© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat Qeydi No. 157
Noyabr 2012
Hristozov və Başqaları Bolqarıstana q. - 47039/11 və 358/12
Qətnamə 13.11.2012 [Seksiya IV]
Maddə 8
Pozitiv öhdəliklər
Maddə 8-1
Şəxsi həyata hörmət
İcazəsiz eksperimental dərmanın müalicə üçün istifadəsinə icazə verilməməsi: pozuntu yoxdur
Maddə 2
Pozitiv öhdəliklər
Maddə 2-1
Yaşamaq
İcazəsiz eksperimental dərmanın müalicə üçün istifadəsinə icazə verilməməsi: pozuntu yoxdur
Maddə 3
Pozitiv öhdəliklər
İcazəsiz eksperimental dərmanın müalicə üçün istifadəsinə icazə verilməməsi: pozuntu yoxdur
Faktlar – On ərizəçi icazəsiz eksperimental dərmanı əldəetmələrinəicazə verilməməsindən şikayət edən xərçəng xəstələridir. Çox sayda ənənəvi müalicə metodlarını tükəndirmiş ərizəçilərə bir özəl klinika tərəfindən Kanadada hazırlanmaqda olan və təchizi ödənişsiz olan eksperimental dərman məlumat verilmişdi. Hökumətə bu dərmandan istifadə icazə verilməsi üçün müraciət edilmişdi. Yerli qanunvericiliyə görə, istifadəyə icazə yalnız o vaxt verilə bilər ki, həmin dərmana hər hansı başqa ölkədə artıq icazə verilmiş olsun. Mübahisəli dərmanın “rəhmdil əsaslarla istifadə”sinə bir neçə ölkədə icazə verilsə də, rəsmi olaraq heç bir ölkədə qeydiyyatdan keçməmişdir. Bu səbəbdən, icazə verilməsindən imtina edilmişdi.
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə Dövlətlərin şəxsləri, məsələ şəxsi avtonomiya və həyat keyfiyyətinə aiddirsə və bu bu hərkətlər şəxsin sağlamlığına və ya həyatına zərbə vuracaq xarakterdədirsə, həmin şəxsin öz hərəkətlərinin nəticələrindən qorumaq səlahiyyətlərindən istifadəsinin miqyaslarını 8-ci maddə altında araşdırmışdır. Bu işdə əsas məsələ, Dövlətin mülahizə səlahiyyəti nəzərər alınaraq fərdi və ictimai maraqları tarazlaşdırarkən ədalətli olub-olmamasını müəyyən etmək idi.
Ərizəçinin marağı “son çarə olaraq, risk daşısa belə, ərizəçilər və həkimləri tərəfindən onların halında, həyatlarını xilas etmək üçün uyğun hesab olunan yoxlanılmamış drəmandan istifadə etməyi seçmək hüququdur”. Bununla ziddiyyət təşkil edən ictimai marağın isə üç tərəfi vardır: birincisi, icazə verilməmiş dərmanın daşıdığı riskdən fərdləri qorumaq; ikincisi, icazəsiz dərman istifadəsini tənzimləyən qanunvericiliyin səmərəsinin azalmasına imkan verməmək; üçüncüsü, klinika sınaqlarında iştirakedn xəstələrinin sayının azalması ilə yenidərmanların hazırlanmasına mane olunmamasını təmin edtmək.
Məhkəmə qeyd etmişdir ki, bir qayda olaraq, səhiyyə sahəsindəki siyasət Dövlətin mülahizə səlahiyyətinin dairəsinə aiddir. Bundan başqa, üzv Dövlətlərdə icazəsiz dərmanların itifadəsinə bəzi hallarda imkan verilməsi meyli olsa da, bu məsələnin dəqiq tənzimlənmə qaydası barədə consensus yoxdur və məsələ barədə dəqiq müəyyen edilmiş hüquqi prinsiplər mövcud deyildir.
Yuxarıdakıları nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlmişdir ki, yerli qanunvericliyin həyata keçirdiyi ədalətli tarazlaşdırma, daha ədalətli həll yolunun mövcud olub-olmamasından asılı olmayaraq, bu məsələdə Dövlətə tanınan mülahizə səlahiyyətinin sərhədlərini aşmamışdır.
Nəticə: pozuntu yoxdur (dörd səsə qarşı üç səs).
Maddə 2 § 1: Məhkəmə qeyd etmişdir ki, Bolqarıstanda ənənəvi müalicənin səmərə vermədiyi halda icazəsiz dərmanların istifadəsinə icazə verilməsini tənzimləyən qanunvericilik vardır. Məhkəmə hesab etmişdir ki, 2-ci maddə altında bu qanunvericiliyin xüsusi bir şəklə salınması ilə bağlı pozitiv öhdəlik yoxdur.
Nəticə: pozuntu yoxdur (beş səsə qarşı iki səs).
Maddə 3: Bir xəstəliyin səbəb olduğu iztirab dövlət orqanlarının cavabdeh tutula biləcəyi davranışla güclənmişsə, maddə 3 tətbiq oluna bilər. Lakin belə hallarda minimum hədd daha yüksəkdir, çünki iddia olunan zərər dövlət orqanlarından deyil, xəstəliyin özündən irəli gəlir. Hazırki işdə şikayət qeyri-adekvat müalicədən deyil, həyatı xilas etmək potensialı olduğu söylənilən, lakin təhlükəsizliyi və səmərəliliyi hələ şübhə doğuran bir dərmanın istifadəsinə icazə verilməməsindəndir. Məhkəmə qəbul edə bilməz ki, bu imtina qeyri-insani və ya alçaldıcı davranış kimi xarakterizə oluna bilər. İmtina ərizəçilərə əqli iztirab vermiş olsa belə, bu iztirab 3-cü maddənin əhatə dairsəinə düşəcək ciddilik həddinə çatmamışdır.
Nəticə: pozuntu yoxdur (beş səsə qarşı iki səs).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy