© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 179
Noyabr 2014
Jaloud Niderlanda qarşı [BP] - 47708/08
Qərar 20.11.2014 [BP]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
İraq vətəndaşının İraqda Stabilləşmə Qüvvələrinin üzvü olan Niderland ordusunun əsgəri tərəfindən iddia olunan öldürülməsi ilə bağlı ərazi yurisdiksiyası
Maddə 2
Pozidiv öhdəliklər
Maddə 2-1
Səmərəli istintaq
Cənubi İraqda yoxlama məntəqəsində Niderland silahlı qüvvələri tərəfindən iddia olunan ölümlə nəticələnən atışma hadisəsi ilə bağlı səmərəli istintaq aparmama: pozuntu
Faktlar –2003-cü ilin iyul ayından 2005-ci ilin martına qədər Niderland ordusu batalyon şəklində İraq Stabilləşmə Qüvvələrində (SFİR) iştirak etmişlər. Onlar Böyük Britaniya Krallığı zabitinin komandanlığı altında olan Cənub-Şərq Çoxmillətli Diviziyasının (MND-SE) tərkibində İraqın cənub-şərqində yerləşmişdilər. Niderland qüvvələrinin MND-SE-də iştirakı Böyük Britaniya Krallığı və Niderland Krallığı arasında bağlanmış, Öhdəlik Qaydalarının da əlavə edildiyi Anlaşma Memorandumu əsasında nizamlanırdı. Hər iki sənəd məxfi təsnif edilmişdir.
Ərizəçi 2004-cü ilin aprel ayında sərnişin kimi səyahət etdiyi bir avtomibildə yoxlama məntəqəsindən sürətlə keçdikdən sonra atəş açılması nətəcisində güllə yaralalarından ölən İraq vətəndaşının atasıdır. Yoxlama məntəqəsi həmin zaman İraq Mülki Müdafiə Korpusu (ICDC) tərəfindən qorunurdu və ərizəçinin oğlunun öldürüldüyü insidentdən bir neçə dəqiqə əvvəl başqa bir avtomobil tərəfindən yoxlama məntəqəsinə atəş açılmasına görə Niderland patrulu onlara qoşulmuşdu. Niderland əsgərlərindən biri, ərizəçinin oğlunun sərnişin olduğu avtomobilə bir neçə dəfə atəş açdığını qəbul etmiş, lakin iddia etmişdi ki, özünə həmin avtomobildən atəş açıldığını düşünərək, özünü müdafiə məqsədilə atəş açmışdı. Kral Hərbi Polisinin (Niderlan silahlı qüvvələrinin bir qolu) istintaqının nəticəsi olaraq, hərbi prokuror belə nəticəyə gəlmişdi ki, ərizənin oğlu güman ki, İraqlıların gülləsindən ölmüşdü və Niderland hərbçiləri özünü-müdafiə hərəkətləri etmişlər. O bu əsasla istintaqı xətm etmişdi. Bu qərar Appelyasiya Məhkəməsi Hərbi Palatası tərəfindən qüvvədə saxlanmışdır. O hesab etmişdir ki, əsgərlər dostca açılan atəşə cavab olaraq atəş açmış, lakin yanılaraq onu avtomobildən gələn atəş sanmışlar. Belə olan şəraitdə, atəş açan əsgər ona verilən gösətriş çərçivəsində hərəkət etmişdi və onun cinayət təqibinə alınmaması barədə qərar qüvvədə qalmalı idi.
Avropa Məhkəməsinə ərizəsində, ərizəçi Konvensiyanın 2-ci maddəsinə əsaslanaraq istintaqın kifayət qədər müstəqil və ya səmərəli olmamasından şikayət edirdi. 9 iyul 2013-ci ildə Məhkəmənin Palatası öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etmişdir.
Hüquqi məsələlər – Maddə 1 (yurisdiksiya): Hökumət ilkin etiraz qaldıraraq bildirmişdir ki, şikayətlər Niderlandın ərazi yurisditksiyası altına düşmür, çünki həmin ərazidə hakimiyyət başqalarındadır: ya BMT Təhlükəsizlik Şürasının 1483 saylı Qətnaməsinə əsasən “işğalçı güclər” olan ABŞ və Böyük Britaniya, ya da SFIR-də Niderland kontingentinə komandanlıq edən və cənub-şərqi İraqda “başçı dövlət” olan Böyük Britaniya təklikdə.
Bu arqumenti rədd edən Məhkəmə bildirmişdir ki, əcnəbi Dövlətin hər hansı qərarının və ya əmrinin icrası faktı Dövləti Konvensiya üzrə öhdəliklərinin ichrasından azad etmir. Niderland yalnız komandanlıq edən Böyük Britaniya zabitinin əməliyyat nəzarətini qəbul etməklə “yurisdiksiya”dan məhrum olmur. “Əsas dövlət”lərdən başqa bütün digər dövlətlərin silahlı qüvvələri əmrləri gündəlik olaraq əcnəbi komandanlardan alsalar da, əsas siyasətin müəyyən olunması – Anlaşma Memoramdumuna əlavə edilən Öhdəlik Qaydaları çərçivəsində güc istifadəsinin fərqli qaydaları da daxil olmaqla – silahlı qüvvə təchiz edən fərdi Dövlətlərə qalırdı. Niderland ordusunun yerləşdiyi zonada, başqa iştirakçı Dövlətləri istisna edərək, təhlükəsizlik üçün özü məsuliyyət daşıyırdı və ordakə kontingenti üzərində tam komandanlığa malik idi. Atışmanın baş verdiyi yoxlama məntəqəsinin normalda ICDC personalı tərəfindən qorunması faktının da işə aidiyyəti yoxdur, çünki ICDC-yə koalisiya qüvvələrinin nəzarəti və tabeçiliyi altında idi. Niderland ordusu beləliklə, heç bir əcnəbi gücün sərəncamında və ya hər hansı başqa Dövlətin eksklüzif idarəçiliyi və ya nəzarəti altında deyildi.
Ölümlə nəticələnən atışma, Niderland ordusu zabitinin komandanlığı və birbaşa nəzarəti altında olan və 1483 sayl BMT TŞ Qətnaməsi üzrə SFIR missiyasının icrası məqsədilə yaradılan yoxlama məntəqəsində baş vermişdir. Bu səbəbdən, hadisə Niderlandın yurisdiksiyası altında baş vermişdir.
Nəticə: ilkin etiraz rədd edilir (yekdilliklə).
Maddə 2 (prosessual aspekt): Məhkəmə ərizəçinin istintaqın kifayət qədər müstəqil olmaması ilə bağlı şikayətini qəbul etməmişdir. Ilkin istintaqı aparan Krallıq Hərbi Polis Birliyinin yaşayış yerini ölümdə təqsirkar olduğu iddia edilən ordu hissəsi ilə paylaşması faktının öz-özlüyündə istintaqın müstəqilliyinə təsir edəcək qədər keyfiyyətinə zərər vurmasə barədə sübut yoxdur. Prokurorun Krallıq Hərbi Polis Birliyinin istintaq materiallarına həddindən artıq əsaslanması faktında da problem yoxdur, çünki prokurorluğun polisin məlumat və dəstəyinə əsaslanması qaçınılmazdır. Avtomabilə atəş açan Niderland hərbçisini cinayət təqibinə məruz qoymama qərarını qüvvədə saxlayan Appelyasiya Məhkəməsinin Hərbi Palatasının tərkibinə hərbçi zabitin daxil olması məsələsinə gəlincə, palata Appelyasiya Məhkəməsinin iki mülki və bir hərbçi üzvündən ibarət idi. Hərbçi üzv məhkəmə işləri üçün ixtisaslı hesab edilən yüksək rütbəli zabitdir; o hərbi hakimiyyətə və intizama tabe deyildir və onun funksional müstəqilliyi və qərəzsizliyi mülki hakimlərinki ilə bənzərdir. Bu səbəbdən, Hərbi Palata 2-ci maddənin məqsədləri üçün kifayət qədər müstəqillik təminatı vermişdir.
Bununla belə, istintaqın səmərililiyi ilə bağlı, Məhkəmə hesab etmişdir ki, onda bəzi nöqsanlar olmuşdur. Belə ki, Appelyasiya Məhkəməsi Hərbi Palatası yalnız atəş açan zabitin yolun o biri tərəfindən dostca açılan atəşə səhv reaksiya verərək özünü-müdafiə məqsdəilə atəş açdığını müəyyənləşdirməklə kifayətlənmiş, istifadə olunan gücün mütənasibliyi ilə bağlı, xüsusilə lazım olduğundan daha artıq atəş açılıb-açılmaması və vəziyyət imkan verən kimi dərhal atəşin dayandırılb-dayandırılmaması kimi məsələləri aydınlaşdırmamışdır. Bu məsələlərlə əlaqədar məlumat verə biləcək sənədlər həmin zaman Hərbi Palatanın sərəncamına verilməmişdir. Xüsusilə, atışma zamanı məntəqəni qoruyan İCDC personalından alınan ifadələrin protokolu və silahlarından atəş açan İCDC personal üzvlərinin siyahısı iş materiallarına əlavə edilməmişdir.
Bundan əlavə, hadisə ilə atəş açan zabitin dindirilməsi arasında altı saatdan çox müddət olmuşdur. Zabit tərəfindən hər hansı kələk edilməsi üçün əsas olmasa da, onun hadisənin digər şahidləri ilə gizli danışığa girməsinin qarşısını almaq üçün heç bir tədbir görülməmişdir. Otopsiyaya gəlincə, o, heç bir ixtisaslı Niderland rəsmisinin iştirakı olmadan aparılmışdır. Patalojistin hesabatı həddin artıq qısa idi, ətraflı məlumat yox idi və heç bir şəkil əlavə edilməmişdi. Nəhayət, meyiddən çıxarılan və güllə olduğu müəyyənləşən metal qırıntıları – potensial olaraq əhəmiyyətli maddi sübut – uyğun şəraitdə saxlanmamış və müayinə edilməmiş və sonradan qeyri-müəyyən şəraitdə itmişdir.
Cəm olaraq, ölüm şəraiti ilə bağlı istintaq, 2-ci maddənin standartlarına uyğun olmamışdır: əhəmiyyətli məlumatların olduğu sənədlər məhkəmə orqanlarına və ərizəçiyə verilməmişdir; atəş açan zabitin, dindirilmədən öncə digər şahidlərlə gizli anlaşmaya girməməsi üçün heç bir tədbir görülməmişdir; istintaqın bir Dövlət agentinin mümkün cinayət məsuliyyətinə uyğunlaşdırılması üçün heç bir səy göstərilməmişdir və beləliklə, onun nəticəsində hazırlanmış hesabat qeyri-adekvat olmuş və maddi sübut qeyri-müəyyən şəraitdə itmişdir. Həmin zaman İraqda hökm sürən xüsusilə çətin şəraitdə belə, bu qüsurların qaçınılmaz olduğu iddia edilə bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 25,000 Avro.
(Bax həmçinin: Al-Skeini and Others v. the United Kingdom [BP], 55721/07, 7 iyul 2011, Məlumat qeydi 143; Hassan v. the United Kingdom [BP], 29750/09, 16 sentyabr 2014, Məlumat qeydi 177; və Konvensiyaya Üzv Dövlətlərin Ekstra-ərazi yurisdiksiyası barədə faktlar)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy