© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat Qeydi No 182
Fevral 2015
Haldimann və başqaları İsveçrəyə q. - 21830/09
Qərar 24.2.2015 [Seksiya II]
Maddə 10
Maddə 10-1
İfadə azadlığı
Məlumat vermək azadlığı
Jurnalistlərin, ictimai maraqlar naminə bir sığorta agenti ilə görüşü lentə alması və yayımlaması: pozuntu
Faktlar – Ərizəçilərin dördü də jurnalistdir. 2003-cü ildə dördüncü ərizəçi müştəri olduğunu iddia edərək bir sığorta agenti ilə görüşmüşdür. Bu görüş sığorta işçisinin xəbəri olmadan lentə alınmışdır. Sonradan bu barədə məlumat verilən maraqlı şəxs görüşün məzmunu ilə bağlı şərh verməkdən imtina etmişdir. Sığorta agentinin üzü pikselləndikdən və səsi dəyişdirildikdən sonra, reportajın bir hissəsi həyat sığortası sahəsindəki satışlarla bağlı bir verilişdə yayımlanmışdır. Ərizəçilərin hamısı bu reportajın hazırlanması və yayımlanmasında iştirak etmişlər.
Ərizəçilər müvafiq olaraq başqa şəxslərin söhbətlərinin lentə alınması və söhbətin icazəsiz lentə alınması ittihamları ilə məhkum edilmişlər. İki il sınaq müddəti olmaqla ilk üç ərizəçiyə günü 80 avrodan 290 avroya qədər məbləğ hesablanmaqla on iki cərimə günü şərti maddi cəza, dördüncü ərizəçiyə isə və günü 30 avro hesablanmaqla dörd cərimə günü şərti maddi cəza verilmişdir.
Hüquqi məsələlər – Maddə 10 : Ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə qanunla nəzərdə tutulmuşdu və başqalarının hüquqları və nüfuzunun, yəni sığorta işçisinin şəklinə, sözünə və nüfuzuna hüququnun müdafiəsi kimi legitim məqsəd daşıyırdı.
Bundan əvvəlki işlərdə Məhkəmə, ictimai fiqurların nüfuzuna xələl ilə bağlı məsələyə baxmış və ifadə azadlığı hüququ ilə şəxsi həyata hörmət hüququnun tarazlaşdırılması üçün analiz edilməli 6 meyarı müəyyən etmişdir : ictimai müzakirəyə töhvə, hədəf alınan insanın ad-sanı və reportajın predmeti, həmin şəxsin əvvəlki davranışları, məlumatın əldə olunma şəkli və onun doğruluğu, nəşrin məzmunu, forması və nəçrin nəticələri və tətbiq olunan sanksiyanın ağırlığı. Məhkəmə həmçinin fərdin peşə faəliyyəti ilə bağlı deffamasiya işlərini də araşdırmışdır. Lakin hazırki iş, əvvəlkilərdən fərqlənir : bir tərəfdən, sığorta agenti ictimai ad-sanı olan bir şəxs deyildir və digər tərəfdən, mübahisələndirilən reportaj onu şəxsən tənqid etmək məqsədi daşımırdı, onun mənsub olduğu peşəkar kateqoriya daxilində müəyyən təcrübələrdən danışırdı. Reportajın sığorta agentinin şəxsi nüfuzuna təsiri nəticədə, məhdud idi və Məhkəmə, yurisprudensiyasından irəli gələn meyarları tətbiq edərkən hazırki işin bu xüsusi halını nəzərə alacaqdır.
Hazırlanmış reportajın mövzusu, yəni özəl sığorta sahəsində sığorta agentlərinin verdiyi məsləhətlərin keyfiyyətinin pisliyi və beləliklə, bununla bağlı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məsələ, çox ciddi ictimai maraq kəsb edən məsələ idi. Şübhəsiz ki, razılığı olmadan görüntülənən sığorta agenti ictimai şəxs deyildi. O, görüntüsünün çəkilməsi üçün razılıq verməmişdi və bu görüşün « şəxsi xarakter daşıdığına ağlabatan şəkildə inana» bilərdi. Bununla belə, mübahisəli reportaj sığorta agentinin şəxsiyyəti ilə deyil, onun mənsub olduğu peşəkar kateqoriyada tətbiq edilən bəzi təcrübələrlə bağlı idi. Bundan əlavə, görüş, sığorta agentinin ofisində və ya iş peşəkar bir yerdə baş verməmişdi. Beləliklə, sığorta agentinin şəxsi həyatına müdaxilə, onun reportajda ancaq şəxsiyyət olaraq hədəf alınması ehtimalındakı mümkün müdaxilədən daha az əhəmiyyətli idi.
Gizli kameraların istifadəsi daxili hüquqda mütləq qaydada qadağan olunmur və ona ciddi şərtlər daxilində icazə verilə bilər. Sığorta agenti özünü ərizəçilər tərəfindən tələyə düşürülmüş hiss edə bilər, lakin Məhkəmənin fikrincə, onları bilərəkdən peşəkar etikaya zidd davranışlarda ittiham etmək olmaz. Belə ki, onlar İsveçrə Mətbuat Şurası tərəfindən müəyyən oluanan, gizli kamera istifadəsini məhdudlaşdıran jurnalist qaydalarına saymazlıq etməmiş, sadəcə olaraq mövzularının gizli kamera istifadəsinə imkan verdiyi qərarına gəlmişdilər və bu, İsveçrə Yüksək Məhkəməsi tərəfindən səhv hesab edilmişdi. Bu məsələ ilə bağlı İsveçrə məhkəmələrində də yekdil fikir yox idi. Ərizəçilərin hazırki işdə məlumatın əldə olunma qaydası ilə bağlı tətbiq olunan peşə etikası qaydalarıma riayət etmək istəyi ilə əlaqədar şübhə, onların xeyrinə həll olunmalıdır.
Təqdim edilən faktlarla bağlı, onların həqiqiliyi heç vaxt mübahisələndirilməmişdir.
Bu çəkiliş öz-özlüyündə sığorta agentinin maraqlarına məhdud dərəcədə xələl yetirmişdir, çünki Hökumətin də qəbul etdiyi kimi, ancaq dar çevrədən insanların bu çəkilişə çatımlılığı vardı. Hazırki işdə ərizəçilərin sığorta agentinin üzünü, dəyişiklikdən sonra yalnız saç rənginin və dəri rənginin görünəcəyi şəkildə pikselləməsi, həlledici əhəmiyyətə malikdir. Onun səsi də dəyişdirilmişdi. Eyni qaydada, sığorta agentinin paltarı görünsə də, onlarda da müəyyənləşdirici işarələr yox idi və görüş onun adətən getidiyi yerlərdən birində keçirilməmişdi.
Beləliklə, sığorta agentinin şəxsi həyatına müdaxilə, ictimaiyyətin sığorta sahəsində iddia edilən səhv təcübələrlə bağlı məlumat almaq marağına kölgə salacaq qədər ciddi deyildi. Tətbiq edilən maddi cəzalar nisbətən yüngül olsa da, cinayət hakimi tərəfindən verilən cəza, ərizəçilərə reportajı yayımlamağa mane olunmasa da, mətbuatı tənqidlərini ifadə etməkdən çəkindirə bilər.
Nəricə : pozuntu (altı səsə qarşı bir səs).
Maddə 41 : zərərlə bağlı tələb irəli sürülməməşdir.
(Bax : Axel Springer AG c. Allemagne [BP], 39954/08, 7 fevral, Məlumat qeydi 149)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy