Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Jalloh (Jalloh) Almaniyaya qarşı [BP] - 54810/00
Qərar 11.7.2006 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Məcburi qusdurulma nəticəsində əldə edilmiş narkotik maddə plastik bağlamasının sübut olaraq istifadə edilməsi: pozuntu
Faktlar - 1993-cü ildə mülki geyimli polis əməkdaşları ərizəçinın bir neçə dəfə ağzından kiçik plastik bağlama çıxarmasının və onları pul qarşılığında digər şəxslərə ötürməsini müşahidə etmişlər. Bağlamanın narkotik maddələrdən ibarət olduğu barədə şübhələnərək, polis zabitləri ərizəçinı həbs etmək üçün tədbir görmüş və bu zaman ərizəçi ağzında olan digər kiçik bağlamanı udmuşdur. Onun üzərində heç bir narkotik maddə tapılmadığından, səlahiyyətli prokurorluq orqanı əməkdaşı ona qusdurucu maddə verilməklə qusdurulması barədə əmr vermişdir. Ərizəçi xəstəxanaya aparılmış və həkimə göstərilmişdir. O,qusmaya səbəb olacaq dərman vasitəsinin qəbul etməkdən imtina etdiyi üçün dörd nəfər polis əməkdaşı onu tutmuş, həkim isə burun nahiyəsindən boru keçirərək və zorla Ipecacuanha siropu və duzlu məhlul daxil etmişdir. Həkim həmçinin qusmaya səbəb olan morfin törəməsi olan dərman kimi apomorfin iynəsi vurmuşdur. Nəticədə, ərizəçi kiçik kokain bağlamasını qaytarmışdır. Qısa müddət sonra həkim müayinəsi onun həbs olunmağa yararlı olduğunu bildirmişdir. Qusmaya səbəb olan maddələr qəbul etdikdən iki saat sonra polis əməkdaşları onu sorğu-sual etmək üçün gəldikdə, ərizəçi onlarla pis İngilis dilində - bu zaman onun alman dilində danışa bilmədiyi aşkar edilmişdir - çox yorğun olduğunu və ifadə vermək iqtidarında olmadığını bildirmişdir. Növbəti gün ərizəçi narkotik maddə alverində ittiham olunmuş və həbs olunmuşdur. Vəkili bildirmişdir ki, ərizəçiyə qarşı sübut qeyri-qanuni yolla əldə edilib və cinayət prosesində istifadə edilə bilməz. Daha sonra o, əməliyyatda iştirak edən polis əməkdaşları və həkimin rəsmi vəzifələrini yerinə yetirərkən ərizəçinin bədəninə xəsarət yetirməkdə təqsirli olduqlarını bidirmişdir. Yekun olaraq, o, zəhərli maddələrin istifadəsinin Cinayət Prosessual Məcəlləsi ilə qadağan edildiyini və bu tədbirin Məcəlləyə görə proporsional tədbir olmadığını, çünki bağlamanın təbii yolla çıxmasını gözləməklə eyni nəticə əldə etməyin mümkün olduğunu bildirmişdir. 1994-cü ilin mart ayında Ərazi Məhkəməsi ərizəçini narkotik alveri məhkum etmiş və ona bir il azadlıqdan məhrumetmə cəzası vermişdir. Onun həbs cəzasından şikayəti qarşı uğursuz olmuş, lakin həbs müddəti altı aya qədər azaldılmışdır. Onun hüquqi məsələlərlə bağlı şikayəti rədd edilmişdir. Federal Konstitusiya Məhkəməsi ərizəçinın konstitusiya şikayətinin qəbuledilməz elan etmiş və onun Alman cinayət məhkəmələri qarşısında bütün müvafiq hüquq müdafiə vasitələrindən istifadə etmədiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, qeyd olunan tədbir Almaniya qanunları əsasında təmin edilən insan ləyaqətinin müdafiəsi və özünə qarşı ifadə verməyin qarşısının alınması ilə bağlı hər hansı konstitusional etiraza səbəb ola bilməz.
Hüquqi məsələlər - Maddə 6 § 1: Ərizəçiyə ağrı və əziyyət vermək dövlət orqanlarının niyyəti olmasa da, sübut Konvensiya ilə nəzərdə tutulmuş başlıca hüquqlardan birini pozan tədbir ilə əldə edilmişdir. Bundan əlavə, mübahisəli tədbir vasitəsilə əldə edilən narkotik maddələr ərizəçinın təqsirini sübut edən həlledici element idi. Yekun olaraq, ictimai maraq ərizəçinın təqsirini sübut edən və həmin yolla əldə edilən sübutun məhkəmədə istifadə olunmasına bəraət qazandırmır. Məcburi qusdurulma nəticəsində əldə edilmiş narkotik maddə olan plastik bağlamanın sübut olaraq istifadə edilməsi, bütövlükdə ona qarşı məhkəmə araşdırmasının ədalətsiz olmasına səbəb olmuşdur. Ərizəçinın, sübutun əldə edildiyi üsul və onun istifadə edilməsinin onun özünə qarşı ifadə verməmək hüququnu pozması barədə arqumentinə gəlincə, müzakirə edilən məsələ məhkəmədə onun ifadəsinin deyil, "maddi" sübutun istifadəsidir və ərizəçinın bədəninə xəsarət yetirməklə əldə edilməsidir. Özünə qarşı ifadə verməmək hüququ əsas etibarilə, dindirmədə səssiz qalmaq və ya ifadə verməyə məcbur edilməməklə bağlı olsa da, Məhkəmə imkan düşdükdə, hakimiyyət orqanları tərəfindən məcburiyyət tədbirləri ilə əldə olunan maddi sübutdan söhbət getdiyi hallarda bu prinsipə geniş məna vermişdir. Beləliklə, özünə qarşı ifadə verməmək prinsipi hazırki məhkəmə prosesinə tətbiq oluna bilər. Ərizəçinın hüququnun pozulub-pozulmadığını müəyyən etmək üçün bir neçə faktor nəzərə alınmalıdır. Sübutun əldə edilməsi üçün istifadə olunan məcburiyyət tədbirinin xarakteri və dərəcəsi ilə bağlı, Məhkəmə istifadə olunan qusma maddələrinin qeyri-insani və ləyaqəti alçaldan olduğunu təkrar edir. Ərizəçinın məhkum edilməsini təmin etməklə bağlı ictimai maraq həmin yolla əldə edilən sübutun məhkəmədə istifadə olunmasına bəraət qazandırmır. Bundan əlavə, Alman qanunvericiliyi bu tədbirin özbaşına və ya lazımsız istifadəsinə qarşı təminatlar nəzərdə tutsa da, ərizəçi, susmaq hüququna söykənərək, müayinədən imtina etmiş, lakin fiziki vəziyyətinin uyğunluğu yoxlanılmadan bu tibbi prosedura məruz qoyulmuşdur. Nəhayət, bu yolla əldə edilmiş narkotik maddə onun məhkum edilməsi üçün həlledici sübut olmuşdur. Nəticədə, Məhkəmə, həmçinin məcburi qusdurulma vasitəsilə əldə edilmiş sübutun ərizəçinin özünə qarşı ifadə verməmək hüququnu pozduğunu və məhkəmə araşdırmasının bütövlükdə ədalətsiz olmasına səbəb olduğunu qəbul etməyə hazırdır.
Nəticə: pozuntu (altı səsə qarşı on bir səs).
Full & Egal Universal Law Academy