© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 167
Oktyabr 2013
Gutsanovi Bolqarıstana qarşı - 34529/10
Qərar 15.10.2013 [Section IV]
Maddə 3
Alçaldıcı rəftar
Ərizəçinin öz evində, arvadı və azyaşlı uşaqlarının gözü qarşısında həbsi üçün keçirilən sərt polis əməliyyatı: pozuntu
Maddə 5
Maddə 5-3
Dərhal hakim və ya digər məmur qarşısına çıxarılma
Polis tərəfindən tutulmanın müddəti (3 gün 5 saat 30 dəqiqə): pozuntu
Faktlar – Ərizəçilər C. Gutsanov, tanınmış yerli siyasətçi, onun arvadı və iki azyaşlı uşağıdır. Dövlət orqanları C. Gutsanovun korrupsiya cinayətində iştirak etdiyindən şübhələnmiş və onun evində axtarış əmri vermişlər. 31 mart 2010-cu ildə saat 6.30-da bir neçə silahlı və maskalı polislərdən ibarət xüsusi dəstə ərizəçilərin evinə getmişdir. C. Gutsanov onların qapını açmaq əmrinə cavab verməyəndə polis güclə qapını açmış və evə daxil olmuşdur. C. Gutsanovun arvadı və iki azyaşlı uşağı polisin gəlişi səbəbilə oyanmışdır. Birinci ərizəçi ayrıca otağa aparılmışdır. Evdə axtarış edilmiş və əməliyyatdan sonra evdən çox sayda sübut aparılmışdır. C. Gutsanov saat 13.00-da evini tərk edəndə artıq evin qarşısında journalist və televiziya işçiləri yığışmışdı. Mətbuat konfransı keçirilmışdır. Ertəsi gün bir regional gündəlik qəzet işlə bağlı prokurorun şərhlərini Daxili İşlər Nazirinin müsahibəsindən çıxarışlarla birgə nəşr etmişdir. Eyni gündə prokuror C. Gutsanova qarşı onun dövlət qulluqçusu qismində, fəaliyyəti bələdiyyəyə ziyan verəcək müqavilələrin verilməsinə gətirib çıxaran bir cinayətkar qrupun üzvlüyü və dövlət qulluqçusunun səlahiyyətlərindən sui-istifadı də daxil olmaqla bir neçə cinayət işi ilə bağlı ittiham irəli sürmüşdür. Prokuror birinci ərizəçinin məhkəmə qarşısına çıxarılmasını təmine tmək məqsədilə yetmiş iki saat tutulmasını əmr etmişdir. 3 aprel 2010-cu ildə C. Gutsanov məhkəmə qarşısına çıxarılmış və iclasda barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 may 2010-cu ildə Appelyasiya Məhkəməsi ev dustaqlığı qərarı vermişdir. 26 iyul 2010-cu ildə birinci instansiya məhkəməsi onu zaminə buraxmışdır. 2013-cü ilin aprelində ona qarşı cinayət işi, ilkin istintaq mərhəlsində davam etməkdə idi.
Hüquqi məsələlər – Maddə 3: Polis əməliyyatının məqsədi həbs, axtarış və sübutların götürülməsi və cinayət təqibi kimi ictimai mənafeyi qorumaq idi. Ailənin dörd üzvü polis əməliyyatı zamanı fiziki xəsarət almasa da, bu əməliyyat fiziki güc istifadəsilə həyata keçirilmişdir. Evin giriş qapısı xüsusi müdaxilə komandası vasitəsilə güclə açılmış və C. Gutsanov maskalı şəxslər tərəfindən hərəkətsizləşdirilmiş, güclə aşağı mərtəbəyə aparılmış və əlləri qandallanmışdır. C. Gutsanov Varna bələdiyyəsinə başçılıq etmiş tanınmış siyasətçidir. Onun zoraki keçmişinə və polisə təhlükə törədəcəyinə dair heç bir məlumat yox idi. Ərizəçinin evində odlu silahın olması öz-özlüyündə xüsusi müdaxilə komandasının və istifadə olunmuş tipdə bir gücün istifadəsini əsaslandırmır. Ailə üzvlərinin həbs zamanı orda olmasının mümkünlüyü bu tipli əməliyyatın pıanlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alınmalı amillərdir. Axtarışın vacibliyi və qanuniliyinin ilkin məhkəmə nəzarətinə tabe edilməməsi bu əməliyyatın planlaşdırılmasını tamamilə polisin və istintaq orqanlarının öhdəsinə buraxmış və X. Gutsanova və iki azyaşlı uşağın hüquq və qanuni mənafelərinin nəzərə alınmasını təmin etməmişdir. Hüquq mühafizə orqanları ərizəçilərin evində əməliyyat keçirilməsinin, əməliyyatı daha sonra keçirmək, hətta əməliyyatda başqa tip polis işçiləri tərəfindən aparılması kimi hər hansı başqa alternativ yolunu nəzərdən keçirməmişdir. X. Gutsanova və onun qızlarının legitim maraqlarının nəzərə alınması xüsusilə vacib idi, çünki X. Gutsanovanın ərinin şübhəli şəxs olduğu cinayət əməlində iştirak etməsilə bağlı şübhə yox idi və onun iki qızı azyaşlı ( beş və yeddi yaşlarında) olduqlarına görə psixoloji cəhətdən zəif idi. X. Gutsanova və iki azyaşlı qızı hadisələrdən ciddi şəkildə təsirlənmişdir.
Polis əməliyyatının səhər tezdən baş verməsi və maskalı xüsusi təyinatlıların X. Gutsanova və onun iki qızı tərəfindən görülməsi faktı üç ərizəçinin hiss etdiyi qorxu və narahatlığı o dərəcə artırmışdır ki, onların məruz qaldığı rəftar Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün vacib olan ciddilik həddini keçmişdir. Bu səbəbdən bu üç ərizəçi alçaldıcı rəftara məruz qalmışdır. Polis əməliyyatı, C. Gutsanovun şübhəli bilindiyi cinayətin xarakteri, onu heç bir zoraki keçmişinin olmaması faktı və arvadı və uşaqlarının evdə ola bilməsi mümkünlüyü kimi bir çox faktorlar nəzərə alınmadan planlaşdırılmış və həyata keçirilmişdir. Bütün bu elementlər, açıq şəkildə C. Gutsanovun həbsinin ifrat xarakterinə dəlalət edir. C. Gutsanovun həbsinin həyata keçirilməsi qaydası C. Gutsanovda, ona həqarət edə və öz və yaxın qohumlarının gözündə alçalda biləcək güclü qorxu, narahatlıq və çarəsizlik hissləri oyatmışdır. Beləliklə, o da alçaldıcı rəftara məruz qalmışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 5 § 3
(a) Hakim qarşısına çıxarılma – C. Gutsanov 31 mart 2010-cu ildə saat 6.30-da tutulmuş və hakim qarşısına üç gün beş saat oruz dəqiqədən sonra çıxarılmışdır. O, dövlət əmlakının mənimsənilməsi və səlahiyyətdən sui-istifadə ilə əlaqədar işdə şübhəli şəxs idi, zorakı cinayət əməllərində iştirak etməmişdi. O, həbs edilməsi üçün keçirilən polis əməliyyatı zamanı alçaldıcı rəftata məruz qalmışdır. Bu hadisələrin ardından və onun böyük adam olmasına və həbsinin əvvəlindən hüquqşunasla təmsil olunmasına baxmayaraq, C. Gutsanov həbsinin ilk günlərində zəid idi. Bundan əlavə, onun tanınmış siyasətçi olması və medianın həbslə mox maraqlanması faktı şübhəsiz ki, onun həbsinin ilk günlərində onun üzərindəki psixoloji təzyiqi artırmışdı. Həbsinin ilk günündə C. Gutsanov bir neçə istintaq tədbirində iştirak etmişdir. Bununla belə, ərizəçi iki gündən bəri heç bir istintaq tədbirində iştirak etməsə də, regional prokurorluq onun barəsində həbs qətimkan tədbirini tutulmanın yerli qanunvericikdə icazə verilən dörd günlük müddətin son günündə istəmişdir. O, həbs qətimkan tədbiri barədə qərar verəcək məhkəmənin yerləşdiyi şəhərdə saxlanırdı və onun işində heç bir xüsusi təhlükəsizlik tədbirilərinin görülməsinə ehtiyac yox idi. Qısaca, ərizəçinin həbsinin ilk günlərindəki psixoloji zəifliyini və onu həbsin ikinci və ya üçüncü günü hakim qarşısına çıxarmamağı əsaslandıracaq heç bir halın olmadığı nəzərə alınaraq, Dövlət, ərizəçini “dərhal” bir hakim və ya həbsin qanuniliyini yoxlamaq səlahiyyəti olan digər vəzifəli şəxsin qarşısına çıxarmaq öhdəliyini yerinə yetirməmişdir.
Nəticə: pozuntu (altı səsə qarşı bir səs).
(b) Həbsin müddəti – C. Gutsanov iki ayı ev həbsi olmaqla, dörd ay müddətində azadlığından məhrum olunmuşdur. Hətta azadlığa buraxılma ilə bağlı ilkin ərizələrinə baxarkən belə daxili məhkəmələr onun qaçıb gizlənə bilənəcəyini hesab etməmişlər. Bununla belə, onlar başqa cinayətlər törədə biləcəyi, xüsusən sübutları yox edə biləcəyi əsasıyla, ərizəçinin davamlı həbsi barədə qərar çıxarmışlar. Appelyasiya Məhkəməsi 25 may 2010-cu il tarixli qərarında heab etmişdir ki, bu sonuncu risk artıq yoxdur, çünki ərizəçi bələdiyyə şurasındakı işindən istefa vermişdi. Lakin o, C. Gutsanov barəsində məcburi ev həbsi qərarı vermiş, heç bir spesifik əsas göstərməmişdir və bu tədbir daha iki ay qüvvədə qalmışdır. Beləliklə, dövlət orqanları ərizəçinin 25 may 2010-cu ildən sonra davamlı həbsini əsaslandırmaq üçün səbəb göstərmək öhdəliyinə riayət etməmişdir.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 5 § 5: Dövlətin Cavabdehliyi haqqında Qanun əsasındakı proses səmərəli daxili müdafiə vasitəsi hesab edilə bilməz. Daxili qanunvericilikdə uzunmüddətli həbs və hakim qarşısına çıxarılmada gecikmə zamanı kompensasiya əldə etmək üçün hər hansı başqa müddəa mövcud deyildir.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 6 § 2: C. Gutsanovun həbsinin ertəsi gün Daxili İşlər Nazirinin etdiyi və işin intensiv ictimai marağın mərkəzində olarkən qəzetdə nəşr olunan şərhləri, sadəcə məlumat verməkdən uzağa getmişdir. Nazirin şərhləri ictimaiyyətə C. Gutsanovun böyük məbləğdə dövlət əmlakını mənimsəyən cinayətkar qrupun “beyni” olması təəssuratı yaratmağa qadir idi. Bu səbəbdən, bu şərhlər ərizəçinin təqsirsizlik prezumpsiyası hüququna zidd idi. C. Gutsanovun davamlı həbsini əmr edən qərarların əsaslandırmasına gəlincə, məhkəmə bildirmişdir ki, məhkəmə “cinayət əməlinin törədilmiş olması və şübhəli şəxsin iştirak etməsi” fikrində qalır. Bu cümlə, işin mahiyyəti ilə bağlı qərarın verilməsindən öncə təqsirin elanı səviyyəsindədir və ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdur.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 8: Axtarış ilkin məhkəmə qərarı olmadan aparılmışdır. Axtarışdan sonra hazırlanan hesabat birinci instansiya məhkəməsinə təqdim edilmişdir və sonuncu formal olaraq razılığını vermiş və heç bir əsas göstərməmişdir. Məhkəmə bunun yerli məhkəmənin axtarışın qanuniliyi və vacibliyini yoxlamasını sübut etməyə kifayət edən bir göstərici olmadığını bildirir. Bu məhkəmə yoxlaması xüsusilə əhəmiyyətli idi, çünki bundan əvvəl heç bir məqamda ərizəçinin evində axtarış zamanı müstəntiqlərin cinayət təqibi ilə bağlı hansı sənədlərin və əşyaların tapılmasının və götürülməsinin gözləndiyi dəqiqləşdirilməmişdi. Həmin axtarışın ümumi xarakteri götürülən çox sayda və müxtəlif əşya və sənədlər və bu əşyaların bəziləri ilə istintaq aparılan cinayət əməli arasında heç bir əlaqə olmaması ilə təsdiqlənir. Bundan əlavə, cinayət istintaqı beş ay əvvəldən başladığından, müstəntiqlər axtarış aparmazdan əvvəl məhkəməyə müraciət edə bilərdilər. Məhkəmə tərəfindən ilkin icazənin olmaması və həmin tədbirin məhkəmə qaydasında restrospektiv olaraq yoxlanılması səbəbilə, proses cinayət istintaqı orqanlarının səlahiyyətindən sui-istifadə riskinin qarşısının alınması üçün kifayət qədər müdafiə mexanizminə malik olmamışdır. Ərizəçilər həqiqətən özbaşınalığa qarşı tələb olunan müdafiədən məhrum olmuşlar. Beləliklə, ərizəçilərin evlərinə hörmət hüququna müdaxilə “ qanunla müəyyən edilmiş” deyildi.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 3 və 8 ilə birgə götürülmüş Maddə 13: Nə cinayət şikayəti nə də Dövlətin dəymiş ziyana görə məsuliyyəti ilə bağlı iddia adekvat daxili müdafiə vasitəsi deyildir. Psixoloji iztirab verilməsinin yerli qanunvericiliyə görə cinayət əməli hesab edilməməsi faktı səbəbilə, ərizəçilərin mümkün cinayət şikayəti uğursuzluğa məhkum idi. Ərizəçilər qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmamaq və ya evinə hörmət hüququnu təmin etmək üçün heç bir daxili müdafiə vasitəsinə malik olmamışlar.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə, bütün ərizəçilərə birgə 40,000.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy