© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Yorgiç Almaniyaya qarşı (Jorgic v. Germany), ərizə № 74613/01
12.07.2007-ci il tarixli qərar [V Bölmə]
7-ci maddə
7-ci maddənin 1-ci bəndi
Heç kəs törədildiyi zaman cinayət sayılmayan hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz
Ərizəçinin iddia etdiyinə görə, soyqırım cinayətinin daxili məhkəmələr tərəfindən istifadə edilmiş anlayışı hüquqa zidd olaraq genişləndirilib: pozuntu baş verməyib
6-cı maddə
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
İşin qanun əsasında yaradılmış məhkəmə vasitəsilə araşdırılması hüququ
Ərizəçinin iddia etdiyinə görə, Almaniya məhkəmələri Bosniyada törədilmiş ağır cinayətlər, o cümlədən soyqırım cinayəti ilə əlaqədar olan ərizəçinin işinə baxmaq səlahiyyətinə malik deyildilər: pozuntu baş verməyib
Faktlar – 1995-ci ilin dekabrında ərizəçi Bosniyadan Almaniyaya qayıdarkən 1992-ci ilin mayından sentyabrınadək Doboy rayonunda törədilmiş soyqırımda şübhəli bilinərək həbs edildi. Ona qarşı irəli sürülən ittihamlar sırasına bunlar daxil idi: müsəlman əhalisinə qarşı zorakılıq və qətllər törətmiş hərbi qruplaşmanın yaradılması, habelə qətllərdə şəxsən iştirak etmə. Son nəticədə o, digər əməllərlə yanaşı, soyqırım və adamöldürmədə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edildi. Avropa Məhkəməsinə şikayətində o, iddia etdi ki, Almaniya məhkəmələri onu məhkum etmək üçün yurisdiksiyaya malik olmadıqları halda əsassız olaraq bu səlahiyyətinə üzərlərinə götürüblər və soyqırım cinayətinə onların verdiyi şərh Almaniya qanunvericiliyinə və ya beynəlxalq ümumi hüquqa əsaslanmayıb. Birinci instansiya məhkəməsi birinci məsələ ilə bağlı qərara aldı ki, iddia edilən cinayətlər Bosniya ərazisində törədilsə də, o, bu işə baxmaq üçün yurisdiksiyaya malikdir, çünki bu ölkə ilə Almaniyanın hərbi və humanitar missiyaları arasında qanuni əlaqə mövcud idi və ərizəçi 20 ildən artıq Almaniya ərazisində yaşamış və bu ərazidə tutulmuşdu. Birinci instansiya məhkəməsi beynəlxalq ümumi hüquqda bu işdəki ittihamlara onun tərəfindən baxılmasına mane olan heç bir səbəb görmədi, xüsusən ona görə ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal (KYBT) ərizəçi barəsində cinayət təqibini öhdəsinə götürmək fikrində olmadığını elan etmişdi. Apellyasiya instansiyası universal yurisdiksiya prinsipinə istin edərək məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı. Soyqırım cinayətinin anlayışına gəlincə, birinci instansiya məhkəməsi qərara aldı ki, Almaniya Cinayət Məcəlləsində istifadə edilmiş "qrupun məhv edilməsi" ifadəsi cəmiyyətin tərkib hissəsi kimi ayrıca qrupun məhv edilməsini bildirir və bu, bioloji-fiziki mənada məhvetmə olmaya da bilər. O, bu qənaətə gəldi ki, ərizəçi Bosniyanın şimalında əhalinin müsəlman qrupunu məhv etmək niyyəti ilə hərəkət edib. Konstitusiya məhkəməsi ərizəçinin konstitusiya icraatı qaydasında verdiyi şikayəti baxılmamış saxlayaraq qərara aldı ki, cinayət qanununun qüvvəsinin geriyə şamil olunmasının yolverilməzliyi prinsipi pozulmayıb, çünki müvafiq qanunvericilik normalarına dəqiq və beynəlxalq ümumi hüquqa uyğun şərh verilib.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndinə və 6-cı maddənin 1-ci bəndinə riayət edilib-edilməməsi məsələsi: Almaniya məhkəmələrinin Soyqırım haqqında Konvensiyaya verdikləri şərhi və ərizəçiyə qarşı soyqırım ittihamına aid işə baxmaq üçün yurisdiksiyaya malik olduqları barədə qərarları Konvensiyanın iştirakçısı olan bir çox digər dövlətlərin qanunvericiliyi və məhkəmə praktikası, habelə KYBT-nin Nizamnaməsi və praktikası da təsdiq edir. Bundan başqa, KYBT-nin Nizamnaməsinin 9-cu maddəsinin 1-ci bəndi KYBT-nin yurisdiksiyası ilə milli məhkəmələrin yurisdiksiyasının üst-üstə düşdüyü və bu zaman ayrı-ayrı ölkələrin məhkəmələrinin səlahiyyətlərinə heç bir məhdudiyyət qoyulmadığı barədə Almaniya məhkəmələrinin mövqeyini təsdiq edir. Qüvvədə olan beynəlxalq ümumi hüquq normalarının və qaydalarının Almaniya məhkəmələri tərəfindən şərhi hüquqa zidd deyildi. Müvafiq olaraq, onların ərizəçiyə qarşı soyqırım ittihamına aid işə baxmaq üçün yurisdiksiyaya malik olduqları barədə qərarlarının ağlabatan əsası vardı. Beləliklə, ərizəçinin işi "qanun əsasında yaradılmış məhkəmə" vasitəsilə araşdırılıb (6-cı maddənin 1-ci bəndi) və o, "səlahiyyətli məhkəmə" tərəfindən məhkum olunduqdan sonra qanuni həbsə alınıb (5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndi).
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 7: Bir çox orqanlar soyqırım cinayətinin şərhinin daraldılmasının lehinə olsalar da, artıq bəzi orqanlar, məsələn, Almaniya məhkəmələri bu cinayətin şərhini verərkən onun hüdudlarını daha geniş götürürlər. Beləliklə, ərizəçi törətdiyi əməllərə görə onu soyqırım cinayətində ittiham olunmaq və bu cinayətə görə məhkum edilmək təhlükəsi gözlədiyini öncədən (zərurət olduqda hüquqi məsləhət almaqla) görə bilərdi. Bu kontekstdə Məhkəmə həmçinin ərizəçinin təqsirkar sayıldığı əməllərin ağırlığını və davametmə müddətini nəzərə alır. Müvafiq olaraq, milli məhkəmələr tərəfindən soyqırım cinayətinə verilən şərh bu cinayətin mahiyyətinə uyğun sayıla bilər və ərizəçi yuxarıdakı əməlləri törətdiyi zaman hərəkətlərinin hansı nəticələrə səbəb olacağını öncədən görə bilərdi. Bu işdə bu tələblərə riayət edildiyini nəzərə alsaq, Almaniya məhkəmələri daxili qanunvericiliyə əsasən soyqırım cinayətinə genişləndirici şərh vermək səlahiyyətinə malik idilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy