© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Hamer Belçikaya qarşı (Hamer v. Belgium), ərizə № 21861/03
27.11.2007-ci il tarixli qərar [II Bölmə]
6-cı maddə
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Cinayət ittihamı
Tikinti üçün icazə olmadan inşa edilmiş evin uçurulması ilə əlaqədar məhkəmə prosesi: 6-cı maddə bu işə tətbiq edilə bilər
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyət
Tikinti üçün icazə olmadan inşa edildiyi aşkar edilmiş şəhərkənarı evin yalnız bir neçə onillikdən sonra uçurulması barədə qərarın qəbul edilməsi: 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Tikinti işlərinin aparılması qadağan olunan meşə ərazisində inşa edilmiş şəhərkənarı evin uçurulması barədə qərarın qəbul edilməsi: pozuntu baş verməyib
Faktlar – 1967-ci ildə ərizəçinin valideynləri tikinti işlərinin aparılmasına icazə verilməyən torpaq sahəsində şəhərkənarı ev inşa etdilər. Ərizəçinin anasının vəfatından sonra evin mövcudluğu faktı ərizəçinin anası ilə atasının əmlak bölgüsü haqqında aktda açıq-aydın qeyd edildi və buna görə müvafiq rüsum alındı. Ərizəçi hər il daşınmaz əmlak vergisini qabaqcadan ödəyir və eyni zamanda ikinci ev üçün tutulan vergini ödəyirdi. Qismən dövlət mülkiyyətində olan su təchizatı şirkəti evin su xətlərini magistral xətlə birləşdirdi və dövlət orqanları buna heç bir reaksiya vermədilər. Ən geci 1994-cü ildə polis tərəfindən iki raport hazırlandı: onlardan biri meşə qanunvericiliyi pozulmaqla torpaq sahəsində ağacların qırılması haqqında, digəri isə tikinti işlərinə icazə verilməyən meşə ərazisində evin icazəsiz inşası barəsində idi. 1999-cu ildə ərizəçi icazəsiz inşa edilmiş şəhərkənarı evin sahibi olması ilə və meşə qanunvericiliyi pozulmaqla 50 şam ağacının qırılması ilə əlaqədar prokurorluğa çağırıldı və məhkəməyə verildi. Cinayət işləri üzrə məhkəmə ərizəçiyə bəraət verdi. Prokurorluq bu qərardan apellyasiya məhkəməsinə şikayət etdi, həmin məhkəmə bəraət hökmünün ağacların qırılmasına aid olan hissəsini qüvvədə saxladı, lakin regionun inkişafının təşkili haqqında fərmana uyğun olaraq ərizəçini qanunsuz inşa edilmiş evə sahiblik etməkdə təqsirkar hesab etdi. Məhkəmə araşdırmasının ağlabatan müddətdən artıq davam etdiyini qeyd edərək, apellyasiya məhkəməsi sadəcə ərizəçinin təqsirkar olduğunu elan etməklə kifayətləndi və belə qərar qəbul etdi ki, ərizəçi torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarmalıdır, bu isə o demək idi ki, ev uçurulmalıdır. Ərizəçi hüquqi məsələlərlə əlaqədar kassasiya şikayəti verdi. Kassasiya məhkəməsi bu qənaətə gəldi ki, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qərar cəza deyil, mülki-hüquqi tədbirdir. İcrası sənədi əsasında ev uçuruldu.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi (məhkəmə araşdırmasının ağlabatan müddətdə aparılması tələbi): Apellyasiya məhkəməsinin ərizəçinin təqsirkar olduğunu elan etdiyi qərarda iş üzrə məhkəmə araşdırmasının ağlabatan müddətdən artıq davam etdiyini etiraf etməsi ərizəçini "qurban" statusundan məhrum etmir, belə ki, bu məhkəmə eyni zamanda torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarması barədə qərar çıxarmışdı.
6-cı maddənin cinayət-hüquqi aspekti bu işə tətbiq edilə bilər, çünki evin uçurulmasına Konvensiyanın məqsədləri baxımından cəza kimi baxmaq olar.
Baxmayaraq ki, işə mahiyyəti üzrə baxılmasının müddətini (üç instansiya məhkəməsində üç il yarımdan artıq) həddən artıq uzun sürdüyünü söyləmək olmaz, qanunsuz tikinti barədə polis raportu tərtib edildiyi andan ərizəçi Avropa Məhkəməsinin presedent hüququ baxımından "təqsirləndirilən şəxs" idi və məhkəmə araşdırmasının müddətinin axımı məhz həmin andan başlamışdı. Beləliklə, məhkəmə araşdırması, 5 illik ibtidai istintaq mərhələsi də daxil olmaqla, üç instansiyada 8-9 il ərzində davam etmişdi, halbuki bu iş xüsusilə mürəkkəb iş deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi: Mübahisəli tikili pozuntunun dövlət orqanları tərəfindən aşkara çıxarıldığı ana qədər 27 il ərzində mövcud olmuşdu. Şəhərsalma qanunvericiliyinin müddəalarının pozuntusunun müəyyənləşdirilməsi və bunun üçün zəruri resursların cəlb edilməsi dövlət orqanlarının vəzifəsi idi. Üstəlik, Avropa Məhkəməsi bu nəticəyə gəldi ki, müvafiq vergiləri ödənildiyi üçün dövlət orqanları mübahisəli tikilinin mövcudluğundan xəbərdar idilər. Beləliklə, dövlət orqanları 27 il ərzində bu vəziyyətə göz yummuşdular, pozuntu barədə raportdan sonra isə 10 il ərzində vəziyyətdə heç bir dəyişiklik baş verməmişdi. Bu qədər uzun müddətin keçdiyi nəzərə alınarsa, şəhərkənarı evin istifadəsində ərizəçinin marağı kifayət qədər əhəmiyyətli və oturuşmuş şəkil almışdı və bu səbəbdən substantiv maraq təşkil edirdi və beləliklə, bu marağa 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada "mülkiyyət" kimi baxmaq olardı və ərizəçinin bu mülkiyyətdən istifadəni davam etdirəcəyinə ümid etməsi "hüquqa uyğun gözlənti" idi. Dövlət orqanlarının qərarı ilə evinin uçurulması nəticəsində ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna edilmiş müdaxilə qanunla nəzərdə tutulmuşdu və ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək məqsədini daşıyırdı, belə ki, mülkiyyətdən istifadə torpaqlardan istifadə planına uyğun hala gətirilməli idi və həmin planda ərazisində tikinti işlərinin aparılmasına icazə verilməyən meşə ərazisi müəyyənləşdirilmişdi.
Müdaxilənin mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, ətraf təbii mühit mühüm dəyərə malikdir və iqtisadi tələblər, o cümlədən hətta mülkiyyət hüququ kimi əsas hüquqlar ətraf mühitin mühafizəsi tələblərindən üstün tutulmamalıdır (xüsusən dövlət tərəfindən bu məsələyə aid qanunvericilik qəbul edilibsə). Buna görə də dövlət orqanları ətraf mühitin mühafizəsi üçün həyata keçirməyi qərara aldıqları tədbirlərin səmərəliliyini təmin etmək üçün vaxtında zəruri tədbirlər görməlidirlər. Beləliklə, bu işdə mülkiyyət hüququna qoyulan məhdudiyyət əsaslı idi, əlbəttə, bu şərtlə ki, müvafiq fərdi və kollektiv maraqlar arasında balansa riayət edilsin.
Etiraz edilən tədbir tikinti işlərinin aparılması qadağan olunan meşə zonasının müdafiəsinə yönəlmişdi. Şəhərkənarı evin sahibləri ümumilikdə 37 il ərzində ondan fasiləsiz olaraq maneəsiz istifadə etmək imkanına malik olmuşdular. Rəsmi sənədlər, ödənilmiş vergilər və görülmüş işlər göstərir ki, dövlət orqanları evin bu qədər uzun müddət ərzində mövcud olduğunu bilirdilər və ya bilməyə borclu idilər, ittiham isə pozuntunun aşkar edilməsindən yalnız beş il sonra irəli sürülmüşdü ki, bu da mövcud vəziyyətin daha uzanmasına şərait yaratmışdı və bu vəziyyət qanunla qorunan meşə zonasına zərər vura bilərdi.
Lakin Belçika qanunvericiliyində bu cür meşə ərazisində aparılan tikinti işləri ilə əlaqədar münasibətləri tənzimləməyə imkan verən müddəa yox idi. Eləcə də Belçika qanunvericiliyində bu cür hüquq pozuntuları ilə bağlı cinayət təqibinin həyata keçirilməsinin ən son müddətini nəzərdə tutulmamışdı və dövlət orqanları istənilən vaxt qanunun məcburi icrasını təmin etmək hüququna malik idilər. Meşə ərazisi toxunulmaz zona olduğuna və orada tikinti işlərinə icazə verilmədiyinə görə orada torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasından savayı başqa işlərin görülməsi yolverilməz idi. Bundan başqa, dövlət orqanlarının tikintiyə dolayı razılığının olduğu işlərdən fərqli olaraq, bu işdə ev hər hansı rəsmi icazə olmadan tikilmişdi. Bu səbəblərə görə müdaxilə qeyri-mütənasib deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy