© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 170 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, yanvar
Couns və Digərləri Birləşmiş Krallığa qarşı - 34356/06 və 40528/06 nömrəli ərizələr
Qərar 14.1.2014 [IV Bölmə]
Maddə 6
Cinayət işləri
Maddə 6-1
Məhkəməyə müraciət hüququ
İşgəncə ilə bağlı mülki iddiaların cavabdeh dövlət (Səudiyyə Ərəbistanı) və onun vəzifəli şəxslərinin istifadə etdikləri immunitetlə əlaqədar baxılmamış saxlanılması haqqında qərar: pozuntu baş verməmişdir
Faktlar – Ərizəçilər Səudiyyə Ərəbistanı Krallığında azadlıqdan məhrumetmə yerində saxlanılan zaman işgəncəyə məruz qaldıqlarını iddia etmişlər. Birinci ərizəçi (cənab Couns) sonradan İngiltərənin Yüksək Məhkəməsində Krallıq, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi və bir vəzifəli şəxsə qarşı mülki iddia qaldırmışdır. Digər üç ərizəçi dörd şəxsə qarşı iddia qaldırmışlar: iki polis əməkdaşı, saxlandıqları həbsxananın rəis müavini və Səudiyyə Ərəbistanının daxili işlər naziri. Yüksək Məhkəmə bütün cavabdehlərin 1978-ci il tarixli Dövlət immuniteti haqqında qanuna əsasən immunitetdən istifadə hüququna malik olduqlarını qət etmiş və ərizəçilərin yurisdiksiyadan kənar şəxslərə qarşı iddia qaldırmaq barədə vəsatətlərini rədd etmişdir. Apellyasiya şikayətinə baxan Apellyasiya Məhkəməsi ratione personae immunitetlə (dövlətə, fəaliyyətdə olan dövlət başçısına və diplomatlara tətbiq olunur) ratione materiae immunitet (adi vəzifəli şəxslərə, keçmiş dövlət başçıları və keçmiş diplomatlara tətbiq olunur) arasında fərq qoymuşdur. O, Yüksək Məhkəmənin Krallıq və Nazirliklə bağlı qərarını qüvvədə saxlamış, lakin ərizəçilərin fərdi cavabdehlərlə bağlı apelyasiya şikayətlərini təmin etmişdir. İşə sonradan Lordlar Palatasında baxılmışdır. O, bütün cavabdehlərin hətta onlara qarşı iddiaların işgəncə ilə bağlı olmasına baxmayaraq immunitetdən istifadə etmələri məsələsində Yüksək Məhkəmə ilə razılaşmışdır. Ərizəçilər Avropa Məhkəməsinə göndərdikləri ərizələrdə məhkəməyə müraciət hüquqlarının pozulmasından şikayət etmişlər.
Hüquqi məsələlər – Maddə 6 § 1: Dövlətin beynəlxalq ümumi hüququn immunitetlərlə bağlı hamı tərəfindən tanınmış normaları əks etdirən tədbirlər həyata keçirməsinə prinsip etibarı ilə 6-cı maddənin 1-ci bəndində təsbit edilmiş məhkəməyə müraciət hüququna qeyri-mütənasib məhdudiyyətin qoyulması kimi baxıla bilməz. “Əl-Adsani” işi üzrə 2001-ci ildə qəbul edilmiş qərarında Məhkəmə qət etmişdir ki, dövlətlərin forum dövlətin ərazisinin hüdudlarından kənarda törədilmiş işgəncə nəticəsində vurulmuş ziyana görə qaldırılmış mülki iddialarla bağlı immunitetdən istifadə hüququna malik olmadıqlarının beynəlxalq hüquqda qəbul edilməsi barədə ümumi fikrin olması müəyyən edilməmişdir. Məhkəmə “Əl-Adsani” işi üzrə qərarında 6-cı maddənin 1-ci bəndinə əsasən müvafiq testə qiymət verən zaman beynəlxalq hüququn müvafiq norma və prinsiplərini nəzərə almaq və Konvensiyanı mümkün olduğu dərəcədə bir hissəsini təşkil etdiyi beynəlxalq hüququn digər normaları ilə harmoniya şəraitində təfsir etmək öhdəliyinə uyğun hərəkət etmişdir. Buna görə də mütənasiblik ilə bağlı Böyük Palata tərəfindən “Əl-Adsani” işində təsbit edilmiş yanaşmanın hazırkı işdə də nümayiş etdirilməsi qərara alınmışdır.
(a) Səudiyyə Ərəbistanına qarşı iddiada bu prinsiplərin tətbiqi – Məhkəmə qeyd etmişdir ki, Beynəlxalq Məhkəmənin 2012-ci il 3 fevralda “Almaniya İtaliyaya qarşı” işi üzrə qəbul etdiyi və beynəlxalq adət hüququnun məzmunu ilə bağlı mötəbər mənbə kimi qəbul edilməli olan qərarda açıq şəkildə həmin dövrdə dövlətin immunitetinə hər hanı jus cogens istisnanın olmadığı qət edilmişdir. Buna görə də İngiltərə məhkəmələri tərəfindən Səudiyyə Ərəbistanı Krallığının 2006-cı ildə etdiyi immunitet tələbinin təmin edilməsi üçün 1978-ci il tarixli qanunun müddəalarının tətbiq edilməsinə ərizəçinin məhkəməyə müraciət hüququnu əsassız şəkildə məhdudlaşdıran addım kimi baxıla bilməz.
Nəticə: pozuntu baş verməmişdir (altı səs lehinə, bir səs əleyhinə).
(b) Prinsiplərin dövlətin vəzifəli şəxslərinə qarşı qaldırılmış tələblə bağlı tətbiqi – Dörd ərizəçinin hamısı adlarını çəkdikləri vəzifəli şəxslərə qarşı mülki iddia qaldıra bilmədiklərindən şikayət etmişlər. Məhkəmə “Əl-Adsani” işində təsbit olunmuş ümumi yanaşmanı tətbiq etməklə bu iddialar üzrə işə baxmaqdan imtina edilməsinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olub-olmadığını araşdırmalıdır. İş üzrə dövlətin vəzifəli şəxslərinə qarşı tətbiq edilən immunitet “dövlətin” immuniteti olaraq qalır. O, dövlət tərəfindən həyata keçirilir və onun tərəfindən də aradan qaldırıla bilər. Hazırkı işdə olduğu kimi vəzifəli şəxslərə ratione materiae immunitetin verilməsinin məqsədi dövlətin immuniteti ilə bağlı beynəlxalq hüquq normalarına əməl etmək olduğu halda, immunitetin dövlətin özünə verildiyi zaman məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyət qanuni xarakter daşıyır. Beynəlxalq ümumi hüququn dövlətin immuniteti ilə bağlı hamı tərəfindən tanınmış normalarını əks etdirən addımlara prinsip etibarı ilə məhkəməyə müraciət hüququna qeyri-mütənasib məhdudiyyət qoyan addımlar kimi baxıla bilmədiyindən ərizəçinin şikayəti ilə bağlı nəzərdən keçirilməli olan yeganə məsələ dövlətin vəzifəli şəxslərinə ratione materiae immunitetin verilməsinin belə normaları əks etdirib-etdirməməsi məsələsidir. Buna görə də Məhkəmə beynəlxalq ümumi hüquqda Səudiyyə Ərəbistanının vəzifəli şəxslərlə bağlı dövlət immunitetinin tətbiq edilməsinə dair iddiasının təmin olunmasını ölkə məhkəmələrindən tələb edən ümumi normanın olub-olmadığını və əgər varsa, işgəncə iddiaları ilə bağlı hər hansı xüsusi qaydanın və ya istisnanın olub-olmadığını araşdırmışdır.
(i) Ümumi qaydanın olub-olmaması məsələsi: Hərəkətin dövlətin özü tərəfindən deyil, yalnız onun adından çıxış edən şəxslər tərəfindən edilməsi mümkün olduğundan immunitetin dövlət tərəfindən həyata keçirilməsi mümkün olan halda başlanğıc mövqe kimi ratione materiae immunitetin dövlətin vəzifəli şəxslərinə tətbiq edilməli olması götürülməlidir. Əgər başqa cür olsaydı, konkret vəzifəli şəxsləri məsuliyyətə cəlb etməklə dövlət immunitetindən daim yan keçmək olardı. Belə görünür ki, beynəlxalq və milli səviyyədə olan mənbələr dövlət immunitetinin prinsip etibarı ilə xarici dövlətin qulluqçularına və ya vəzifəli şəxslərinə dövlətin adından edilən hərəkətlərə görə dövlətin özünə verilən müdafiə səviyyəsində müdafiə verildiyi fikrini dəstəkləyir.
(ii) İşgəncə əməlləri ilə bağlı xüsusi qayda və ya istisnanın olub-olmaması məsələsi: Hətta dövlətin məsuliyyəti məqsədləri üçün hərəkətlərin rəsmi təbiətə malik olduğu qəbul olunsa belə, bu, beynəlxalq hüquqa əsasən eyni əməllərə görə dövlət immunitetinin daim tanınmalı olması barədə yekun fikir söyləməyə imkan vermir. Müvafiq beynəlxalq və milli hüquq normalarını və beynəlxalq presedent hüququnu nəzərdən keçirən zaman aydın olur ki, işgəncə ilə bağlı xarici dövlətlərin vəzifəli şəxslərinə qarşı qaldırılan mülki iddialar üzrə işlərdə beynəlxalq hüquqda xüsusi qayda və ya istisnanın olmasının xeyrinə olan dəstək artsa da, qərarların əksəriyyətində dövlətin immunitetdən istifadə hüququndan onun qulluqçuları və ya nümayəndələrini təqib etməklə yan keçilməsinin mümkün olmadığı təsdiq edilir. İşgəncə əleyhinə Konvensiyada işgəncə məfhumunun anlayışı, dövlətin immuniteti ilə Dövlətin məsuliyyətinə dair Maddələr Layihəsində əməlin dövlətə aid edilməsinə dair normalar arasındakı əlaqə və BMT-nin 1984-cü il tarixli İşgəncə əleyhinə Konvensiyasının 14-cü maddəsinin tətbiqi dairəsi ilə bağlı son zamanlarda debatların getdiyini təsdiq edən sübutlar mövcuddur. Lakin məsələ ilə bağlı dövlətlərin təcrübəsi daim dəyişmə vəziyyətindədir və belə işlər üzrə həm ratione materiae immunitetin verilməsi, həm də onun verilməsindən imtina ilə bağlı sübutlar vardır. Məsələ ilə bağlı ən azı iki iş Ali Məhkəmələrdə baxılma ərəfəsindədir. Beynəlxalq Hüquq Komissiyasının cinayət hüququ sahəsindəki fəaliyyəti ilə bağlı son müzakirələrdən də göründüyü kimi belə demək olarsa məsələ üzrə beynəlxalq rəy hələ formalaşmaqdadır. Bu iş davamlıdır və gələcəkdə yeniliklərin olması gözlənilə bilər. Hazırkı işdə aydındır ki, Lordlar Palatası işgəncə yetirilməsi ilə bağlı mülki işlərə münasibətdə dövlətin immuniteti ilə əlaqədar ümumi qaydadan istisnanın olmasına dair bütün müvafiq arqumentləri araşdırmışdır. O, geniş və hərtərəfli qərarında belə nəticəyə gəlmişdir ki, beynəlxalq adət hüququ işgəncə hesab oluna biləcək əməllərlə bağlı dövlətin vəzifəli şəxslərinin dövlətin özünün də immunitetdən istifadə etdiyi mülki işlər üzrə ratione materiae immunitetdən istifadə etmələrinə dair mövcud ümumi qaydadan hər hansı istisna müəyyən etmir. Lordlar Palatasının qərarı nə açıq-aşkar səhv, nə də əsassız olmamış, çox saylı beynəlxalq hüquqi sənədlər, ərizəçilərin hüquqi arqumentləri və Apellyasiya Məhkəməsinin ərizəçilərin xeyrinə qəbul etdiyi qərar nəzərə alınmaqla çıxarılmışdır. Digər ölkələrin məhkəmələri Lordlar Palatasının hazırkı iş üzrə qəbul etdiyi qərarı ətraflı şəkildə təhlil etmiş və bu qərarda gəlinmiş nəticələrin kifayət qədər inandırıcı olduğunu qət etmişlər. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı işdə dövlətin vəzifəli şəxslərinə immunitetin verilməsi beynəlxalq ümumi hüququn hamı tərəfindən tanınmış normalarını əks etdirmişdir. Buna görə də ərizəçilərin mülki işlərində dövlətin vəzifəli şəxslərinə immunitetin verilməsi üçün 1978-ci il tarixli qanunun müddəalarının tətbiq edilməsi nəticəsində ərizəçilərin məhkəməyə müraciət hüququna əsassız məhdudiyyət qoyulmamışdır. Bununla belə beynəlxalq ümumi hüququn bu sahəsində hazırda baş verməkdə olan proseslər fonunda bu məsələnin Razılığa Gələn Dövlətlərin nəzarətində saxladılması zəruridir.
Nəticə: pozuntu baş verməmişdir (altı səs lehinə, bir səs əleyhinə).
(Bax: Al-Adsani v. the United Kingdom [GC], 35763/97, Information Note 36)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy