© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Herri Batasuna" və "Batasuna" İspaniyaya qarşı (Herri Batasuna and Batasuna v. Spain), ərizə № 25803/04
30.06.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Terror təşkilatı ilə əlaqələri olan siyasi partiyaların ləğv edilməsi: pozuntu baş verməyib
Faktlar – "Herri Batasuna" siyasi təşkilatı seçki koalisiyası kimi təsis edilmiş və 1979-cu ildə ümumi seçkilərdə iştirak etmişdi. 1986-cı ildə "Herri Batasuna" ("Xalq Birliyi") Daxili İşlər Nazirliyinin siyasi partiyalar reyestrinə daxil edildi. 2001-ci ildə ərizəçi "Batasuna" ("Birlik") siyasi partiya qismində siyasi partiyalar reyestrinə daxil edilməsi üçün ərizə verdi.
2002-ci ilin iyununda İspaniya parlamenti "Siyasi partiyalar haqqında" 6/2202 saylı orqanik qanun ("6/2202 saylı qanun") qəbul etdi. Yeni qanunda əsas yeniliklər siyasi partiyaların təşkili, funksiyaları və fəaliyyətinə aid olan II fəsildə və onların məhkəmə qaydasında buraxılması və ya fəaliyyətinin dayandırılmasına aid olan III fəsildə öz əksini tapmışdı. 2002-ci ilin avqustunda qəbul edilmiş qərarla Milli Məhkəmənin əsas istintaqçı hakimi "Batasuna"nın fəaliyyətini dayandırdı və "Herri Batasuna" ilə "Batasuna"nın istifadə edə biləcəyi ofis və tikililərin üş il müddətinə qapadılması barədə göstəriş verdi. 2002-ci ilin sentyabrında İspaniya hökumətinin adından çıxış edən dövlət müşaviri ərizəçi partiyaların ləğvi barədə Ali Məhkəmədə iş qaldırdı və belə əsas gətirdi ki, onlar birmənalı olaraq demokratiya və konstitusiya qaydası ilə bir araya sığmayan davranışa bərabər olan fəaliyyətləri ilə 6/2202 saylı yeni qanunu pozublar. Elə həmin gün baş prokuror da Ali Məhkəmədə iş qaldırdı və 6/2202 saylı qanuna uyğun olaraq bu partiyaların ləğvini tələb etdi. 2003-cü ildə "Batasuna" 6/2202 saylı qanunun konstitusiyaya uyğunluğu məsələsinə baxılması üçün Konstitusiya Məhkəməsinə ilkin vəsatət göndərdi. Ali Məhkəmə vəsatəti rədd edərək qeyd etdi ki, 6/2202 saylı qanunun konstitusiyaya uyğunluğu ilə bağlı "Batasuna"nın etirazlarına artıq Konstitusiya Məhkəməsi tərəfindən 2003-cü ilin martında baxılıb və onlar rədd edilib. Ali Məhkəmə "Herri Batasuna" və "Batasuna" partiyalarını qanunsuz elan etdi və onların ləğvi barədə göstəriş verərək belə əsas gətirdi ki, onlar "terrorizm vasitəsilə taktiki separatizm strategiyasını" yürüdüblər. Məhkəmə bu partiyaların mahiyyət etibarı ilə bir-birindən və ETA terror təşkilatından fərqlənmədiklərinin müəyyənləşdirildiyini qeyd etdi. Ali Məhkəmə onları "xeyli dərəcədə eyni ideologiyanı bölüşən ... və üstəlik, yuxarıda adı çəkilən terror təşkilatı tərəfindən ciddi nəzarət olunan" qruplaşmalar kimi səciyyələndirdi və bu qənaətə gəldi ki, əslində "öncədən ETA tərəfindən hazırlanmış "operativ hüquqi varislik" prosesi vasitəsilə, guya müstəqil olan bu hüquqi şəxslərin arxasında gizlənən vahid təşkilat, yəni ETA terror təşkilatı mövcud idi". Məhkəmə öz qərarını 6/2202 saylı qanunla əsaslandırdı. O, həmçinin sözügedən partiyaların aktivlərinin qanuna uyğun olaraq ləğv edilməsi barədə göstəriş verdi. Konstitusiya icraatı çərçivəsində qəbul etdiyi 2004-cü il tarixli iki qərarla Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarına qarşı ərizəçilərin verdiyi şikayətləri rədd etdi.
Hüquqi məsələlər – Ərizəçi partiyaların ləğvi onların birləşmək azadlığı hüququnu həyata keçirmələrinə müdaxilə təşkil edirdi. 6/2202 saylı qanunda siyasi partiyaların təşkili və fəaliyyəti məsələləri və hansı hərəkətlərin məhkəmə tərəfindən onların ləğvinə və ya fəaliyyətinin dayandırılmasına səbəb ola biləcəyi kifayət qədər aydın şəkildə müəyyən edilmişdi. Bundan başqa, ərizəçi partiyaların ləğvi barədə qərar qəbul edərkən Ali Məhkəmənin nəzərə aldığı hərəkətlər 6/2202 saylı qanun qüvvəyə mindikdən sonra edilmişdi. Müvafiq olaraq, sözügedən müdaxilə "qanunla nəzərdə tutulmuşdu". Bundan əlavə, partiyaların ləğvi milli təhlükəsizlik və ictimai asayiş maraqlarının qorunması, iğtişaşın qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla Konvensiyanın 11-ci maddəsində sadalanan bir neçə qanuni məqsəd daşıyırdı.
Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi və mütənasibliyi məsələsinə gəlincə, Avropa Məhkəməsi müdaxilənin "qarşıya qoyulan qanuni məqsədlərə mütənasib olub-olmadığı" məsələsini araşdırmazdan əvvəl müəyyənləşdirməlidir ki, ərizəçi partiyaların ləğvi üçün "təxirəsalınmaz ictimai tələbat" var idimi? Partiyaların ləğvi barədə qərar qəbul edərkən Ali Məhkəmə ərizəçilərin ETA-nın aksiyalarını pisləmədiklərini qeyd etməklə kifayətlənmədi, həm də ərizəçi partiyaların ETA-nın terror strategiyasında alət olduqlarını güman etməyə əsas verən bir sıra hərəkətləri qeyd etdi. Həmin hərəkətləri iki kateqoriyaya bölmək olar: birincisi, sosial gərginlik mühiti yaratmağa yönələn hərəkətlər və ikincisi, ETA-nın terror fəaliyyətinə birbaşa dəstək təşkil edən hərəkətlər. Milli məhkəmələr qeyd etdilər ki, bütün hallarda bu hərəkətlər təxminən zorakılığa birbaşa dəstək verilməsinə və terrorçularla əlaqədə olduğu güman edilən şəxslərin hərəkətlərinin təqdir edilməsinə bərabər idi. Bundan başqa, ərizəçi partiyaların üzvlərinin və rəhbərlərinin Ali Məhkəmə tərəfindən qeyd edilən hərəkətləri və çıxışları məqsədlərə nail olmaq üçün güc tətbiqini istisna etmirdi. Avropa Məhkəməsi həmçinin ərizəçilərin bu arqumenti ilə də razılaşa bilmədi ki, Ali Məhkəmənin qeyd etdiyi hərəkətlərin heç biri 6/2202 saylı qanunda siyasi partiyanın ləğvi üçün əsas qismində göstərilməyib. Avropa Məhkəməsinin rəyinə görə, ərizəçilərin hərəkətlərinə mahiyyəti etibarı ilə İspaniya Konstitusiyasında təsbit olunmuş demokratik prinsiplərə zidd olan siyasi məqsədlərə nail olmaq strategiyasının tərkib hissəsi kimi baxılmalıdır. Bu amil, yəni konstitusiya quruluşunu sarsıtmaq və ya ciddi sosial gərginlik yaratmaq məqsədlərinə nail olmaq üçün terror təşkilatlarının fəaliyyətinə siyasi dəstək verilməsi 6/2202 saylı qanunda göstərilən və ərizəçilərin ləğv edilməsi üçün əsas olan səbəblərindən birini təşkil edirdi. Hazırkı işdə milli məhkəmələr təqdim edilmiş sübutları ətraflı tədqiq etdikdən sonra əsaslı nəticələrə gəliblər və Avropa Məhkəməsi Ali Məhkəmənin ərizəçi partiyalarla ETA arasında əlaqə olduğunu müəyyənləşdirərkən gətirdiyi əsasları qəbul etməmək üçün səbəb görmür. Bundan başqa, İspaniyada, xüsusən "siyasi cəhətdən həssas region" olan basklar diyarında uzun illər mövcud olan terror hücumları ilə bağlı vəziyyəti nəzərə alsaq, bu əlaqəni obyektiv olaraq demokratiya üçün təhlükə təşkil edən əlaqə hesab etmək olardı. Nəhayət, Ali Məhkəmənin gəldiyi nəticələrə terrorizmin açıq müdafiəsinin pislənməsində beynəlxalq səviyyədə nümayiş etdirilən qətiyyətlilik kontekstində baxılmalıdır. Müvafiq olaraq, ümumilikdə ərizəçi partiyaların təqsirləndirildiyi hərəkətlər və çıxışlar onlar tərəfindən işlənib hazırlanan və təbliğ edilən və "demokratik cəmiyyət" konsepsiyasına açıq-aydın zidd olan sosial modelin obrazını yaradırdı. Beləliklə, Ali Məhkəmə tərəfindən ərizəçilərə qarşı çıxarılan və Konstitusiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılan qərar, hətta bu sahədə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları məhdud olsa belə, əsaslı olaraq "təxirəsalınmaz ictimai tələbata" uyğun qərar hesab edilə bilərdi. İndi isə Avropa Məhkəməsi tərəfindən təkcə onun müəyyənləşdirilməsi qalır ki, etiraz edilən müdaxilə qarşıya qoyulan qanuni məqsədə mütənasib idimi? Ərizəçi partiyaların planlarının "demokratik cəmiyyət" konsepsiyasına zidd olduğunu və ispan demokratiyası üçün əhəmiyyətli təhlükə yaratdığını nəzərə alsaq, ərizəçilərə tətbiq edilmiş sanksiya Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş qanuni məqsədə nail olmaq üçün mütənasib tədbir idi. Yuxarıda qeyd edilənləri nəzərə alsaq, partiyaların ləğvi Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin məqsədləri üçün, konkret olaraq milli təhlükəsizliyin təmin edilməsi, iğtişaşların qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün "demokratik cəmiyyətdə zəruri" sayıla bilərdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Həmçinin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi əsasında baxılmış bu işlərə bax: Etseberiya, Barrena Arsa, "Nafarroako Autodeterminatsio Bilqune", "Ayarako" və başqaları İspaniyaya qarşı (Exteberria, Barrena Arza, Nafarroako Autodeterminazio Bilgunea and Aiarako and Others v. Spain) (ərizələr № 33579/03, 35613/03, 35626/03 və 35634/03); və "Herritarren Serrenda" İspaniyaya qarşı (Herritarren Zerrenda v. Spain) (ərizə № 43518/04).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy