanovu pilləkəndə görmüş və demişdir: “Polis! Yavaşca buraya gəlin! Əllərinizi göstərin!”. Əvə yuxarı mərtəbəyə tərəf qaçmışdır. Polis onu izləmiş və qışqırmışdır: “Polis! Dayanın!”. Ərizəçi ikici mərtəbədəki bir qapıdan içəri girmiş və polislər yaxınlaşanda onun arvadı və uşaqlarının olduğu yataq otağına girdiyini görmüşlər. Bu zaman ərizəçi otaqdan çıxmışdır və polis onun əllərini qandallamışdır. O geyinmək üçün icazə istəmişdir və polislərdən biri tərəfindən eyni yataq otağına aparılmışdır.
26. Əməliyyatın heç bir anında polis işçiləri X. Gutsanova və ya qızlarla danışmamışdır. Yataq otağına girən polisin silahı yox idi, sadəcə Taser elektroşok aparatı vardı. Polis C. Gutsanovun bəzi paltarlar götürməsinə yetəcək qədər otaqda qalmışdır, sonra hər ikisi otağı tərk etmişdir. Ərizəçi başqa polis işçilərinə təhvil verilmiş, xüsusi təyinatlılar dərhal evi tərk etmişlər.
27. Hökumət aşağıdakı sənədləri öz versiyasının sübutu qismində təqdim etmişdir: əməliyyat planı, Daxili İşlər Nazirliyinin Regional Bürosunun hesabatı, Nazirliyin əməliyyatda iştirak edən personalının, xüsusi təyinatlı dəstənin komandirinin hesabatı da daxil olmaqla, üç hesabatı, bir hakim tərəfindən təsdiq edilmiş axtarış hesabatı, Varna Regional Prokurorluğu tərəfindən verilən 7 aprel 2010-cu il tarixli iki əmr. Hökumət həmçinin ərizəçilərin evinin jurnallistlər tərəfindən çəkilmiş və digər şeylərlə yanaşı, bağçaya açılan şüşə fasadı göstərən fotosunu da əlavə etmişdir.
C. Ərizəçilərin evinə polis əməliyyatından sonra onların psixoloji vəziyyəti
28. X. Gutsanova bildirmişdir ki, kiçik qızı B., kəkələyirdi, bir il ərzində ixtisaslaşmış yardım almışdı və 31 mart 2010-cu il-cu il hadisəsindən sonra yenidən kəkələməyə başlamışdır.
29. Cütlüyün böyük qızı S.-in müəlliminin ifadəsinə əsasən, qız 31 mart 2010-cu il-cu ildə açıq-aydın stresli və qeyri-adi dərəcədə sakit idi. C. Gutsanovun eyni gün qıza öz evində baxan bacısı bildirmişdir ki, uşaq narahat idi. Qız bir neçə dəfə evdə baş verənlər barədə danışmışdı. Bundan sonra uşaq hər dəfə polis görındə qorxur.
30. 12 aprel 2010-cu ildə C. və X. Gutsanovların iki qızı bir psixiatr tərəfindən müayinə edilmişdir. Sonuncu bildirmişdir ki, 31 mart 2010-cu il hadisəsinin xatirəsi hər iki uşaqda narahatlıq reaksiyaları yaradır, böyük qızda qorxu, kiçik qızda isə ağlamaqla müşahidə olunur. Psixiatr uşaqlarda hər hansı başqa psixoloji The psychiatrist did not observe any other psychological fəsad müəyyən etməmişdir.
31. 31 mart 2010-cu il hadisəsinin ardından X. Gutsanova iki dəfə psixiatra müraciət etmiş və digər şeylərlə yanaşı, yuğusuzluq və qorxudan şikayət etmiş və ona sakitləşdiricilər yazılmışdır.
...
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
...
D. Dəymiş ziyana görə Dövlətin məsuliyyəti
67. Dəymiş ziyana görə Dövlətin və bələdiyyələrin məsuliyyəti haqqında Qanunun 1 (1) Bölməsinə görə, fərdlərin Dövlət və ya bələdiyyə orqanlarının öz inzibati vəzifələrini yerinə yetirərkən qeyri-qanuni qərarları, hərəkət və hərəkətsizlikləri nəticəsində dəyən ziyana görə kompensasiya əldə etmək hüququ vardır. Bolqarıstan Ali Kassasiya Məhkəməsinin təcrübəsinə görə, istintaq və prokurorluq orqanlarının cinayət təqibi çərçivəsində etdikləri hərəkətlər inzibatı vəzifələr hesab edilmir və bu səbəbdən, bu müddəanın təsir dairəsinə aid deyildir (Решение № 615 от 10 юли 2001 г. на ВКС по гр. д. № 1814/2000 г.; Тълкувателно решение № 3 от 22 април 2004 г. на ВКС по тълк. д. № 3/2004 г., ОСГК). Hadisələrin cərəyan etdiyi zaman qüvvədə olan həmin Qanunun 2-ci Bölməsinə əsasən, cinayət istintaqı, prokurorluq və məhkəmə orqanları aşağıdakı hallarda məsuliyyət daşıyırlar: qanunsuz həbs; cinayət prosesinə xitam verilməsi ilə nəticələnən ittiham və ya məhkum edilmə; sonradan qanunsuz olması səbəbilə ləğv edilən məhkəmə qərarı ilə məcburi xəstaxanaya salma və ya digər məcburiyyət tədbirləri; cəzanın ilkin müddətindən daha uzun müddət ərzində icrası (see also Iliya Stefanov v. Bulgaria, no. 65755/01, §§ 28 və 29, 22 May 2008; Kandzhov v. Bulgaria, no. 68294/01, §§ 35-39, 6 November 2008; və Bochev v. Bulgaria, no. 73481/01, §§ 37-39, 13 November 2008).
...
HÜQUQİ MƏSƏLƏLƏR
...
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
77. Ərizəçilər şikayət edirlər ki, evlərində keçirilən polis əməliyyatı onları Konvensiyanın 3-cü maddəsi ilə uyğun olmayan davranışlara məruz qoymuşdur. Həmin maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır .”
78. Ərizəçilər xüsusilə şikayət edirlər ki, polis əməliyyatının həyata keçirilmə şəkli – səhər açılmazdan əvvəl, maskalı və möhkəm silahlanmış polislər güclə evə girmiş və silahlarını onlara tuşlamış və C. Gutsanovun əllərini qandallamış, onu dizi üstünə çökməyə məcbur etmişlər– onları ləyaqəti alçaldan davranış həddinə çatan ciddi psixoloji sinağa məruz qoymuşdur.
79. 6 yanvar 2012-ci il tarixli yazılı təqdimatlarında ərizəçilər şikayət edirdilər ki, onların 31 mart 2010-cu il tarixli polis əməliyyatı zamanı pis rəftara çəruz qalmaları barədə şikayətləri araşdırılmamışdır.
A. Qəbuledilənlik
1. 31 mart 2010-cu il tarixli polis əməliyyatı ilə bağlı şikayət
(a) Hökumətin müşahidələri
80. Hökumət bildirmişdir ki, bu şikayət dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi və altı-ay müddətinin ötürüldüyü, vaxtından əvvəl verildiyi və ərizəçilərin qurban status olmaması səbəbilə rədd edilməlidir.
81. Hökumət ilk olaraq bildirmişdir ki, C. Gutsanova qarşı cinayət prosesi davam etməkdədir və bunun nəticəsində Maddə 3-lə bağlı şikayət vaxtından əvvəl verilmişdir.
82. Hökumətin fikrincə, ərizəçilər ləyaqəti alçaldan rəftar barədə şikayəti dövlətdaxili səlahiyyətli orqanlar qarşısında qaldırmamışlar. Bundan əlavə, Hökumət bildirmişdir ki, onlar Dövlətin dəymiş ziyana görə məsuliyyəti haqqında qanunun 2-ci bölməsi əsasında kompensasiya üçün müraciət etməmişdir. Beləliklə, onlar daxili hüquqda məvcud səmərəli hüquq müdafiə vasitələrini tükəndirməmişlər.
83. Hökumət əlavə edir ki, 7 aprel 2010-cu ildə, Varna Regional Prokurorluğu ərizəçilərin evinə daxil olan polis işçilərinə qarşı cinayət işi açmamaq qərarına gəlmişdir. Prokurorluq orqanları inter alia qeyd etmişlər ki, polis işçilərinin hərəkətlərində cinayət tərkibi yoxdur. Hökumət daha sonra iddia etmişdir ki, həmin hərəkətlər heç bir halda ərizəçilərin ləyaqətini alçaltmaq və ya onlara psixoloji xəsarət vurmaq məqsədi daşımırdı; beləliklə, bu hərəkətlər Konvensiyanın 3-cü maddəsinə zidd olan davranış hesab edilə bilməz. Hökumətin fikrincə, ərizəçilər bu səbəbdən, bu maddə əsasında müdafiə olunan hüquqların qurbanı olduqlarını iddia edə bilməzlər.
(b) Ərizəçi tərəfin təqdimatları
84. Ərizəçilər 31 mart 2010-cu ildə evlərinə daxil olan polis işçilərinə qarşı cinayət şikayəti qaldırmaqdıqları faktını inkar etmirlər. Bununla belə, onlar iddia edirlər ki, bu vasitə xüsusilə iki səbəbdən səməriz olacaq. Birincisi, Bolqar cinayət qanununun heç bir müddəası psixoloji təzyiqdən irəli gələn alçaldıcı rəftarın cəzalandırılmasını nəzərdə tutmur. İkincisi, Məhkəmə milli polis güclərinin xüsusi təyinatlı üzvlərinin əməliyyatları ilə bağlı bir sıra işlərdə hesab etmişdir ki, dövlət orqanlarının xüsusi təyinatlıların şəxsiyyətlərini aşkarlamaqdan sistemli imtinası hər hansı cinayət təqibinin səmərəsiz olmasına səbəb olacaqdır.
85. Hazırki işdə regional prokurorluğun çıxardığı cinayət təqibinin başlanmaması qərarı sadəcə olaraq təsdiq edir ki, cinayət şikayəti səmərəsiz olardı. Prokuror iş açılandan az sonra, yalnız polisin iki hesabatına əsasən və hər hansı digər şahiddən ifadə almadan və ya hər hansı sübut toplamadan polis işçilərinə qarşı cinayət işi başlamamaq qərarı qəbul etdi. Ərizəçilər bu qərarlar barədə məlumatlanmamışlar və bu istantaqda hər hansı şəkildə iştirak etmək imkanından mıhrum olmuşdur.
86. Dövlət orqanlarının məsuliyyəti haqqında qanuna əsasən mümkün kompensasiya tələbinə gəlincə, ərizəçilər bildirirlər ki, bu yol da onların halında səmərəli vasitə hesab edilə bilməz. Dövlətdaxili məhkəmələrin mütəmadi təcrübəsinə əsasən, Qanunun inzibati hərəkətlərin nəticəsində dəyən ziyana görə Dövlətin cavabdeh olmasını nəzərdə tutan 1-ci Bölməsi polis işçilərinin inzibati hərəkət deyil, məhkəmə prosesinin bir hissəsi olan cinayət təqibi çərçivəsində görülən istintaq tədbirlərinə tətbiq edilə bilməz. Bundan əlavə, 2005-ci ildə elan edilən məcburi qərarında Ali Kassasiya Məhkəməsi izah etmişdir ki, polis də daxil olmaqla inzibati orqanlar məhkəmə orqanları tərəfindən əmr edilən tədbirləri həyata keçirdiyi zaman dəymiş ziyana görə Dövlət qarşı kompensasiya tələbi yalnız məhkəmə orqanlarına qarşı qaldırıla bilər və Dövlətin dəymiş ziyana görə məsuliyyəti barədə qanunun 2-ci bölməsinə əsaslana bilər. Bununla belə, 2-ci bölmə yalnız məhdud sayda vəziyyətlərdə kompensasiya nəzərdə tutur. Hazırki işdə tətbiq oluna biləcək tək şey C. Gutsanovun bəraət alması və ya ona qarşı cinayət prosesinin xətm edilməsi ola bilər. Lakin 31 mart 2010-cu il hadisəsinin bütün şahidlərinin bu əməliyyatda iştirak edən polislər olması səbəbilə ərizəçilərin iddialarını sübut etməsi çətindir.
(c) Məhkəmənin dəyərləndirməsi
87. Məhkəmə müşahidə edir ki, Hökumət Konvensiyanın 3-cü maddəsi əsasında qaldırılan şikayətin qəbuledilməzliyi ilə bağlı bir sıra etirazlar bildirmişdir. Tərəflərin təqdimatlarını nəzərə alaraq Məhkəmə hesab edir ki, altı ay və şikayətin vaxtın əvvəl qaldırılmış olması barədəki etirazlar ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi barədə etirazla sıx bağlıdır. Məhkəmə bu səbəbdən hesab edir ki, ilk olaraq hazırki işdəki ərizəçilərin ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirib-tükəndirməməsi barədə məsələni araşdırmalıdır.
(i) ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi barədə etiraz
88. Məhkəmə xatırladır ki. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi qaydası ərizəçiləri məcbur edir ki, iddia olunan pozuntular üçün kompensasiya ala biləcəyi daxili hüquq sistemində normalda mövcud və kafi olan vasitələrdən istifadə etsinlər. Bu vasitələrin mövcudiyyəti həm nəzəriyyədə, həm də praktikada kifayət qədər müəyyən olmalıdır, əks halda bu vasitələri nə çatımlı, nə də səmərəli olardı (bax: digər çoxsaylı işlərlə yanaşı, Salman v. Turkey [BP], no. 21986/93, § 81, ECHR 2000‑VII, və İlhan v. Turkey [BP], no. 22277/93, § 58, ECHR 2000‑VII).
89. Bu vasitələrin tükəndirilmədiyini iddia edən Hökumət Məhkəməni inandırmalıdır ki, bu vasitələr həm nəzəri, həm də praktiki olaraq çatımlı idi. Bu sübut edildikdən sonra, ərizəçi göstərməlidir ki, Hökuməti iddia etdiyi vasitə əslində tükındirilmişdir və ya hər hansı səbəbdən bu işin xüsusi hallarında qeyri-adekvat və ya səmərisiz idi və ya onun işində onu bu tələbdən azad edən xüsusi hallar var idi (bax: Akdivar and Others v. Turkey, 16 sentyabr 1996, § 68, Reports of Judgments and Decisions 1996‑IV).
90. Məhkəmə təcrübəsinə əsasən, Bolqarıstan qanunvericiliyinə görə polis işçiləri tərəfindən edildiyi iddia olunan qeyri-insani və ya alçaldıcı rəftarla bağlı normal olaraq mövcud olan vasitə prokurorluq orqanlarına şikayət idi (bax: digər işlərlə yanaşı, Assenov and Others v. Bulgaria, 28 oktyabr 1998, § 86, Reports 1998‑VIII; Osman and Osman v. Bulgaria (qərardad), no. 43233/98, 6 may 2004; və Kemerov v. Bulgaria (qərardad), no. 44041/98, 2 sentyabr 2004). Hazırki işdəki ərizəçilər 31 mart 2010-cu il tarixində evlərinə girən polis işçilərinə qarşı belə bir şikayətlə prokurorluğa müraciət etməmişlər. Bununla bağlı onlar bildirmişlər ki, prokurorluq orqanlarına şikayət məruz qaldıqları rəftarın xarakteri və daxili cinayət hüquq normalarının olmaması səbəbilə onların halında səmərəli vasitə hesab edilə bilməzdi (bax: yuxarıdakı paraqraf 84).
91. Məhkəmə bildirir ki, özünün Hristovi Bolqarıstana qarşı (no. 42697/05, § 95, 11 oktyabr 2011) işində Məhkəmə Bolqarıstan qanunvericiliyinin psixoloji əzab verən hərəkətlərlə bağlı yanaşmasını narahatlıqla qeyd etmişdi. Məhkəmə xüsusilə qeyd etmişdir ki, çox spesifik ölüm təhlükəsi istisna olmaqla, Bolqarıstan Cinayət Məcəlləsi polis işçiləri tərəfindən məsələn, axtarış, zəbt və həbs əməliyyatları zamanı bu cür iztiraba səbəb olan hərəkətlərin cəzalandırılmasını nəzərdə tutmurdu. Beləliklə, şikayətçinin polis tərəfindən fiziki zədə aldığını iddia etdiyi hallar istisna olmaqla, prokurorluq orqanları şikayət olunan hərəkətlərlə bağlı cinayət işi aça bilməzdi. Məhkəmə bildirmişdir, cinayət qanunundakı bu çatışmazlıq psixoloji travma verən şəxslərin öz əməllərinə görə cinayət məsuliyyətindən qaçmasına imkan vermişdir.
92. Hazırki işdə ərizəçilər eksluziv olaraq, 31 mart 2010-cu il gününün səhərində onların evində keçirilən polis əməliyyatının neqativ psixoloji nəticələrindən şikayət etmişlər. Onlar polis işçiləri tərəfindən fiziki zorakılığa məruz qaldıqlarını iddia etməmişlər. Bu səbəbdən, əgər ərizəçilər həmin polis işçilərinə qarşı şikayət etsə idilər belə, prokurorluq orqanları Məhkəmə yuxarıda istinad edilən Hristovi işində qeyd edilən çatışmzalıq üzündən mütləq şəkildə cinayət işi açmaqdan imtina edəcəkdi. Bundan belə nəticə çıxır ki, polis tərəfindən fiziki zorakılıq halında notmal olaraq çatımlı və səmərəli olan cinayət-hüquqi vasitə ərizəçilərin şikayət etdiyi işin xüsusi halında əvvəldən uğursuzluğa məhkum idi. Məhkəmə bu səbəbdən ərizəçiləri polis əməliyyatında iştirak edən polislərə qarşı prokurorluq orqanlarına şikayət etmədikərinə görə tənqid edə bilməz.
93. Məhkəmə daha sonra bildirir ki, Mirosław Garlicki Polşaya qarşı işində (no. 36921/07, § 77, 14 iyun 2011), o elan etmişdir ki, Polşa qanunvericiliyinə əsasən sağlamlıq, azadlıq, şərəf və insan ləyaqəti kimi hüquqların pozulmasıyla bağlı kompensasiya üçün mülki iddia, ərizəçinin ekskluziv olaraq maskalı şəxslər tərəfindən, çox sayda insanın qarşısında və sonradan böyük media işıqlandırmasına səbəb olan həbsinin ağır psixoloji nəticələrindən şikayət etdiyi zaman 3-cü maddənin iddia olunan pozuntusu ilə bağlı adekvat vasitədir. Məhkəmə bildirir ki, hazırki işdəki ərizəçilər də onlara qarşı polis əməliyyatın psoxoloji nəticələrindən şikayət edirlər. Hökumət etiraz edir ki, ərizəçilər Dəymiş ziyana görə Dövlətin və Bələdiyyələrin Məsuliyyəti haqqında Qanuna əsasən kompensasiya tələbi irəli sürə bilərdi (bax: yuxarıdakı paraqraf 82). Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçinin sərəncamında bir neçə səmərəli daxili müdafiə vasitələrinin olduğu Mirosław Garlicki (yuxarıda istinad edilən, §§ 77 və 78) işinin əksinə olaraq, dörd ərizəçi tərəfindən yuxarıda göstərilən Bolqar qanunun 1 və 2-ci bölməsinə əsasən hər hansı kompensasiya tələbi, yuxarıda göstərilən səbəblərdən heç bir uğur qazana bilməzdi.
94. Məhkəmə bununla bağlı vurğulayır ki, Dəymiş ziyana görə DövlətinMəsuliyyəti haqqında Qanunun 1-ci Bölməsi fərdlərə dövlət orqanlarının və ya dövlət qulluqçularının qeyri-qanuni qərarları, hərəkət və ya hərəkətsizlikləri ilə bağlı Dövlətə qarşı kompensasiya prosesi açmağa imkan verir. Bolqarıstanın ən yüksək instansiya məhkəmələrinin yurisprudensiyasına əsasən, cinayət prosesi gedişatında istintaq və prokurorluq orqanları tərəfindən həyata keçirilən hərəkətlər inzibati vəzifənin hissəsi deyildir və bu səbəbdən, həmin Qanunun 1-ci Bəndinin əəhatə dairəsinə düşmür. (bax: yuxarıdakı paraqraf 67 və Iliya Stefanov[1] ..., § 28). Məhkəmə bildirir ki, ərizəçilərin evindəki polis əməliyyatı cinayət prosesinin gedişində həyata keçirilmişdi və C. Gutsanovu həbs etmək və evində sübut axtarmaq məqsədi daşıyırdı. Daxili məhkəmələrin yurisprudensiyasına əsasən, əməliyyat həmin prosesin gedişatında keçirilən istintaq tədbirlərinin hissəsidir və yuxarıda göstərilən Qanunun 1-ci Bəndi əsasında Dövlətin məsuliyyətinə səbəb olmur.
95. Həmin Qanunun 2-ci Bölməsinin tətbiqi məsələsinə gəlincə, Məhkəmə bildirir ki, bu işdə bu Bölmənin tətbiq oluna biləcəyi yeganə hal, C. Gutsan və onun əleyhinə qaldırılmış cinayət işinin xətm olunması bə ya onun birinci instansiyada və ya appelyasiyada bəraət alması olardı (bax: yuxarıdakı paraqraf 67). Bununla belə, Məhkəmə qeyd edir ki, C. Gutsanovun azad olunmaq üçün müraciət etdiyi məhkəmələr onun həbsinin daxili qanunlara uyğun olduğu qənaətinə gəlmişdi. ... Məhkəmə daha sonra qeyd edir ki, birinci ərizəçinin əldə etdiyi ən son məlumata əsasən, haqqında söhbət gedən cinayət prosesi istintaq mərhələsindədir və davam etməkdədir ... Belə olan halda, Dəymiş Ziyana görə Dövlətin Məsuliyyəti haqqında Qanunun 2-ci Bölməsi, hadisələrin baş verdiyi zaman qüvvədə olduğu redaktədə, uğursuzluğa məhkum idi.
96. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən Qanunun 2-ci Bölməsinə əsasən C. Gutsanova qarşı cinayət işi bağlandığı və ya onun bəraət alması halında qaldırılan iddia onun qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusunun birbaşa və açıq şəkildə tanınması demək deyildir. Hər hansı belə iddiada göstərilməli idi ki, haqqında söhbət gedən ziyan, sonradan xətm olunan və ya bəraətlə nəticələnən cinayət prosesinin nəticəsində dəymişdir. Yəni, daxili məhkəmələrin faktları araşdırması formal nəticələrə əsaslanacaqdı və ərizəçilərin şikayətinin mahiyyətini, yəni, polisin əməliyyatın məqsədinə nail olmaq üçün istifadə etdiyi, onların fikrincə lazımsız olan metodlar və bu bu əməliyyatın dörd ərizəçı üzərində ağır psixoloji təsiri barədəki fikirləri nəzərə almayacdı.
97. Beləliklə, Məhkəmə hesab edir ki, yerli qanunvericiyin çatışmazlıqları səbəbilə, nə cinayət şikayəti, nə də Hökumətin istinad edtdiyi dəymiş ziyana gçörə Dövlətə qarşı mülki iddia hazırki işdə kifayət qədər səmərəli hüquq müdafiə vasitəsi hesab oluna bilməzdi. Cinayət hüququ vasitəsi uğursuzluğa məhkumdur, çünki Bolqarıstan qanunvenriciliyində psixoloji iztirab verməyi cinayət hesab edən müddəa yoxdur (bax: yuxarıdakı paraqraf 90-92). Dövlətə qarşı kompensasiya iddiası, daxilli məhkəmələrin belə prosesin çərçivəsində baxdığı işlərin dairəsinin məhdud olması üzündən səmərəsiz olardı (bax: yuxarıdakı paraqraf 94-96). Hökumət Konvensiyanın 3-cü maddəsində təsbit olunan hüquqlarının pozuntusu üçün ərizəçilərə hər hansı kompensasiya təqdim etməyə qadir hər hansı digər vasitəyə istinad etməmişdir. Bu mülahizələrin və yuxarıda vurğulanan qraumentlərin əsasında Məhkəmə hesab edir ki, Hökumətin dövətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyi barədəki etirazı rədd edilsin.
(ii) Digər qəbuledilənlik şərtlərinə uyğunluq
98. Hökumət həmçinin iddia etmişdir ki, Konvensiyanın 3-cü maddəsinə əsaslanan şikayət vaxtından əvvəl verilmişdir, çünki C. Gutsanova qarşı istintaq hələ davam etməkdədir. Məhkəmə Hökumətin istinad etdiyi cinayət işi ilə ərizəçilərin şikayəti arasında heç bir birbaşa əlaqə görmür: həmin proses Dövlət qulluqçularının ərizəçilərin fiziki bütövlüyü və ya ləyaqətini qoruyub-qorumadıqlarını deyil, C. Gutsanovun əlbirlik və Varna bələdiyyəsindəki sədr vəzifəsi ilə bağlı digər cinayətlərdə təqsirli olub-olmadığını müəyyən etmək məqsədi daşıyırdı ... .
99. Hətta Hökumətin cinayət işinin bağlanması və ya C. Gutsanovun bəraət almasını və bu səbəbdən onun Dövlət Məsuliyyəti haqqında Qanunun 2-ci Bölməsinə əsaslanaraq kompensasiya iddiası qaldıracağını (bax: yuxarıdakı paraqraf 95) gözlədiyi güman edilsə belə, Məhkəmə xatırladır ki, bu tipli məhkəmə iddiası ərizəçilərin evlərində polis əməliyyatı keçirilən zaman qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmama hüququnun pozulduğu barədə nəticəyə gətirib çıxarmır (bax: yuxarıdakı paraqraf 96). Bu mülahizələrə əsasən, Məhkəmə ərizəçiləri C. Gutsanova qarşı davam etməkdə olan cinayət prosesinin bitməsindən əvvəl Məhkəmə müraciət etdiklərinə görə tənqid edə bilməz. Bundan belə nəticə çıxır ki, hazırki şikayət vaxtından əvvəl verilməmişdir və Hökumətin ilkin etirazı rədd edilməlidir.
100. Hökumət həmçinin bildirmişdir ki, ərizəçilər Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı-ay qaydasına riayət etməmişlər. Məhkəmə xatırladır ki, altı ay qaydası daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası ilə sız şəkildə bağlıdır, çünki altı ay müddəti daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi əsasşlaçrı üçün son hesabe dilən qərardan axmağa başlayır (bax: digər işlərlə yanaşı, Paul and Audrey Edwards v. the United Kingdom (qərardad), no. 46477/99, 7 iyun 2001). Bununla belə, daxili hüquqda adekvat səmərəli vasitə yoxdusa, altı ay müddəti prinsipcə, mübahisələndirilən hərəkətin baş verdiyi tarixdən axmağa başlayır (bax: Gongadze v. Ukraine, no. 34056/02, § 155, ECHR 2005‑XI).
101. Dövlət daxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin qaldırdığı etirazı araşdırarkən, Məhkəmə bildirdi ki, Hökumətin istinad etdiyi vasitələrdən heç biri Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndindəki səmərəlilik tələbinə cavab vermir. Beləliklə, hazırki işdə altı ay müddətinin axmağa başladığı tarix, 3-cü maddə əsasənda qaldırılan şikayətə səbəb olan hadisələrin baş verdiyi tarix, yəni, 31 mart 2010-cu ildir. Ərizəçilər şikayət ərizələrini 21 may 2010-cu ildə göndərdiklərindən, Məhkəmə qeyd edir ki, ərizələrin göndərilməsi üçün altı ay müddətinə hazırki işdə əməl olunmuşdur. Bu səbəbdən, bu qayda ilə bağlı qəbuledilməzlik etirazı rədd edilməlidir.
102. Son olaraq, Hökumət ərizəçilərin qurban statusunu da mübahisələndirir və bildirir ki, onlar 3-cü maddəyə zidd rəftara məruz qalmamışlar. Məhkəmə hesab edir ki, bu etiraz Konvensiyanın 3-cü maddəsinə əsaslanan şikayətin mahiyyətinə birləşdirilməlidir. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndi mınasında açıq-aşkar əsaslandırılmamış deyildir və başqa hər hansı əsasla qəbuledilməz deyildir. Bu səbəbdən, şikayət qəbuledilən elan edilməlidir.
2. Hadisələrlə bağlı araşdırma aparılmadığı ilə əlaqədar şikayət
103. Məhkəmə müşahidə edir ki, ərizəçilər bu şikayəti 6 yanvar 2012-ci il tarixli yazılı təqdimatlarında qaldırmışlar. Ərizənin qəbuledilənliyini 3-cü maddənin maddi başlığı altında araşdırarkən Məhkəmə bildirdi ki, hadisələrlə bağlı istintaqın başlanması üçün müraciət, polis işçiləri tərəfindən psixoloji iztiraba səbəb olan hərəkətlər ilə bağlı cinayət cəzası nəzərdə tutan yerli hüquq normasının olmaması səbəbindən, uğursuzluğa məhkumdur (bax: yuxarıdakı paraqraf 92). Üstəlik bu arqument ərizəçilərin özləri tərəfindən irəli sürülmüşdür (bax: yuxarıdakı paraqraf 84).
104. Məhkəmə xatırladır ki, yurisprudensiyasına əsasən, ona şikayət göndərilməsi üçün altı ay müddətinin axışı, dövlət daxili hüquq müdafiə vasitələrinin olmadığı halda, şikayət olunan hərəkətərin baş verdiyi tarixdəb başlayır (bax: yuxarıdakı paraqraf 100). Məhkəmə bu səbəbdən hesab edir ki, hazırki işdə 3-cü maddənin prosessual başlığı altında qaldırıılan şikayətin verilməsi üçün altı aylıq müddətin axışı 31 mart 2010-cu ildən etibarən başlamışdır. Ərizəçilər şikayətlərini bir il doqquz aydan sonra formulə etmişlər. Beləliklə, bu şikayət altı aylıq müddət bitdikdən sonra verilmişdir və Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
B. Mahiyyət üzrə
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
105. Ərizəçilər bildimişlər ki, onların evindəki polis əməliyyatının həyata keçirilmə şəkli Konvensiyanın 3-cü maddəsinə zidd olmuşdur. 31 mart 2010-cu ildə səhər açılmazdan əvvəl bir qrup maskalı, ağır silahlanmış polis işçisi əvvəldən icazə almadan, qapını güclə açaraq evə daxil olmuşdur. Xüsusi təyintalılar C. və X. Gutsanovinin yataq otağına girmiş və silahlarını cütlüyün iki azyaşlı qızına tuşlamışdır. C. Gutsanov, təsirli və hörmətli siyasətçi dizləri üstünə çökdürülmüş və əlləri qandallanmışdır.
106. Ərizəçilərin fikrincə, polis əməliyyatının bu şəkildə planlaşdırılması və həyata keçirilməsi üçün heç bir əsas yox idi, xüsusilə ona görə ki, C. və X. Gutsanovi hörmətli insanlar idi və şəhərdə tanınırdılar. Onların heç birinin cinayət məhkumluğu yoxdur və onların hüquq-mühafizə orqanlarına hər hansı müqavimət göstərəcəyini güman etməyə heç bir əsas yoxdur. Onların evindəki axtarış Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan təcili istintaq tədbiri deyildi. Ərizəçilərin fikrincə, bütün bu elementlər əsl məqsədi göstərirdi və bu, onları qorxutmaq, ləyaqətlərini alçaltmaq və hüquq-mühafizə orqanlarının hərəkətləri qarşısında gücsüzlük hissi yaratmaq idi.
107. Polis işçilərinin hərəkətləri ərizəçilərdə ağır psixoloji nəticələrə səbəb olmuşdur. Xüsusilə, X. Gutsanova və onun beş və yeddi yaşlarında olan iki azyaşlı qızı, bu hadisədən az sonra onları müayinə etmiş psixiatrın bildirdiyi kimi, əhəmiyyətli psixoloji təzyiqə məruz qalmışlar. C. Gutsanov, müxalifətçi siyasi partiyaya mənsub hörmətli siyasətçi, mediada gemiş şəkildə işıqlandırılmış kobud bir həbsin qurbanı olmuşdur. Bu, digər siyasətçilərin həbsi ilə birgə, hakimiyyətdə olan partiyanın propoqanda kampaniyasının bir hissəsi idi. Şikayət olunan rəftarın psixoloji təsiri, 3-cü maddənin ciddilik həddini aşacaq və “alçaldıcı” hesab olunacaq dərəcədə ciddidir.
(b) Hökumət
108. Hökumət ərizəçilərin iddialarını və hadisələrin versiyalarını qəbul etmir. Hökumət bildirir ki, 31 mart 2010-cu il hadisəsi çox diqqətlə hazırlanmışdır və ərizəçilərin ləyaqəti və hüquqlarına hörmət edilməklə həyata keçirilmişdir. C. Gutsanovun həbsi və evlərindəki axtarış çox sayda şübhəli şəxslərin də olduğu ciddi cinayətlərin istintaqı çərçivəsində həyata keçirilmişdir. Polis C. Gutsanovun evində silah olduğu barədə məlumatlı idi.
109. Polis əməliyyatı hava açılandan sonra, yəni 06 radələrində keçirilmişdir. Polis ərizəçilərinin mülkünün qapısını döymüşdür, gəldiklərini elan etmiş və qapının açılmasını tələb etmişlər. Gözətçi qapını açmış, lakin bildirmişdir ki, evin qapısının açarı onda yoxdur. Polis qapıya doğru qaçmış, qapını döymüş və onun dərhal açılmasını tələb etmidir. C. Gutsanov iki dəfə pəncərədə görünmüş, polisləri görmüş və uniformalarından onları tanımış, lakin aşağı enib qapını açmamışdır. Bu anda, onun sübutları məhv edəcəyi, sılahını götürəcəyi və ya qaçıb gizlənəcəyi, qorxusu ilə xüsusi təyinatlılar evin qapısını güclə açıb içəri girmişlər. Onlar C. Gutsanovu ikinci mərtəbədə, arvadı və qızlarının olduğu yataq otağına girmək istərkən tutmuşlar.
110. Hökumətin fikrincə, C. Gutsanov dizi üstə çokdürülməmişdir. Polis işçiləri onun əllərini heç bir xüsusi hərəkətsizləşdirmə texnikası tətbiq etmədən qandallamış və silahlarını onun arvadına və qızlarına tuşlamamışlar. Ikinci mərtəbədəki yataq otağına girən yeganə polis işçisi yalnız elektroşok aparatı daşıyırdı və onu uşaqlara və X. Gutsanovaya tuşlamamışdır. Xüsusi təyinatlılar evdə yalnız bir neçə dəqiqə qalmışlar və C. Gutsanovun həbsindən dərhal sonra evi tırk etmişlər. Bundan az sonra ərizəçinin əlindəki qandallar çıxarılmışdır.
111. Polis işçilərinin hərəkətləri daxili qanunvericiliyə uyğundur. Axtarış həyata keçirildikdən iyirmi dörd saat ərzində məhkəmə qərarı ilə təsdiq edilmiş və regional prokurorluq, dövlət orqanları tərəfindən verilən məlumatlara əsaslanaraq hesab etmişlər ki, polis işçiləri heç bir cinayət törətməmişlər.
112. Hökumət qəbul edir ki, polisin onların evinə girməsi və evdə axtarış aparılması, şübhəsiz ki, ərizəçilərdə neqativ hisslər oyatmışdır. Bununla belə, Hökumət bildidir ki, bunlar bu tipli istintqa tədbirinin normal və qaçınılmaz nəticləridir; lakin bu xoşagəlməz hisslər Konvensiyanın 3-cü maddəsinin tətbiq olunması üçün lazım olan ciddilik səviyyəsinə çatmamışdır. Bu, xüsusilə böyük qızın məktəbə aparılması faktı ilə təsdiq olunur. Hökumət həmçinin bildirir ki, əgər C. Gutsanov evin giriş qapısını açsaydı, polis işçiləri evə girmək üçün xüsusi metodlardan istifadə etməzid və ailə üzvlərinin yaşadığı xoşagəlməz hisslərə səbəb olmazdı .
2. Məhkəmənin dəyərləndirməsi
(a) Faktların müəyyənləşdirilməsi
113. Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsinə zidd olan pis rəftar barədə iddialar müvafiq sübutlarla təsdiqlənməlidir. Faktları müəyyən etmək üçün, Məhkəmə “ağlabatan şübhədən kənar” sübut standartını tətbiq edir (bax: Ireland v. the United Kingdom, 18 yanvar 1978, § 161 in fine, Series A no. 25). Bununla belə, bu sübut kifayət qədər güclü, aydın və uyğun fikirlərdən və ya oxşar faktiki prezumpsiyalardan irəli gələ bilər (bax: yuxarıda istinad edilən Salman, § 100).
114. Məhkəmə qeyd edir ki, dörd ərizəçinin evində aparılan polis əməliyyatını əhatə edən hadisələr yerli məhkəmələr tərəfindən heç çir araşdırma predmenti olmamışdır. Oxşar vəziyyətlərlə üzləşəndə Məhkəmə öz yurisprudensiyasında müəyyən etdiyi qaydalara riayət edərək öz fakt araşdırmasını həyata keçirir (bax: məsələn, Sashov and Others v. Bulgaria, no. 14383/03, § 48, 7 yanvar 2010).
115. Bu prinsiplər əsasında, Məhkəmə analizinin başlanğıc nöqtəsi kimi tərəflərin razılşadığı halları və onların təqdim etdikləri sübutları götürməyi uyğun hesab edir. Məhkəmə həmçinin tərəflərin mübahisələndirmədiyi faktlar və təqdim olunana sübutlarla kifayət qədər uyğun gələn iddialarını da nəzərə alacaqdır.
116. Tərəflər mübahisələndirmir ki, ərizəçilərin evinə polis əməliyyatı 31 mart 2010-cu ildə saat 6.30-dan az sonra başlamışdır. Evin CCTV kameralarının Məhkəməyə göndərilmiş görüntüləri və Varna metrologiya xidmətinin hava hesabatı ərizəçilərin əməliyyatın günəş çıxmadan, xüsusilə sübh açılan ərəfələrdə baş verməsi barədəki iddialarına uyğundur (bax: yuxarıdakı 20 və 21-ci paraqraflar).
117. Tərəflər razılaşırlar ki, polis əməliyyat komandası uniformalı polislər, mülki geyimlilər və silahlı və maskalı xüsusi təyinatlılardan ibarət idi. Ərizəçilərin təqdim etdiyi video materiallar (bax: yuxarıdakı paraqraf 21) Hökumətin göndərdiyi hesabatlar (bax: yuxarıdakı 22, 24 və 27-ci paraqraflar) bunu təsdiqləyir.
118. Ərizəçilərin evində odlu silah və patronların olması faktını da tərəflər mübahisələndirilmir və axtarış hesabatında da təsdiqlənir. Hökumətin təqdimatlarından və göndərdikləri hesabatlardan aydındır ki, polis işçiləri öz müdirləri tərəfindən odlu silahın olması faktı barədə məlumatlandırılmışdı (bax: yuxarıdakı paraqraflar 23 və 27).
119. Tərəflər həmçinin razılaşırlar ki, ərizəçilərin mülkünün darvazası polis işçilərinin müraciəti əsasında gözətçi tərəfindən könüllü surətdə açılmışdır (bax: yuxarıdakı 13 və 24-cü paraqraflar). Bundan əlavə, bu səhnə mülkün CCTV sisteminə çəkilmişdir (bax: yuxarıdakı paraqraf 21). Tərəflər razılaşır ki, gözətçi polis işçilərinə evdə olan şəxslər barədə məlumat vermişdir və bildirmişdir ki, giriş qapısının açarı onda yoxdur və qapı evə daxil olan və C. Gutsanovu hıbs edən xüsusi təyinatlılar tərəfindən güclə açılmışdır (bax: yuxarıdakı 13, 14, 24 və 25-ci paraqraflar).
120. Tərəflərin heç biri polis əməliyyatı zamanı ərizəçilərin fiziki olaraq yaralanmadığı faktını mübahisələndirmir. X. Gutsanova və onu iki qızınn psixiatrlar tərəfindən müayinə olunduğu barədə sertifikatlar (bax: yuxarıdakı paraqraf 30 və 31) Hökumət tərəfindən mübahisələndirilmir.
121. Tərəflərin versiyalarındakı birinci uyğunsuzluq C. Gutsanovun davranışları ilə bağlıdır. Hökumətin bildirdiyinə görə, o, evin pəncərələrinin birində görünmüş, polis işçilərini görmüş, onların dediklərini eşitmiş, lakin giriş qapısını açmamışdır (bax: yuxarıdakı paraqraf 25). Birinci ərizəçi, bu arada, bildirmişdir ki, o xüsusi təyinatlıların evinə girməsinə və pilləkənlə yuxarı qalxmasına qədər bunun polis əməliyyatı olduğununu anlamamışdır (bax: yuxarıdakı paraqraf 16).
122. Məhkəmənin sərəncamında olan sübutlar imkan vermir ki, ərizəçinin həqiqətən evinin pəncərəsində göründüyünü və qapını bilərəkdən polislərə açmadığını müəyyən etsin. Bununla belə, Məhkəmə qeyd edir ki, polislərin mülkün giriş qapısını döyməsi və gözətçini çağıraraq ona özlərini təqdim etdikləri faktı da mübahisələndirilmir. Polis işçilərinin dediklərinə görə, onlar daha sonra evin giriş qapısını döymüş və “ Polis! Qapını açın!” deyə qışqırmışlar. Bu ifadə, evin qapısının döyülməsi və qışqırıq səslərinə oyandıqlarını deyən C. və X. Gutsanovilərin ifadələri (bax: yuxarıdakı paraqraf 15) ilə üst-üstə düşür. C. Gutsanov bildrmişdi ki, o uşaqlarını götürmək üçün birinci mərtəbə enmiş, sonra onlarla birgə ikinci mərtəbədəki yataq otağına qayıtmışdır. Bu ifadə, evin pəncərəsində kişi fiqurunun göründüyünü deyən polislərin versiyası ilə təsdiq edilir (bax: yuxarıdakı paraqraf 25).
123. C. Gutsanovun həbs edildiyi dəqiq yerə gəlincə, Məhkəmə müəyyən edir ki, o öz ifadəsində qəbul etmişdir ki, polislər qapını güclə açmış və ona şifahi xəbərdarlıq etmişlər, o arvadının və uşaqlarının olduğu ikinci mərtəbədəki yataq otağəna qaçmışdır (bax: yuxarıdakı paraqraf 16). Məhkəmə C. Gutsanovun özünün iddia etdiyi kimi ikinci mərtəbədəki yataq otağında, yoxsa, Hökumətin iddia etdiyi kimi, öz qərarıyla yataq otağından çıxıb ikinci mərtəbədəki koridorda həbs edildiyini müəyyənləşdirmək iqtidarında deyildir. Polisin X. Gutsanova ilə danışdığı və ona uşaqların başını örtüklə örtməyi əmr etdiyini ağlbatan şübhədən kənar şəkildə müəyyənləşdirilməmişdir. Bütün hallarda Məhkəmə müşahidə edir ki, xüsusi təyinatlıların verdiyi ifadələrə görə, (bax: yuxarıdakı paraqraf 25 və 27), onlar C. Gutsanovun arvadını və uşaqlarını ikinci mərtəbəyə, C. Gutsanovun ardından gedəndə, yataq otağında görmüşlər. Məhkəmə qəbul edir ki, X. Gutsanova və onun iki qızı da yataq otqğının qapısından olsa belə, maskalı və silahlı şəxsləri görmüşlər.
124. Məhkəmənin fikrincə, C. Gutsanovun polislərin qandalları taxa bilməsi üçün diz üstünə çökdürülməsi barədə iddiası ağlabat şübhədən kənar şəkildə sübut olunmur. Əllərinin qandallanması ilə bağlı, xüsusi təyinatlıların C. Gutsanovun əllərini aşağı mərtəbədə qandallaması faktı mübahisələndirmir (bax: yuxarıdakı paraqraf 16). Bununla belə, Məhkəmə müşahidə edir ki, tərəflərdən heç biri C. Gutsanovun əllərinin qandallı qalması müddətini dəqiqləşdirməmişdir. Bütün hallarda, Məhkəmə müşahidə edir ki, iş materiallarında birinci ərizəçinin həmin gün mülkün qapısında yığışan jurnalistlərin kameraları qarşısında əlləri qandallı şəkildə görünməsini sübut edən heç bir şey yoxdur. Bundan əlavə, onun təxminən saat 13-də evi tərk etdiyi anı göstərən fotoda, onun əllərinin qandallı olduğuna heç bir işarə yoxdur... . Beləliklə, Məhkəmə hesab edir ki, bu iş bu məsələ ilə bağlı, ərizəçinin iş yerində, iş yoldaşları və pasientlərinin gözü qarşısında həbs edildiyi, əlləri qandallandığı və video çəkiliş edildiyi Mirosław Garlicki (yuxarıdakı istinad, § 75) işindən fərqləndirilməlidir.
(b) Hazırki işdə 3-cü maddəyə riayət olunması ilə bağlı
125. Məhkəmə xatırladır ki, 3-cü maddənin təsir dairəsinə düşməsi üçün bir pis rəftar minimum ciddilik həddinə çatmalıdır. Bu ciddilik həddinin müəyyınləşdirilməsi nisbidir: bu, rəftarın müddəti, onun fiziki və əqli təsiri və bəzi hallarda qurbanın cinsi, yaşı və səhhətinin vəziyyəti kimi bütün hallarından asılıdır. Məhkəmə bir rəftarı, inter alia, əvvəlcədən planlaşdırılmış olması, bir neçə saat davam etməsi və ya bədən xəsarəti, ya da intensive fiziki və psixoloji iztirab verməsi səbəbilə “qeyri-insani” və həmçinin, qurbanda onu təhqir etməyə və alçaltmağa qadir qorxu, narahatlıq və aşağılıq hissi aşıladığı üçün “alçaldıcı” hesab etmişdir (bax: Labita v. Italy [BP], no. 26772/95, § 120, ECHR 2000‑IV). Psixoloji iztirab Dövlət qulluqçularının fərdlərdə onları ölümlə və ya pis rəftarla hədələməklə qorxu hissi doğurmasından irəli gələ bilər (bax: Hristovi, yuxarıdakı istinad, § 80).
126. Maddə 3 həbs zamanı polis tərəfindən güc tətbiqini qadağan etmir. Lakin gücdən istifadə, proporsional və işin hallarında mütləq şəkildə lazım olmalıdır (bax: başqa işlərlə yanaşı, Rehbock v. Slovenia, no. 29462/95, § 76, ECHR 2000‑XII, və Altay v. Turkey, no. 22279/93, § 54, 22 may 2001). Bununla bağlı, məsələn, maraqlı şəxsin həbsə müqavimət göstərəcyi və ya qaçıb gizlənəcəyinə, sübutlara ziyan vuracağı və ya onları məhv edəcəyinə əsas olması əhəmiyyət daşıyır (bax: Raninen v. Finland, 16 dekabr 1997, § 56, Reports 1997‑VIII). Məhkəmə xüsusilə xatırladır ki, Dövlət qulluqçuları tərəfindən şəxsə qarşı onun davranışlarına görə ciddi şəkildə vacib olamayan hər hansı güc istifadəsi insane ləyaqətini alçaldır və prinsipcə, maddə 3-cə təsbit edilən hüququ pozur (bax: Rachwalski and Ferenc v. Poland, no. 47709/99, § 59, 28 iyul 2009). Bu ciddi proporsionallıq testi Məhkəmə tərəfindən fərdlərin artıq hüquq mühafizə orqanlarının əlində olduğu vəziyyətlərdə də tətbiq olunmuşdur (bax: digər işlərlə yanaşı, Klaas v. Germany, 22 sentyabr 1993, § 30, Series A no. 269; Rehbock, yuxarıdakı istinad, §§ 68-78; və Milan v. France, no. 7549/03, §§ 52-65, 24 yanvar 2008).
127. Hazırki işin hallarına qayıtsaq, Məhkəmə müşahidə edir ki, əməliyyat həbs, axtarış və konfiskasiya həyata keçirmək kimi, həmçinin cinayət əməllərinin təqibi kimi ictimai mənafe məqsədi olan legitim məqsəd daşıyırdı. Məhkəmə əmin olmalıdır ki, işin xüsusi hallarında ictinai mənafe ilə fərdin fundamental hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq əldəe dilmişdir. Məhkəmə qeyd edir ki, dörd ərizəçinin mübahisələndirilən polis əməliyyatı zamanı fiziki xəsarət almamasına baxmayaraq, bu əməliyyat fizili güc tətbiq olunması ilə həyata kemirilmişdir. Evin giriş qapısı xüsusi təyinatlılar tərəfindən güclə açılmış, C. Gutsanov maskalı xüsusi təyinatlılar tərəfindən hərəkətsizləşdirilmiş, güclə aşağı mərtəbəyə aparılmış və əllərinə qandal vurulmuşdur. Məhkəmə, bu səbəbdən, fiziki gücün proporsional və hazırki işdə vacib olması məsələsini aydınlaşdırmalıdır.
128. Ərizəçilərin evinə polis əməliyyatının məqsədi dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir cinayət işində şübhəli şəxs olan C. Gutsanovun həbs edilməsi və həmin cinayət işinin çərçivəsində maddi sübutlar və sənədlərin tapılması üçün evdə axtarış aparmaq idi. İşdəki sübutlardan belə görünür ki, həmin istintaq beş ay əvvəldən açılmışdı və işdə bir neçə şübhəli şəxs vardı və dövlət orqanları gizli sövdələşmənin olmasından şübhələnirdilər (bax: yuxarıdakı [paraqraf] 9 ... ). İş zorakı cinayət əməlləri törətməkdə şübhələnən fərdlər qrupu ilə əlaqədar deyildi.
129. C. Gutsanovun şəxsiyyətilə bağlı, Məhkəmə müşahidə edir ki, o, Varnada tanınmış siyasi fiqurdur: hadisələrin baş verdiyi zaman o, şəhər balədiyyə şurasının sədri idi. Bundan əlavə, iş materiallarında onun zoraki keçmişi və evində əməliyyat aparan polislərə təhlükə törədə biləcəyi barədə heç bir məlumat yoxdur.
130. C. Gutsanovun evində saxladığı odlu silahın və patronların qanuni mülkiyyətçisi olması doğrudur. Bu fakt polisə məlum idi və əməliyyatdan öncə polis komandasına da bildirilmişdi. (bax: yuxarıdakı paraqraf 23). Bu, şübhəsiz ki, ərizəçilərin evində əməliyyat zamanı nəzərə alınmalı faktordur. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçilərin evində silahın olması öz-özlüyündə hazırki işdə xüsusi təyinatlılardan və bu dərəcədə gücdən istifadəni əsaslandırmaq üçün kifayət deyildi.
131. İş materiallarından aydın olur ki, C. Gutsanovun arvadı və uşaqlarının evdə olması polis əməliyyatının planlaşdırılması və həyata keçirilməsinin heç bir mərhələsində nəzərə alınmamışdı. Bu fakt barədə plis əməliyyatından öncəki iclasda da xatırlanmamışdı (bax: yuxarıdakı paraqraf 23) və polis işçiləri göründüyü kimi gözətçinin evdə uşaqların olması barədəki xəbərdarlığına məhəl qoymamışlar (bax: yuxarıdakı paraqraf 24).
132. Şübhəsiz, Məhkəmə hüquq mühafizə orqanlarından cinayət əməlində şübhəli bilinən şəxsləri, uşaqları və ər/arvadları evdə olarkən həbs etməməyi tələb edəcək qədər uzağa gedə bilməz. Bununla belə, Məhkəmə hesab edir ki, ailə üzvlərinin həbs zamanı orda olması mümkünlüyü polis əməliyyatının planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alınmalı olan haldır. Bu, hazırki işdə edilməmişdir və hüquq mühafizə orqanları ərizəçilərin evində əməliyyat keçirilməsinin, əməliyyatı daha sonra keçirmək, hətta əməliyyatda başqa tip polis işçiləri tərəfindən aparılması kimi hər hansı başqa alternativ yolunu nəzərdən keçirməmişdir. X. Gutsanova və onun qızlarının legitim maraqlarının nəzərə alınması xüsusilə vacib idi, çünki X. Gutsanovanın ərinin şübhəli şəxs olduğu cinayət əməlində iştirak etməsilə bağlı şübhə yox idi və onun iki qızı azyaşlı ( beş və yeddi yaşlarında) olduqlarına görə psixoloji cəhətdən zəif idi.
133. Məhkəmə həmçinin müşahidə edir ki, axtarışın vacibliyi və qanunuliyin öncədən məhkəmə qaydasında yoxlanılmaması əməliyyatın planlaşdırılmasını tamamilə polisin və istintqa orqanlarının üzərinə qoymuşdur və X. Gutsanova və onun iki azyaşlı qızınının legitim maraqları nəzərə alınmamışdır. Məhkəmənin fikrincə, ilkin məhkəmə nəzarəti, bu işin xüsusi hallarında, onların legitim maraqlarının cinayət əməli törətməkdə şübhəli şəxslərin həbsi kimi ictimai mənafe məsələsi ilə tarazlaşdırılmasına imkan verərdi.
134. Polis əməliyyatının ərizəçilərin üzərindəki psixoloji təsiri məsələsinə gəlincə, Məhkəmə müşahidə edir ki, evə girilməsi və şübhəlinin həbsini ehtiva edən polis əməliyyatları, hədəf alınan şəxslərdə qaçınılmaz şəkildə neqativ hisslər oyadır. Bununla belə, hazırki işdə, X. Gutsanova və iki azyaşlı qızının hadisələrdən ciddi şəkildə təsirləndiyinə dair konkret, mübahisə olunmayan sübut vardır. X. Gutsanova yuxusuzluqdan və ciddi narahatlıqdan şikayətlənərək, iki dəfə psixiatr müayinəsində olmuşdur və ona sakitləşdiricilər yazılmışdır (bax: yuxarıdakı paraqraf 31). Qızlar da psixiatr tərəfindən müayinə olunmuşdur və həkim bildirmişdir ki, hadisələri xatırlayarkən onlar ağlayaraq və ciddi narahatlıq nümayiş etdirərək reaksiya vermişlər (bax: yuxarıdakı paraqraf 30). X. Gutsanova bildirmişdir ki, onun kişik qızı B. yenidən kəkələməyə başlamışdır (bax: yuxarıdakı paraqraf 28). Cütlüyün böyük qızı S.-ə gəlincə, xalasının və məktəb müdirinin ifadələri göstərir ki, o, evlərindəki polis əməliyyatından və atasının həbsindən ciddi şəkildə təsirlənmişdir (bax: yuxarıdakı paraqraf 29). Məhkəmə həmçinin hesab edir ki, polis əməliyyatının səhər tezdən baş verməsi və maskalı xüsusi təyinatlıların X. Gutsanova və onun iki qızı tərəfindən görülməsi faktı üç ərizəçinin hiss etdiyi qorxu və narahatlığı o dərəcə artırmışdır ki, onların məruz qaldığı rəftar Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün vacib olan ciddilik həddini keçmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, bu üç ərizəçi alçaldıcı rəftara məruz qalmışdır.
135. Polis əməliyyatının C. Gutsanovun üzərindəki psixoloji təsirinə gəlincə, Məhkəmə müşahidə edir ki, birinci ərizəçi bununla bağlı heç bir tibbi arayış təqdim etməmişdir. Bununla belə, o bildirmişdir ki, onu həbs etmək üçün aparılan ağır silahlı əməliyyat zamanı onun hiss etdiyi alçalma və narahatlıq maddə 3-ün onun halında tətbiqi üçün kifayət qədər intensive olmuşdur (bax: yuxarıdakı paraqraf 107).
136. Məhkəmə özünün polis əməliyyatının, C. Gutsanovun şübhəli bilindiyi cinayətin xarakteri, onu heç bir zoraki keçmişinin olmaması faktı və arvadı və uşaqlarının evdə ola bilməsi mümkünlüyü kimi bir çox faktorlar nəzərə alınmadan planlaşdırılması və həyata keçirilməsi ilə bağlı nəticələrini xatırladır. Bütün bu elementlər, açıq şəkildə xüsusi təyinatlıların gətirilməsinün və ərizəçinin həbsi və onun evinə girmək üçün xüsusi prosedurun tətbiqinin ifrat xarakterinə dəlalət edir. Məhkəmə hesab edir ki, bu halların işığında, C. Gutsanovun həbsinin həyata keçirilməsi qaydası- səhər tezdən, evin qapısını güclə açan çox sayda silahlı və maskalı xüsusi təyinatlılar tərəfindən və C. Gutsanovun arvadı və iki azyaşlı uşağının qorxmuş baxışları altında həyata keçirilməsi – birinci ərizəçidə ona həqarət edə və öz və yaxın qohumlarının gözündə alçalda biləcək güclü qorxu, narahatlıq və çarəsizlik hissləri oyatmışdır. Məhkəmə hesab edir ki, bu hisslərin intensivliyi 3-cü maddənin tətbiqi üçün tələb olunan ciddilik həddini aşmışdır. Beləliklə, C. Gutsanov də alçaldıcı rəftara məruz qalmışdır.
137. Nəticə olaraq, hazırki işin bütün xüsusi hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin evində keçirilən polis əməliyyatı, cinayət əməli törətməkdə şübhəli bilinən şəxsin həbsi və istintaq çərçivəsində sübutların toplanması kimi ümdə məqsədə çatılması üçün isfadə olunan vasitələrin ciddi şəkildə vacib olmasını təmin edəcək qaydada planlaşdırılmamış və həyata keçirilməmişdir. Hər dörd ərizəçi, onlarda güclü qorxu, narahatlıq və çarəsizlik hissləri yaradan və əhəmiyyətli təsirinə görə 3-cü maddənin məqsədləri üçün alçaldıcı rəftar səviyyəsinə qalxan psixoloji iztiraba məruz qalmışdır. Beləliklə, hazırki işdə həmin müddəanın pozuntusu baş vermişdir.
...
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Qərara alır ki, Hökumətin ərizəçilərin Konvensiyanın 3-cü maddəsi ilə bağlı şikayətdə qurban status ilə əlaqədar ilkin etirazını işin mahiyyəti birləşdirilsin;
2. Elan edir ki, ... Maddə 3 əsasında qaldırılmış şikayət qəbulediləndir (yekdilliklə);
3. Elan edir ki, dörd ərizəçiyə münasibətdə 3-cü maddənin pozuntusu baş vermişdir (yekdilliklə);
...
Fransızca və ingiliscə hazırlanmış, və 15 oktyabr 2013-cü il tarixində Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq yazılı olaraq elan edilmişdir.
Françoise Elens-PassosIneta Ziemele Məhkəmə Katibi Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, Hakim Wojtyczekin ayrıca rəyi qərara əlavə edilmişdir.
I.Z.
F.E.P.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Redaktorun qeydi: Iliya Stefanov Bolqarıstana qarşı, no. 65755/01, 22 may 2008.
Full & Egal Universal Law Academy