© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Karussiotis Portuqaliyaya qarşı (Karoussiotis v. Portugal), ərizə № 23205/08
01.02.2011-ci il tarixli qərar [II Bölmə]
Maddə 35
35-ci maddənin 2-ci bəndi
Eyni məzmunlu şikayət digər beynəlxalq araşdırma və ya tənzimləmə orqanının icraatındadır
Avropa İttifaqı Komissiyasına verilmiş şikayət icraatda olduğu zaman Avropa Məhkəməsinə şikayətin verilməsi: şikayət qəbuledilən sayıldı
Faktlar – İş qanunsuz olaraq Almaniyadan Portuqaliyaya aparılmış uşağın geri qaytarılması ilə və həmin uşaq üzərində qəyyumluqla bağlı məhkəmə araşdırmasına aid idi. Almaniya vətəndaşı olan ərizəçi 2005-ci ilin martında Haaqa Konvensiyasına uyğun olaraq uşağın geri qaytarılmasının təmin olunmasına yardım üçün Almaniyanın dövlət orqanlarına müraciət etdi. 2009-cu ildə Portuqaliyanın apellyasiya məhkəməsi müəyyən etdi ki, uşaq Portuqaliyada qanunsuz olaraq yaşayır, amma Avropa İttifaqı Şurasının (ailə və valideynlərin məsuliyyəti məsələlərinə dair qərarlarla bağlı yurisdiksiya, həmin qərarların tanınması və icrası barədə) EC 2201/2003 saylı Reqlamentini nəzərə alaraq, hesab etdi ki, Portuqaliyada yaşaması uşağın maraqlarına ən şəkildə cavab verir. 2005-ci ilin martında başlanmış qəyyumluqla bağlı məhkəmə prosesi Portuqaliya məhkəmələrində hələ də davam etməkdədir. 2008-ci ilin aprelində ərizəçi Portuqaliya məhkəmələrindəki icraatın uzun sürməsinin 2201/2003 saylı Reqlamenti pozduğunu iddia edərək Avropa İttifaqı Komissiyasında Portuqaliya tərəfindən baş vermiş "müdaxilə ilə bağlı icraata" başladı. Bu icraat hələ də davam etməkdədir.
Hüquqi məsələlər – Şikayətin qəbuledilənliyi məsələsi:
Avropa İttifaqı Komissiyasının icraatında analoji şikayətin olması: Ərizəçinin Avropa Məhkəməsinə təqdim etdiyi faktların və şikayətlərin Avropa İttifaqı Komissiyasına təqdim etdiyi faktlar və şikayətlərlə oxşarlığı danılmaz idi.
Müəyyənləşdirmək lazım idi ki, sonuncu orqandakı icraata prosessual nöqteyi-nəzərdən və icraatın potensial nəticələri baxımından Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət kimi baxmaq olarmı? İstənilən şəxs iştirakçı dövlət tərəfindən görülmüş tədbirin və iştirakçı dövlətdəki praktikanın Avropa İttifaqının hüquqi prinsiplərini pozduğunu hesab etdiyi təqdirdə Avropa İttifaqı Komissiyasına şikayət verməklə buna etiraz edə bilərdi. Şikayət Avropa İttifaqı qanunvericiliyinin üzv dövlət tərəfindən törədilmiş pozuntusu ilə əlaqəli olduqda qəbul edilən elan olunur. Avropa İttifaqı Məhkəməsinin oturuşmuş presedent hüququna əsasən, iş Avropa İttifaqı Məhkəməsinin icraatına verilməzdən əvvəl Avropa İttifaqı Komissiyası öz mülahizəsi əsasında "müdaxilə ilə bağlı icraata" başlaya bilər. "Müdaxilə ilə bağlı icraatın" və ya "məhkəməyəqədər icraatın" yeganə məqsədi iştirakçı dövlətin Avropa İttifaqı qanunvericiliyinin tələblərinə könüllü surətdə əməl etməsini təmin etməkdir. Avropa İttifaqı qanunvericiliyinin pozulmasına görə məhkəmə icraatına gəlincə, Avropa İttifaqı Məhkəməsi pozuntu baş verdiyi barədə qərar çıxardığı təqdirdə iştirakçı dövləti Avropa İttifaqı qanunvericiliyinə əməl etməyə məcbur etmək üçün Komissiya tərəfindən göstərilən birdəfəlik məbləği və ya cəriməni ödəmək vəzifəsi bu dövlətin üzərinə qoyula bilər. Beləliklə, istənilən belə qərar ərizəçinin hüquqlarına təsir göstərə bilməzdi, çünki son nəticədə onun fərdi məsələsi həll edilməyəcəkdi. Fərdi kompensasiya barədə hər hansı tələbə milli məhkəmələr tərəfindən baxılmalı idi. Buna görə də ərizəçi şikayətlə Avropa Məhkəməsinə müraciət etmək hüququna malik olduğunu və pozuntunun onun hüquqlarına əsas etibarı ilə və birbaşa təsir göstərdiyini sübut etməyə borclu deyildi. Yuxarıda qeyd edilənləri nəzərə alsaq, Avropa İttifaqı Komissiyasındakı prosedur Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət proseduru ilə müqayisə oluna bilməzdi. Hazırkı işdə olduğu kimi fərd tərəfindən təqdim edilmiş şikayətlə bağlı icraatda Avropa İttifaqı Komissiyası qərar çıxarırsa, həmin icraat 35-ci maddənin 2-ci bəndinin "b" yarımbəndinin məqsədləri üçün "beynəlxalq araşdırma və ya tənzimləmə proseduru" təşkil etmir.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
Məhkəmə şikayətin qəbuledilənliyi məsələsinə onun mahiyyəti ilə eyni vaxtda baxmağı qərara aldı və daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin ilkin etirazını rədd etdi; o, həmçinin müəyyən etdi ki, 8-ci maddənin pozuntusu baş verib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy