© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
Hamalaynen (Hämäläinen) Finlandiyaya qarşı [BP] – ərizə № 37359/09
16.7.2014 tarixli qərar [BP]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Ərizəçi cinsiyyətini dəyişdikdən sonra onun nikah münasibəti vətəndaş cütlüyü münasibətinə çevrilmədiyi təqdirdə ona qadın identifikasiya nömrəsi verməkdən imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – Finlandiya qanunvericiliyinə əsasən, yalnız əks cinslərə mənsub olanlar arasında nikaha icazə verilir. Eyni cinsə mənsub olanların nikahına icazə verilməsə də, onlar vətəndaş cütlüyü münasibətini rəsmiləşdirə bilərlər. Ərizəçi doğularkən kişi cinsinə mənsub idi və 1996-cı ildə qadınla nikah bağlamışdı. Cütlüyün 2002-ci ildə uşağı olmuşdu. 2009-cu ildə ərizəçi cinsiyyətin dəyişdirilməsi üzrə cərrahiyə əməliyyatından keçdi. Lakin o, adını dəyişsə də, arvadı nikahlarının vətəndaş cütlüyü münasibətinə çevrilməsinə razılıq vermədiyi təqdirdə və ya cütlük boşanmadığı halda öz identifikasiya nömrəsinin qadın identifikasiya nömrəsi ilə dəyişdirilməsinə nail ola bilməzdi. Həm ərizəçi, həm də arvadı nikahda qalmaq istəyirdilər, çünki boşanma onların dini inanclarına zidd olacaqdı və onlar hesab edirdilər ki, vətəndaş cütlüyü onlara və uşaqlarına nikahın verdiyi eyni təminatları vermir. Eyni cinsli cütlük kimi qeydiyyata alınma nikahın verdiyi təminatları vermirdi və digər məsələlərlə yanaşı o demək idi ki, onların uşağı nikahdan doğulmuş uşaqlara nisbətən fərqli duruma düşəcəkdi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi digər maddələrlə yanaşı Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət etdi ki, yeni cinsiyyətinin tam tanınması üçün onun nikah münasibətini eyni cinsli cütlüyün münasibətinə çevirməsinin şərt kimi qoyulması onun şəxsi və ailə həyatına hörmət hüququnu pozub. 13 noyabr 2012-ci il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə qərara aldı ki, Konvensiyanın 8-ci maddəsi pozulmayıb və Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddənin pozuntusu baş verməyib (162 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə tərəfindən həll edilməli məsələ ondan ibarət idi ki, ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququ dövlət üçün belə bir pozitiv öhdəlik doğururmu ki, o, ərizəçini nikahda qala-qala yeni cinsiyyətinin hüquqi cəhətdən tanınmasına imkan yaradan səmərəli və əlçatan prosedurla təmin etməlidir?
Məhkəmə bir daha xatırlatdı ki, Konvensiya iştirakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərin nikah bağlamasına icazə vermək öhdəliyi qoymur. Cinsiyyətin dəyişməsinin nikah kontekstində doğurduğu nəticələrin tənzimlənməsi bütünlüklə olmasa da xeyli dərəcədə iştirakçı dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir. Bundan başqa, Konvensiya ərizəçinin durumuna bənzər vəziyyətlərdə hər hansı əlavə xüsusi tədbirlərin görülməsini tələb etmirdi. Böyük Palata həmçinin qeyd etdi ki, eyni cinsli şəxslərin nikahına icazə verilməsi məsələsində Avropada konsensus yoxdur, eləcə də eyni cinsli şəxslərin nikahına icazə verməyən dövlətlərdə (ərizəçinin işində olduğu kimi) öncədən nikahın mövcud olduğu hallarda cinsiyyətin dəyişməsini necə tənzimləmək məsələsində hər hansı konsensus yoxdur. Dövlətlərin əksəriyyətində yeni cinsiyyətin tanınmasına dair hər hansı qanunvericilik aktı yoxdur. Konsensusun olmadığı və hazırkı işdə həssas mənəvi və ya etik məsələlərin qaldırıldığı nəzərə alınaraq, Finlandiyaya həm transseksualların əməliyyatdan sonrakı cinsinin hüquqi cəhətdən tanınmasına dair qanunvericiliyi qəbul edib-etməmək barədə qərar verilməsində, həm də məsələyə müdaxilə etdikdən sonra ziddiyyətə girən ictimai və özəl maraqlar arasında balansa nail olmaq üçün normaların müəyyən edilməsində geniş qiymətləndirmə sərbəstliyi verilməli idi.
Finlandiya qanunvericiliyi ərizəçini üç seçim imkanı ilə təmin edirdi. Mövcud vəziyyəti olduğu kimi saxlamaq və ya boşanmaq seçimlərini bir kənara qoysaq, ərizəçinin şikayəti ilk növbədə arvadının razılığı ilə nikah münasibətinin vətəndaş cütlüyü münasibətinə çevrilməsi məsələsi ilə əlaqədar idi. Hökumətin bildirdiyinə görə, müvafiq qanunvericiliyin məqsədi ölkənin müxtəlif hissələrində tətbiq edilən fərqli praktikaları vahid hala salmaq və cinsiyyətin dəyişməsinin hüquqi cəhətdən tanınması üçün aydın tələblər müəyyən etmək idi. Həyat yoldaşının razılığı alındığı təqdirdə, sistem həm yeni cinsiyyətin hüquqi cəhətdən tanınması, həm də nikah münasibətinin qorunması imkanını nəzərdə tuturdu. Məhkəmə hesab etdi ki, sözügedən çevrilmə Finlandiya sisteminə əsasən avtomatikdirsə, dəyişmiş cinsiyyətin qeydiyyatına həyat yoldaşının razılığının alınması ər-arvadın hər birini digərinin qəbul etdiyi birtərəfli qərarların nəticələrindən müdafiə etmək məqsədi daşıyan elementar tələbdir.
Üstəlik, nikahları qeydiyyata alınmış cütlük münasibətinə çevriləcəyi təqdirdə ərizəçi və arvadı hər hansı digər hüquqlarını itirməyəcəkdilər. Belə ki, məsələn, pensiya hüquqlarının qiymətləndirilməsi məqsədləri üçün münasibətlərin müddəti nikahın vətəndaş cütlüyü münasibətinə çevrildiyi andan deyil, nikahın başlandığı andan hesablanacaqdı.
İşin ailə həyatı aspektlərinə gəlincə, Məhkəmə qeyd etdi ki, vətəndaş cütlüyü münasibəti qızına münasibətdə ərizəçinin atalığına hər hansı təsir göstərməyəcək, belə ki, qanuna görə atalıq artıq nikah dövründə müəyyən edilib. Eləcə də atanın cinsiyyətinin dəyişməsi uşaq üzərində qəyyumluq, ona qulluq və onu saxlamaq vəzifələrinə heç bir hüquqi təsir göstərmirdi, belə ki, Finlandiyada bu vəzifələr cinsi mənsubiyyətdən və ya cütlük münasibətinin formasından asılı olmayaraq valideynliyə əsaslanırdı. Müvafiq olaraq, nikahın vətəndaş cütlüyü münasibətinə çevrilməsi ərizəçinin ailə həyatına heç bir təsir göstərə bilməzdi.
Düzgün olmayan identifikasiya nömrəsinin gündəlik situasiyalarda ona narahatlıq yaratdığı hallarla ərizəçinin üzləşməsi təəssüfləndirici olsa da, ərizəçi istənilən vaxt nikah münasibətini qanun əsasında arvadının razılığı ilə qeydiyyata alınmış cütlük münasibətinə çevirməklə vəziyyəti dəyişmək üçün həqiqi imkana malik idi. Məhkəmənin rəyinə görə, yeni cinsi mənsubiyyətin hüquqi cəhətdən tanınması üçün ilkin şərt olaraq ərizəçinin nikah münasibətinin eyni cinsli cütlük münasibətinə çevrilməsinin tələb edilməsi qeyri-mütənasib şərt deyildi, belə ki, bu, həqiqi imkan idi və eyni cinsli cütlüklərin hüquqi müdafiəsini, demək olar ki, nikahda olanların müdafiəsinə bərabər səviyyədə təmin edirdi. Bu iki hüquqi anlayış arasındakı cüzi fərqlər Finlandiya sistemini dövlətin pozitiv öhdəliyi nöqteyi-nəzərindən qüsurlu hesab etmək üçün yetərli deyildi. Bütövlükdə sistemin ərizəçi üçün qeyri-mütənasib nəticələr doğurması sübuta yetirilmədi və hazırkı işdə ziddiyyətə girən maraqlar arasında ədalətli balansa riayət edilmişdi.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı on dörd səslə).
Böyük Palata həmçinin üç səsə qarşı on dörd səslə bu qənaətə gəldi ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddənin pozuntusu baş verməyib və yekdilliklə bu qənaətə gəldi ki, ərizəçinin 12-ci maddə üzrə şikayətini araşdırmağa ehtiyac yoxdur, çünki o artıq 8-ci maddə üzrə araşdırılıb.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy