© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
JALOUD NIDERLANDA qarşı
(Ərizə no. 47708/08)
QƏRAR
STRAZBURQ
20 noyabr 2014
Bu qərar qətidir, lakin ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
QISALTMA VƏ AKRONİMLƏR
PROSEDUR
FAKTLAR
A. İşin halları
1. Cənab Azhar Sabah Jaloudun ölümü
2. Istintaq
3. Daxili proses
B. insidentdə istifadə edilən silahlar
1. Diemaco C7A1
2. Kalaşnikov AK-47
C. İraqdakı Niderland hərbi iştirakı
1. Umimi tarixçə
2. Parlamentin Aşağı Palatasına məktub
3. Krallıq Hərbi Polisinin Iraqda fəaliyyəti
D. Niderlandın SFIR personalına təlimatlar
1. SFIR komandirlərinin məlumat kitabçası (aide-mémoire)
2. SFIR əsgərinin kartı
E. Krallıq Hərbi Polis Birliyi
F. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatası
G. Müvafiq daxili hüquq və proses
1. Niderland Krallığının Konstitusiyası
2. Cinayət Məcəlləsi (Wetboek van Strafrecht)
3. Hərbi Cinayət Məcəlləsi (Wetboek van Militair Strafrecht)
4. Hərbi Cinayət Prosessual Məcəlləsi (Wet Militaire Strafrechtspraak)
5. Cinayət Prosessual Məcəlləsi (Wetboek van Strafvordering)
H. Müvafiq daxili məhkəmə təcrübəsi
1. Eric O. işi
2. Mustafić və Nuhanović işləri
I. Digər daxili sənədlər
1. Hərbi cinayət prosesinin xaricdəki əməliyyatlara tətbiqi ilə bağlı dəyərləndirmə hesabatı
2. Van den Berg Komitəsinin hesabatı
3. Yekun dəyərləndirmə hesabatı
J. Müvafiq Beynəlxalq hüquq
1. Haaqa Qaydaları
2. Dördüncü Cenevrə Konvensiyası
3. BMT Təhlükəsizlik Şurasının Qətnamələri
4. Beynəlxalq Ədalət Məhkəməsinin təcrübəsi
5. Beynlxalq Hüquq Komissiyasının Dövlətlərin Məsuliyyəti haqqında Maddələri
K. Iraqın işğalı ilə bağlı sənədlər
1. Müvəqqəti Koalisiya Hakimiyyəti barədə Əmr no. 28
2. MND (SE) (Multinational Division, South East – Çoxmillətli Diviziya, Cənub-Şərq) Anlaşma Memorandumu
3. MND (C-S) (Multinational Division, Central-South - Çoxmillətli Diviziya, Mərkəz-Cənub) Anlaşma Memorandumu
ŞİKAYƏTLƏR
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Qəbuledilənlik
1. Hökumətin ilkin etirazı
2. Qəbuledilənliklə bağlı nəticə
B. Yurisdiksiya
1. Məhkəmə qarşısında arqumentlər
2. Məhkəmənin dəyərləndirməsi
C. Maddə 2 altında istintaq öhdəliyinin iddia edilən pozuntusu
1. Məhkəmə qarşısında arqumentlər
2. Məhkəmənin dəyərləndirməsi
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
A. Ziyan
B. Xərc və məsrəflər
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ
QISALTMA VƏ AKRONİMLƏR
ƏMS
Area of operational responsibility (əməliyyat məsuliyyəti zonası)
CD-ROM
Compact disc, read-only memory (CD-ROM)
CENTCOM
American Central Command (Amerikan Mərkəzi Komandanlığı)
CFLCC
Coalition Forces Land Component Commander (Koalisiya Qüvvələri Yer Komponenti Komandiri)
MKH
Coalition Provisional Authority (Müvəqqəti Koalisiya Hakimiyyəti)
DARIO
Draft Maddəs on the Responsibility of International Organisations (International Law Commission) (Beynəlxalq Hüquq Komitəsi Beynəlxalq Təşkilatların Məsuliyyəti haqqında Layihə Maddələri)
DR
European Commission of Human Rights, Decisions and Reports, (Avropa İnsan Hüquqları Komissiyası, Qərarlar və hesabatlar)
ECHR
European Court of Human Rights, Reports of Judgments and Decisions (1999-present) (Avropa İnsan Hüquqları Məhkəməsi, Qərar və Qərardalar Hesabatı, 1999-)
EUR
Euro (currency) – Avro (valyuta)
GC
Grand Chamber (Böyük Palata)
GST
Government support teams (Hökumət dəstək komandaları)
I.C.J.
International Court of Justice (Beynəlxalq Ədalət Məhkəməsi)
ICDC
Iraqi Civil Defence Corps (İraq Mülki Müdafiə Korpusu)
LJN
Landelijk Jurisprudentienummer (National Jurisprudence Number, Netherlands- Niderland Milli məhkəmə təcrübəsi Nömrəsi)
LOC
Lines of communication (Kommunikasiya xətləri)
loc. cit.
loco citato
MND (C-S)
Multinational Division, Central-South (Çoxmillətli Diviziya, Mərkəz-Cənub)
MND (SE)
Multinational Division, South-East (Çoxmillətli Diviziya, Cənub-Şərq
MoU, MOU
Anlaşma Memorandumu
NATO
North Atlantic Treaty Organization (Şimali Atlantika Müqaviləsi Təşkilatı)
PJCC
Provisional Joint Coordination Center (emergency and local Governmental services in Iraq) – Müvəqqəti Birgə Koordinasiya Mərkəzi (İraqda təcili və yerli Hökumət Xidmətləri )
POD
Port of disembarkation – Boşaltma Portu
Reports
European Court of Human Rights, Reports of Judgments and Decisions (1996-1998) - (Avropa İnsan Hüquqları Məhkəməsi, Qərar və Qərardalar Hesabatı, 1996-1998)
RoE, ÖQ
Rules of Engagement – Öhdəlik Qaydaları
SFIR
Stabilization Force in Iraq – İraq Stabilləşmə Qüvvələri
UK
United Kingdom of Great Britain and Northern Ireland (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı)
UNPROFOR
United Nations Protection Force (Bosnia and Herzegovina 1992-1995) – BMT Müdafiə Qüvvələri (Bosniya və herseqovina 1992-1995)
UNSC
United Nations Security Council – BMT Təhlükəsizlik Şurası
UNSCR
United Nations Security Council Resolution- BMT Təhlükəsizlik Şurası Qətnaməsi
US, USA
United States of America – ABŞ
VCP
Vehicle checkpoint – avtomobil yoxlama məntəqəsi
Jaloud Niderlanda qarşı işində ,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, Sədr,
Josep Casadevall,
Guido Raimondi,
Ineta Ziemele,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Elisabeth Steiner,
Alvina Gyulumyan,
Ján Šikuta,
Päivi Hirvelä,
Luis López Guerra,
András Sajó,
Zdravka Kalaydjieva,
Aleš Pejchal,
Johannes Silvis,
Valeriu Griţco,
Iulia Antoanella Motoc, hakimlər,
və Katib Müavini Michael O’Boyledən ibarət tərkibdə,
19 fevral 2014 və 10 sentyabr 2014-cü il tarixlərində qapalı məşvərət keçirərək,
Sonuncu tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. Iş İraq vətəndaşı Sabah Jaloud (“ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Niderland Krallığına qarşı 6 oktyabr 2008-ci ildə göndərilə ərizə ilə başlamışdır.
2. Ərizəçi Amsterdamda fəaliyyət göstərən hüquqşünaslar Xanım L. Zegveld və Cənab A.W. Eikelboom tərəfindən təmsil olunmuşdur. Niderland Hökuməti (“Hökumət”) öz Agenti, Xarici İşlər Nazirliyindən Cənab R.A.A. Böcker tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi xüsusilə iddia edir ki, Konvensiyanın 2-ci Maddəsinin pozuntusu baş vermişdir, çünki oğlu Cənab Azhar Sabah Jaloudun ölümü ilə bağlı istintaq adekvat olmamışdır.
4. 6 dekabr 2011-ci ildə ərizə Hökumətə kommunikasiya edilmişdir.
5. 9 iyul 2013-cü ildə Üçüncü Seksiyanın Josep Casadevall (Sədr) Alvina Gyulumyan, Corneliu Bîrsan, Ján Šikuta, Luis López Guerra, Kristina Pardalos, Johannes Silvis (hakimlər) və Santiago Quesadadan (Seksiya Katibi) ibarət Platası öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etmiş və tərəflərnd heç biri buna etiraz etməmişdir (Maddə 30, Konvensiya və Maddə 72, Məhkəmə Reqlamenti).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4 və 5-ci paraqraflarına və Məhkəmə Reqlamentinin 24-cü maddəsinə əsasən müəyyən edilmişdir. Sonradan Elisabeth Steiner (ehtiyat hakim) işin sonrakı araşdırılmasında iştirak edə bilməyən hakim Pardalosu əvəz etmişdir.
7. Ərizəçi və Hökumət yazılı müşahidələrini göndərmişlər. Bundan əlavə, üçüncü tərəf şərhləri qismində, prosesdə iştirakına Sədr tərəfindən icazə verilən Böyük Britaniya Hökumətinin şərhləri alınmışdır (Maddə 36 § 2, Konvensiya və Maddə 44 § 2, Məhkəmə Reqlamenti). Müdaxilə edən Hökumət öz Agenti Xarici İşlər Nazirliyindən Xanım R. Tomlinson tərəfindən təmsil edilmişdir.
8. Məhkəmə dinləməsi 19 fevral 2014-cü ildə Strazburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (Maddə 59 § 3 Məhkəmə Reqlamenti).
Məhkəmə dinləməsində iştirak etmişlər:
(a) Cavabdeh Hökumət adından:
CənabR. Böcker, Xarici İşlər Nazirliyi,Agent,
DrM. Kuijer, Təhlükəsizlik və Ədliyyə Nazirliyi,Məsləhətçi,
Cənab B. van Hoek, Prokurorluq,Məsləhətçi,
Comandir H. Warnar, Müdafiə Nazirliyi, Hərbçi personal Məsləhətçi;
(b) Ərizəçi adından:
Xanım L. Zegveld, Hüquqşünas,
Cənab A.W. Eikelboom,Hüquqşünas;
(c) Üçüncü Tərəf-Dövlət: Böyük Britaniya Hökumət
Xanım R. Tomlinson, Xarici İşlər Nazirliyi,Agent,
Cənab J. Eadie QC,Hüquqşünas,
Cənab J. Benson, Xarici İşlər Nazirliyi,Məsləhətçi,
Xanım M. Addis, Xarici İşlər Nazirliyi,Müşahidəçi.
Məhkəmə Cənab Böcker, Cənab Eikelboom, Xanım Zegveld və Cənab Eadienin çıxışlarını və onlara ünvanladığı suallara cavablarını dinləmişdir.
THE FACTS
9. Ərizəçi, Cənab Sabah Jaloud 1943-cü ildə anadan olmuş İraq vətəndaşıdır və İraqda, An-Nasiryahda yaşayır. O, 21 aprel 2004-cü ildə, iyirmi doqquz yaşında ölmüş Cənab Azhar Sabah Jaloudun atasıdır.
A. İşin halları
1. Cənab Azhar Sabah Jaloudun ölümü
10. 21 aprel 2004-cü il tarixdə, səhər saat 02:12 radələrində, cənub-şərqi İraqın Al‑Muthanna əyalətinin Ar Rumaytah qəsəbəsinin şimalında yerləşən “Jackson” əsas təchizat yolunda naməlum bir avtomobil “B-13” adlanan avtomobil yoxlama məntəqəsinə (VCP) yaxınlaşmışdır. Avtomobil yavaşlamış və dönmüşdür. Avtomobilin içərisindən İraq Mülki Müdafiə Korpusunun (ICDC) üzvləri olan və VCP-ni mühafizə edən heyətə atəş açılmışdır. Mühafizəçilər də cavab atəşi açmışlar. Heç kim xəsarət almamışdır; avtomobil uzaqlaşmış və qaranlıqda gözdən itmişdir.
11. Yoxlama məntəqəsinin komandiri tərəfindən çağırılmış və Leytenant A.-nın rəhbərlik etdiyi altı Niderland əsgərinin patrulu olan ICDC serjantı Hussam Saad səhər saat 02:30 radələrində hadisə yerinə gəlmişdir.
12. Təqribən on beş dəqiqə sonra mersedes markalı bir avtomobil şürətlə VCP-yə yaxınlaşmışdır. Avtomobil yoxlama məntəqəsini qurmaq üçün yolun ortasında düzülmüş bir neçə çəlləkdən birinə dəymiş, lakin irəliləməyə davam etmişdir. Avtomobilə atəşə tutulmuşdur: Leytenant A. Diemaco hücum tüfəngindən 28 dəfə atəş açmışdır; ICDC-nin Kalaşnikov AK-47 avtomat silahları ilə silahlanmış bir və ya bir neçə üzvü tərəfindən də atəş açılmış ola bilər (bax: aşağıdakı 21 və 49-52 paraqrafları). Bundan sonra sürücü avtomobili saxlamışdır.
13. Avtomobilin ön sərnişin oturacağında ərizəçinin oğlu Cənab Azhar Sabah Jaloud olmuşdur. O, sinəsi daxil olmaqla, bir neçə nahiyəsindən vurulmuşdur. Niderland əsgərləri onu avtomobildən çıxartmış və ilk yardın göstərməyə çalışmışlar. Buna baxmayaraq, Cənab Azhar Sabah Jaloud ölmüşdur. İnsidentdən bir saat sonra onun ölməsi faktı elan edilmişdir.
14. Cəsədin üzərində rentgen müayinəsinə aparılmışdır. Müayinənin nəticələri onun sinəsində və digər nahiyələrində metal hissəcikləri olduğunu müəyyən etmişdir.
15. İraqlı bir həkim tərəfindən otopsiya keçirilmiş və ərəbcə qısa hesabat tərtib edilmişdir. Cəsəddə güllə formalı metal hissəciklər aşkar olunmuşdur.
16. Güllə və ya güllələrin kimin tərəfindən və hansı silahdan atıldığı müəyyən edilməmişdir.
2. İstintaq
a. İstintaqın başlanması
17. As-Samavah bölüyünün Birinci Dərəcəli Serjantı (wachtmeester 1e klasse) Krallıq Hərbi Polis Birliyinin (Koninklijke marechaussee) Schellingerhoutunun rəsmi qeydləri göstərir ki, səhər saat 03:25-də batalyonun əməliyyat otağından atışma hadisəsini qeydə alan telefon zəngi daxil olmuşdur. Avtomobil VCP-yə çırpılmışdır. Niderland və İraq silahlı qüvvələri tərəfindən atəş açılmışdır və avtomobilin sürücüsü yaralanmışdır. O, xəstəxanaya aparılmışdır. Krallıq Hərbi Polis Birliyindən hadisəni araşdırmaq tələb edilmişdir.
18. Krallıq Hərbi Polisinin yeddi nəfərdən ibarət növbətçi qrupu (piketgroep) bir tərcüməçinin müşayəti ilə səhər saat 03:50-də çıxmış və səhər saat 04:50 radələrində hadisə yerinə çatmışdır. Krallıq Hərbi Polisinin serjantları Birinci Dərəcəli Broekman və Van Laar səhər saat 5-də sübutların təhlükəsizliyini təmin etməyə başlamışlar. Bundan əlavə səhər saat 5-də Krallıq Hərbi Polis Birliyinin Haqadakı heyəti və Arnhem Regional Məhkəməsinin (rechtbank) dövlət ittihamçısı hadisə barədə məlumatlandırılmışlar.
b. Cəsədin, avtomobilin və leytinanat A ilə ICDC serjantı Hussam Saadın şəxsi silahlarının götürülməsi
19. Cəsəd Krallıq Hərbi Polisinin miçmanı (adjudant-onderofficier) Kortman tərəfindən səhər saat 07:30 götürülmüş və Camp Smitty-dəki səyyar xəstəxanaya aparılmışdır. Saat 11:45-də, yerli məhkəmə tərəfindən yazılı icazə verildikdən sonra, cəsəd As-Samavah-dakı Ümumi Xəstəxanaya aparılmışdır. Bir iraqlı həkim tərəfindən heç bir polis şahidliyi olmadan otopsiya aparılmışdır.
20. Mersedes markalı avtomobil saat 5:10 radələrində miçman Kortman tərəfindən götürülərək, Camp Smitty-yə aparılmışdır.
21. Saat 7:50 radələrində birinci dərəcəli serjant Schellingerhout serjant Hussam Saada məxsus Kalaşnikov AK-47 avtomat silahını; saat 11.55 radələrində isə Leytenant A-nın Diemaco C7A1 silahını götürmüşdür. Daha sonra hər iki silah etiketlənmiş və Arnhem dövlət ittihamçısının sərəncamına verilmişdir.
c. Krallıq Hərbi Polisinin zabitlərinin verdiyi ifadələr
22. Ölkədaxili proseslər zamanı istintaq və məhkəmə orqanlarına aşağıdakı ifadələr verilmişdir.
i. Cənab Davoud Joad Kathim
23. 21 aprel 2004-cü il tarixdə, səhər saat 5:05 radələrində, Krallıq Hərbi Polisinin miçmanı Mercx tərcüməçinin yardımı ilə mersedes markalı avtomobilin sürücüsü cənab Davoud Joad Kathimdən ifadə almışdır. Cənab Davoud Joad Kathim əvvəlki gecə sadəcə iki butulka pivə içdiyini etiraf etmiş və özünü sərxoş hesab etməmişdir. O bildirmişdir ki, yoxlama məntəqəsini görməmiş, gördükdən sonra isə vurduğu iki çəlləkdən yayınmaq üçün artıq çox gec olmuşdur. O vaxt qaranlıq olmuş və heç bir işıqlandırma olmamışdır. Yoxlama məntəqəsindən keçdiyi vaxtda onun avtomobili gözlənilmədən atəşə tutulmuşdur. Onun yoldaşı Cənab Azhar Sabah Jaloud güllə ilə vurulmuşdur; Cənab Davoud Joad Kathim yoldaşının öldüyünü dediyini eşitmişdir. Yoxlama məntəqəsi aydın şəkildə işarələnmədiyi üçün, o, şikayət etmək istəmişdir.
ii. ICDC Serjant Hussam Saad
24. 21 aprel 2004-cü il tarixdə, səhər saat 5:15-də, Krallıq Hərbi Polisinin Birinci Dərəcəli Serjantı Veerdenburg ICDC Serjantı Hussam Saaddan ifadə almışdır. Sonuncu bildirmişdir ki, səhər saat 2:20 radələrində bir avtomobildən atəş açılmasını qeydə almışdır; Leytenant A. təqribən səhər saat 2.30-da hadisə yerinə gəlmişdir. Serjant Hussam Saad Leytenant A, başqa bir Niderland əsgəri və tərcüməçi ilə birlikdə işlənmiş gilizləri axtarmağa getmişdir. O, qəflətən zərbə səsi eşitmiş və baxdıqda Ar Ruyaythah istiqamətindən yaxınlaşmaqda olan bir avtomobil görmüşdür. Avtomobil “dayan” əcənabinə baxmayaraq irəliləməyə davam etmişdir. Sonra o, yolun sol tərəfindən atəş səsi eşitmişdir. Lakin onun özü atəş açmamışdır.
iii. ICDC-nin digər heyət üzvləri
25. Birinci Dərəcəli Serjant Veerdenburg daha sonra digər iraqlı əsgərləri dindirmiş, lakin onlar səbatsız məlumatlar vermişlər.
iv. Cənab Valied Abd Al Hussain Madjied
26. 21 aprel 2004-cü il tarixdə, səhər saat 7 radələrində, Krallıq Hərbi Polisinin Serjantı Klinkenberg ICDC-də işləyən tərcüməçi cənab Valied Abd Al Hussain Madjieddən ifadə almışdır. Tərcüməçi iki yoxlama məntəqəsi arasında Leytenant A-nın patrulunu müşayət etmişdi. VCP B1.3 çatdıqdan və ICDC Serjantı Hussam Saad tərəfindən ilk atışma hadisəsi barədə məlumatlandırıldıqdan sonra o, Leytenant A. və digərləri ilə birlikdə işlənmiş gilizlərin axtarışında iştirak etmişdir. O, qəflətən çəlləklərin aşması səsi eşitmişdir, arxaya çevrildikdə, yaxınlaşmaqda olan bir avtomobil görmüşdür. O, “saxla, saxla, saxla” deyə qışmışdır, lakin avtomobil irəliləməyə davam etmişdir. Yolun əks tərəfindən, yəni onun dayandığı yerdən bir Niderland əsgəri avtomobilə atəş açmışdır. Avtomobil dayandıqdan sonra, o, avtomobildəki şəxslərə tərcümə etməklə yardım etmişdir. Sərnişinin sol qolu qana qəltan olmuşdu, sürücüdən isə spirtli içki qoxusu gəlmişdi.
v. Serjant Teunissen
27. 21 aprel 2004-cü il tarixdə, səhər saat 9:30 radələrində, Krallıq Hərbi Polisinin birinci dərəcəli serjantı Van Laar və serjant Klinkenberg piyada qüvvələri serjantı (serjant) Teunissendən ifadə almışdır. VCP B1.3-ə səhər saat 2-də çatdıqda, ona ICDC serjantı tərəfindən məlumat verilmişdir. O, öz Leytenantı, ICDC serjantı və tərcüməçi ilə birlikdə işlənmiş gilizləri axtarmaq üçün yol istiqamətinə getmişdir. VCP kabinindən təqribən 100 metr aralıda o, bir səsdən diksinərək, geriyə çevrilmişdir. O sürətlə VCP-yə daxil olan bir avtomobil görmüşdür; avtomobil VCP-ni keçdikdə o, VCP-dən atəş səsləri eşitmişdir. Onların dördü də özlərini müdafiə etmək üçün yerə uzanmışlar. Avtomobil onların olduğu yerə çatdıqda, atəş yolun digər tərəfindən, Leytenantın olduğu yerdən edilmişdir. O, “Atəşi dayandırın” deyə qışqırmışdır, lakin bu eşidilməmişdir. Atəş dayandıqda, avtomobil də dayanmışdır. Sərnişinin bədəninin aşağı hissəsi və sol çiyni qanamaqda olmuşdur. Serjant Teunissen və sıravi Finkelnberg onu avtomobildən çıxartmış, yerə uzandırmış və yaralarını sarımışlar. Həkim qeyri-mümkünlüyünü bildirənə qədər o və Leytenant A. sərnişini həyata qaytarmağa çalışmışlar.
vi. Leytenant A.-nın ilk ifadəsi
28. 21 aprel 2004-cü ildə, səhər saat 11.15 radələrində, Krallıq Hərbi Polisinin birinci dərəcəli serjantları Broekman and Van Laar zəmanət altında olan Leytenant A.-nı dinləmişdir. Leytenant A. bildirmişdir ki, o, biri Ar-Rumaythahın şimalındakı Jackson yolunda yerləşən VCP B1.3 olmaqla, iki avtomobil yoxlama məntəqəsindən məsul olmuşdur. Birinci atışma hadisəsi qeydə alındıqdan sonra, o, VCP B1.3-ə səhər saar 2.30 radələrində gəlmişdir; O, serjant Teunissen və ICDC serjantı ilə birlikdə əraziyə baxış keçirməyə çıxmaq istəmişdir. Səhər saat 2.45 radələrində o, bir səsə diksinmişdir. Arxasına baxdıqda o, yaxınlaşmaqda olan iki parıltılı avtomobil farası görmüşdür. Avtomobil istiqamətindən atəş açılmağa başlanmışdır; bunu eşitdikdə o, özünü qorumaq üçün yolun kənarında yerə uzanmışdır. O, atəşin avtomobilin içindən açıldığına düşünmüşdür. Avtomobil onun yanına çatdıqda o, silahını qaldırmış; yanından keçdikdən sonra isə, arxasından atəş açmağa başlamışdır. O, nişan almaqla 28 güllə atmışdır. O, ilk olaraq özünə atəş açılması ilə yaranmış təhlükəyə cavab vermişdir. O, silahın güllə darağını tamamilə istifadə edərək, 28 dəfə atəş açmış; bu, təxminən yeddi saniyə çəkmişdir. Sərnişin yaralanmış, o və serjant Teunissen, yardım gələnə qədər, sərnişini həyata qaytarmağa çalışmışlar. O vaxtda, sərnişinin nəbz atışı yox idi. Bir az keçdikdən sonra isə, bölük komandiri gəlmişdir; Leytenant A. onu məlumatlandırmışdır.
vii. Sıravi Finkelnberg
29. 23 aprel 2004-cü ildə, saat 13.50 radələrində, Krallıq Hərbi Polisinin miçmanı Kortman və birinci dərəcəli serjant Broekman sıravi Finkelnberg-dən ifadə almışlar. 21 aprel 2004-cü ildə səhər saat 2:00 radələrində o, başqalarından əlavə Leytenant A. və serjant Teunissen ilə birlikdə VCP B1.4-yə gəlmişdir və orada ICDC serjantı Leytenant A.-ya VCP B1.3-də atışma hadisəsi baş verdiyini məruzə etmişdir. Patrul bu səbəblə yoxlama məntəqəsinə getmiş və səhər saat 2.30-da oaraya çatmışdır. Leytenant A., serjant Teunissen, ICDC serjantı və tərcüməçi yolun üstündə işlənmiş gilizləri axtarmaq üçün Hamzanın olduğu tərəfə getmişlər. Tünd rəngli bir avtomobil yüksək sürətlə yaxınlaşmış və yoldakı bəzi çəlləkləri vuraraq, onun yanından keçmişdir. O, öz durbini vasitəsilə, Leytenant A.-nın yolun sol tərəfinə doğru müdafiə olunduğunu, yolun sol tərəfində bir neçə silahdan lüləsindən çıxan atəş qığılcımlarını görmüş və həmin istiqamətdən atəş səsləri eşitmişdir. Atışma tək-tək atəş açılması şəklində olmuşdur. Müəyyən vaxtdan sonra o, avtomobilin dayandığını görmüşdür. Atəş açıldığı vaxtda, o, serjant Teunissenin “Atəşi dayandırın” deyə qışqırdığını eşitmişdir. O, avtomobilin yanına getmiş və sərnişinin paltarlarını kəsib çıxartmışdır. Serjant Teunissen ilk yardım göstərdiyi vaxta, o, avtomobildə silah olub-olmadığını yoxlamaq üçün axtarış aparmışdır. O, içində, demək olar ki boş olan bir spirtli içki butulkasının olduğu bir səyyar soyuducu tapmışdır. Sonra isə o, sərnişinin öldüyü elan edilənə qədər onu həyata qaytarmaq üçün serjant Teunissen və Leytenant A.-nin göstərdikləri cəhdlərdə iştirak etmişdir. O, Leytenant A.-nı öz heyət üzvləri yolun əks tərəfində ikən atəş açdığı və çox sayda atəş açdığı üçün və həmçinin ICDC-ni öz heyət üzvlərinin olduğu ümumi istiqamətə doğru atəş açdıqları üçün tənqid etmişdir.
viii. Süvari serjantı Quist
30. 23 aprel 2004-cü ildə, saat 13.50 radələrində, Krallıq Hərbi Polisinin serjant mayoru (opperwachtmeester) Volfs və birinci dərəcəli serjant Van Laar süvari serjantı (wachtmeester) Quistdən ifadə almışlar. 21 aprel 2004-cü ildə səhər saat 2 radələrində o, Leytenant A. və patrul bölüyünün serjant Teunissen-in rəhbərlik etdiyi digər üzvləri ilə birlikdə VCP B1.4-də olmuşdur. VCP B1.3-də atışma olmuşdur və onlar oraya getmişlər. Oraya çatdıqda, o, görmüşdür ki, heç bir ICDC üzvü yoxlama məntəqəsinə nəzarət etmir, lakin yoxlama məntəqəsi kabininin əks istiqamətində yolun sol tərəfində bir qrup şəxs vardır. Süvari serjantı Quist avtomobilini park etdikdən sonra, Leytenant A., serjant Teunissen, tərcüməçi Valied və ICDC serjantı şimal istiqamətinə işlənmiş gilizləri axtarmaq üçün getmişlər. Müəyyən vaxtdan sonra, o, Ar-Rumaythah istiqamətindən yüksək sürətlə yaxınlaşmaqda olan bir avtomobil görmüşdür; Avtomobil yoxlama məntəqəsinə çatdıqda, oraya qoyulmuş bəzi çəlləklərə və ya qaya parçalarına dəymişdir. O, ICDC üzvlərinin olduğu yerdən avtomat silahından atılan atəş səsləri eşitmiş, sonra isə atəş dayanmışdır. Ondan təqribən 100 metr məsafədən də atəş açılmışdır, lakin bu atəşi kimin açdığını müəyyən edə bilməmişdir. O, müxtəlif növ silahlardan atəş açıldığını düşünmüşdür. O, avtomobilin 50 metr aralıda dayandığını görmüşdür. O, vəziyyətə dair akt tərtib etmişdir. O, Leytenant A. ilə serjant Teunissenin zərərçəkmişi həyata qaytarmağa çalışdıqlarını görmüşdür.
ix. Leytenant A., ikinci ifadə
31. 23 aprel 2004-cü ildə, saat 3.35 radələrində, Krallıq Hərbi Polisinin birinci dərəcəli serjantı Broekman və miçman Kortman Leytenant A.-dan ikinci ifadə almışlar. Sonuncu bildirmişdir ki, sonuncu dəfə ICDC serjantını görəndə, o, yoxlama məntəqəsində AK-47 silahı (klungelen) ilə oynayırdı. Leytenant A. serjanta demişdir ki, silahı ona yönəltməsin. O, atəş açılması hadisəsi ilə bağlı bildirmişdir ki, yanlış xatırlamırsa, o, yolun hamar hissəsində yerə uzanmışdır; ayaq üstə vəziyyətdən atəş açmamışdır. O, avtomobildəki yaralanmış sərnişinə ağızdan-ağıza süni nəfəz vermişdir və ondan spirtli içki qoxusu gəldiyini xatırlamışdır. ICDC-nin bölük komandiri ona, silahlarından atəş açmış ICDC personalının və onların hər birinin atdığı güllə sayının siyahısını vermiş və sursatın yenilənməsini xahiş etmişdir.
d. Digər təhqiqat hesabatları
i. Mersedes avtomobilinin yoxlanılması
32. 22 aprel 2004-cü ildə Krallıq Hərbi Polisinin miçmanı Voorthuijzen və serjant Heijden, miçman Kortmanın bir gün əvvəl götürdüyü avtomobildə yoxlanış keçirmişlər. Avtomobil qara rəngli Mersedes Benz 320 E AMG olmuşdur. Avtomobilin ərəb əlifbasında qeyd olunmuş qara nöcənabə nişanları olmuşdur; bu nişanlar aşkar şəkildə latın əlifbasında olan hərflər və rəqəmlərlə qeyd olunmuş ağ nöcənabə nişanlarının üzərinə yapışdırılmışdır. Avtomobildə yüksək sürətlə kənar maneələrə dəyməkdən irəli gələn xətər olmuşdur. Arxa şüşəsi qırılmışdır. Avtomobilin arxa hissəsində, gövdəsinin sağ və sol tərəflərində və oturacaqlarında dəliklər aşkar edilmişdir. Ayrı-ayrı yerlərdə metal hissəcikləri tapılmışdır; onlardan güllə olduğu müəyyən olunan biri aşkar şəkildə sərnişin oturacağının dəlib keçmişdir. Belə bir nəticəyə gəlinmişdir ki, avtomobilə hər iki tərəfdən – həm sol, həm də sağ tərəfdən – atəş açılmışdır; sol tərəfdən 6 mm-dən az kalibrdə güllə atan silahdan, sağ tərəfdən isə 6 mm-dən çox kalibrdə güllə atan silahdan. Lakin açılmış atəşlərin avtomobilə nəzərən bucaqları müəyyən edilə bilməmişdir.
ii. Rentgen və fotoşəkillər
33. 9 may 2004-cü ildə Krallıq Hərbi Polisinin miçmanı Voorthuijzen ilə Serjant Klinkenberg Azhar Sabah Jaloudun rentgen nəticələri qeyd olunmuş kompakt diski əldə etmişlər. Nəticələr onun döş qəfəsinin sol tərəfində, sol budunun yuxarı hissəsində və sol qolunun aşağı hissəsində metal hissəciklərinin olduğunu göstərmişdir. Bu rentgenlər Al-Muthanna əyalətinin As-Samavah şəhərində yerləşən Camp Smitty-nin rengten mütəxəssisi miçman Dalinga tərəfindən çəkilmişdir.
34. Faylda yuxarıda qeyd olunmuş rentgen nəticələrinin və fotoşəkillərin surətləri vardır. Onların hər biri miçman Kortman tərəfindən rəsmi hesabata da daxil edilmiş izahlarla müşayət olunur. Fotoşəkillərdə isə, bəziləri gündüz vaxtı, bəziləri isə görünüşə görə gecə vaxtı çəkilmiş, yolun və yoxlama məntəqəsi ərazisinin təsvirləri vardır. Fotoşəkillərin bəzilərində yerdə olan yenicə istifadə olunmuş və bir-birinə yaxın olan giliz topaları təsvir olunmuşdur ki, onların da bəzilərinin 7x39mm (Kalaşnikov AK-47 avtomat silahından atılmış)[1] kalibrli gilizlər, bəzilərinin isə 5.56x45mm (Diemaco C7A1 silahından atılmış) kalibrli gilizlər olduğu izah olunmuşdur. Digər fotoşəkillərdə isə qolundan, bədənin arxa hissəsinin yuxarı sol nahiyəsi və arxa çanaq nahiyəsinin sağ tərəfindən yaralanmış kişi cəsədi təsvir olunmuşdur. Başqa şəkillərdə isə tünd rəngli Mersedes markalı avtomobil təsvir olunmuşdur; təfərrüatlarda avtomobilin gövdəsindəki və döşəməsindəki güllə deşiklərinə bənzər deşiklər qeyd olunmuşdur.
iii. ICDC Leytenant Polkovniki Avadu Kareem Hadinin hesabatı
35. 22 aprel 2004-cü ildə ICDC Leytenant Polkovniki Avadu Kareem Hadi, 603 saylı ICDC Batalyonunun komandiri, İraq polisinin baş qərargahına öz batalyonunun baş qərargahından hesabat göndərmişdir. Hesabatda aşağıdakılar qeyd olunmuşdur (Ərizəçi tərəfindən təqdim olunmuş ərəb dilindən ingilis dilinə təqribi və əlyasızı ilə yazılmış tərcümə):
“20/04/2004 tarixində baş vermiş qəzanın təfsilatları və birinci batalyondan (Ar-Rumaytha) gəlmiş məlumatlar; təfsilatlar aşağıdakılardır:
20/04/2004 tarixindən [sic – sitat olduğu kimi səhv saxlanmışdır] (gecə yarısından sonra saat 21.05-də [sic – sitat olduğu kimi səhv saxlanmışdır]) (Al Hamza-dan) (Al Nassiriya istiqamətinə gələn) (Mersedes markalı) avtomobil yoxlama məntəqəsi ərazisinə çatmış, lakin dayanmamış və yoxlama məntəqəsindəki maneələrə çırpılmışdır; o, ehtiyatsız olmuşdur; əsgərlər ona qışqıraraq, avtomobili saxlamağı əcənab etmişlər, lakin o, saxlamamış və irəliləməyə davam etmişdir; sonra isə Niderland əsgərləri başqa bir çıxış yolunun olmadığını görüb, ona atəş açmağa başlamışlar və nəticədə bir nəfər ([Azhar Sabah Jaloud]) yaralanmışdır; sonra o ölmüşdür; o, sürücünün yanında əyləşmişdi.
Hörmətlə,
[imza] Leytenant polkovnik Avadu Kareem Hadi
Surəti / PJCC-yə”
iv. Metal hissəcikləri
36. Krallıq Hərbi Polisinin miçmanı Voorthuizenin 21 iyun 2004-cü il tarixli rəsmi hesabatında göstərilmişdir ki, 2 iyun 2004-cü ildə qəbul edilmiş, ərəb dilində olan və tərcüməçi tərəfindən şifahi olaraq tərcümə olunmuş, sənədin Bağdad polisi tərəfindən verilmiş hesabat olduğu müəyyən olunmuşdur. Hesabatda göstərilmişdir ki, Al‑Muthanna polisinin tələbi ilə Bağdadda üç metal hissəcik hansı sursata aid olduğunun və hansı silahdan atıldığının müəyyən edilməsi məqsədilə tədqiq edilmiş, lakin metal hissəciklərin sayı az olduğundan onların mənşəyi müəyyə edilə bilməmişdir. Ərəb dilində olan sənədin bir surəti miçman Voorthuijzenin hesabatına əlavə edilmişdir. Metal hissəciklərin kimin nəzarətinə verildiyi və harada saxlandığı qeyd olunmamışdır.
e. İraqlılar tərəfindən hazırlanmış sənəd
37. 21 aprel 2004-cü ildə Mersedes markalı avtomobilin sürücüsü cənab Davoud Joad Kathim avtomobilinə atəş açmış hərbiçilərə qarşı İraq polisinə şikayət ünvanlamışdır. Yazılı surətdə təqdim olunmuş ifadəsindən göründüyü kimi cənab Davoud Joad Kathim atəş açmış xarici hərbiçilərin Niderland yox, Polşa hərbiçiləri olduğunu zənn etmişdir. Cənab Davoud Joad Kathim həmçinin qeyd etmişdir ki, tərcüməçi ona bütün atəşlərin ICDC tərəfindən açıldığını yazmasını demişdir, halbuki o, əslində ICDC üzvləri tərəfindən atəş açıldığını görməmişdir.
f. ICDC üzvlərindən alınmış ifadələrin qeyd olunduğu əlavə hesabat
38. Palatanın öz yurisdiksiyasından Böyük Palata lehinə imtina etməsindən sonra, Hökumət ICDC üzvlərindən alınmış aşağıdakı ifadələrin rəsmi qeydini təqdim etmişdir. Aşağıdakı, ərizəçi tərəfindən sonradan təqdim olunmuş, rəsmi tərcümədir:
“Adı: A Saad Mossah
Silah nömrəsi: GL 5574
Sursat: 4 X 30 patonları
‘İkinci hadisə vaxtı mən tam təhlükəsizlik vəziyyəti alaraq yerə uzanmışdım. Gördüm ki, Ar Rumaytha istiqamətindən yoxlama məntəqəsinə tərəf bir avtomobil yüksək sürətlə gəlir. Gördüm ki, avtomobil yoxlama məntəqəsindəki iki silindrə dəydi və sadəcə olaraq irəliləməyə davam etdi. Komandirim [ICDC Serjantı Hussam Saad] tərcüməçi və iki Niderland əsgəri ilə birlikdə irəli addımladılar, sonra isə çox sayda atəş açıldığını eşitdim. Mən özüm heç atəş açmadım. Sizə bunlardan əlavə heç nə deyə bilmərəm.’
Adı: Haider Shareef
Silah nömrəsi: UE 0481 1984
Sursat: cəmi 4 patron darağı və 120 patron
‘İlk hadisə barədə sizə heç nə deyə bilmərəm, çünki o vaxtı mən nəzarət kabinində yatırdım.
İkinci insident zamanı mən avtomobillərin yoxlama məntəqəsində dayanmışdım və bir Mersedes Benz markalı avtomobilin yoxlama məntəqəsinə tərəf gəldiyini gördüm. Mersedes Benzin iki neft çəlləyinə dəydiyini və Hamsa istiqamətinə getdiyini gördüm. Niderland əsgərlərinin « dayan, dayan » deyə qışqırdığını, sonra isə açılan atəş səslərini eşitdim. Bunlardan başqa heç nə görmədim, çünki mən nəzarət kabininin əks tərəfində olan kabinin arxasında dayanmışdım.’
TƏRCÜMƏÇİ
Adı: Valied Abd Al Hussain Madjied
Təvəllüdü: 25-10-1969 Kuveyt / Havalli
‘Biz saat 0:0-da başlamışdıq və avtomobillə patrul isiqamətinə getdik. Saat 01:30-dək orada olduq və sonra isə növbəti yoxlama məntəqəsinə tərəf getdik. Oraya çatdıqdan sonra yoxlama məntəqəsi komandiri dedi ki, əvvəlki yoxlama məntəqəsində atəş açılıb. Leytenant V. [güman ki, Leytenant A.] dedi ki, avtomobilə minməliyəm və biz yoxlama məntəqəsinə qayıtdıq. Oraya çatdıqda, hadisənin təfərrüatlarını soruşduq. Yoxlama məntəqəsi komandiri və ICDC üzvü serjant Hossam dedi ki, oranı tərk etdikdən sonra bir yük maşını orada dayanmış və onun sürücüsü Opel markalı bir avtomobilin onların arxasınca gəldiyini demişdir. Sonra isə Opel markalı avtomobil yaxınlaşmış və yoxlama məntəqəsinə 100 metr qalmış əks istiqamətə dönmüş və faralarını söndürmüşdür. Sonra isə, həmin avtomobildən yoxlama məntəqəsinə bir neçə dəfə atəş açıldı. Sonra isə Serjant Hussam Saad silahının hər birində 30 patron olan iki darağı bitənə qədər həmin avtomobilə atəş açdı. Serjant Hossamın əsgərləri də atəş açmışlar. Bu məruzəni eşitdikdən sonra mən Leytenant V. ilə birlikdə gilizləri axtarmağa getdim. Biz yoxlama məntəqəsinin yanından keçəndən sonra, mən yıxılam çəlləklərin səsini eşitdim. Arxaya çevrildikdə gördüm ki, bir avtomobil çəlləklərə dəymiş və bizə tərəf gəlməkdədir. İnanıram ki, avtomobil sürətlə hərəkət etmirdi. Avtomobilin istiqamətini dəyişdiyini gördüm. Mən ərəbcə və yüksək səslə “dayan, dayan, dayan” deyə qışqırdım, lakin avtomobil irəliləməyə davam etdi. Onun sərxoş olduğu məlum oldu və avtomobilin özünün tərəfindəki şüşəsini bağladı. Avtomobil keçib getdikdən sonra, atəş səsləri eşitdim. Sonra isə niderlandlı serjant mənə özümü qorumalı olduğumu dedi. Sonra isə həmin niderlandlı serjant yüksək səslə atəşi dayandırmaq əmri verdi. Mən də həmçinin I.C.D.C üzvləri istiqamətində həmin sözləri qışqırdım. Yolun əks tərəfində olan niderland əsgəri atəş açmağa davam edirdi. Hətta niderlandlı serjant atəşi dayandırmaq əmrini verdikdən sonra belə, o, atəşi dayandırmadı. Avtomobil dayandıqdan sonra, niderlandlı serjantın təlimatına əsasən mən, avtomobildəki şəxslərlə danışmağa çalışdım. Sürücüyə avtomobildən çıxmalı və yerə uzanmalı olduğunu dedim. O da bunu etdi. Mən ön oturacaqdakı sərnişinlə danışmağa başlayanda, sürücünün ön oturacaqdakı sərnişinin yaralandığını dediyini eşitdim. Sonra isə biz birbaşa avtomobilə yaxınlaşdıq və ön oturacaqdakı sərnişinin qapısını açdıq. Ön oturacaqdakı sərnişinin sol qolunun qan içində olduğunu gördüm. Sonra mən avtomobilinin sürücüsün yanına getdim və o, içki qəbul etməkdə olduqlarını və orada yoxlama məntəqəsinin olduğunu görmədiklərini dedi. Sürücüdən spirtli içki qoxusu gəldiyini hiss etdim. Avtomobil dayandığı vaxtda da atəş açılırdı, lakin bunları kimin atdığını bilmirəm. Biz birinci insidendə istifadə olunmuş gilizləri toplamağa gedəndə, hamı yoxlama məntəqəsindən uzaqlaşmışdı, yolda heç kim yox idi və ora qaranlıq idi. Yoxlama məntəqəsini göstərən heç bir işıq yox idi, yəni orada yoxlama məntəqəsi olduğu aydın görünmürdü. Düşünürəm ki, avtomobilə atəş açılması qəribə idi, çünki o anda heç bir atışma yox idi. Məncə, onlar xəbərdarlıq atəşi açmalı idilər, onda avtomobil də dayanardı. Onu da deyə bilərəm ki, birinci atışma hadisəsi zamanı atılmış gilizləri axtarışı zamanı, mən niderlandlı serjant və I.C.D.C serjantı ilə eyni tərəfdə addımlayırdım. Niderlandlı Leytenant isə digər tərəflə addımlayırdı. Arxamca daha neçə nəfərin addımladığını bilmirəm. Onu da deyə bilərəm ki, ikinci atışma insidenti zamanı avtomobildən yoxlama məntəqəsinə atəş açılıb-açılmadığını bilmirəm.’
21 aprel 2004-cü ildə, saat 05:15 radələrində ifadəsi alınmışdır:
Adı; Hussam Saad, bu şəxs SGT [serjant] və ICDC-in yerli CDT-sidir [komandan, komandir].
Silah nömrəsi: 84MD5596 və AK 47 İfadəsi alınan zaman silahlar boş olmuşdur.
Onun üzərində həmçinin 2 ədəd dolu patron darağı vardı (2x30 patron).
1 patron darağı boş idi.
‘Növbəm başlayanda üzərimdə 120 patron vardı. Saat 02:10 radələrində 60 patronu atəş açaraq istifadə etdim. Bu anda Al Hamza istiqamətindən bir avtomobil gəldi və Nəqliyyat Nəzarət Məntəqəsinə çatmamış dayandı. Avtomobilin işıqları söndürüldü və avtomobil yenidən Al Hamza istiqamətinə tərəf geriyə döndü. Atəş səsləri eşitdim və avtomobildən bayıra çıxan silah lülələrini gördüm. Mənə məxsus AK 47 ilə cavab atəşi açdım. Bu atışma hadisəsinin başlağıcında mənim mövqeyim nəzarət kabininin qarşısında idi. Atışçadan sonra mən üç əməkdaşımla birlikdə avtomobil istiqamətinə qaçdıq. Bu əməkdaşların adları belədir:
- Alla’a Adnan
- Mohammad Khazem
- Hameed Jaber.
Bu üç əməkdaş da atəş açmışdılar.
Saat 02:15 radələrində bu avtomobil birdən uzaqlaşdı.
Bundan sonra biz dərhal bazaya zəng elədik. Leytenant A. təqribən 20-25 dəqiqədən sonra bizim yanımıza gəldi. CDT, tərcüməçi, Leytenant A. və başqa bir şəxs gilziləri axtarmağa getdilər. Axtarış zamanı bir avtomobil Ruymaythah istiqamətindən Al Hamza istiqamətinə tərəf Jackson əsas təchizat yolu ilə Nəqliyyat Nəzarət Məntəqəsinə yaxınlaşdı.
CDT yolun sağ tərəfində idi (Al Hamza istiqamətinə doğru baxırdı) və gilizləri axtarırdı. Leytenant A. isə yolun sol tərəfində idi və gilizləri axtarırdı (Al Hamza istiqamətinə doğru baxırdı).
Mən qəflətən sanki bir avtomobilin Nəqliyyat Nəzarət Məntəqəsindəki çəlləklərə çırpılması səsini eşitdim. Avtomobilin Al Hamza istiqamətində irəliləməyə davam etdiyini gördüm.
Biz qışqıraraq avtomobili dayandırmaq istədik. Sonra isə atış səsləri eşitdik. Mən atəş səslərini yolun sol tərəfindən (Al Hamza istiqamətinə doğru baxırdı) eşitdim. Mənim bildiyimə görə, həmin mersedes markalı avtomobildən atəş açılmamışdı. Niderland ordusunun əsgəri yolun sağ tərəfində dayanmışdı.
Mən özüm Mersedes markalı avtomobil istiqamətinə bir dəfə də olsun atəş açmamışam.’
21 aprel 2004-cü il saat təqribən 05:30-da ifadəsi alınmışdır;
Adı: Hameed Jaber
Silah nömrəsi: 84MD0596
Sursatı:
15 patrondan ibarət 1 patron darağı.
Hər birində 30 patron olan 2 patron darağı.
25 patrondan ibarət 1 patron darağı.
‘İkinci insident vaxtı mən nəzarət kabininin arxasında uzanmışdım. Ar Rumaytah mistiqamətindən bir avtomobilin yaxınlaşdığını gördüm və eşitdim. Bu avtomobil yoxlama məntəqəsindən yüksək sürətlə keçdi və çəlləklərə çırpıldı. Sonra isə atışma səsləri eşitdim. Bunlardan başqa heç nə bilmirəm. Mən birinci insident zamanı 15 patron atmışam.’
21 aprel 2004-cü il saat 6:15 radələrində ifadəsi alınmışdır:
Adı: Haider Mohsen
Silah nömrəsi: GB 4140
Sursatı: 4 patron darağı, hər daraqda 30 patron.
‘Birinci incident zamanı mən yatırdım. Nəzarət kabinində atəş açıldığı üçün bayıra çıxa bilmədim. Bayıra çıxanda Al Hamza istiqamətinə doğru uzaqlaşan bir avtomobil gördüm.
İkinci insident vaxtı mən yaxınlaşmaqda olan mersedes markalı bir avtomobil gördüm. Mən avtomobil yoxlama məntəqəsində (VCP) dayanmışdım. O anda 360 dərəcəli tam təhlükəsizlik vəziyyətində idik. Mersedes markalı avtomobilin neft çəlləklərinə çırpıldığını, sonra da yüksək sürətlə Al Hamza istiqamətinə doğru sürüb uzaqlaşmaqda olduğunu gördüm.
Niderland əsgərinin “dayan” deyə qışqırdığını eşitdim. Bununla belə, avtomobil dayanmadı.
Atəş səsləri eşitdim. Avtomobilin dayandığını eşitdim. Avtomobilin maqnitafonundan gələn səsləri eşidirdim. Maqnitafonun səsi çox yüksək idi. Bunlardan başqa heç nə görməmişəm.’
21 aprel 2004-cü il saat 06:00 radələrində ifadəsi alınmışdır:
Adı: Ali Hussein
Silah nömrəsi: S41297
Sursatı:
3 patron darağı, hər daraqda 30 patron.
26 patrondan ibarət 1 patron darağı.
‘İkinci insident zamanı mən tam təhlükəsizlik vəziyyətində yerdə uzanmışdım. Bir avtomobilin yüksək sürətlə avtomobil yoxlama məntəsindən (VCP) keçərək Al Hamza istiqamətinə irəlilədiyini gördüm. Niderland əsgərinin “dayan, dayan” deyə qışqırdığını eşitdim. Avtomobil Yoxlama Məntəqəsinin qarşısında öz əsgərlərimiz gəzişdiyinə görə atəş açmaq istəmədim.
Sonra atəş səsləri eşitdim. Birinci insident zamanı dörd dəfə atəş açmışdım. Onda nəzarət kabininin çölündə dayanmışdım.’
21 aprel 2004-cü il saat 05:45 radələrində ifadəsi alınmışdır:
Adı: Ahmed Ghaleb
Silah nömrəsi: S54469
Sursatı: 4x30 patron.
‘Birinci incident zamanı mən nəzarət kabinində yatırdım. O vaxt heç bir atəş açmamışam. İkinci insident zamanı isə mən nəzarət kabininin düz yanında tam təhlükəsizlik vəziyyətində yerdə uzanmışdım. Bir avtomobilin iki çəlləyə çırpıldığını gördüm. Həmin avtomobil sürətlə irəliləməyə davam edirdi (avtomobil aşkar şəkildə sürətini artırıdı). Sonra isə, Avtomobil Yoxlama Məntəqəsinin qarşısında atəş səsləri eşitdim. Başqa heç nə bilmirəm.’
Adı: Alaa A Dnan
Silah nömrəsi; 84 MD 0890
Sursat: 30 patrondan ibarət 3 patron darağı və 22 patrondan ibarət 1 patron darağı
‘Mən birinci insidentdə atəş açmışam. Bunlar atəş idilər. [sic – orijinalda olduğu kimi səhv saxlanılmışdır]
İkinci insident zamanı isə mən tam təhlükəsizlik vəziyyətində idim və yolun sol tərəfində yerdə uzanmışdım. Hamza istiqamətinə baxırdım. Mən [sic - orijinalda olduğu kimi səhv saxlanılmışdır] Ar Rumayta istiqamətindən bir avtomobil gəlir. Avtomobil nəqliyyat nəzarət məntəqəsindən keçib, bir neçə çəlləyə çırpıldı. Bundan sonra nə baş verdiyini görə bilmədim, lakin atəş səslərini eşitdim.’
Adı: Ilia MOHAMMED KHAZEM, 2-ci dərəcəli yefreytor
Silah nömrəsi: 84 MD 6151
Sursatı: Cəmi 120 patrondan ibarət 4 patron darağı
‘Mən dünən gecə bir dəfə də olsun atəş açmadım, çünki mənə belə bir əmr verilməmişdi. Mən nəqliyyat nəzarət məntəqəsində üzüm Hamza istiqamətinə doğru dayanmışdım. Bir qədər sonra bir avtomobilin bir neft çəlləyinə dəydiyini eşitdim. Avtomobil Hamza istiqamətinə tərəf irəliləməyə davam edirdi. Niderland əsgərlərinin çırpılan avtomobilin sürücüsünə dayan deyə qışqırdıqlarını eşitdim. Sonra isə atəş səsləri eşitdim. Mersedes markalı avtomobilin dayandığını görəndə, mən də o istiqamətə qaçdım. Yolun sol və sağ tərəflərində kimlərin dayandığını görmədim, çünki qaranlıq idi.
Murtada Khazaat
Yasser Abd Alaal
Ahmed Shaker
Ali Hussein
Yuxarıdakı şəxslər səhər saat 04:10 gəldilər’
Adı: SAHIB JASSIM
Silah nömrəsi: 84 MV 7435
Sursatı: Cəmi 120 patrondan ibarət 4 patron darağı
‘Birinci insident vaxtı mən Nəqliyyat Nəzarət Məntəqəsində dayanmışdım. Hamza istiqamətindən nəqliyya nəzarət məntəsəi tərəfə bir yük maşınının gəldiyini gördüm. Sürücü bir avtomobilin onun arxasınca gəldiyini dedi və əli ilə həmin avtomobili göstərdi. Yük maşınının sürücüsü avtomobilin Opel markalı olduğunu dedi. Bir müddət sonra həmin avtomobildən çox sayda atəş açıldı. Əməkdaşlarım buna qarşılıq verdilər və avtomobilə cavab atəşi açdılar. Sonra biz 360 dərəcə vəziyyətini aldıq, sonra isə avtomobil uzaqlaşmağa davam etdi.
İkinci insident zamanı isə mən nəqliyyat nəzarət məntəqəsində tam təhlükəsizlik vəziyyəti alaraq yerdə uzanmışdım. Ar Rumayta istiqamətindən gələn bir avtomobil gördüm. Avtomobil yüksək sürətlə irəliləyirdi, ona görə də bir neft çəlləyinə çırpıldı. Sonra isə avtomobil nəqliyyat məntəqəsini keçdi və bu vaxtda atəş səsləri eşitdim. Vəziyyəti daha çox izah edə biləcək başqa heç nə deyə bilmərəm.”
3. Yerli hüquqi proseslər
39. 8 yanvar 2007-ci ildə ərizəçinin nümayəndəsi, xanım Zegveld, Hərbi Palatanın registry vasitəsilə Arnhemin regional məhkəməsinə nəzdindəki dövlət prokurorluğuna Cənab Azhar Sabah Jaloudun birinci dərəcəli yaxını adından sorğu göndərmişdir. O, hüquqi prosesləri Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsi ilə (“Vetboek van Strafvordering”) (bax: aşağıda) əsaslandırmaq üçün, Cənab Azhar Sabah Jaloudun ölümü ilə bağlı aparılan istintaqın nəticələri və şübhəli şəxslərlə bağlı ittiham qərarları barədə məlumatlandırılmasını xahiş etmişdir.
40. Dövlət ittihamçısı 11 yanvar 2007-ci ildə cavab verərək bildirmişdir ki, istintaq 2004-cü ilin iyun ayında yekunlaşmışdır; Cənab Azhar Sabah Jaloud, güman ki (vermoedelijk), iraqlı əsgərlər tərəfindən atılmış güllə ilə vurulmuşdur; avtomobilə atəş açmış Niderland hərbiçisi özünü müdafiə etdiyini iddia etmək hüququna malik olmuşdur; və bu səbəblə heç bir Niderland hərbiçisi şübhəli şəxs olaraq müəyyən edilməmişdir.
41. 1 fevral 2007-ci ildə xanım Zegveld dövlət ittihamçısına sorğu göndərərək, digər tələblərlə birlikdə, Müdaxilə Qaydalarını və İraq dövlət orqanları tərəfindən aparılmış və cinayət işinə əlavə edilməli olan hər hansı təhqiqat hesabatlarını tələb etmişdir.
42. Dövlət ittihamçısı 14 fevraldə cavab verərək, xanım Zegveldin tələbini rədd etmişdir. O, Məhkəmənin 10 noyabr 2005-ci il tarixli və 52391/99 nömrəli Ramsahai və Başqaları Niderlanda qarşı işi üzrə Palata qərarına istinad edərək bildirmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsi üzrə prosedur “cinayət ittihamı”nın müəyyən edilməsini tələb etmədiyindən, Konvensiyanın 6-cı Maddəsi tətbiq olunmur və belə hallarda iş materiallarının əldə edilməsi ilə bağlı qaydalar adi cinayət proseslərində olduğundan fərqli olur.
43. 2 oktyabr 2007-ci ildə ərizəçi, nümayəndələri xanım Zegveld və cənab Pestmanın təmsilçiliyi ilə, Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən Leytenant A.-a qarşı cinayət təqibinin başladılması üçün Arnhem Appelyasiya Məhkəməsinə müraciət etmişdir. O, bildirmişdir ki, Cənab Azhar Sabah Jaloudun iraqlı əsgərlər tərəfindən atılmış güllə ilə öldürüldüyünü ehtimal etmək üçün heç bir əsas yoxdur; Leytenant A. tərəfindən atılmış atəşlərin sayı qeyri-adekvat güc tətbiqini əks etdirir; Leytenant A. xəbərdarlıq atəşi aça və serjant Teunissenin atəşi dayandırmaq əmrinə əməl edə bilməşdir; Cenevrə Konvensiyasının Birinci Əlavə Protokolunun 50-ci Maddəsinə əsasən, Cənab Azhar Sabah Jaloud, əksini sübut edən heç bir əlamət olmadığına görə, mülki şəxs hesab olunmalı idi və buna görə də ona nişan alınmış atəş açıla bilməzdi; və bütün hallarda Leytenant A. tərəfindən silahlı gücün istifadəsi lüzumsuz idi. O, həmçinin avtomobilin sürücüsünün İraq polisinə verdiyi ifadəyə də istinad etmişdir, belə ki, sürücüyə Niderland hərbçilərinin hadisədə iştirakı barədə danışmamaq tapşırılmışdır.
44. 28 yanvar 2008-ci ildə Arnhem Regional Məhkəməsinin baş dövlət ittihamçısı (hoofdofficier van justitie) Arnhem Appelyasiya Məhkəməsinin Baş vəkilinə (hoofdadvocaat-generaal), ərizəçinin tələbinin rəddini tövsiyə edən müraciət göndərmişdir. O, müraciətinə Leytenant A.-ya qarşı cinaytə təqibinə başlamamaq barədə (2004-cü ilin iyul ayında) qərar qəbul etmiş dövlət ittihamçısının ətraflı hesabatını da əlavə etmişdir. Dövlət ittihamçısının fikrincə, Leytenant A.-nın avtmobilə atəş açdığı qəbul edilməli olsa da, Leytenant A.-nın Cənab Azhar Sabah Jaloudun ölümünə səbəb olduğunu sübut etmək mümkün deyil; Bundan əlavə, əgər bu baş vermiş olsa belə, Leytenant A. haqlı olaraq hücuma məruz qaldığını düşünmüş və özünü müdafiə etməyə ehtiyac duymuşdur. Dövlət ittihamçısının hesabatında aşağıdakı mətn də qeyd edilmişdir:
“BMT TŞ-nin 1483 saylı Qətnaməsinə əsasən, ABŞ və Böyük Britaniyanın işğalçı dövlətlər kimi xüsusi məsuliyyətləri tanınmışdır. Böyük Britaniyadan fərqli olaraq, Niderland İraqda işğalçı dövlət hesab olunmur: SFIR Niderland üçün sülhməramlı əməliyyat (vredesoperatie) sayılır. Hökumətin baxışı belə olmuşdur ki, Niderland silahlı qüvvələrinin rolu cənubi İraqın onlara ayrılmış ərazisində Böyük Britaniyalılara dəstək verməklə məhdud qalsın (Parlamentin Aşağı Palatası, 2002-23, nömrə: 23432, nömrə: 16). SFIR tərəfindən funksional gücün istifadəsinin legitimləşdirilməsi “müharibə qanunlarından (ius in bello)” deyil, Təhlükəsizlik Şurasının mandatından, ona əsaslanan Öhdəlik Qaydalarından (ROE) və bundan irəli gələn güc istifadəsi barədə Niderland təlimat kartından irəli gəlir. Öhdəlik Qaydaları (ROE) müvafiq qaydanın əhatə dairəsinə düşən hər hansı şəxsə qarşı güc tətbiqi səlahiyyəti verir. Müvafiq olaraq, müəyyən hallarda belə şəxslər mülki şəxslər də ola bilər. Bu həmçinin – güc tətbiqi haqda təlimatın əks etdirdiyi kimi – təbii haqq olan özünü müdafiəyə də şamil olunur. Hiss edilən təhlükə ilə əlaqədar olaraq, təlimatlar və komandanlıq edən hərbçinin məqsədi, əsgərin güc tətbiq etmək səlahiyyətindən istifadə edib-etməməsi və, əgər edəcəksə, necə etməsi üçün həlledici faktorlar sayılır.”
45. Prokuror daha sonra iddia etmişdir ki, Konvensiyanın 2-ci maddəsinin prosedural pozuntusunun baş verdiyi hesab edilə bilməz, çünki Konvensiya İraqda Niderland silahlı qüvvələri üzərinə öhdəlik qoymur: Niderland qoşunları Iraqda səmərəli hakimiyyət həyata keçirmirdi.
46. 1 fevral 2008-ci ildə Arnhem Appelyasiya Məhkəməsi yanında Baş Vəkil, cinayət təqibinə başlamamaq qərarının əsaslı olması barədəki ilkin yazılı təqdimatlarını göndərmişdir. Niderland əsgəri, harda olmasından asılı olmayaraq, Niderlandın cinayət yurisdiksiyası altındadır. Bununla belə, BMT TŞ-nın 1483 saylı Qətnaməsində göstərilir ki, birgə əməliyyat aparan Dövlətlər işğalçı dövlət statusuna malik deyildi və silahlı münaqişə, Cənab Azhar Sabah Jaloudun ölümü zamanı artıq bitmişdi. Bundan əlavə, həmin zaman İraqda silahlı münaqişənin davam etdiyini ehtimal etsək belə, hadisənin baş verdiyi, silahlı münaqişə ilə əlaqəli olmayan şərait nəzərə alınarsa, Leytenant A.-nın müharibə cinayətləri qanunvericiliyi əsasında təqib edilməsi mümkün deyildir. Ümumi cinayət hüququna əsasən, Leytenant A.-nın özünü-müdafiəyə istinad etmək hüququ vardı. Bununla belə, hətta mühakimə qərarı olmadan belə, Niderland Dövləti, ex gratia pul kompensasiyasının verilməsinin müvafiq olduğu vəziyyətdə ola bilər.
47. Appelyasiya Məhkəməsi 18 mart 2008-ci ildə bir iclas keçirmişdir. Ərizəçinin nümayəndəsi, Xanım Zeugveld, Öhdəlik Qaydalarının və onlara əsaslanan müvafiq təlimatların surətlərinin və lazım olduqda, tərcümələrinin, İraq otopsiya hesabatının, Cənab Davud Joad Kathimun İraq polisinə verdiyi ifadənin və İraqlı tərcüməçi Cənab Madjiedin, Cənab Davud Joad Kathimin tərcüməçinin Niderland silahlı qüvvələri hadisədə iştirakı barədə susmağı söyləməsi barədə iddiası ilə bağlı dindirilmə sənədlərin iş materiallarına əlavə edilməsi də daxil olmaqla, müəyyən istintaq hərəkətlərinin edilməsi barədə vəsatət qaldırmışdır. Hüquqşünas həmçinin, xahiş etmişdi ki, İraq personalı tərəfindən də atəş açıldığı barədə nəticəni mübahisələndirilmiş və iddia etmişdir ki, Leytenant A.-nın hərəkətləri legitim özünü-müdafiə həddini aşmışdır.
48. Appelyasiya Məhkəməsi qərarını 7 aprel 2008-ci ildə çıxarmışdır. O, əlavə istintaq tədbirlərinin görülməsi barədə xahişi rədd etmişdir. Məhkəmə bildirmişdir ki, insidentdən keçən zaman hər hansı belə tədbiri mənasız etmişdir. O, Leytenant A.-nın cinayət təqibindən imtina etmişdir. Məhkəmənin əsaslandırmasında, inter alia, deyilir:
“Hazırki işdəki ərazidə lazım olan gücün istifadəsinin legitimləşdirilməsi Öhdəlik Qaydaları (ÖQ) və həmin sənəd əsasında hazırlanmış, güc istifadəsi barədə SFİR Təlimatlarının 24 iyul 2003-cü ildə yenilənmiş versiyasına əsaslanır. Hüquqşünas ÖQ-nı Appelyasiya Məhkəməsində gizli məşvərət zamanı açıqlamağı xahiş etmişdir. Lakin onlar, iş materiallarına daxil edilməmiş, nə Appelyasiya Məhkəməsi, nə də Baş Vəkildə bu sənəd yoxdur. Hazırki işdə yoxlama güc istifadəsi barədə SFİR Təlimatlarına əsasən həyata keçiriləcəkdir. Bu təlimatlarda göstərilir ki, güc istifadəsinə, inter alia, özünü-müdafiə və öz qoşunlarını və MND (SE) Komandirinin göstərdiyi şəxslərin müdafiəsi üçün icazə verilir. Məqsədli atəşlə bağlı bu təlimatda bildirilir ki, əgər [SFIR üzvü özü], öz qoşunları və ya mühafizəsi altında olan şəxslərə ciddi bədən xəsarəti və ya ölümlə nəticələnə bilən zorakılq təhlükəsi olduğu və bunun qarşısının alınmasının başqa bir yolu olmadığı zaman məqsədli atəş açıla bilər. Verilmiş nümunələrə, şəxs atəş açdığı və ya silahını doğrulduğu, və ya şəxsə, onun qoşunu və ya mühafizəsi altında olan şəxslərin üzərinə avtomobilini sürdüyü hallar daxildir.
İş materiallarından görünür ki, bi az əvvəl baş vermiş avtomobildən atəş açılması ilə bağlı insidenti araşdıran [Leytenant A.], avtomobil yoxlama məntəqəsinə məhəl qoymayan və yüksək sürətlə ona doğru irəliləyən bir avtomobillə qarşılaşmışdır. Həmin anda atəş açılmışdır. [Leytenant A.] belə hesab etmişdir ki, atəş avtomobildən açılmışdır. Bunu hesab etməsi tamamilə anlaşılandır, çünki [Leytenant A.] öz birliyi və ya dost birliyi - Niderland və ya orda olan ICDC əsgərləri- tərəfindən ona tərəf atəş açılmasını gözləyə bilməzdi. Hüquqşünasın həmin an orda olan digər şəxslərin vəziyyəti fərqli şəkildə dəyərləndirdiyini iddia etməsi heç nəyi dəyişmir. Bütün hallarda, [Leytenant A.] fərqli mövqedə idi və vəziyyəti yolun o biri tərəfində olan və üstəlik durbindən istifadə edən digər qruplar kimi müşahidə etmirdi. [Leytenant A.-nın] avtomobil keçərkən atəş açması faktı da heç nəyi dəyişmir, çünki bundan çox az əvvəl posta bir avtomobildən atəş açılmış və avtomobil sonradan ordan uzaqlaşmışdır. [Leytenant A.], özünun də bildirdiyi kimi, yolun o biri tərəfində dost ordu birliklərinin olduğunu nəzərə almalı idi və onları atəş xəttinə daxil etmək istəməmişdi. Hüquqşünas bildirmişdir ki, [Leytenant A.] xəbərdarlıq atəşi aça bilərdi. Güc İstifadəsi barədə Təlimatlarda nəzərdə tutulur ki, xəbərdarlıq atəşi, yalnız əməliyyat şəraiti buna imkan verirsə açılmalıdır və əgər, məsələn şəxs özü və ya onun yaxınlığındakı şəxslər silahlı hücuma məruz qalmışlarsa, ona ehtiyac yoxdur.
Yuxarıdakıları nəzərə alaraq, Appelyasiya Məhkəməsi hesab edir ki, [Leytenant A.] özünün və qoşununun atəş altında olduğuna inanmağa əsasları vardı və bu fikirlərə əsaslanaraq, o güc istifadəsi barədə Təlimatlar daxilində hərəkət etmişdir.
Appelyasiya Məhkəməsi bu səbəbdən hesab edir ki, Prokurorluq haqqlı olaraq cinayət təqibindən imtina etmişdir.”
B. İnsidentdə istifadə edilən silahlar
1. Diemaco C7A1
49. Diemaco C7A1 piyada tüfəngi Niderland hərbçilərinə verilmiş standart silahdır. Kanada istehsalı olan bu silah daha yaxşı tanınan amerikan dizaynı Armalit AR-15/Kolt M16 tüfənginin inkişaf etmiş versiyasıdır. O avtomatik və semi-avtomatik atəş aça bilər. Niderland silahlı qüvvələrinə verilən maqazində 30 güllə olur. Silah avtomatik rejimdə bir dəqiqədə 700-940 güllə atır.
50. AR-15/M16 kimi Diemaco tüfəngi 5.56x45 mm (və ya 5.56 NATO) patronu ilə atəş açır. Güllə istiqamətini dəyişir və sürətlə bədənə dəydikdə qırıntılara parçalanır və dəriyə ciddi xəsarət verir.
2. Kalaşnikov AK-47
51. Kalaşnikov AK-47 tüfəngi ilk olaraq Sovet İttifaqında dizayn edilmiş və hazırlanmış, sonradan başqa bir çox ölkədə hazırlanmağa başlamışdır. Əvvəllər Varşava Paktının əsas silahı olan bu silah və onun sonrakı nümunələri hazırda İraq da daxil olmaqla, bir çox ölkələrin, silahlı qüvvələrinə verilir.
52. AK-47 kimi, onun sursatı 7.62x39 mm patronları böyük həcmdə bir çox istehsalçı tərəfindən istehsal edilir. Standart güllə əhəmiyyətli dəlici qüvvəyə malikdir; bununla belə, bədəni düz dəlib keçmədikdə o da istiqamətini dəyişə və qırıntılana və 5.56 mm NATO gülləsi ilə eyni nəticələrə səbəb ola bilər.
C. Niderlandın Iraqda iştirakı
1. Ümumi tarixçə
53. 2003-cü ilin iyunundan 2005-ci ilin martına qədər Niderland silahlı qüvvələri İraqda Sabitlik Güclərində (SFIR)-də batalyon ilə iştirak etmişdir. Batalyon, Böyük Britaniya silahlı qüvvələrinin bir zabitinin komandanlığı altında olan Çoxmillətli Diviziya Cənub-Şərqin (MND-SE-nın) hissəsi olaraq, Al-Muthanna vilayətində yerləşmişdi.
54. Niderland güclərinin MND-SE-də iştirakı Böyük Britaniya və Niderland Krallığı arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanırdı. Bu sənədə Öhdəlik Qaydaları əlavə edilmişdi. Hər iki sənəd məxfi sənəd kimi müəyyənləşmiş və elə də qalmaqdadır.
55. Niderland hərbi personalı üçün Niderland Müdafiə Personalının Rəhbəri (Chef Defensiestaf) tərəfindən bir aide-mémoire (məlumat kitabçası) hazırlanmışdır. Bu, Öhdəlik Qaydalarının xülasəsi də daxil edilmiş istinad sənədidir. Onlara həmçinin, Müdafiə Personalının Rəhbəri tərəfindən hazırlanmış Güc İstifadəsi ilə bağlı Təlimatlar (Geweldsinstructie) da verilmişdi.
56. İraqın 1 may 2003 - 28 iyun 2004-cü ildəki işğalı ilə bağlı, ümumi olaraq Al-Skeini və Başqaları Birləşmiş Krallığa q. [Böyük Palata], no. 55721/07, §§ 9-19, 7 iyul 2011 işinə baxın.
2. Parlamentin Aşağı Palatasına məktub
57. 6 iyun 2003-cü ildə Xarici İşlər Naziri (Minister van Buitenlandse Zaken) və Müdafiə Naziri (Minister van Defensie) birlikdə Parlamentin Aşağı Palatasına (Tweede Kamer der Staten-Generaal) Orta Şərqdəki vəziyyət barədə bir məktub (Parlametin Aşağı Palatası, Parlament ili 2002-03, no. 23,432, no. 116) göndərərək, xüsusilə Hökumətin Niderland güclərini SFIR-də iştirak etməyə göndərmək qərarına gəlməsinin səbəblərini göstərmiş və ümumi fon barədə məlumat vermişdir. Məktubda, inter alia deyilir:
“Britania Hökumətinin xahiş etdiyi kimi Niderland birlikləri İraqın cənubunda Al-Muthanna vilayətində yerləşdiriləcəkdir... Bu vilayət Britaniya diviziyasının məsuliyyəti altındadır. Əməliyyat komandanlığı xətti beləliklə, Britaniya diviziyası qərargahından və sonra Bağdaddakı Amerika qərargahından hərbi istiqaməti koordinə edən Amerikan Mərkəzi Komandanlığına (CENTCOM) gedir.”
və
“Mandat/Hüquqi baza
Niderland silahlı qüvvələrinin İraqa göndərilməsinin bazası BMT TŞ-nin 1483 saylı Qətnaməsində görülə bilər. Hökumət o fikirdədir ki, bu qətnamənin müddəaları belə hüquqi baza təşkil edir. Qətnamə açıq şəkildə BMT Nizamnaməsinin VII Fəslinə əsaslanır və onun birinci bəndində Üzv Dövlətlər və beynəlxalq təşkilatlara “İraq xalqına onların dövlət qurumlarında islahatlar etməyə və ölkələrini yenidən qurmağa yardım etmək və bu qətnaməyə uyğun olaraq İraqda sabitlik və təhlükəsizliyə töhvə vermək” üçün çağırış edilir. Daha ümumi olaraq, 1483 saylı Qətnamənin sonuncudan öncəki bəndində Üzv Dövlətlər və beynəlxalq və regional təşkilatlara “bu qətnamənin icrasına töhvə vermək” üçün çağırış edilir. Bu Qətnamənin qəbul edildiyi Təhlükəsizlik Şurası iclasının hesabatından aydın görünür ki, bu qətnamənin Üzv Dövlətlərdən qətnamədə nəzərdə tutulan qaydada İraqa ordu göndərməsinin başlanğıc nöqtəsi olması məsələsi üzərində geniş konsensus vardır.
Qətnamənin Preambulasından görünür ki, İraqda işğalçı dövlət kimi (hoedanigheid) fəaliyyət göstərən ABŞ və Böyük Britaniya belə hüquqa malik olmayan Dövlətlərdən fərqləndirilməlidir. BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul edilmiş Qətnamədə Təhlükəsizlik Şurasının bu nəticəsi, iştirakçı dövlətlərin statusuna dair mötəbər, BMT Üzv Dövlətləri üçün məcburi qüvvəyə malik fikir hesab edilməlidir.
Qətnamənin 5-ci bəndində açıq şəkildə bütün aidiyyəti olan ölkələrə (işğalçı dövlət olmayanlar da daxil olmaqla) “beynəlxalq hüquq, xüsusilə 1949-cü il Cenevrə Konvensiyaları və 1907-ci il Haaqa Qaydaları üzrə öhdəliklərini tam şəkildə yerinə yetrimək” cağırışı edilir. Niderland bu çağırışa cavab verəcəkdir.”
və
“Nüfuz”
Sabitləşmə Gücləri ABŞ və Böyük Britaniyanın başçılığı altında iştirakçı Dövlətlərdən ibarətdir. Digər ordu göndərən dövlətlərin də təhlükəsizlik qüvvələrinin ümumi siyasi-hərbi siyasətinin müəyyənləşməsi və məlumat mübadiləsində kifayət qədər iştirak etməsi əhəmiyyətlidir. Bu məqsədlə, Böyük Britaniya, Britaniya sektoru üçün Britaniyanın İSAF [yəni Əfqanıstanda yerləşdirilmiş Beynəlxalq Təhlükəsizliyə Yardım Gücləri (International Security Assistance Force, deployed in Afghanistan)] üçün etdiyi və indi Niderland və Almaniyanın da izlədiyi prosedurun analoqu olan Hökumət nümayəndələrinin sıx məslətləşmələrinə imkan verən “İştirakçı Komitəsi” yaradacaqdır. Qoşun göndərən ölkələr əməliyyat qərargahlarında milli nümayəndəlikləri vasitəsilə hərbi idarəçilikdə də iştirak edəcəklər.”
və
“Güc istifadəsi ilə baqlı təlimatlar (Öhdəlik Qaydaları)”
“Öhdəlik Qaydaları” (ÖQ) hərbi birliklərə güc istifadəsinə icazə verilməsi ilə bağlı şərait, onun şərtləri, dərəcə və qaydalarını müəyyən edən təlimatlardır. Onun mətni ictimai deyildir. ÖQ hərbi-əməliyyat və hüquqi mühakimələr əsasında hazırlanmışdır. Bunlara humanitar hüquqa və müharibə qanunlarına, eləcə də siyasi/diplomatik mühakimələr də daxil idi. Bu, ÖQ üçün təlimatların müəyyən edildiyi NATO sənədinə istinadən edilmişdir.
Təcrübədə digər sülh əməliyyatlarında olduğu kimi, nəzərdə tutulmuşdur ki, Niderland “əsas Dövlət”in, bu halda Böyük Britaniyanın ÖQ-nı təhvil alır. Niderland daxili direktiv və mühakimələrinə əsaslanaraq bu təlimatlara dəyişikliklər edə bilərlər. ÖQ-nın yekunlaşmadığına baxmayaraq, Hökumət bu qaydaların güclü olması, yəni digər məsələlərlə yanaşı, “güc müdafiəsi” və təhlükəsiz və sabit mühitin yaradılması üçün geniş səlahiyyətlərin nəzərdə tutulması niyyətindədir. Bu əsasla, Hökumət bildirir ki, ÖQ hətta hərbi əməliyyat və ya üsyan halında belə tapşırıqların yerinə yetirilməsi üçün kifayət qədər imkan verəcəkdir.
Komandir strukturu
İraqdakı bütün əməliyyat ABŞ CENTCOM-un komandanlığı altında idi, burada Koalisiya Gücləri Torpaq Komponenti Komandiri (KGTKK) əməliyyatları Bağdaddan idarə edir. Bu məqsədlə, Iraq dörd sektora bölünmüşdür. Şimali İraqdakı və Bağdad ətrafındakı sektorlar ABŞ nəzarəti altında idi. Polşa bir sektor və Böyük Britaniya cənubi Iraqdakı sektor üçün məsul idi. Niderland batalyonu, müstəqil birlik olaraq Britaniya diviziyasının əməliyyat nəzarəti altında idi (zelfstandige eenheid). NATO-nun Polşaya dəstəyi çərçivəsində qərar verilmişdir ki, bəzi Niderland personalını Polşa qərargahında yerləşdirilsin. Digər tərəfdən, Polşa sektoru Amerikan sektoruna birləşir və Niderland personalının orda olması ümumi koordinasiyanı asanlaşdırır.
Digər tərəfdən (Overigens), Niderland hər zaman Niderland hərbi personalı üzərində “tam komandanlığ”ı saxlayacaqdır [orijinal ingiliscə mətndə ‘full command’]. Müdafiə personalının Rəhbəri Niderland qoşununun mandatına və hərbi məqsdələrinə malikdir. Lazım gəldikdə, o Müdafiə Nazirliyi adından əlavə göstərişlər verə bilər.”
3. İraqdakı Krallıq Hərbi Polis birliyi
58. İraqdakı Niderland güclərinə birləşmiş Krallıq Hərbi Polis birliyi vardır. Ərizəçi bildirmişdir ki, onlar yaşayış yerlərini adi qoşunlarla paylaşırdılar.
D. Niderland SFIR personalına təlimatlar
59. Cavabdeh Hökumət Niderland personalına verilmiş SFİR komandirləri üçün aide-mémoire (məlumat kitabçası) və SFIR əsgərləri üçün kartın 24 iyul 2003-cü ilə hazırlanmış versiyalarını təqdim etmişdir. Bu sənədlərin Məhkəmə qarşısındakı işə uyğun hissələrində deyilir (tərcümələr Məhkəmə tərəfindən edilmişdir, İngilis dilindəki ifadələr orijinal Niderland dilində kursivlə verilmişdir):
1. SFIR komandirləri üçün məlumat kitabçası
“Bu təlimat vərəqində zabit və unter-zabitlər üçün hazırlanmış MND (SE) Öhədlik Qaydalarının (ÖQ) və Niderlandın onlar tətbiq etdiyi məhduddiyyətlərin sadə versiyasını nəzərdə tutur. Şübhə halında, ÖQ-nın və Niderlandın müvafiq bəyanatlarının ingiliscə versiyasına baxın. Bu vərəqdəki məlumatların ÖQ və Niderland bəyanatlarından fərqləndiyi hallarda ÖQ və Niderland bəyanatlarına üstünlük verilməlidir.
MISSIYA
1. Sizin missiyanız ölkənin yenidən qurulması və nümayəndəli özünü-idarəyə keçidi təmin etmək üçün İraqda təhlükəsiz və sabit mühitin yaradılmasına yardm etməkdir. Mütləq vacib gücün istifadəsinə aşağıdakı hallarda icazə verilir.
ÜMUMİ QAYDALAR
2. Gücdən istifadəyə yalnız başqa vasitəlin kifayət etmədiyi hallarda icazə verilir. Aşağıdakılara diqqət edin:
(a) bütün hallarda, tapşırığın yerinə yetirilməsinə lazım olandan daha çox güc istifadə etməyin;
(b) mümkün qədər (əmlaka və şəxslərə) əlavə ziyan vurmaqdan qaçının.
ÖZÜNÜ MÜDAFİƏ
4. Vacib gücdən istifadəyə, ölüm və ya ciddi bədən xəsarətinə səbəb olan güc (ölümcül güc) də daxil olmaqla və icazə verilən silahlardan istifadə etməklə, aşağıdakı hallarda icazə verilir:
(a) özünüzü müdafiə etmək üçün;
(b) Missiyanın həyata keçirilməsi üçün vacib olan SFİR əmlakının oğurlanması və məhv edilməsinin qarşısının alınması üçün.
DİGƏR SƏBƏBLƏRLƏ GÜC İSTİFADƏSİ
4. Vacib olan gücün istifadəsinə, ölüm və ya ciddi bədən xəsarəti ilə nəticələnən güc (ölümcül güc) və icazə verilmiş silah istifadəsi də daxil olmaqla, özünü-müdafiədən başqa, aşağıdakı hallarda icazə verilir:
(a) öz qoşununun və MND (SE) Komandiri tərəfindən göstərilən şəxslərin müdafiəsi üçün (müəyyən edilmiş şəxslər);
(b) MND (SE) Komandiri tərəfindən göstərilən əmlakın (müəyyən edilmiş əmlak) oğurlanması və ya məhv edilməsinin qarşısının alınması üçün;
(c) SFI-ə aid hərbi yerləşim mərkəzlərinə və ya MND (SE) Komandiri tərəfindən göstərilən digər yerlərə (əmlaklar da daxil olmaqla) icazəsiz girişin qarşısının alınması (məsələn Hərbi Cəhətdən Məhdud Zonalar) məqsədilə;
(d) missiyanın yerinə yetirilməsi üçün SFIR-i və ya MND (SE) Komandiri tərəfindən göstərilən digər şəxsləri təhlükə altında qoyan düşmən birlikləri saxlamaq, onlar üzərində axtarış aparmaq və onları silahsızlaşdırmaq məqsədilə;
(e) düşmən hərəkət və niyyətə qarşı;
(f) həmin yerdəki komandirinizin əmri ilə.
...
XƏBƏRDARLIQ PROSEDURU
6. Əməliyyat şəraiti imkan verirsə, atəş açılacağı barədə xəbərdarlıq əvvəlcədən edilməlidir. Xəbərdarlıq edilmədən atəş aşılmasına icazə verilən hallara nümunlər aşağıdakılardır:
(a) Özünüz və sizə yaxın olan şəxslər silahlı hücuma məruz qalmışlarsa; və ya
(b) əgər xəbərdarlıq edilməsi özünüzün və digər şəxslərin öldürülməsi və ya ciddi yaralanması təhlükəsini artırarsa.
7. Siz aşağıdakını qışdıraraq xəbərdarlıq edin:
İngilis dilində:
‘STABILIZATION FORCE! STOP OR I WILL FIRE!’
Bundan sonra yerli dildə deyin:
‘OEGAF DFEE-SJ! AU-OE ILLA ARMIE BILL NAAR!’[2] (Dayan, ordu üzvü! Yoxsa atəş açacağam!)
8. Xəbərdarlığa məhəl qoyulmamışdırsa, siz yerdəki komandirin əmri ilə və ya sizə verilmiş əmrlərə əsasən xəbərdarlıq atəşi aça bilərsiniz.
DÜŞMƏN HƏRƏKƏTİ VƏ DÜŞMƏN NİYYƏTİ
9. Düşmən hərəkəti sizin qoşununuza, göstərilən şəxs və ya göstərilən əmlaka qarşı ölümlə və ciddi xəsarətlə nəticələnə biləcək hücum və ya hücum təhdidinə bərabər aqressiv hərəkətdir. Aşağıdakılar düşmən hərəkətinə nümunələrdir (tam soyahı deyildir):
(a) sizə, qoşununuza və ya mühafizəniz altındakı şəxsə və ya göstərilən əmlaka atəş açan şəxs;
(b) partlayıcı və ya alovlandırıcı maddə yerləşdirən və ya onu sizə, qoşununuza və ya göstərilən şəxsə və ya göstərilən əmlaka atan şəxs;
(c) Avtomabilini bilərəkdən sizə, qoşununuza və ya göstərilən şəxsə və ya göstərilən əmlaka doğru sürən şəxs.
...
YALNIZ VACİB OLAN QƏDƏR GÜC İSTİFADƏSİ TƏLƏBİ
11. Gücdən istifadəyə icazə verildiyi hallarda, siz gücün həcmini yalnız lazım olan səviyyədə saxlamalısınız. Vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün bütün tədbirləri görün. Özünü-müdafiə halı isktisna olmaqla, mülki şəxslərə hücum etmək qadağandır. Mülki və ya dini xarakterli əmlaka, bu əmlakın hərbi məqsədlərlə istifadəsi halı istisna olmaqla, hücum etmək qadağandır.
12. Atəş açmalı olduğunuzda:
(a) məqsədli atəş açmalısınız;
(b) lazım olduğunda çox atəş açmamalısınız;
(c) (şəxs və əmlaka) əlazə siyanın qarşısının alınması üçün bütün ehtiyat tədbiri görməlisiniz;
(d) vəziyyət imkan verən kimi atəşi dayandırmalısınız. Bundan sonra zonanın təhlükəsizliyini təmin etməli və yaralı varsa, onu götürməlidir.
DİGƏR ƏMR TƏLİMATLARI
...
18. Hümanitar müharibə qanunları əleyhinə cinayətinin qarşısını almaq və bu cinayət şübhəsi barədə komandirlərinə məlumat vermək.”
2. SFIR əsgər kartı
“MISSIYA
1. Sizin missiyanız ölkənin yenidən qurulması və nümayəndəli özünü-idarəyə keçidi təmin etmək üçün İraqda təhlükəsiz və sabit mühitin yaradılmasına yardm etməkdir. Mütləq vacib gücün istifadəsinə aşağıdakı hallarda icazə verilir.
GÜCDƏN İSTİFADƏ
2. Gücdən istifadəyə aşağıdakı hallarda icazə verilir:
(a) özünü müdafiə halında;
(b) öz qoşununun və MND (SE) Komandiri tərəfindən göstərilən şəxslərin müdafiəsi üçün;
(c) Missiyanın yerinə yetirilməsi üçün vacib olan SFIR əmlakının və ya MND (SE) Komandiri tərəfindən göstərilən digər əmlakın oğurlanması və ya məhv edilməsinin qarşısının alınması üçün;
(d) SFI-ə aid hərbi yerləşim mərkəzlərinə və ya MND (SE) Komandiri tərəfindən göstərilən digər yerlərə (əmlaklar da daxil olmaqla) icazəsiz girişin qarşısının alınması (məsələn Hərbi Cəhətdən Məhdud Zonalar) məqsədilə;
(e) missiyanın yerinə yetirilməsi üçün SFIR-i və ya MND (SE) Komandiri tərəfindən göstərilən digər şəxsləri təhlükə altında qoyan düşmən birlikləri saxlamaq, onlar üzərində axtarış aparmaq və onları silahsızlaşdırmaq məqsədilə;
(f) həmin yerdəki komandirinizin əmri ilə.
ÜMUMİ QAYDALAR
3. Gücdən istifadəyə, yalnız başqa vasitələri kafi olmaqdıqda icazə verilir. Aşağıdakılara diqqət edin:
(a) vəziyyətin kəskinləşməsindən qaçınmağa çalışın;
(b) bütün hallarda, tapşırığınızı yerinə yetirmək üçün lazım olduğundan artıq güc sərf etməyin;
(c) mümkün dərəcədə (şəxslərə və ya əşyalara) əlavə zərərin qarşısı alınmalıdır.
4. Sizə və ya başqalarına hücum edən və ya SFIR hərbi yerləşmələrinə və ya MND (SE) Komadiri tərəfindən müəyyən edilən yerlərə girən və ya icazə verilmədikdə güclə girməyə çalışan şəxslər silahlarının alınması məqsədilə saxlanıla və ya axtarıla bilərlər, o vaxta qədər ki, sizi və ya digər şəxsləri öldürmək və ya yaralamaq üçün silaha malik olmadıqları müəyyənləşdirilsin. Siz təhlükəli əşyaları götürə və lazım gəldiyində, şəxslərə, əmlaka və ya missiyanın yerinə yetirilməsinə təhlükə tödədirsə onları dərhal istifadə üçün yarasız vəziyyətə gətirə bilərsiniz.
5. Missiyanın həyata keçirilməsi imkan verdikdə, saxlanılan şəxslər səlahiyyətli İraq və ya işğalçı (BB) dövlət orqanlarına təhvil verilməlidir.
6. Hər kəsə insani davranın.
7. Onların aid olduğu fraksiyadan asılı olmayaraq, yaralıları yığın və onların qayğısına qalın.
8. “Müharibə qazancları” yığmayın.
9. Humanitar müharibə hüququnun pozuntularının qarşısını alın və pozuntular və ya pozuntu iddiaları barədə komandirinizə xəbər verin.
10. Bütün güc istifadəsi halları barədə komandirinizə məlumat verin.
XƏBƏRDARLIQLAR VƏ XƏBƏRDARLIQ ATƏŞLƏRİ
11. Vəziyyət imkan verərsə, siz məqsədli atəş açmazdan əvvəl xəbərdalıq etməyə məcbursunuz. Siz [müraciət etdiyiniz şəxs] dayanmazsa və ya təhlükəli hərəkətlərini dayandırmazsa, atəş açacağınız barədə xəbərdarlıq edirsiniz.
Siz aşağıdakını qışdıraraq xəbərdarlıq edin:
İngilis dilində:
‘STABILIZATION FORCE! STOP OR I WILL FIRE!’
Bundan sonra yerli dildə deyin:
‘OEGAF DFEE-SJ! AU-OE ILLA ARMIE BILL NAAR!’ (Dayan, ordu üzvü! Yoxsa atəş açacağam!)
12. Xəbərdarlığa məhəl qoyulmamışdırsa, siz yerdəki komandirin əmri ilə və ya sizə verilmiş əmrlərə əsasən xəbərdarlıq atəşi aça bilərsiniz.
MƏQSƏDLİ ATƏŞ
13. Əgər özünüzə, qoşununuza və ya sizin mühafizəniz altındakı şəxslərə ciddi və ya ölümlə nəticələnə bilən bədən xəsarəti verə biləcək güc təhdidi ilə qarşı-qarşıyadırsa və onun qarşısını almaq üçün başqa yol yoxdursa, atəş aça bilərsiniz. Aşağıdakı nümunələrə baxın:Sizə, qoşununuza və ya mühafizəniz altındakı şəxsə atəş açan və ya silahını yönəltmiş şəxsə atəş aça bilərsiniz;Partlayıcı və ya alovlandırıcı maddə yerləşdirən və ya sizə, qoşununuza və ya mühafizəniz altındakı şəxsə atan və ya atmağa hazırlaşan şəxsə atəş aça bilərsiniz;Avtomabilini bilərəkdən sizə, qoşununuza və ya mühafizəniz altındakı şəxsə doğru sürən şəxsə atəş aça bilərsiniz.
MINIMUM GÜC
14. Əgər atəş açmalısınızsa:yalnız məqsədli atəş açmalısınız;lazım olduğundan artıq atəş açmamalısınız; vəvəziyyət imkan verən kimi atəşi dayandırmalısınız.
15. Mülki şəxslərə, özünü-müdafiə halı istisna olmaqla, bilərəkdən güc tətbiq etmək qadağandır.
16. Sırf mülki və ya dini xarkterli əmlaka hücum etmək qadağandır. Aşağıdakı hallar istisnadır:
(a) bu əmlak hərbi məqsdələrlə istifadə olunursa; və
(b) komandiriniz əmr edirsə.
17. Hücum və ya aqressiv hərəkətləri simulyasiya etmək qadağandır.
18. Gözyaşardıcı qazdan istifadə qadağandır.”
E. Krallıq Hərbi Polis Birliyi
60. Krallıq Hərbi Polis Birliyi silahlı qüvvələrin Kral Hərbi Dəniz Donanması (Koninklijke Marine), Kral Ordusu (Koninklijke Landmacht) və Kral Hava Qüvvələri (Koninklijke Luchtmacht) səviyyəsində bir qoludur. Onun üzvləri hərbi statusa və hərbi rütbəyə malikdir. Onun özünün komandanlıq xətti var; ona komandanlıq edən zabit general leytenan rütbəsinə malikdir (luitenant-generaal) və birbaşa olaraq Müdafiə Naziri qarşısında cavabdehdir.
61. Krallıq Hərbi Polis Birliyinin vəzifəsinə, hazırki işə müvafiq hissədə, aşağıdakılar daxildir: “Niderland və digər silahlə qüvvələr üçün, eləcə də beynəlxalq hərbi qərargahlar və ya həmin silahlı qüvvələrdə və qərargahlardakı şəxslər üçün polis vəzifələrini həyata keçirmək” (1993-cü il Polis Haqqında Qanun (Politiewet 1993), maddə 6(1)(b)).
62. Krallıq Hərbi Polis Birliyinin üzvləri, həm hərbi, həm də polis təlimi alırlar. Serjant (wachtmeester) və ya daha yüksək rütbəsi olan unter-zabitləri istintaq (opsporingsambtenaren) səlahiyyəti olan mülki məmur təyin edilə bilər və zabitlərin bəzi kateqoriyaları prokuror köməkçisi (hulpofficieren van justitie) təyin edilə bilər.
63. Hərbi polis və hər polis müstəntiqləri vəzifəsində Krallıq Hərbi Polis personalı Arnhem Regional Məhkəməsi yanında prokurorluğa tabedir.
F. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatası
64. Hadisələrin baş verdiyi zaman Hərbi Cinayət Prosessual Məcəlləsinin (Wet militaire strafrechtspraak) 9-cu maddəsi nəzərdə tuturdu ki, Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının tərkibi biri sədrlik edən iki Appelyasiya Məhkəməsi hakimindən və bir hərbi üzvdən ibarət olmalıdır. Hərbçi üzv xidmətdə olan kapitan (kapitein ter zee, Krallıq Hərbi Dəniz Donanması), polkovnik (kolonel, Kral Ordusu), polkovnik (kolonel, Krallıq Hava Qüvvələri) və ya daha yüksək rütbəli, həmçinin məhkəmə işi üçün ixtisaslı şəxs olmaldır; hələ bu rütbəsi yoxdursa, commodor (commandeur, Krallıq Hərbi Dəniz Donanması), briqada generalı (brigadegeneraal, Kral Ordusu) və ya hava qüvvələri briqada generalı (commodore, Krallıq Hava Qüvvələri) rütbəsi verilir. O Krallıq Hərbi Polis Birliyinin üzvü ola bilməz. Hərbçi üzv dörd il müddətinə təyin olunur, əlavə olaraq eyni müddətə uzadıla bilər; məcburi pensiya yaşı altmış yaşdır (Maddə 6 § 4, Hərbi Cinayət Prosessual Məcəlləsi).
65. Məhkəmə Sisteminin Təşkilatı haqqında Qanunun (Wet op de rechterlijke organisatie) 68(2) Bölməsində nəzərdə tutulur ki, Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının hərbçi üzvləri mülki kolleqalarla bərabər şəkildə hakim kimi iştirak edir və eyni məxfilik (Bölmə 7 və 13) və mustəqillik və qərəzsizlik (Bölmə 12) vəzifələri daşıyır; və həmçinin mülki hakimlər kimi rəsmi davranışlarına eyni ciddi nəzarətə tabedir (Bölmə 13a–13g). Sonuncuya maraqlı tərəfin və ya Baş Prokurorun (procureur-generaal) Ali Məhkəməyə (Hoge Raad) müraciəti əsasında xüsusi nəzarət də daxildir.
G. Müvafiq daxili qanunvericilik və təcrübə
66. İşə aidiyyəti olan daxili qanunvericilik müddəaları aşağıdakılardı:
1. Niderland Krallığı Konstitusiyası
Maddə 97
“1. Krallığın maraqlarının müdafiəsi və qorunması üçün və beynəlxalq hüquqi qaydadının saxlanılması və təşviq edilməsi məqsədilə silahlı qüvvələr mövcuddur.
2. Hökumət silahlı qüvvələr üzərində ali hakimiyyətə malikdir.”
2. Cinayət Məcəlləsi (Wetboek van Strafrecht)
Maddə 41
“1. Özünün və ya başqasının fiziki bütövlüyünü (lijf), cinsi bütövlüyünü (eerbaarheid) və ya əmlakını birbaşa qanunsuz hücumdan müdafiə etmək üçün hərəkətlər edən şəxs, bu əməlinə görə cəzalanmır.
2. Zəruri müdafiə həddini aşma, əgər bu, hücumun gözlənilməzliyi ilə bağlı güclü emosiyalar nəticəsində baş vermişsə, cəzalandırılmır.”
Maddə 42
“Qanunla nəzərdə tutulan əməli edən şəxs, bu əməlinə münasibətdə cəzalandırılmır.”
Maddə 43
“1. Müvafiq səlahiyyətə malik dövlət orqanı tərəfindən verilən rəsmi tapşırığı yerinə yetirmək üçün hərəkətlər edən şəxs, bu əməlinə münasibətdə cəzalandırılmır.
2. Müvafiq səlahiyyət olmadan verilən rəsmi tapşırıq, tabe olan şəxsin bu tapşırığı xoş məramla [müvafiq səlahiyyətə malik dövlət orqanı tərəfindən verilmiş tapşırıq] və ona tabe olmanın onun vəzifəsi olduğunu hesab etməsi halı istisna olmaqla, cəzasızlığa səbəb olmur.”
3. Hərbi Cinayət Məcəlləsi (Wetboek van Militair Strafrecht)
Maddə 4
“Niderland cinayət qanunverciliyi Niderlanddan kənarda hər hansı cəzalanmalı əməl törədən hərbi personala tətbiq olunur.”
Maddə 38
“1. Öz səlahiyyətləri daxilində müharibə qanunları ilə icazə verilən hərəkətləri edən və ya Niderland ilə onun müharibə etdiyi Dövlət arasındakı hər hansı sazişi pozmadan cəzalanması mümkün olmayan şəxs, cəzalandırılmır.
2. Tapşırığı ilə əlaqədar və həmin tapşırıqla bağlı qaydalara uyğun olaraq güc istifadə edən əsgər cəzalandırılmır.”
Maddə 71
“Bu Məcəllədə ‘müharibə’ dedikdə öz-özlüyündə müharibə adlandırıla bilməyən və Krallığın ya fərdi, ya da kollektiv müdafiə və ya beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi məqsədilə daxil olduğu silahlı münaqişələr anlaşılır.”
Maddə 135
“ “Xidməti tapşırıq” (dienstvoorschrift) ifadəsi, Krallıq üçün və Krallıqın hissələrindən[3] biri ilə bağlı əmr formasında və ona uyğun olaraq ümumi məqsədli yazılı qərardır (bij of krachtens algemene maatregel van rijksbestuur of van bestuur dan wel een bij of krachtens landsverordening onderscheidenlijk landsbesluit gegeven schriftelijk besluit van algemene strekking) və hər hansə xarakterli hərbi xidmətlə əlaqədardır (enig militair dienstbelang) və hərbi personala ünvanlanmış əmr və ya qadağandan ibarətdir.”
4. Hərbi Cinayət Prosesi haqqında Qanun (Wet Militaire Strafrechtspraak)
Bölmə 1
“...
3. Bu Qanunun istisna etdiyi hallardan başqa, Cinayət Prosesual Məcəlləsi tətbiq olunur.”
Bölmə 8
“...
2. Arnhem Appelyasiya Məhkəməsində Hərbi Palata adlandırılan çox-hakimli palata, 3-cü Bölmədə göstərilən Regional Məhkəmənin Hərbi Palatalarının [məs. Arnhem Regional Məhkəməsi] apelyasiya edilə biləcək qərarlarından appelyasiya şikayətlərinə baxmaq üçün eksklüziv səlahiyyətə malikdir. Bu palata Thəmçinin Cinayət Prosessual Məcəllənin 12-ci maddəsi üzrə şikayətlərə də baxır.”
5. Cinayət Prosessual Məclləsi (Wetboek van Strafvordering)
Maddə 12
“1. Cəzalandırıla bilən əməli törədən şəxs cinayət təqibinə maruz qalmırsa və ya cinayət təqibi nəticlənmirsə, bibaşa marağı olan hər bir şəxs (rechtstreeks belanghebbende) cinayət təqibinin olmaması və ya təqibin nəticələnməməsi barədə qərarın qəbul olunduğu ərazi üzrə səlahiyyətli Appelyasiya Məhkəməsinə yazılı şikayət verə bilər.
...”
Maddə 148
“1. Prokuror işə baxmaq üçün təyin olunan regional məhkəmələr tərəfindən mühakimə edilən cinayət əməllərinin istintaqını, həmçinin regional məhkəmələrin yurisdiksiyası altındakı və başqa regional məhkəmələr və ya rayon məhkəmələri tərəfindən baxılan işlərin istintaqını həyata keçirir.
2. Bu məqsədlə, o, [belə] isitanqı həyata keçirən digər şəxslərə əmrlər verir. ...”
H. Müvafiq daxili məhəkəmə təcrübəsi
1. Eric O. işi
67. 27 dekabr 2007-ci ildə, Krallıq Dənizçiliyindən (Korps Mariniers) Serjant Mayor (sergeant-majoor) Eric O. “Jackson” yolunun kənarındakı konteynerin qorunmasına məsul olan birliyə başçılıq edərkən, bir qrup qarətçiyə xəbərdarlıq etmək üçün yerə atəş açmışdır. Güllə yerə dəyərərək istiqamət dəyişmiş və qarətçilərdən birni ölümçül yaralamışdır.
68. Serjant Mayor O. aide-mémoire-ın və Güc İstifadəsi barədə Təlimatlarda icazə verdiyindən daha çox güc tətbiq etdiyi iddiası ilə rəsmi təlimatlara əməl etməməsinə və ya alternativ olaraq ehtiyatsızlıqdan adamöldürməyə görə cinayət təqibinə məruz qalmışdır.
69. Birinci instansiya məhkəməsinin bəraət qərarından ittiham tərəfinin appelaysiya şikayətinin ardından, Arnhem Appelyasiya Məhkəməsi Hərbi Palatası Serjant Mayor O.-ya bəraət vermişdir. 4 may 2005-ci il qərarında, Landelijk Jurisprudentie Nummer (National Jurisprudence Number, “LJN”) AT4988, o hesab etmişdir ki, Öhdəlik Qaydaları məxfiliyinə baxmayaraq, rəsmi təlimatdır. O davam edərək bildirmişdir ki, Serjant Mayor O. Öhdəlik Qaydalarının çərçivəsində hərəkət etmişdir və ehtiyatsızlığa yol verməmişdir.
2. Mustafić və Nuhanović işləri
70. 1992-ci ildə Bosniya və Hersoqovina Yuqoslaviya Sosialist Federal Respublikasından müstəqilliyini elan etmişdir. Bundan sonra baş verən müharibə 1995-ci ilin dekabrına qədər davam etmişdir. 21 fevral 1992-ci il 743 (1992) saylı Qətnaməsi ilə BMT Təhlükəsizlik Şurası BMT Müdafiə Qüvvələri (UNPROFOR) təsis etmişdir. Ordu göndərən dövlətlər arasında Niderland da vardı və o, bir aeromobil piyada batalyonu göndərmişdi. Dutchbat kimi tanınan bu batalyon, BMT komandanlığı altında sülhməramlı qüvvələri kimi şərqi Bosniyada, Bosniya və Herseqovina Respublikasının Bosnyak Hökumətinin nəzarətində olan Srebreniça şəhərinin daxilində və ətrafında yerləşmişdi.
71. 10 iyul 1995-ci ildə Bosniyanın Serb qüvvələri Srebreniçanın “təhlükəsizlik zonası”na böyük qüvvələrlə hücum etmişlər. Onlar ərazini tutmuş və Dutchbatın orda olmasına baxmayaraq əraziyə nəzarəti ələ almışar. Dutchbat nəticədə yalnız Potočari kəndində komandanlığı saxlamışdır. Sonrakı günlərdə, Bosniyanın Serb qüvvələrinin əlində olan Bosniyalı kişilər qadın və uşaqlarda ayrılmış və öldürülmüşdür. İndi ümumi fakt olaraq qəbul edilmişdir ki, 7,000 -ə və ya güman ki, 8,000-ədək Bosniyalı kişi və oğlan Bosniyalı Serb qüvvələrinin və para-hərbi qüvvələrinin əlində həlak olmuşdur və hadisə “Srebreniça qırğını” kimi tarixə düşmüşdür.
72. 1995-ci ilin iyul ayında Srebreniça qırğınında öldürülmüş üç kişinin sağ qalmış qohumları tərəfindən Niderland dövlətinə qarşı Niderland məhkəmələrində mülki işlər qaldırmışlar.
73. Birinci işdə (Mustafić Niderland Dövlətinə qarşı) iddiaçılar Dutchbatın de facto işçisi olan, lakin birbaşa olaraq BMT tərəfindən işə götürülən şəxslərin statusuna malik olmayan elektrikin sağ qalan qohumları idilər. Onlar iddia edirdilər ki, Niderland Dövləti, Dutchbat komandanı müavini ona ailəsi ilə Potočari kompaundunda qalmağına icazı verməməklə və onu kompaundu həmin günü tərk etməyə məcbur etməklə müqaviləni pozmuşdur, halbuki Dutchbat başçıları onu içəridə saxlamaqla və Dutchbatla birlikdə evakuasiya etməklə müdafiə etməli idilər. Şikayətçilər ziyanın ödənilməsini tələb edirdilər. İkinci işdəki şikayətçi (Nuhanović v. Niderland Dövlətinə qarşı) özü Dutchbatın de facto işçisi idi və BMT işçisinin statusu olmadan tərcuməçi işləyirdi; o, qırğında öldürülmüş bir kişinin oğlu və başqa bir kişinin qardaşı idi. Şikayətçi bu iki kişinin Dutchbat komandir müavini tərəfindən kompaunddan geri qaytarlması səbəbilə ona ziyan vurulduğunu iddia edirdi.
74. 6 sentyabr 2013-cü ildə Ali Məhkəmə hər iki işdə qərar çıxarmışdır. (LJN BZ9225, Nuhanović və LJN BZ9228, Mustafić). Məhkəmə qarşısındakı işə müvafiq hissələrində, əsas hissələrində eyni olan bu qərarlarda deyilir (Nuhanović qərarından bu çıxarış Ali Məhkəmə tərəfindən tərcümə edilmişdir):
“3.10.1. Kassasiya şikayətinin 1-ci Hissəsində bildirilir ki, Appelyasiya Məhkəməsinin müvəqqəri qərarının hüquqi hissəsinin 5.7 və 5.8 bəndlərində BMT ordu kontingentinin BMT Nizamnaməsinin VII Fəslinə uyğun olaraq yaradılmış və BMT komandanlığı və nəzarəti altında – bu halda, Dutchbatın da daxil olduğu UNPROFOR – BMT-nin bir orqanı olduğunu nəzərə almamışdır. Bu o deməkdir ki, belə bir ordu kontingentinin davranışının aidiyyəti, DARİO-nun 7-ci maddəsinə istinadən deyil, 6-cı maddısinə əsasən müəyyənləşdirilməlidir [Beynəlxalq Hüquq Komissiyasının Beynəlxalq Təşkilatların Məsuliyyəti barədə Layihə Maddələri (Beynəlxalq Hüquq Komissiyasının altmış üçüncü sessiyası, UN Doc A/66/10, Beynəlxalq Hüquq Komissiyasının İllik Məcmuəsində nəşr olunacaqdır, 2011, cild. II, İkinci Hissə)]. Şikayətin bu hissəsinə əsasən, DARİOnun 6-cı maddəsinin tətbiqi o deməkdir ki, Dutchbatın davranışı, prinsipcə, həmişə BMT-yə aid edilməlidir.
3.10.2. DARİOnun 7-ci maddəsinin şərhindən belə görünür ki, ... bu aidiyyət qaydası, inter alia, Dövlətin ordusunun BMT sülhməramlı missiyası kontekstində BMT-nin sərancamına verildiyi, lakin dövlətin inzibati hakimiyyəti və cinayət yursidksiyasının (“orqanik komandanlıq) Dövlətin özündə qaldığı hallara tətbiq olunur. Appelyasiya Məhkəməsinin çıxardığı nəticədən belə görünür ki, hazırki işdə de eyni vəziyyətdir. Nəhayət, Appelyasiya Məhkəməsinin müvəqqəri qərarının hüquqi hissəsinin 5.10 bəndində məhkəmə hesab etmişdir ki, –və kassasiya şikayətində bu hissə mübahisələndirilmir – ordu göndərən Dövlət olaraq Niderlandın xidmətində olan həmin hərbi personalın şəxsi işləri üzərində nəzarəti və bu hərbçiləri inzibati və cinayət hüququ əsasında cəzalandırmaq hüququnu saxladığı mübahisələndirilmir. Kassasiya şikayətinin 1-ci hissəsində bildirilir ki, Appelyasiya Məhkəməsi DARİOnun 6-cı maddəsinin aidiyyət qaydasını tətbiq etməmiş və əvəzində, səhvən 7-ci maddənin aidiyyət qaydasnı tətbiq emiş və bu səbəbdən, səhv etmişdir.
3.11.1. Kassasiya şikayətinin 2-ci Hissəsi müvəqqəti qərarın hüquq hissəsinin 5.8 – 5.20 hissəsindəki nəticələrlə bağlıdır. Bu hissədə Appelyasiya Məhkəməsi hazırki işə DARIOnun 7-ci maddəsini tətbiq edərək, səmərəli nəzarət meyarını müəyyənləşdirmişdir.
3.11.2. Kassasiya şikayətinin beynəlxalq hüququn bir davranışın həm beynlxalq təşkilata, həm də Dövlətə aiddiyyətini istisna etməsi və bu səbəbdən, Appelyasiya Məhkəməsnin qeyri-düzgün olaraq, Dutchbatın davranışları ilə bağlı Həm BMT, həm də Dövlətin səmərəli nəzarətə malik ola bilməsi gümanı ilə təhlil etməsi ilə bağlı hissəsində, şikayətçilər hüququn yanlış şərhinə əsaslanmışlar. Aşağıdakı 3.9.4. bəndindəki beynəlxalq hüquq, xüsusilə DARIOnun 48-ci maddəsi ilə birgə götürülmüş maddə 7 hər hansı davranışın ikili aidiyyətinin mümkünlüyünü istisna etmir.
Bundan belə nəticə çıxır ki, Appelyasiya Məhkəməsi BMT-nin 13 iyul 1995-ci il axşamçağı Dutchbatın davranışları ilə bağlı səmərəli nəzarətinin olub-olmaması məsələsini açıq saxlaya bilərdi. Əgər belə olsaydı belə, bu o demək deyildir ki, BMT eksklüziv məsuliyyətə malik idi.
3.11.3. Kassasiya şikayətinin Appelyasiya Məhkəmənin Dövlətin mübahisələndirilən davranış zamanı Dutchbat üzərində səmərəli nəzarətinin olduğunu müəyyənləşdirmək üçün səhv meyarı tətbiq etməsi ilə bağlı hissəsində şikayətçilər də hüququn səhv şərhinə əsaslanmışlar. Dövlətin səmərəli nəzarətinin olub-olmadığını müəyyən etmək üçün Dövlətin Dutchbata təlimatlar verməklə və ya müstəqil şəkildə əməliyyat komandanlığı həyata keçirməklə BMT-nin komandanlıq strukturuna əks komandalığa malik olması zəruri deyildir. DARIOnun 7-ci maddəsinin şərhindən görünür ki ... Dövlətin və ya beynəlxalq təşkilatın davranışının aidiyyəti, müəyyən davranış üzərində faktiki nəzarətə əsaslanır və bütün faktiki halların və işin spesifik konteksti nəzərə alınmalıdır. Appelyasiya Məhkəməsi, mübahisələndirilən nəticələrində bütün hallar və işin spesifik kontekstinin işığında, Dövlətin Dutchbatın mübahisələndirilən davranışları üzərində səmərəli nəzarəti olub-olmadığını araşdırmışdır. Appelyasiya Məhkəməsi, bu səbəbdən, qanunu yanlış şəkildə şərh və tətbiq etməmişdir.”
Bundan belə nəticə çıxmışdır ki, Appelyasiya Məhkəməsinin Niderland Dövlətinin üç kişinin ölümü ilə bağlı məsuliyyəti ilə qərarı qüvvədə qalmalıdır.
I. Digər daxili sənədlər
1. Hərbi cinayət prosesinin xaricdəki əməliyyatlara tətbiqi ilə bağlı dəyərləndirmə hesabatı
75. 31 avqust 2006-cı il tarixli bu hesabat yüksək rütbəli mülki məmurdan, Arnhem Appelyasiya Məhkəməsinin keşmiş Baş Vəkili və bir hakimdən ibarət komitə tərfindən hazırlanmışdı. Hesabat, Eric O. işinin yaratdığı təşvişin ardından Parlamentin Aşağı Palatasının müraciətilə, Müdafiə Nazirliyinin tapşırığı ilə hazırlanmışdır (bax: yuxarıdakı §§ 67-69).
76. Bu hesabatda müzakirə edilən mövzular arasında, Konvensiyanın 1-ci maddəsi mənasında yurisdiksiya da vardır. Bu məsələ ilə bağlı, hesabatda deyilir (səh. 30):
“Konvensiyanın formal ekstra-ərazi təsirləri bəzi spesik hallarda məhdud ola bilər. Bu, Konvensiyadan irəli gələn standartların Niderlandın xaricdəki əməliyyatlar üçün ümumi əmiyyətli olması faktını dəyişmir. Xüsusilə, Konvensiyadan baza standardlar irəli gəlir və və bunlar ölüm və ya yaralnma ilə nəticələnən gücdən istifadə halları ilə bağlı cinayət istintaqlarına tətbiq edilə bilər...”
Bundan sonra, Məhkəmənin təcrübəsi işığında 2-ci maddəsinin maddi və prosessual aspektləri ilə bağlı daxili məhkəmə təcrübəsinin analizi verilmişdir.
77. Hesabat artıq istintaq siyasəti ilə bağlı əldə olunmuş irəliləyişləri və Öhdəlik Qaydaların və digər təlimatların Eric O. işinin ardından sahədəki komandanlara ötürülməsi üsullarınıından danışır.
78. Krallıq Hərbi Polis personalının xarici ərazilərdəki əməliyyatlarda polis işi üçün hazırlıqsız olması barədəki tənqidlər təqsid edilmişdir, lakin 2006-cı ilə “hərbi polisin keyfiyyətinin artırılması üçün böyü işlər görülmüşdür” və gələcək aylarda daha çox işlər görülməlidir.
79. Eyni şəkildə, hesabatda bildirilir ki, mülki hüquqşünaslardan ibarət Prokurorluq belə hallarda “vəziyyətdən xəbərsiz” hesab edilir. Bu, hərbi personalın cinayət təqibinə başlamaq barədə həddindən artıq tələsik qərarların verilməsinə səbəb olur. Hesabatda bununla bağlı, Eric O. işi misal gətirilir. Bununla belə, bu sahədə də irəliləyişlər müşahidə olunur.
80. Hazırki şikayətə səbəb olan atışma incidenti komitə tərəfindən araşdırlmış real işlərdən biri kimi verilmiş, lakin ətraflı şəkildə müzakirə edilməmişdir.
2. Van den Berg Komitəsinin Hesabatı
81. Niderland hərbi personalının İraq vətəndaşlarına pis rəftarı, hətta işgəncə iddilarına cavab olaraq Müdafiə Nazirliyi rəsmi komitə tərəfindən araşdırılma aparılmasını əmr etmişdir. Bu komitə keçmiş parlament üzvü, (onun sədri, Dr J.T. van den Berg, komitənin adı onun adındandır), parlamentin hazırki üzvü, pensiyada olan general-leytenan və pensiyada olan kontr-admiraldan ibarət idi.
82. Komitənin gəldiyi yekun nəticələrlə bağlı bir hesabat 2007-ci illin uyununda nəşr edilmişdir. Hesabatda bildirilirdi ki, onun ilkin versiyası iki hüquq eksperti tərəfindın oxunmuş və şərh edilmiş və onlardan biri indi ərizəçinin nümayəndəsi olan Xanım Zegvelddir.
83. Hesabatda Krallıq Hərbi Polis Birliyinin içərisindəki fikir ayrılıqlarından və birliyin, inter alia polis tipli istitaqların aparılması üçün adekvat təlim almadığından və Krallıq Hərbi Polis Birliyi ilə İraqa göndərilən ilk Niderland hərbi kontingenti olan (və Cənab Azhar Sabah Jaloudun ölümü zamanı orda yerləşmiş Kral Ordusundan əvvəl) Krallıq Dəniz batalyonları arasındakı gərginliklərdən bəhs edilir.
84. Hesabatda həmçinin bildirilir ki, Niderland “işğalçı dövlət” deyildir və bu səbəbdən, bəzi saqındırmalara tabedir; digər məsələlərlə yanaşı, Niderland silahlı qüvvələrinin hər hansı şəxsi tutmaq və ya cinayət təqibi həyata keçirmək səlahiyyəti yoxdur. Niderland silahlı qüvvələri tərəfindən həbs edilmiş şəxslər şübhəninxaraktekrindən asılı olaraq ya Böyük Britaniya hərbçilərinə, ya da İraq dövlət oraqnlarına verilməli idi. Bu şəkildə həbs olunmuş şəxslərlə “ünsiyyət”ə yalnız Güclərin Müdafiəsi kontekstində icazə verilirdi.
85. Hesabatda Niderland Krallığından kənarda Niderland silahlı qüvvələrinin silahlı münaqişə zamanı əməliyyat apardığı ərazidə olan şəxslərin Niderland yurisdiksiyası altında olub-olmaması məsələsi də müzakirə edilmişdir. Bu suala cavab təsdiqləyici olmuşdur.
86. Müdafiə Nazirliyi bu hesabatı 18 iyun 2007-ci ildə, nəticələrinin bəzilərini şərh etməklə, lakin yekun nəticəsini təsdiqləyən bir məktubla birgə Parlamentin Aşağı Palatasına göndərmişdir.
3. Yekun dəyərləndirmə hesabatı
87. Sonuncu Niderland kontingentinin tamamən çıxmasından sonra yekun dəyərləndirmə hesabatı nəşr edilmişdir. Orda bildirilir ki, Niderland Hökuməti Niderland ordusunun vəzifələrinə bir sıra “saqındırma” (məhdudiyyətlər) gətirmişdir. Bu “saqındırmalar” ondan ibarət idi ki, Niderland hər hansı inzibati vəzifələrə malik deyildi və “icra hüququ inkişaf fəaliyyəti” həyata keçirməyəcəkdi. Bu məhdudiyyətlər de facto işğalçı dövlət kimi görünməmək arzusundan irəli gəlirdi.
88. Metod seçiminə gəlincə, bildirilirdi ki, ilkin olaaraq niyyət hərbi iştiraka o qədər böyük vurğu vurmamaq və mümkün dərəcədə patrul və yoxlama məntəqələrindən istifadədən qaçınmaq idi. Lakin praktikadan belə aydən olmuşdur ki, təhlükəsizlik ən yaxşı həm gündüz, həm də gecə sıx-sıx patrul etməklə və cinayətkarlar və terroristlərin ən çox istifadə etmək ehtimalının olduğu yolların üzərində avtomobil yoxlama məntəqələri yaratmaqla təchiz oluna bilər.
89. Hesabatın başqa bir hissəsində bildirilir ki, Niderland silahlı qüvvələrinə atəş açılması ilə bağlı insidentlər baş vermişdir və bunlardan bəziləri avtomobil yoxlama məntəqələrində baş vermişdir. Iraqllıların yaralandığı və ya öldürüldüyü hallarda, Öhdəlik Qaydalarına zidd hərəkətlərin baş verdiyi müəyyən edilməmişdir. Hesabatda bildirilir ki, Niderland hərbçisinin atəşindən yaralanan bir iraqlı müalicə üçün Niderlanddə bir neçə həftə keçirmişdir.
J. Müvafiq beynəlxalq hüquq
1. Haaqa Qaydaları
90. Məhkəmənin baxdığı işlə bağlı İşğalçı Dövlətin anlayışı və onun vəzifələri əsasən Quruda Müharibə Qanunları və Adətləri haqqında Qaydaların (Haaqa, 18 oktyabr 1907-ci il: bundan sonra “Haaqa Qaydaları”) 42-ci və 56-cı maddələrində müəyyən olunub.
91. Haaqa Qaydalarının 42-ci və 43-cü maddələri aşağıdakıları nəzərdə tutur:
Maddə 42
“Ərazi faktiki olaraq düşmən ordunun hakimiyyəti altında olduqda işğal olunmuş sayılır. İşğal yalnız belə hakimiyyətin qurulduğu və həyata keçirilə bildiyi əraziyə şamil olunur”.
Maddə 43
“Legitim hökumətin hakimiyyəti faktiki olaraq işğalçının əlinə keçdikdə, sonuncu, ölkədə qüvvədə olan qanunlara, bu imkandan tamamilə məhrum olmayana kimi, hörmət etməklə mümkün olduğu qədər ictimai qayda və təhlükəsizliyin bərpa və təmin olunması üçün səlahiyyətində olan bütün tədbirləri görməlidir”.
2. Dördüncü Cenevrə Konvensiyası
92. Müharibə Zamanı Mülki Şəxslərin Müdafiəsinə dair Konvensiyanın (IV) (Cenevrə, 12 avqust 1949, bundan sonra “Dördüncü Cenevrə Konvensiyası) 27-34-cü və 47-78-ci maddələri İşğalçı Dövlətin öhdəliklərini detallıqla müəyyən edir. Dördüncü Cenevrə Konvensiyasının 6-cı və 29-cu maddələri bunları nəzərdə tutur:
Maddə 6
“Bu Konvensiya 2-ci maddədə göstərilən hər hansı münaqişənin və ya işğalın başlandığı andan tətbiq olunur.
Münaqişə tərəflərinin ərazisində bu Konvensiyanın tətbiqinə hərbi əməliyyatların ümumən başa çatmasından sonra xitam verilir.
İşğal edilmiş ərazidə bu Konvensiyanın tətbiqinə əməliyyatların ümumən başa çatmasından sonra bir il ərzində xitam verilməlidir; lakin işğalın davam etdiyi müddətdə işğalçı Dövlət həmin ərazidə hökumət funksiyalarını həyata keçirdiyi həddə bu Konvensiyanın 1-12, 27, 29-34, 47, 49, 51, 52, 53, 59, 61-77 və 143-cü maddələri ilə bağlı olur”.
Maddə 29
“Himayədə olan şəxslərin hakimiyyəti altında olduqları münaqişə tərəfi öz nümayəndələrinin həmin şəxslərlə rəftarına görə məsuliyyət daşıyır və bu, onların ortaya çıxa bilən fərdi məsuliyyətinə xələl gətirmir”.
3. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qətnamələri
93. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (“Təhlükəsizlik Şurası”) 22 may 2003-cü il tarixli 4761-ci iclasında 1483 (2003) saylı Qətnamə qəbul etdi. Məhkəmənin qarşısında olan işlə əlaqəli olan hissədə o aşağıdakını nəzərdə tutur:
“Təhlükəsizlik Şurası,
Aidiyyəti olan bütün öncəki qətnamələrinə istinad edərək,
İraqın suverenliyi və ərazi bütövlüyünü yenidən təsdiq edərək,
...
Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Daimi Nümayəndələrinin Təhlükəsizlik Şurasının Prezidentinə göndərdiyi 8 may 2003-cü il tarixli məktubunu (S/2003/538) nəzərə almaqla və qüvvədə olan beynəlxalq hüquqa əsasən bu dövlətlərin birləşmiş komandanlıq altında işğalçı dövlətlər (“Hakimiyyət”) kimi konkret səlahiyyətlər, öhdəliklər və vəzifələrini tanıyaraq,
Əlavə olaraq qeyd edir ki, işğalçı qüvvə olmayan başqa Dövlətlər hazırda bu Hakimiyyət altında çalışırlar və ya gələcəkdə çalışa bilərlər,
Bundan əlavə Üzv Dövlətlərin Hakimiyyət altında heyət, ləvazimat və başqa resurslarla İraqda sabitlik və təhlükəsizliyə töhfə verməyə hazır olmasını alqışlayaraq
...
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən fəaliyyət göstərərək,
1. Üzv Dövlətlərə və aidiyyəti olan təşkilatlara İraq əhalisinə onların institutlarının islahatını aparmaq və öz ölkələrini yenidən qurmaq cəhdlərində yardım etməyə və bu qətnaməyə uyğun olaraq İraqda sabitlik və təhlükəsizlik şərtlərinə töhfə verməyə çağırır;
2. Bunu etmək iqtidarında olan bütün Üzv Dövlətlərə Birləşmiş Millətlər Təşkilatının və başqa beynəlxalq təşkilatların İraq üçün humanitar çağırışlarına dərhal cavab vermək və İraqın iqtisadi infrastrukturunun yenidən qurulması və bərpası üçün zəruri olan qida, tibbi təchizat və resursları təmin etməklə İraq əhalisinin humanitar və başqa ehtiyaclarını qarşılamaqda kömək etməyə çağırır;
...
4. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və başqa müvafiq beynəlxalq hüquqa uyğun olaraq Hakimiyyəti ərazini effektiv idarəetmə vasitəsi ilə, o cümlədən özəlliklə də İraqda təhlükəsizlik və sabitlik şəraitinin bərpası və İraq əhalisinin öz siyasi gələcəyini azad şəkildə müəyyən etməsinə imkan verəcək şərait yaradılması istiqamətində işləməklə İraq əhalisinin rifahını yaxşılaşdırmağa çağırır;
5. Aidiyyəti olan bütün tərəfləri beynəlxalq hüquq, o cümlədən də özəlliklə 1949-cu il tarixli Cenevrə Konvensiyaları və 1907-ci il tarixli Haaqa Qaydalarında nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməyə çağırır;
...
8. Baş Katibdən İraq üçün Xüsusi Məruzəçi təyin etməsini xahiş edir və həmin məruzəçinin müstəqil öhdəliklərinə bu qətnamə əsasında fəaliyyətləri haqqında mütəmadi olaraq Şuraya hesabat vermək, Birləşmiş Millətlər Təşkilatının İraqda post-konflikt proseslərində fəaliyyətlərini koordinasiya etmək, Birləşmiş Millətlər Təşkilatı və İraqda humanitar yardım və yenidən qurma fəaliyyətlərinə cəlb olunmuş beynəlxalq təşkilatlar arasında koordinasiya aparmaq və Hakimiyyətlə koordinasiya vasitəsi ilə İraq əhalisinə aşağıdakı yollarla yardım etmək daxildir:
(a) Birləşmiş Millətlər Təşkilatının agentliklərinin və Birləşmiş Millətlər Təşkilatının agentlikləri ilə qeyri-hökumət təşkilatlarının arasında humanitar və yenidən qurma ilə bağlı yardım fəaliyyətini koordinasiya etmək;
(b) qaçqın və məcburi köçkünlərin təhlükəsiz, müvafiq qaydada və könüllü qayıdışını təşviq etmək;
(c) Hakimiyyət, İraq əhalisi və təmsilçi idarəetmə üçün milli və yerli institutların bərpa edilməsi və yaradılması cəhdləri üzərində çalışan aidiyyəti olan başqa şəxslərlə intensiv olaraq çalışmaq, o cümlədən İraqın beynəlxalq səviyyədə tanınan təmsilçi hökumətinin yaradılmasına yönələn prosesə yardım etmək üçün birlikdə çalışmaq;
(d) əsas infrastrukturun yenidən salınmasına başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq yolu ilə kömək etmək;
(e) İqtisadiyyatın bərpası və davamlı inkişaf üçün şərtləri, o cümlədən yerli və regional təşkilatlarla, uyğun olduqda vətəndaş cəmiyyəti, donorlar və beynəlxalq maliyyə institutları ilə koordinasiya yolu ilə yardım etmək;
(f) mülki idarəetmənin əsas funksiyalarına töhfə verməklə bağlı beynəlxalq cəhdləri təşviq etmək;
(g) insan haqlarının müdafiəsini təşviq etmək;
(h) İraq mülki polis qüvvələrinin potensialının bərpası üçün beynəlxalq təşəbbüslər göstərilməsinə həvəsləndirmək və
(i) Hüquq və məhkəmə islahatlarını həyata keçirməyə yardım edən beynəlxalq fəaliyyətlərə həvəsləndirmək;
9. İraq əhalisi beynəlxalq səviyyədə tanınan təmsilçi hökumət yaradana və Hakimiyyətin səlahiyyətləri ona verilənə kimi Hakimiyyətin yardımı ilə və Xüsusi Nümayəndə ilə işləməklə İraqlıların idarə etdiyi keçid idarəetmə kimi İraq müvəqqəti idarəetməsinin yaradılmasını dəstəkləyir;
...
26. Üzv Dövlətləri və beynəlxalq və regional təşkilatları bu qətnamənin həyata keçirilməsinə töhfə verməyə çağırır;
27. Qərara gəlir ki, bu məsələ ilə məşğul olmaqda davam etsin”.
94. Təhlükəsizlik Şurası 16 oktyabr 2003-cü il tarixli 4844-cü iclasında 1511 (2003) saylı Qətnamə qəbul etdi. Məhkəmənin baxdığı işlə bağlı olan hissədə o nəzərdə tutur:
“Təhlükəsizlik Şurası,
İraqla bağlı əvvəlki qətnamələrini, o cümlədən 22 may 2003-cü il tarixli 1483 (2003) saylı Qətnamə və 14 avqust 2003-cü il tarixli 1500 (2003) saylı qətnaməsini və terror aktları ilə sülh və təhlükəsizliyə təhdidlərlə bağlı olan qətnamələr, o cümlədən 28 sentyabr 2001-ci il tarixli 1373 (2001) saylı və digər müvafiq qətnamələri yenidən təsdiq edərək,
İraqın suverenliyinin İraq Dövlətinə məxsus olduğunu vurğulamaqla, İraq əhalisinin öz siyasi gələcəyini sərbəst müəyyən etmək və öz təbii sərvətlərini tənzimləmək hüququnu yenidən təsdiq etməklə və İraqlıların özlərini idarə edəcəyi günün tezliklə gəlməli olduğuna dair qətiyyətini xatırladaraq və bu prosesin sürətlə irəli aparılmasında beynəlxalq dəstəyin, xüsusilə regiondakı ölkələrin, İraqın qonşularının və beynəlxalq təşkilatların dəstəyinin əhəmiyyətini anlayaraq,
Sabitlik və təhlükəsizlik şəraitinin bərpasında beynəlxalq dəstəyin İraq əhalisinin rifahı, həmçinin aidiyyəti olanların hamısının İraq əhalisi adından fəaliyyətlər həyata keçirmək bacarıqları üçün çox əhəmiyyətli olmasını qəbul edərək və bu baxımdan Üzv Dövlətlərin 1483 (2003) saylı qətnaməyə əsasən töhfələrini alqışlayaraq,
...
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli əsasında hərəkət etməklə,
...
13. Təhlükəsizlik və sabitliyin təmin olunmasının yuxarıdakı 7-ci paraqrafda göstərildiyi kimi siyasi prosesin uğurlu tamamlanması və Birləşmiş Millətlər Təşkilatının həmin prosesə və 1483 (2003) saylı qətnamənin həyata keçirilməsinə effektiv töhfə vermək imkanları üçün önəmli olduğunu müəyyən edir və çoxmillətli qüvvələrin vahid komandanlıq altında İraqda sabitlik və təhlükəsizliyə, o cümlədən vaxt cədvəli və proqramın həyata keçirilməsi üçün zəruri şərtləri təmin etmək məqsədi ilə töhfə vermək, eləcə də Birləşmiş Millətlər Təşkilatının İraqa Yardim Missiyasının, İraqın İdarəetmə Şurası və İraqı müvəqqəti idarəetmə üçün yaradılmış başqa institutlar və əsas humanitar və iqtisadi infrastrukturun təhlükəsizliyinə töhfə vermək üçün zəruri olan bütün tədbirləri görməyə səlahiyyət verir;
14. Üzv Dövlətləri Birləşmiş Millətlər Təşkilatının bu mandatı altında, o cümlədən hərbi qüvvələri ilə yuxarıdakı 13-cü paraqrafda istinad olunan çoxmillətli qüvvələrə yardıma töhfə verməyə tələsdirir;
...
16. 1483 (2003) saylı qətnamənin 4-cü paraqrafına uyğun olaraq hüquq, qayda və təhlükəsizlik və terrorçuluqla mübarizənin qorunması üçün effektiv İraq polisi və təhlükəsizlik qüvvələrini yaratmağın önəmini vurğulayır və Üzv Dövlətlər və beynəlxalq və regional təşkilatların İraq polisi və təhlükəsizlik qüvvələrinin təlim və təchizatına töhfə verməyə çağırır.
...
25. Birləşmiş Ştatlardan xahiş edir ki, yuxarıdakı 13-cü paraqrafda göstərildiyi kimi çoxmillətli qüvvənin adından Təhlükəsizlik Şurasına zəruri olduqda və altı ayda bir dəfədən az olmayaraq bu qüvvənin fəaliyyətləri və nailiyyətləri barədə hesabat versin.
26. Qərara gəlir ki, bu məsələ ilə məşğul olmaqda davam etsin”.
4. Beynəlxalq Ədalət Məhkəməsinin məhkəmə təcrübəsi
a. İşğal olunmuş Fələstin Ərazisində Divar Tikilməsinin Hüquqi Nəticələri
95. İşğal olunmuş Fələstin Ərazisində Divar Tikilməsinin Hüquqi Nəticələri (B.Ə.M Hesabatları 2004, səh. 136 (I. C. J. Reports 2004, p. 136)) işində Beynəlxalq Ədalət Məhkəməsi aşağıdakını müəyyən edib:
“109. Məhkəmə müşahidə edir ki, Dövlətlərin yurisdiksiyası əsasən ərazi yurisdiksiyası olsa da bəzən milli ərazidən kənarda həyata keçirilə bilər. Hətta bu halda belə Pakta tərəf olan Dövlətlərin onun normalarına əməl etməli olması Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın məqsəd və vəzifələrini nəzərə aldıqda təbii görünür.
İnsan Hüquqları Komitəsinin daimi təcrübəsi buna uyğundur. Buna görə də Dövlət xarici ölkə ərazisində öz yurisdiksiyasını həyata keçirəndə ona Paktın tətbiq edildiyini Komitə müəyyən edib. O, Uruqvay agentlərinin Braziliya və ya Argentinada həyata keçirdiyi həbslərlə bağlı Uruqvayın əməllərinin hüquqiliyi məsələsi ilə bağlı qərar verib (iş No. 52/79, López Burgos Uruqvaya qarşı; iş No. 56/79, Lilian Celiberti de Casariego Uruqvaya qarşı (case No. 52/79, López Burgos v. Uruguay; case No. 56/79, Lilian Celiberti de Casariego v. Uruguay)). O, Uruqvayın Almaniyadakı konsulluğunun pasport müsadirə etməsi ilə bağlı işdə eyni xarakterli qərar çıxarıb (iş No. 106181, Montero Uruqvaya qarşı (case No. 106181, Montero v. Uruguay)).
Paktın hazırlıq sənədləri (travaux préparatoires) onun ikinci maddəsi ilə bağlı Komitənin şərhini təsdiq edir. Bu onu göstərir ki, seçilmiş mətni qəbul edərkən Paktı tərtib edənlərin Dövlətlərə öz milli ərazilərindən kənarda yurisdiksiya həyata keçirərkən öz öhdəliklərindən azad olmasına icazə vermək istəyi olmayıb. Onların yeganə məqsədi xaricdə yaşayan şəxslərin öz mənşə Dövlətindən onun kompetensiyasına düşməyən, əslində yaşadıqları Dövlətin kompetensiyasında olan, hüquqlar tələb etməsinin qarşısını almaq olub (bax, İnsan Hüquqları Komissiyasında ilkin layihənin müzakirəsi, E/CN.4/SR.194, paraq. 46; və Birləşmiş Millətlər Təşkilatının, Baş Məclisinin rəsmi protokolu, Onuncu Sessiya, Əlavələr, Al2929, II Hissə, V Fəsil, paraq. 4 (1955) ()).
110. Bununla əlaqədar olaraq, Məhkəmə Paktın tətbiqi ilə bağlı İsrailin İnsan Hüquqları Komitəsi ilə yazışmalarında göstərdiyi mövqeni və Komitənin rəyini nəzərə alır.
1998-ci ildə İsrail bildirdi ki, Komitəyə hesabat hazırlayarkən Paktın tətbiqi məqsədləri baxımından ‘işğal olunmuş ərazilərdə yaşayan fərdlərin əslində İsrailin yurisdiksiyasında olub-olmadığı” sualı ilə qarşılaşmalı olub (CCPR/C/SR.1675, paraq. 21). İsrail “Pakt və oxşar alətlər işğal olunmuş ərazilərdə indiki duruma birbaşa tətbiq olunmur” mövqeyini tutdu (ibid., paraq. 27).
Hesabatı yoxladıqdan sonra yekun tövsiyələrində Komitə İsrailin yanaşması ilə bağlı narahatlığını ifadə etdi və İsrailin [işğal olunmuş] ərazilərdə “uzun müddətli mövcudluğu”na, onların gələcək statusuna İsrailin şübhəli yanaşmasına, həmçinin İsrailin təhlükəsizlik qüvvələrinin orada effektiv yurisdiksiya həyata keçirməsinə istinad etdi. (CCPR/C/79/Add.93, paraq. 10). 2003-cü ildə İsrailin “Paktın onun ərazisindən kənarda, özəlliklə də Qərb Sahili və Qəzzada tətbiq edilməməsi...” ilə bağlı davamlı mövqeyi qarşısında Komitə aşağıdakı nəticəyə gəldi:
“bu şərtlər altında Paktın normaları İşğal Olunmuş Ərazilərin əhalisinin xeyrinə, bu ərazilərdə Dövlət tərəfinin hakimiyyəti və ya nümayəndələrinin Paktda nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə təsir edən və beynəlxalq ümumi hüququn prinsiplərinə əsasən, İsrailin məsuliyyət dairəsinə düşən bütün fəaliyyətlərinə tətbiq olunur” (CCPR/C0/78/1SR,paraq. 11).
111. Yekunda Məhkəmə hesab edir ki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt Dövlətin öz ərazisindən kənarda yurisdiksiyasını həyata keçirdiyi zaman törətdiyi əməllərə tətbiq olunur”
b. Konqo Ərazisində Silahlı Fəaliyyətlər (Konqo Demokratik Respublikası Uqandaya qarşı)
96. Konqo Ərazisində Silahlı Fəaliyyətlər (Konqo Demokratik Respublikası Uqandaya qarşı) işində (Qərar, B.Ə.M Hesabatları 2005, səh. 168 (Democratic Republic of the Congo v. Uganda), Judgment, I.C.J. Reports 2005, p. 168)) Beynəlxalq Ədalət Məhkəməsi aşağıdakını müəyyən edib:
172. Məhkəmə müşahidə edir ki, 1907-ci il tarixli Haaqa Qaydalarının 42-ci maddəsində əks olunan beynəlxalq adət hüququna əsasən, ərazi o halda işğal olunmuş sayılır ki, o, faktiki olaraq düşmən ordunun hakimiyyəti altında olur və işğal yalnız belə hakimiyyətin qurulduğu və həyata keçirilə bildiyi əraziyə şamil olunur (bax, İşğal olunmuş Fələstin Ərazisində Divar Tikilməsinin Hüquqi Nəticələri, B.Ə.M. Hesabatları 2004, səh. 167, para 78 və səh 172, para 89 (Legal Consequences of the Construction of a Wall in the Occupied Palestinian Territory, Advisory Opinion, I.C.J. Reports 2004, p. 167, para. 78, and p. 172, para. 89))
173. Müdaxilə nəticəsində hərbi qüvvələri başqa Dövlətin ərazisində olan Dövlətin jus in belloda işlədilən eyni ifadə mənasında “işğalçı Qüvvə” olması nəticəsinə gəlmək üçün Məhkəmə müdaxilə edən Dövlətin həmin ərazilərdə belə hakimiyyəti faktiki olaraq yaratdığı və həyata keçirdiyini göstərən kifayət qədər sübutun olmasını yoxlamalıdır. Bu işdə Məhkəmə əmin olmalıdır ki, Uqandanın silahlı qüvvələri KDR-in müəyyən ərazilərində sadəcə yerləşməyib, həm də Konqo Hökumətini özlərinin hakimiyyəti ilə əvəz edib. Bu halda Uqandanın işğal üçün gətirəcəyi istənilən əsaslandırmanın heç bir əhəmiyyəti olmayacaq və eyni zamanda Uqandanın işğal olunmuş ərazinin strukturlu hərbi administrasiyasını yaradıb-yaratmaması faktının da heç bir önəmi olmayacaq.”
Və
“179. Məhkəmə Uqandanın müvafiq vaxtda İturiatda işğalçı Qüvvə olması qənaətinə gəlib müəyyən edir ki, Uqanda öz hərbçilərinin beynəlxalq öhdəlikləri pozan istənilən əməllərinə, eləcə də işğal olunmuş ərazidəki başqa qüvvələr, o cümlədən özbaşına fəaliyyət göstərən üsyançı qrupların törətdiyi insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının qarşısını almaqda heç bir tədbirlilik göstərmədiyi üçün məsuliyyət daşıyır.
180. Məhkəmə qeyd edir ki Uqanda öz hərbi qüvvələrinin KDR ərazisində konkret şəraitdə uyğun gələn və tətbiq edilməli beynəlxalq insan haqları hüququ və beynəlxalq humanitar hüquq normalarının pozuntusu olan bütün hərəkət və hərəkətsizliklərinə görə bütün hallarda məsuliyyət daşıyır”.
Və
“213. İndi isə Məhkəmə UXMQ və onun zabit və əsgərlərinin hərəkət və hərəkətsizliklərinin Uqandanın əməlləri kimi qiymətləndirilib-qiymətləndirilməməsi sualını araşdırır. UXMQ-in fəaliyyəti bütövlükdə Dövlət orqanının hərəkəti kimi açıq-aydın Uqandaya aiddir. Beynəlxalq hüququn yaxşı müəyyən olunmuş və adət halını almış qaydasına əsasən, “hər hansı Dövlət orqanının fəaliyyəti həmin Dövlətin əməli kimi nəzərdən keçirilməlidir” (İnsan Hüquqları Komissiyasının Xüsusi Məruzəçisinin Məhkəmə Prosesindən İmmuniteti ilə bağlı olan Özəlliyi, Məşvərətçi Rəy, B.Ə.M Hesabatları, 1999 (I), səh. 87, paraq. 62 (Difference Relating to Immunity from Legal Process of a Special Rapporteur of the Commission on Human Rights, Advisory Opinion, I.C.J. Reports 1999 (I), p. 87, para. 62)). UNDF-in fərdi əsgər və zabitlərinin fəaliyyəti Dövlət orqanlarının fəaliyyəti kimi nəzərdən keçirilməlidir. Məhkəmə Uqanda əsgərlərinin KDR-də hərbi statusu və funksiyasına görə onların fəaliyyətinin Uqandaya aid olduğu qənaətindədir. Bu səbəbdən bəhs olunan şəxslərin konkret şəraitdə dövlət hakimiyyəti funksiyasını yerinə yetirən şəxs qismində fəaliyyət göstərmədiyi iddiasının əsası yoxdur.
214. Bundan əlavə UXMQ heyətinin verilmiş təlimatlara zidd olaraq və ya səlahiyyətlərindən kənara çıxmaqla fəaliyyət göstərib-göstərməməsinin onların fəaliyyətinin Uqandaya aid edilməsi baxımından əhəmiyyəti yoxdur. 1907-ci il tarixli Quruda Müharibə Qanunlarına və Adətlərinə hörmət edilməsi haqqında Dördüncü Haaqa Konvensiyasının 3-cü maddəsində əks olunan yaxşı müəyyən olunmuş adət hüququna, eləcə də 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun 91-ci maddəsinə əsasən, silahlı münaqişə tərəfi onun silahlı qüvvələrinin tərkibində olan şəxslərin bütün fəaliyyətlərinə görə məsuliyyət daşıyır”.
c. Genosid Cinayətinin Qarşısının Alınması və Onun Cəzalandırılması haqqındaKonvensiyanın tətbiqi (Bosniya və Herseqovina Serbiya və Çernoqoriyaya qarşı (Bosnia and Herzegovina v. Serbia and Montenegro))
97. Genosid Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın Tətbiqi (Bosniya və Herseqovina Serbiya və Çernoqoriyaya qarşı), Məhkəmə Qərarı, B.Ə.M. Hesabatları 2007, səh. 43 Judgment (I.C.J. Reports 2007, p. 43) ilə bağlı işdə Beynəlxalq Ədalət Məhkəməsi müəyyən etdi:
“399. Bu norma (Beynəlxalq Hüquq Komissiyasının Dövlət məsuliyyəti haqqında Maddələrinin 8-ci Maddəsi), Məhkəmənin bu mövzuda olan təcrübəsi, özəlliklə də yuxarıda (paraq. 391) istinad olunan Nikaraquada və Nikaraquaya qarşı Hərbi və Yarımhərbi Fəaliyyətlər (Nikaraqua Amerika Birləşmiş Ştatlarına qarşı (Nicaragua v. United States of America)) işindəki 1986-cı il tarixli Qərarın işığında nəzərdən keçirilməlidir. Yuxarıda qeyd olunduğu kimi həmin Qərarda Məhkəmə üsyançıların Birləşmiş Ştatların orqanlarından “tamamilə asılı olduğuna” görə həmin orqanlarla eyniləşdirilməli olması arqumentini rədd etdikdən sonra əlavə etdi ki, ərizəçi Dövlətin iddia etdiyi kimi insan haqları və humanitar hüquqa zidd aktların törədilməsini Cavabdehin özünün yönləndirməsi və ya məcbur etməsi sübut edilsə, Cavabdehin məsuliyyəti hələ də meydana çıxa bilər (B.Ə.M. Hesabatları, 1986, səh. 64, paraq. 115 (I.C.J. Reports 1986, p. 64, para. 115)); Bu, aşağıdakı önəmli nəticəyə gətirib çıxardı:
‘Bu əməlin Birləşmiş Ştatların hüquqi məsuliyyətinə səbəb olması üçün prinsipcə sübut olunmalıdır ki, Dövlət iddia olunan pozuntuların törədildiyi hərbi və ya yarımhərbi əməliyyatlara effektiv nəzarət edib’ (Ibid., səh. 65)
400. Bununla da şəxs və ya qurumu hətta daxili hüquqda bu cür statusu olmasa belə Dövlət orqanı ilə eyniləşdirməyin mümkün olub-olmadığını müəyyən etmək üçün formalaşdırılmış test yuxarıda təsvir olunan testdən iki aspektdə fərqlənir. Birincisi, bu kontekstdə beynəlxalq hüququ pozduğu iddia olunan əməlləri törətmiş şəxslərin əsasən cavabdeh Dövlətdən “tamamilə asılılıq” münasibətində olduğunu göstərmək zəruri deyil. Onların Dövlətin təlimatlarına uyğun olaraq və ya onun “effektiv nəzarəti” altında fəaliyyət göstərdiyini sübut etmək lazımdır. Lakin belə “effektiv nəzarət”in həyata keçirilməsi və ya Dövlət təlimatlarının verilməsi hallarının pozuntuları törətmiş şəxs və ya şəxslər qruplarının bütöv fəaliyyətinə ümumilikdə deyil, iddia olunan pozuntuların baş verdiyi hər bir əməliyyata münasibətdə olduğunu nümayiş etdirmək lazımdır”.
Və
“Daha sonra qeyd olunmalıdır ki, “tam nəzarət” testində dövlət məsuliyyətinin həcmini beynəlxalq məsuliyyət hüququnu tənzimləyən fundamental prinsipi nəzərə almadan genişləndirmək kimi əsas çatışmazlıq var: Dövlət yalnız öz fəaliyyətinə görə, yəni əsaslarından asılı olmayaraq onun adından çıxış edən şəxslərin fəaliyyətinə görə məsuliyyət daşıyır. Eyni hal onun rəsmi orqanları və həmçinin daxili hüquqda rəsmi orqan sayılmasa da dövlət orqanlarından “tamamilə asılılıq” münasibətlərində olduğuna görə dövlət orqanlarına bərabər tutulan şəxs və qurumların həyata keçirdiyi fəaliyyətlərə də aiddir. Bu işlərdən başqa, Dövlətin məsuliyyəti nə Dövlət orqanı, nə də belə orqanlara bərabər tutulan şəxs və ya şəxslər qruplarının etdiyi əməllərə görə yalnız o halda yaranır ki bu əməllərin beynəlxalq hüquq pozuntusu olması və Dövlətə aid olması yuxarıda istinad olunan 8-ci maddədə (Beynəlxalq Hüquq Komissiyasının Dövlət Məsuliyyəti haqqında Maddələrinin 8-ci Maddəsi) əks olunmuş beynəlxalq adət hüququna əsasən güman olunur. Bu o halda mümkün olur ki, Dövlət orqanı elə təlimatlar və ya göstərişlər verir ki, onların əsasında pozuntuları törədən şəxslər fəaliyyət göstərir və ya Dövlət orqanı hüquq pozuntusunun törədilməsi zamanı əmələ “effektiv nəzarət” edir. Bununla bağlı “tam nəzarət” testi uyğun gəlmir, çünki o, dövlət orqanlarının fəaliyyəti ilə beynəlxalq məsuliyyəti arasında əlaqənin demək olar ki yox olması qədər çox uzağa gedir.”
5. Beynəlxalq Hüquq Komissiyasının Dövlət Məsuliyyəti üzrə Maddələri
98. Dövlət Məsuliyyəti üzrə Maddələr şərhləri ilə birlikdə Beynəlxalq Hüquq Komissiyası tərəfindən onun əlli-üçüncü sessiyasında, 2001-ci ildə qəbul olunub və Beynəlxalq Hüquq Komissiyasının həmin sessiyanın işini əhatə edən hesabatının (A/56/10) bir hissəsi kimi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə təqdim olunub. Hesabat Beynəlxalq Hüquq Komissiyasının 2001-ci il tarixli İllik Buraxılışında, II cildin ikinci hissəsində əks olunub, Bu işə aid olan hissədə, Maddələr və onların şərhləri (Maddələrlə birlikdə qəbul olunub) bunları nəzərdə tutur (iqtibası olan istinadlar buraxılıb):
Maddə 2
Dövlətin beynəlxalq hüquqazidd əməlinin elementləri
“Dövlətin beynəlxalq hüquqazidd əməli o halda mövcud olur ki hərəkət və ya hərəkətsizlikdən ibarət olan fəaliyyət:
(a) beynəlxalq hüquqa əsasən Dövlətə aid edilir və
Dövlətin beynəlxalq öhdəliyinin pozuntusunu təşkil edir”
Bu maddənin şərhinə aşağıdakılar daxildir:
“
“(5) Konkret əməlin beynəlxalq hüquq pozuntusu kimi xarakterizə edilməsi üçün o, ilk növbədə Dövlətə aid edilməlidir. Dövlət real təşkil olunmuş qurum, beynəlxalq hüquqa əsasən fəaliyyət göstərməyə tam səlahiyyətli hüquqi şəxsdir. Lakin bunu qəbul etmək Dövlətin öz-özünə fəaliyyət göstərə bilməməsi kimi adi faktı inkar etmir. “Dövlətin əməli” insan və ya qrupun bəzi hərəkət və ya hərəkətsizliklərini əhatə etməlidir: “Dövlətlər ancaq özlərinin qurumları və təmsilçiləri tərəfindən və vasitəsilə fəaliyyət göstərə bilərlər”. Burada hansı şəxslərin Dövlət adından fəaliyyət göstərmiş sayılması, yəni Dövlət məsuliyyətinin məqsədləri baxımından nəyin “Dövlətin əməli” olması sualı yaranır.
(6) Dövlətə aidiyyət barədə danışanda Dövlət beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirilir. Bir çox hüquq sistemlərində Dövlət orqanları müxtəlif hüquqi şəxslərdən (nazirliklər və ya başqa hüquqi şəxslər) ibarətdir və onlar müəyyən hüquq və vəzifə sahibi kimi nəzərdən keçirilib bunlara görə yalnız özləri məhkəməyə verilə və məsuliyyət daşıya bilər. Dövlətin məsuliyyəti ilə bağlı beynəlxalq hüququn məqsədləri baxımından mövqe fərqlidir. Dövlət beynəlxalq hüquqda vahid hüquqi şəxs kimi tanınmasına uyğun olaraq bir birlik kimi nəzərdən keçirilir. Başqa hallarda olduğu kimi bununla əlaqədar olaraq əməlin dövlətə aid edilməsi şübhəsiz normativ əməliyyatdır. Önəmli olan konkret hadisənin II fəsildə sadalanan bu və ya digər qaydalara əsasən dövlətə aid edilə bilən əməllə (hərəkət və ya hərəkətsizlik) kifayət qədər əlaqəsinin olmasıdır.
(7) Dövlətin beynəlxalq hüquq pozuntusu olan əməlinin mövcudluğu üçün ikinci şərt odur ki, dövlətə aid edilə biləcək əməl həmin dövlətin beynəlxalq öhdəliyinin pozuntusunu təşkil etməlidir
...
(12) (a) yarımparaqrafındakı “aid edilmə (attribution)” termini müəyyən hərəkət və ya hərəkətsizliyi Dövlətlə əlaqələndirmək fəaliyyətini ifadə etmək üçün işlənir. Beynəlxalq təcrübə və məhkəmə qərarlarında “kiminsə məsuliyyət dairəsinə salma (imputation)” termini də işlənir. Amma “aidiyyət” termini əməli dövlətlə əlaqələndirmək kimi hüquq prosesinin fiksiya olması və ya həmin əməlin “əslində” başqasına aid olması ilə bağlı istənilən təklifi istisna edir.
(13) (b) yarımparaqrafında istinad beynəlxalq hüququn qaydası və ya normasına deyil, beynəlxalq öhdəliyin pozulmasına edilib. Bu məqsədlər üçün əhəmiyyətli olan sadəcə qaydanın mövcudluğu deyil, spesifik məsələdə cavabdeh olan Dövlətə münasibətdə tətbiq edilməsidir. “Öhdəlik” anlayışı əsasən beynəlxalq məhkəmə qərarları və təcrübəsində və ədəbiyyatda mümkün olan bütün halları əhatə etmək üçün istifadə olunur. “Öhdəliyə” istinad beynəlxalq hüquqda öhdəlik anlayışı ilə məhdudlaşır ki, bu məsələ 3-cü maddədə daha da dəqiqləşdirilir”
Maddə 6
Bir Dövlətin başqa Dövlətin sərəncamına verdiyi orqanların fəaliyyəti
“Bir Dövlətin sərəncamına başqa Dövlət tərəfindən verilmiş orqanın davranışı, əgər həmin orqan sərəncamına verildiyi Dövlətin hakimiyyətinin elementlərini həyata keçirmək üçün fəaliyyət göstərirsə, beynəlxalq hüquqa əsasən birinci dövlətin əməli sayılmalıdır”.
Bu maddənin şərhinə aşağıdakı daxildir:
“(2) 6-cı maddədə “sərəncamına verilmiş” sözləri dövlət orqanının fəaliyyətinin beynəlxalq hüquqda təqdim edən Dövlətin deyil, qəbul edən Dövlətin əməli sayılması üçün önəmli olan şərti ifadə edir. Qəbul edən Dövlətin ixtiyarına verilmiş orqan anlayışı xüsusi bir anlayışdır və onu bildirir ki, həmin orqan qəbul edən Dövlətin razılığı ilə, onun hakimiyyəti altında və onun məqsədləri üçün fəaliyyət göstərir. Orqan yalnız sərəncamına verildiyi Dövlətə aid funksiyaları yerinə yetirmək üçün təyin edilməməli, həm də ondan faydalanan Dövlətin verdiyi funksiyaları yerinə yetirərkən həmin Dövlət aparatı ilə birgə, onu təqdim etmiş Dövlətin təlimatları deyil, onu qəbul etmiş Dövlətin müstəsna rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərməlidir. Bu səbəbdən 6-cı maddənin müqavilə və ya digər hallara əsasən dövlətlər arası əməkdaşlıq və ya birgə iş kimi adi hallarla əlaqəsi yoxdur.
(3) Başqa Dövlətin “sərəncamına verilmiş” Dövlət orqanına verilən bu məhdud anlayışın təsir dairəsinə düşən nümunələrə epidemiya və ya təbii fəlakətin qarşısını almağa yardım etmək üçün səhiyyə xidmətinin seksiyası və ya digər Dövlətin göstərişlərinə tabe etdirilən hər hansı başqa bölmə və ya müəyyən hallarda digər Dövlətin məhkəmə orqanları kimi fəaliyyət göstərmək üçün təyin olunmuş hakimlər daxildir. Digər tərəfdən, bir dövlətin orqanlarının başqa bir dövlətə sonuncunun ərazisində təklif etdiyi adi yardım və ya dəstək 6-cı maddə ilə əhatə olunmur. Məsələn, silahlı qüvvələr başqa dövlətə kollektiv özünü müdafiə hüququ və ya digər məqsədlərlə yardım etmək üçün göndərilə bilər. Həmin qüvvələr onları göndərən Dövlətin hakimiyyəti altında qaldıqda, qəbul edən Dövlətin deyil, göndərən Dövlətin hakimiyyətinin elementlərini həyata keçirir. Elə hallar ola bilər ki, bir Dövlətin orqanı həmin və digər Dövlətin birgə təlimatları altında fəaliyyət göstərsin və ya bir qurum bir neçə Dövlətin birgə orqanı olsun. Belə hallarda həmin fəaliyyət bu fəslin digər maddələrinə əsasən hər iki Dövlətə aid edilə bilər.
(4) Bu səbəbdən, 6-cı maddənin məqsədləri baxımından əhəmiyyətli olan fakt müvafiq orqan ilə onu sərəncamına qəbul etmiş Dövlətin strukturu və ya hakimiyyəti arasında funksional əlaqənin tapılmasıdır. Başqa Dövlətin “sərəncamına təqdim edilən” orqan anlayışı təqdim edən Dövlətin və ya hətta hər iki dövlətin birgə məqsədləri üçün başqa dövlətə təqdim edilən və öz muxtariyyəti və statusunu saxlayan Dövlət orqanlarını, məsələn, mədəni missiyalar, diplomatik və ya konsulluq missiyaları, xarici yardım və dəstək təşkilatlarını daxil etmir. 6-cı maddənin dairəsindən həm də “faydalanan” Dövlətin funksiyalarının onun razılığı olmadan həyata keçirildiyi hallar çıxarılır, belə ki, Dövlət asılılıq, ərazi işğalı və ya oxşar şəraitlərdə öz orqanlarının fəaliyyətini dayandırmağa və bu fəaliyyətin başqa Dövlətin orqanlarının fəaliyyəti ilə az və ya çox dərəcədə əvəz edilməsinə razılıq verməyə məcbur olur.
(5) 6-cı maddənin tətbiq edilməsi üçün daha iki meyar olmalıdır. Birincisi, müvafiq orqan onu təqdim edən Dövlətin orqanı statusuna malik olmalıdır və ikincisi, onun fəaliyyəti qəbul edən Dövlətin hakimiyyət səlahiyyətinin elementlərinin həyata keçirilməsini daxil etməlidir. Bu şərtlərin birincisi heç vaxt təqdim edən Dövlətin orqanı statusu olmayan özəl təşkilat və ya fərdlərin əməllərini 6-cı maddənin dairəsindən çıxarır. Məsələn, texniki yardım proqramlarına əsasən Dövlətin ixtiyarına verilmiş ekspertlər və ya məsləhətçilər heç də həmişə onları təqdim edən Dövlətin orqanları statusuna malik olmur. İkinci şərt odur ki, bir Dövlətin başqa Dövlətin ixtiyarına verdiyi orqan onu qəbul edən Dövlətin “hakimiyyət səlahiyyətlərinin elementlərinin həyata keçirilməsi” üçün fəaliyyət göstərməlidir. Fəaliyyət o halda qəbul edən Dövlətə aid edilir ki, istifadə olunan orqanın fəaliyyəti həmin Dövlətin “dövlət hakimiyyəti elementlərinin həyata keçirilməsi” ilə bağlı olur. Qarşılıqlı müdafiə, yardım və inkişaf kimi sahələrdə Dövlətlərin əməkdaşlıq xarakterli fəaliyyətləri ilə bağlı halların sayı ilə müqayisədə 6-cı maddə yalnız “ötürülən məsuliyyət” kimi spesifik və məhdud anlayışı əhatə edir. Bununla belə, Dövlət praktikasında belə hallar heç də naməlum deyil”.
Maddə 8
Dövlətin rəhbərlik və ya nəzarət etdiyi əməl
“Şəxs və ya şəxslər qrupunun davranışı beynəlxalq hüquqda o halda Dövlətin əməli kimi nəzərdən keçirilir ki, şəxs və ya şəxslər qrupu həmin fəaliyyətin həyata keçirilməsi haqqında faktiki olaraq Dövlətin təlimatları və ya rəhbərliyi və ya nəzarəti altında fəaliyyət göstərir.”
Bu Maddənin şərhinə daxildir:
“(2) Faktiki olaraq Dövlətin icazə verdiyi əməlin Dövlətə aid edilməsi beynəlxalq məhkəmə təcrübəsində geniş yayılıb. Belə hallarda, əlaqəli şəxs və ya şəxslərin özəl şəxslər olmasının və ya onların əməlinin “hakimiyyət fəaliyyətini” daxil etməsinin əhəmiyyəti yoxdur. Bu cür hallar əsasən o zaman ortaya çıxır ki, Dövlət orqanları Dövlətin rəsmi strukturundan kənarda qalan “yardımçı silahlı qüvvələr” kimi davranan özəl şəxs və ya qrupları cəlb etməklə və ya təhrik etməklə öz fəaliyyətlərini təmin edir. Bunlara, məsələn, Dövlət tərəfindən xüsusi olaraq tapşırıq almamasına və polis və ya silahlı qüvvələrin tərkibində olmamalarına baxmayaraq “yardımçı qüvvə” kimi cəlb edilən və ya “könüllü” kimi qonşu ölkələrə göndərilən və ya xaricdə müəyyən missiyanı yerinə yetirmək təlimatı almış fərd və ya özəl fərdlərin qrupları daxildir.”
Və
“(5) Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın Apellyasiya Palatası da bu məsələlərə toxunub. Tadić işində Palata vurğuladı:
Beynəlxalq hüquqda özəl şəxslərin əməllərinin Dövlətlərə aid edilməsi üçün tələb Dövlətin həmin şəxslərə nəzarət etməsidir. Nəzarətin dərəcəsi hər bir işin faktiki hallarından asılı olaraq dəyişə bilər. Apellyasiya Palatası nəyə görə bütün işlərdə nəzarət testi üçün beynəlxalq hüququn bu qədər yüksək keçid qoyduğunu anlamaqda çətinlik çəkir.
Apellyasiya Palatası müəyyən edib ki, Yuqoslaviya “hakimiyyət orqanlarının bu silahlı qüvvələrə nəzarətinin silahlı münaqişəni beynəlxalq münaqişə hesab etmək üçün beynəlxalq hüquqla tələb olunan dərəcəsi belə qüvvələri sadəcə maliyyələşdirmək və təchiz etməklə məhdudlaşmayan və hərbi əməliyyatların planlaşdırılması və onlara nəzarətdə iştirakı əhatə edən tam nəzarətdir”. Əsaslandırma zamanı əksəriyyət Nikaraquada və ona qarşı Hərbi və Yarımhərbi Fəaliyyətlər işində BƏM-in yanaşması ilə razılaşmamağı zəruri hesab etdi. Amma Tadić işində hüquqi məsələlər və faktiki hallar Məhkəmənin o işdə qarşılaşdığından fərqli idi. Tribunalın mandatı dövlət məsuliyyəti yox, fərdi cinayət məsuliyyəti ilə bağlı məsələlərə yönəlib və həmin işdə sual məsuliyyət yox, beynəlxalq humanitar hüququn tətbiq edilə bilən qaydaları ilə bağlıdır. Hər bir halda hər bir işdə konkret əməlin həyata keçirilməsinə dövlət nəzarətinin onu dövlətə aid edəcək dərəcədə olması məsələsinə ayrıca olaraq qiymət verilir”.
K. İraqın işğalı ilə əlaqəli sənədlər
1. Koalisiya Müvəqqəti Hakimiyyətinin 28 saylı Əmri
99. Koalisiya Müvəqqəti Hakimiyyətinin “İraq Mülki Müdafiə Bölmələrinin yaradılması” adlı 28 saylı Əmri Koalisiya Müvəqqəti Hakimiyyətinin Rəhbəri, Səfir L.Paul Bremer tərəfindən 9 mart 2003-cü ildə qəbul edilib:
“Müharibə qanunları və adətlərinə əsasən Koalisiya Müvəqqəti Hakimiyyətinin (KMH) rəhbəri kimi səlahiyyətimə istinad edərək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 1483 (2003) saylı Qətnaməsinə uyğun olaraq,
1483 saylı Qətnamənin Üzv Dövlətlərə İraq əhalisinə onların institutlarının islahatı, ölkələrinin yenidən qurulması və İraqda sabitlik və təhlükəsizlik şəraitinə töhfə vermək cəhdlərində yardım etməyə çağırdığını nəzərə alaraq,
Hüquqa zidd əməl və ya fəlakətlər nəticəsində ictimai təhlükəsizlik və sabitliyə təhdidlərlə bağlı təcili tədbir görmək ehtiyacını anlayaraq,
Baasist (Baathist) davamçıları və terrorçuların davamlı hücumları və təxribat xarakterli əməllərinin İraqda təhlükəsizliyi zəiflətməyə yönəldiyini qəbul etməklə İraqda təhlükə ilə mübarizə aparmaq və təhlükəsizliyi qorumaq naminə Koalisiya Qüvvələri ilə birgə çalışmaq üçün İraq müvəqqəti polis qüvvələrinin yaradılmasını zəruri edir,
Bununla da mən aşağıdakıları elan edirəm:
Seksiya 1
İraq Mülki Müdafiə Bölmələrinin yaradılması
1) İraq Mülki Müdafiə Bölmələri müvəqqəti institut kimi yaradılıb, İraq əhalisinin yaratdığı və beynəlxalq səviyyədə tanınmış təmsilçi hökumətin həmin Bölmələrin fəaliyyətini davam etdirmək və ya dayandırmaq haqqında qərarından asılı olur.
2) İraqın Mülki Müdafiə Bölmələri İraqın təhlükəsizlik və təcili yardım xidməti agentliyidir. İraqın Mülki Müdafiə Bölmələri iraqlılardan ibarət olub, İraq əhalisinə və onların milli infrastrukturuna qarşı zorakılıq edən mütəşəkkil qrup və fərdlərlə mübarizə aparmaq üçün Koalisiya hərbi qüvvələrinin İraqda apardığı əməliyyatları tamamlayacaq.
3) İraq əhalisi üçün təhlükəsizlik və sabitliyin təmin olunmasında Koalisiya əməliyyatlarına dəstək üçün İraq Mülki Müdafiə Bölmələri polis vəzifələrini, o cümlədən aşağıdakı vəzifələri həyata keçirməyə səlahiyyətlidir: şəhər və kənd yerlərini mühafizə məqsədi ilə nəzarət etmək, qanunsuz silahları və digər kontrabandanı axtarmaq və müsadirə etmək üçün əməliyyatlar aparmaq; stasionar, nəzarət buraxılış, ərazi, yol və konvoy təhlükəsizliyi xidmətləri ayırmaq; izdiham və üsyana nəzarəti təmin etmək; fövqəladə hallar üçün xidmətlər; axtarış və xilasetmə xidmətləri; humanitar missiyalara və fəlakətdən sonra bərpa əməliyyatlarına, o cümlədən nəqliyyatla daşıma xidmətlərinə dəstək vermək; Koalisiya Qüvvələri ilə birgə patrul nəzarətini aparmaq; və İraq əhalisi ilə Koalisiya hakimiyyəti arasında pozitiv münasibətlərin qurulması fəaliyyətlərində iştirak etmək, o cümlədən icma əlaqələndiriciləri kimi xidmət göstərmək.
4) İraq Mülki Müdafiə Bölmələri İraq polis qüvvəsi və Yeni İraq Ordusundan fərqlənir. İraq Mülki Müdafiə Bölmələri polis qüvvəsini tamamlayacaq, amma polisin imkanlarını aşan əməliyyatları həyata keçirə biləcək.
a) Vəzifə öhdəliklərini yerinə yetirərkən və Koalisiya Qüvvələrinin nəzarəti altında İraqın Mülki Müdafiə Bölmələrinin üzvləri İraq Polisinin rəhbərliyi və ya nəzarəti altında olmayacaq. Burada nəzərdə tutulan hal istisna olmaqla, İraq Mülki Müdafiə Bölmələri yerli hüquq mühafizə orqanları funksiyalarına malik olmayacaq və ya həyata keçirməyəcək.
b) İraq Mülki Müdafiə Bölmələri KMH-in Yeni Ordunun Yaradılması haqqında 22 saylı Əmrinə (CPA/ORD/9 August 2003/22) əsasən yaradılmış Yeni İraq Ordusunun tərkib hissəsi deyil və Yeni İraq Ordusunun komandanlıq strukturunun əmrlərinə tabe deyil. .
...
Bölmə 7 İdarəetmənin ötürülməsi
Müvəqqəti Koalisiya Hakimiyyətinin İdarəçisi, bu Əmr üzrə öhdəliklərini İdarəçi tərəfindən müəyyən edilmiş şəkildə İraqdakı Koalisiya Qüvvələrinin yüksək hərbi komandanına ötürə bilər. İraqdakı Koalisiya Qüvvələrinin yüksək hərbi komandanı bu Əmr üzrə öhdəlilklərini öz komandanlığı altında olanlara ötürə bilər.”
2. MND (SE) (Çoxmillətli Diviziya, Cənub Şərq) Anlaşma Memorandumu
100. Cavabdeh Hökumət Niderland və Böyük Britaniya arasındakı razılaşma ilə bağlı Anlaşma Memorandumundan aşağıdakı çıxarışı təqdim etmişdir:
“14.1 MND (SE) üzvləri müvafiq milli əməliyyat qaydaları və prosedurlarına uyğun şəkildə İraqda MND (SE) missiyasının həyata keçirilməsi məqsədilə və Comd MND (SE) tərəfindən icazə verildiyi halda silah və sursata malik ola və gəzdirə bilərlər.
14.2 MND (SE)-nin Öhdəlik Qaydaları Əlavə F-dədir. Öhdəlik Qaydalarında icazə ilə bağlı əsas aparıcı xətt, MND (SE) missiyası deyil, Güc Müdafiəsidir. İştirakçılar öz silahlı qüvvələrinə, aşağıdakı şərtlərdə dövlətdaxili göstərişlər və Milli Kontingent Komandirlərinə izahatlar yolu ilə müxtəlif səviyyəli icazə sistemi tətbiq etmək niyyətlərini bildirə bilərlər:
a. Bütün fərqliliklər belə Öhdəlik Qaydalarının İraqda tətbiqindən əvvəl, Comd MND (SE)-nin Hüquq Məsləhtçisinə bildirilməlidir.
b. MND (SE) Öhdəlik Qaydalarında göstəriləndən daha geniş icazə sistemi nəzərdə tutmağa icazə verilmir.
14.3 Klassifikasiyasına görə Əlavə E [güman ki, Əlavə F nəzərdə tutulur] məhdud çərçivədə nəşr edilir. Lakin bu Anlaşma Memorandumunun imzalanması, ona daxil olan Əlavə F-dəki Öhdəlik Qaydalarına da qoşulmaq deməkdir”
101. Hökumətin fikrincə, Anlaşma Memorandumunda həmçinin nəzərdə tutulurdu ki, Niderland öz personal üzərində eksklüziv intizam və cinayət yurisdiksiyası həyata keçirəcəkdir.
102. Dinləmədə çıxış edərkən Cavabdeh Hökumətin Agenti bildirmişdir ki, Anlaşma Memorandumu klassifikasiya edilmiş sənəddir və Müdafiə Naziri onun Məhkəməyə təqdim edilmək üçün məxfiliyinin götürülməsindən imtina etmişdir.
3. MND (C-S) (Çoxmillətli Diviziya, Mərkəz-Cənub) Anlaşma Memorandumu
103. Latviya ordusu SFIR-də İraqın Mərkəz-Cənubunda yerləşən çoxmillətli diviziyanın hissəsi olaraq, Polşa komandanlığı altında iştirak etmişdir. Latviya Respublikası Hökuməti tətbiq edilən Anlaşma Memorandumunu qanunvericilik aktlarının və rəsmi elanların nəşr edildiyi qəzetdə, Latvian Herald-da (Latvijas Vēstnesis), 11 yanvar 2005-ci ildə (no. 5 (3163)) nəşr etdirmişdir. Onun müvafiq hissələrində deyilir:
“BÖLMƏ DÖRD — MANDAT
4.1. UNSCR 1483-ə əsasən, SFIR MND (C-S)-in mandatı Hakimiyətə İraqda aşağıdakı beşinci bölmədə göstərilən qaydalara uyğun olaraq birgə komandanlıq altında işləyəcək personal, avadanlıq və başqa eytiyatlar təqdim edilməsi vasitəsilə sabitliyin və təhlükəsizliyin təmin ediləsinə yardım etməkdir. MND (C-S)-in əsas vəzifələri bu Anlaşma Memorandumuna əlavə edilmiş Missiya Bəyanatında göstərilmişdir...
4.2. MND (C-S) üzvləri öz vəzifələrini ciddi, ədalətlə və barabərlik əsasında həyata keçirəcək və vəzifələrinin müstəqil xarakteri ilə uyğunlaşmayan hər hansı fəaliyyətdən çəkinəcəklər. Bu, SFIR-in özünü müdafiə, geniş özünü müdafiə, eləcə də Güclərin Müdafiəs və missiya icrası hüququna müdaxilə etmir.
BÖLMƏ BEŞ —MND (C-S) KOMANDANLIĞI VƏ NƏZARƏT
5.1. MND (C-S) Komandanliği postu Polşa Respublikasına aiddir. Polşa Respublikası MND (C-S) strukturunun yaradılmasını koordinasiya edəcək və bu strukturun həyata keçirilməsindəki irəliləyiş barədə İştirakçılara məlumat verilməsini təmin edəcəkdir.
5.2. Milli Kontingentlərin üzvləri özlərinin Milli Kontingent Komandanı/Yüksək Milli Nümayəndəsi vasitəsilə İştirakçının Tam Komandanlığında qalır. MND (C-S) -ə qoşulmuş bütün Milli Kontingentlərin Əməliyyat Komandanlığı Ali Komandana tapşırılacaqdır.
5.3. İştirakçılar öz silahlı qüvvələrinin və onların özünütəchiz ehtiyatlarının əsas stansiyadan boşaltma portlarına qədər LOC (kommunikasiya xəttləri) boyunca hərəkətinin planlaşdırılması və icrası üçün cavabdehdirlər. Bu öhdəlik iştirakçılar adından hərəkət edən agentliklərə ötürülə bilər. Qəbuletmə, Yerləşdirmə və Yola Salma Hərəkətləri (QYYH) əməliyyatları - Port Gömrük Əməliyyatları da daxil olmaqla, başqa hal nəzərdə tututlmamışdırsa, mövcud Standart Əməliyyat Prosedurlarına uyğun şəkildə həyata keçirilir. Strateji və Taktiki kommunikasi xəttlərinin bütün aspektlərinin taktiki nəzarəti müvafiq Hərəkət Nəzarət Təşkilatlarına (CJTF-7) tapşırılacaqdır.
5.4. Comd MND (C-S) Milli Dəstək Elementi əməliyyat tələblərinə cavab vermək və ya məhdud infrastruktur və əmlakın istifadəsi ilə bağlı hər hansı münaqişələrin aradan qaldırılması üçün təchizat əmlakları üzərində koordinasiya hakimiyyətinə malikdir. Bu hallarda 11-ci Bölmənin müddəaları tıtbiq edilə bilər. İştirakçının MND (C-S) üçün verdiyi tğhvənin bütünü və ya bir hissəsi olan bu təchizat əmlaklarına yuxarıdakı 5.2 bəndinə əsasən nəzarət edilir.
5.5. Silahlı Qüvvələrin İdarəedilməsinin yuxarıdakı Kommandanlıq Vəziyyətinə əsasən Comd MND (C-S)-ə Ötürülməsi, Milli Kontingent Comandirlərinin bəyan etdiyi Tam Əməliyyat Qabiliyyətində həyata keçiriləcəkdir. İştirakçılar Kommandanlıq Vəziyyətini Ötürülmə zamanı Comd MND (C-S)-ə siqnal vasitəsilə təsdiq edəcəklər.
5.6. Milli Kontingent Komandirləri/Yüksək Milli Nümayəndələr komandanlıqları altında olan Milli Kontingent içərisində qayda-qanun və intizam üçün məsuliyyət daşıyırlar.
5.7. Comd MND (C-S), MND (C-S)-ə göndərilmiş hər hansı personalın çəkilməsini tələb edə bilər. Milli Kontingent Komandirləri/Yüksək Milli Nümayəndələr bütün bu xahişlərə yenidən baxır və öz milli qanunvericiliyinin icazə verdiyi səviyyədə onu yerinə yetirməyə çalışır.
5.8. Comd MND (C-S), MND (C-S) ƏMS-da MKH ilə korrodnasiya üçün məsuldur. Aidiyyəti olan İştirakçı ilə məsləhətləşmədən sonra, briqada komandirləri öz Briqada ƏMS-ları daxilində hərbçi kontakt şəxs olacaq nümayəndənni təyin edirlər və bu barədə MND (C-S) Komandirinə məlumat verirlər. Bu nüayəndələr də Birgə Koordinasiya Heyətinin üzvləridir.
5.9. İngilis dili MND (C-S)-də batalyon səviyyəsinə qədər rəsmi işçi dil və komandanlıq dili olacaqdır (Battle Group 1 istisna olmaqla).
BÖLMƏ ON DÖRD — ÖHDƏLİK QAYDALARI (ÖQ)/SİLAH VƏ SURSAT GƏZDİRMƏ
14.1. MND (C-S) üzvləri Comd MND (C-S) tərəfindən icazə verildiyi halda İraqda missiyasının həyata keçirilməsi məqsədilə silah və sursata malik ola və gəzdirə bilərlər.
14.2. MND (C-S) üzrə ÖQ, MND (C-S)-in əməliyyat əmrinin bir hissəsi olacaqdır. Öhdəlik Qaydalarında icazə ilə bağlı əsas aparıcı xətt, MND (C-S) missiyası deyil, Güc Müdafiəsidir. İştirakçılar öz silahlı qüvvələrinə, aşağıdakı şərtlərdə dövlətdaxili göstərişlər və Milli Kontingent Komandirlərinə/Yüksək Milli Nümayəndələrə izahatlar yolu ilə müxtəlif səviyyəli icazə sistemi tətbiq etmək niyyətlərini bildirə bilərlər:
a. Ilkin fərqliliklər İdarəetmənin Ötürülməsindən əvvəl Comd MND (C-S)-ə bildirilməlidir. Digər fərqliliklər barədə məlumat ehtiyac olduqca verilə bilər.
b. MND (C-S) Öhdəlik Qaydalarında göstəriləndən daha geniş icazə sistemi nəzərdə tutmağa icazə verilmir.
BÖLMƏ ON ALTI — İDDİALAR
16.1. Bu Anlaşma Memorandumun başqa bir hissəsində nəzərdə tutulması halı istisna olmaqla, hər bir İştirakçı hər hansı digər İştirakçıya qarşı onun və özünün Milli Kontingent personalının bu Memorandumla əlaqədar rəsmi vəzifələrinin həyata keçirilməsi zamanı hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün Milli Kontingent personalının yaralanması (ölümlə nəticələnən yaralanma da daxil olmaqla) və ya özünün əmlakının zədələnməsi və ya itirilməsi ilə bağlı yarana biləcək hər hansı iddisından imtina edir.
16.2. Müvafiq İştirakçıların hər hansı iddia ilə bağlı qarşılıqlı olaraq ziyan, itki, yaralanma və ya ölümün yalnız bir İştirakçının, onun xidmət personalını, məmur və agentlərinin ehtiyatsız hərəkəti, ehtiyatsız hərəkətsizlikləri, bilərəkdən pis davranış və ya böyük laqeydliyi nəticəsində baş verdiyini müəyyən etdiyi hallarda, bu məsuliyyətin xərcləri yalnız həmin İştirakçı tərəfindən çəkilir.
16.3. Yaralanma, ölüm, ziyan və itkiyə görə birdən çox İştirakçının cavabdeh olduğu və ya yaralanma, ölüm, ziyan və itkiyə görə cavabdehliyi hər hansı bir İştirakçıya aid etməyin qeyri-mümkün olduğu hallarda, iddianın araşdırılması və həlli müvafiq İştirakçılar tərəfindən təsdiq edilir. İddianın araşdırılması və həlli xərcləri aidiyyəti olan İştirakçılar arasında bərabər şəkildə bölünür.
16.4. Üçüncü tərəflərin əmlak itkisi və ya ona ziyan, şəxsi yaralanma və ya xəstəlik və ya ölüm və ya MND (C-S) personalı və ya onun işə götürdüyü, istər İraqda normal rezident olan, istərsə də olmayan şəxslərdən və ya onlara aid edilən digər məsələlərlə bağlı yaranan və hərbi döyüş əməliyyatları ilə əlaqədar olmayan iddialar da daxil olmaqla hər hansı iddiaları, Milli Kontingentinin personalının, əmlakının, fəaliyyətinin və ya digər aktivlərinin səbəb olduğu iddia olunan İştirakçıya qarşı həmin Dövlətin milli qanunvericiliyinə uyğun qaydada verilməlidir və iddiya onun tərəfindən baxılmalıdır.
16.5. Yaralanma, ölüm, ziyan və itkiyə görə birdən çox İştirakçının cavabdeh olduğu və ya yaralanma, ölüm, ziyan və itkiyə görə cavabdehliyi hər hansı bir İştirakçıya aid etməyin qeyri-mümkün olduğu hallarda, iddianın araşdırılması və həlli müvafiq İştirakçılar tərəfindən təsdiq edilir; iddianın araşdırılması və həlli xərcləri aidiyyəti olan İştirakçılar arasında bərabər şəkildə bölünür.
QOŞMA A
MND (C-S) ANLAŞMA MEMORANDUMU
SABİTLİK GÜCLƏRİ MND (C-S) MİSSİYA BƏYANATI
Giriş
1. Missiya İştirakçıları əsas vəzifələrin həyata keçirilməsinə cəlb edəcəkdir. Daha sonra, bu vəzifələrə yerli institutların bərpa edilməsi və yaradılması üçün Müvəqqəti Koalisiya Hakimiyyəti (MKH) və İraqın yerli əhalisi ilə işləmək də aid ediləcəkdir.
MND C-S Əməliyyat Məsuliyyəti Sahələri (ƏMS)
2. MND (C-S)-də İraqda Stabilləşmə Qüvvələri (SFIR) üçün Əməliyyat Məsuliyyəti Sahələri (ƏMS) beş bölgəni əhatə edir: Babil, Karbala, Vasit, Al Qadistyah, An Najaf. MND (C-S)in ƏMS-nin müvəqqəti xəritəsi bu Əlavəyə 1-ci Qoşmadadır.
Əsas vəzifələr
3. SFIR MND (C-S), öz missiyasının həyata keçirilməsi üçün ƏMS-də bir sıra vəzifələr icra edəcəkdir və bunlar dəyişkən vəziyyətə uyğun olaraq müəyyən ediləcəkdir. Əsas vəzifələrə daxildir:
a. Xarici Təhlükəsizlik/Sərhəd Təhlükəsizliyi. SFIR MND (C-S)-in başçılığı altında. Əsas nöqtələrin müdafiəsi, torpaq sərhədlərinə nəzarət və İraq Sərhəd Təhlükəsizliyi Güclərinin yaradılması və təlim keçilməsi də daxil olmaqla.
b. Daxili Təhlükəsizlik. SFIR MND (C-S)-in başçılığı altında. Əmin- amanlıq və təhlükəsizliyin qorunub saxlanması, təxribatçı və siahlı qrupların yerinin kəşfiyyat orqanları tərəfindən müəyyən edilməsi də daxil olmaqla.
c. Güclərin Müdafiəsi. SFIR MND (C-S)-in başçılığı altında. Buna, SFIRin və məhdud müddətdə ƏMS-dəki MKH personalının təhlükəsizliyini təmin etmək üçün keçirilən bütün əməliyyatlar aiddir.
d. Sabit Sahə Təhlükəsizliyi. SFIR MND (C-S)-in başçılığı altında. Buna, ƏMS daxilində vacib və həssas sahələrin təhlükəsizliyinin təmin edilməsi daxildir.
e. İdarəetmə və İnfrastruktur Dəstəyi. MKH başçılığı altında. SFIR MND (C-S) məhdud zaman ərzində MKH (C-S)-nin hüququn aliliyi prinsipi əsasında ƏMS-dəki bütün İraq vətəndaşlarına etnik, dini və ya cinsi fərq qoyulmadan bərabər hüquqları təmin edən yerli idarəetmə yaratmaq cəhdlərinə yardım edəcəkdir. SFIR MND (C-S) bunu, MKH-in yerli İraq əhalisi ilə işləyib tam idarətmə yaratmasınadək idarəetmə və mülki administrasiya yaradılması üçün yerli və regional səviyyədə işləməklə dəstəkləyəcəkdir. SFIR MND (C-S) buna ƏMS daxilində MKH Yerli Hökumət Komandaları operativ olanadək Hökumət Dəstək Komandalarının köməyi ilə dəstək verməyə davam edəcəkdir. Comd SFIR MND (C-S) Hökumət Dəstək Komandalarına MKH nəzarəti həyata keçirməyə başladıqdan sonra da əlaqəni təmin etməyə davam edəcək və MKH (C-S) ilə hərbi əməliyyatların Koalisiya fəaliyyəti ilə sinxronlaşdırılması üçün sıx əməkdaşlıq edəcəkdir. Məhdud zaman ərzində İraq infrastrukturunun yaradılmasına yardım etmək üçün əlavə dəstək də verilə bilər.
f. Hüququn Tətbiqinin İnkişafı. MKH başçılığı altında. SFIR MND (C-S) məhdud zaman ərzində dəstək verəcəkdir. SFIR MND (C-S) birgə patrulların keçirilməsi, Polis Dəyərləndirmə Komandasının yaradılması, Şikayət Prosedurunun inkişaf etdirilməsi da daxil olmaqla Mülki Polis Qüvvələrinin inkişafına yardım edəcək və yerli İraq məhkəmələrinə və məhkəmə sisteminə qanun-qaydanın qorunub saxlanmasında dəstək olacaqdır. Hakimiyyətin MKH və yerli İraqlılara uğurlu keçidindən sonra SFIR MND (C-S) tətbiqetmə əməliyyatlarını, təlimləri koordinə etmək və hərbi sahəyə nəzarət üçün əlaqələndirici rolunu saxlayacaqdır.
g. Müharibə Cinayətləri. MKH başçılığı altında. SFIR MND (C-S)-nin ƏMS-də müharibə cinayətlərində şübhəli bilinən şəxslərin həbs edilməsini asanlaşdırmaq üçün dəstək verməsinə ehtiyac ola bilər.
h. Əsas Xidmətlərin Bərpası. MKH başçılığı altında. SFIR MND (C-S) məhdud zaman ərzində, mülki həyat qurulana qədər və İraq personalının məsuliyyəti üzərinə götürməsinə qədər dəstək verəcəkdir. SFIR MND (C-S), MKH-nın dəstəyi ilə, ƏMS ərazisində əsas xidmətlərin təchizi üçün məsuldur.
i. İraq Ordusunun yaradılması. MKH başçılığı altında. SFIR MND (C-S) şərti hərbi dəstək təqdim edəcəkdir, lakin İraq Hərbi Strukturunun saxlanması, təlimi və avadanlıqla təchizi MKH-nin funksiyasıdır.
4. Dördüncü Cenevrə Konvensiyasına (Mülki Konvensiya) əsasən, ƏMS-də yeganə “həbsdə saxlayan güc” Hakimiyyət adından hərəkət edən Comd SFIR MND (C-S)-dir.
5. SFIR MND (C-S) Komandiri ehtiyac olduğu zaman, İraqda SFIR MND (C-S) üzvləri tərəfindən dini, etnik və mədəni həssaslıqların lazımi şəkildə hörmət edilməsini təmin etmək üçün ƏMS-lərdə belə siyasi, sosial və dini liderlərlə əlaqə saxlayacaq.
Identifikasiya
6. SFIR MND (C-S) hərbi və para-hərbi personalı öz qaydalarına uyğun şəkildə uniforma geyinəcək və silah gəzdirəcəkdir. Iraq Mülki Polis Gücləri vəzifə başında olarkən, uniformaları və fərqləndirici nişanları vasitəsilə aydın şəkildə identifikasiya edilə biləcəklər və MKH Qaydaları və Əmrlərinə uyğun şəkildə və Iraq Administrasiyası yaradıldıqdan sonra silah gəzdirə biləcəklər.
Təhlükə dəyərləndirilməsi
7. Koalisiya Qüvvələri hesab edir ki, İraqdakı sabitliyə daxili təhlükə, Baath Partiyasının qalıqları və ondan parçalanan təşkilatlar, cinayətkarlar və terroristlərin siyasi hakimiyyət və təsir uğunda silahlı mübarizəsi ilə bağlıdır. Xarici təhlükə məhduddur və qonşu ölkələr onları dəstəkləyir. Vəziyyət dinamikdir və dəyişə bilər. Vəziyyət dəyişdikdə SFIR MND (C-S) qüvvələrinin durumuna dəyişiklik edilməsinə ehtiyac ola billər və İştirakçılar çevik olmalıdır.
8. İştirakçılar missiyanın təhlükəsizliyi, personal, avadanlıq və yerləri ilə bağlı müvafiq məlumatın SFIR MND (C-S) Komandirinə verilməsinə olan ehtiyacı anlamalıdırlar.
SFIR MND (C-S)-də üzvlük
9. Belə anlaşılır ki, MND (C-S) yaradıldıqdan sonra onun üzvlüyü dəyişə bilər.
Şərh ilə bağlı yekun səlahiyyət
10. MND (C-S) Komandiri bu Missiya Bəyanatının operasional şərhi ilə bağlı son səlahiyyətlidir.
Xülasə
11. Bu Missiya Bəyanatı İştirakçıların öhdəlik və məsuliyyətini və SFIR MND (C-S) missiyasının ƏMS-dakı əsas vəzifələrini müəyyən edir.”
104. Bu sənədi imzalan Dövlətlər Latviya Respublikası, Bolqarıstan Respublikası Müdafiə Nazirliyi, Danimarka Krallığı Müdafiə Nazirliyi, Dominikan Respublikası Silahlı Qüvvələrinin Katibi, Filippin Milli Müdafiə Departamenti, Honduras Respublikası Müdafiə katibi, Macarıstan Respublikası Müdafiə Nazirliyi, Qazaxstan Respublikası Müdafiə Nazirliyi, Litva Respublikası Milli Müdafiə Nazirliyi, Minqolustan Müdafiə Nazirliyi Niderland Krallığı Müdafiə Nazirliyi, Nicaraqua Respublikası Müdafiə Nazirliyi, Norveç Krallığı Müdafiə Nazirliyi, Rumıniya Respublikası Müdafiə Nazirliyi, El Salvador Respublikası Müdafiə Nazirliyi, Slovakiya Respublikası Müdafiə Nazirliyi, İspaniya Krallığı Müdafiə Nazirliyi, Tayland Krallığı Müdafiə Nazirliyi, Ukrayna Müdafiə Nazirliyi və Polşa respublikası Milli Müdafiə Nazirliyi.
ŞİKAYƏTLƏR
105. Ərizəçi Maddə 2-nin prossesual aspektində pozulduğunu iddia edir.
106. O şikayət edir ki, istintaq aşağıdakı səbəblərdən kifayət qədər müstəqil olmamışdır:
(a) İraqdakı Krallıq Hərbi Polis Birliyi yalnız Niderland batalyon komandirinin əmri altında idi; orda prokurorluqdan heç kim yox idi. Birlik üzvləri yaşayış yerlərini adi qoşunlarla paylaşırdılar, onlarla istintaq etdikləri şəxslər arasında məsafə kifayət qədər deyildi.
(b) Arnhem prokurorunun Leytenant A.-nı təqib etməmə qərarı tamamilə, prokurorun həddindən artıq etibar etdiyi Krallıq Hərbi Polis Birliyinin hesabatına əsaslanmışdır.
(c) Tərkibinə xidmətdə olan və məhkəmə sisteminə mənsub olmayan ordu zabiti daxil olan Arnhem Appelyasiya Məhkəməsi Hərbi işlər üzrə Palatası da Krallıq Hərbi Polis Birliyinin apardığı çox məhdud istintaqın nəticələrinə tam etibar etmişdir.
107. Ərizəçi həmçinin şikayət edir ki, aşağıdakı səbəblərdən istintaq kifayət qədər səmərəli olmamışdır:
(a) İnsidentin şahdi olan ICDC personalından heç bir ifadə alınmamışdır, çünki Krallıq Hərbi Polis müstəntiqi hesab etmişdir ki, onların verə biləcəyi məlumat işə uyğun deyildi.
(b) Əsas şahidin, Mercedes avtomobilin sürücüsü Davoud Joad Kathimin dindirilməsi, ifrat dərəcədə tələsik olmuşdur. Onun sübutu əhəmiyyətli idi, çünki işdəki tək mülki və bebəliklə, Leytenant A. ilə hər hansı iyerarxik və ya başqa funksional əlaqəsi olmayan şahid idi. Bundan əlavə, onun ifadələrinin Krallıq Hərbi Polis Birliyi müstəntiqləri tərəfindən qeyd edilən şəkli onun eyni gün bir İraq rəsmisinə verdiyi ifadə ilə uyğun gəlmir.
(c) Leytenant A. ilk dəfə yalnız insidentdən yeddi saat sonra dindirilmişdir və bu müddətdə başqa şahidlərdən ayrılmamışdır. Bu səbəbdən onun insident barədə digər şahidlərlə əvvəldən söhbət etmək və öz ifadələrini müvafiq şəkildə uyğunlaşdırmaq üçün geniş imkanı olmuşdur.
(d) İnsidentdən sonrakı gün Leytenant A. bildirmişdir ki, o, ICDC komandir müavinindən silahlarından atəş açmış ICDC personalının adlarının və uyğun olaraq, açdıqları atəş sayının siyahısını almağa müvəffəq olmuşdur. Əsas şübhəli olaraq onun bu açar məlumatı əldə etməsi faktı da istintaqın səmərəliliyinə təsir etmişdir.
(e) Daha sonra, Leytenant A.-nın əldə etdiyi siyahı iş üçün mümkün əhəmiyyətinə baxmayaraq, iş materillarına daxil edilməmişdir.
(f) Krallıq Hərbi Polis Birliyi Cənab Azhar Sabah Jaloudun bədəninin bir neçə saat ərzində saxlamış və bu müddət ərzində otopsiya keçirilməmişdir. Meyid bir İraq mülki xəstəxanasına göndərilmiş, orada Krallıq Hərbi Polis rəsmilərinin iştirakı olmadan otopsiya keçirilmişdir. Otopsiya hesabatı olduğu şəkildə iş materiallarına əlavə edilmiş, lakin tərcümə edilməmişdir.
(g) Digər məhkəmə tibb ekspertizası ilə də eyni cür diqqətsiz şəkildə davranılmışdır. Xüsusilə, meyiddən götürülən güllə fraqmentləri ilə bağlı hesabatın ətraflı tərcüməsi həyata keçirilməmişdir.
108. Nəhayət, ərizəçi şikayət edir ki, Cənab Azhar Sabah Jaloudun yaxınları istintaqa kifayət qədər cəlb edilməmiş və onun gedişatı barədə onlara məlumat verilməmişdir. Xüsusilə, onun ailəsi ilə əlaqə yaratmağa heç bir cəhd göstərilməmiş və heç kim Leytenant A. barədə təqib etməmə qərarı verilməsi haqqında onları məlumatlandırmaq üçün özünə əziyyət verməmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tətbiqedilənlik
1. Hökumətin ilkin etirazları
109. Hökumət ərizənin qəbuledilənliyini mübahisələndirərək bildirir ki, Cənab Azhar Sabah Jaloud Konvensiyanın 1-ci maddəsi mənasında cavabdeh Razılığa gələn Tərəfin yurisdiksiyası altında deyildi.
110. Al-Skeini və Başqaları Böyük Britaniyaya qarşı [BP], no. 55721/07, § 102, ECHR 2011, işində etidyi kimi, Məhkəmə ilkin etirazı mahiyyətə birləşdirir.
2. Qəbuledilənliklə bağlı nəticə
111. Məhkəmə, tərəflərin təqdimatları işığında hesab edir ki, ərizədə Konvensiya əsasənda ciddi faktual və hüquqi məsələlər qaldırılır və onların müəyyənləşdirilməsi məsələnin mahiyyətinin araşdırılmasını tələb edir. Məhkəmə bu səbəbdən belə nəticəyə gəlir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış deyildir. Onu qəbuledilməz hesab etmək üçün hər hansı digər əsas da müəyyən edilməmimişdir. Hökumətin ilkin etirazı ilə bağlı aşağıda veriləcək qərarına təsir etməməklə, Məhkəmə ərizəni qəbuledilən elan edir.
B. Yurisdiksiya
1. Məhkəmə qarşısındakı arqumentlər
a. Cavabdeh Hökumət
112. Niderland Hökuməti iddia edir ki, haqqında şikayət edilən hadisələr Konvensiyanın 1-ci maddəsi mənasında Niderlandın “yurisdiksiya”sı altına düşmür. O Məhkəmədən xahiş edir k, hazırki işi Al-Skeini və Başqaları Böyük Britaniyaya qarşı [BP], no. 55721/07, § 102, ECHR 2011 işindən fərqləndirsin.
113. Birincisi, Niderland beynəlxalq humanitar hüquq mənasında “işğalçı” dövlət deyildir. Yalnız ABŞ və Böyük Britaniya BMT TŞ-nın 1483 saylı Qətnaməsi ilə müəyyən olnduğu kimi “işğalçı dövlətlər”dir; bu, onları Müvəqqəti Koalisiya Hakimiyyəti altında işləyən digər Dövlətlərdən fərqləndirir.
114. Həmçinin, Niderland İraqda suveren hökumət tərəfindən normalda icra edilən heç bir dövlət hakimiyyətini həyata keçirmirdi. Bu hakimiyyətlər tamamilə ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirilirdi və onlar da Müvəqqəti Koalisiya Hakimiyyəti qurmuşdular.
115. Niderland kontingenti hər zaman Böyük Britaniya zabiti olan MND (SE) komandanlığı altında olmuşdur.
116. SFIR əməliyyatlarının ilkin mərhələlərində Niderland ordusunun özünün hüquqtətbiqetmə prosesinə cəlb olunmasına baxmayaraq, 2003-cü ilin ərzində bu iş İraq orqanlarına keçmişdir. Bu səbəbdən, şikayət olunan hadisələr zamanı, polis hakimiyyəti Niderland orqanları və ya ordusu tərəfindən həyata keçirilmirdi.
117. Al-Skeini və Başqaları işində Məhkəmə hesab etmişdi ki, Konvensiyanın 1-ci maddəsi mənasında yurisdiksiya Böyük Britaniyaya aid idi, çünki mübahisələndirilən ölüm halları Böyük Britaniya ordusu əsgərlərinin təhlükəsizlik əməliyyatları, xüsusilə onlar tərəfindən həyata keçirilən hərbi patrul zamanı və ya onların davamı olaraq hərəkətləri nəticəsində baş vermişdi. Bundan fərqli olaraq, Cənab Azhar Sabah Jaloudun ölümü, ICDC tərəfindən yaradılan və nəzarət olunan avtomobil yoxlama məntəqəsində baş vermişdir. Niderland hərbi personalının həmin zaman müşahidə və kömək məqsədilə orda olmasına baxmayaraq, bu, Niderlandın məsuliyyətinə səbəb olacaq iyerarxik münasibətlər nəzərdə tutumurdu: hakimiyyət İraq təhlükəsizlik güclərinin əlində idi.
118. Niderland gücləri heç bir zaman Cənab Azhar Sabah Jaloud üzərində hər hansı fiziki hakimiyyət və ya nəzarətə malik olmamışlar, çünki o həbsdə olmamışdır. Ümumiyyətlə, Niderland gücləri İraqın cənub şərqində məhdud sayda olmuş və həmin ərazini Maddə 1-in məqsədləri üçün Niderlandın “yurisdiksiya”sı altına salmaq üçün tələb olunan nəzarət dərəcəsinə malik olmamışdır.
119. Hər hansı əsgərin hər hansı bir şəxsə atəş açması faktı, hətta həmin atəşin öldürüc olması müəyyənləşsə belə, bu öz-özlüyündə hazırki işdə yurisdiksiyanın olması üçün kifayət deyildir. Cavabdeh Hökumət Bankoviç və Başqaları Belçika və Başqalarına qarşı (Banković and Others v. Belgium and Others (GC) (dec.), no. 52207/99, ECHR 2001-XII) işinə istinad edir. Bu işdə Məhkəmə hesab etmişdi ki, sadəcə hər hansı Dövlətin bombardmançı təyyarəsinin hücumunun qurbanı olmaq faktı şəxsin həmin Dövlətin yurisdiksiyası altında hesab edilməsi üçün kifayət deyildir.
120. Nəhayət, hadisələrin baş verdiyi zaman Niderlandın avtomobil yoxlama məntəqəsində səmərəli nəzarət həyata keçirdiyi gümna edilsə belə, həmin ərazi o qədər məhdud idi ki, onda “bi ərazinin tamamilə səmərəli nəzarəti” ilə “Dövlət agentinin hakimiyyəti və nəzarəti” arasında anlamlı fərq qalmayacaqdır.
b. Müdaxilə edən Hökumət
121. Böyük Britaniya Hökuməti vurğulamışdır ki, Maddə 1 mənasında yurisdiksiya “əsasən ərazi yurisdiksiyasııdır”; onun Razılğa Gələn Dövlətin ərazisindən kənara uzanması istisna haldır. O, yuxarıda istinad edilən Banković qərarını, xüsusilə onun 65-ci paraqrafını şərh etmiş və bildirmişldir ki, “yurisdiksiya” ifadəsinin, Kovensiyanın təminat verdiyi maddi hüquq və azadlıqlarla bağlı hüquq kimi “təkamül etməsi” və ya “durmadan inkişaf etməsi”nə imkan verilməməlidir; onun fikrincə, “yaşayan alət” doktrinası bu halda tətbiq edilməməlidir.
122. Böyük Britaniiya Hökuməti iddia etmişdir ki, öz dövlət ərazisindən kənarda istər qanuni, istərsə də qanunsuz hərbi fəaliyyət nəticəsində “ərazi üzərində səmərəli nəzarət”ə malik Razılığa Gələn Dövlət, Maddə 1 altında həmin ərazidə Konvensiya və ratifikasiya etdiyi Əlavə Protokollarda nəzərtə tutulan bütün maddi hüquqları təmin etmək öhdəliyi daşıyır. Hökumətin fikrincə, bundan belə nəticə çıxır ki, yurisdiksiyanın ərazi xarakterinə istisna oluna biləcək hallar, təbii olaqraq, çox məhduddur.
123. Bununla belə, Al-Skeini və Başqaları işinin 80-ci paraqrafında Məhkəmə Britaniya Appelyasiya Məhkəməsi ilə razılaşmışdır ki, Basrah şəhərindəki və ya İraqın hər hansı digər hissəsindəki Böyük Britaniya silahlı qüvvələrinin yerli əhaliyə maddi Konvensiya hüquqları tam həcmdə təmin etməsini gözləmək qeyri-real olardı.
124. In Al-Skeini və Başqaları və digər işlərdə Məhkəmə Maddə 1 mənasında yurisdiksiyanın mövcudluğunu hər hansı şəxs üzərində eksklüziv fiziki hakimiyyət və nəzarət və actual və ya güman edilən hüquqi hakimiyyətə əsaslanaraq müəyyən etmişdir (hipotetik olaraq, Issa and Others v. Turkey, no. 31821/96, 16 noyabr 2004, real olaraq isə, Öcalan v. Turkey [GC], no. 46221/99, ECHR 2005‑IV; Al-Saadoon and Mufdhi v. the United Kingdom, no. 61498/08, ECHR 2010; və Medvedyev and Others v. France [BP], no. 3394/03, ECHR 2010). Bunun əksinə olaraq, yuxarıda istinad edilən Banković və Başqaları qərardadında bombalama fiziki aktı ekstra-ərazi yurisdiksiyasının yaranmasına səbəb olacaq fiziki hakimiyyət və nəzarət nümunəsi hesab edilməmişdir; beləliklə, həbsdə olmayan şəxslərin olduğu hərəkət edən avtomobilə fiziki atəş açma aktı da eyni cür hesab edilməlidir.
125. Hazırki işlə Al-Skeini və Başqaları arasındakı əsas fərq, sonuncuda Böyük Britaniyanın Haaqa Qaydalarının 42-ci maddəsinə əsasən “işğalçı dövlət” hesab edilməsi idi və bu səbəbdən, Qaydaların 43-cü maddəsinə əsasən normalda Dövlətə aid bütün səlahiyyətləri həyata keçirmək vəzifəsinin olması idi.
126. Nəhayət, Məhkəmə hazırki işdə Niderlandın yurisdiksiyasının olduğunu tanıyarsa, gələcəkdə Razılığa gələn Dövlətlərin “BMT TŞ-nın BMT mandatı altındakı silahlı qüvvələrə ordu göndərib töhvə veməkdən çəkinməsi üçün real təhlükə yaranacaq və bu, BMT TŞ-nın beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək missiyasına ziyan vuracaqdır”.
c. Ərizəçi
127. Ərizəçinin fikrincə, haqqında şikayət olunan məsələlər Niderlandın yurisdiksiyası altına düşür.
128. Birincisi, yurisdiksiya Niderlandın öz əsgərləri üzərindəki nəzarətinə görə mövcud idi. Bu əsgərlər vasitəsilə, Niderland bəzi açar hakimiyyətləri həyata keçirirdi. Müvəqqəti Koalisiya Hakimiyyəti ABŞ və Böyük Britaniya tərəfindən təkbaşına həyata keçirilmirdi; bu iki dövlət üzərinə inzibati və koordinə etmək funksiyalarını götürsə də, digər Dövlətlər– Niderland da daxil olmaqla – bu işdə MKH-nin hakimiyyətini və təhlükəsizliyini təmin etməklə iştirak edirdilər. Bu “suveren Hökumət tərəfindən normalda həyata keçirilməli bəzi hakimiyyətlərin həyata keçirilməsi”ni əhatə edir.
129. Niderland silahlı qüvvələri, MKH-nin “razılığı, dəvəti və ya bilməsi ilə” yoxlama məntəqəsində ICDC-ə nəzarət edərkən bu dövlət hakimiyyətlərini həyata keçirirdi.
130. Niderland Hökumətinin rəsmi mövqeyindən göründüyü kimi, Niderland hər zaman Niderland hərbi personal üzərində tam komandanlıq həyata keçirmişdir.
131. Ikincisi, Niderland həmin ərazidə səmərəli hərbi nəzarəti səbəbilə yurisdiksiyay malik idi. İssa və Başqaları Türkiyəy qarşı (Issa and Others v. Turkey, no. 31821/96, 16 noyabr 2004) işinə istinad edərək ərizəçi iddia edir ki, yurisdiksiya hətta hərbi nəzarət zaman və cografi yayılmasına görə məhdud olsa belə, yarana bilər.
132. Üçüncüsü, Niderland Haaqa Qaydalarının 42-ci maddəsi əsasında “işğalçı dövlət” olaraq yurisdiksiyaya malik idi. BMT TŞ-nin 1483 saylı Qətnaməsi ilə yalnız ABŞ və Böyük Britaniya “işğalçı dövlətlər” adlandırılsa da, Haaqa Qaydaları mənasında bu statusun müəyyənləşməsi seçimlərdən deyil, faktlardan asılıdır.
133. MND (C-S) Anlaşma Memorandumu (bax: paraqraf 103, yuxarıda) – ərizəçinin fikrincə, hazırki işdə, hazırki məqsədlərlə tətbiq edilməli olan Anlaşma Memorandumu da eynisidir – əslində Haaqa Qaydalarına istinad edirdi və bundan da o nəticə çıxır ki, həmin Qaydalar tətbiqediləndir.
134. Dördüncüsü, bu hadisələrlə bağlı hər hansı başqa bir Dövlətin nəzarəti yox idi. Böyük Britaniyanın Al‑Muthanna bölgəsində birbaşa hərbi nəzarəti yox idi; bütün hallarda, Niderland heç vaxt yurisdiksiyanı Böyük Britaniyaya keçriməyə çalışmamışdır. Həmçinin həmin zaman hər hansı İraq mülki hakimiyyəti, və ya hərbi və ya polis qüvvələri mövcud deyildi; həmin müddətdə Hökumət hakimiyyətlərini, Niderland da daxil olmaqla digər hərbi koalisiya üzvləri ilə birgə MKH həyata keçirirdi.
135. İşin faktlarına gəlincə, Niderland hərbi personalı avtomobil yoxlama məntəqəsinə nəzarət edirdi və məntəqəni saxlayan İraq personal üzərində hakimiyyətə malik idi. Bundan əlavə, istintaqı Niderland Krallıq Hərbi Polisi aparmışdır: onlar ICDC Serjantı Hussam Saadın tüfəngini, Cənab Davud Joad Kathimin avtomobilini və Cənab Azhar Sabah Jaloudun meyidini götürmüşlər. Bu o deməkdir ki, Niderland “suveren Hökumətin normalda icra etməli olduğu hakimiyyətlərdən bəzilərini” icra etmişdir.
136. Nəhayət, Niderland Müdafiə Naziri, Van den Berg Komitəsinin hesabatını Parlamentə göndərdiyi 18 iyun 2007-ci il tarixli məktubunda həmin komitənin Konvensiyanın Niderland silahlı qüvvələrinin İraqda İraq vətəndaşları ilə münasibətlərinə tətbiq olunması barədəki yekun rəyini təqsdiqlımişdir.
2. Məhkəmənin dəyərləndirməsi
a. MND (C-S) (Multinational Division, Central-South - Çoxmillətli Diviziya, Mərkəz-Cənub) Anlaşma Memorandumu
137. Məhkəmənin iclasında çıxış edən Hökumət Agenti Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Niderland müdafiə orqanları Məhkəmənin istifadəsi üçün Böyük Britaniya və Niderland arasında Al-Muthanna bölgəsində tətbiq edilən Anlaşma Memorandumunun məxfiliyini qaldırmaqdan imtina etmişlər; bununla belə, MND (C-S)) Anlaşma Memorandumu “həmin sənədin xarakteri barədə düzgün fikir [formalaşdırır]”.
138. Məhkəmə qeyd edir ki, MND (C-S) Anlaşma Memorandumunu imazalayanlar arasında Niderland Müdafiə Nazirliyi də olmaqla çox sayda SFIR ordu qüvvələri göndərən müdafiə orqanları vardır (bax: paraqraf 104, yuxarıda). O həmçinin müşahidə edir ki, MND (SE) Anlaşma Memorandumunun Hökumətin ictimailəşdirməyə hazır olduğu hissəsi (bax: paraqraf 100, yuxarıda) MND (C-S) Anlaşma Memorandumunun müvafiq hissəsinə (bax: paraqraf 103, yuxarıda) çox oxşar, hətta identikdir və Cavabdeh Hökumətin Agenti bu iki memorandum arasında əhəmiyyətli maddi fərqlərin olduğuna işarə vurmamış və ya güman etməmişdir. Belə olan halda, Məhkəmə bu iki sənədin müvafiq hissələrində eyni olması fikrinə əsaslanaraq dəyərləndirməsini edəcəkdir. Bununla belə, Məhkəmə, MND (C-S) Anlaşma Memorandumundan lazımi ehtiyatla istifadə edəcəkdir.
b. Tətbiq edilə bilən prinsiplər
139. Məhkəmə bildirmək istərdi ki, Dövlətlərin yurisdiksiyası ilkin olaraq ərazi xarakterli olsa da, o bəzən Dövlətin ərazisindən kənarda da həyata keçirilə bilər (müqayisə et: Legal Consequences of the Construction of a Wall in the Occupied Palestinian Territory, Advisory Opinion, I.C.J. Reports 2004, p. 136, § 109, bax: paraqraf 95, yuxarıda). Məhkəmə təkrarlayır ki, yuxarıda istinad edilən Al‑Skeini işində, §§ 130-139-da, o Konvensiyanın 1-ci maddəsi mənasında Razılığa gələn Dövlətlərin yurisdiksiyasını ərazilərindən kənarda həyata keçirməsinin prinsiplərini aşağıdakı şəkildə xülasə etmişdir:
“130. ... Bu maddədə müəyyən edildiyi kimi Razılığa Gələn Dövlətin üzərinə götürdüyü öhdəlik “yurisdiksiyası” altında olan şəxslərin nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadə etmələrini “təmin etməklə” ( fransız dili mətninə görə - “reconnaître”) məhdudlaşır (bax: Soering v. United Kingdom, 7 iyul 1989, § 86, Series A no. 161); Banković and Others v. Belgium and Others [BP] (qərardad), no. 52207/99, § 66, ECHR 2001‑ XII)). 1-ci maddəyə görə “yurisdiksiya” başlanğıc meyardır. Yurisdiksiyanın həyata keçirilməsi Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların iddia edilən pozuntusuna səbəb olmuş hərəkət və hərəkətsizliyə görə Razılığa Gələn Dövlətin məsuliyyətə cəlb edilməsi üçün zəruri şərtdir (bax: Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 311, ECHR 2004‑VII).
(α) Ərazi prinsipi
131. 1-ci maddəyə görə dövlətin yurisdiksional səlahiyyəti başlıca olaraq öz ərazisi ilə bağlıdır (bax: yuxarıda qeyd edilmiş “Soerinq” işi, 86-cı bənd; yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 61-ci və 67-ci bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 312-ci bənd). Normal olaraq dövlətin yurisdiksiyasını öz ərazisində həyata keçirdiyi güman edilir (yuxarıda qeyd edilmiş “İlaşku” işi, § 312; “Assanidze Gürcüstana qarşı” [BP], no. 71503/01, § 139, ECHR 2004‑II)). Əksinə, Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda etdiyi və ya burada nəticələr doğurduğu hərəkətləri yalnız istisna hallarda 1-ci maddənin mənasında yurisdiksiyanın həyata keçirilməsi hesab oluna bilər (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, § 67).
132. Bu günə qədər Məhkəmə presedent hüququnda Razılığa Gələn Dövlətin öz ərazisinin hüdudlarından kənarda yurisdiksiyasını həyata keçirdiyini təsbit etməyə əsas verən bir sıra istisna halları tanımışdır. Hər bir işdə dövlətin ekstraterritorial yurisdiksiyasını həyata keçirməsinin Məhkəmə tərəfindən müəyyən edilməsinə əsas verən və bunu tələb edən istisna halın mövcud olub-olmadığı məsələsi konkret faktlardan asılı olaraq həll edilməlidir.
(β) Dövlət nümayəndəsinin hakimiyyəti və nəzarəti
133. Məhkəmənin presedent hüququnda qəbul edilmişdir ki, ərazi prinsipinə istisna kimi Razılığa Gələn Dövlətin 1-ci maddəyə əsasən yurisdiksiyası onun dövlət orqanlarının ölkə ərazisindən kənarda nəticələr doğuran hərəkətlərinə də aid edilə bilər (bax: Drozd and Janousek v. France and Spain, 26 iyun 1992, Series A no. 240, § 91); Loizidou v. Turkey (ilkin etiraz), 23 mart 1995, § 62, Series A no. 310); Loizidou v. Turkey (işin mahiyyəti ilə bağlı məsələlər), 18 dekabr 1996, § 52, Reports of Judgments and Decisions 1996‑VI); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, § 69)...
135. .. [M]əhkəmə qəbul etmişdir ki, Razılığa Gələn Dövlət ərazinin mənsub olduğu Hökumətin birbaşa və ya susmaqla ifadə edilmiş razılığı, yaxud dəvəti ilə həmin dövlətin ərazisində normal şəraitdə həmin Hökumət tərəfindən icra edilən dövlət səlahiyyətlərinin hamısını və ya bir qismini həyata keçirirsə, ekstraterritorial yurisdiksiyanı yerinə yetirmiş sayılır (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, § 71). Beləliklə, Razılığa Gələn Dövlətin hakimiyyət orqanlarının adət, müqavilə və ya digər sazişə uyğun olaraq başqa bir dövlətin ərazisində icra və ya məhkəmə funksiyalarını həyata keçirdikləri hallarda həmin Razılığa Gələn Dövlət ərazi dövlətinə deyil, ona aid edilən əməllərin edilməsi nəticəsində Konvensiyanın pozulmasına görə məsuliyyət daşıya bilər (bax: yuxarıda qeyd edilmiş “Drozd və Yanusek” işi; Gentilhomme and Others v. France, nos. 48205/99, 48207/99 və 48209/99, 14 may 2002); həmçinin, X and Y v. Switzerland, no. 7289/75 və 7349/76, qəbuledilənik qərarı 14 iyul 1977, DR 9, s. 57).
136. Bundan əlavə, Məhkəmənin presedent hüququ nümayiş etdirir ki, bəzi hallarda dövlətin ərazisindən kənarda fəaliyyət göstərən dövlət nümayəndələri tərəfindən fiziki güc tətbiq edilməsi burada dövlət hakimiyyət orqanlarının nəzarəti altında olan şəxsin 1-ci maddənin mənasında dövlətin yurisdiksiyası altına düşməsinə səbəb ola bilər. Şəxsin xaricdə dövlət nümayəndəsinin nəzarəti altına götürüldüyü hallarda bu prinsip tətbiq edilmişdir. Misal üçün, “Öcalan Türkiyəyə qarşı” [Böyük Palata] (Öcalan v. Turkey [GC], no. 46221/99, § 91, ECHR 2005‑IV) işində Məhkəmə qeyd etmişdir ki, “ərizəçi Keniya rəsmiləri tərəfindən Türkiyə rəsmilərinə birbaşa təhvil verildikdən sonra o, Türkiyə hakimiyyət orqanlarının səmərəli nəzarəti altına keçmiş və buna görə də hətta bu halda Türkiyənin öz hakimiyyətini ərazisindən kənarda həyata keçirməsinə baxmayaraq, Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün həmin dövlətin “yurisdiksiyası” altına düşmüşdür”. “İssa və Digərləri Türkiyəyə qarşı” işində (Issa and Others v. Turkey, no. 31821/96, 16 noyabr 2004) Məhkəmə bildirmişdir ki, müəyyən edildiyi kimi Türkiyə əsgərləri şimali İraqda ərizəçinin qohumlarını nəzarət alına almış, onları mağaraya aparmış və burada edam etmişlər. Beləliklə də, əsgərlər vəfat etmiş şəxslər üzərində hakimiyyəti və nəzarəti həyata keçirdiklərindən onlar Türkiyənin yurisdiksiyası altında olmuşlar. “Əl-Saadun və Mufdi Birləşmiş Krallığa qarşı” Al-Saadoon and Mufdhi v. United Kingdom (dec.), no. 61498/08, §§ 86-89, 30 iyun 2009) işində Məhkəmə qeyd etmişdir ki, İraqda Britaniyanın nəzarəti altında olan hərbi həbsxanalarda saxlanılmış iki İraq vətəndaşı Birləşmiş Krallığın yurisdiksiyası altında olmuşdur, belə ki, Birləşmiş Krallıq həbsxanalar və burada saxlanılan şəxslər üzərində tam və müstəsna nəzarəti həyata keçirmişdir. Nəhayət, Medvedyev and Othersv. France [BP] (no. 3394/03, § 67, ECHR 2010-...) işində Məhkəmə qeyd etmişdir ki, gəmi beynəlxalq sularda olarkən saxlandığı andan etibarən Fransa dövlət nümayəndələri həmin gəmi və onun heyəti üzərində tam və müstəsna nəzarətə malik olduqlarından ərizəçilər Fransa yurisdiksiyasının altına düşmüşlər. Məhkəmə hesab etmir ki, yuxarıda qeyd edilmiş işlərdə yurisdiksiya yalnız Razılığa Gələn Dövlətin ərizəçilərin içərisində saxlandıqları binaların, hava və ya dəniz gəmilərinin üzərində nəzarəti həyata keçirməsindən irəli gəlir. Belə işlərdə qeyd edilən şəxslər üzərində fiziki hakimiyyətin və nəzarətin həyata keçirilməsi həlledici amil rolunu oynayır. ...
(γ) Ərazi üzərində səmərəli nəzarət
138. 1-ci maddəyə əsasən yurisdiksiyanın dövlətin öz ərazisi ilə məhdudlaşması prinsipindən digər bir istisna hal hüquqa uyğun və ya hüquqazidd hərbi əməliyyatın nəticəsində Razılığa Gələn Dövlətin milli ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirməsi nəticəsində yaranır. Bu ərazidə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadənin təmin edilməsi öhdəliyi ərazi üzərində birbaşa, Razılığa Gələn Dövlətin silahlı qüvvələri vasitəsilə və ya tabelikdə olan yerli administrasiyanın vasitəsilə həyata keçirilən belə nəzarət faktından irəli gəlir (yuxarıda qeyd edilmiş “Loizidu (ilkin etirazlar)” işi, § 62-ci bənd; Cyprus v. Turkey [BP], no. 25781/94, § 76, ECHR 2001‑IV); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, § 70; yuxarıda qeyd edilmiş “İlaşku” işi, § 314-316; yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, § 52). Ərazi üzərində belə bir hakimiyyətin həyata keçirilməsi faktı təsbit edildiyi halda Razılığa Gələn Dövlətin tabeliyində olan yerli administrasiyanın siyasəti və hərəkətləri üzərində hərtərəfli nəzarəti həyata keçirib-keçirmədiyini müəyyənləşdirmək zəruri deyil. Yerli administrasiyanın Razılığa Gələn Dövlətin hərbi və başqa dəstəyi sayəsində fəaliyyət göstərə bilməsi faktı dövlətin həmin administrasiyanın siyasəti və hərəkətlərinə görə məsuliyyətini yaradır. Nəzarətdə saxlayan dövlət 1-ci maddəyə əsasən nəzarəti altında olan ərazidə Konvensiya və onun tərəfindən ratifikasiya edilmiş Protokollar ilə təsbit edilmiş bütün maddi hüquqlardan istifadənin təmin edilməsinə görə məsuliyyət daşıyır. O, bu hüquqların hər hansı birinin pozulmasına görə cavabdehdir (yuxarıda qeyd edilmiş “Kipr Türkiyəyə qarşı” işi, § 76-77).
139. Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirib-keçirməməsi fakt ilə bağlı məsələdir. Səmərəli nəzarətin mövcud olub-olmadığını araşdırmaq üçün Məhkəmə başlıca olaraq dövlətin ərazidəki silahlı qüvvələrinin gücünü əsas götürür (bax: yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, § 16 və § 56-cı bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, § 387). Bu zaman digər göstəricilərdən, misal üçün dövlətin tabeliyində olan yerli administrasiyaya hərbi, iqtisadi və siyasi sahələrdə göstərdiyi dəstəyin həmin dövlətin region üzərində hansı səviyyədə təsirə və nəzarətə imkan yaratması amilindən istifadə oluna bilər (yuxarıda qeyd edilmiş “İlaşku” işi, § 388-394)...”
c. Yuxarıdakı prinsiplərin işin hallarına tətbiqi
140. Cavabdeh Tərəf əsasən bu arqumenti irəli sürür ki, Niderland şikayət edilən hadisələrə görə cavabdeh tutula bilməz, çünki hakimiyyət başqalarında idi: ya BMT TŞ-nin 1483 saylı Qətnaməsində “işğalçı dövlətlər” kimi nəzərdə tutulan ABŞ və Böyük Britaniyada birlikdə, ya da Niderlandın SFİR kontingentinə komandanlıq edən və İraqın cənub şərqində “aparıcı dövlət” olan Böyük Britaniyada təkcə.
141. Konvensiya mənasında yurisdiksiyanı müəyyənləşdirmək üçün Məhkəmə işin xüsusi faktual kontekstini və beynəlxalq hüququn müvafiq qaydalarını nəzərə alır.
142. İlkin olaraq beynəlxalq hüquqi baza ilə bağlı Məhkəmə vurğulayır ki, Haaqa Qaydalarının 42-ci maddəsi mənasında “işğalçı dövlət” və ya bu statusun olmaması, per se həlledici deyildir. Bu konsepsiyanın Al-Skeini (yuxarıdakı istinad, § 143) və Al‑Jedda v. United Kingdom [BP], no. 27021/08, § 77, ECHR 2011 işlərinə uyğun hesab etməsinə baxmayaraq, Məhkəmə Türkiyənin Şimali Kipr hadisələri ilə (bax, inter alia, Loizidou v. Turkey (ilkin etirazlar), 23 mart 1995, Series A no. 310, və Cyprus v. Turkey [BP], no. 25781/94, ECHR 2001‑IV) və ya Rusiyanın Dnestr çayından şərqdəki Moldova ərazisi ilə (bax, inter alia, Ilaşcu and Others v. Moldova and Russia [BP], no. 48787/99, ECHR 2004‑VII, və Catan and Others v. the Republic of Moldova and Russia [BP], no. 43370/04, 8252/05 və 18454/06, ECHR 2012 (çıxarışlar)) bağlı məsuliyyətini müəyyən edərkən bu konsepsiyaya müraciət etməyə ehtiyac duymamışdır.
143. Daha sonra, xarici Dövlətin hər hansı qərarının və ya əmrinin icra edilməsi faktı öz-özlüyündə Razılığa gələn Dövləti, onun Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərindən azad etmir (bax: mutatis mutandis, Pellegrini v. Italy, no. 30882/96, § 40, ECHR 2001-VIII, və K. v. Italy, no. 38805/97, § 21, ECHR 2004‑VIII). Bu səbəbdən, Cavabdeh Tərəf MND (SE)-nin Böyük Britaniya zabiti olan komandanının əməliyyat nəzarətini qəbul etmək vasitəsilə Konvensiyanın 1-ci maddəsi mənasında “yurisdiksiya”sından məhrum deyildir. Məhkəmə qeyd edir ki, Niderland, Xarici İşlər və Müdafiə Nazirliklərinin Parlamentə məktublarından da göründüyü kimi, öz hərbi personal üzərində “tam komandanlığ”ı əlində saxlayırdı (bax: paraqraf 57, yuxarıda).
144. BMT TŞ-nin 1483 saylı Qətnaməsi İraqda bir çox BMT üzvlərinin ABŞ və Böyük Britaniyadan ibarət bir “hakimiyyət”in (Müvəqqəti Koalisiya Hakimiyyəti) başçılığı altında fəaliyyət göstərdiyini təsvir edir. “İraqın suverenliyi və ərazi bütövlüyü”nü təsdiq etməklə bərabər bu Qətnamə İşğalçı Dövlət statusundan asılı olmadan “bütün aidiyyəti olanları”, “beynəlxalq hüquq, 1949-cü il Cenevrə Konvensiyaları və 1907-ci il Haaqa Qaydaları üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyə” cağırır. (bax: paraqraf 93, yuxarıda).
145. 1483 saylı Qətnamənin ardından, BMT TŞ-nın 1511 saylı Qətnaməsi də İraq Dövlətinin suverenliyini vurğulamışdır. Qətnamə BMT üzvlərini sabitlik və təhlükəsizliyin bərpa etmək məqsədilə bu çoxmillətli qüvvələrə qoşulmağa, beynəlxalq və regional təşkilatları da İraq polisi və təhlükəsizlik güclərinin təlim və avadanlıqla təmin edilməsinə çağırmışdır (bax: paraqraf 94, yuxarıda).
146. Çoxmillətli qüvvələrin praktik olaraq yaradılması İraqda olan müxtəlif silahlı kontingentlərin arasında münasibətləri müəyyənləşdirən Anlaşma Memorandumu şəbəkəsi ilə nizamlanırdı. Parlamentin Aşağı Palatasına 6 iyun 2003-cü ildə Xarici İşlər və Müdafiə Nazirlikləri tərəfindən göndərilən məktubda (bax: paraqraf 57, yuxarıda) vurğulanır ki, Niderland Hökuməti İraqdakı Niderland kontingenti üzərində tam komandanlığa malikdir. Məhkəmə anlayır ki, MND (C-S) Anlaşma Memorandumunun 5.2 paraqrafının mətninə görə (bax: paraqraf 103, yuxarıda), bu məlumat MND-SE Anlaşma Memorandumuna əsaslanırdı.
147. MND (C‑S) üzrə Anlaşma Memorandumundan, eləcə də MND-SE Anlaşma Memorandumunun Hökumətin Məhkəməyə çatımlılıq tanıdığı çıxarışından (bax: paraqraf 100, yuxarıda) görünür ki, “aparıcı dövlətlər”dən fərqli dövlətlərin qüvvələri gündəlik əmrləri əcnəbi komandanlardan alsalar da, əsas siyasətin formulə edilməsi – Anlaşma Memorandumlarına əlavə edilmiş Öhdəlik Qaydaları formasındakı məhduduyyətlər çərçivəsində güc istifadəsinin fərqli qaydaları da daxil olmaqla – hər bir əsgər göndərən Dövlətin səlahiyyətində qalırdı.
148. Beləliklə, bu əsasla, Niderland Hökuməti tərəfindən Niderland SFIR komandirləri üçün aide-mémoire (məlumat kitabçası) və əsgərləri üçün əsgər kartı hazırlanmışdı (bax: paraqraf 59, yuxarıda).
149. Niderland silahlı qüvvələrinin SFIR qüvvələrinin İraqın Böyük Britaniyalı zabitin komandirliyi altında olduğu cənub-şərq bölgəsində yerləşməsinə baxmayaraq, Niderland, digər iştirakçı Dövləti istisna edərək, bu bölgədə təhlükəsizliyi təmin edir və ordakı hərbi kontingenti üzərində tam nəzarətə malik idi.
150. Yoxlama məntəqəsinə formal olaraq Iraq ICDC personalının nəzarət etməsi də həlledici deyildir. Məhkəmə qeyd edir ki, Müvəqqəti Koalisiya Hakimiyittəinn 28 saylı Əmrinə (“İraq Mülki Müdafiə Korpusunun yaradaılması” bax: paraqraf 99, yuxarıda) əsasən, ICDC-nin vəzifələrinə İraq dövlət orqanlarının tabeliyində yerli qanunverciliyi tətbiq etmək daxil deyildi; əslində ICDC-ə Koalisiya qüvvələri nəzarət və başçılıq edirdi (bax: paraqraf 1(4)(a), 4(1) və 7).
151. Beləliklə, Məhkəmə Niderland ordusunun istər İraq, istər Britaniya, istərsə də hər hansı başqa xarici dövlətin “sərəncamında” və ya hər hansı başqa Dövlətin “eksklüziv idarəsi və ya nəzarəti altında” olduğunu hesab edə bilməz (müqayisə et, mutatis mutandis, Beynəlxalq Hüquq Komissiyasının Dövlətlərin Məsuliyyəti haqqında Maddələri, Maddə 6, bax: yuxarıdakı paraqraf 98; bax, həmçinin, Genosid Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya (Bosnia və Hersoqovina Serbiya və Montenoqraya qarşı), Qərar, Beynəlxalq Ədalət Məhkəməsi, I.C.J. Reports 2007, s. 43, § 406, yuxarıdakı paraqraf 97)).
152. Məhkəmə indi Cənab Azhar Sabah Jaloudun ölümünü əhatə edən şəraitə baxacaqdır. O qeyd edir ki, Cənab Azhar Sabah Jaloud sərnişin olduğu avtomobilə Niderland Kral Ordusu zabitinin komandanlığı və birbaşa nəzarəti altında olan personal tərəfindən qorunan yoxlama məntəqəsindən keçərkən açılan atəşdən ölmüşdür. Yoxlama məntəqəsi BMT TŞ-nin 1483 saylı Qətnaməsi (bax: paraqraf 93, yuxarıda) üzrə SFIR missiyasının həyata keçirilməsi üçün, ölkədə sabitlik və təhlükəsizlik şəraitinin bərpası və səmərəli administrasiyanın yaradılması məqsədilə yaradılmışdı. Məhkəmə qane olmuşdur ki, Cavabdeh Tərəf SFIR missiyası çərçıvəsində və yoxlama məntəqəsindən keçən şəxslərin üzərində hakimiyyətini və nəzarətini tədtiq edək məqsədilə “yurisdiksiya”sını həyata keçirmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Cənab Azhar Sabah Jaloudun ölümü Niderlandın, ifadənin Konvensiyanın 1-ci maddəsi mənasında şərh edildiyi şəkildə “yurisdiksiya”sı altında baş vermişdir.
153. Məhkəmə Niderlanda münasibətdə yurisdiksiyanın olduğunu müəyyən etmişdir. Məhkəmədən Böyük Britaniya, və ya hər hansı digər Konvensiyaya Üzv Dövlətin rəqib yurisdiksiya həyata keçirib-keçirməməsi məsələsini araşdırmaq xahiş edilməmişdir.
d. Aid edilmə
154. Məhkəmə təkrar edir ki, Konvensiyanın 1-ci maddəsi altında “yurisdiksiya”nın olduğunu müəyyən etmək üçün test, heç zaman beynəlxalq ümumi hüquqa görə qanunsuz hərəkətlərə görə Dövlətin məsuliyyətinin müəyyəne dilməsi testinə bərabər olmamışdır (bax: Catan, yuxarıdakı istinad, § 115). Daha sonra, Al-Skeini işində Məhkəmə vurğulamışdır ki, “Dövlət öz agentləri vasitəsilə bir fərd üzərində nəzarət və hakimikyyət və beləliklə yurisdiksiya həyata keçirdiyi zaman, Dövlətin Maddə 1 altında, Konvensiyanın 1-ci Bölməsi üzrə həmin fərdin vəziyyətinə uyğun olan hüquq və azadlıqları təmin etməsi ilə bağlı öhdəlikləri vardır. Bu səbəbdən, bu mənada, Konvensiya üzrə hüquqlar ‘bölünə və uyğunlaşdırıla” bilər (müqayisə et: Banković, yuxaridaki istinad, § 75).”
155. Ərizəçinin şikayətlərinə rəvac verən faktların Niderland hərbi personalının və istintaq və məhkəmə orqanlarının hərəkət və hərəkətsizliyi nəticəsində baş verdiyi iddia edilir. Bu mənada bu iddialar Niderland ın Konvensiya üzrə məsuliyyətinə səbəb ola biləcək xarakterdədir.
e. Hökumətin ilkin etirazı
156. Məhkəmə, mahiyyətə birləşdiridiyi ilkin etirazı (bax: paraqraf 110, yuxarıda) rədd edir. Məhkəmə indi ərizəçinin şikayətlərinin mahiyyətini araşdıracaqdır.
C. Maddə 2 altında istintaq öhdəliyinin iddia edilən pozuntusu
157. Ərizəçi iddia edir ki, Cavabdeh Dövlət, müqəssir olan şəxsi ədalət mühakiməsi qarşısına gətirmək məqsədilə oğlunun ölümü ilə bağlı lazımi istintaqı aparmaq öhdəliyini yerinə yetirməmişdir. O, Konvensiyanın aşağıdakıları nəzərdə tutan 2-ci maddəsinə istinad edir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:
(a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
(b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
(c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.”
Cavabdeh Hökumət belə bir pozuntunun olmasını inkar edir.
158. Müdaxilə edən Hökumət ərizəçinin şikayətlərinin mahiyyəti ilə əlaqədar fikir bildirmir.
1. Məhkəmə qarşısındakı arqumentlər
a. Ərizəçi
159. Ərizəçi Cənab Azhar Sabah Jaloudun ölümü ilə bağlı intintaqın və sonrakı prosesin müstəqilliyini mübahisələndirir.
160. Birincisi, İraqdakı Krallıq Hərbi Polis Birliyinin müstəqilliyini mübahisələndirir. O Məhkəmədən xahiş edir ki, bu birlik üzvlərinin Niderland SFIR qoşunları ilə eyni yaşayış yerlərini paylaşdığını və bu səbəbdən onlarla yaxın olduğunu nəzərə alsın. O həmçinin bildirir ki, hesab verməli olduqları prokurorluq Niderlandda yerləşdiyindən Krallıq Hərbi Polis Birliyi gündəlik olaraq Niderland batalyon komandirinin tabeçiliyində idi.
161. Krallıq Hərbi Polis Birliyinin müstəqil olmaması, Leytenant A.-nı təqib etməmək barədə prokurorluğun qərarına da kölgə salmışdır. Həmin qərar fövqəladə dərəcədə Krallıq Hərbi Polis Birliyinin istintaq nəticələrinə əsaslanırdı. Ərizəçi Ergi v. Turkey, (28 iyul 1998, Reports 1998‑IV) işində istinad edir. Bu işdə Məhkəmə, yurisdiksiyanın olmadığı elan etmək üçün məsul prokurorun ciddi şəkildə jandarmeriyanın insidentlə bağlı hesabatına əsaslanması səbəbilə, Maddə 2-nin prosessual aspektinin pozulduğunu elan etmişdi.
162. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatası da Krallıq Hərbi Polis Birliyinin çox məhdud olan araşdırmasının nəticələrinə tam etibar etmişdir. Bunun əvəzinə, o, müstəqil hakim tərəfindən istintaq keçirilməsi barədə əmr verməli idi.
163. Nəhayət, Arnhem Appelyasiya Məhkəməsi Hərbi işlər üzrə Palatasının tərkibinə xidmətdə olan ordu zabitinin daxil olması da o deməkdir ki, bu qurumun qərarı müstəqil ola bilməz. Ərizəçi Akkoç v. Turkey (no. 22947/93 və 22948/93, ECHR 2000‑X, və Incal v. Turkey, 9 iyun 1998, Reports 1998‑IV) işlərinə istinad edir.
164. Ərizəçi həmçinin iddia edir ki, istintaq qeyri-adekvat olmuşdur.
165. O ilk növbədə vurğulamışdır ki, atışma zamanı yoxlama məntəqəsində olan ICDC personalından alınan ifadələr dövlətdaxili iş materiallarına daxil edilməmişdir. Krallıq Hərbi Polis Birliyinin prokurorluq və Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palataya göndərilən hesabatında, sadəcə olaraq göstərilirdi ki, bu şəxslər hər hansı uyğun məlumat verməmişlər. Əslində hər bir ICDC üzvündən ətraflı ifadə alılnmışdır. Bununla belə, onlar ərizəçidən və Arnhem Appelyasiya Məhkəməsinin Hərbi işlər üzrə Palatasından gizlədilmiş və yalnız Məhkəmə qarşısındakı prosesdə təqdim edilmişdir.
166. Ərizəçinin, işdəki tək mülki və bebəliklə, Leytenant A.-nın tabeçilində olmayan yeganə sağ qalan şəxs olması səbəbilə “açar şahid” adlandırdığı, Davoud Joad Kathimin dindirilməsi, ifrat dərəcədə tələsik olmuşdur. Bundan əlavə, onun ifadələrinin Krallıq Hərbi Polis Birliyi müstəntiqləri tərəfindən qeyd edilən şəkli onun eyni gün bir İraq rəsmisi tərəfindən qeydə alınan ifadəsi ilə uyğun gəlmir.
167. Leytenant A. ilk dəfə yalnız insidentdən yeddi saat sonra dindirilmişdir və bu müddətdə başqa şahidlərdən ayrılmamışdır. Bu səbəbdən onun insident barədə digər şahidlərlə əvvəldən söhbət etmək və öz ifadələrini müvafiq şəkildə uyğunlaşdırmaq üçün geniş imkanı olmuşdur.
168. İnsidentdən sonrakı gün Leytenant A. bildirmişdir ki, o, ICDC komandir müavinindən silahlarından atəş açmış ICDC personalının adlarının və uyğun olaraq, açdıqları atəş sayının siyahısını almağa müvəffəq olmuşdur. Əsas şübhəli olaraq onun bu açar məlumatı əldə etməsi faktı da istintaqın səmərəliliyinə təsir etmişdir. Daha sonra, Leytenant A.-nın əldə etdiyi siyahı iş üçün mümkün əhəmiyyətinə baxmayaraq, iş materillarına daxil edilməmişdir.
169. Krallıq Hərbi Polis Birliyi Cənab Azhar Sabah Jaloudun bədəninin bir neçə saat ərzində saxlamış və bu müddət ərzində otopsiya keçirilməmişdir. Meyid bir İraq mülki xəstəxanasına göndərilmiş, orada Krallıq Hərbi Polis rəsmilərinin iştirakı olmadan otopsiya keçirilmişdir. Otopsiya hesabatı olduğu şəkildə iş materiallarına əlavə edilmiş, lakin tərcümə edilməmişdir.
170. Digər məhkəmə tibb ekspertizası ilə də eyni cür diqqətsiz şəkildə davranılmışdır. Xüsusilə, meyiddən götürülən güllə fraqmentləri ilə bağlı hesabatın ətraflı tərcüməsi həyata keçirilməmişdir.
171. Nəhayət, ərizəçi şikayət edir ki, Cənab Azhar Sabah Jaloudun yaxınları istintaqa kifayət qədər cəlb edilməmiş və onun gedişatı barədə onlara məlumat verilməmişdir. Xüsusilə, onun ailəsi ilə əlaqə yaratmağa heç bir cəhd göstərilməmiş və heç kim Leytenant A. barədə təqib etməmə qərarı verilməsi haqqında onları məlumatlandırmaq üçün özünə əziyyət verməmişdir.
b. Cavabdeh Hökumət
172. Cavabdeh Hökumət bilirir ki, Maddə 2-nin popzuntusu baş verməmişdir.
173. Onların fikrincə, heç bir müstəqillik problem yoxdur.
174. Krallıq Hərbi Polis Birliyinin özünü komandirlik zənciri vardır və apardığı istintaqlarla bağlı, yalnız Prokurorluq qarşısında cavabdehdir; Leytenant A. barədə təqib etməmə qərarının onların istintaqına əsaslanması qaçınılmaz idi. Bütün hallarda, heç nə Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının müstəqil olmamasını güman etməyə imkan vermir.
175. Bənzər şəkildə, istintaq kifayət qədər səmərəli olmuşdur.
176. Krallıq Hərbi Polis Birliyi insidentin baş verdiyi ərazini incələmiş və hadisə yerinə gələn kimi mövcud olan sübutların təhlükəsizliyini təmin etmişdir.
177. Leytenant A., özü hadisə barədə məlumat vermiş, lap başdan atəş açma faktına görə tam məsuliyyəti üzərinə götürmüş və onun sübutları manipulyasiya etməyə hər hansı cəhd etməsi görünmürdü.
178. ICDC personalı əslində dindirilmiş, lakin əhəmiyyətli bir şey söyləyə bilməmişlər. Bütün hallarda onlar şübhəli deyildilər.
179. Cənab Davoud Joad Kathimdən Krallıq Hərbi Polis Birliyi və İraq polisi tərəfindən götürülmüş ifadələr, onun sonuncu ifadəsində tərcüməçinin ona yalnız ICDC personalının atəş açdığını deməyi tapşırması barədə fikri ağlabatan olmasa da, təzadlı deyildir.
180. Niderland düşərgəsində otopsiya üçün imkan olmadığından meyit Iraq xəstəxanasına göndərilmişdir. Niderland personalının otopsiyadan kənarlaşdırmaq İraq dövlət orqanlarının qərarı olmuşdur.
181. Bütün hallarda, istintaq orda olan Niderland əsgərlərindən yalnız Leytenant A.-nın avtomobilə atəş açdığını müəyyənləşdirməyə imkan vermiş və cinayət işi onun üzərində mərkəzləşmişdir.
182. Nəhayət, ərizəçi prosesə kifayət qədər cəlb edilmişdir. O bu barədə məlumat istəyən kimi, hüquqşünası vasitəsilə ona məlumat verilmişdir; verilən məlumat, onun şikayət prosesində səmərəli iştirakına kifayət etmiş, və bu prosesdə o, Leytenant A.-nı cinayət təqibinə cəlb etməmək qərarını mübahisələndirmişdir.
2. Məhkəmənin dəyərləndirməsi
a. Atəşin yalnız Leytenant A. tərəfindənmi, yoxsa həm də ICDC personal tərəfindən açılması ilə bağlı
183. Məhkəmə ərizəçinin xüsusilə ICDC personalından alınmış, lakin dövlətdaxili prosesdəki iş materillarına əlavə edilməyən ifadələr də daxil olmaqla, mövcud sübutun atəşin yalnız Leytenant A. tərəfindən aşılması barədəki fikrini araşdırmalıdır.
184. Doğrudur ki, ICDC üzvlərindən heç biri Cənab Azhar Sabah Jaloudun sərnişin olduğu avtomobilə atəş açdığını qəbul etməmişdir. Bununla belə, Məhkəmə qeyd edir ki, Krallıq Hərbi Polis Birliyi müstəntiqlərinə görə, Cənab Azhar Sabah Jaloudun sərnişin olduğu avtomobil müxtəlif kalibirli, bəziləri 6mm-dən kiçik, bəziləri böyük güllələrlə vurulmuşdur (bax: paraqraf 32, yuxarıda). Bu ona uyğun gəlir ki, ən azından iki müxtəlif tipli silahdan istifadə olunmuşdur, çox güman ki, Niderland hərbçilərinə verilmiş Diemaco C7A1 tüfəngləri (hansı ki, 5.56mm NATO standartlı gülləyə malikdir, bax: paraqraf 50, yuxarıda) və ICDC üzvlərinin istifadə etdiyi Kalaşnikov AK47 tüfəngi (gülləsi 7.62mm, bax: paraqraf 52, yuxarıda). Belə olan şəraitdə, ərizəçinin atəşin yalnız Leytenant A. tərəfindən aşıldığına dair iddiası yoxlana bilməz.
185. In any event, Məhkəmə is called upon only to consider whether the procedural obligations resulting from Konvensiyanın 2-ci Maddəsihave been met. There is therefore no need for it to make any findings of fact on this point.
b. Müvafiq prinsiplər
186. Məhkəmənin yuxarıda istinad edilən Əl-Skeini və Başqaları (Al-Skeini və Başqaları) qərarında hesab etdiyi kimi:
“163. Dövlətin hakimiyyət orqanları tərəfindən ölüm ilə nəticələnən fiziki güc tətbiqinin qanunauyğun olub-olmadığını araşdırmaq üçün prosedur mövcud olmazsa, dövlət nümayəndələri tərəfindən qanunsuz olaraq adam öldürülməsinin hüquqi cəhətdən ümumi şəkildə qadağan edilməsi praktikada səmərəsiz olardı. Bu maddəyə əsasən yaşamaq hüququnun müdafiəsi öhdəliyi dövlətin Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilmiş “yurisdiksiyası altında olan hər bir şəxsin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadəsini təmin etmək” kimi ümumi vəzifə ilə birlikdə məna etibarı ilə şəxslərin inter alios dövlət nümayəndələri tərəfindən fiziki güc tətbiq edilməsi nəticəsində qətlə yetirildikləri hallarda müəyyən formada rəsmi və səmərəli istintaqın aparılmasını tələb edir (bax: yuxarıda qeyd edilmiş “MakKan” işi, 161-ci bənd). Bu istintaqın başlıca məqsədi yaşamaq hüququnu müdafiə edən daxili qanunvericilik normalarının səmərəli surətdə həyata keçirilməsinin, dövlət nümayəndələri və ya orqanlarının cəlb olunduqları işlərdə isə onların təqsirli olduqları ölüm hadisələrinə görə məsuliyyətə cəlb olunmalarının təmin edilməsidir (bax: “Naçova və Digərləri Bolqarıstana qarşı” [Böyük Palata] (Nachova and Others v. Bulgaria [GC], nos. 43577/98 and 43579/98, § 110, ECHR 2005-VII)). Bununla belə, istintaq eyni zamanda kifayət qədər hərtərəfli aparılmalı və istintaqı aparan orqanlara yalnız birbaşa fiziki güc tətbiq etmiş dövlət nümayəndələrinin hərəkətlərini deyil, həmçinin bununla bağlı digər halları, o cümlədən dövlətin 2-ci maddə ilə nəzərdə tutulmuş yaşamaq hüququnu müdafiə etmək öhdəliyinə əməl edib-etmədiyini müəyyənləşdirmək üçün zəruri olan sözü gedən əməliyyatların planlaşdırılması və onlara nəzarət kimi məsələləri də nəzərdən keçirməyə imkan verməlidir (bax: yuxarıda qeyd edilmiş “MakKan və Digərləri” işi, 150-ci və 162-ci bəndlər; “Haq Cordan Birləşmiş Krallığa qarşı” (Hugh Jordan v. Böyük Britaniya, no. 24746/94, § 128, ECHR2001‑III (extracts)); yuxarıda qeyd edilmiş “MakKer” işi, 143-cü və 151-ci bəndlər; “Şanaqan Birləşmiş Krallığa qarşı” (Shanaghan v. Böyük Britaniya, no. 37715/97, §§ 100-125, 4 May 2001); “Finukeyn Birləşmiş Krallığa qarşı” (Finucane v. Böyük Britaniya, no. 29178/95, §§ 77-78, ECHR 2003‑VIII); yuxarıda qeyd edilmiş “Naçova” işi, 114-115-ci bəndlər; həmçinin, mutatis mutandis, “Tzekov Bolqarıstana qarşı” (Tzekov v. Bulgaria, no. 45500/99, § 71, 23 fevral 2006)).
164. Məhkəmə qeyd etmişdir ki, 2-ci maddə ilə nəzərdə tutulmuş prosessual öhdəlik çətin təhlükəsizlik şəraitində, o cümlədən silahlı münaqişələr dövründə də tətbiq edilməkdə davam edir (digər qərarlar ilə yanaşı bax: “Güleç Türkiyəyə qarşı” (Güleç v. Turkey, 27 July 1998, § 81, Reports of Judgments and Decisions 1998‑IV); “Ergi Türkiyəyə qarşı” (Ergi v. Turkey, 28 July 1998, §§ 79 and 82,Reports 1998‑IV); “Ahmet Özkan və Digərləri Türkiyəyə qarşı” (Ahmet Özkan and Others v. Turkey, no. 21689/93, §§ 85-90 and 309-320 and 326-330, 6April 2004); “İsayeva Rusiyaya qarşı” (Isayeva v. Russia, no. 57950/00, §§ 180 and 210, 24 fevral 2005); “Kanlibaş Türkiyəyə qarşı” (Kanlibaş v. Turkey, no. 32444/96, §§ 39-51, 8 dekabr 2005)). Aydındır ki, 2-ci maddəyə əsasən istintaqı aparılmalı olan ölüm faktı ümumi hal almış zorakılıq, silahlı münaqişə və ya qiyam şəraitində baş verirsə, müstəntiqlər istintaqın aparılması zamanı maneələr ilə üzləşə bilərlər və BMT-nin Xüsusi məruzəçisinin də qeyd etdiyi kimi (yuxarıda 93-cü bəndə bax) konkret maneələr istintaqın aparılması zamanı daha az səmərəli vasitələrdən istifadə etməyə vadar edə və ya istintaqın təxirə salınmasına səbəb ola bilər (misal üçün bax: “Bazorkina Rusiyaya qarşı” (Bazorkina v. Russia, no. 69481/01, § 121, 27 July 2006)). Buna baxmayaraq, 2-ci maddədə təsbit edilmiş yaşamaq hüququnu təmin etmək öhdəliyi nəzərdə tutur ki, hətta çətin təhlükəsizlik şəraitində belə bu hüququn iddia edilən pozuntusu hallarının səmərəli və müstəqil şəkildə araşdırılması üçün bütün ağlabatan addımlar atılmalıdır (digər qərarlar ilə yanaşı bax: “Kaya Türkiyəyə qarşı” (Kaya v. Turkey, 19 fevral 1998, §§ 86‑92,Reports of Judgments and Decisions 1998‑I); yuxarıda qeyd edilmiş “Ergi” işi, 82-85-ci bəndlər; “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, §§ 101-110, ECHR 1999‑IV); “Xaşıyev və Akayeva Rusiyaya qarşı” (Khashiyev and Akayeva v. Russia, nos. 57942/00 and 57945/00, §§ 156-166, 24 fevral 2005); yuxarıda qeyd edilmiş “İsayeva” işi, 215-224-cü bəndlər; “Musayeva və Digərləri Rusiyaya qarşı” (Musayev and Others v. Russia, nos. 57941/00, 58699/00 and 60403/00, §§ 158-165, 26 July 2007)).
165. İstintaqın hansı formada aparılması zamanı 2-ci maddənin məqsədlərinə nail olunacağı şəraitdən asılıdır. Lakin hansı vasitələrdən istifadə edilməsindən asılı olmayaraq, dövlət orqanları məsələ barədə məlumata malik olduqdan sonra öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Onlar vəfat edənin yaxın qohumunun formal şikayət ilə müraciət etməsini və ya hər hansı istintaq hərəkətinin aparılmasına görə məsuliyyəti öz üzərinə götürməsini gözləməməlidir (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 310-cu bənd; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 210-cu bənd). Dövlət orqanlarının deyil, yaxın qohumların təşəbbüsünə əsasən başlanmış və cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilməsi və ya cəzalandırılması ilə nəticələnməmiş mülki işlər dövlətin Konvensiyanın 2-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual öhdəliyinə əməl edib-etmədiyinin qiymətləndirilməsi zamanı nəzərə alına bilməz (misal üçün bax: yuxarıda qeyd edilmiş “Haq Cordan” işi, 141-ci bənd). Bundan əlavə, dövlətin 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyi yalnız ziyana görə kompensasiyanın ödənilməsi ilə yerinə yetirilmiş hesab oluna bilməz (bax: yuxarıda qeyd edilmiş “MakKer” işi, 121-ci bənd; yuxarıda qeyd edilmiş “Bazorkina” işi, 11-ci bənd).
166. Yuxarıda qeyd edildiyi kimi istintaqın səmərəli olması o deməkdir ki, istintaqın gedişində mövcud şəraitdə fiziki güc tətbiqinin əsaslı olub-olmadığını müəyyənləşdirmək mümkün olmalı və belə güc tətbiqinə görə təqsirli olan şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməlidirlər. Bu, öhdəliklər ilə deyil, vasitələr ilə bağlı olan öhdəlikdir. Dövlət orqanları insident ilə bağlı sübutların toplanması, o cümlədən inter alia hadisə şahidlərinin ifadələrini, məhkəmə-tibb ekspertizasının rəyini almaq və müvafiq hallarda yetirilmiş xəsarətin tam və dəqiq müəyyən edilməsini təmin etmək və kliniki nəticələri, o cümlədən ölüm ilə bağlı gəlinmiş nəticələri obyektiv şəkildə təhlil etməyə imkan verən meyitin yarılmasnı həyata keçirmək üçün mümkün olan bütün ağlabatan tədbirləri görməlidir. İstintaqın ölümün səbəblərini və buna görə təqsirli olan şəxsləri müəyyən etməyə imkan verməyən istənilən qüsura malik olması onun standartlara uyğun olmadığını təsbit etmək riski yaradır (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 312-ci bənd; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 212-ci bənd və bu işlərdə istinad edilən digər işlər).
167. Dövlət nümayəndələrinin şəxsi qanunsuz olaraq həyatdan məhrum etməsi ilə bağlı istintaqın səmərəli hesab edilməsi üçün istintaqı aparan və istintaqın aparılmasına görə məsul olan şəxslərin baş vermiş cinayət hadisəsinə cəlb olunmuş şəxslərdən müstəqil olması zəruridir. Bu, yalnız iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi nəzərdə tutur (misal üçün bax: yuxarıda qeyd edilmiş “Şanaqan” işi, 104-cü bənd). Bu kontekstdə istintaqın tez bir zamanda və ağlabatan tələskənlik nümayiş etdirməklə aparılması tələb olunur. Konkret vəziyyətdə istintaqın gedişində müsbət nəticələr əldə olunmasının qarşısını ala bilən maneələrin və çətinliklərin mövcud olmasına baxmayaraq, dövlət orqanlarının ölüm ilə nəticələn fiziki güc tətbiq etmənin istintaqını dərhal başlamasına onların qanunun aliliyinə sadiq olduqlarına ictimaiyyətin inamının təmin edilməsi və qanunsuz əməlləri törətmiş şəxslər ilə gizli sövdələşmələrə getdikləri və ya belə əməllərin törədilməsinə göz yumduqları görüntülərinin yaranmasının qarşısının alınmasında başlıca amil kimi baxıla bilər. Eyni səbəblərə görə istər praktiki, istərsə də nəzəri baxımdan cavabdehliyin təmin edilməsi məqsədilə istintaq və onun nəticələri üzərində ictimai nəzarətin olması təmin edilməlidir. Tələb olunan ictimai nəzarətin səviyyəsi işdən asılı olaraq dəyişə bilər. Bununla belə, bütün işlərdə vəfat etmiş şəxsin yaxın qohumları qanuni maraqlarının qorunması üçün zəruri olan səviyyədə istintaq prosesinə cəlb olunmalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 311-314-cü bəndlər; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 211-214-cü bəndlər və bu işlərdə istinad edilmiş digər işlər).”
c. İstintaqın müstəqilliyi
i. Iraqdakı Krallıq Hərbi Polis Birliyi
187. Ərizəçi ilkin istintaqı yerinə yetirən Krallıq Hərbi Polis Birliyinin müstəqilliyini, birliyin yaşayış yerinin oğlunun ölümündə günahlandırdığı Krallıq Ordusu ilə yaxın məsafədə yerləşməsi səbəbilə şübhə altına almışdır. Hökumət bildirir ki, Krallıq Hərbi Polis Birliyi kifayət qədər müstəqildir.
188. Məhkəmə qeyd edir ki, qanunsuz adamöldürmə ilə bağlı istintaqın müstəqilliyi və beləliklə, səmərərliliyi, istintaq aparanla istintaq edilən bir-biri ilə sıx əlaqədədirsə, şübhə altına alına bilər (müqayisə et: Ramsahai and Others v. Niderland [GC], no. 52391/99, § 337, ECHR 2007‑II).
189. Hökumət hadisənin baş verdiyi zaman Krallıq Hərbi Polis Birliyinin Krallıq Ordusu ile eyni yaşayış yerlərini paylaşdığını danmır. Bununla belə, Məhkəmənin bunun öz-özlüyündə Krallıq Hərbi Polis Birliyinin istintaqlarının keyfiyyətini aşağı salacaq dərəcədə müstəqilliyinə təsir etdiyi qərarına gəlməsi üçün güman edilən və ya aydın görünən bir şərait mövcud deyildir.
190. Məhkəmə İraqda yerləşən Krallıq Hərbi Polis Birliyinin istintaqa rəhbərlik edən və Arnhemdə yerləşən prokurorluqdan fiziki uzaqlığı, Krallıq Hərbi Polis Birliyinin gündəlik işlərində Niderland Kral Ordusunun batalyon komandirindən asılılığına səbəb olmasını da müəyyənləşmiş fakt hesab etmir. Ərizəçi, bu fikrini dəstəkləyəcək sübut təqdim etməmişdir.
ii. Krallıq Hərbi Polis Birliyinin hesabatından asılılıq
191. Ərizəçi bildirir ki, prokurorluq Krallıq Hərbi Polis Birliyinin hesabatlarına həddindən artıq əsaslanmışdır. Hökumət bunu inkar edir.
192. Prokurorluğun məlumat və dəstək üçün polisə güvənməsi qaçınılmazdır. Bu öz-özlüyündə onun polisə münasibətdə müstəqil olmaması nətcisinə gəlinməsi üçün kifayət deyildir (bax: mutatis mutandis, Ramsahai, yuxarıdakı istinad, § 344).
193. Bundan əlavə, Krallıq Hərbi Polis Birliyi Iraqda hazırki işdəki məsələlər kimi işləri həyata keçirmək üçün yerləşdirilmişdi. Bu səbəbdən, Prokurorluğun bu hesabatlara əsaslanması öz-özlüyündə problem yaratmır.
194. Məhkəmə anlayır ki, bu şikayətin özəyi odur ki, bu istintaq səmərəli olmamışdır və onun nəticəsində hazırlanan hesabata əsaslanıla bilməzdi. Məhkəmə ərizəçinin Krallıq Hərbi Polis Birliyinin istintaqının keyfiyyəti ilə bağlı narahatlığını ayrıca aşağıda araşdıracaqdır.
iii. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının hərbçi üzvü
195. Ərizəçi iddia edir ki, Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının müstəqilliyinə tərkibində hərbçi olması faktı kölgə salır. Hökumət iddia edir ki, Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatanın müstəqilli təmin edilmişdir.
196. Hazırki işdə, Məhkəmə Hərbi Palatanın tərkibinə ümumilikdə baxır. Palata işlərər üç üzvdən ibarət tərkibdə baxır, onlardan ikisi Arnhem Appelyasiya Məhkəməsinin mülki üzvləridir və biri hərbçidir. Hərbçi üzv məhkəmə işləri üçün ixtisaslı hesab edilən yüksək rütbəli zabitdir; əgər artıq bu rütbəyə malik deyilsə, ona general və ya hava qüvvələri rütbəsi verilir (bax: paraqraf 64, yuxarıda). Öz məhkəmə rolunda, öz hərbi orqana və intizama tabe deyildir; onun funksional müstəqilliyi və qərəzsizliyi mülki hakimlərinki ilə bənzərdir (bax: paraqraf 65, yuxarıda). Beləliklə, Məhkəmə Hərbi Palatanın Konvensiyanın 2-ci maddəsi məqsədləri üçün kafi təminatlar təqdim etməsini qəbul etməyə hazırdır.
d. İstintaqın səmərəliliyi
i. ICDC personalının ifadələri
197. Ərizəçi öz ərizəsində şikayətlənir ki, Krallıq Hərbi Polis Birliyi atışma hadisəsi zamanı yoxlama məntəqəsini qoruyan ICDC personalından ifadə almamışdır. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasına təqdim ediən hesabatda yalnız bildirilirdi ki, onlar “uyğun məlumat verməmişlər” (bax: paraqraf 25, yuxarıda).
198. Palatanın Böyük Palata xeyrinə öz səlahiyyətindən imtina etməsindən sonra Hökumət ICDC üzvlərinin Krallıq Hərbi Polis rəsmiləri tərəfindən dindirilməsi barədə hesabat təqdim etmişdir (bax: paraqraf 38, yuxarıda). Belə görünür ki, bu sənəddə, hər bi əsgər tərəfindən aşılan atış sayı və qalan patron sayı və tərcüməçi Walied Abd Al Hussain Madjiedin verdiyi çox ətraflı ifadə də daxil olmaqla, Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasına yardım edə biləcək məlumatlar vardır.
199. Məhkəmə dəfələrlə bildirdiyi kimi, Maddə 2 § 2-də “mütləq zərurət” ifadəsinin istifadəsi göstərir ki, Dövlətin hərəkətlərinin Konvensiyanın 8-11-ci maddələri altında “democratik cəmiyyətdə zəruri” olub-olmadığının yoxlanması zamanı tətbiq edilən testdən daha sərt və daha danlmaz test tətbiq edilməlidir. Xüsusilə, istifadə edilə güc, 2-ci maddənin 2 (a), (b) və (c) yarımbəndlərində nəzərdə tutulan məqsədlərə nail olunması ilə ciddi şəkildə mütənasib olmalıdır (bax: digər çoxsaylı işlərlə yanaşı, McCann and Others v. Böyük Britaniya, 27 sentyabr 1995, § 149, Series A no. 324; Kelly and Others v. Böyük Britaniya, no. 30054/96, § 93, 4 may 2001; və Isayeva v. Russia, no. 57950/00, § 173, 24 fevral 2005). Bundan belə nəticə çıxır ki, Dövlətin agentləri tərəfindən ölümcül gücün istifadəsinin şəraitin tələb etdiyindən daha çox olub-olmadığını araşdırmamış dövlətdaxili istintaq, Konvensiyanın 2-ci Maddəsinin standartlarına uyğun ola bilməz (bax: Kaya v. Turkey, 19 fevral 1998, § 87, Reports 1998-I).
200. İstintaqın təqsirkarların müəyyənləşməsinə və lazım gəldikdə cəzalandırılmasına gətirib çıxarması mənasında səmərəli olmalı olmasına baxmayaraq (bax: inter alia, Hugh Jordan v. Böyük Britaniya, no. 24746/94, § 107, ECHR 2001‑III (extracts); McKerr v. Böyük Britaniya, no. 28883/95, § 113, ECHR 2001‑III; Finucane v. Böyük Britaniya, no. 29178/95, § 69, ECHR 2003‑VIII; Makaratzis v. Greece [GC], no. 50385/99, § 74, ECHR 2004‑XI; Tahsin Acar v. Turkey [GC], no. 26307/95, § 223, ECHR 2004‑III; və Giuliani and Gaggio v. Italy [GC], no. 23458/02, § 301, ECHR 2011), Məhkəmə vurğulamaq isterdi ki, istifadə edilən gücün işin hallarında əsaslandırılmış olub-olmaması barədə məhkəmə qərarı çıxarılması üçün kafi olacaq məlumat həm də, həmin cinayət prosesində mühakimə olunan Dövlət agentinin müdafiə hüquqlarının həyata keçirilməsi üçün vacibdir (bax: inter alia və mutatis mutandis, Edwards v. Böyük Britaniya, 16 dekabr 1992, § 36, Series A no. 247‑B; Rowe and Davis v. Böyük Britaniya [GC], no. 28901/95, § 60, ECHR 2000‑II; I.J.L. and Others v. Böyük Britaniya, no. 29522/95, 30056/96 and 30574/96, § 112, ECHR 2000‑IX; və Dowsett v. Böyük Britaniya, no. 39482/98, § 41, ECHR 2003‑VII).
201. Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatası Leytenant A.-nın səlahiyyətli dövlət orqanı tərəfindən ona verilən tapşırığa uyğun hərəkət edib-etmədiyini araşdırmalı idi (Maddə 38, Hərci Cinayət Məcəlləsi, bax: paraqraf 66, yuxarıda). Leytenant A.-nın güc istifadəsilə bağlı tapşırığı, əsgər kartında göstərildiyi şəkildə (bax: paraqraf 57, yuxarıda) “minimum güc” başlığı altında aşağıdakıları əhatə edirdi (loc. Cit., paraqraf 14):
“Atəş açmalısınızsa:
•yalnız məqsədli şəkildə atəş açmalısınız;
•lazım olduğundan artıq atəş açmayın; və
•şərait imkan verən kimi atəşi dayandırın.”
202. Appelyasiya Məhkəməsi Hərbi Palatası yalnız Leytenant A.-nın yolun o tərəfindən dostca atılan atəşə səhv reaksiya verərək atəş açması faktını və bu səbəbdən onun güman edilən özünümüdafiə arqumentindən istifadə etmək hüququnun olmasını müəyyən etməklə kifayətlənmişdir (bax: paraqraf 48, yuxarıda). Lakin o məhkəmə Leytenant A.-nın istifadə edilən gücün mütənasibliyi ilə bağlı göstərişlərı riayət edib-etmədiyi məsələsinə toxunmamışdır. Xüsusilə, lazım olduğundan artıq atəş açılıb-açılmadığı və şərait imkan verən kimi atəşin dayandırılb-dayandırılmadığı ilə bağlı da nəticə çıxarılmamışdır.
203. Məhkəmə bu fikirdədir ki, yuxarıda vurğulandığı mənada düzgün dəyərləndirmə tələb edirdi ki, Arnhem Appelyasiya Məhkəməsi Hərbi İşlər üzrə Palatasının ICDC üzvlərinin Krallıq Hərbi Polis zabitləri tərəfindən dindirilməsi ilə bağlı sənəndə çatımlılığı olsun (bax: paraqraf 38, yuxarı). Beləliklə, bu sənədin Appelaysiya Məhkəməsinin iş materillarında olmaması işin araşdırılmasının səmərəliliyini ciddi şəkildə zəiflətmişdir.
ii. Cənab Davoud Joad Kathimin dindirilməsi
204. Ərizəçi bildirir ki, avtomobilinsürücüsü Cənab Davoud Joad Kathimin Krallıq Hərbi Polis müstəntiqi tərəfindən götürülən ifadəsinin (bax: paraqraf 23, yuxarıda) qısalığı da istintaqın keyfiyyətini göstərir. O həmçinin bu ifadə ilə həmin gün daha sonra Cənab Davoud Joad Kathimin İraq rəsmilərinə verdiyi ifadə arasındakı fərqlərə də diqqət çəkir (bax: paraqraf 37, yuxarıda). Hökumətin fikrincə, əksinə, bu iki ifadə arasındakı hər hansı fərq istintaqın səmərəliliyini mübahisələndirmık üçün kifayət deyildir.
205. Məhkəmə hesab edir ki, öz-özlüyündə Cənab Davoud Joad Kathimin birinci ifadəsinin qısalığından hər hansı bir nəticəyə gəlmək olmaz. Birinci və ikinci ifadələr arasındakı fərqlər, bu qeyd edilmiş ifadələrin etibarlılığına şübhə yarada bilərdi lakin Məhkəmə yalnız bu səbəblə istintaqın qeyri-adekvat olması barədə qərara gələ bilməz.
iii. Leytenant A.-nın dindirilməsində gecikmə
206. Ərizəçi Məhkəmənin diqqətini hadisədən sonra Leytenant A.-nın dindirilməsinin gecikdirilməsinə və bu zaman hadisənin digər şahidlərindən ayrılmamasına çəkir. Hökumət bildirir ki, Leytenant A. istintaqa müdaxilə edəcək heç bir hərəkət etməmişdir.
207. Leytenant A. yalnız Krallıq Hərbi Polis personal hadisə yerində altı saatdan çox olduqdan sonra dindirilmişdir (bax: paraqraf 28, yuxarıda). Hökumətin də vurğuladığı kimi onun (və ya hər hansı Niderland əsgəri) tərəfindən hər hansı kələk edildiyi güman edilməsə də, bu uzun vaxt kəsimi ona, etmək istəyəcəyi halda, başqaları ilə danışmaq və həqiqəti dəyişdirmək imkanı verirdi. Bunun baş verməsinin qarşısının alınması üçün heç bir tədbir görülməmişdir.
208. Yuxarıda istinad edilən Ramsahai işindəki kimi, Məhkəmə hesab edir ki, belə bir gizli razılaşma təhlükəsinin aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi faktı istintaqın adekvatlığında nöqsanlara gətirib çıxarır (loc. cit., § 330).
iv. Silahından atəş açan ICDC personalının siyahısı
209. Ərizəçi bildirir ki, belə görünür ki, Leytenant A., ICDC komandir müavinindən silahlarından atəş açan personalın siyahısını və neçə dəfə atəş açıldığı barədə məlumat əldə etmişdi (bax: paraqraf 31, yuxarıda).
210. Leytenant A.-nın belə bir məlumatın əldə edə bilməsi öz-özlüyündə problem yaratmır. Kampaniya komandiri gələnədək o orada olan ən yüksək rütbəli koalisiya zabiti idi və, bundan əlavə, yalnız Niderland patrulu uçün deyil, həm də orda olan ICDC personalı üçün məsul idi. Burdan belə nəticə çıxır ki, istintaqı asanlaşdırmaq Leytenant A.-nın vəzifəsi idi.
211. Bununla belə, əldə edildikdən sonra bi siyahı iş materiallarına əlavə edilməli idi. Bu məlumat, xüsusilə ICDC üzvlərinin özlərindən alınmış ifadələrlə birgə, yararlı ola bilərdi. Məhkəmə hesab edir ki, bu məsələdə istintaq qeyri-adekvat olmuşdur.
v. Otopsiya
212. Ərizəçi otopsiyanın həyata keçirilmə şəraiti və onun nəticəsində hazırlanan hesabatdan şikayət edir. Hökumət iddia edir ki, həmin şəraitdə ola biləcəyi qədər səmərəli olmuşdur.
213. Məhkəmə qeyd edir ki, belə görünür ki, otopsiya hər hansı ixtisaslı Niderland rəsmisi olmadan həyata keçirilmişdir. Onu həyata keçirən İraqlı patoloqun bacarığı barədə heç nə məlum deyildir.
214. Bundan əlavə, patoloqun hesabatında ciddi nöqsanlar vardır; həddindən artıq qısa olan hesabat ətrfalı deyildi və hətta heç bir şəkil də daxil edilməmişdi.
215. Daha ümumi olaraq, otopsiya üçün hər hansı alternativ tədbirin planlaşdırıldığı görünmür. Məsələn, İşğalçı Dövlətlərdən hər birinin və ya ikisinin də, və ya hər hansı Koalisiya Dövlətinin otopsiya ediləcək yerə və ya personala malik ola bilərdi.
216. Məhkəmə bu səbəbdən hesab edir ki, istintaq bu məsələdə də qüsurlu olmuşdur.
vi. Güllə fraqmentləri
217. Ərizəçi güllə fraqmentlərinin araşadırılması barədə hər hansı detallı hesabatın olamamasını tənqid edir. Hökumətin fikrincə, istintaq buna baxmayaraq adekvat olmuşdur.
218. Məhkəmə qeyd edir ki, Cənab Azhar Sabah Jaloudun bədənindən güllə fraqmenti kimi müəyyən edilmiş metal qırıntıları çıxarılmışdır. Belə görünür ki, Niderland müstəntiqləri sonradan onları itirmişdir (bax: paraqraf 36, yuxarıda).
219. Bu güllə fraqmentlərinin əhəmiyyətli məlumat verib-verə bilməyəcəyindən asılı olamadan, Məhkəmə onların saxlanılmamasını və lazım gəldiyində Niderlandda, düzgün şəraitdə yoxlanmamasını qəbuledilməz hesab edir.
220. Bu səbəbdən də istintaq adekvat olmamışdır.
e. Ərizəçinin istintaqın gedişinə cəlb edilməməsi iddiası
221. Ərizəçi iddia edir ki, ölən şəxsin yaxınları ilə əlaqə yaratmaq üçün cəhd edilməmişdir.
222. Hökumət iddia edir ki, Niderland Krallıq Hərbi Polis müstəntiqləri otopsiya zamanı ərizəçi və ölənin digər yaxınları ilə danışmışlar, lakin ailənin onları girov götürməyə hazırlaşdığı məlum olanda çıxıb getmişlər.
223. Ərizəçi Hökumətin fikirlərinə etiraz edir. Bu fikirlər hər hansı müvafiq yazılı sənəd təqdim edilmədiyindən yoxlanıla bilmir.
224. Hadisələrin hansı versiyasının həqiqət olmamasından asılı olmayaraq, Məhkəmə hesab edir ki, ərizəçinin öz xahişi ilə istintaq materiallarına çatımlılığının olması və onları Məhkəməyə təqdim etmək iqtidarında olduğu öz təsdiqini tapmışdır. İş materiallarına çatımlılığının olması ona imkan vermişdir ki, Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən proses başlasın. Bu prosesdə o, Leytenant A. barəsində cinayət təqibinin başlanmaması qərarını çox səmərəli şəkildə mübahisələndirmək imkanına malik olmuşdur.
225. Məhkəmə bu səbəbdən hesab edir ki, bu məsələdə prosesin qüsurlu olmasına dair heç bir işarə yoxdur. (bax: Ramsahai, yuxarıdakı istinad, §§ 349-350).
f. Nəticə
226. Məhkəmə Niderland hərbçilərinin və müstəntiqlərinin işləməli olduğu çətin şəraiti nəzərə almağa hazırdır. Xüsusilə, qəbul edilməlidir ki, onlar döyüşlərdən sonra yenidən inşa edilməli olan xarici ölkədə idilər, ölkənin dili və mədəniyyəti onlara tanış deyildi və əhali arasında – bunu 21 aprel 2004-cü ildə baş verən birinci atışma hadisəsi də sübut edir (bax: paraqraf 10, yuxarıda) – hələ də düşmən elementlərinin olması aydındır.
227. Buna baxmayaraq, Məhkəmə Cənab Azhar Sabah Jaloudun ölümü faktı ilə bağlı istintaqın aşağıdakı səbəblərdən Konvensiyanın 2-ci maddəsinin tələblərinə uyğun olmadığı nəticəsinə gəlməlidir: birincisi, əhəmiyyətli məlumatlar olan sənədlər məhkəmə orqanlarına və ərizəçiyə verilməmişdir (ICDC personalından götürülmüş ifadələrin rəsmi protokolları və Leytenant A. tərəfindən hansı İCDC üzvünün və necə dəfə silahından atəş açması ilə bağlı əldə edilən siyahı); ikincisi, Leytenant A.-nın dindirilməzdən əvvəl hadisənin digər şahidəri ilə hər hansı gizli danışığa girməməsi üçün heç bir ehtiyyat tədbiri görülməmişdir; üçüncüsü, Dövlət agentinin mümkün cinayət məsuliyyətinə ilə bağlı istintaqa uyğun şəraitdə otopsiya edilməsi üçün heç bir cəhd göstərilməmişdir; və dördüncüsü, əhəmiyyətli maddi sübut – bədəndən çıxarılmış güllə fraqmentləri – qeyri-müəyyən şəraitdə itirilmişdir. Bu nöqsanların, hətta həmin zaman İraqda olan xüsusilə çətin vəziyyətdə belə qaçınılmaz olduğu hesab edilə bilməz.
228. Yuxarıdakılar Məhkəmənin, Konvensiyanın 2-ci maddəsindən irəli gələn prosessual öhdəliklərin yerinə yetirilmədiyi qərarına gəlməsinə səbəb olur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
229. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
230. Ərizəçi mənəvi ziyana və xərc və məsrəflərə görə əvəzin ödənilməsini tələb etmişdir.
231. Müdaxilə edən Hökumət ərizəçinin əvəzin ödənilməsi tələbi ilə bağlı fikir bildirməmişdir.
A. Ziyan
232. Ərizəçi Məhkəmədən xahiş etmişdir ki, Hökumətə “mümkün olan dərəcədə və tətbiq ediləndirsə, oğlunun ölümü ilə bağlı başqa hərtərəfli istintaq keçirilmək, müqəssirləri mühakimə etmək, ərizəçini həm istintaq, həm də mühakimə barədə tam məlumatlandırmaq yolu ilə baş vermiş 2-ci maddə pozuntusunu aradan qaldırmağı” əmr etmişdir. O həmçinin mənəvi ziyana görə 25,000 Avro (EUR) istəmişdir.
233. Cavabdeh Hökumət bildirmişdir ki, ərizəçinin belə bir əmrin verilməsinə çalışması uyğunsuzdur. O, pul kompensasiyasının məbləğini Məhkəmənin diskresiyasına buraxmış və Al-Skeini işində verilən məbləğın daha az olduğunu vurğulamışdır.
234. Ərizəçinin mühakimə ilə nəticələnən səmərəli istintaqın əmr edilməsi xahişi ilə Məhkəmə onun qərarındakı nəticə ilə uyğun olması şərtilə Cavabdeh Dövlətin Konvensiyanın 46-cı maddəsindən irəli gələn hüquqi öhdəliyini yerinə yetirmək yollarını seçməkdə sərbəstliyi ümumi prinsipini və yalnız istisna şəraitdə Məhkəmənin atılmalı addımları göstərdiyi xatırladır (bax: məsələn, Assanidze v. Georgia [GC], no. 71503/01, §§ 202-203, ECHR 2004‑II, və Hutten-Czapska v. Poland [GC], no. 35014/97, §§ 238‑239, ECHR 2006‑VIII). Beləliklə, uyğunlaşma üçün praktiki olaraq nəyin tələb olunduğu məsələsini həll etmək Konvensiyanın 46-cı maddəsinə əsasən hərəkət edən Avropa Şurası Nazirlər Komitəsinin vəzifəsidir. (bax, digər işlərlə yanaşı Al-Skeini, § 181).
235. Pul kompensasiyasına gəlincə, Məhkəmə bildirir ki, 2-ci maddənin prosessual başlığı altında pozuntu olduğu elan edilən Al‑Skeini işində ərizəçilərə tələb etdikləri məbləğ təyin olmunmuşdu (ibid., § 182). Hazırki işdə Məhkəmə ərizəçiyə tələb etdiyi məbləğin, yəni 25,000 Avronun verilməsini ədalətli hesab edir.
B. Xərc və məsrəflər
236. Ərizəçi hüquqşünaslarının 120 saatlıq işi üçün 13,200 Avro tələb etmişdir. Bununla belə o bildirmişdir ki, ölkə daxilində hüquqi yardım istəmişdir və bu yardım alacağı təqdirdə xərc və məsrəf tələbind israr etməyəcəkdir.
237. Ərizəçi sonradan, iki hüquqşünasının dinləməyə gəlməsi ilə bağlı səyahət və yaşayış və poçt xidməti xərclərini də təqdim etmişdir. Vouçerlərin təqdim edildiyi bu məbləğ cəmi 1,372.06 Avrodur.
238. Cavabdeh Hökumət bildrimişdir ki, hüquqi xərclərin daxili hüqiqi yardımla ödənməsi səbəbilə bu məsələ ortadan qalxmışdır. O, əlavə xərclərlə bağlı fikir bildirməmişdir.
239. Ərizəçi Məhkəməni yuxarıdakı 236-cı paraqrafda göstərilən məbləğlə bağlı ölkədaxili hüquqi yardım müraciətinin rədd edilməsi barədə məlumat verməmişdir. Bu səbəbdən Məhkəmə bu xərclərin “həqiqətən çəkildiyi”ni hesab edə bilməz. Beləliklə, bu məbləğin ödənilməsi əmr edilə bilməz.
240. Məhkəmə yuxarıdakı 237-ci paraqrafda tələb edilən məbləği bütünlüklə qəbul edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
241. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. HökuməTin ilkin etirazını mahiyyətə birləşdirir;
2. Ərizəni qəbuledilən elan edir;
3. Hesab edir ki, Cənab Azhar Sabah Jaloud Cavabdeh Dövlətin yurisdiksiyası altında idi və Hökumətin ilkin etirazını rədd edir;
4. Hesab edir ki, Konvensiyanın 2-ci maddəsindən irəli gələn prosessual öhdəliklərin pozuntusu baş vermişdir;
5. Hesab edir ki,
(a) Cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə mənənvi ziyana görə, tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, EUR 25,000 (iyirmi beş min Avro) ödəməlidir;
(b) Cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə, xərc və məsrəflərə görə, tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla EUR 1,372.06 (min üç yüz yetmiş iki avro altı sent) odəməlidir;
(c) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
6. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini yekdilliklə rədd edir.
İngilis və fransız dillərində hazırlanmış və 20 noyabr 2014-cü ildə Strazburqda İnsan Hüquqları Sarayındakı iclasda elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1]. Əslində, 7.62x39mm.
[2]. Holland orfoqrafiyasından istifadə edilərək transliterasiya edilmişdir.
[3]. Niderlan Krallığı avtonom hissələrdən “ölkələrdən” ibarətdir; müvanfiq dövrdə bunlar Avropadaki Ərazi (Niderlandın özü) və Aruba adası və Niderland Antiy adaları (hər iki Kariblərdə yerləşir).
Full & Egal Universal Law Academy