© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Haas İsveçrəyə qarşı (Haas v. Switzerland), ərizə № 31322/07
20.01.2011-ci il tarixli qərar [I Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət
Psixi xəstəliyi olan pasiyentin intiharına yardım üçün ona dərman verməkdən imtina: pozuntu baş verməyib
Faktlar – Ərizəçi iyirmi ilə yaxın idi ki, ciddi bipolyar affektdən əziyyət çəkirdi. Xəstəliyinin layiqli həyat sürülməsinə imkan vermədiyini nəzərə alaraq, o, digər xidmətlərlə yanaşı intihara yardım xidmətləri göstərən özəl İsveçrə assosiasiyasından xahiş etdi ki, həyatına son qoymaqda ona kömək etsin. Ərizəçi bir neçə psixiatrdan xahiş etdi ki, ona ölümə səbəb olan dərman (sodium pentobarbital) versinlər, amma xahişi nəticəsiz qaldı. Sonra o, resept olmadan dərman əldə etmək üçün assosiasiyanın vasitəsilə federal və kanton (İsveçrədə inzibati ərazi vahididir) orqanlarından icazə istədi, amma yenə cəhdi uğursuz oldu. Ərizəçi inzibati məhkəmələrə və sonda Federal Məhkəməyə şikayət etdi. Noyabr 2006-cı il tarixli qərarında Federal Məhkəmə onun şikayətlərini rədd edərək bu qənaətə gəldi ki, şəxsin öz ölümü barədə qərar vermək hüququ (bu hüquq bu işin predmeti deyildi) ilə intihara dövlət və ya üçüncü şəxs tərəfindən yardım göstərilməsi hüququ arasında fərq qoyulmalıdır, belə ki, Konvensiyada bu hüquq nəzərdə tutulmayıb. Ərizəçi Avropa Məhkəməsindəki icraatda iddia etdi ki, onun həyatına təhlükəsiz yolla və layiqli şəkildə son qoymaq hüququna İsveçrədə hörmət edilməyib və bunun səbəbi ölümə səbəb olan maddəni əldə edə bilməsi üçün qoyulan şərtdir, yəni hərtərəfli psixiatr müayinəsi əsasında verilmiş tibbi resept əldə etməli olmasıdır.
Hüquqi məsələlər – Maddə 8: Şəxsin öz həyatına necə və nə vaxt son qoymaq barədə qərar çıxarmaq hüququ onun şəxsi həyatına hörmət hüququnun bir aspektidir, bu şərtlə ki, o, bu məsələ barədə sərbəst surətdə qərar qəbul etmək və qərarına müvafiq hərəkət etmək iqtidarında olsun. Lakin hazırkı işdə mübahisə başqa məsələ barəsində idi: 8-ci maddəyə əsasən dövlət ərizəçinin resept əldə etmədən, ağrı və ya uğursuzluq riski olmadan ölməsinə imkan verən maddəni əldə etməsini təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyırmı? Məhkəmə bununla bağlı qeyd etdi ki, Avropa Şurasının üzvü olan dövlətlər şəxsin öz həyatına necə və nə vaxt son qoymaq barədə qərar çıxarmaq hüququ məsələsində konsensusa nail olmaqdan çox uzaqdırlar. İntihara yardım bəzi üzv dövlətlərdə (ən azı qismən) dekriminallaşdırılsa da, belə görünür ki, onların böyük əksəriyyəti şəxsin öz həyatlına son qoymaq hüququna nisbətən onun həyatının qorunması hüququna daha çox önəm verirlər. Məhkəmə bu qənaətə gəldi ki, dövlətlər belə məsələlərdə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər.
Məhkəmə razılaşdı ki, ərizəçi lüzumsuz ağrı olmadan təhlükəsiz yolla və layiqli şəkildə intihar etmək istəyində ola bilərdi, amma bununla belə hesab etdi ki, sodium pentobarbital əldə etmək üçün İsveçrə qanunvericiliyində nəzərdə tutulmuş tibbi resept əldə etmək tələbi qanuni məqsəd güdürdü, yəni insanları düşünülməmiş tələsik qərar qəbulundan müdafiə etmək və sui-istifadə hallarının qarşısını almaq məqsədini daşıyırdı, intihar etmək üçün yardıma imkan verən bir sistem çərçivəsində belə təhlükələri qiymətləndirməmək olmazdı. Məhkəmə Federal Məhkəmənin bu rəyinə şərik çıxdı ki, yaşamaq hüququ dövlətlərin üzərinə belə bir öhdəlik qoyur ki, şəxsin öz həyatına son qoymaq barədə çıxardığı qərarın həqiqətən həmin şəxsin azad iradəsini əks etdirməsini təmin etməyə imkan yaradan prosedur təsis etsinlər. Hərtərəfli psixiatr müayinəsi əsasında verilən resept əldə etmək tələbi bu öhdəliyin yerinə yetirilməsi üsulu idi. İndi təkcə onu müəyyənləşdirmək qalırdı ki, ərizəçi sodium pentobarbital əldə etməsinə imkan verən tibbi müayinədən keçmək imkanına faktiki olaraq malik idimi? (Əgər ona belə imkan yaradılmasaydı, onun öz ölümünün nə vaxt və necə baş verməsini seçmək hüququ nəzəri və xəyali hüquq olaraq qalardı). Lakin Məhkəmə əmin deyil ki, ərizəçinin ona kömək etmək istəyində olan mütəxəssisi tapması mümkün deyildi, baxmayaraq ki, ərizəçi bunu iddia edirdi.
Yuxarıdakı mülahizələri və bu məsələdə milli hakimiyyət orqanlarının malik olduğu müəyyən qiymətləndirmə sərbəstliyini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, hətta dövlətlərin layiqli şəkildə intihar etməyə yardım göstərməkdən ibarət pozitiv öhdəlik daşıdıqlarını fərz etsək belə, İsveçrənin dövlət orqanları ərizəçinin işində bu öhdəliyi pozmamışdılar.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy