Jussila (Jussila) Finlandiyaya qarşı [BP] - 73053/01
Qərar 23.11.2006 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Cinayət ittihamı
Əlavə verginin tətbiqi ilə bağlı məhkəmə prosesi: 6 § 1-ci maddə tətbiq olunur
Açıq məhkəmə iclası
Şifahi məhkəmə iclası
Əlavə vergi şifahi məhkəmə iclası olmadan tətbiq edilmişdir: pozuntu yoxdur
Faktlar - Vergi orqanı ərizəçi üzərinə onun vergi məsuliyyətinin 10%-i həcmində əlavə vergi ödənişi tətbiq etmişdir. Ödənişlər ümumilikdə 1836 fin markı və təxminən 300 avro məbləğində idi və 1994-1995-ci illər üzrə ƏDV bəyannamələrinin natamam olması faktına əsaslanırdı. O, birinci instansiya inzibati məhkəməyə müraciət etmişdir və vergi inspektoru və mütəxəssisinin şahid kimi iştirakı ilə şifahi məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə hər iki tərəfi yazılı qeydlərini təqdim etməyə dəvət etmiş və hər iki tərəf bütün zəruri məlumatları yazılı təqdim etdiyindən şifahi məhkəmə iclasının lüzumsuz hesab etmişdir. Ərizəçinin apellyasiya şikayəti verməyə icazə verilməsi üçün müraciəti rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: a) Tətbiq – Əlavə vergi ödənişləri vergi rejiminin bir hissəsi olsa da, onlar, məqsədi cəzalandırma və çəkindirma olan bir qaydaya əsasən tətbiq olunurdu. Bu səbəbdən, əməl 6-cı maddə mənasında "cinayət" hesab edilirdi.
Nəticə: 6-cı maddə tətbiq oluna bilər (dörd səsə qarşı on üç səs).
b) Riayət - Ərizəçinın məhkəmə iclasının keçirilməsi ilə bağlı müraciətinin məqsədi vergi inspektorunun çarpaz dindirilməsi ilə vergi yoxlaması üzrə hesabatın dəqiqliyini və etibarlılığını yoxlamaq və şəxsi ekspertindən vergi inspektorunun müvafiq qanunvericilik əsasında nəzərdə tutulmuş tələbləri təhrif etməsi və maliyyə vəziyyəti haqqında qeyri-dəqiq hesabat təqdim etməsi barədə dəstəkverici ifadənin əldə edilməsi idi. Onun iclasın keçirilməsi üçün müraciətinin səbəbi, əsasən 6-cı Maddənin mahiyyətindən kənarda olan vergi qiymətləndirilməsinin düzgünlüyü ilə bağlı olsa da, ərizəçinın mühasibat işlərindəki çatışmazlıqların əlavə vergi tətbiqinə bəraət qazandırıb-qazandırmaması sualı da meydana çıxmışdı. Vergi inspektorundan yazılı ifadə alan və daha sonra, ərizəçi tərəfindən seçilmiş mütəxəssis tərəfindən ifadənin əldə edilməsi üçün tədbirlər görən İnzibati Məhkəmə, ərizəçinın özü tərəfindən təqdim edilmiş məlumatın işin araşdırılması üçün kifayət qədər faktual əsas təqdim etdiyi əsasıyla şifahi iclasın lüzumsuz olduğunu hesab etmişdir.
Məhkəmə, vergi ödəyicisinin fəaliyyəti haqqında dəqiq hesabat təqdim etdiyini və müvafiq sənədlərin lazımi qaydada təqdim edildiyini yoxlamaq və əmin olmaq üçün şifahi ifadələrdən daha çox yazılı prosedurun daha effektiv olacağına şübhə etmir. Məhkəmə, qiymətləndirmənin düzgünlüyü ilə bağlı yaranan hər hansı sualla əlaqədar ərizəçinın arqumentlərinin sübutların şifahi təqdimatı və ya şahidlərin çarpaz dindirilməsini tələb etdiyinə də inanmır. Hökumətin istənilən faktiki və hüquqi məsələnin yazılı prosedurda da müvafiq olaraq qaldırılması və cavablandırılmasının mümkünlüyü barədə arqumenti də bunu təsdiq edir. Məhkəmə daha sonra qeyd edir ki, şifahi iclasın zəruri olub-olmaması barədə qərarın qəbul edilməsi məhkəmənin səlahiyyətində olsa da, ərizəçinın şifahi iclas keçirilməsi üçün müraciət hüququ danılmamışdır. İnzibatı Məhkəmə öz qərarını müvafiq şəkildə əsaslandırmışdır. Məhkəmə, az miqdarda puldan söhbət getdiyini də qeyd etmişdir. Ərizəçinin işini yazılı şəkildə təqdim etmək və vergi orqanlarının təqdimatlarına şərh vermək imkanına malik olduğunu nəzərə alaraq, ədalətlilik tələbinə riayət olunmuşdur və işin xüsusi hallarında şifahi iclas keçirilməsi tələb olunmurdu.
Qərar: pozuntu yoxdur (on dörd səs üç səsə qarşı).
Full & Egal Universal Law Academy