© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Harutyunyan Ermənistana qarşı (Harutyunyan v. Armenia), ərizə № 36549/03
28.06.2007-ci il tarixli qərar [III Bölmə]
6-cı maddə
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Təqsirləndirilən şəxsdən və şahidlərdən işgəncə yolu ilə alınmış ifadələrin məhkəmə araşdırmasında istifadə edilməsi: pozuntu baş verib
Faktlar – 1998-ci ildə ərizəçi orduya çağırıldı. 2002-ci ildə o, hərbçi yoldaşını qətlə yetirilməkdə təqsirləndirilərək on il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə ittiham hökmü çıxararkən konkret olaraq ərizəçinin etirafını və onun iki digər hərbçi yoldaşının şahid ifadələrini nəzərə aldı, hərçənd ki, onlara təzyiq göstərildiyini məhkəmə özü də qeyd etmişdi. Sonradan təqsirkar polislər səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilindilər və azadlıqdan məhrumetmə cəzasına məhkum olundular. Məhkəmə müəyyən etdi ki, onlar ərizəçini və iki şahidi rezin dəyənəklə döyüblər, barmaqlarını kəlbətinlə sıxıblar, dəyənəklə dabanlarına vurublar və beləliklə onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Qəddar rəftarı davam etdirəcəkləri ilə onları hədələyərək polislər ərizəçini qətli etiraf etməyə, iki hərbçini isə qətlin şahidi olduqlarını təsdiq etməyə məcbur ediblər. Polislər onları hələyiblər ki, qəddar rəftar barədə rəhbərliyə xəbər verəcəkləri təqdirdə onlardan qisas alacaqlar. Məhkəmənin gəldiyi yuxarıdakı nəticəyə istinad edərək ərizəçi ittiham hökmündən şikayət etdi, amma cəhdi uğursuz oldu.
Hüquqi məsələlər – Ərizəçi etiraf xarakteri daşıyan, iki şahid isə onun təqsirini təsdiq edən ifadələr verməyə məcbur edilmişdilər. Təzyiq altında alınmış ifadələr sübut qismində istifadə edilmişdi, baxmayaraq ki, qəddar rəftar faktı paralel olaraq təqsirkar polislərə qarşı qaldırılmış məhkəmə işində sübut edilmişdi. Ölkə məhkəmələri bu ifadələrin istifadəsini əsaslı hesab etdilər, çünki ərizəçi etiraf xarakterli ifadəni polislərə deyil, müstəntiqə vermişdi, şahidlər isə analoji ifadələri bir müddət sonra üzləşdirmə zamanı və məhkəmə prosesində vermişdilər. Bu əsaslandırma Avropa Məhkəməsini qane etmədi. Şəxsin qəddar rəftara, o cümlədən fiziki zor tətbiqinə və təhdidlərə məruz qaldığına dair inandırıcı sübutlar varsa, həmin şəxsin sonradan qəddar rəftara aidiyyəti olmayan digər vəzifəli şəxsə etiraf xarakterli ifadə verməsi və ya əvvəlki ifadəsini təsdiq etməsi avtomatik olaraq belə nəticə çıxarmağa əsas vermir ki, bu cür etiraf və ya etirafın təsdiqi qəddar rəftar nəticəsində və ya həmin şəxsin sonradan qorxması səbəbindən baş verməyib. Ölkə məhkəmələrinə inandırıcı sübutlar təqdim edilmişdi ki, şahidlər işgəncələrin davam edəcəyi və onlardan qisas alınacağı ilə daim təhdid ediliblər. Bundan başqa, onların hələ də hərbi xidmətlərini davam etdirmələri, şübhəsiz ki, onların qorxusunu artırmış və ifadələrinə təsir göstərmişdi, bu fakt onunla təsdiqlənir ki, hərbi xidməti başa vurduqdan sonra onların ifadələri əhəmiyyətli dərəcədə dəyişmişdi. Beləliklə, bu dövrdə verilmiş ifadələrin etibarlılığı ciddi şübhə doğururdu və şübhəsiz ki, həmin ifadələrə əsaslanmaq olmazdı. İşgəncə yolu ilə əldə edilmiş ifadələrin cinayət işinin nəticəsinə nə kimi təsir göstərdiyindən asılı olmayaraq, belə sübutların istifadəsi məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdi.
Nəticə: pozuntu baş verib.
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy