© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
Harakçiyev (Harakchiyev) və Tolumov (Tolumov) Bolqarıstana qarşı – ərizələr № 15018/11 və 61199/12
8.7.2014 tarixli qərar [IV Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Ömürlük azadlıqdan məhrumetmə rejiminin sonradan islah olunma vasitəsilə cəzanın yüngülləşdirilməsinə nail olmaq üçün adekvat imkanlar yaratmaması: pozuntu baş verib
Faktlar – İki ərizəçidən birincisi sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olmayan, ikincisi isə mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası çəkirdilər. Hər iki ərizəçi ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara tətbiq edilən ciddi rejimdə saxlanılırdılar ki, bu da günün əksər hissəsi ərzində daim bağlı kameralarda və digər məhbuslardan təcrid halında saxlanmanı nəzərdə tuturdu. Avropa Məhkəməsinə ərizələrində onlar saxlanma şəraitindən (Konvensiyanın 3-cü maddəsi) və səmərəli hüquqi müdafiə vasitəsinin olmamasından şikayət etdilər.
Bundan əlavə, birinci ərizəçi şikayət etdi ki, başqa cəza ilə əvəzlənməsi mümkün olmayan və onu islah olunma perspektivlərindən məhrum edən ömürlük həbs cəzası 3-cü maddəni pozan qeyri-insani və ləyaqəti alçaldan cəzaya bərabərdir. Başqa cəza ilə əvəzlənməsi mümkün olmayan ömürlük həbs cəzası Bolqarıstan qanunvericiliyinə ölüm cəzasının ləğv edilməsindən sonra 1998-ci ilin dekabrında daxil edilib. O, başqa cəza ilə əvəzlənə bilən "adi" ömürlük azadlıqdan məhrumetmə cəzası ilə yanaşı mövcuddur. 13 oktyabr 2006-cı ildən qüvvəyə minmiş normalara əsasən, prezidentin əfvetmə ilə bağlı diskresion səlahiyyəti ömürlük azadlıqdan məhrum edilmiş bütün məhbuslara, o cümlədən cəzasının sonradan dəyişdirilməsi mümkün olmadan ömürlük həbs cəzasına məhkum edilənlərə də şamil olunur. 2012-ci ildə Bolqarıstan Konstitusiya Məhkəməsi qərara aldı ki,* əfv səlahiyyəti əsassız olaraq tətbiq edilməməli, konstitusion dəyərləri və prinsipləri həyata keçirmək vəzifəsinə uyğun olmalı və onun tətbiqi zamanı bərabərlik, humanizm, mərhəmət, bağışlama prinsipləri, məhkumun sağlamlıq və ailə vəziyyəti və şəxsiyyətindəki hər hansı müsbət dəyişikliklər nəzərə alınmalıdır. Əfv səlahiyyətinin həyata keçirilməsi ilə bağlı məsləhətlər vermək üçün 2012-ci ildə Əfv komissiyası yaradıldı və onun işini tənzimləyən qaydalar təsbit olundu.
Hüquqi məsələlər – Maddə 3
a) Saxlanma şəraiti (hər iki ərizəçi barəsində) – Hər iki ərizəçi həbsxanada saxlanıldıqları bütün müddət ərzində daim bağlı kameralarda və həbsxanadakı qalan məhbuslardan təcrid olunmuş halda qalırdı. Onlar sutkanın 21-22 saatı ərzində kameralarında qalır, digər məhbuslarla, hətta onlarla eyni bölmədə qalanlarla ünsiyyətdə ola bilmirdilər. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların avtomatik olaraq həbsxanadakı qalan məhbuslardan və bir-birindən ayrı saxlanması, xüsusən kameralardan kənarda müxtəlif fəaliyyətlər və ya kameralarda stimullaşdırıcı fəaliyyətlər olmadığı halda, özlüyündə Konvensiyanın 3-cü maddəsi üzrə məsələni meydana çıxara bilərdi. Ərizəçilərdən hər hansı birinin belə ciddi tədbirlər görülməsini tələb edən dərəcədə təhlükəli məhbus hesab edildiklərini göstərən heç bir sübut yox idi. Əslində ərizəçilərin təcrid halında saxlanması, belə görünür ki, onların davranışının hər hansı təhlükəsizlik problemləri yaratmasının nəticəsi deyil, əsas etibarı ilə həbsxana rejimini tənzimləyən daxili qanunvericilik normalarının avtomatik tətbiqinin nəticəsi idi. Açıq havada hərəkət etmələrinin və mənalı fəaliyyətlərlə məşğul olmalarının məhdudlaşdırılması ilə yanaşı, ərizəçilərin tualetdən istifadə etmək üçün kameralarını tərk etmələrinə yalnız gündə üç dəfə icazə verildiyinə görə onlar qalan vaxtlarda vedrələrdən istifadə etməli olurdular.
Beləliklə, saxlanma şəraitinin və uzun müddət həbsxanada qalmanın (müvafiq olaraq, 12 və 14 il ərzində) məcmu təsirləri nəticəsində ərizəçilərin məruz qaldıqları iztirablar və çətinliklər həbsdə saxlanmanın qaçılmaz olaraq doğurduğu iztirabın səviyyəsini aşmış və 3-cü maddənin pozulması üçün tələb olunan minimal qəddarlıq səviyyəsini keçmişdi. Bu hal qeyri-insani və ləyaqəti alçaldan rəftar təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Başqa cəza ilə əvəzlənməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə (birinci ərizəçi barəsində) – Məhkəmə bir daha xatırlatdı ki, başqa cəza ilə əvəzlənməsi mümkün olmayan ömürlük həbs cəzası 3-cü maddə üzrə məsələni meydana çıxara bilər. Sadəcə olaraq praktikada ömürlük azadlıqdan məhrumetmə cəzasının bütünlüklə çəkilməsinin mümkünlüyü faktı onu "əvəzlənməsi mümkün olmayan" cəzaya çevirmirdi: həmin cəzanın de yure və de fakto "əvəzlənməsinin mümkün olması" 3-cü maddənin məqsədləri üçün kifayət idi.** Ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız o halda Konvensiyanın 3-cü maddəsinə uyğun ola bilərdi ki, azadlığa buraxılma və ittiham hökmünə yenidən baxılması imkanı mövcud olsun, belə ki, məhbus onun azadlıqdan məhrum edilməsi üçün qanuni cəzalandırma əsasları mövcud olmadıqda həbsdə saxlanıla bilməzdi və belə hallara onun islah olunması da daxil idi. Ömürlük azadlıqdan məhrum edilmiş məhbus azadlığa buraxılmaq üçün nə etməli olduğunu və hansı şərtlərlə azad ediləcəyini, o cümlədən cəzasına nə zaman yenidən baxılacağını və ya bunun üçün nə zaman müraciət edə biləcəyini cəza müddətinin lap başlanğıcından bilmək hüququna malik idi.***
Birinci ərizəçinin cəzasının de yure dəyişdirilməsinin mümkünlüyünə 2006-cı ildə qanunvericiliyə dəyişiklik edildikdən sonra aydınlıq gətirilsə də, həmin tarixə qədərki mövqe o qədər də aydın deyildi. Lakin cəzanın de yure dəyişdirilməsinin mümkünlüyü məsələsindən asılı olmayaraq, Məhkəmə əmin deyildi ki, araşdırılan dövrdə cəzanın de fakto dəyişdirilməsi mümkün idi, yaxud birinci ərizəçi onun azad edilməsinə və ya cəzasının dəyişdirilməsinə imkan yaradan mexanizmin mövcudluğundan xəbərdar idi.
Birinci ərizəçi barəsindəki hökmün qüvvəyə mindiyi 2004-cü ilin noyabrından 2012-ci ilin əvvəllərinədək prezidentin əfv səlahiyyətini həyata keçirməsi qaydası kifayət qədər qeyri-şəffaf idi, əfv siyasəti ictimaiyyətə açıqlanmırdı və ayrı-ayrı əfv qərarlarının əsaslandığı səbəblər göstərilmirdi. Proses rəsmi, yaxud hətta qeyri-rəsmi təminatlardan məhrum idi və cəzasının sonradan dəyişdirilməsi mümkün olmadan ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxsin həmin dövrdə cəzasının dəyişdirilməsinə nail olan biləcəyini göstərən heç bir konkret nümunə yox idi.
Yeni prezidentin qərarları, Əfv komissiyasının praktikası və Konstitusiya Məhkəməsinin 11 aprel 2012-ci il tarixli qərarı nəticəsində 2012-ci ildə islahatlar həyata keçiriləndən bəri prezidentin əfv səlahiyyətini həyata keçirməsi qaydasına xeyli dərəcədə aydınlıq gətirildi, belə ki, indi birinci ərizəçi onun azad edilməsinə və ya cəzasının dəyişdirilməsinə imkan yaradan mexanizmin mövcudluğundan xəbərdar olan məhbus sayıla bilərdi.
Lakin Məhkəmə bu məsələni də nəzərdən keçirməli idi ki, birinci ərizəçinin islah olunmasına həqiqətən imkan yaradılmışdımı? Baxmayaraq ki, Konvensiya özlüyündə bəraət hüququnu təmin etmir və 3-cü maddə dövlət orqanlarının üzərinə məhbusları islah və cəmiyyətə yenidən inteqrasiya olunma proqramları və fəaliyyətləri ilə təmin etmək kimi mütləq vəzifə qoyan maddə kimi şərh oluna bilməzdi, həmin maddə dövlət orqanlarının ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara bir gün yenidən azadlıqlarına qovuşma şansı (bu şans nə qədər az olsa belə) verməsini tələb edirdi. Bu şansın həqiqi və real olması üçün dövlət orqanları ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara islah olunma imkanı da verməli idilər. İştirakçı dövlətlər bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malik olsalar da, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi və şəraiti az əhəmiyyətli məsələ sayıla bilməzdi. Birinci ərizəçi xüsusilə ciddi rejimdə, demək olar ki, tam təcrid halında saxlanılırdı və sosial təmas imkanları olduqca məhdud idi. Bu acınacaqlı rejimin zərərli təsirləri, onun saxlanıldığı qeyri-qənaətbəxş maddi şəraitlə birlikdə götürülməklə, onun islah olunma ehtimalını və beləliklə bir gün islah yolunda irəliləyişə nail ola və bunu nümayiş etdirə biləcəyinə və cəzasının azaldılmasına nail olacağına bəslədiyi real ümidi, yəqin ki, ciddi şəkildə zəiflətmişdi. Onu da əlavə etmək lazımdır ki, onun islah yolunda irəliləyişə nail olmasının ardıcıl dövriliklə qiymətləndirilməsi aparılmırdı. Müvafiq olaraq, 2012-ci il islahatlarından sonrakı dövrdə onun ömürlük həbs cəzası de fakto dəyişdirilməsi mümkün olan cəza sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin ərizəçilərin saxlanma şəraitindən şikayət edə bilmələri üçün Bolqarıstan qanunvericiliyində səmərəli daxili hüquqi müdafiə vasitəsinin olmaması ilə əlaqədar olaraq 13-cü maddənin pozulduğunu müəyyən etdi (yekdilliklə).
Maddə 46: Bu qərarı lazımi qaydada icra etmək üçün Bolqarıstan şərti azad edilmə imkanı olmaqla və ya olmadan ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə tətbiq edilən həbsxana rejimlərini tənzimləyən hüquqi bazada islahat aparmalı (bu islahatın qanunvericilik aktlarında aparılması daha yaxşı olar), xüsusən ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hamısına yüksək dərəcədə məhdudlaşdırıcı həbsxana rejiminin avtomatik tətbiqini və onların təcrid halında saxlanmasını aradan qaldırmalıdır.
Maddə 41: Saxlanma şəraitinin doğurduğu mənəvi ziyana görə birinci ərizəçiyə 4.000 avro, ikinci ərizəçiyə isə 3.000 avro təyin edildi; qərara alındı ki, barəsindəki ömürlük həbs cəzasının müddətinin azaldılmasına birinci ərizəçinin nail ola bilməməsi məsələsində pozuntunun baş verdiyinin müəyyən edilməsi özlüyündə onun bu baxımdan məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir
* 11 aprel 2012-ci il tarixli 6 saylı qərar.
** Kafkaris Yunanıstana qarşı [BP], ərizə № 21906/04, 12 fevral 2008-ci il, 105 saylı Məlumat bülleteni.
*** Vinter və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 66069/09, 130/10 və 3896/10, 9 iyul 2013-cü il, 165 saylı Məlumat bülleteni.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy